Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-539/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1983-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Nizami rayonu Qara Qarayev prospekti ev 18 mənzil 1-də qeydiyyatda olmaqla ünvan 2-də yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 06 sentyabr 2022-ci il tarixdə, saat 16:00 radələrində X7 Aeroportunun T1 Terminalının 1-ci mərtəbəsinin «B» zonasının girişində Aviasiya Təhlükəsizlik Baş İdarəsinin yoxlama postunda X6 vətəndaşı Zərərçəkmiş şəxs yoxlamadan keçərkən X-Ray yoxlama qurğusuna qoyduğu, sonuncuya məxsus olan 01 ədəd, 1300,0 manat dəyərində Vietnam istehsalı, «Samsung Galaxy S 21 Ultra» markalı, 256 GB yaddaşlı, «SM-G998B/DS» modelli mobil telefonu qeyd olunan X-Ray qurğusundan gizli yolla talayaraq Zərərçəkmiş şəxs 1300,0 (min üç yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin və şahidin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, 2022-ci ilin avqust ayının sonlarından dostu Natiq Eyvazovla növbəli şəkildə, ona məxsus olan “Volkswagen Passat” markalı, AZ-90-TZ 934 dövlət qeydiyyat nişanlı avtomobillə fərdi qaydada taksi fəaliyyəti ilə məşğul olmağa başlamışlar. 06 sentyabr 2022-ci il tarixdə günorta saatlarında Natiqlə birlikdə yenə də X7 Aeroportuna gəlmişlər. Həmişəki kimi, o, müştəri tutmalı, Natiq isə sürüb aparmalı və geri qayıtmalı imiş. Həmin gün saat 15:50 radələrində maşını dayanacaqda saxladıqdan sonra tualetə getmək üçün 1-ci terminalın «B» zonasından zala daxil olmuşdur. Yoxlama monitorundan keçən zaman qarşısında yoxlamadan keçən, ərəb millətinə oxşar şəxsin monitora qoyduğu telefonun həmin monitorun üzərində fırlanan dəmirlərin arasına düşməsini görmüşdür. Telefonu götürmüş və görmüşdür ki, “Samsung” markalıdır. Onu sahibinə vermək istəsə də, onun artıq yoxlama monitorundan içəri keçdiyini görmüşdür. Bu vaxt maddi ehtiyacları olduğuna görə tamah ona güc gəlmiş və telefonu şalvarının arxa cibinə qoymuşdur. Qərara gəlmişdir ki, həmin telefonu lombarda qoyub pul götürsün və yaxud da satıb zəruri xərclərini ödəsin. Natiqə yaxınlaşıb demişdir ki, təcili olaraq “Neftçilər” metro stansiyasına getsinlər. Natiq demişdir ki, “uşaqların məktəbi başlayır, ehtiyac başdan aşır, heç nə də işləməmişik. Pul qazana bilməsəm gərək borca girim”. O isə Natiqə demişdir ki, “Neftçilər”ə getsinlər, lombarddan pul götürəcəkdir, həmin puldan ona 100 manat borca verər. Sonra maşına əyləşib şəhər istiqamətində hərəkətə başlamışlar. Yol boyu fikirləşmişdir ki, telefonun sahibi ərəb millətindən olan şəxs olmuşdur, turist kimi Azərbaycana gəzməyə gəlmişdir və artıq öz ölkəsinə uçub getmişdir. Yəqin ki, o, bir telefona görə geri qayıtmaz. Ona görə də qərara gəlmişdir ki, telefonu satsın. Çünki həmin gündən bir müddət əvvəl lombarda başqa bir “Samsung” markalı telefon qoyub 600 manat pul götürmüşdür. Metronun “Neftçilər” stansiyasının çıxışında olan, həmin telefonu qoyduğu lombardın yaxınlığındakı telefon servisinə girmiş, Natiq isə maşında gözləmişdir. Orada telefonu göstərib demişdir ki, guya öz telefonudur, evdə uşaq müdaxilə edib koda salıb və koddan çıxartmaq lazımdır. Onlar da demişlər ki, telefon kompüterə qoşulub kodu açılsa tam format olunacaq, yəni yaddaşı və yüklənmiş proqramları silinəcəkdir. Buna görə 15 manat xidmət haqqı olacaqdır. O razılaşmışdır. Telefonu kompüterə qoşmuşlar və proses təqribən yarım saat çəkmişdir. Telefonu alıb 15 manatı ödəmişdir. Sonra çıxıb başqa bir telefon dükanına girmişdir. Həmin dükanlar həm dükan, həm də lombard kimi fəaliyyət göstərirmiş. Dükanda telefonu satmaq istədiyini bildirmişdir. Telefonun kimə məxsus olmasını soruşduqda, özünün olduğunu demişdir. Həmin anda bilmişdir ki, o, bahalı telefondur. Demişlər “Samsung S21 Ultra” modellidi və 820 manat satmağa razılaşmışdır. Ondan şəxsiyyət vəsiqəsini alıb telefonla birlikdə saxlamaq üçün şəklini çəkmişlər. Sonra həmin puldan 170 manata bir ədəd “Samsung A20” və bir ədəd “Samsung J1” telefonu almışdır. Qalan 650 manatı da cibinə qoyub maşında gözləyən Natiqin yanına gəlmişdir. Maşında söz verdiyi kimi Natiqə 100 manat borc vermişdir. Sonradan işlədikcə aralarında həmin pulu ödəşəcəklərini razılaşmışlar. Natiq ondan pulu necə götürdüyünü soruşduqda, bildirmişdir ki, aeroportdan telefon tapmış, onu lombarda qoyub 600 manat götürmüşdür. Natiq ona iradını bildirmiş, o isə telefonu sönülü vəziyyətdə tapdığını, satmadığını və müvəqqəti çətinlikdən çıxmaq üçün zəruri lazım olan məbləğdə pul götürdüyünü demişdir. Oradan evə gəldikdə həmin puldan 350 manatını oğlunun əlavə hazırlığına görə müəllimə verilməsi üçün vermiş, qalanını isə telefonunda olan kazino oyununda uduzmuşdur. xx.xx.2022-ci il tarixdə Hava NPİ-dən ona zəng vurulub çağırılanda işin nə yerdə olduğunu bilmiş və telefonu götürdüyünü etiraf etmişdir. Özü yolda sərnişin apardığına görə, qonşusuna zəng vurub 700 manat borca pul istəmişdir. O, razılıq vermişdir. Eyni zamanda anasına da zəng vurub demişdir ki, həmin qonşudan 700 manat pulu götürüb saxlasın ki, Natiq də gəlib ondan götürsün. Sonra Natiqə zəng vurub demişdir ki, gedib onun anasından şəxsiyyət vəsiqəsini və 700 manat pulu götürüb həmin lombarda getsin, verdiyi telefonu geri alsın. Çünki özü əvvəl lombarda verdiyi “Samsung S21” markalı telefonunu Natiqlə birlikdə aparmışdır və o, həmin lombardın yerini tanımışdır. Şərtə uyğun olaraq ondan şəxsiyyət vəsiqəsinin surətini almışlar və 1 aya qədər müddət ərzində telefonu geri götürəcəyi təqdirdə əlavə 100 manat ödəməli olduğunu demişlər. Ona görə də Natiqi həmin lombarda 700 manat pulla göndərmişdir. Sonra özü gəlib Natiqdən telefonu götürmüş və gətirib təqdim etmişdir. Elə zənn etmişdir ki, onların hər ikisi eyni növ telefondur. Telefonlardan elə də anlayışı olmadığına görə, fikirləşmişdir ki, onsuz da onların hər ikisi format olunub. Öz telefonu daha təzədir. Sonda həmin telefonun sahibinə yalvar-yaxar edib onu yola gətirər ki, şikayət etməsin. Sonradan araşdırma zamanı bilmişdir ki, öz telefonu “Samsung S21”, oğurlayıb satdığı digər telefon isə “Samsung S21 Ultra” modelli fərqli telefonlar olmuşdur. Həmin telefonun satdığı dükana qaytarılmasını ona deyildikdə, oraya getmiş və 820 manatı Elçin adlı dükan sahibinə qaytarmışdır ki, o da telefonu istintaqa təhvil versin. İlk dəfə törətdiyi bu əməlinə görə çox peşmandır. Hazırd zərərçəkmiş şəxsin ondan heç bir şikayəti və ya tələbi yoxdur. Himayəsində hərəkət məhdudluğu olan qoca anası, həmçinin yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bütün bunların nəzərə alınmasını və ona yüngül cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs X6 vətəndaşı Zərərçəkmiş şəxs Bakı şəhərində müvəqqəti qeydiyyatda olun yaşadığı ünvana məhkəmə iclasının vaxtı və yeri qabarədə qanunla müəyyən olunmuş qaydada çəğırış vərəqəsi, mobil telefonuna isə elektron qaydada “sms” göndərilmiş, lakin o, hazırda Azərbaycan Respublikasının ərazisində olmadığı üçün məhkəmə iclasında iştirak etməmişdir. Zərərçəkmiş şəxs X6 vətəndaşı Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq onun ibtidai istintaq zamanı tərcüməçinin iştirakı ilə vermiş olduğu ifadə elan edilmişdir. Həmin ifadəsində zərərçəkmiş şəxs bildirmişdir ki, o, təxminən 9 ildir Azərbaycana gəlib-gedir. İşləri Bakı şəhərində ev tikmək və Azərbaycanın başqa yerlərində digər fəaliyyətlərdən ibarətdir. Azərbaycanda çox az olur. İldə bir neçə dəfə 2-3 günlük gəlib gedir. Azərbaycandakı işlərini mülki etibarnamə ilə X9 aparır. 06 sentyabr 2022-ci il tarixdə vətəninə gedərkən Aeroportda telefonunu itirmişdir. Onu yoxlamadan keçərkən kiçik çiyin çantasının cibində plastik qabda X-Ray qurğusuna qoymuşdur. Lakin həmin çantanı plastik qabdan X-Ray qurğusunun çıxışından götürəndə telefon içərisində olmamışdır. Həmin vaxt oradakı əməkdaşlara fikrini izah edə bilməmiş və reysə gecikməmək üçün getmişdir. Sonradan telefonla bu barədə müvəkkili Rüfət Sadıqova bildirmiş, Rüfət də onun adından DİN-ə ərizə göndərmişdir. Həmin vaxt bu barədə heç bir şikayəti olmamış, yalnız telefonun qaytarılmasını istəmişdir. Çünki burada çox qala bilmir və bu işin uzanmasını istəmir. Əgər həmin telefon ona olduğu vəziyyətdə qaytarılsa bununla bağlı heç bir şikayəti olmayacaqdır. Lakin aydın olmuşdur ki, telefonu oğurlanmışdır. Həmin telefonu 2022-ci ilin aprel ayının ortaları X3 Dubay şəhərində 950 ABŞ dollarına almışdır. 06 sentyabr 2022-ci il tarixdə saz vəziyyətdə olmuşdur. Heç bir sınığı, çatı və sair nasazlığı olmamışdır. 2022-ci ilin noyabr ayında Bakı şəhərində olarkən təqdim olunmuş telefon ona məxsus olan həmin telefon olmamışdır. Onun həmin telefonu “Samsung” markalı “S21 Ultra” modelli boz metal rəngli və Vietnam istehsallı telefon olmuşdur. Təqdim olunan telefon isə başqa rəngdə və “Samsung” markalı “S21” modelli olmuşdur. Sonradan ona təqdim olunmuş “Samsung” markalı, “S 21 Ultra” modelli telefona baxdıqda, ona məxsus olmuş həmin telefonun saxladığı qutusunda yazılmış, eyni zamanda həmin telefonun içərisində olan İMEİ kodları tutuşdurmuşdur. Təsdiq edir ki, bu telefon həmin vaxt oğurlanmış ona məxsus telefondur. Məhkəmə iclasında şahid qismində dindirilən X5 göstərdi ki, 12 il olar ki, telefon alqı-satqısı ilə məşğul olur. “Neftçilər” metrostansiyası yaxınlığında dükanı 1 il olar ki, icarəyə götürmüşdür. Təxminən sentyabr ayının 6-da bir nəfər dükana daxil olub “Samsung Galaxy S21 Ultra” markalı telefon təqdim etmiş və 900 manata satmaq istədiyini bildirmişdir. Ondan telefonun oğurluq olub-olmaması barədə soruşduqda, telefonun özünə məxsus olmasını demişdir. Telefona tam baxış keçirdikdən sonra 820 manata ala biləcəyini demiş və özünü Adil adı ilə təqdim etmiş həmin şəxs qiymətlə razılaşmış, ondan əlavə 02 ədəd telefon götürəcəyini bildirmişdir. Razılaşdıqdan sonra ona 170 manata bir ədəd “Samsung A20” və bir ədəd “Samsung J1” markalı mobil telefonu və 650 manat pul vermiş, ondan şəxsiyyət vəsiqəsini alaraq kserosurətini götürmüşdür. Təxminən 10 gündən sonra həmin “Samsung Galaxy S21 Ultra” markalı telefonu 1050 manata şəxsiyyətini tanımadığı müştəriyə satmışdır. İşlənmiş telefon alqı-satqısında adətən satanın şəxsiyyət vəsiqəsinin surəti saxlanılır. Alanın isə şəxsiyyəti ilə maraqlanmaq olmur. Çünki əgər müştəriyə telefonun gələcəkdə oğurluq ola bilməsi barədə nəsə deyilsə o heç vaxt həmin telefonu almaz. Adili əvvəllər tanımamışdır. Sonradan həmin “Samsung Galaxy S21 Ultra” markalı telefonu satdığı şəxs onu gətirib qaytarmış və bildirmişdir ki, həmin telefon bir neçə şəxsin istifadəsində olmuşdur. Son istifadəçiyə zəng olunduqdan sonra oğurluq olduğunu bildiyinə görə hər biri onu aldığı şəxsə qaytarıb ödədiyi pulu almışdır. O da həmin şəxsə ödədiyi 1050 manat pulu geri qaytarmışdır. Adil gələrək həmin telefonu alarkən ona ödədiyi 820 manat pulu tam həcmdə ona qaytarmışdır. Nəticədə heç bir gəlir əldə etməmişdir. Bununla əlaqədar olaraq heç bir mülki iddiası, maddi və sair tələbi yoxdur. İş materiallarında olan və zərərçəkmiş şəxs X14 X15 ALSHraqi tərəfindən tərcüməçinin iştirakı ilə yazılmış 07 iyun 2023-cü il tarixli Qəbzdən görünür ki, xx.xx.2022ci il tarixdə X1 oğurlanmış, ona məxsus olan 01 ədəd “Samsung S 21 Ultra” modelli mobil telefonu olduğu vəziyyətdə X8 İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis mayoru Ələkbərov Əlvan Hicran oğlundan həmin gün təhvil almışdır. Bununla əlaqədar heç bir şikayəti, maddi və sair tələbi yoxdur. İş materiallarında olan və Bakı şəhəri Nizami rayon 28 saylı MKİS tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Doğum haqqında şəhadətnamələrin surətlərindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 02 dekabr 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etməsi faktı məhkəmə baxışı zamanı onun özünün etirafedici ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidin ifadələri və cinayət işinin digər materialları ilə də tamamilə sübuta yetirilmişdir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə törətdiyi cinayət əməlini etiraf edərək peşman olmasını, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayət və ya tələbinin olmamasını, yaşayış yeri üzrə müsbət xarakterizə edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMnin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır və belə hesab edir ki, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid etmədən islah etmək mümkündür və buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyası həddində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 14 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş, 16 noyabr 2022-ci il tarixdə ona həmin maddə ilə ittiham elan edilərək barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilməklə saxlanıldığı MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində - ünvan 2-də çəkməli, təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkməsinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində Təqsirləndirilən şəxs elektron nəzarət vasitəsi tətbiq edilməli, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasını çəkdiyi dövrdə onun davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün gecə saat 24.00-dan səhər saat 07.00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, cəza çəkdiyi müddətdə Bakı şəhərinin inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalı, Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək Bakı şəhər Probasiya İdarəsinə həvalə edilməlidir. Maddi sübut - 01 ədəd “Samsung” markalı, “S21 Ultra” modelli mobil telefonun zərərçəkmiş şəxs, X3 vətəndaşı X14 X15 Alsharqiyə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatlarına görə məhkəmə xərcləri 100,00 (yüz) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X4 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X4 15 iş saatına görə 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 10 iş saatına görə 60,00 (altmış) manat olmaqla ümumilikdə 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia verilməmişdir, ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 14 noyabr 2022-ci il tarixdən 16 noyabr 2022-ci il tarixədək saxlanıldığı 02 (iki) gün müddət Azərbaycan Respublikası CM-nin 69.3cü maddəsinə əsasən 01 (bir) günə 02 (iki) gün hesablanmaqla ona təyin edilmiş 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 2 ünvanını gecə saat 24:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş polisin nəzarəti altına vermə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut - 01 ədəd “Samsung” markalı, “S21 Ultra” modelli mobil telefonun zərərçəkmiş şəxs, X3 vətəndaşı X14 X15 Alsharqiyə təhvil verilməsi nəzərə alınsın. Təqsirləndirilən şəxs 100,00 (yüz) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X4 90,00 (doxsan) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 60,00 (altmış) manat olmaqla ümumilikdə 150,00 (yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-539/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-539/2023
31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver