Məhkəmə qərarları › İş №1(003)-535/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-535/2025

19.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-535/2025 19.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkum olunmuş və məhkumluğu ödənilmiş, Mingəçevir şəhəri, Heydər Əliyev prospekti ev 62, mənzil 34-də qeydiyyatda olan və Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, yeni tikilidə yaşayan, barəsində 24 sentyabr 2025-ci il tarixdən Xəzər rayon Məhkəməsi tərəfindən həbs qətimkan tədbiri,16 oktyabr 2025-ci il tarixdə Xəzər rayon Məhkəməsi tərəfindən ev dustaqlığı qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Zərərçəkmiş şəxs Çin Xalq Respublikasından avtomobil ehtiyat hissələri və aksesuarları gətizdirib Bakı şəhəri Xəzər rayonu, Qala qəsəbəsi Yeni yaşayış massivində nömrəsiz fərdi yaşayış evinin həyətində olan obyektdə onların alqı-satqısı, quraşdırılması ilə məşğul olduğunu bildiyi üçün xx.xx.2024-cü il tarixdə həmin ünvanda Zərərçəkmiş şəxs yanında olduğu vaxt ona özünü işgüzar şəxs kimi göstərib ona xeyli miqdarda pul verdiyi halda yaxın zamanda Çin Xalq Respublikasının Quançiou şəhərinə gedib, Zərərçəkmiş şəxsla internet vasitəsilə əlaqə saxlayıb verdiyi siyahı üzrə lazım olan avtomobil ehtiyat hissələrini və aksesuarları ucuz qiymətə alıb Karqo vasitəsilə ona göndərəcəyinə və yaxud ora gedən tanışları vasitəsilə həmin əmlakı gətirəcəyinə dair yalan vəd verib inandırmaqla razılaşdıqdan sonra həmin gün Zərərçəkmiş şəxs Azərbaycan manatına məzənnəsi ilə 21080 manat təşkil edən ona məxsus 12400 ABŞ dolları məbləğində nağd pul alaraq verdiyii vədə əməl etməyib öz şəxsi ehtiyacına sərf edib etibarından sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirib Zərərçəkmiş şəxs 21080 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bununla da, Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərdi ki, o, hazırda fərdi əməklə məşğuldur, orta təhsillidir, evlidir, məhkumluğu ödənilib, Mersedes markalı avtomobili idarə edir, hazırda fəhlələri müxtəlif ünvanlara taksi kimi daşımaqla pul qazanır, Zərərçəkmiş şəxs 7-8 ildir ki, tanıyır. 3 övladı var, onlardan biri azyaşlıdır. Dəfələrlə ondan yəni Xəlildən ona məxsus Xəzər rayonu,Qala qəsəbəsində yerləşən iaşə obyektindən avtomobil ehtiyat hissələri almış, avtomobilini də istifadə etmiş, həmçinin başqa adama da üstünə pul qoyub satıb mənfəət əldə etmişdir. 2024-cü ilin avqust ayında o, onun Xəzər rayonu, Qala qəsəbəsində iaşə obyektində olarkən Xəlil ona Qaradağ rayonu, Sədərək tm-nə getməyini soruşmuş, o da birazdan oraya gedəcəyini demiş, Xəlil bir neçə nəfərin yəni iş yoldaşlarının yanında əlbəəl ona 12400 ABŞ dolları pulu o, Xəlil həmin zaman bildiyi qədəriylə avtomobil ehtiyat hissələri almaq üçün pulu oraya köçürməli olduğundan həmin pulu götürüb Qaradağ rayonunda olan Sədərək ticarət mərkəzində olan pul köçürmə yerindən Çin Respublikasının Quançjou şəhərinə həmin pulları bank vasitəsilə köçürmək üçün vermişdi. Bundan sonra o, ehtiyacı olduğundan həmin pulları öz xeyrinə xərcləmiş, Xəlilə isə yaxın günlərdə pulu köçürəcəyini ya da özü və ya hansısa dostunun ola bilsin ki, Çinə gedəcəyini demiş, onun 21080 manat pulunu aldatma yoluyla özünə götürmüşdüü. Əməlindən peşmandır. Sonrakı zamanda onun zənglərinə cavab verməmişdir. Bu işdə o, heç kimlə əlbir deyil,pulu götürəndə məqsədi tamah olubdur, Xəlili inandırmaq üçün guya özü ya dostunun Çinə gedəcəyini və ya da Sədərək ticarət mərkəzindən bank yoluyla göndərəcəyini demişdir.Pul oraya çatandan sonra Xəlillə əlaqə saxlayıb onun seçəcəyi ehtiyat hissələrini alıb karqoyla Bakıya yollayacağı və ya dostu yollayacağını Xəlilə bildirmişdi. Təqsirləndirilən şəxs əlavə olaraq əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslərlə barışdığını, vurduğu maddi ziyanı tam ödədiyini və dövlət nəfinə vurduğu ziyan məbləğinin 25% miqdarında ödəniş etdiyini bildirərək barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Yaşadığı evin yanında iaşə obyekti var, onun içində ofisi də vardır. Həmin iaşə obyektində avtomobil ehtiyat hissələri satır, avtomobillərə quraşdırır, həmçinin avtoaksesuarları da satıb- quraşdırır, çox zaman ehtiyat hissələri internet vasitəsilə Çin Xalq Respublikasından alıb-sifariş edir. Təqsirləndirilən şəxs 4 ildir ki, tanıyır, bir neçə dəfə o, iaşə obyektindən ehtiyat hissələri alıbdır, onu müştəri kimi tanıyır. 2024-cü ilin avqust ayının ortalarında o, obyektdə olarkən oraya Təqsirləndirilən şəxs gəlmiş, onunla bir neçə dəqiqə söhbət etmiş, həmin zaman iş yoldaşı Kamran və iş yoldaşı və qohumu Nurlan, Mehman da orada olmuşlar. Habillə söhbət zamanı o, təklif etmişdi ki, Çin Xalq Respublikasına gedib-gəlir, 21000 manat pulu ona versə o, Çin Respublikasının Quançjou şəhərinə gedə bilər və müxtəlif növ avtomobil ehtiyat hissələrini ucuz qiymətə alıb və Bakı şəhərinə yollaya bilər, o da onunla bu zaman razılaşmış, ehtiyat hissələrini karqo vasitəsilə obyektə gətirmək istəməyini demiş, həmçinin ona bildirmişdi ki, o, bir daha şəxsən özü Çinə gedəcəyini oradan onunla internet vasitəsilə əlaqə saxlayıb onun, seçdiyi ehtiyat hissələrini alıb Bakıya yollayacağını demiş, ya da Habilin hansısa adını çəkmədiyi tanışı Çinə gedəciyini deyib, onunla əlaqə saxlayıb ona deyəcəyi ehtiyat hissələrini rahat şəkildə seçib alıb Bakıya yollaya bilər. O da Habillə razılaşmış, sadaladığı şəxslərin yanında ona 12400 ABŞ dolları yəni 21080 manat pul vermişdir. Habil pulu götürüb, sayıb cibinə qoydu və bildirmişdi ki, avqust ayının sonunadək ya Çinə gedəcək ya da onun hanısa tanışı oraya gedib əlaqə saxlayacaq, əgər bu da olmasa pulu Çinə bank vasitəsilə yollayacaq, orada olan hansısa tanışı ehtiyat hissələrini bu zaman isə ona ehtiyat hissələrinin siyahısını verəcəkdir. Sonra o , oradan çıxıb getmiş, sonrakı zamanda ondan xəbər olmamış, bir müddət sonra isə o, pulu xərclədiyini onu aldatdığını etiraf edib, 21080 manat pula görə onu heç kim tuta bilməyəcəyini deyib acıq da vermişdi. O da məcbur olub polisə şikayət etmişdir. Ona 21080 manat maddi ziyan dəyibdir. O, pulu Xəzər rayonu, Qala qəsəbəsi, yeni tikilidə 2024-cü ilin avqust ayının 15-də Təqsirləndirilən şəxs Çin Xalq Respublikasının Quaçjou şəhərindən avtomobil ehtiyat hissələri alıb Bakı şəhərinə göndərmək məqsədiylə vermişdir. Təqsirləndirilən şəxs ilə barışmışlar, dəymiş ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbləri yoxdur. Məhkəmə iclasının vaxtı və yeri barəsində şahidlər X2 və Şahid2 məhkəmə iclasının vaxtı və yeri barəsində məlumat verilsədə məhkəmə iclasına gəlməmişlər. İş üzrə şahid X4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan olunmuşdur. Şahid X4 istintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, Təqsirləndirilən şəxs adlı şəxsi 2-3 ildir ki, müştəri kimi tanımış, o, dəfələrlə Çin Respublikasına gedib-gəlir və orada iş görməyini demişdir.2024-cü ilin avqust ayında o, işdə olarkən Nurlanın və Mehman adlı iş yoldaşlarının yanında Xəlil Habilə 12400 dollar pul vermiş, Habil vəd vermişdi ki, yaxın zamanda ya özü ya da hansısa tanışı Çin Respublikasına gedəcək həmin pula Xəlilin dediyi avtoakseuarları və avtomobil ehtiyat hissələrini ucuz qiymətə alıb Bakıya karqoyla yollayacaq, bu da alınmasa bu pulu bank yoluyla Çinə yollayacaq, orada olan hansısa ad çəkmədiyi tanışı ehtiyat hissələrini alıb karqo vasitəsilə Bakı şəhərinə yollayacaqdır. Sonra Habil oradan çıxıb getmiş, bir neçə ay sonra Xəlil Habilin onu aldatmasını demiş, Habil bu günədək obyektə gəlməyibdir, o, 21080 manat pulun yəni 12400 ABŞ dolların Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Habil özü təklif etmişdir ki, pul ona verilsin və o gedib Çindən ehtiyat hissələri ucuz qiymətə alıb Bakıya yollasın. İş üzrə Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan olunmuşdur. Şahid2 istintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, Qala qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs məxsus obyektdə o da işləyir, Xəlil həm də qohumudur. Təqsirləndirilən şəxs adlı şəxsi 3 ildir ki, müştəri kimi tanımış, ona və Xəlilə o, dəfələrlə deyibdir ki, Çin Respublikasına gedib-gəlir və orada iş görür. 2024-cü ilin avqust ayında o, işdə olarkən onun, Mehman adlı şəxsin və Kamranın adlı iş yoldaşlarının yanında Xəlil Habilə 12400 dollar pul vermiş, Habil vəd vermişdi ki, yaxın zamanda ya özü ya da hansısa tanışı Çinə Respublikasına gedəcək həmin pula Xəlilin dediyi avtoakseuarları və avtomobil ehtiyat hissələrini ucuz qiymətə alıb Bakıya karqoyla yollayacaq, bu da alınmasa bu pulu bank yoluyla Çinə yollayacaqdır, orada olan adını çəkmədiyi tanışı aksesuarları alıb, Xəlillə əlaqə saxlayıb Bakı şəhərinə yollayacaqdır. Sonra Habil oradan getmiş, bir neçə ay sonra Xəlil Habilin onu aldatmasını demiş, Habil bu günədək obyektə gəlməyibdir, o, 21080 manat pulun yəni 12400 ABŞ dolların Təqsirləndirilən şəxs verilməsinin şahidi olmuşdur. Habil özü təklif etdmişdir ki, pul ona verilsin və o gedib Çindən ehtiyat hissələri ucuz qiymətə alıb Bakıya yollasın. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -17 iyul 2025-ci il tarixli qərardan görünür ki, 250010533saylı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə cinayət işi başlanmışdır. - Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən Təqsirləndirilən şəxs Xaçmaz Rayon Məhkəməsinin 08 sentyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1, 70-ci maddəsi ilətəqsirli hesab edilərək 03 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməklə 02 il müddətinə şərti sınaq müddəti təyin edilmişdir. 14 fevral 2018-ci il tarixdə qeydiyyatdan çıxarılmışdır. - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; -Axtarışda olan şəxsin tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs 24 sentyabr 2025-ci il tarixdə tutularaq MSY –nə təhvil verilmişdir. - xx.xx.2025-ci il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Polis İdarəsinin İŞ-nin baş müstəntiqi Orxan Qnyazov tərəfindən Azərbaycan Respublikasının CM-nin 178.2.4-cü maddəlləri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; -Bakı şəhəri Xəzər Rayon Məhkəmədinin 26 sentyabr 2025-ciil tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 02 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilmişdir. - Bakı şəhəri Xəzər Rayon Məhkəmədinin 16 oktyabr 2025-ciil tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri ləğv edilərək barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş və zaldan dərhal həbsdən azad edilmişdir. - Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə barışıq əldə edilmiş, onlara dəymiş ziyan tam ödənilmiş, sonuncuya qarşı heç bir şikayət və tələbləri yoxdur; - "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli 18308 və 22 dekabr 2025-ci il tarixli 280 nömrəli qəbzlərdən məlum olur ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət nəfinə dəymiş ziyanın 25%-i ilə bağlı cəmi 5276 manat ödəniş olunmuşdur. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM-nin 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxs, zərərçəkmiş hüquq şəxsin nümayəndəsinin, şahidin ifadələrinin, istintaq və məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməl Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə tamamilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 178.2.4-cü maddəsinə əsasən dələduzluq yəni xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 73-1.2-ci maddəsinə görə bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir; 72-ci maddəsinin “Qeyd” hissəsinin 1-ci bəndinə əsasən, şəxs bu Məcəllənin 72 – 73-2 və 74-1-ci maddələrində nəzərdə tutulmuş qaydada cinayət məsuliyyətindən yalnız bir dəfə azad edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin: 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 40.3-cü maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73- 1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda məhkəmə baxışı gedişində məhkəmə tərəfindən təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə hesab edir ki, hazırki iş üzrə Təqsirləndirilən şəxs zərərçəkmiş hüquqi şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmişdir. Eyni zamanda o, cinayət nəticəsində vurulmuş cəmi 23742.26 manat ziyanın iyirmi beş faizi miqdarında, yəni 5942 manat dövlət büdcəsinə ödəniş etmiş və barəsində cinayət təqibinə bəraətverici əsas olmadan xitam verilməsinə razılığını bildirmişdir. Qeyd olunanları nəzərə alaraq o, cinayət məsuliyyətindən azad edilməli və iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırki işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Cinayət işi üzrə maddi sübut və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.3, 43.1.2, 321.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərərçəkmiş şəxslə barışdığı, dəymiş ziyanı tamamilə ödədiyi və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün cinayət məsuliyyətindən azad edilsin və həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə barəsində olan cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 200 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 14 saat vaxta görə 154 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Qərardan elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar