Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-533/2025 03.12.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Musazadə Xanım Yaşar qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1998-ci ildə Ağstafa rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci il tarixinə cəzasının 11 ay 02 gün hissəsi çəkilməmiş qalan, Ağstafa şəhəri, 33-cü məhəllədə yaşamış, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs cəza çəkdiyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı olan bir ədəd, işlək vəziyyətdə “Samsung Galaxy A12” markalı, “SM-A127F/DSN modelli, “**********79650- **********79658” imei kodlu mobil telefon aparatını istintaqa məlum olmayan mənbədən əldə edib özündə saxlamış, gəzdirmiş və həmin mobil telefon vasitəsi ilə atası Şahid5 istifadəsində olan ***-***-**-** saylı və bacısı Şahid6 qızının istifadəsində olan ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng edərək danışıqlar aparmaqla istifadə etmiş, 29 mart 2025-ci il tarixdə saat 20:30 radələrində müəssisəsinin əməkdaşları tərəfindən müəssisənin yaşayış sahəsində yerləşən, məhkumlar üçün nəzərdə tutulmuş çamaşırxana otağında hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman onun istifadəsində olan dolabçanın içərisində gizlədərək saxladığı, özünə məxsus, daxilində danışıq kartı olan həmin mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, bir neçə ildir ki, Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkir. Həmin telefonu məhkumlar üçün olan ayaqyolundan sönülü vəziyyətdə tapmışdır. Təxminən 10 gün işlətmişdir. Cəzaçəkmə müəssisəsində axtarış-baxış tədbirləri keçirilən zaman ona məxsus dolabçadan tapılmışdır. Əlavə olaraq təqsirləndirilən şəxs törətdiyi əməli etiraf etdiyini, əməlindən səmimi peşman olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin rəisi Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs işlədiyi müəssisədə cəza çəkən məhkum kimi tanıyır. Daxil olmuş əməliyyat məlumatına əsasən 29 mart 2025-ci il tarixdə təxminən saat 20:30 radələrində müəssisənin yaşayış sahəsində yerləşən məhkumlar üçün nəzərdə tutulmuş çamaşırxana otağında müəssisənin digər əməkdaşlarının və hal şahidlərinin iştirakı ilə axtarış-baxış tədbirləri keçirilən zaman məhkum Təqsirləndirilən şəxs istifadəsində olan dolabçasının içərisindən “Cəzaçəkmə müəssisələrinin X5” ilə qadağan olunmuş əşya sayılan daxilində ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı olan bir ədəd “Samsung” markalı mobil telefon aparatı aşkar edilərək götürülmüşdür. İlkin sorğu zamanı məhkum Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş daxilində danışıq kartı olan mobil telefon aparatının özünə məxsus olduğunu bildirmişdir. Qadağan edilmiş əşyanın aşkar olunaraq götürülməsi faktı ilə əlaqədar hal şahidlərinin, məhkum Təqsirləndirilən şəxs və digər iştirakçıların iştirakları ilə protokol tərtib edilərək daxilində danışıq kartı olan bir ədəd mobil telefon aparatının qablaşdırılaraq protokola əlavə olunmuşdur. Məhkəmə iclasında şahid qismində ifadəsi alınmış Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsinin Əməliyyat bölməsinin inspektoru Şahid2, RNŞ-nin nəzarətçiləri Şahid3 və Şahid4 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verməklə sonuncunun bildirdikləri xüsusatları bir daha təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - 29 mart 2025-ci il tarixli axtarış və götürmə protokolundan görünür ki, xx.xx.2025ci il tarixində müəssisənin çamaşırxana otağında olan dolabçanın içindən 01 ədəd ***-***- **-** nömrəli “Bakcell” danışıq kartı və 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aşkar edilərək götürülmüşdür; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvəllər Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2018-ci il tarixli hökmü ilə CM-nin 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 09 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir; - Gəncə Ağır Cinayətlər Məhkəməsinin 09 mart 2018-ci il tarixli, 1(088)-47/2018 saylı hökmündaən aydın olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 150.3.3-cü maddəsi ilə təqsirli bilinərək 9 (doqquz) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2017-ci il tarixindən hesablanmış və cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilmişdir; - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 29 dekabr 2011-ci il tarixli, 7 N nömrəli Kollegiya qərarı ilə təsdiq edilmiş “Cəzaçəkmə müəssisələrinin X5”na 11-ci əlavədən görünür ki, mobil telefon aparatları məhkumlara hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və istifadəsi qadağan olunmuş əşyalardandır; - Məhkəmə Ekspertizası Mərkəzinin 29 aprel 2025-ci il tarixli, “5/341” nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş bir ədəd sensor ekran və “Android 13” əməliyyat sistemi ilə təhciz olunmuş “Samsung Galaxy A12” markalı, “SM-A127F/DSN” modelli, “**********79650- **********79658” imei kodlu mobil smartfon hal-hazırda işlək vəziyyətdə olmaqla istifadə üçün yararlıdır; - xx.xx.2025-ci il tarixli baxış keçirilməsi haqqında protokoldan məlum olur ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 9 saylı Cəzaçəkmə müəssisəsində cəza çəkən məhkum Təqsirləndirilən şəxs cəza çəkdiyi müəssisədə aşkar olunaraq götürülmüş 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon aparatından daxilində istifadə etdiyi ***-***-**-** saylı “Bakcell” danışıq kartı vasitəsilə 2025-ci ilin mart ayının müxtəlif vaxtlarında ***-***-**-** və ***-***-**-** saylı mobil telefon nömrələrinə zəng etməsi barədə məlumat vardır; -xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs müstəntiq X.Sadıqov tərəfindən Azərbaycan Respublikasının CM-nin 317-2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsinə əsasən cəzaçəkmə müəssisələrində və ya istintaq təcridxanalarında saxlanılan şəxs tərəfindən qadağan olunmuş əşyaların hazırlanması, saxlanılması, gəzdirilməsi, daşınması və ya istifadəsi - altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 18.4.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətlər residivin müəyyən edilməsi zamanı nəzərə alınmır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs hazırki əməli böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olduğundan CM-nin 18.4.1-ci maddəsinə əsasən cinayətlərin residivi kimi nəzərə alınmır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), nəzərə alınaraq məhkəmə hesab edir ki, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə təyin edilmiş 09 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 ay 02 gün hissəsi hazırki hökmlə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilərək qəti cəza təyin edilməli (CM-67.1), cəza çəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM 56.1.3), 01 ədəd ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı və 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli (CPM 132), iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri ondan tutularaq dövlət nəfinə keçirilməlidir (CPM 198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 317-2.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(088)-47/2018 saylı, xx.xx.2018-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs təyin edilmiş 09 (doqquz) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzasının çəkilməmiş qalan 11 (on bir) ay 02 (iki) gün hissəsi Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə hazırkı hökmlə təyin edilmiş 05 (beş) ay müddətə azadlıqdan məhrum etmə cəzasına qismən birləşdirilməklə ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın və o, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut kimi tanınmış 01 ədəd ***-***-**-** nömrəli “Bakcell” danışıq kartı və 01 ədəd “Samsung Galaxy A12” markalı mobil telefon dövlət nəfinə müsadirə edilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 05 saat vaxta görə 55 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-533/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-533/2025
03.12.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver