Məhkəmə qərarları › İş №1(003)-537/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-537/2023

04.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-537/2023 04.07.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1997-ci ildə Cəlilabada rayonunda anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri Nərimanov rayonu Daşkarxanasının yaxınlığında yerləşən fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından arıq miqdarda narkotik vasitəni əldə edərək saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 12 mart 2023-cü il tarixdə səhər saatarında istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq 01 ədəd qara rəngli sellofana bükülmüş, təmiz çəkisi 125,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuananı Qala qəsəbəsindən əldə edib Xaşa- Xuna bağlar massivinə daşıyaraq yol kənarında olan iki ədəd zibil qutusunun arasında gizlətməklə saxlamış, bir müddət sonra həmin narkotik vasitənin qeyd olunan yerdən götürülməsini həmin ərazidə yaşayan tanışı Şahid1 xahiş etmiş, lakin Şahid1 onun cinayətkar təklifini qəbul etməyərək həmin narkotik vasitəni götürməkdən imtina etmiş, bundan sonra 12 mart 2023-cü il tarixdə saat 18 radələrində Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi ərazisində Şahid1 piyada hərəkətdə olarkən ərazidə baş vermiş oğurluq cinayətlərində şübhəli bilindiyi üçün Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı tərəfindən PŞ-nə dəvət olunub xidməti otaqların birində Şahid1 üzərinə şəxsi axtarış və götürülmə keçirildikdə üzərindən aşkar edilmiş ona məxsus «Samsung Galaxy A32» markalı mobil telefona baxış keçirilərkən mobil telefonun «Whatsapp» tətbiqindən Təqsirləndirilən şəxs istifadəsində olan +99***-***-**-** mobil nömrədən ona göndərilmiş narkotik vasitənin ona çatdırılması üçün narkotik vasitənin gizlədildiyi «Məkan» məlumatı, fotoşəkil qeydləri aşkar edilmiş, daha sonra Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən həmin tarixdə saat 22:05-də «Məkan»da qeyd olan Bakı şəhəri Xəzər rayonu Qala qəbəsi Xaşa-Xuna bağlar massivində yol kənarında olan zibil qablarının yaxınlığına baxış və götürmə keçirilərkən orada yerləşdirilmiş 2 ədəd zibil qutusunun arasından Təqsirləndirilən şəxs məxsus 01 ədəd qara rəngli sellofana bükülmüş, təmiz çəkisi 125,0 qram olan çətənə bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 12 mart 2023-cü il tarixdə səhər tezdən günün açılmamış vaxtı özü üçün istifadə etmək niyyəti ilə Xəzər rayonu Qala qəsəbəsində üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 1000 manat ödəməklə narkotik vasitə olan qurudulmuş marixuana almış, həmin qara rəngli sellofana bükülmüş maddəni əynində olan gödəkçənin içində gizlədib üzərində daşıyaraq Xaşa-xuna bağları istiqamətinə getmişdir. O, həmin narkotik vasitəni üzərində evə aparcağı təqdirdə yolda polislər tərəfindən tutulacağını düşünmüşdür. Buna görə də həmin sellofanda olan narkotik vasitə qurudulmuş marixuananı həmin ərazidə olan iki zibil qutusunun arasında yerdə gizlətmiş, niyyəti daha sonra tanışlarından onu götürməyi xahiş etmək olmuşdur. Həmin ünvanın məkanını və uzaqdan fotoşəkilini çəkib özündə saxlamışdır ki, həmin yeri gələndə asanlıqla tapa bilsinlər. Saha sonra o, oradan uzaqlaşıb şəxsi işləri ilə bağlı getmişdir. Həmin günün səhər saatlarında gizlətdiyi narkotik vasitəni götürmək üçün Qala qəsəbəsi Xaşa-xuna bağlarında kirayədə yaşayan tanışı Şahid1 watsap vasitəsi ilə gizlətdiyi ünvanı və həmin yerin çəkdiyi fotoşəkilini atmış, watsap zəngi ilə danışıb digər tanışı Əli ilə birlikdə həmin ünvana gedib narkotik vasitəni götürməklərini, daha sonrada onunla görüşüb narkotik vasitəni Fəridgildən götürəcəyini demişdir. Lakin sonradan Fərid ilə Əlidən heç bir məlumatı olmamışdır. 12 mart 2023-cü il tarixdə gecə saatlarında Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşı tərəfindən Xəzər RPİ-nin 1-ci PŞ-nə dəvət olunmuş və orada ona məlum olmuşdur ki, Fərid ilə Əli həmin narkotik vasitəni götürməsələr də, sonradan polis əməkdaşları tərəfindən videogörüntü vasitəsi ilə Xaşa-xuşa bağlar massivində olan zibil qablarını yanında gizlətdiyi və Qala qəsəbəsindən tanımadığı şəxsdən aldığı ona məxsus olan narkotik vasitə qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Həmin zibil qablarının yanından götürülmüş narkotik vasitə marixuana ona məxsus olmuş, həmin narkotikin nə Əliyə nə də Fəridə heç bir aidiyyəti olmamışdır. 12 mart 2023-cü il tarixdə özü üçün istifadə etmək niyyəti ilə Qala qəsəbəsindən üzdən tanıdığı lakin heç bir anket məlumatlarını bilmədiyi şəxsdən 1000 manat pula qara rəngli selofana bükülmüş qurudulmuş narkotik vasitə marixuana alıb əynində olan gödəkçənin içində gizlədib üzəridə daşıyaraq Xaşa-xuna bağları istiqamətinə getmişdir. Narkotik vasitəni özünün istifadəsi üçün saxlamış, heç vaxt narkotik vasitələrin satışı ilə məşqul olmamışdır. Şahid1 ilə Şahid2 onun həmkəndliləridir, onların həmin əraziyə yaxın yerdə, yəni Xaşa-xuna yaşayış massivində kirayə yaşadıqlarını bildiyi üçün həmin narkotk vasitəni götürüb özlərində saxlamağı xahiş etmişdir. Məhkəmədən törətdiyi ilk dəfə törətdiyi cinayət əməlini səmimi etiraf edib peşman olmasını, himayəsində azyaşlı övladının olmasını nəzərə alaraq ona yüngül cəza təyin edilməsini xahiş etdi. Təqsirləndirilən şəxsin cinayət əməli özünün etirafedici ifadəsi ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri və iş üzrə toplanmış digər sübutlarla təsdiq olunur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 12 mart 2023-cü il tarixində, səhər saatlarında onun Şahid2 ilə birlikdə olduğu zaman tanışı Təqsirləndirilən şəxs watsapla zəng vuraraq onlarla kirayədə yaşadığı ərazidə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində, yol kənarındakı zibil qutusunun altında olan 01 ədəd narkotik vasitə olan “Marixuana”nı götürməyi onlardan xahiş etmiş və sonra onlardan götürəcəyini bildirmişdir. Lakin onlar həmin ünvana getməmişlər. 12 mart 2023-cü il tarixində, saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsində Əli ilə piyada hərəkətdə olan zaman bir nəfər mülki geyimdə şəxs onlara yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu bildirdikdən sonra onunla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmişdir. Onlar da etiraz etməyib polis əməkdaşı ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişlər. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması təklif edilmişdir, həmin vaxt o, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra üzərinə keçirilmiş şəxsi axtarış zamanı əynindəki qara rəngli gödəkçənin sağ yan cibində olan 01 ədəd “Samsung Galaxy A-32” markalı mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları telefona baxış keçirmiş, baxış zamanı onun telefonundan tanışı Təqsirləndirilən şəxs ona göndərdiyi Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə apararaq yol kənarındakı zibil qutusunun altında narkotik vasitənin olduğu yerin şəklini görmüş, sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə apararaq yol kənarındakı zibil qutusunun altında olduğunu Elmin onlara bildirmiş, lakin onlar həmin narkotik vasitəni götürməmişlər. Lazım olduğu halda həmin telefonda olan və Elminin onlara göndərdiyi xəritə əsasında maddi sübut olan yeri gedib tapa biləcəklərini bildirmişlər. Bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə tanışı Şahid2 ilə qeyd olunan ünvana getmiş, orada yol kənarındakı Elminin göndərdiyi ünvanı tapıb zibil qutusunun altında olan narkotik vasitə kimi bildiyi 01 bükümdə olan marixuananı polis əməkdaşlarına təqdim etmişlər. Nə o, nə də ki, Əli əvvəlcədən həmin ünvana getməmiş və ora getmək niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, 12 mart 2023-cü il tarixində, səhər saatlarında tanışı Təqsirləndirilən şəxs onu Şahid1 ilə birlikdə Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində, yol kənarındakı zibil qutusunun altında olan 01 ədəd narkotik vasitə olan “Marixuana”nı götürmək üçün həmin ünvana göndərmişdir. Lakin onlar bu fikirdən daşınmış və həmin ünvana getməmişlər. 12 mart 2023-cü il tarixində, saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsində Fərid ilə piyada hərəkətdə olan zaman bir nəfər mülki geyimdə şəxs onlara yaxınlaşaraq özünü təqdim edib polis əməkdaşı olduğunu bildirdikdən sonra onunla birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getməyi təklif etmişdir. Onlar da etiraz etməyib polis əməkdaşı ilə birlikdə Xəzər Rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsinə getmişlər. 1-ci Polis Şöbəsində xidməti otaqlardan birində polis əməkdaşlarının iştirakları ilə video çəkilişdən istifadə edərək üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl ona hüquq və vəzifələrim izah edilib, üzərində Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qanunla qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların, dövriyyəsi qanunla qadağan edilmiş və məhdudlaşdırılmış digər əşyaların olub-olmaması soruşulmuş, üzərində yuxarıda göstərilən əşyaların olduğu təqdirdə təqdim olunması təklif edilmişdir, həmin vaxt o, üzərində heç bir qanunsuz əşya olmadığını bildirmişdir. Bundan sonra üzərimə keçirilmiş şəxsi axtarış zamanı əynimdəki boz rəngli gödəkçənin içəri döş cibində olan 01 ədəd “Samsung Galaxy A-71” markalı mobil telefon aşkar olunmuşdur. Polis əməkdaşları telefona baxış keçirmişlər, baxış zamanı telefondan hər hansı bir qanunsuz əmələ aid subut, səs, şəkil və ya video aşkar olunmamışdır. Bundan sonra ona məlum olmuşdur ki, Fəridin telefonundan polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Fəridə göndərdiyi Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə apararaq yol kənarındakı zibil qutusunun altında narkotik vasitənin olduğu yerin xəritəsi aşkar olunmuşdur. Sorğu zamanı bildirmişdir ki, həmin narkotik vasitənin Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivinə aparan yol kənarındakı zibil qutusunun altında olduğunu Elmin onalar demiş, lakin onlar həmin narkotik vasitəni götürməyə getməmişlər. Lazım olduğu halda həmin telefonda olan və Elminin Fəridə göndərdiyi xəritə əsasında yeri gedib tapa biləcəklərini təklif etmiş, bundan sonra polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə tanışı Şahid1 ilə qeyd olunan ünvana getmiş, orada yol kənarındakı Elminin göndərdiyi ünvanı tapmış, zibil qutusunun altında olan narkotik vasitə kimi bildiyi 01 bükümdə olan Marixuananı polis əməkdaşlarına təqdim etmişlər. Nə o, nə də ki, Fərid əvvəlcədən həmin ünvana getməmiş, hətta ora getmək niyyəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 1-ci Polis şöbəsinin cinayət-axtarış üzrə əməliyyat müvəkkili Şahid3 ifadəsində göstərdi ki, Xəzər RPİ-nin 1ci PŞ-nin CA-nin əməliyyat müvəkkili vəzifəsində işləyir. Ərazidə baş vermiş oğurluq cinayətlərinin açılması ilə bağlı şübhəli şəxslər barəsində əməliyyat tədbirləri keçirilərkən 12 mart 2023-cü il tarixdə saat 18 radələrində Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-xuna bağlar massivi ərazisində iki nəfər şəxsin piyada hərəkətdə olduğunu görüb onlara yaxınlaşıb özünü təqdim etmişdir. Həmin şəxslərlə bir qədər sorğu-sual apardıqdan sonra onlarn qeyri-səlis cavabları onda şübhə yaratdığı üçün həmin şəxslərin onunla birlikdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinə getmələrini dəvət etmişdir. Polis şöbəsində həmin şəxslərin Şahid1 və Şahid2 olduqları müəyyən olunduqdan sonra barələrində qanuni tədbir görülməsindən ötrü raportla Xəzər RPİ-nin 1-ci PŞ-nin rəisinə məruzə etmişdir. Həmin şəxslərin barəsində araşdırmanını aparılması şöbəsinin təhqiqatçısı Şahin Mustafayevə həvalə edildiyindən ilk öncə Şahid1 təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı Şahid1 şübhəli şəxs qismində tutmuş, daha sonra təhqiqatçı videogörüntü ilə şübhəli şəxs qismində tutulmuş Şahid1, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçinin və onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid1 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Fəridə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Şahid1 əynindəki qara rəngli gödəkçənin sağ yan cibindən 01 ədəd «Samsung Galaxy A32» markalı mobil telefonu aşkar olunsa da üzərindən dövriyyəsi qanunla qadağan olunmuş digər predmet, əşya və narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı Şahid1 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs onunla Şahid2 yol kənarındakı zibil qutusunun altında olan 01 ədəd narkotik vasitə «Marixuana»nı götürmək Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində göndərsədə onlar getməmişlər. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra Şahid2 təhqiqatçıya təqdim olunmuş, təhqiqatçı Şahid2 şübhəli şəxs qismində tutmş, daha sonra təhqiqatçı videogörüntü ilə şübhəli şəxs qismində tutulmuş Şahid2, onun hüquqlarını müdafiə etmək üçün təyin olunmuş müdafiəçi Fərman Cəfərovun və onun iştirakı ilə videoçəkiliş vasitəsi ilə Şahid2 üzərinə şəxsi axtarış keçiriləcəyini bildirmişlər. Şəxsi axtarış keçirilməmişdən qabaq təhqiqatçı tərəfindən Əliyə hüquq və vəzifələrini izah edib üzərində qeyri-qanuni əşya varsa təqdim etməyi bildirilmişdir. Bundan sonra Şahid2 əynindəki boz rəngli gödəkçənin içəri döş cibində olan 01 ədəd «Samsung Galaxy A 71» markalı mobil telefonu aşkar olunsa da üzərindən dövriyyəsi qanunla qadağan olunmuş digər predmet, əşya və narkotik vasitə aşkar edilməmişdir. Sorğu zamanı Şahid2 bildirmişdir ki, tanışı Təqsirləndirilən şəxs onunla Fərid Hüseynzadəni yol kənarındakı zibil qutusunun altında olan 01 ədəd narkotik vasitə «Marixuana»nı götürmək Xəzər rayonu, Qala qəsəbəsi Xaşa-xuna bağlar massivində göndərsə də onlar getməmişlər. Bu barədə protokol tərtib edilərək iştirakçılara ucadan oxunmuş, heç bir şikayət və ərizə daxil olmadığı üçün doğruluğu imzalarla təsdiq olunmuşdur. Daha sonra təhqiqatçı tərəfindən Fərid Hüseynzadə məxsus “Samsung Calaxy A-32” markalı mobil telefona keçirilmiş baxış zamanı "Whatsapp” tətbiqetməsində ad yazılmamış +994 55-419-80-07 mobil nömrədən narkotik vasitənin gizlədildiyi yerin GPS məlumatı və həmin yerdə narkotik vasitənin gizlədildiyi yer, zibil qabının yanı olan hissənin fotşəkili qeydləri aşkar edilmişdir. Həmin tarixdə axşam saatlarında video çəkilişdən istifadə etməklə təhqiqatçı tərəfindən onun, şübhəli şəxs qismində tutulmuş Fərid Hüseynzadənin, Şahid2 müdafiəçiləri Bəhruz Səfərovun, Fərman Cəfərovun və Xəzər RPİ-nin 1-ci PŞ-nin sürücüsü Şahid4 iştirakı ilə baxış və götürmə aparmış, baxış və götürmə aparılmazdan əvvəl saxlanılan şəxslər vətəndaş Şahid1, vətəndaş Şahid2 qeyd olunan ünvanda ehtimal edilən, iş üçün sübut əhəmiyyətinə malik dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitələri, psixotrop maddələri və ya onlann prekursorlannı təqdim etməsi təklif edilmişdir. Bu təklifdən sonra saxlanılan şəxslər vətəndaş Şahid1 və vətəndaş Şahid2 yol kənarında yerləşdirilmiş 2 ədəd zibil qutusunun arasından 01 ədəd qara rəngli selofana bükülmüş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə məxsus narkotik vasitəyə bənzər kütləni təqdim etmişlər. Daha sonra təqdim olunmuş predmet qablaşdırlaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 eyni məzmunlu ifadə verərək Şahid3 göstərdiklərini təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş cinayət işinin başlanması barədə qərardan görünür ki, xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş şübhəli şəxsin tutulması barədə protokoldan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunaraq araşdırılmış məhkəmə-kimyəvi ekspertizasının xx.xx.2023-cü il tarixli, 3/376 nömrəli rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş, üzərində «vətəndaş Şahid1 və vətəndaş X2 təqdim etdikləri maddi sübut» yazıları və imzaları olan kağız paketdə 1(bir) ədəd qara rəngli polietilen bağlamada təmiz çəkisi- 125,0 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. İş materiallarına əlavə olunmuş qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş və MSY-dən azad olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində xx.xx.2022-ci il təvəllüdlü azyaşlı övladı vardır. İş materiallarında olan məhkəmə-narkoloji ekspertizasının xx.xx.2023-cü il tarixli, 2430 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs muayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur. Hal-hazırda muayinə zamanı Təqsirləndirilən şəxs narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi mualicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dsipanserində profilaktik qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan mobil telefona baxışın keçirilməsi haqqında 12 mart 2023cü il tarixli protokoldan görünür ki, Şahid1 məxsus mobil telefon "Samsung Galaxy A-32“ markalı olmaqla qara rənglidir, arxa hissəsində 03 ədəd kamerası və işıqlandırma cihazı vardır, arxa hissəsində "Samsung" sözləri yazılmışdır. Mobil lolofonun ön və arxa tərəfində sıyrılmalar mövcud olsa da, lakin ilkin görinüşünə əsasan mobil telefon ümumilikdə istifadəyə yararlı vəziyyətdədir. Mobil telefonu açıb menyudan Qalereya bölməsinə daxil olaraq şəkillərə baxış keçirildi va baxış zamanı mobil telefonda olan "Whatsapp" tətbiqetməsində müxtəlif nömrələr arasında müxtəlif səsli və yanlı ismarıclar, nömrələr arasında şəxsin adı yazılmamış +994 55 419 80-07 mobil nömrədən narkotik vasitənin gizlədildiyi yerin GPS məlumatı, lakin hər hansı bir yazışma olmaması və vatsap zəng hissəsində həmin nömrə ilə zəng tarixçəsi qeydləri aşkar edilmişdir. Bundan sonra mobil telefonun "Whattapp" tətbiqetməsindən şəxsin adı yazılmamış +994 55 419 80-07 mobil nömrədən narkotik vasitənin gizlədildiyi yerin GPS məlumatı, lakin hər hansı bir yazışma olmaması və vatsap zəng hissəsində həmin nömrə ilə zəng tarixçəsi qeydləri iş üçün əhəmiyyət kəsb etdiyindən SD diskə köçürülmüşdür. İş materiallarında olan baxış və götürmə haqqında 12 mart 2023-cü il tarixli protokoldan görünür ki, Xəzər rayonu, Qala qəsəbəsi, Xaşa-Xuna bağlar massivində olarkən dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının olmasını ehtimal etməyə kifayət qədər əsaslar olduğundan “baxış və götürülmə haqqında" 12 mart 2023-cü il tarixli protokola əsasən video çəkilişdən istifadə etməklə baxış və götürmə aparılmışdır. Baxış və götürmə apanlmazdan əvvəl saxlanılan şəxslər vətəndaş Şahid1 və vətəndaş Şahid2 qeyd olunan ünvanda ehtimal edilən, iş üçün sübut əhəmiyyətinə malik dövriyyəsi qanunla qadağan olunmuş narkotik vasitələri, psixotrop maddələri və ya onlann prekursorlannı təqdim etməsi təklif edilmiş, bu təklifdən sonra saxlanılan şəxslər vətəndaş Şahid1 və vətəndaş Şahid2 yol kənarında yerləşdirilmiş 2 ədəd zibil qutusunun arasından 01 ədəd qara rəngli selofana bükülmüş, yaşıl rəngli, ot şəkilli, spesifik iyə məxsus narkotik vasitəyə bənzər kütləni təqdim etmişlər. Daha sonra təqdim olunmuş predmet qablaşdınlaraq üzərinə müvafiq qeydlər aparılmaqla möhürlənmiş və götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitə hesab edilən heroini və psixotrop maddə metamfetamini şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib üstündə daşıyaraq saxlaması faktı onun özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 24 dekabr 2021-ci il tarixli № 15 Qərarının 45-ci bəndinə əsasən məhkəmələr cəza təyini zamanı təqsirkara həm yüngüllük, həm də ağırlıq baxımından açıq-aşkar ədalətsiz cəza təyin edilməsi hallarına yol verməməlidirlər. CM-nin 58.3-cü maddəsinə əsasən məhkəmə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşmançılıq çəkməsini, himayəsində azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran-Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Azərbaycan Respublikası CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuş, xx.xx.2023-cü il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində baqşa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilməklə MSY-dən azad edilmişdir. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə qədər saxlanıldığı 1 (bir) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablanmalı, Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 124,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmalıdır. Təqsirləndirilən şəxs 72,00 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, maddi ziyan yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344- 349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində xx.xx.2023-cü il tarixdən 14 mart 2023cü il tarixə qədər saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş 01 il müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 04 iyul 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Bakı şəhəri Xəzər RPİ-də saxlanılan - ekspertiza tədqiqatından sonra qalıq – 124,95 qram olan kustar üsulla hazırlanmış qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. Təqsirləndirilən şəxs 72,00 (yetmiş iki) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X1 90 manat və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 24 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökm təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar