Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-547/2024 05.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Şəki rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu olmayan, Şəki rayonu, Qoxmuq kəndində qeydiyyatda olan və Bakı şəhəri, Binəqədi rayonu, Xutor qəsəbəsində yerləşən fərdi yaşayış evində kirayə yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2023-cü ilin yanvar ayında Bakı şəhəri Səbail rayonu Badamdar qəsəbəsində yerləşən “O tay bu tay” restoranında tanış olduğu Zərərçəkmiş şəxs ilə sosial şəbəkəsi vasitəsilə mobil telefonla və görüşüb danışmaqla aralarında yaxın münasibəti yaradaraq onunla, Bakı şəhəri, Yasamal rayonu Salam Bahabzadə küçəsində yerləşən “Best” oteldə dəfələrlə görüşüb qarşılıqlı razılığı əsasında təbii yolla cinsi əlaqədə olduqları vaxt Zərərçəkmiş şəxs çılpaq və yarıçılpaq vəziyyətdə videoçəkilişini aparıb fotoşəkilərini çəkmiş, bir müddət görüşdükdən sonra əldə etdiyi həmin çılpaq və yarıçılpaq vəziyyətdə videogörüntü və fotoşəkilləri 2023-cü ilin aprel ayında internetin “İnstaqram” sosial şəbəkəsində olan özünə məxsus “Boss-555” profildə paylaşaraq onun haqqında rüsvayedici məlumat yaymış, həmin rüsvayedici çılpaq və yarıçılpaq vəziyyətdə videogörüntü və fotoşəkilərini profildən silməyəcəyini deyib Zərərçəkmiş şəxs 30 iyun 2023-cü il tarixdə mobil telefonla əlaqə yaradıb ona 50 manat pul göndərməsini hədə-qorxu ilə tələb etmiş, Zərərçəkmiş şəxs həmin gün saat 11:26-da Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsi Xaşa-Xuma bağlar massivində yerləşən evindən plastik kart vasitəsilə elektron yolla 50 manat məbləğində pulu özünün göndərdiyi 4169 7387 2445 9592 №-li “Kapital Bank”a aid plastik kartının hesabına köçürtdürüb almış, bundan 2 saat sonra 30 iyun 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə yenidən mobil telefonla əlaqə yaradıb ona güya onun həmin rüsvayedici görüntülərini “İnstaqram” sosial şəbəkəsində başqa şəxs öz profilində paylaşdığını deyib həmin görüntüləri sildirmək üçün ona əlavə olaraq 15 manat məbləğində pul verməsini deyib həmin pulu vermədiyi halda onun barəsində rüsvayedici məlumatları yaymağı davam etdirəcəyi ilə hədə-qorxu gəlib tələb etməklə özgəsinin əmlakını əldə etmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə ümumilikdə 65 manat məbləğində pulunu ələ keçirtmək üçün Zərərçəkmiş şəxs haqqında rüsvayedici məlumatlar yaymaqla əmlak xarakteri daşıyan hərəkətlər edərək ona verməsini hədə-qorxu ilə tələb etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, heç bir yerdə işləmir və fərdi əməklə məşğul olur. 2023-cü ilin yanvar ayında o, Bakı şəhəri Badamdar qəsəbəsində yerləşən «O tay-bu tay» restoranında olarkan təsadüfən Zərərçəkmiş şəxs ilə tanış olmuşdur. O, Güneldən onun ***-***-**-**-№-li mobil telefon nömrəsini almış və razılaşmışlar ki, sonra görüşərlər. Bundan sonra onlar təxminən 15-20 gün ərzində bir-biri ilə mobil telefon vasitəsi ilə danışmışlar. Aralarında olan söhbət əsnasında o, bilmişdir ki, Günel əvvəllər ərdə olub, sonra boşanıb və bir azyaşlı övladı var. Təxminən 20 gündən sonra o, Günellə Nərimanov rayonunda görüşmüş və oradan Bakı şəhəri Yasamal rayonu, 20 Yanvar metro stansiyasının yaxınlığında olan «Huqqa» adlı restorana getmişlər. Orada onlar söbət etmişlər və yemək yemişlər. Həmin zaman sohbət əsnasında o, Günelə təklif etmişdi ki, otelə getsinlər və cinsi əlaqədə olsunlar. Lakin, Günel bildirmişdi ki, evə getməlidir və o, evə getmişdi. Bundan təxminən 5-6 gün sonra o, Günellə əlaqə saxlamış və bildirmişdi ki, oteldədir və Günelidə həmin otelə dəvət etmişdir. Həmin vaxt o, «Best» otelində idi. Günel razılaşmış və bir müddət keçəndən sonra onun yanına gəlmişdi. O, Günellə oteldə təxminən 2 saat qalmışlar. Həmin vaxt onlar qarşılıqlı razılıqla təbii yolla cinsi əlaqədə olmuşlar. Sonra Günel çıxıb getmişdi. Bu hadisədən sonra o, mütamadi olaraq həmin oteldə Günllə görüşüb qarşılıqlı razılıqla cinsi əlaqədə olmuşdur. Günellə oteldə görüşən zaman o, Günelin xəbəri olmadan sonuncunun yarıçılpaq vəziyyətdə mobil telefonu ilə videoçəkilişini aparmışdı. Həmin videocörüntüləri o, təxminən 2023-cü ilin aprel ayında «İnstaqram» sosial şəbəkəsində olan «Boss_555» adlı profilinə yerləşdirmişdi. Bir müddət sonra Günel onun ***-***-**-**-№-li mobil telefonuna zəng edərək sonuncunun videogörüntülərini öz profilində yerləşdirdiyinə görə ona iradlarını bildirmişdi. Həmçinin o, Günelin görüntülərini sonuncudan xəbərsiz çəkdiyimə görə narazılığını bildirmişdi. O, həmin görüntüləri profilindən silmiş və bu haqda Günelə demişdi. Bundan təxminən 10-15 gün sonra Günel onunla yenidə görüşmüş və onun telefonuna baxaraq görmüşdür ki, onun telefonunda Günelə aid heç bir görüntü yoxdur. Günel onun telefonunu yoxladığına görə o, Günelə əsəbləşmiş və bir müddət sonra həmin görüntüləri yenidən «İnstaqram» sosial şəbəkəsində olan öz «Boss_555» adlı profilinə yerləşdirmişdi. Günel ona yenidən zəng vurub görüntüləri sosial şəbəkədə yenidən yerləşdirdyinin səbəbini soruşmuşdu. O, Günelə demişdi ki, belə videolarla sosial şəbəkədə pul qazanır. 30 iyun 2023-cü il tarixdə o, Günelə zəng vurub bildirmişdi ki, sonuncunun biabır olmaması üçün ona 50 manat versin və o, sosial şəbəkədən Günelin yarıçılpaq görüntülərini silsin. Günel ona 50 manat verməyə razılaşmış və o, həmin pulu Güneldən almaq üçün özünə məxsus 4169 7387 2445 9592-№-li «Kapital» bankın plastik kartının nömrəsini göndərmişdir ki, həmin 50 manat pulu onun hesabıma köçürsün. Bir azdan sonra Günel onun həmin nömrəli kartına 50 manat pul köçürmüşdü. Təxminən 2 saatdan sonra o, yenə də Güneldən pul qoparmaq üçün ona zəng vurub bildirmişdi ki, Günelin yarıçılpaq videogörüntülərini digər şəxsdə öz «İnstaqram» profilində yerləşdirib və Güneli biabır etməmək üçün həmin görüntüləri silməkdən ötrü 15 manat pul istəyir. Günel ona cavab vermişdi ki, sonuncunun daha ona verəcək pulu yoxdur və bu barədə polisə şikayət edəcək. Sonra Günel telefonu bağlamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi cinayət əməlini törətdiyini və törətdiyi əməldən səmimi peşman olduğunu, gənc olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zaman zərərçəkmiş şəxs qismində qismində dindirilmiş Zərərçəkmiş şəxs verdiyi ifadəsində göstərmişdir ki, ona sosial şəbəkədə həmin videoları atdılar və dedilər ki, “bu sənsən?”. O da həmin videolara baxdıqdan sonra görmüşdür ki, paylaşılan videolar onun videosudur. 02 ədəd video paylaşılmışdır. Birinci videoda əynində paltar vardır, kiminləsə telefon vasitəsilə danışır. Digər videoda isə yarıçılpaq vəziyyətdədir. İkinci paylaşılan videoda üzü də görünür. Onun alt paltarında video görüntüsü çəkilmişdir. Həmin zaman o, əynini geyinib olduğu yerdən çıxırmış. O Elnura paylaşılan videolarla bağlı mesaj göndərmişdii. Elnur isə ona bildirmişdir ki, “get tullan, mən bu videoları silən deyiləm. Mənim bank kartıma 50 manat pul göndər, ondan sonra həmin videoları silərəm.” Daha sonra o Elnurun verdiyi bank kartına 50 manat pul göndərmişdir. Bundan təxminən iki saat sonra görmüşdür ki, başqa səhifə də onun olduğu videonu paylaşıb, həmin səhifənin sahibi də ondan 15 manat pul istəmişdir. Bundan sonra o Elnura bildirmişdir ki, o digər səhifədə paylaşılan video üçün həmin şəxsə 15 manat pul göndərən deyil. Elnur isə ona bildirmişdir ki, “get nə istəyirsən et, mən heç kimdən qorxuram, mənim arxamda duranlar var. Mənim arxamda duranlar olmasa mən bu işlə məşğul olmaram. Mən bu videolardan pul qazanıram. Hər videodan da 25 manat pul gəlir.” Bunda sonra ondan istənilən 15 manat pul məbləğini göndərməmişdir. Daha sonra ərizə ilə polis şöbəsinə şikayət etmişdir. Ona da maraqlı olan məsələ o idi ki, Elnurun səhifəsində əla fiquraya malik, gözəl qızlar var. Lakin nədənsə Elnur həmin qızları deyil, onun olduğu videonu götürüb paylamışdır. Elnur bilirdi ki, onun çəkinəcəyi yeri var. Himayəsində bir azyaşlı övladı vardır. Lakin buna baxmayaraq bunları nəzərə almadan onun olduğu videoları paylaşmışdır. Son olaraq törədilmiş cinayət əməli nəticəsində ona ümumilikdə 1500 manat məbləğində ziyan dəymişdir. Bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçidir və ziyanın ödənilməsini tələb edir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1994-cü il tarixdə Şəki rayonunda anadan olmuş Təqsirləndirilən şəxs Şəki Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmünə əsasən AR CM-nin 177.1-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 05 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Xəzər RPİ-nin İstintaq Şöbəsinin baş müstəntiqi Nicat Əliyev tərəfindən Təqsirləndirilən şəxs 28 avqust 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsi ilə təqsirləndirilən şəxs kimi cəlb edilmiş və ona həmin maddə ilə ittiham elan edilmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli ittiham elan edilməsi üçün şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində ittiham elan olunması üçün axtarış elan edilmişdir. İş materiallarında olan 28 avqust 2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Məmmədov X3 rayonu ərazisində saxlanaraq Xəzər RPİ-nin MSY-yə təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın təzələnməsi və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə icraat təzələnərək icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində yenidən cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin həmin maddədə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxsin barəsində axtarış elan edilməsi və tutulması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli cinayət işi üzrə icraatın dayandırılması haqqında qərardan görünür ki, ********* saylı cinayət işinin icraatı Təqsirləndirilən şəxs tutulanadək dayandırılmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli cinayət işinin icraata qəbul edilməsi və təzələnməsi haqqında qərardan görünür ki, cinayət işi Xəzər RPİ-nin müstəntiqi, polis mayoru Hüseyn Məmmədov tərəfindən icraata qəbul edilmişdir. İş materiallarında olan xx.xx.2024-cü il tarixli könüllü gəlmə haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İstintaq Şöbəsinə könüllü gələrək istintaqa çağırlmasından xəbərsiz olduğunu bildirmişdir. İş materiallarında olan fotoşəkildən görünür ki, 50 manat məbləğində pul vəsaiti **********450592 saylı bank kartından göndərilmişdir. İş materiallarında olan qəbzin surətindən görünür ki, 50 manat məbləğində pul vəsaiti 416974******4460 saylı bank kartına göndərilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli “mobil telefona baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs iştirakı ilə ona məxsus mobil telefona baxış keçirilən zaman həmin telefonun «Qalereya» bölümündə onun tərəfindən Təqsirləndirilən şəxs məxsus «İnstaqram» sosial şəbəkəsində olan «Boss_555» profilindən surətləri çıxarılmış fotoşəkillər və videogörüntülər vardır. Həmin fotoşəkillərə və videogörüntülərə baxış keçirilən zamanı müəyyən olmuşdur ki, fotoşəkillər və videogörüntülər yaşayış otağında çəkilmişdir. Fotoşəkillərə baxış zamanı müəyyən olmuşdur ki, həmin fotoşəkillərdə Zərərçəkmiş şəxs yarılüt vəziyyətdə əks olunmuşdur. Videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, həmin otaqda Zərərçəkmiş şəxs paltarda, sonra yarıçılpaq vəziyyətdə çarpayıda üzü üstə uzanmış vəziyyətdə və daha sonra paltarsız lüt vəziyyətdə arxa tərəfdən cinsi əlaqədə olan vəziyyətdədir. Mobil telefonda həmçinin audioyazlarda vardır. Audioyazılar dinlənilərkən məlum olmuşdur ki, Elnur adlı şəxs Zərərçəkmiş şəxs əvvəl 50 manat pul tələb edir, sonra isə həmin 50 manatı aldıqdan sonra yenədə Zərərçəkmiş şəxs əlavə 15 manat pulda tələb edir. Mobil telefona baxış keçirildikdən sonra Zərərçəkmiş şəxs bildirmişdir ki, mobil telefonunun «Qalereya» bölümündə olan həmin fotoşəkillər və videogörüntülər Təqsirləndirilən şəxs tərəfindən o, sonuncu ilə oteldə olan zaman onun razılığı olmadan gizlin çəkilmişdir və həmin fotoşəkillərlə videogörüntüləri Təqsirləndirilən şəxs «İnstaqram» sosial şəbəkəsində olan öz profilinə yerləşdirmiş, sonra ondan bu fotoşəkillərlə videogörüntüləri silmək üçün 50 manat pul tələb edərək bank vasitəsi ilə köçürmə yolu ilə almışdır. O, bu fotoşəkilləri və videogörüntüləri Təqsirləndirilən şəxs «İnstaqram» sosial şəbəkəsindən sonuncunun səhifəsindən köçürmüşdür. Audioyazılar onun və Təqsirləndirilən şəxs aralarında həmin fotoşəkillərə və videogörüntülərə dair olan söhbətlərdir və onların məzmunundanda görünür ki, Təqsirləndirilən şəxs fotoşəkilləri və videogörüntüləri öz «İnstaqram» səhifəsindən silmək üçün ondan 50 manat tələb edir, sonra isə 50 manatı aldıqdan sonra əlavə olaraq 15 manatda tələb edir. Telefonun «Qalereya» bölümündə olan aidioyazıları isə Təqsirləndirilən şəxsla «Vatsap» sosial şəbəkəsi vasitəsi ilə danışan zaman telefona yazılmış və o, həmin audioyazıları telefonun «Qalereyaya» bölümünə köçürtmüşdür. İş materiallarında olan xx.xx.2023-cü il tarixli «mobil telefona baxış keçirilməsi haqqında» protokoldan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs istifadə etdiyi Samsung markalı mobil telefona onun və müdafiəçisi X4 iştirakları ilə baxış keçirilən zaman müəyyən edilmişdir ki, həmin telefonun «İnstaqram» sosial şəbəkəsində olan Təqsirləndirilən şəxs məxsus olan «Boss_555» profilini açdıqda müəyyən olundu ki, həmin profildə iş üzrə zərərçəkimş Zərərçəkmiş şəxs aid fotoşəkillər və videogörüntülər vardır. Həmin fotoşəkillərə və videogörüntülərə baxış keçirilən zamanı müəyyən olmuşdur ki, fotoşəkillər və videogörüntülər yaşayış otağında çəkilmişdir. Fotoşəkillərə baxış zamanı müəyyən olmuşdur ki, həmin fotoşəkillərdə Zərərçəkmiş şəxs yarılüt vəziyyətdə əks olunmuşdur. Videogörüntülərə baxış zamanı müəyyən olunmuşdur ki, həmin otaqda Zərərçəkmiş şəxs paltarda, sonra yarılüt vəziyyətdə çarpayıda üzü üstə uzanmış vəziyyətdə və daha sonra paltarsız lüt vəziyyətdə arxa tərəfdən cinsi əlaqədə olan vəziyyətdədir. Mobil telefonun «Vatsap» sosial şəbəkəsində olan +994-55-815-90-90 profilində həmçinin audioyazlarda vardır. Aidioyazılar dinlənilərkən məlum olmuşdur ki, Elnur adlı şəxs Zərərçəkmiş şəxs əvvəl 50 manat pul tələb edir, sonra isə həmin 50 manatı aldıqdan sonra yenədə Zərərçəkmiş şəxs əlavə 15 manat pulda tələb edir.Mobil telefona baxış keçirildikdən sonra Təqsirləndirilən şəxs bildirmişdir ki, mobil telefonunun «İnstaqram» sosial şəbəkəsində olan «Boss_555» profili ona məxsusdur və profildə olan həmin fotoşəkillər və videogörüntülər onun tərəfindən Zərərçəkmiş şəxs ilə oteldə olan zaman sonuncunun razılığı olmadan gizlin çəkilmişdir və həmin fotoşəkillərlə videogörüntüləri o, «İnstaqram» sosial şəbəkəsində olan öz profilinə yerləşdirmişdir. Sonra Zərərçəkmiş şəxs bu fotoşəkillərlə videogörüntüləri silmək üçün 50 manat pul tələb edərək **********450592-№-li bank kartına köçürmə yolu ilə almışdır. Audioyazılar onun və Zərərçəkmiş şəxs aralarında «Vatsap» sosial şəbəkəsi vasitəsi ilə həmin fotoşəkillərə və videogörüntülərə dair olan söhbətlərdir və onların məzmunundanda görünür ki, o, fotoşəkilləri və videogörüntüləri öz «İnstaqram» səhifəsindən silmək üçün Zərərçəkmiş şəxs 50 manat tələb edir, sonra isə 50 manatı aldıqdan sonra əlavə olaraq 15 manatda tələb edir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.2.4-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin 182.1-ci maddəsində müəyyən edilmiş hədə-qorxu ilə tələb etmə cinayəti formal tərkiblidir. Hədəqorxu ilə tələblərin ifadə edilməsi anından cinayət başa çatmış hesab olunur. Belə ki, əmlakın, əmlaka olan hüququn verilməsi və ya əmlak xarakterli hərəkətlərin edilibedilməməsindən asılı olmayaraq, hədə-qorxu irəli sürüldüyü andan bu cinayət başa çatmış hesab olunur.Hədə-qorxu ilə tələb etmənin ictimai təhlükəliliyi ondan ibarətdir ki, bu əməl yalnız şəxsin mülkiyyətinə deyil, habelə əmlak maraqlarının müstəqil formaları qismində çıxış edən digər əmlak münasibətlərinə (öhdəlik, vərəsəlik, mənzil) qəsd edir. Hədə-qorxu ilə tələb etmə zamanı şəxsiyyətə qəsd qeyri-qanuni əmlak tələbləri etmə və hədələmə yolu ilə şəxsin həyatına hüquqazidd müdaxilədən ibarətdir.Bu səbəbdən də hədə qorxu ilə tələb etmə çoxobyektli cinayət hesab edilir və bu cinayət əməlinin əsas obyekti mülkiyyət hüququ, əlavə obyekti isə insanın sağlamlığı, şərəf və ləyaqətidir.Özgənin əmlakını və ya əmlaka olan hüququnu, əmlak xarakteri daşıyan digər hərəkətlərin edilməsi tələbində ifadə olunan əməl və belə tələb etmənin üsulu kimi təqsirkarın zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə, onların haqqında rüsvayedici məlumat yaymaqla və ya onların əmlakını tələf etməklə hədələmə, hədə-qorxu ilə tələb etmə cinayətinin obyektiv cəhəti hesab olunur.Nəzərdən qaçırılmamalıdır ki, hədə-qorxu ilə tələb etmənin predmetini zərərçəkmiş şəxsin və onun yaxın qohumlarının mülkiyyətində olan əmlakla yanaşı, əmlaka olan hüquq və digər əmlak xarakterli hərəkətlər təşkil edə bilər. Əmlak xarakterli hərəkətlər isə təqsirkara müəyyən maddi fayda gətirən hərəkət kimi başa düşülür (borcun mövcudluğunu təsdiq edən sənədin, vəsiyyətnamənin məhv edilməsi, ümumi əmlakda olan paydan imtina və s.). Eyni zamanda, bəzi hallarda hədə-qorxu ilə tələb etmə zamanı əmlak tələbi hədələmə ilə müşayiət olunmaya da bilər. Bu zaman təqsirkar zərərçəkmiş şəxs və ya onun yaxınları üçün obyektiv mövcud olan təhlükəyə əsaslanaraq tələb irəli sürür və bildirir ki, müəyyən mükafat müqabilində bu təhlükə aradan qaldırıla bilər”. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun bəzi qərarlarında dəyişikliklər edilməsi haqqında” xx.xx.2001-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə görə bu maddə ilə cinayət məsuliyyətinin yaranması üçün hədənin məhz maddənin dispozisiyasında göstərilən məzmunda olması, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərməklə və yaxud onların haqqında rüsvayedici məlumatları yaymaqla və ya onların əmlakının tələf edilməsi ilə hədələmədə ifadə olunması tələb olunur. Hədə-qorxu ilə tələb etmə cinayətinin predmeti qismində hədəqorxu ilə tələb edilməsinə görə Cinayət Məcəlləsinin digər maddələri ilə cinayət məsuliyyəti müəyyən edilmiş xüsusi predmetlər istisna olmaqla (məsələn, Cinayət Məcəlləsinin 227-ci maddəsində talanmasına və hədə-qorxu ilə tələb edilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulmuş radioaktiv maddələr) istənilən daşınar və daşınmaz özgə əmlakı, o cümlədən nağd və nağdsız pul vəsaitləri, qiymətli kağızlar, əmlaka olan hüquqlar (yəni bu və ya digər əmlaka münasibətdə sənədələrlə təsdiq olunmuş mülkiyyət və yaxud sahiblik hüququnun həyata keçirilməsi imkanı), o cümlədən tələb etmək hüququ və müstəsna (məsələn, müəlliflik, patent hüququ kimi) hüquqlar çıxış edirlər.Hədə-qorxu ilə yerinə yetirilməsi tələb edilən əmlak xarakteri daşıyan digər hərəkətlər dedikdə isə əmlakın verilməsini, bilavasitə əmlaka dair mülkiyyət hüququnun və yaxud digər əşya hüquqlarının təqsirkara keçməsini nəzərdə tutmayan hərəkətlər, məsələn adi mülki dövriyyədə əvəzli olan bu və ya digər işlərin əvəzsiz görülməsi, xidmətlərin əvəzsiz göstərilməsi, təqsirkarın əvəzinə öhdəliklərin icrası, təqsirkardan borcun ödənilməsini, işlərin yerinə yetirilməsini, xidmətlərin göstərilməsini tələb etmək hüququndan imtina başa düşülür.Hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində fiziki və yaxud maddi və yaxud mənəvi zərərə məruz qalmış yalnız əmlakın mülkiyyətçisi, əmlaka olan hüququn daşıyıcısı deyil, ona faktiki sahiblik edən (məsələn, əmlakı mühafizə edən, bu və ya digər əsaslarla əmlaka çatımlığı olan), hüquqverən sənədləri saxlayan şəxslər də çıxış edirlər.Əmlakın verilməsi barədə cinayətkar tələbin ünvanlandığı şəxslə bilavasitə hədəyə, zor tətbiq etməyə məruz qalmış şəxs eyni olmadıqda, məsələn təqsirkar mülkiyyətçiyə ünvanladığı (çatdırdığı) onda olan əmlakın verilməsi barədə tələbi sonuncunun yaxın qohumuna zor tətbiq etməklə möhkəmləndirdikdə, hədə-qorxu ilə tələb etmə cinayətindən zərərçəkmiş şəxs qismində mülkiyyətçi ilə yanaşı əmlakın mülkiyyətçisi və yaxud ona faktiki sahiblik etməyən şəxs də (hədələməyə, zorakılığa məruz qalmış yaxın qohum) tanına bilər”. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 182.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını və gənc olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinə əsasən “Hədəqorxu ilə tələb etmə, yəni zərərçəkmiş şəxsin və ya onun yaxın qohumlarının şəxsiyyəti üzərində zor göstərmə, onların haqqında rüsvayedici məlumatlar yayma və ya onların əmlakını tələf etmə hədəsi ilə özgənin əmlakını və ya əmlaka olan hüququnu və ya əmlak xarakteri daşıyan digər hərəkətlər etməsini tələb etmə - üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 03 (üç) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 05 iyul 2024-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalından dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut olan 1 (bir) ədəd disk iş materiallarında saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 120 (bir yüz iyirmi) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-547/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-547/2024
05.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver