Məhkəmə qərarları › İş №1(003)-53/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-53/2023

13.02.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-53/2023 13.02.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, Məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, Dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx.xx.1982-ci ildə Yardımlı rayonunda anadan olmuş, orta təhsilli, evli, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olumuş, Yardımlı rayonu, Gendərə kəndində qeydiyyatda olan və Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair xx.xx.1978-ci ildə Yardımlı rayonunda anadan olmuş orta təhsilli, subay, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Mirimli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, yani sahədə yaşayan və barəsində «həbs» qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respulikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin saylı 3 İstintaq Təcridaxanasında saxlanılan Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tanışları Təqsirləndirilən şəxs2 və Emilxan adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən fərdi bağ sahəsinə qanunsuz daxil olaraq, həyətdə olan saxlanc yeri sayılan qarajın pəncərəsi üzərində olan dəmir barmaqlığı qırmaqla qanunsuz daxil olaraq qarajdan dəyəri 300 manat olan elektrik sobası, dəyəri 400 manat olan şirə çəkən maşın, dəyəri 150 manat olan ət çəkən maşın, dəyəri 60 manat olan mikser, dəyəri 150 manat olan blender, dəyəri 500 manat olan tozsoran, dəyəri 100 manat olan elektrik qazan, ümumi dəyəri 1500 manat olan «Çay və nahar» servis, ümumi dəyəri 400 manat olan qranit qazan dəsti, ümumi dəyəri 300 manat olan «Karaca» çəngəl-bıçaq dəsti, ümumi dəyəri 150 manat olan qazan dəsti, ümumi dəyəri 200 manat olan tort bişirmə dəsti, dəyəri 150 manat olan kofe dəmləyən aparat, ümumi dəyəri 50 manat olan padnos dəsti, ümumi dəyəri 600 manat olan qab-qaşıq ləyən çaydan dəsti, ümumi dəyəri 90 manat olan 12 ədədli xrustal stəkan dəsti, ümumi dəyəri 50 manat olan kənarı yaşıl xətli 36 ədədli boşqab dəsti, ümumi dəyəri 40 manat olan 12 ədədli armudu stəkan-nəlbəki dəsti, ümumi dəyəri 35 manat olan «Paşabahçe» 6 ədədli armudu stəkan dəsti, dəyəri 50 manat olan xrustal meyvə qabı, dəyəri 350 manat olan uşaq arabası, dəyəri 30 manat olan körpə vannası, dəyəri 150 manat olan elektrik radiator, dəyəri 50 manat olan sac, ümumi dəyəri 2000 manat olan 20 qutu qab-qacaq dəstləri, dəyəri 110 manat olan şam ağacı (yolka), ümumi dəyəri 500 manat olan 2 ədəd qabaq stol, dəyəri 300 manat olan samovar, ümumi dəyəri 250 manat olan 2 ədəd səyahət çamodanı, dəyəri 450 manat olan velosiped, ümumi dəyəri 300 manat olan 6 ədəd iri ölçülü aliminium qazanlar, ümumi dəyəri 620 manat olan 8 ədədli «Karaca» yemek qazanları dəstini gizli olaraq talamaqla 10 085 manat xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında qanunsuz olaraq saxlanc yerinə daxil olaraq özgənin əmlakını gizli olaraq talayıb xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tanışları Təqsirləndirilən şəxs1 və Emilxan adlı şəxs ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində bir neçə dəfə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən fərdi bağ sahəsinə qanunsuz daxil olaraq həyətdə olan saxlanc yeri sayılan qarajın pəncərəsi üzərində olan dəmir barmaqlığı qırmaqla qanunsuz daxil olaraq qarajdan dəyəri 300 manat olan elektrik sobası, dəyəri 400 manat olan şirə çəkən maşın, dəyəri 150 manat olan et çəkən maşın, dəyəri 60 manat olan mikser, dəyəri 150 manat olan blender, dəyəri 500 manat olan tozsoran, dəyəri 100 manat olan elektrik qazan, ümumi dəyəri 1500 manat olan «Çay və nahar» servis, ümumi dəyəri 400 manat olan qranit qazan dəsti, ümumi dəyəri 300 manat olan «Karaca» çəngəl-bıçaq dəsti, ümumi dəyəri 150 manat olan qazan dəsti, ümumi dəyəri 200 manat olan tort bişirmə dəsti, dəyəri 150 manat olan kofe dəmləyən aparat, ümumi dəyəri 50 manat olan padnos dəsti, ümumi dəyəri 600 manat olan qab-qaşıq ləyən çaydan dəsti, ümumi dəyəri 90 manat olan 12 ədədli xrustal stəkan dəsti, ümumi dəyəri 50 manat olan kənarı yaşıl xətli 36 ədədli boşqab dəsti, ümumi dəyəri 40 manat olan 12 ədədli armudu stəkan-nəlbəki dəsti, ümumi dəyəri 35 manat olan «Paşabahçe» 6 ədədli armudu stəkan dəsti, dəyəri 50 manat olan xrustal meyvə qabı, dəyəri 350 manat olan uşaq arabası, dəyəri 30 manat olan körpə vannası, dəyəri 150 manat olan elektrik radiator, dəyəri 50 manat olan sac, ümumi dəyəri 2000 manat olan 20 qutu qab-qacaq dəstləri, dəyəri 110 manat olan şam ağacı (yolka), ümumi dəyəri 500 manat olan 2 ədəd qabaq stol, dəyəri 300 manat olan samovar, ümumi dəyəri 250 manat olan 2 ədəd səyahət çamodanı, dəyəri 450 manat olan velosiped, ümumi dəyəri 300 manat olan 6 ədəd iri ölçülü aliminium qazanlar, ümumi dəyəri 620 manat olan 8 ədədli «Karaca» yemek qazanları dəstini gizli olaraq talamaqla 10 085 manat xeyli miqdar ziyan vurmaqla oğurluq etmişdir. Bununla da Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxslərin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Emil və Emilxanı tanıyır və onlarla normal münasibətdədir. 2022-ci ilin təxminən mart ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən evlərdən birinin həyət qapısının açıq olduğunu görmüş, oğurluq etmək qərarına gəlmişdir. Həmin günü Emilə demişdir ki, belə bir ev var oğurluğa girib malları aparmaq olar. Emil razılaşaraq maşın lazım olduğunu və Emilxan adlı şəxsin maşını olduğunu, onlara kömək edə biləcəyini bildirmişdir. Həmin günü axşam Emilxan adlı şəxsə məxsus “Niva” markalı avtomobil ilə oğurluq etmək üçün həmin evə getmişlər. Emilxan maşında gözləmiş, o, Emil ilə maşından düşüb evə girmişlər. Həyətin açıq olan darvazasından həyətə, evə isə açıq pəncərədən daxil olmuşlar. İçəri girib soba, velosiped, boşqablar, qab-qacaqlar, qazan dəstləri və unutduğu digər malları götürüb Emilxanın idarə etdiyi “Niva” markalı maşına oturub getmişlər. Daha sonra Emilxan əşyaları satmaq üçün götürmüşdür. Bir neçə gün sonra Emil ona oğurladığıqları malların pulu kimi 50 manat pul vermiş və demişdir ki, malları Emilxan satmışdır. Təxminən 15 gün sonra mart ayının sonlarında yenidən Emilxan və Emil ilə həmin evə oğurluq etmək üçün açıq darvazadan daxil olmuş, çöldə Emil və Emilxan isə “Niva” markalı maşınında gözləmişlər. O, evə də pəncərədən eyni qaydada daxil olmuş, qutuları götürmüş və “Niva” markalı maşına yığmışdır. Maşına yükləmək üçün çöldə gözləyən Emil və Emilxan kömək etmişlər. Sonra Emilxan əşyaları satmaq üçün aparmışdır. Səhəri gün Emilxan ilə görüşmüşlər və ona satdığı malların müqabilində 40 manat pul vermişdir. O, bir daha həmin evə girməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, Xaləddin və Emilxanı tanıyır. Onlarla normal münasibətdə olmuşdur. 2022-ci ilin təxminən mart ayının əvvəllərində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən evlərdən birindən oğurluq etmək barədə razılaşmışlar. Həmin günü Xaləddin demişdir ki, «belə bir ev var oğurluğa girib malları aparmaq olar». O, razılaşaraq maşın lazım olduğunu və Emilxan adlı şəxsi maşını olduğunu və kömək edə biləcəyini bildirmişdir. Emilxan da oğurluqda kömək edəcəyini bildirmişdir. Həmin günü axşam Emilxana məxsus “Niva” markalı avtomobil ilə həmin evə getmişlər. Emilxan maşında gözləmişdir. O, Xaləddin ilə maşından düşüb evə girmişlər. Həyətin açıq olan darvazasından həyətə, evə isə açıq pəncərədən daxil olmuşlar. İçəridən qab-qacaqlar və içərisində nə olduğunu bilmədiyi 3-4 qutunu götürüb Emilxanın idarə etdiyi “Niva” markalı maşınla getmişlər. Emilxan əşyalı satmaq üçün götürmüşdür. Əldə olumuş vəsaitdən ona pul verilməmişdir. Bir neçə gün sonra Xaləddinə Emilxanın ona oğurladıqları malların pulu kimi verdiyi 100 manatdan 50 manatı vermiş və demişdir ki, malları Emilxan satmışdır. Ona oğurlanan mallardan pul verulməmişdir. O, bir daha həmin evə girməmişdir. Hazırda əməlindən səmimi olaraq peşmandır və zərərçəkmiş şəxsə vurmuş olduğu ziyanı tam şəkildə ödəmişdir. Məhkəmədən törətdiyi əməldən səmimi olaraq peşman olduğunu, Zərərçəkmiş şəxs dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışmasını, hazırda zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya digər tələblərinin olmamasını nəzərə alaraq, barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. 23 noyabr 2022-ci il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs vermiş olduğu ifadəsində göstərmişdir ki, təxminən 10 ildir ki, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində 5 sot torpaq sahəsində 4x5 metr ölçüdə saxlanc yeri olan qarajı vardır. Həmin qarajın seyf qapısı və pəncərəsi vardır. O, son 15 ildə həmin qarajı saxlanc yeri kimi istifadə etmişdir. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində naməlum şəxslər həmin qarajdan oğurluq etmişlər. Pəncərənin dəmir barmaqlığını sındırıb, plastik pəncərəni aralayıb daxil olmuşlar. Sonradan hesablamış və məlum olmuşdur ki, ona məxsus qarajdan dəyəri 300 manat olan elektrik sobası, dəyəri 400 manat olan şirə çəkən maşın, dəyəri 150 manat olan ət çəkən maşın, dəyəri 60 manat olan mikser, dəyəri 150 manat olan blender, dəyəri 500 manat olan tozsoran, dəyəri 100 manat olan elektrik qazan, ümumi dəyəri 1500 manat olan «Çay nahar» servis, ümumi dəyəri 400 manat olan qranit qazan dəsti, ümumi dəyəri 300 manat olan «Karaca» çəngəl-bıçaq dəsti, ümumi dəyəri 150 manat olan qazan dəsti, ümumi dəyəri 200 manat olan tort bişirmə dəsti, dəyəri 150 manat olan kofe dəmləyən aparat, ümumi dəyəri 50 manat olan padnos dəsti, ümumi dəyəri 600 manat olan qab-qaşıq ləyən çaydan dəsti, ümumi dəyəri 90 manat olan 12 ədədli xrustal stəkan dəsti, ümumi dəyəri 50 manat olan kənarı yaşıl xətli 36 ədədli boşqab dəsti, ümumi dəyəri 40 manat olan 12 ədədli armudu stəkan-nəlbəki dəsti, ümumi dəyəri 35 manat olan «Paşabahçe» 6 ədədli armudu stəkan dəsti, dəyəri 50 manat olan xrustal meyvə qabı, dəyəri 350 manat olan uşaq arabası, dəyəri 30 manat olan körpə vannası, dəyəri 150 manat olan elektrik radiator, dəyəri 50 manat olan sac, ümumi dəyəri 2000 manat olan 20 qutu qab-qacaq dəstləri, dəyəri 110 manat olan şam ağacı (yolka), ümumi dəyəri 500 manat olan 2 ədəd qabaq stol, dəyəri 300 manat olan samovar, ümumi dəyəri 250 manat olan 2 ədəd səyahət çamodanı, dəyəri 450 manat olan velosiped, ümumi dəyəri 300 manat olan 6 ədəd iri ölçülü aliminium qazanlar, ümumi dəyəri 620 manat olan 8 ədədli «Karaca» yemek qazanları dəsti oğurlanmışdır. Oğurluq nəticəsində ona cəmi 10 085 manat ziyan dəymişdir. 01 fevral 2023-cü il tarixdə keçirilmiş məhkəmə iclasında Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək ona dəymiş ziyanın tam şəkildə ödənildiyini, hazırda təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin omadığını bildirmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan və qərardan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilən xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-301/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-302/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Salyan Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1; 69.3-cü maddəsi ilə təqsirli bilinmiş və qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 01 il 04 ay müddətinə islah işləri cəzası təyin edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 02 il 05 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı Şəhər Probasiya İdarəsinin xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, məhkum Təqsirləndirilən şəxs1 xx.xx.2022-ci il tarixdə Bakı Şəhər Probasiya İdarəsinə gələrək qeydiyyatdan keçmiş və cəzasının əvvəli həmin tarixdən hesablanmışdır. Xəzər Rayon Məhkəməsinin 4(003)-302/2022 saylı xx.xx.2022-ci il tarixli qərarına əsasən məhkum Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətə həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs1 cəza müddətinin axımı xx.xx.2022-ci il tarixdə dayandırılmışdır. Məhkum Nuriyev X3 Rayon Məhkəməsinin 1(003)115/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 02 il 05 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022-ci tarixədək cəzasının 01 ay 14 gün hissəsini çəkmiş, 02 il 04 ay 12 gün hissəsi çəkilməmiş qalmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Ağır Cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1, 234.4.1, 234.4.2, 234.4.3, 206.3.1, 206.3.2, 66.3 və 93.1.4-cü maddələri ilə təqsirli bilinmiş və 10 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə hökm qüvvədə saxlanılmış, Ali Məhkəmənin xx.xx.2008-ci il tarixli qərarı ilə CM-nin 234.1-ci maddəsi hökmdən xaric olunmuş və cəza 9 il 6 aya endirilmiş, xx.xx.2016-ci il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnistiya” qərarı əsasında cəzadan azad edilmişdir. Təqsirləndirilən şəxs2 Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinmiş və 01 il 05 ay 28 gün müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Göründüyü kimi Təqsirləndirilən şəxs2 əvvəllər ağır və az ağır cinayət törətdiyinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-439/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 Müştəba oğlunun həbsdə saxlama müddəti 20 gün, yəni 03 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-437/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs2 həbsdə saxlama müddəti 20 gün, yəni 03 oktyabr 2022-ci il tarixdən 23 oktyabr 2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan və Zərərçəkmiş şəxs tərəfindən yazılaraq məhkəməyə təqdim edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər ona dəymiş maddi ziyanı tamamilə ödəyərək onunla barışıq əldə etmişlər. Buna görə də onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirildi. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar, törətdikləri cinayətə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə Təqsirləndirilən şəxs2 törətdiyi əməldən peşman olmasını, cinayət nəticəsində dəymiş maddi ziyanı tamamilə ödəyərək zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmasına və məhkumluğunun ödənilməməsinə (götürülməməsinə) baxmayaraq, yenidən qəsdən cinayət törətməsini və bununla da Azərbaycan Respublikası CM-nin 18.1-ci maddəsinə əsasən cinayətlərin residivini yaratmasını Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzanı ağırlaşdıran hal kimi qiymətləndirir. Həmçinin, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Azərbaycan Respublikası CM-nin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından az ola bilməz. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-in 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimaitəhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs1 cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası Azərbaycan Respublikası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə hesabı ilə hesablanmaqla azadlıqdan məhrum etmə cəzası ilə bərabər tutulmalıdır. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-349/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CMnin 56.1.3-cü maddəsinə əsasən cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasının əvvəli tutulduğu vaxtdan yəni, xx.xx.2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi ziyanın tamamilə ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxslərə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs2 hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş materiallarına olan və maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 əl-barmaq izi ilə eynilik təşkil edən Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən aşkar olunmuş 02 ədəd əl barmaq izi (daktilolent) cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 67.1 və 68.1.1-1-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-115/2022 saylı 30 mart 2022ci il tarixli hökmü ilə təyin edilmiş 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsi 2(iki) il 4(dörd) ay 12(on iki) günü iki günü cəzası azadlıqdan məhrum etmənin bir gününə bərabər tutulmaqla, yəni 1(bir) il 2(iki) ay 6(altı) gün azadlıqdan məhrumetmə cəzası, hazırki hökmlə təyin edilmiş 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilsin və ona hökmlərin məcmusu üzrə qəti 02 (iki) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Cəzaçəkmənin əvvəli 03 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-349/2022 saylı, xx.xx.2022-ci il tarixli hökmü ilə təyin edilmiş 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün azadlıqdan məhrumetmə cəzası hazırki hökmlə təyin olunmuş cəza ilə qismən birləşdirilməklə, Təqsirləndirilən şəxs2 üzərində qəti olaraq 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 03 iyul 2022-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarına olan və maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs1 əlbarmaq izi ilə eynilik təşkil edən Zərərçəkmiş şəxs məxsus saxlanc yerindən aşkar olunmuş 02 ədəd əl barmaq izi (daktilolent) cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaqda (63 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 ümumilikdə 180 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 (108 manat) və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 120 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar