Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-530/2022 23.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1986-cı il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşamış, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-327/2022 nömrəli 27 iyul 2022-ci il tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 25 iyul 2022-ci il tarixdən hesablanan və hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitə əldə edib saxlayaraq daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və istintaqa məlum olmayan vaxtda satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda, sellofana bükülmüş formada 03 ədəd bükümdə narkotik vasitə qurudulmuş marixuana, 01 ədəd bükümdə heroin və 01 ədəd bükümdə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. 25 iyul 2022-ci il tarixdə saat 19:00-da Xəzər RPİ PPXB-nin əməkdaşları tərəfindən Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində yerləşən Türkan-Zirə yolunun kəsişməsində saxlanılaraq Xəzər RPİ 1-ci PŞ-nə aparılmış və orada videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış keçirilərkən əynində olan yaşıl rəngli köynəyin sol cibindəki 01 ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi 0,365 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,060 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,139 qram olmaqla ümumi təmiz çəkisi 0,564 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə, təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə ittiham üzrə özünü təqsirli bilərək göstərdi ki, o, bir neçə ildir ki, narkotik vasitələrə aludə olmuş və arada bir öz şəxsi istifadəsi üçün tanımadığı şəxslərdən pul müqabilində narkotik vasitə alıb istifadə etmişdir. Sonuncu dəfə 1 il bundan əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində şəxsi istifadə məqsədi ilə 3 büküm narkotik vasitə marixuana, 1 büküm narkotik vasitə heroin və 1 büküm psixotrop maddə olan metamfetamin almışdır. Həmin bükümləri öz şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirmişdir. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə saat 19 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində Zirə-Türkan yolunun kəsişməsində sarı rəngli motosikleti ilə yolun kənarında dayanmışdır. Qeyd etdiyi həmin içərisində narkotik vasitələr və psixotrop maddə olan bükümlər də üzərində olmuşdur. Bu zaman ərazidə xidmət aparan PPXB-nin avtopatrul maşını ona yaxınlaşmışdır. Avtopatrul maşınında 2 nəfər polis əməkdaşı olmuşdur. Polis əməkdaşları ondan sənədlərini təqdim etməyini xahiş etmişlər. O da şəxsiyyətini təsdiq edən sənədi onlara vermişdir. Üzərində içərisində narkotik vasitə və psixotrop maddələr olan bükümlər olduğu üçün o çox narahat olmuşdur. Polis əməkdaşları ərazidə baş vermiş oğurluq hadisələri ilə bağlı onunla sorğu-sual aparan zaman o üzərindəki narkotik vasitə və psixotrop maddəni aşkar edəcəklərini düşünərək qorxmuş və polis əməkdaşlarına məhəl qoymadan dərhal motosikleti işə salıb onların yanından uzaqlaşmışdır. Polis əməkdaşları da avtopatrulla onu təqib etməyə başlamışlar. Təxminən 1 km getmişdir ki, döngədə idarəetməni itirərək motosikletdən yıxılmış və köynəyinin sol qolu cırılmışdır. Daha sonra polis əməkdaşları onu saxlayıb avtopatrula əyləşdirmişlər. Motosikletini də polis sahə məntəqəsinə aparıb sahə inspektoruna təhvil verdikdən sonra onu Xəzər RPİ 1-ci Polis Şöbəsinə aparmışlar. Şöbədə olarkən hüquqlarının müdafiəsindən ötrü şöbəyə müdafiəçi dəvət etmişlər. Təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış keçiriləcəyi elan edilmişdir. Daha sonra videoçəkiliş vasitəsilə üzərində şəxsi axtarış istintaq hərəkəti keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı polis əməkdaşları tərəfindən əvvəlcə ona üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Bu təklifdən sonra o əynindəki yaşıl rəngli rəngli köynəyin sol cibindən 5 ədəd bükümü çıxarıb təqdim edərək həmin bükümlərin içərisində narkotik vasitə olan heroin, marixuana və psixotrop maddə olan metamfetamin olduğunu, həmin maddələri təxminən 1 il bundan əvvəl Bakı şəhəri Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manata şəxsi istifadə məqsədi ilə aldığını və şəxsi istifadəsindən ötrü üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Təqdim etdiyi 05 ədəd gümüşü rəngli kağıza bükülmüş maddələr cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan təhqiqatçı tərəfindən bir ədəd kağız zərfdə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Bundan başqa şəxsi axtarış davam etdirilən zaman üzərindən iş üzrə əhəmiyyət kəsb edəcək hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Törətdiyi əməlindən peşmandır, Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nin polis nəfəri polis baş serjantı X3 göstərdi ki, 25 iyul 2022-ci il tarixdə saat 19:00-da iş yoldaşı, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 ilə 6352 çağırışlı avtopatrulla Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi ərazisində xidmət aparan zaman Türkan-Zirə yolunun kəsişməsində sarı rəngli nömrəsiz motosikletin dayandığını görmüşlər. Motosikletin sürücüsü onları görüb həyəcanlanmış və şübhəli hərəkətlər etməyə başlamışdır. Həmin şəxsin həyəcanlanması və normal olmayan hərəkətlər etməsi onları şübhələndirmiş və onlar həmin motosikletin sürücüsünə yaxınlaşıb sənədlərini təqdim etməsini bildirmişlər. Həmin şəxs şəxsiyyətini təsdiq edən sənədi onlara təqdim etmişdir. Onlar onun sənədini yoxlayarkən həmin şəxsin Təqsirləndirilən şəxs olduğunu müəyyənləşdirmişlər. Daha sonra ərazidə baş vermiş çoxsaylı oğurluq hadisələri ilə əlaqədar həmin şəxslə sorğu-sual aparan zaman həmin şəxs suallara şübhəli və qeyri-adekvat cavablar verərək sanki suallardan yayınmağa çalışmışdır. Həmin şəxs onların sorğu-sual aparmalarından narahat olub onlara məhəl qoymadan qəfil motosikleti işə salaraq qaçmağa cəhd göstərmişdir. Onlar da dərhal avtopatrulla həmin şəxsi təqib etməyə başlamışlar. Təxminən 1 km getdikdən sonra motosikletin sürücüsü döngədə idarəetməni itirərək motosikletdən yıxılmışdır. Yıxılan zaman əynindəki köynəyin sol qol hissəsi cırılmışdır. Həmin şəxs dərhal onlar tərəfindən saxlanılaraq xidməti avtomobilə əyləşdirilmişdir. Motosikleti isə Türkanda yerləşən polis sahə məntəqəsinə gətirib sahə inspektoru polis kapitanı Nicat Şükürova təhvil vermişlər. Motosikleti təhvil verdikdən sonra həmin şəxsi Xəzər RPİ-nin 1-ci PŞnə gətirib bu barədə polis şöbəsinin rəisinin adına raport yazmışlar. Polis şöbəsində həmin şəxsin anket məlumatları yoxlanılan zaman məlum olmuşdur ki, həmin şəxs Təqsirləndirilən şəxsdur. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yarandığından, şöbəyə müdafiəçi dəvət olunmuşdur. Xidməti otaqların birində videoçəkiliş vasitəsilə müdafiəçinin, onun və Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 iştirakı ilə Xəzər RPİ 1-ci PŞ-nin təhqiqatçısı, polis kapitanı Elgün Zülfüqarov tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış və götürmə istintaq hərəkəti zamanı əvvəlcə Təqsirləndirilən şəxs üzərində hər-hansı bir qeyri-qanuni əşya varsa könüllü olaraq təqdim edilməsi təklif olunmuşdur. Təhqiqatçının bu təklifindən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs əynindəki yaşıl rəngli köynəyin sol cibindən 01 ədəd şəffaf sellofan torbanın içərisində olmaqla 02 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda qurudulmuş marixuanaya bənzər maddələri, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda, içərisində qəhvəyi rənglli narkotik vasitə olan heroinə bənzər maddəni, 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda, içərisində kristalşəkilli metamfetaminə bənzər maddəni və 1 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş halda qurudulmuş marixuanaya bənzər maddəni çıxarıb xidməti otaqdakı masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs təqdim etdiyi bükümün içərisinə təhqiqatçı tərəfindən əyani baxış keçirilmişdir. Baxış zamanı bükümlərin içərisində narkotik vasitə hesab olunan heroinə bənzər kütlə, psixotrop maddə metamfetaminə bənzər kütlə və narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edilmişdir. Aşkar olunmuş kütlələr barədə Təqsirləndirilən şəxs sual verilərkən sonuncu həmin bükümlərin içərisində narkotik vasitə olan heroin, psixotrop maddə olan metamfetamin və narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, həmin bükümləri 1 il əvvəl Bakı şəhəri, Yasamal rayonu ərazisində tanımadığı şəxsdən 30 manat müqabilində öz şəxsi istifadəsi üçün alıb üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra müdafiəçi şübhəli şəxsə aşkar edilmiş maddələrin ona aid olub-olmamasını və ona qarşı polis əməkdaşları tərəfindən hər-hansı bir təzyiq olub-olmamasını soruşmuşdur. Şübhəli şəxs Təqsirləndirilən şəxs isə həmin maddələrin özünə məxsus olmasını və polis əməkdaşları tərəfindən ona qarşı hər hansı bir təzyiq olmadığını bildirmişdir. Bundan sonra müdafiəçi şübhəli şəxsdən nə üçün əynindəki köynəyinin sol qolunun cırıldığını soruşanda şübhəli şəxs motosikletdən yıxıldığı üçün köynəyinin sol qol hissəsinin cırıldığını bildirmişdir. Daha sonra təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış davam etdirilmiş, lakin üzərindən qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Aşkar olunmuş bükümlər isə təhqiqatçı tərəfindən içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, DİN-nin 157 saylı möhürü ilə möhürlənmiş, üzəri şübhəli şəxs, müdafiəçi və iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra isə təhqiqatçı istintaq hərəkətinin yekunlaşdığını elan edərək videoçəkilişi dayandırmağı tələb etmişdir. Həmçinin qeyd etmişdir ki, şəxsi axtarış istintaq hərəkəti zamanı videoçəkiliş “Samsung” markalı mobil telefon vasitəsilə iş yoldaşı, Xəzər RPİ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid2 tərəfindən aparılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilən Xəzər RPİ-nin PPXB-nin polis nəfərləri polis serjantı Şahid2 da oxşar, eyni məzmunlu ifadə verərək şahid X1 göstərdiklərini təsdiq etdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli 6/4028 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Azərbaycan Respublikası DİN Zərflər üçün №157” dairəvi möhür əksi, “şübhəli şəxs: Təqsirləndirilən şəxs (imza) yazısı və imzalar olan zərfdəki 1(bir) ədəd bükümdə təmiz çəkisi 0,383 qram qəhvəyi rəngli tozşəkilli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir və 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət maddə kusta üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi: 0,257 qram, tədqiqata sərf edildi: 0,05 qram, qalıq 0,207 qram, Heroinin təmiz çəkisi – 0,383 qram, tədqiqata sərf edildi – 0,05 qram, qalıq – 0,333 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 114,00 (bir yüz on dörd) manatdır. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının 26 iyul 2022-ci il tarixli 7/821 nömrəli rəyinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “1) Təqsirləndirilən şəxs......” yazılar və imzalar olan zərfdə 3 ədəd gümüşü rəngli kağız bükümlər: 1-ci gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,365 qram, 2-ci gümüşü rəngli kağız bükümdə olan qarışıq kütlədə təmiz çəkisi 0,060 qram və 3-cü gümüşü rəngli kağız bükümdə 1 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,139 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanalardır. Marixuanaların ümumi çəkisi 0,564 qram hissəsi qalıq qalmışdır. Aparılmış ekspertiza tədqiqatının dəyəri 72,00 (yetmiş iki) manat təşkil edir. Heroin, metamfetamin və marixuana 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin siyahısı”na (Siyahı) daxildir. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəmə-narkoloji ekspertizanın 15 sentyabr 2022-ci il tarixli 5236 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs kannabinoidlərdən istifadə etmə halları olub. Lakin hal-hazırda Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda müayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd gümüşü rəngli bükümdə, təmiz çəkisi 0,365 qram, 01 ədəd gümüşü rəngli kağız bükümdə, təmiz çəkisi 0,060 qram və 01 ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,139 qram olmaqla ümumi təmiz çəkisi 0,564 qram olan, çətənə bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 01 ədəd bükümdə təmiz çəkisi 0,383 qram olan qəhvəyi rəngli, tozşəkilli, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd bükümdə, təmiz çəkisi 0,257 qram ağ rəngli kristallardan ibarət, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin maddi sübut kimi tanınmış və hazırkı ümumi çəkisi 0,564 qram olan bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, hazırkı çəkisi 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və hazırki çəkisi 0,257 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhkəmənin hökmünə qədər Xəzər RPİ-də saxlanılmışdır. İş materiallarında olan sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk maddi sübut kimi tanınmış və cinayət işinə əlavə edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 08 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 18 yanvar 2013-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək, CM-nin 67.1-ci maddəsinə əsasən Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 13 dekabr 2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasının çəkilməmiş 11 ay 24 gün hissəsi ilə qismən birləşdirilərək qəti olaraq 04 (dörd) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Bakı şəhəri Nizami Rayon Məhkəməsinin 29 dekabr 2015-ci il tarixli qərarı ilə 11 (on bir) ay 12 (on iki) gün müddətə vaxtından əvvəl şərti azad olunmuş və cəzasını çəkib qurtarmış, Bakı Ağır Cinayətlər Məhkəməsinin 15 iyul 2021ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 2.4-cü bəndinə əsasən cəzadan azad edilmişdir. Azərbaycan Respublikası Cinayət Məcələsinin 83.2-ci maddəsinə əsasən Barəsində cəza təyin edilməməklə və ya təyin edilmiş cəzadan azad edilməklə əlaqədar ittiham hökmü çıxarılmış şəxs məhkumluğu olmayan hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcələsinin 83.2-ci maddəsinin şərh olunmasına dair” 08 iyul 2008-ci il tarixli Qərarına əsasən Azərbaycan Respublikası Cinayət Məcələsinin 83.2-ci maddəsi yalnız məhkəmənin ittiham hömünə əsasən: cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdiyinə görə cəza təyin edilməməsi; amnistiya aktına əsasən cəzadan azad edilməsi hallarını nəzərdə tutur 25 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Amnistiya Qərarının 7-ci bəndinə əsasən bu Qərar əsasında əsas və əlavə cəzanı çəkməkdən azad edilən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş şəxslərin üzərindən məhkumluq götürülsün. Göründüyü ki, Azərbaycan Respublikası Cinayət Məcələsinin 83.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məhkuluğu yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayətprosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitəni şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10-cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs törətdiyi əməli etiraf edərək peşmançılıq çəkməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 25 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – ümumi çəkisi 0,564 qram olan bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri cəmi 186,00 (bir yüz səksən altı) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayəthüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri X2 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili X2 20 (iyirmi) iş saatına görə 120,00 (bir yüz iyirmi) manat və məhkəmədə göstərilmiş hüquqi xidmətə görə 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 (on) iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 25 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – ümumi çəkisi 0,564 qram olan bitkisindən kustar üsulla hazırlanmış qurudulmuş marixuana, 0,333 qram olan kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,207 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut - Təqsirləndirilən şəxs üzərinə Xəzər RPİ 1-ci PŞ-də keçirilmiş baxış zamanı çəkilmiş videogörüntülər olan 01 ədəd disk hökm qanuni qüvvəyə mindikdən sonra cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs cəmi 186,00 (bir yüz səksən altı) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X2 120,00 (bir yüz iyirmi) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat, ümumilikdə 180,00 (bir yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev
Məhkəmə qərarları › İş №1(003)-530/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-530/2022
23.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver