Məhkəmə qərarları › İş №1(003)-544/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-544/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-544/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və onun nümayəndəsi, vəkil Nümayəndə, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, bir azyaşlı uşağı olan, ali təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanda qeydiyyatda olan və yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs qəsdən zərərçəkmiş şəxsə sağlamlığın qısa müddət pozulmasına səbəb olan, sağlamlığa yüngül zərər vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2021-ci il tarixdə, saat 03 radələrində ünvan 1 ünvanında yerləşən yaşadığı evdə qeyri-rəsmi arvadı Zərərçəkmiş şəxs Cabil qızını aralarında yaranmış münaqişə zamanı kəmərlə, yumruq və təpiklə qəsdən vuraraq sağ qulaq sırğalığının, sağ və sol kürək nahiyəsinin ağımtıl rəngli çapıq toxumalarının əzilmiş yarası, burun sümüyünün yerdəyişməsiz sınığı xəsarətləri yetirib Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmədə Təqsirləndirilən şəxs özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs Cabil qızı ilə 2015-ci ildə ailə qursa da, nikahlarını rəsmiləşdirməmişlər. Birgə nikahdan 2017-ci ildə 1 oğlan uşaqları doğulmuşdur. Rəmziyyə ilə həmişə mehriban münasibətdə olmuşlar. Heç vaxt Rəmziyyəni döyməmiş və döymə ilə bağla heç vaxt müraciət olmamışdır. 26 sentyabr 2021-ci il tarixdə, gecə saat 03 radələrində xəstə olduğundan Rəmziyyəni yuxudan oyadaraq ağrıkəsici dərman istəmişdir. Rəmziyyə ona kobud cavab qaytardığından aralarında mübahisə yaranmışdır. O, da özündən çıxmış və ola bilsin ki, bir dəfə sillə ilə Rəmziyyənin üzündən vurmuşdur. Ümumiyyətlə Rəmziyyə həmin günü ona qarşı aqressiv olmuşdur. Hal-hazırda Rəmziyyə ilə barışmaq istəmir. Barəsində hər hansı qərarın qəbul edilməsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Təqsirləndirilən şəxs təqsiri iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin ifadəsi və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs ilə 2015-ci ildə ailə qurmuş və 2017-ci ildə 1 oğlan övladları dünyaya gəlmişdir. Son zamanlar Elvin narkotik vasitə istifadə etdiyinə görə onu hər gün döymüşdür. Hadisə günü Elvin evə gələrək ona «İnstagram» səhifəsinin olduğunu və kişilərlə danışdığını bildirmişdir. O, elə bir şey olmadığını demiş və Elvin səhərə kimi onu təpiklə, kəmərlə və tozsoranın şlanqı ilə döyərək işgəncə vermişdir. Hadisə vaxtı qulağı, burnu partlamışdır. Səhər tezdən evdən çıxaraq valideynlərinin yaşadığı evə getmişdir. Fevral ayında Elvin qardaşı ilə gələrək oğlunu qaçırmışdır və uşaq hazırda atası ilə qalır. Təqsirləndirilən şəxs həbs cəzasının təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Şahid2 ifadəsində göstərdi ki, ailəsilə birlikdə Təqsirləndirilən şəxs onun qardaşı, Rəmziyyə ilə Elvinin arvadıdır. O, atası, Elvin və Rəmziyyə bir evdə yaşamışlar. Elvin və Rəmziyyənin arasında narazılıq olmuş, lakin o, Elvinin Rəmziyyəni döyməsini görməmişdir. Əgər lə bir hadisə olsa onun bu barədə xəbəri olardır. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun oğludur. Elvin Rəmziyyə ilə 2015-ci ildə ailə qurmuşlar və Əbəlfəz adlı bir oğlan uşaqları vardır. O oğlu və gəlini ilə birlikdə yaşamışdır. Gecə vaxtlarında bir dəfə səs-küy olduğunu eşitmiş, lakin xəstə adam olduğundan onların ailə işlərinə qarışmamışdır. Səs-küyə balaca oğlu çıxaraq onları bir qədər danlamışdır. Səhər tezdən isə gəlinin evdən getdiyini bilmişdir. Səs-küy təxminən 5-10 dəqiqə davam etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-tibbi ekspertiza və patoloji anatomiya birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 19 aprel 2022-ci il tarixli, 373 nömrəli rəyindən görünür ki, “Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər – sağ qulaq sırğalığının, sağ və sol kürək nahiyəsinin ağımtıl rəngli çapıq toxumaları ola bilsin əzilmiş yara izləri olub, burun sümüyünün yerdəyişməsiz sınığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 6-7 ay əvvəl olmaqla, müayinə olunanın göstərmiş olduğu 24 sentyabr 2021 və 26 aprel 2021-ci il tarixlərə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Zərərçəkmiş şəxs alt çənənin ağımtıl rəngli çapıq toxuması ilə bağlı tibb müəssisəsinə rəsmi müraciət etmədiyindən həmin çapığın xəsarətin hansı növünə aid olması, xarakteri barədə konkret fikir söyləmək mümkün deyildir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur”. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nin 24 sentyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1985-ci ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında heç bir məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini və əməlini etiraf etməsini cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs rəsmi olaraq işləməini və qazancının olmasını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 09 avqust 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin 2-ci Polis şöbəsinin 07 sentyabr 2022ci il il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs 07 sentyabr 2022-ci il tarixdə Xəzər rayonu ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi Ramil Mehdiyevin 07 sentyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilərək saxlandığı Xəzər RPİ-nin MSY-dən azad olunmuşdur. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 20 (iyirmi) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat, ümumilikdə 30 (otuz) saat vaxt sərf etmişdir. Ona görə də, 180 (yüz səksən) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 180 (yüz səksən) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar