Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-531/2025 27.11.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X7, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmayan, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,385 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 19 may 2025-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin günün orada saat 11:30 radələrində piyada hərəkətdə olduğu vaxt narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİnin 2-ci PŞ-nin inzibati binasına gətirilməklə həmin gün saat 11:50 radələrində Növbətçi Hissəyə təhvil verildiyi vaxt həmin otaqda üzərinə videoçəkiliş aparmaqla baxış keçirilən zaman əynində olan qara rəngli idman şalvarının sol yan cibində 01 ədəd qızılı kağıza bükülmüş təmiz çəkisi 0,385 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,367 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 16 iyun 2025-ci il tarixdə ünvan 1 ünvanın yaxınlığına daşımış, həmin günün orada saat 14:54 radələrində piyada hərəkətdə olduğu vaxt narkotik vasitələnin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün Bakı şəhəri Xəzər rayon Pİ-nin 2ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində saxlanılaraq orada üzərinə videoçəkiliş aparmaqla baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcənin sol yan cibində 01 ədəd ağ kağıza bükülmüş təmiz çəkisi 0,367 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 2-3 aya yaxındır ki, narkotik vasitələr və psixotrop maddələrdən istifadə edir. xx.xx.2025-ci il tarixində, səhər saat 10 radələrində Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində üzdən tanıdığı bir şəxsdən 10 manat müqabilində 1 ədəd qızılı kağıza bükülmüş psixotrop maddə - metamfetamin almış və onu şəxsi istifadəsi üçün üzərində gəzdirmişdir. Eyni gün saat 11:30 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsində yaşadığı evin yaxınlığında piyada hərəkət edən zaman üç nəfər şəxs - biri mülki geyimli və ikisi polis formasında olan - ona yaxınlaşaraq özlərini təqdim etmiş və onu Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət etmişlər Polislər sorğu-sual zamanı üzərində qanunsuz hər hansısa bir əşya olub-olmaması barədə soruşaraq varsa təqdim etməyini bildirmişlər. Bu zaman o, əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qızılı kağıza bükülmüş, "patı" kimi tanınan metamfetamin adlı psixotrop maddəni könüllü şəkildə təqdim etmişdir. Daha sonra xx.xx.2025-ci il tarixində isə, səhər saatlarında Sabunçu rayonu, Maştağa qəsəbəsi ərazisində tanımadığı bir şəxsdən 10 manat müqabilində 1 ədəd alüminium kağıza bükülmüş “şüşə” kimi tanınan metamfetamin adlı psixotrop maddə almış və bükümü cibində saxlamışdır ki, sonradan istifadə etsin. Saat 14:54 radələrində yaşadığı ünvanın yaxınlığında - yəni Buzovna qəsəbəsi, M.Namazov küçəsində piyada hərəkətdə olarkən polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmiş və üzərində qeyri-qanuni əşya olub-olmamasını soruşmuşlar. Bu təklifə əsasən şəxs əynindəki boz rəngli cins şalvarın sağ yan cibində olan mobil telefon, açarlar və soldan isə şəxsi istifadəsi üçün aldığı alüminium kağıza bükülmüş psixotrop maddəni çıxararaq təqdim etmişdir. Büküm açıldıqda içərisində şəffaf kristal formalı metamfetamin olduğu müəyyən edilmişdir. Maddə və mobil telefon zərfə qoyularaq qablaşdırılmış, şəxs daha sonra Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparılmışdır. Xəzər RPİ-nin 2-ci PŞ-də olarkən ona qarşı heç bir psixi və fiziki təsir olmamışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, himayəsində 9 yaşında bir oğlu vardır. Vətən Müharibəsi iştirakçısı olub, qazidir. Müxtəlif medallarla təltif olunmuşdur. Əməlindən peşiman olduğunu nəzərə alaraq barəsində həbslə bağlı olmayan cəza verilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Xəzər Rayon Polis İdarəsinin 2ci Polis Şöbəsinin məsul növbətçisi polis kapitanı X10 ifadəsində göstərmişdir ki, 19 may 2025-ci il tarixdə xidmətdə olduğu zaman PŞ-nin əməliyyat müvəkkili Cavid Aslanov, sahə rəisi Şahid4 və sahə inspektoru Şahid3 tərəfindən Nuru-X6 rayonu, Buzovna qəsəbəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılaraq saat ll:50-də növbətçi hissəyə təhvil verilən zaman növbətçi hissə otağında üzəri yoxlanılarkən əyninədəki qara rəngli idman köynəyinin sol yan cibindən Redmi markalı mobil telefon və idman şalvarının sol yan cibindən qızılı kağıza bükülmüş bükülünü çıxardaraq təqdim etmiş, həmin bükülünün içində bərk kristal formalı psixotrop maddə olan “Metamfetamin”ə bənzər maddənin olması aşkar edildi.Aşkar edilmiş həmin maddəni Sabunçu rayonu, Məştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Hazırda üzərində həmin bükümdən başqa hər hansı əşya və ya predmet yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm tərəfimizdən götürüldü və qablaşdırılması üçün Xəzər RPinin 2-ci PŞ-nin TQ-na təqdim edilmişdir. Nuri-X18 saxlanılarkən və Xəzər RPİ-nin 2-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 1-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər Şahid1, Şahid3 və Şahid4 məlumat verilsədə məhkəmə iclasında iştirak etməmişlər və onların ifadələri elan edilmişdir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru Şahid3 məhkəmə iclasında ifadəsi elan edilərkən müəyyən edilmişdir ki, 19 may 2025-ci il tarixdə saat 11:30 radələrində narkotik vasitələrin və ya psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar 2-ci PŞ-nin sahə rəisi, polis kapitanı Şahid4 və əməliyyat müvəkkili polis leytenantı Cavid Aslanov ilə Buzovna qəsəbəsi M.Namazov küçəsində xidmət aparan zaman bir nəfər şəxsə yaxınlaşıb özünü təqdim etdikdən sonra həmin şəxsə onlarla birlikdə Polis Şöbəsinə getməsi dəvət olundu. Saat ll:50-də Polis Şöbəsinin növbəçi hissəsinə təhvil verilən şəxsin xx.xx.1993-cü il təvəlüdlü Təqsirləndirilən şəxs olduğu məlum olduqdan sonra ona üzərində qeyri qanuni əşya və ya predmet varsa təqdim etməyi təklif olundu. Bundan sonra Fərid əynində olan qara rəngli idman köynəyinin sol yan cibindən Redmi markalı mobil telefon qara rəngli idman şalvarının sol yan cibindən bir ədəd qızılı kağıza bükümü çıxarıb təqdim etdi. Həmin bükümə tərəflərindən baxış keçirilən zaman içərisində psixotrop metamfetaminə bənzər maddə olmasını aşkar etdilər. “Redmi” markalı mobil telefon və 01 ədəd qızılı kağıza bükülmüş büküm 01 ədəd zərfdə qablaşdırıldı. Həmin maddənin nə olmasını və haradan əldə etməsi barədə soruşulduqda həmin maddənin şüşə kimi tanınan psixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirdi. Daha sonra həmin şəxs və üzərindən əşkar olunmuş maddə ilə aidiyyəti əməkdaşa tapşırılması üçün raportla rəisə müraciət etdikdən sonra araşdırmamın aparılması təhqiqatçı Sərxan Qarayevə həvalə olundu, maddi sübut şəxslə birlikdə təhqiqatçıya təqdim olundu. Sonra Xəzər RPİ-nin 2-ci PŞ-nin xidməti otaqların birində hüquq və vəzifələri Fərid Nuri-zadəyə izah edildikdən sonra dövlət hesabına vəkil dəvət olundu və vəkil ona hüquq və vəzifələrini bir daha izah etdikdən sonra videoçəkilişlə baxış keçirildi, Fərid Nuri-zadə təqdim etdiyi 01 ədəd qızılı kağıza bükülmüş bükümü təqdim edildi. Həmin büküm açılaraq içərisinə baxış keçirildi. Fərid Nuri-zadədən həmin bükümün içərisində nə olması, nə vaxt və haradan əldə etdiyi barədə soruşuldu. Fərid Nuri-zadə bir daha qeyd edərək psixotrop maddə metamfetamin olmasını və şəxsi istifadəsi üçün həmin gün səhər saatlarında Maştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını bildirdi. Fərid Nuri-zadənin üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə qablaşdırıldı. Fərid Nuri-zadə üzərində şəxsi axtarış davam etdirildi və qanunsuz hər hansı bir əşya və ya predmet aşkar edilmədi. Aşkar olunmuş büküm cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan qablaşdırıldı. Bundan sonra keçirilmiş əməliyyat tədbirlərinin nəticəsinə dair protokol tərtib edildi və protokol iştirakçılar tərəfindən imzalarla təsdiq edildi. Nuri-X18 saxlanılarkən və Xəzər RPİ-nin 2-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan edilmiş Xəzər Rayon Polis İdarəsinin 2-ci PŞ- nin polis sahə rəisi polis kapitanı Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid4 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid3 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında ifadəsi alınmış şahid X4 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Cavid Aslanovun xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 2-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili polis leytenantı Cavid Aslanovun xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - 17 iyun 2025-ci il tarixli cinayət işinin başlanması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə cinayət işi başlanmışdır. -Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Fəxrəddin Kazımov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur; - 16 iyun 2025-ci il tarixli şəxsi əşyalara baxışın keçirilməsi haqqında protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 14:54-də daxil olmuş əməliyyat məlumatına əsasən, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 14:54-də daxil olmuş əməliyyat məlumatına əsasən, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, işsiz, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən saxlanılaraq üzərinə baxış keçrilən zaman əyninə geyindiyi göy rəngli cins şalvarının cibindən qara rəngli “Redmi” markalı mobil telefonu və geyindiyi qara rəngli gödəkçənin sol yan cibindən ağ kağıza bükülmüş metamfetamin psixotrop maddəsinə bənzər bərk kristal maddələr olan bükülünü çıxardıb verərək tanımadığı şəxsdən 10 manat öz istifadəsi üçün aldığını bildirdiyindən Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilərək bir ədəd zərfdə olan maddi sübut olan metamfetamin, bir ədəd mobil telefon şəxslə birlikdə təhqiqata təhvil verilmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli qərara əsasən Xəzər RPİ-nin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə apardım.Şəxsi axtarış, baxış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Redmi 13» markalı, **********14020, **********14038 İMEİ kodlu mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları onu narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlayan zaman üzərində olan metamfetamin psixotrop maddəsinə bənzər bükülünü və mobil telefonu polis əməkdaşlarına təhvil verdiyini bildirərək hazırda üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şübhəli şəxs Nuru-X2 zaman üzərindən aşkar olunmuş üzü və arxası qara rəngli “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyətli olduğundan götrülmüşdür.Şəxsi axtarış, baxış və götürmə axşam vaxtı, xidməti iş otağında, suni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, ci il tarixli 3-16-16/2-6/2212/2025 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs (imza) Təqsirləndirilən şəxs...” yazıları bir ədəd zərfin içərisində 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,367 ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir. Metamfetaminin təmiz çəkisi-0,367 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,317 qram; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nuru-X6 RPİ-nin İŞ-nin müstəntiqi Əli İsgəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; -11 iyul 2025-ci il tarixli diskə baxış keçirilmə haqqında protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən iki ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk xidməti iş otağında olan «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X9” proqramı vasitəsilə yazılmış 02 ədəd fayl olması müşahidə olunur. Birinci fayl 01 dəqiqə 07 saniyə müddətində olmaq şərti ilə 55,004 KB ölçüsündədir. Həmin fayla nəzər yetirdikdə, Nuri-X11 Buzovna qəsəbəsi M.Namazov küçəsində piyada hərəkətdə olan zaman saxlanıldığı üzərində qeyri qanuni əşya varsa təqdim etməyi təklif edildikdən sonra, əynində olan boz rəngli cins şalvarının sağ yan cibindən bir ədəd Redmi markalı mobil telefonu, açarları və əynində olan qara rəngli gödəkçəsinin sol yan cibindən ağ kağıza bükülmüş bükümü təqdim etməsi, 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirməsi, həmin bükümün zərfə qoyulması müəyyən olundu. İkinci fayl 03 dəqiqə 46 saniyə müddətində olmaq şərti ilə 171,290 KB ölçüsündədir. Həmin fayla nəzər yetirdikdə, təhqiqatçı tərəfindən xidməti otaqların birində vəkil X5 iştirakı ilə Nuri-X11 üzərinə şəxsi axtarış keçirilməsi və PŞ-nin növbətçi hissə otağında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təqdim edilməsi, üzərinə baxış keçirilməsi, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməməsi, aşkar edilmiş psixotrop maddə metamfetamini 16 iyun 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat məbləğində pula almasını bildirməsi, həmin bükümün zərfdə qablaşdırılması müəyyən olundu. Diskə baxış zamanı iştirak edən təqsirləndirilən şəxs Nuri-X18 video görüntüdə özü olduğunu təsdiq etdi. Baxış xidməti iş otağımda aparılmaqla protokol xidməti iş otağımda olan «HP» markalı kompüter vasitəsilə tərtib edildi və protokol «HP» markalı printer vasitəsilə çap edildi. Buna görə də, bu barədə protokol tərtib edildi və cinayət işinin materiallarına əlavə olundu; -18 avqust 2025-ci il tarixdə Təqsirləndirilən şəxs təqsirləndiriliməsinə dair Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* nömrəli cinayət işi icraatına qəbul olunmaqla tərəfindən istintaqı aparılan ********* nömrəli cinayət işinə birləşmişdir. -250010314 nömrəli cinayət işi 20 may 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-nin baş təhqiqatçısı, polis mayoru Sərxan Qarayev tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanılıb və aidiyyatı üzrə göndərilmişdir. -Tutma haqqında protokoldan aydın olur ki, ********* nömrəli cinayət işi üzrə 19 may 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ- nin baş təhqiqatçısı, polis mayoru Sərxan Qarayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1 -ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. -Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci PŞ-nin məsul növbətçisi polis kapitanı Şahid2 tərəfindən tərtib edilmiş 19 may 2025-ci il tarixli aktından və raportundan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis leytenantı Cavid Aslanov, Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid3, Xəzər RPİ-nin 2-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid4 iştirakları ilə ondan ötrü ki, Nuru-X6 rayonu, Buzovna qəsəbəsində yaşadığı evin yaxınlığında narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılaraq növbətçi hissəyə təhvil verilmiş xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmuş, işsiz, əvvəllər məhkum olunmamış ünvan 2 ünvanında qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 11:50-də növbətçi hissəyə təhvil verilən zaman növbətçi hissə otağında üzəri yoxlanılarkən əyninədəki qara rəngli idman köynəyinin sol yan cibindən Redmi markalı mobil telefon və idman şalvarının sol yan cibindən qızılı kağıza bükülmüş bükülünü çıxardaraq təqdim etmiş, həmin bükülünün içində bərk kristal formalı psixotrop maddə olan “Metamfetamin”ə bənzər maddənin olması aşkar edildi. Aşkar edilmiş həmin maddəni Sabunçu rayonu, Məştağa qəsəbəsində tanımadığı şəxsdən 10 manata şəxsi istifadəsi üçün alaraq üzərində saxlamışdır. Hazırda üzərində həmin bükümdən başqa hər hansı əşya və ya predmet yoxdur. Təqsirləndirilən şəxs təqdim etdiyi büküm götürüldü və qablaşdırılması üçün Xəzər RPİ-nin 2-ci PŞ-nin TQ-na təqdim edilmişdir. Tərəfindən “iphone 12” markal mobil telefon aparatı ilə çəkilmiş video çəkiliş gələcəkdə Akta əlavə olunacaqdır - Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:30-da daxil olmuş əməliyyat məlumatına əsasən, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.2025-ci il tarixdə saat 11:30-da daxil olmuş əməliyyat məlumatına əsasən, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməkdaşları tərəfindən xx.xx.1993-cü ildə Bakı şəhərində anadan olmaqla ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, işsiz, əvvəllər məhkum olunmamış, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilindiyindən yaşadığı evin yaxınlığında saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilib saat 11:50-də Növbətçi Hissə otağına təhvil verilib və orada üzərinə Polis Şöbəsinin növbətçi hissəsində məsul növbətçi, polis kapitanı Şahid2 iştirakı ilə daxili nizam qaydalarına əsasən video görüntü ilə baxış keçirilən zaman əynində olan qara rəngli idman köynəyinin sol yan cibindən bir ədəd qara rəngli Redmi markalı mobil telefon və şalvarın sol yan cibindən bir ədəd qızılı kağıza bükülmüş bükülünün içində bir ədəd metamfetamin psixotrop maddəsinə bənzər bükülü aşkar edildiyindən götürülüb zərfə qoyulmuş və bu barədə akt tərtib edilərək həmin bir ədəd zərfdə olan maddi sübut olan metamfetamin, bir ədəd mobil telefon şəxslə birlikdə təhqiqata təhvil verilmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmiş Təqsirləndirilən şəxs paltarında, əşyalarında və ya bədənində narkotik vasitənin, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaların və ya sənədlərin olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan «Şəxsi axtarış, baxış və götürmə aparılması haqqında» xx.xx.2025-ci il tarixli qərara əsasən Xəzər RPİnin 2-ci PŞ-nin inzibati binasında xidməti iş otağımda video çəkilişdən istifadə edilməklə şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış, baxış və götürmə apardı. Şəxsi axtarış, baxış və götürmə başlamazdan əvvəl bütün iştirakçılar bu prosessual hərəkətin aparılması zamanı «Redmi 13» markalı, **********14020, **********14038 İMEİ kodlu mobil telefondan istifadə olunmaqla video çəkilişin həyata keçirilməsi barədə xəbərdar edildi, iştirakçılar tərəfindən video çəkilişin həyata keçirilməsi ilə bağlı şikayət və ya etiraz daxil olmadı. Şəxsi axtarış, baxış və götürmə aparılmasından əvvəl üzərində axtarış aparılan şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək paltarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edildi. Bu təklifdən sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən narkotik vasitələrin və psixotrop maddələrin dövriyyəsində şübhəli bilindiyindən saxlanılaraq Xəzər RPİ-nin 2-ci PŞ-nə gətrilən zaman əyninə geyindiyi qara rəngli idman köynəyinin sol yan cibində olan mobil telefonla geyindiyi idman şalvarının sol yan cibindən bir ədəd qızılı kağıza bükülmüş metamfetamin psixotrop maddəsinə bənzər bükülünü polis əməkdaşlarına təhvil verdiyini bildirərək hazırda üzərində qanunla qadağan edilmiş hər hansı əşya və predmetin olmadığını bildirdi. Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və sənədlər aşkar edilmədi. Şübhəli şəxs Nuru-X2 zaman üzərindən aşkar olunmuş üzü və arxası göy qara rəngli “Redmi” markalı mobil telefon isə sübut əhəmiyyətli olduğundan götrülmüşdür.Şəxsi axtarış, baxış və götürmə axşam vaxtı, xidməti iş otağında, suni işıqlandırma şəraitində aparıldı. Şəxsi axtarış zamanı istifadə edilən video çəkilişin əks olunduğu məlumat daşıyıcısı protokola əlavə ediləcəkdir. Protokol iştirakçılara ucadan oxundu, onlara protokola daxil edilməli olan qeydlər etmək hüququ və protokolu olduğu kimi və ya qeydlərlə birlikdə imzalamaq vəzifəsi izah olundu. İştirakçılar tərəfindən şikayət, təklif və protokola qeydlər daxil olmadı. Protokol düzgün tərtib edilmişdir, imzalarla təsdiq edildi. -Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2025-ci il tarixli, ci il tarixli 3-16-16/2-6/1869/2025 nömrəli rəydən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “şübhəli şəxs Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi - 0,385 ağ kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə -metamfetamindir.Metamfetaminin təmiz çəkisi-0,385 qram, tədqiqata sərf edilən miqdar-0,05 qram, qalıq-0,335 qram; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Nuru-X6 RPİ-nin İŞ-nin müstəntiqi Mirzəbala Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Qətimkan tədbirinin seçilməsi haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın 3043 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, müayinə zamanı Təqsirləndirilən şəxs Kannabinoidlərin və psixostimulyatorların qəbulu nəticəsində asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoliji dispanserində qeydiyyata alınması məsləhət görülür. - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat stat kartotekasında məlumat yoxdur. - 06 iyun 2025-ci il tarixli diskə baxış keçirilmə haqqında protokoldan görünür ki, İstintaq zamanı Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən 01 ədəd DVD diskə baxış keçirilən zaman müəyyən edildi ki, təqdim edilmiş disk DVD formatlıdır. Disk xidməti «HP» markalı kompüterin disk oxuyan cihazına daxil edildi. Monitorda açılan diskin yaddaşında “X9” proqramı vasitəsilə yazılmış 02 ədəd fayl olması müşahidə olunur. Birinci fayl 01 dəqiqə 03 saniyə müddətində olmaq şərti ilə 54,430 KB ölçüsündədir. Həmin fayla nəzər yetirdikdə, Nuri-X11 Xəzər RPİnin 2-ci Pş- nin Növbətçi Hissə otağında üzərinə baxış keçirilməsi və əynində olan qara rəngli idman şalvarının cibindən bir ədəd Redmi markalı mobil telefonu və əynində olan qara rəngli idman şalvarının sol yan cibindən qızılı kağıza bükülmüş bükümü təqdim etməsi, 01 ədəd bükümün içərisində nə olması soruşulduqda həmin bükümün içərisində psixotrop maddə metamfetamin olduğunu bildirməsi, həmin bükümün zərfə qoyulması müəyyən olundu. İkinci fayl 04 dəqiqə 02 saniyə müddətində olmaq şərti ilə 173,310 KB ölçüsündədir. Həmin fayla nəzər yetirdikdə, təhqiqatçı tərəindən xidməti otaqların birində vəkil X5 iştirakı ilə Nuri-X11 üzərinə şəxsi axtarış keçirilməsi və PŞ-nin növbətçi hissə otağında üzərindən aşkar edilmiş psixotrop maddə metamfetaminin təqdim edilməsi, üzərinə baxış keçirilməsi, üzərindən hər hansı qanunla qadağan olunmuş əşya və ya predmet aşkar edilməməsi, aşkar edilmiş psixotrop maddə metamfetamini 19 may 2025-ci il tarixdə Bakı şəhəri, Sabunçu rayonu Maştağa qəsəbəsi ərazisindən tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manat məbləğində pula almasını bildirməsi, həmin bükümün zərfdə qablaşdırılması müəyyən olundu. Diskə baxış zamanı iştirak edən təqsirləndirilən şəxs Nuri-X18 video görüntüdə özü olduğunu təsdiq etdi. Baxış xidməti iş otağımda aparılmaqla protokol xidməti iş otağımda olan «HP» markalı kompüter vasitəsilə tərtib edildi və protokol «HP» markalı printer vasitəsilə çap edildi. Buna görə də, bu barədə protokol tərtib edildi və cinayət işinin materiallarına əlavə olundu; 13 oktyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə yenidən ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «psixotrop maddə » adlı İ siyahının 5-ci qrafasına əsasən təmiz çəkisi 0,207 qram olan psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu müddət ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi tanınan və Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 0,317 və 0,335 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 02 ədəd disk iş materiallarında saxlanılmalı (CPM-132), 161 manat ekspertiza tədqiqatlarının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 08 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək saxlanıldığı 02 (iki) gün və xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün olmaqla, cəmi 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə hesablanmaqla 08 (səkkiz) gün ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablansın və üzərində 01 (bir) il 07 (yeddi) ay 22 (iyirmi iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,317 və 0,335 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 02 (iki) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 161 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X13 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-531/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-531/2025
27.11.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver