Məhkəmə qərarları › İş №1(003)-534/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-534/2024

21.06.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-534/2024 21.06.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci ildə Yardımlı rayonunda doğulmuş, evli, fərdi əməklə məşğul olan, orta təhsilli, əvvəllər məhkum olunmuş, Yardımlı rayonu, Honuba kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində yerləşən nömrəsiz fərdi yaşayış evində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 04 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Bolluq yaşayış massivində Atçılıq mərkəzi ilə üz-üzə yolun kənarından dayanmış Zərərçəkmiş şəxs4 məxsus «Qazel» markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomobili başqa-başqa ünvanlardan oğurladığı əmlakları daşıyıb aparmaq məqsədilə müvəqqəti istifadə etmək üçün həmin ünvandan kabinanın yan şüşəsini sıxıb aşağı etdirərək qapını açıb salona daxil olaraq rulun altındakı naqilləri çıxardıb bir-birinə toxundurmaqla avtomobili işə salıb sürüb aparmaqla talama məqsədi olmadan həmin avtomobili qanunsuz olaraq ələ keçirmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək bildirdi ki, o Şahid4 təxminən 3-4 ildir ki, yaşadığı məhlədən tanıyırmış. xx.xx.2023-cü il tarixdə təxminən saat 05 radələrində evdən oğurluq etmək üçün çıxanda Tofiqə zəng vurmuş, Xəzər rayonu Binə qəsəbəsi kanalüstü deyilən ərazidə yaşayan əmisigilin həyətindən 2 baş xırdabuynuzlu qoyun heyvanını götürüb ət dükanına aparmaqda ona kömək etməsini xahiş etmişdir. Belə ki, o bir neçə gün əvvəl əmisinin qonşusu Elşadın qoyunlarını oğurlamaq qərarına gəlmiş və buna görə də kömək üçün Tofiqə zəng etmişdir. Tofiq çıxıb küəçnin baş tərəfində onunla görüşmüş, piyada birlikdə əmisinin həyəti tərəfə getmişlər. O Tofiqə trasformatorun yanında gözləməsini demiş və özü yol tərəfə gedərək heç kimin olmadığını görüb yolun kənaında dayanmış Qazel markalı ** UE *** dövlət qeydiyyat nişanlı avtomaşına yaxınlaşmış və onun yan şüşəsini əli ilə aşağı sıxaraq aşağı endirmiş və qapını açıb avtomaşına daxil olduqdan sonra rulun aşağısında yerləşən naqilləri çıxardıb bir-birinə vurmaqla işə salmış, idarə edərək Tofiqin yanına gəlmişdir. O, avtomaşını Elşadın evin darvazasının qarşısında saxlamış və maşından düşmüş, darvazanı əli ilə açmışdır. Həmin vaxt evin işıqları sönülü olmuş, evdə isə heç kim olmamışdır. Həyətdə isə 2 baş xırdabuynuzlu qoyun heyvanı olmuşdur. O, Tofiqlə birlikdə həmin qoyunları maşina mindirmişlər, heyvanlar maşından düşməsin deyə Tofiqi yük yerinə mindirmiş, bir qədər getdikdən sonra kanalın yaxınlığında avtomaşın dayanmış və o bilmişdir ki, avtomaşının yanacağı qurtarıb. Maşından düşmüş və birlikdə Binə qəsəbəsi, «İmam Həsən» məscidinin yaxınlığında yerləşən ət dükanına getmişlər. Ət dükanında tanımadığı şəxslər heyvan kasirdilər, o Tofiqi həmin şəxslərin görməmələri üçün kənarda dayanmağını demiş, Həmin yerə getdikdən sonra o «Ford» markalı maşının sürücüsünün yadında qalmayan nömrəsini ona vermiş və bildirmişdir ki, danış gəlsin qoyunları aparaq. Tofiq həmin sürücü ilə danışmış onda 2 baş qoyun olduğunu və onları ət dükanına aparmaq lazım olduğunu demişdir. Həmin sürücü «Ford» markalı maşınla gəlmiş, onlar həmin maşın ilə qoyunların olduğu yerə getmişlər, qoyunları «Ford» markalı maşına mindirib həmin ət dükanına getmişlər. Orada Tofiq ona zəng vurub çatdığını demişdir, o Tofiqə 1-2 dəqiqə gözləməsini bildirmiş, təxminən 30-40 dəqiqə gözlədikdən sonra o təkrar Tofiqə zəng vurmuş, Xəzər rayonu Binə qəsəbəsi Ə.İsazadə küçəsində yerləşən Zaur adlı şəxsin ət dükanına getməsini demişdir. Tofiq «Ford» ilə həmin yerə getmişdir. Bir müddətdən sonra o Zaurun yanına getmiş, Zaur ilə birlikdə heyvanları tərəzidə çəkmiş daha sonra Tofiq onunla sağollaşıb evə getmişdir. O isə Zaurdan 750 manat pul alaraq oradan çıxıb getmişdir. O, Zaurdan aldığı pulu şəxsi məqsədləri üçün xərcləmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxs ilə barışdığını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, o özünə məxsus Qazel markalı ** UE *** dövlət qeydiyyat nömrə nişanlı avtomaşını özü idarə edir. O həmin avtomaşını xx.xx.2023-cü il tarixdə Bakı şəhəri, Binə qəsəbəsi, Altılıq mərkəzi ilə üz-üzə yolun kənarında saxlayaraq evə getmişdir. xx.xx.2023-cü il tarixdə təxminən saat 15 radələrində avtomaşını saxladığı yerə axınlaşdıqda avtomaşının yerində olmadığını görmüş, bu barədə polisə müraciət etmişdir. Təxminən 3 gündən sonra polis əməkdaşları onu Polis Şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində olan zaman avtomaşınımı ona təqdim etmişlər və o avtomaşınını nömrəsindən tanımışdır. Polis əməkdaşları onun avtomaşınını özünə qaytarmışlar. Avtomaşına baxış keçirən zaman ona məlum olmuşdur ki, avtomaşına heç bir maddi ziyan dəyməmişdir. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1987-ci ildə Yardımlı rayonunda doğulmuş Təqsirləndirilən şəxs Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2015-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 177.2.3-cü maddəsinə əsasən 01 il 08 ay 05 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2020-ci il tarixli qərarına əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü dəyişdirilmədən saxlanılmşdır. xx.xx.2021-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən bu Məcəllənin 185.1, 179.1, 185.1, 186.1, 187.1, 187.2, 189-1.1 və 189-1.2-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərər çəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73- 1.1-ci və 73-1.2-ci maddələrində, habelə xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.1-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 185.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar