Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-532/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Yardımlı rayonu, Astanlı kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, Yardımlı rayonu, Astanlı kəndində qeydiyyatda olmaqla, ünvan 2də yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə mühafizəsi ona tapşırılmaqla müvəqqəti yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYS-də yerləşən nömrəsiz ünvandakı evin saxlanc yerinə və yaşayış sahəsinə daxil olmaq hüququ vermiş Zərərçəkmiş şəxs etibarından sui-istifadə edərək istintaqla dəqiq tarixini müəyyən etmək mümkün olmayan 2025-ci ilin yanvar ayı ərzində Zərərçəkmiş şəxs evdə olmadığı vaxtlarda həmin evin həyətindəki birinci evin 1-ci mərtəbəsindəki yaşayış sahəsi olan dəhlizdə divara quraşdırılmış vəziyyətdə olan 01 ədədinin dəyəri 150 manat təşkil edən 1 ədəd, qonaq otağında quraşdırılmış vəziyyətdə olan 4 ədəd, evin 2-ci mərtəbəsindəki yataq otağında quraşdırılmış vəziyyətdə olan 2 ədəd, həmin həyətdəki ikinci evin 1-cı mərtəbəsindəki yaşayış sahəsi olan qonaq otağındakı divara quraşdırılmış vəziyyətdə olan 01 ədədinin dəyəri 150 manat təşkil edən 3 ədəd, evin yataq otağlarında quraşdırılmış vəziyyətdə olan 7 ədəd olmaqla Zərərçəkmiş şəxs məxsus cəmi dəyəri 2550 manat olan cəmi 17 ədəd istsmara yararlı istilik radiatorunu sökərək çıxartmaqla, eyni zamanda həyətdəki qarajda yerləşən Zərərçəkmiş şəxs məxsus 01 ədədinin dəyəri 250 manat təşkil edən cəmi 750 manat dəyərində 03 ədəd velosipedi və 01 ədədinin dəyəri 350 manat təşkil edən cəmi 700 manat dəyərində 02 ədəd ot biçən aparatı götürüb hissə-hissə olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə oradan daşıyıb aparmaqla dəyərindən aşağı qiymətə satıb əldə etdiyi pulu şəxsi ehtiyaclarına sərf edib özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs X4 ümumilikdə 4000 manat məbləğində ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, təxminən 4 il olar ki, Zərərçəkmiş şəxs tanıyır və sonuncuya məxsus fərdi evdə yaşamışdır. Həmin evdfə o, mühafizəçi kimi yaşamış və bunun qarşılığında Zərərçəkmiş şəxs ona ayda 600 manat maaş vermişdir. O, da bunun qarşılığında Zərərçəkmiş şəxs evinə və həyətyanı sahəyə nəzarət etmişdir. Evdə olduğu zaman radiatorların su buraxması səbəbindən həmin radiatorların yararsız olmasını düşünüb onları satıb yeniləri ilə əvəz etməyi düşünmüşdür. Bundan sonra o, 2-3 gün ərzində həmin radiatorları oradan götürüb yaxınlıqda olan metal qəbulu məntəqəsinə satmışdır. Bir müddət sonra 3 ədəd velosipedi və 02 ədəd ot biçən aparatını isə Ələkbər adlı şəxsin işlədyi metal qəbulu məntəqəsinə aparıb xahiş etmişdir ki, girov kimi saxlayıb ona 40 manat pul versin, pulu qaytarandan sonra isə velosipedləri və ot biçəni götürəcəyini demişdir. Lakin sonradan pulu olmadığından o, Ələkbərə pulu qaytarıb veloisipedləri və ot biçənlərii götürə bilməmişdir. Əlavə olaraq təqsirləndirilən şəxs etdiyi əməldən peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs qeyd etdi ki, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYS-də yerləşən nömrəsiz fərdi ev ona məxsusdur. Təxminən 4 il bundan əvvəl Təqsirləndirilən şəxs ona məxsus həyətə baxması üçün işə qəbul etmiş və sonuncu onun evində yaşamışdır. Bundan başqa həyətyanı sahədə olan ağaclara və ümumi bağa qullu etməsi üçün Vüsala aylıq 600 manat maaş vermişdir. Buna baxmayaraq o, müəyyən vaxt aralığında həmin bağ evinə nəzarət etmək üçün getmişdir. Sonuncu dəfə xx.xx.2025-ci il tarixdə getdiyi zaman orada Təqsirləndirilən şəxs yaşaması üçün verdiyi evdən qıcdırıcı radiatorlarının, həyətyanı sahədə olan qarajdan 3 ədəd velosipedin, 2 ədəd otbiçən aparatın oğurlanmasını aşkar etmişdir. Bu barədə ilkin olaraq polisə məlumat verib rəsmi ərizə ilə müraciət etmişdir. Bundan sonra baş vermiş oğurluq hadisəsinin Təqsirləndirilən şəxs tərəfindən törədilməsi müəyyən edilmişdir. Baş vermiş oğurluq hadisəsi nəticəsində ona 4000 manat ziyan dəymişdir. 3 ədəd velosipedin, 2 ədəd otbiçən aparat ona sonradan qaytarılmışdır. Təqsirləndirilən şəxs qarşı şikayətçi deyildir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid göstərmişdir ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq massivində yerləşən metal qəbulu məntəqəsində işləyir. Orada işlədiyi vaxt dəqiq vaxtını xatırlamadığı tarixdə Vüsal adlı şəxs həmin məntəqəyə yaxınlaşıb köhnə və yararsız olan aliminium radiatorlar olduğunu bildirmişdir. O, da həmin radiatorlara baxdıqdan sonra bir qiymət deyə biləcəyini bildirmişdir. Biraz sonra Vüsal bir neçə ədəd radiator gətirmiş və o, Vüsalın şəxsiyyət vəsiqəsini almışdır. Həmin radiatorları alarkən Vüsal adlı şəxsdən oğurluq olub olmamasını dəfələrlə soruşub maraqlanmışdır. Hər birinə görə ödənişi çəki hesabı ilə etmiş və hər kiloqramı 0.90 qəpikdən ödəniş etmişdir. Həmçinin bir müddət sonra Vüsal 3 ədəd velosiped və iki ədəd ot biçən aparat gətirib həmin əşyaların mühafizəçisi olduğu evin sahibinin ona hədiyyə etdiyini bildirib, ona borc verməyini və borcları gətirib qaytardıqdan sonra həmin velosipedləri və ot biçənləri götürəcəyini demişdir. O, buna ehtiyac olmadığını desə də Vüsal təkid edib həmin əşyaları saxlamış və ondan 40 manat borc almışdır. O, Vüsal adlı şəxsin oğurluq etməsindən məlumatı olmamışdır. Daha sonra polis əməkdaşları gəldikdə Vüsal tərəfindən ona verilmiş radiatorların, velosipedlərin və ot biçənlərin oğuluq yolu ilə əldə olunmasını bilmişdir. O, polis əməkdaşlarına 3 ədəd velosipedi və 2 ədəd ot biçəni təqdim etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədəxx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq YYS-də yerləşən nömrəsiz fərdi evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Zərərçəmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Şübhəli şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan məlum olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi B.Bəşirli tərəfindən Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərarından aydın olur ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - Təqdim etmə və götürülmə barədə xx.xx.2025-ci il tarixli protokolundan görünür ki, X2 03 ədəd melosipedi və 02 ədəd ot biçən aparatı təqdim etmiş və həmin 03 ədəd velosiped və 02 ədəd ot biçən aparat götürülmüşdür; - İfadənin yerində yoxlanmçası haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs ifadəsində bildirdiyi halları hadisə yerində bilavasitə göstərişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, zərərçəmiş şəxsin, şahidin ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci (köhnə redaksiyada) maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəmə hüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını, zərərçəkmiş şəxsin şikayətçi olmamasını törətdiyi əməli etiraf edərək əməlindən səmimi peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, ibtidai istintaq zamanı tutulduğu 02 gün müddət bir günə iki gün hesabı ilə ona təyin edilmiş cəzaya hesablanmalı (CM-69.3), öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, cəzasını çəkdiyi dövrdə axşam saat 23:00-dan səhər saat 07:00-dək yaşayış yerini tərk etməməli, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, əlavə olaraq kütləvi tədbirlərdə iştirak etməmək vəzifələrini yerinə yetirməlidir. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxsnın yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilməli, cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxsnın Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və maddi sübut yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356-357; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində tutulduğu 02 (iki) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 04 (dörd) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində 01 (bir) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış 03 ədəd velosiped və 02 ədəd ot biçən aparatın zərərçəkmiş şəxsə qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən sərf etdiyi 09 saat vaxta görə 99 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-532/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-532/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver