Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-530/2025 04.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1978-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,453 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 11 iyul 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 4 saylı Birləşmiş şəhər xəstəxanasının yaxınlığına kimi daşımış, həmin gün orada piyada hərəkətdə olarkən saat 12:30-də radələrində, Xəzər RPİ-nin 3-ci PŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş keçirməklə üzərində şəxsi axtarılş aparılan zaman əynindəki göy rəngli şalvarın sağ arxa cibindən 01 ədəd şəffaf sellofana bükülmüş təmiz çəkisi – 0,453 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək qeyd etdi ki, psixotrop maddələrə asılılığı olduğu üçün onlardan istifadə edir. 11 iyul 2025-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata 01 büküm “şüşə” alaraq və şəxsi isdifadəsi üçün üzərində saxlamışdır. Həmin tarixdə Bakı şəhəri, Xəzər Rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 4 saylı BŞX-nin yaxınlığında piyada hərəkətdə olduğu vaxt videoçəkiliş ilə ona polis əməkdaşları yaxınlaşaraq şübhəli olduğunu deyib üzərinə baxış keçirmişlər. Bu zaman o, şalvarın cibindən 01 ədəd şəffaf sellofana bükülmüş işində “şüşə” olan bükümü çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-ə aparmışlar. Polis əməkdaşları tərəfindən ona qarşı heç bir təsir göstərilməmişdir. Etdiyi əməlindən peşmandır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin baş əməliyyat müvəkkili Şahid1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə xidmətdə olarkən Təqsirləndirilən şəxs barəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə raportla məruzə olunduqdan sonra, onun və Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2 İbrahim oğlunun iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Daha sonra narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin yeri müəyyən edilmişdir. xx.xx.2025-ci ü tarixdə, saat 12:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində, 4 saylı BŞX-nin yaxınlığında piyada hərəkətdə olan, xarici görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsə videoçəkiliş aparılmaqla yaxınlaşmışlar. Xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Sonra onun üzərində qanunsuz hər hansı əşya və ya predmetin olub-olmaması ilə bağlı sorğu-sual aparıldıqda, o, şalvarın cibindən bir ədəd şəffaf sellofana bükülmüş bükümü çıxararaq təqdim etmişdir. Təqdim etdiyi bükümün içərisində nə olduğunu və onu haradan, nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə “patı” kimi tanınan, psixotrop maddə olan metamfetamin var və bu maddəni həmin gün səhər saatlarında 10 manat müqabilində Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinə dəvət olunmuşdur. O, heç bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə 3-cü polis şöbəyə getmişdir. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 3-cü PŞ- də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin sahə inspektoru Şahid2 İbrahim oğlu Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşıması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİnin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - xx.xx.2025-ci il tarixli əməliyyat axtariş tədbirlərinin həyata keçirilməsi haqqında qərardan görünür ki, Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 tərəfindən Təqsirləndirilən şəxs ətrafında təxirəsalınmaz əməliyyat axtarış tədbirləri keçirilməklə yaxalanmasından ötrü əməliyyat qrupu yaradılmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3-cü PŞ-nin təhqiqatçısı E.Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - 11 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan görünür ki, şəxsi axtarış və götürmə aparılmasından əvvəl üzərində axtarış və götürmənin aparıldığı şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif edildi. Şəxsi axtarış zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Təqsirləndirilən şəxs əlavə olaraq bildirdi ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsi, 4 saylı BŞX-nin yaxınlığında saxlanılan zaman əynindəki göy rəngli şalvarın sağ arxa cibindəki şəffaf sellofana bükülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Təqsirləndirilən şəxs həmin maddəni 11 iyul 2025-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirdi. Araşdırmaya təqdim edilmiş 01 bükümün psixotrop maddə metamfetaminə bənzər kütlə cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan tərəfimdən 01 ədəd kağız zərfdə qablaşdırılıb Azərbaycan Respublikası DİN-in “zərflər üçün” 244 saylı möhürü ilə möhürlənərək götürülmüşdür; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının 12 iyul 2025-ci il tarixli 6/2413 nömrəli məhkəmə-kimyəvi ekspertizasının rəyinə əsasən, Təqdimata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №244” dairəvi möhür əksi, ”imza Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bir ədəd zərfdə bir ədəd bükümdə təmiz çəkisi 0,453 qram olan ağ rəngli kristallik maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - xx.xx.2025-ci il tarixli DVD diskə baxış keçirilməsi haqqında protokoldan aydın olur ki, diskdə olan videogörüntü 11 iyul 2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokola uyğun olmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi A.Məmmədzadə tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Təqsirləndirilən şəxs barəsində “polis nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji X5 Şəxsindən daxil olmuş xx.xx.2025-ci il tarixli 4368 saylı rəyə əsasən, Təqsirləndirilən şəxs Psixostimulyatorların və opioidlərin qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Onun narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən Bakı şəhəri NM-də (F11x2) diaqnozu ilə dispanser qeydiyyatındadır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Qafarov X3 Rayon Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2007-ci il tarixində cəza müddətinin sonu ilə azad edilmişdir. Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 177.1, 69.3-cü maddəsi ilə təqsirli bilinərək 01 il 09 ay 15 gün islah işləri cəzasına məhkum edilmişdir. Xəzər (Əzizbəyov) Rayon Məhkəməsinin xx.xx.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2010-cu il tarixili qərarı ilə cəzasının məhdudlaşdırılması ilə əvəz edilib. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixili hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 68.1.3, 67.1-ci maddələri ilə 02 il 10 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2013-cü il tarixli qərarı ilə cəzasının çəkilməmiş qalan hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, xx.xx.2016-cı il tarixdə Milli Məclisin xx.xx.2016-cı il tarixli “Amnis” qərarının 3-cü bəndinə əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə 02 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Xəzər rayon məhkəməsinin xx.xx.2019-cu il tarixli qərar ilə 24 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddələri ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Nizami rayon məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 04 ay 16 gün vaxtından əvvəl şərti azad edilmişdir. Bundan başqa o, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddələri ilə 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəza müddəti başa çatmışdır; - Xəzər Rayon Məhkəməsininxx.xx.2025-ci il tarixli qərarından məlum olur ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və qətimkan tədbiri dəyişdirilərək “həbs” qətimkan tədbiri seçilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin xx.xx.2026-cı il tarixli məktubundan aydın olur ki, axtarışda olan Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixində tutulmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş « psixotrop maddələr» adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,453 qram olan psixotrop maddə metamfetamin şəxsi istehlak miqdarından artıq xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1, 69.3-cü maddələri ilə 07 ay 28 gün azadlıqdan məhrum etmə cəzasına məhkum edilməsi (Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə 01 ay 08 gün vaxtından əvvəl şərti azad edilmiş, xx.xx.2024-cü il tarixdə cəzasının sonu ilə azad edilib) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs əməlində cinayətin residivi həmin Məcəllənin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal hesab edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.3), ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq 0,403 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 114 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 08 (dörd) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın və cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,403 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri cəmi 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 220 manat olmaqla, cəmi 550 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-530/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-530/2025
04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver