Məhkəmə qərarları › İş №1(003)-542/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-542/2024

09.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-542/2024 09.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qasımova Leyla Nurəddin qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X3 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1972-ci ildə Laçın rayonunun Malıbəy kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, şəhid ailəsi üzvü, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, Yeni yaşayış massivi, döngə 3-də yerləşən fərdi evdə yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 24 yanvar 2024-cü il tarixdə saat 19:53 radələrində texniki cəhətdən saz vəziyyətdə olan “X33 minik” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı özünə məxsus avtomobili Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi istiqamətində saatda 60 km surətlə idarə edərkən Qala-Pirallahı şossesində yerləşən “Tərəzi” adlanan yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndini, yəni yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına və başqa əmlaka zərər vurmamalı, mövcud şəraitdə diqqətini daim dəyişən yol şəraitindən və avtomobilin idarə olunmasından ayrılmamalı, qarşıda hərəkət zolağında dayanmış avtomobildən vaxtında hərəkətin təhlükəsizliyini təmin edən təhlükəsiz yan məsafəsi saxlamalı, həmin avtomobilin yanından hərəkətin təhlükəsizliyini təmin edib keçib getməli, hadisənin qarşısını almağa texniki imkanı olduğu halda həmin qaydaları pozub qarşıda hərəkət zolağında sərnişin X15 düşürtmək üçün dayanmış vəziyyətdə olan “X30 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobildən düşərək həmin avtomobilin yük hissəsindən yükünü götürmək istəyərkən Təqsirləndirilən şəxs idarə etdiyi “X33 minik” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil “X30 minik” markalı **-BR- *** dövlət qeydiyyat nişanlı avtomobilin arxa hissəsi ilə toqquşmuş, nəticədə sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlığından sərnişin - zərərçəkmiş şəxs X20 iki avtomobilin arasında qalaraq ənsə nahiyyəsinin, üst dodağın əzilmiş yaraları; burunun, sağ əlin arxa səthinin, qarının sol yan divarının, sağ budun yuxarı üçdə birinin ön səthinin, sol dizin önbayır səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar; ənsə sümüyünün xətti sınığı; sağ və sol bud sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınıqları; kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılmaları ilə müşayiət olunan həyat üçün təhlükəli olan sağlamlığa AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər almasına və travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şokdan ölməsinə, həmçinin “X30 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sərnişinlər: Zərərçəkmiş şəxs sağ incik sümüyünün yerdəyişməyən sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AGİR dərəcəli zərərvurmaya aid xəsarətlər, zərərçəkmiş şəxs X21 ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuq oynağının və baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər, zərərçəkmiş şəxs X7 və sağ baldırın qançırları, sağ ayağın bayır topuğunun yumşaq toxumalarının əzilməsi ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər yetirilməsinə və zərərçəkmiş şəxs X5 məxsus «X30 minik» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin əzilməsin nəticəsində ona 5250 manat maddi ziyan yetirilməsinə səbəb olaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs ona ittiham edilən əməl üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, axşam vaxtı olmuş, nəvəsi xəstəxanada reanimasiyada olmuşdur. Nəvəsinin yanına getmələri üçün arvadı ilə əlaqə saxlayıb bu barədə demək üçün telefonuna əl atıb götürmək istəmiş və bu zaman ani anda qabaqda dayanmış avtomobil ilə toqquşmuşdur. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxslə barışdığını, onlara dəymiş ziyanın ödədiyini, zərərçəkmiş şəxsin hüquqi varisinin və digər zərərçəkmiş şəxsin şikayəti və tələbinin olmadığını bildirərək məhkəmədən ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmədə zərərçəkmiş şəxsin hüquqi varisi X11 ifadəsində bildirdi ki, əri işğaldan azad olunmuş ərazirlərdə işləməyə getmişdir. Hadisə günü onunla əlaqə saxlayaraq evə gələcəyini bildirmişdir. Təxminən saat 19:00-da oğlu əri ilə əlaqə saxlayaraq harada olması barədə soruşmuş, əri oğluna surpiriz etmək üçün Ələt qəsəbəsində olduğunu bildirmiş, lakin əri bu zaman Koroğluda olmuşdur. Saat 20:40-da oğlu atasına zəng vurmuş, lakin əri cavab verməmişdir. Daha sonra isə ərinin telefonuna müstəntiq cavab vermişdir. Bundan sonra ərinin öldüyünü bilmişdir. Hazırda təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur, aralarında barışıq əldə olunmuşdur. Həmçinin bildirdi ki, ona ərinin yas məclisinin yola verməsi üçün yardım edilmişdir. Əri «AZ VİRT» şirkətində fəhlə işləmişdir. Əri sərnişin olmuş, yerə düşərək çantasını avtomobildən götürmək istədiyi vaxtı hadisə baş vermişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə oğlu illə birlikdə işdən evə qayıdan zaman onunla bir avtomobildə gedən ölmüş şəxs sürücüyə avtoyuma məntəqəsinin yanında saxlamasını xahiş etmişdir. Sürücü avtomobili avtoyuma məntəqəsinin yanında saxlamış, həmin şəxs yerə düşmüşdür. Bundan sonra hadisə baş vermiş, özü ayağından xəsarət almış, oğlu da xəsarət almış və avtomobildə olan digər şəxslər də yüngül xəsarət almışlar. Yerə düşən şəxs isə ölmüşdür. Ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X18 ifadəsinə bildirmişdir ki, Koroğlu metrostansiyasında anası ilə birlikdə evə getmək üçün avtomobilə oturmuşlar. Hadisəni görməmişdir. Qala yolunda hadisə baş verdiyi vaxtı özündən getmiş və ayılanda isə görmüşdür ki, hadisə baş vermiş və avtomobildə olan şəxsləri çölə çıxardırlar. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, avtomobili yolun sağ hissəsində birinci yolun kənarında saxlamış və sərnişin avtomobildən yerə düşmüşdür. Həmin sərnişin avtomobilin arxa hissəsində olan çantasını götürən zaman hadisə baş vermişdir. Avtomobil ona məxsus olmamış, etibarnamə əsasında idarə etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında Qala qəsəbəsinə gəldiyi zaman yolda avtoqəza baş verdiyini görmüşdür. Qəzada iştirak etmiş avtomobili Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə oxşatdığına görə hərəkət etdiyi avtomobildən düşmüş və hadisə yerinə yaxınlaşmışdır. Hadisənin necə baş verdiyini görməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 9 saylı ekspert rəyindən görünür ki, mərhum X12 meyitində aşkar edilmiş xəsarətlər - ənsə nahiyyəsinin, üst dodağın əzilmiş yaraları; burunun, sağ əlin arxa səthinin, qarının sol yan divarının, sağ budun yuxarı üçdə birinin ön səthinin, sol dizin ön-bayır səthinin sıyrıqları; ağır travmatik və hemorragik şok ilə müşayiət olunan başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına qansızmalar; ənsə sümüyünün xətti sınığı; sağ və sol bud sümüyünün qapalı, qəlpəli, yerdəyişən sınıqları; kəskin qanitirmə ilə nəticələnmiş qaraciyərin və dalağın cırılmaları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı əmələ gələ bilərdilər, həyat üçün təhlükəli olan sağlamlığı AĞİR dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə birbaşa səbəbli əlaqəlidirlər. Mərhum R.V.Rüstəmovun ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şok olmuşdur. Meyit əlamətlərinin inkişaf dərəcəsinə əsasən demək olar ki, ölüm mərhum R.V.Rüstəmovun meyitinin meyitxanada müayinəsindən 12-14 saat əvvəl baş vermişdir. Mərhum R.V.Rüstəmovun meyitindən götürülmüş qanda məhkəmə-kimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə- kimyəvi müayinə aktı № 378/K, xx.xx.2024). - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 106 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - sağ incik sümüyünün yerdəyişməyən sınığı küt əşya təsirindən törənmiş, törənmə müddəti onun “Tibb Mərkəzi” X28 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduğuna görə bu sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aiddir. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 107 saylı ekspert rəyindən görünür ki, X9 bədəni üzərində aşkar edilmiş xəsarətlər - sol və sağ baldırın qançırları, sağ ayağın bayır topuğunun yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X31" X28 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 76 saylı ekspert rəyindən görünür ki, X13 bədəni üzərində aşkar edilmiş xəsarətlər - ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ topuq oynağının və baldır nahiyyəsinin yumşaq toxumalarının əzilməsi küt əşya(əşyalar)təsirindən törənmiş, törənmə müddəti onun “X31’X29 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X19” Publik hüquqi şəxsin xx.xx.2024-cü il tarixli, 79 saylı ekspert rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərinə travma almasını göstərən xəsarətin hər hansı bir obyektiv əlaməti aşkar edilməmişdir. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 8/581 nömrəli ekspert rəyindən görünür ki, istintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X33” markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərinə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən “X30” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid1 hərəkətlərinə «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 52-ci maddəsinin 1- ci hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Lakin hadisə zamanı “X30” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmış vəziyyətdə olduğundan sürücü Şahid1 hərəkətlərində qeyd olunan maddənin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqənin müəyyən edilməsi xüsusi texniki bilik tələb etmədiyindən ekspertin səlahiyyətinə aid deyildir, hüquqi məna kəsb etdiyindən həmin hal istintaq orqanları və ya məhkəmə tərəfindən qiymətləndirilə bilər. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - sərxoşluq hallarının bütün növlərinin təyini məqsədi ilə aparılan tibbi müayinəyə dair 25 yanvar 2024-cü il tarixli, 1/691 saylı protokoldan görünür ki, Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən edilməmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-in xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər Rayon Polis İdarəsinin İstintaq şöbəsinin müstəntiqi Mirzəbala Əliyev tərəfindən fakta görə Azərbaycan Respublikası CMnin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işinin başlanması və ibtidai istintaqının aparılması üçün icraatına götürülməsi barədə qərar qəbul edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, X12 yol nəqliyyat hadisəsi zamanı ölməsi faktına görə Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə ********* saylı cinayət işi üzrə X11 mərhum zərərçəkmiş şəxsin X12 hüquqi varisi qismində tanınması qərara alınmışdır. -Zərərçəkmiş şəxs Xəzər rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. -X6 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərərin tam olaraq ödənildiyini və gələcəkdə bununla bağlı heç bir şikayət tələb və iddiasının olmayacağını bildirmişdir. -X13 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərərin tam olaraq ödənildiyini və gələcəkdə bununla bağlı heç bir şikayət tələb və iddiasının olmayacağını bildirmişdir. -X9 xx.xx.2024-cü il tarixli notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş maddi və mənəvi zərərin tam olaraq ödənildiyini və gələcəkdə bununla bağlı heç bir şikayət tələb və iddiasının olmayacağını bildirmişdir. -ifadənin yerində yoxlanılması haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, iş üzrə şahid qismində ifadə vermiş Təqsirləndirilən şəxs ifadəsində dediklərini hadisə yerində göstərmişdir və müəyyən olunmuşdur ki, xx.xx.2024-cü il tarixdə evinə gedən zaman saat 19:50 radələrində Qala-Pirallahı yolunda «Tərəzi» adlanan ərazidə «Hyundai Santafe» markalı 99-KP- 689 dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini saatda 60 km surətlə idarə edən zaman mobil telefonunu götürərək zəng etmək istəmiş və telefonda nömrəni axtararkan ani olaraq qarşıda dayanmış «X32» markalı nəqliyyat vasitəsi görmüşdür. Həmin vaxt onun idarə etdiyi «Hyundai Santafe» markalı nəqliyyat vasitəsi həmin «X32» markalı nəqliyyat vasitəsinin arxası ilə toqquşmuşdur. İdarə etdiyi avtomobildən yerə düşərkən onun idarə etdiyi avtomobillə «X32» markalı avtomobilin arasında kişi cinsinə məxsus bir nəfər şəxs qaldığını görmüşdür. Sonra hadisə yerinə polis əməkdaşları gəlmişdir. İfadənin yoxlanılması zamanı fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur -Baş Dövlət Yol Polisi İdarəsinin Xəzər rayon Polis İdarəsinə ünvanladığı xx.xx.2024-cü il tarixli, 3-13-16/2-66135/2024 nömrəli məktubunun surətindən görünür ki, xx.xx.1972-ci il təvəllüdlü Təqsirləndirilən şəxs xx.xx.2014-cü il tarixdə (xx.xx.2024-cü il tarixədək etibarlı olan) AC 700689 nömrəli, “B” kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və sürücülük hüququnun məhdudlaşdırılması ilə bağlı məlumat qeydə alınmamışdır. -Diskə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Azərbaycan Respublikası DİN-in Təhlükəsiz şəhər xidmətinin «TŞ 7-139» kamerası tərəfindən xx.xx.2024-cü il tarixdə çəkilmiş videogörüntülər köçürülmüş 1 ədəd videodiskə Xəzər RPİ-nin istintaq otağında kompyuter vasitəsi ilə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, həmin diskdə 6 ədəd videofayl vardır. Həmin videofayllar: «TŞ7- 139 1 -2024-01 -24_19h30min00s000ms», «TŞ7-139 2-2024-01 - 24_19h30min00s000ms», «TŞ7-139 3-2024-01 -24_19h30min00s000ms», «2022_1220_170419_070B», «2022_1220_170838_073A», «2022_1220_170838_074B» nömrəlidirlər. «TŞ7-139 2-2024-0 l-24_19h30min00s000ms»- №-li videofayldan görünür ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala-Pirallahı yolunun Qala qəsəbəsində yerləşən «Tərəzi» adlanan yerdə baş vermiş yol-nəqliyyat hadisəsi əks olunmuşdur. Həmin yolun Pirallahı istiqamətində olan hissəsində yolun qırağında saat 19:54:29-da qabaq hissəsi əzilmiş «Hyundai Santafe» markalı **-KP-*** dövlət qeydiyyat nişanlı avtomobil dayandığı görünür. Saat 19:55:52-də yolun qırağında müxtəlif markalı avtombillərin və insanların toplanması görünür. Saat 19:56:13-də yenə həmin avtomobilin qabaq hissəsinin əzilmiş vəziyyətdə olması görünür. Saat 19:56:49-da yolun qırağında insan meyiti görünür. Saat 20:12:18-də hadisə yerinə təcili tibbi yardım avtomobili gəlməsi görünür. Videogörüntü 01 saat davam edir. «TŞ7-139 2-2024-0 l-24_19h30min00s000ms» №-li videofaylda xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala-Pirallahı yolunun Qala qəsəbəsində yerləşən «Tərəzi» adlanan yerdə baş vermiş yol-nəqliyyat hadisəsini əks etdirmir. Belə ki, videokamera yolun Pirallahı-Qala istiqaməti olan hissəsini çəkmişdir. Videogörüntü 01 saat davam edir. «TŞ7-139 3-2024-0l-24_19h30min00s000ms» №-li videofayldan müəyyən olmuşdur ki, xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Xəzər rayonu, Qala-Pirallahı yolunun Qala qəsəbəsində yerləşən «Tərəzi» adlanan yerdə baş vermiş yolnəqliyyat hadisəsini əks olunmuşdur. Həmin yolun Pirallahı istiqamətində olan hissəsində saat 19:52:33-də yolun qırağında «X30» markalı avtomobilin dayandığı görünür. Saat 19:52:55-də avtomobildən bir nəfər şəxs yerə düşərək avtomobilin arxasına tərəf keçir və saat 19:53:00-da həmin şəxs orada olarkan «X30» markalı avtomobilin arxasına «Hyundai Santafe» markalı avtomobil çırpılır və həmin şəxs avtomobillərin arasında qalır. Toqquşmadan sonra «X30» markalı avtomobil müəyyən məsafə qabağa tərəf hərəkət edir, «Hyundai Santafe» markalı avtomobil isə qabaq hissəsi əzilmiş vəziyyətdə dayanır. Videogörüntü 01 saat davam edir. Videodiskdə olan 4, 5 və 6-cı videofayllara baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin fayllarda təsvir olunmuş hadisə xx.xx.2022ci il tarixdə baş vermişdir və istintaqı aparılan təsvir olunmuş hadisə xx.xx.2022-ci il tarixdə baş vermişdir və istintaqı aparılan xx.xx.2024-cü il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi ilə heç bir əlaqəsi yoxdur. -xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis baş leytenantı Mirzəbala Əliyev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. -xx.xx.2024-cü il tarixli qərardan və həmin tarixli iltizamdan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş: -şəhid ailəsi üzvünün 002532 nömrəli vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs şəhid ailəsi üzvüdür. -İ-5101, İ-3158 və İ-4180 nömrəli medal vəsiqələrinin surətlərindən görünür ki, X16 ölümündən sonra “Kəlbəcərin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” və “Vətən uğrunda” medalları ilə təltif edilmişdir -ölüm haqqında AZ-İİ 115838 nömrəli, xx.xx.2020-ci il tarixli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X16 xx.xx.2020-ci ildə ölmüşdür. Elektron Məhkəmə İnformasiya Sistemindən görünür ki, xx.xx.1999-cu il təvəllüdlü X16, Təqsirləndirilən şəxs oğludur. İş materiallarına əlavə edilmiş: -zərərçəkmiş şəxsin hüquqi varisi X6 xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini, həmçinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. -Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixli ərizəsindən görünür ki, o, həmin ərizədə Təqsirləndirilən şəxs ilə barışdığını və ona dəymiş ziyanın tam olaraq ödənildiyini, həmçinin Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 28.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Konstitusiyasının 125.7-ci maddəsinə əsasən “Məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir.” İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X10 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə həmçinin izah edilsin ki, bu kateqoriyadan olan cinayət işləri üzrə şəxsin təqsirlilik məsələsi həll edilərkən işin bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırılmaqla yanaşı, həm də təqsirləndirilən şəxsin «Yol hərəkəti haqqında» Qanunun məhz hansı normasının tələblərinin pozması və bu pozuntunun konkret nədə ifadə olunması qəbul edilmiş məhkəmə aktlarında göstərilməli, həmin qayda pozuntuları ilə baş vermiş nəticə arasında səbəbli əlaqənin mövcudluğu, habelə təqsirləndirilən şəxsin yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün texniki cəhətdən imkanının olub-olmaması müəyyənləşdirilməlidir.” “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən “Yol hərəkəti haqqında Qanun yollarda nəqliyyat vasitələrinin və piyadaların təhlükəsiz və rahat hərəkətini təşkil etmək məqsədi ilə kompleks tədbirlər həyata keçirilməsi, yol hərəkəti ilə bağlı insanların həyatının və sağlamlığının qorunması, ətraf mühitin, xüsusi, bələdiyyə və dövlət əmlakının mühafizəsi, yol-nəqliyyat hadisələrinin qarşısının alınması və onların ağırlıq dərəcəsinin aşağı salınması üçün tədbirlər görülməsinin hüquqi əsaslarını və bu sahədə dövlətin, habelə yol hərəkəti iştirakçılarının hüquqlarını və vəzifələrini müəyyən edir.” Həmin Qanunun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinə əsasən yol hərəkətinin iştirakçıları yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına, onların nəqliyyat vasitələrinə və başqa əmlaka zərər vurmamalıdırlar. Həmin qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinə əsasən 1.1—1.3 xətlərini kəsib keçmək qadağandır Həmin Qanunun 81-ci maddəsinə əsasən “Bu qanunla nəzərdə tutulmuş yol hərəkəti qaydalarının pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs, 24 yanvar 2024-cü il tarixdə saat 19:53 radələrində texniki cəhətdən saz vəziyyətdə olan avtomobili Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi istiqamətində idarə edərkən Qala-Pirallahı şossesində yerləşən “Tərəzi” adlanan yerdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndində göstərilmiş tələbləri pozması səbəbindən yolnəqliyyat hadisəsi baş vermiş və sürücü Təqsirləndirilən şəxs ehtiyatsızlığından digər avtomobilin sərnişini - zərərçəkmiş şəxs X20 həyat üçün təhlükəli olan sağlamlığa AGİR dərəcəli zərərvurmanın əlamətlərinə malik xəsarətlər almasına və travma kompleksi nəticəsində baş vermiş ağır travmatik və hemorragik şokdan ölməsinə, həmçinin “X30 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda olan sərnişinlər: Zərərçəkmiş şəxs sağlamlığa AZ AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlər, X2 YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər, X1 YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər yetirilməsinə və X5 məxsus «X30 minik» markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilinə maddi ziyan yetirilməsinə səbəb olaraq yol-nəqliyyat hadisəsi törətməsi öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarının 13-cü bəndində göstərilmişdir ki, avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması yalnız o zaman cinayət məsuliyyətinə səbəb olur ki, bu, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümü və ya onun sağlamlığına ağır, yaxud da az ağır zərər vurulması ilə nəticələnmiş olsun. Eyni əməllər, ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin sağlamlığına yüngül zərər vurulmaqla nəticələndikdə və ya ona miqdarından asılı olmayaraq maddi ziyanın vurulmasına səbəb olduqda, habelə sair hallarda qeyd edilən qaydaları pozan şəxs cinayət məsuliyyəti deyil, mülki-hüquqi, yaxud inzibati məsuliyyət daşıyır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-542/2024 saylı qərarına əsasən X13, X9 və X4 cinayət işi üzrə zərər çəkmiş şəxs qismində iştiraklarına xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. İşin hallarından görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilən əməl nəticəsində X17 və X14 sağlamlıqlarına YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlər yetirilmiş, X4 isə əmlakına maddi ziyan yetirilmişdir. Bununla da müəyyən edilir ki, qeyd olunan hissələrdə Təqsirləndirilən şəxs mülki-hüquqi və inzibati məsuliyyət daşıyır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan, X13 və X9 sağlamlıqlarına YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi və X4 isə əmlakına maddi ziyan yetirilməsi hissələri çıxarılmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan qeyd olunan cinayət əməlinin törədilməsi nəticəsində zərərçəkmiş şəxs X12 həyatı üçün təhlükəli olan sağlamlığına AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi, bu xəsarətlərin onun ölümünə səbəb olması, Zərərçəkmiş şəxs isə sağlamlığına AZ AĞİR dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi məhkəmə istintaqı zamanı öz təsdiqini tapdığından o, Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası CM-in 59.1.12-ci maddəsinə əsasən təqsirləndirilən şəxsin zərərçəkmiş şəxsin hüquqi varisi və digər zərərçəkmiş şəxs ilə barışmasını, Həmin Məcəllənin 59.1.13-cü maddəsinə əsasən cinayət nəticəsində dəymiş ziyanı könüllü olaraq tamamilə ödəməsini, CM-in 59.2-ci maddəsinə əsasən törətdiyi əməldən səmimi peşmançılığını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, həmçinin şəhid ailəsi üzvü olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12-ci maddəsinə əsasən “Zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.13-cü maddəsinə əsasən “Cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 60.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz.” Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan yeganə əsas cəza növü- azadlıqdan məhrum etmə cəzasının və əlavə cəzanın ən aşağı həddə təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinə əsasən “Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda-üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.2, 46.3-cü maddələrinin və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 346.1.14-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Əlavə cəzalar - müstəqil tətbiq edilməyən, yalnız əsas cəzalara qoşulan cəza növüdür. Lakin əsas cəza kimi əlavə cəzalar da cəzaların tənbeh təsirinin gücləndirilməsi, gələcəkdə yeni cinayət törədilməsinin qarşısının alınması, sosial ədalətin bərpası və vurulmuş zərərin ödənilməsi məqsədi ilə tətbiq edilir. Əlavə cəzaların sosial əhəmiyyəti onda ifadə olunur ki, onlar cinayət məsuliyyətinin daha uğurlu fərdiləşdirilməsinin təminatını möhkəmləndirir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, CM-nin 45-ci maddəsinin mənasına görə nəqliyyat vasitəsini idarəetmə hüququndan məhrum etmə növündə cəza ictimai işlər, islah işləri, intizam xarakterli-hərbi hissədə saxlama, müəyyən müddətə azadlıqdan məhrum etmə cəzalarına, əsas cəzanın şərti olaraq tətbiq edilibedilməməsindən asılı olmayaraq, əlavə cəza kimi bir ildən beş ilədək müddətə təyin olunur. Bu növdə əlavə cəzanın səmərəli şəkildə icra olunmasının təmin edilməsi məqsədilə, həbelə şəxsin əməllərinin düzgün tövsif edilməsi üçün sürücülük vəsiqəsinin sübut əhəmiyyətli sənəd olmasını nəzərə alaraq, müvafiq qərar əsasında təqsirləndirilən şəxsin sürücülük vəsiqəsinin əsli götürülməli, cinayət işinə əlavə edilməli və ittiham hökmü qanuni qüvvəyə minənəndək iş materiallarında saxlanılmalı, hökm qanuni qüvvəyə mindikdən sonra isə icra sənədləri ilə birlikdə müvafiq icra hakimiyyəti orqanına göndərilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.), habelə CM-nin 60.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan yeganə əsas cəza növü kimi azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası əna aşağı həddə təyin edilməli, təyin ediləcək əsas cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalıdır. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. Maddi sübut olan “X33 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı və “X30 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittihamdan, X13 və X9 sağlamlıqlarına YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi və X4 isə əmlakına maddi ziyan yetirilməsi hissələri çıxarılsın. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. Maddi sübut olan “X33 minik” markalı, **-KP-*** dövlət qeydiyyat nişanlı və “X30 minik” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillərin qanuni sahiblərinə təhvil verilməsi nəzərə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 128 (bir yüz iyirmi səkkiz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X8, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Təqsirləndirilən şəxs tərəfindən yol hərəkəti qaydalarının pozulması nəticəsində X17 və X14 sağlamlıqlarına YÜNGÜL dərəcəli zərərvurmaya aid xəsarətlərin yetirilməsi ilə bağlı əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində (327.8-ci maddəsinin tərkibi) nəzərdə tutulmuş inzibati xəta tərkibi olduğundan hazırki hökm qanuni qüvvəyə mindikdən sonra bu hissədə material ayrılaraq qiymət verilməsi məsələsinin həll edilməsi üçün Xəzər rayon prokurorluğuna göndərilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 manat, cəmi 150 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar