Məhkəmə qərarları › İş №1(003)-536/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-536/2023

30.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-536/2023 30.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, əvvəllər məhkum olunmuş, lakin məhkumluğu ödənilmiş, ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ İttiham aktında göstərilir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zərərçəkmiş şəxs etibarından sui istifadə edərək hüquq verən sənəd – X3 0,07 ha torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon Donuzkökəltmə sovxozu üzrə 12 iyul 1990-cı il tarixli 135 nömrəli əmrdən çıxarışdan istifadə edib təklif etdiyi həmin torpaq sahəsindən 0,03 ha torpaq sahəsinə dair hüquqlarının etibar edilməsi barədə etibarnamə verilməsini təşkil etdikdən sonra faktiki olaraq başqasına məxsus olan torpaq sahəsinin özünə məxsus olması barədə yalan məlumat verməklə 13 oktyabr 2022-ci il tarixdə təxminən saat 12 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən aptekin yaxınlığında 9500 manat, yəni xeyli miqdarda pulunu alıb ələ keçirərək zərər çəkmiş Zərərçəkmiş şəxs həmin məbləğdə ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvlərilə birlikdə ünvan 2 ünvanda yaşayır. Azərbaycan dilində sərbəst yazıb-oxumağı bacardığı üçün ifadəsinin Azərbaycan dilində kompüter vasitəsi ilə yazılmasına etirazı yoxdur. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivində yerləşən 3 sot torpaq sahəsinin alqı-satqısı zamanı onunla tanış olmuşdur. Bildirmişdir ki, 2016-cı ildə Binə qəsəbəsində makler kimi tanıdığı Şəhriyar adlı şəxs ona olan 14000 manat borcunun əvəzində Binə qəsəbəsində torpaq sahəsi verməyi təklif etmiş, o, da Şəhriyarla razılaşmış və aralarında olan razılaşmaya əsasən verdiyi torpaq sahəsi qohumu X2 adına rəsmiləşdirilmiş, həmin sənəddə torpaq sahəsinin Binə qəsəbəsi Donuzkökəltmə sovxozunun ərazisində yerləşməsi qeyd olunsa da konkret olaraq yerləşdiyi yer göstərilməmiş, bu barədə Şəhriyara bir neçə dəfə desə də o, həmin sahənin yerini şifahi olaraq bildirsə də dəqiq yerini göstərməmişdir. Təxminən 2 il bundan əvvəl Şəhriyar vəfat etmiş və o, Şəhriyarın ona borcun əvəzində verdiyi torpağın dəqiq yerləşdiyi yeri öyrənə bilməmişdir. 2022-ci ilin oktyabr ayının əvvəllərində maddi vəziyyətinin pisləşməsilə bağlı ona pul lazım olduğuna görə Şəhriyarın verdiyi torpaq sahəsinə dair əmrdən çıxarış sənədindən istifadə etməklə özünə və həmin sənədə aid olmayan, başqasına məxsus torpaq sahəsini satıb pul əldə etmək qərarına gəlmişdir. Bundan sonra o, Binə qəsəbəsində tanıdığı Famil adlı maklerə özünə məxsus 3 sot torpaq sahəsini satdığını bildirmiş və müştəri tapmasını istəmişdir. xx.xx.2022-ci il tarixdə Famil ona zəng edib torpaq sahəsinə alıcı tapdığını bildirmiş və torpaq sahəsini almaq istəyən şəxsin Zərərçəkmiş şəxs olduğu məlum olmuşdur. O, Anarla danışmış və 3 sot torpaq sahəsini ona 9500 manata satmağa razılaşmışdır. 13 oktyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində o, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 31 saylı Notariat ofisində Famil adlı makler və qohumu Zamanla birlikdə Anarla görüşmüş, notariat ofisində qohumu Zaman Anara etibarnamə verdikdən sonra Anarın yaşadığı evin qarşısına getmişlər və orada Anar 9500 manat pulu əlbəəl olaraq ona vermişdir. Bir müddət sonra Anar ona zəng edərək ona satdığı torpaq sahəsinin başqa şəxsə məxsus olduğunu bildirmiş, o, həmin torpaq sahəsinin əvəzində Anara başqa torpaq sahəsi verməyini təklif etmiş, lakin Anar onunla razılaşmamış və ondan 9500 manat pulu geri tələb etmişdir. O, həmin pulu şəxsi ehtiyaclarına xərclədiyi üçün ona pulu geri qaytara bilməmiş, bundan sonra Anarın onun barəsində polisə şikayət etdiyini bilmişdir. Təqsirləndirilən şəxs ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödədiyini, onunla barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, cinayət nəticəsində dəymiş ziyanı ödədiyini göstərmiş və bu səbəbdən barəsində olan cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Naxçıvan MR, Babək rayonu, Cəhri kəndində qeydiyyatda olmaqla, ailəsilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda yerləşən fərdi evdə yaşayır. Azərbaycan dilini sərbəst bildiyi üçün ifadəsinin latın qrafikalı Azərbaycan əlifbası ilə kompüter vasitəsi ilə alınmasına etiraz etmir. Hadisənin mahiyyəti üzrə bildirmişdir ki, 12 oktyabr 2022-ci il tarixdə fərdi yaşayış evi inşa etdirmək üçün torpaq sahəsi almaq qərarına gəlmişdir. Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yaşayış massivində torpaq sahəsinin satılması ilə əlaqədar elan görüb, elanda yazılmış ***-***-**-** mobil nömrəsi ilə əlaqə saxlamışdır. Zəngə cavab verən Famil adlı şəxs satışda torpaq sahəsi olduğunu və torpaq sahəsinə baxmaq üçün növbəti gün Binə qəsəbəsi, Atçılıq yaşayış massivində görüşə biləcəklərini demişdir. O, Famillə razılaşmış və 13 oktyabr 2023-cü il tarixdə Binə qəsəbəsi, Atçılıq massivində Famil adlı şəxslə görüşüb onun dediyi torpaq sahəsinə baxmağa getmişlər. Famil ona bildirmişdir ki, həmin 3 sot torpaq sahəsi Zaur adlı şəxsə məxsusdur və torpaq sahəsini 9500 manata satır. O, həmin torpaq sahəsini bəyənmiş və alqı-satqı etməyə razılaşmışlar. Bundan sonra Famil adlı şəxsin vasitəsi ilə həmin gün saat 11:30 radələrində Binə qəsəbəsi, Ə.İsazadə küçəsində yerləşən 31 saylı Notariat ofisində Zaur adlı şəxslə görüşmüşdür. Zaurla razılığa gəldikdən sonra Zaur ona bildirmişdir ki, torpaq sahəsi onun xalasının əri X3 məxsusdur. Zaur həmin torpaq sahəsini Zaman Hüseynovun ona verəcəyini demiş və o, Zaurla razılaşmışdır. Zaman Hüseynov 3 sot torpaq sahəsini ona notariat qaydada verdikdən sonra o, Zaur, Famil və Zamanla birlikdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Hövsan südçülük sovxozunda, aptekin yaxınlığında yerləşən evinə gedib oradan 9500 manat pulu götürüb Famil və Zamanın yanında Zaur adlı şəxsə vermişdir. Alqı-satqı etdikdən 2 gün sonra, yəni 15 oktyabr 2022-ci il tarixdə o, aldığı torpaq sahəsinə gedib həmin torpaq sahəsini ölçmüş və məlum olmuşdur ki, ona satılan yerin sahəsi 3 sot yox, 2,8 sotdur. Həmin vaxt qonşuluqda yaşayan, adını xatırlamadığı şəxs yaxınlaşıb həmin torpaq sahəsinin başqa şəxsə məxsus olmasını ona bildirmişdir. Bundan sonra o, Famil adlı şəxsin istifadəsində olan ***-***-**-** mobil nömrəsinə zəng edib məsələni aydınlaşdırmağa çalışmış və Famil ona axşam birlikdə görüşüb Zaurla məsələni dəqiqləşdirməyi məsləhət görmüşlər. Onlar Zaurla görüşdükdə, Zaur 31 oktyabr 2022-ci il tarixədək məsələni aydınlaşdıracağını, nəticə olmayacağı təqdirdə isə ondan aldığı 9500 manat pulu özünə qaytaracağını bildirmişdir. Sonradan Zaurun istifadəsində olan ***- ***-**-** mobil nömrə ilə dəfələrlə əlaqə saxlayıb, pulunu qaytarmağını istəsə də, Zaur müxtəlif bəhanələr gətirərək bu günə qədər ondan aldığı 9500 manat pulu geri qaytarmamışdır. Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ifadəsində həmçinin göstərmişdir ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və bu səbəbdən ona qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ilə barışdığı, zərər çəkmiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı, həmçinin cinayət nəticəsində dəymiş ziyanın qanunvericiliklə müəyyən edilmiş pay üzrə məbləği dövlət büdcəsinə ödənilməsi qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun Təqsirləndirilən şəxs ilə barışdığı, Zaur tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığı və gələcəkdə də olmayacağı qeyd edilmişdir. İş materiallarında olan 30 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 30 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarında olan 31 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmünə əsasən AR CM-nin 306.1-ci maddəsi il təqsirli bilinərək barəsində 01 il müddətində azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2020-ci ildə Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə hökm dəyişdirilmədən saxlanılmışdır. xx.xx.2020-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən dövlət büdcəsinə 2370 (iki min üç yüz yetmiş) manat pul ödənilmişdir. Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərər çəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.5-ci maddəsinə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72 – 73-2-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlləri iştirakçılıqla törədildiyi hallarda həmin Məcəllənin 72-ci maddəsinin “Qeyd” hissəsinin 2-ci bəndinə əsasən zərər çəkmiş şəxsə dəymiş ziyan və dövlət büdcəsinə ödənişin iştirakçıların hər biri tərəfindən müəyyən pay üzrə ödənilməsi məhkəməyədək icraat zamanı təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarı, məhkəmə icraatı zamanı isə məhkəmənin qərarı ilə həll olunur. Məhkəmə, iş üzrə təqsirləndirilən və zərər çəkmiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, Təqsirləndirilən şəxs az ağır cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, zərər çəkmiş şəxslə barışmasını, zərər çəkmiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etməsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2021 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.5, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 73-1.2-ci maddəsinə əsasən, yəni zərər çəkmiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyi üçün həmin Məcəllənin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai araşdırma zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi1 və Müdafiəçi2 ödənilməsi 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar