Məhkəmə qərarları › İş №1(003)-548/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-548/2024

11.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-548/2024 11.07.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi – “M.B.M” Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxsin hüquqi varisi X3, Zərərçəkmiş şəxs qızının, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1969-cu ildə Lerik rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, ünvan 2 ünvanında yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 11 may 2024-cü il tarixdə saat 07:10-da özünə məxsus olmaqla idarə etdiyi, texniki cəhətdən saz vəziyyətdə olan "Mercedes Benz C 230” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri Xəzər rayonundan Pirallahı rayonu istiqamətində saatda 20-25 km sürətlə hərəkət edərkən «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə əsasən avtomobili hərəkətə başlamazdan əvvəl etdiyi manevri hərəkətin təhlükəsizliyini təmin edəcəyinə tam əmin olmalı, hərəkətin təhlükəsizliyinin təmin olunmadığı, piyadanın hərəkətdə olduğu vəziyyətdə avtomobili hərəkətə gətirməməli, piyadanın avtomobildən hərəkətin təhlükəsizliyini təmin edən məsafədə aralanmasına əmin olmalı və bundan sonra hərəkətə başlamalı, hərəkətə başlayarkən, yerdəyişərkən, dönərkən manevri təhlükəsiz etməli və hərəkətin digər iştirkaçıları üçün maneə yaratmamalı və bununla yol-nəqliyyat hadisəsinin qarşısını almağa texniki imkanı olduğu halda, bunlara əməl etməmiş, sürücü Təqsirləndirilən şəxs dördzolaqlı yolun birinci zolağında saxladığı "Mercedes Benz C 230" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomoili idarə edib qarşısında dayanmış mikroavtobusu Qala-Pirallahı yolu mərkəzi istiqamətində keçərək hərəkətdə olarkən əks istiqamətli yolun hərəkət hissələrini ayıran beton konstruksiyalı ayırıcı zolaqdan sağa doğru birlikdə keçən piyadalar Zərərçəkmiş şəxs qızını və X4 avtomobilin qabaq sol hissəsi ilə yolun hərəkət hissəsinin sağ kənarından 3,9 metr məsafədə sağdan birinci hərəkət zolağında təhlükəli şərait yaradıb ehtiyatsızlıqdan yol-nəqliyyat hadisəsi törədib vurmuş, Zərərçəkmiş şəxs sağ incik sümüyü proksimal oynaq ucunun yerdəyişən, qəlpəli sınıqları ilə nəticələnən ehtiyatsızlıqdan sağlamlığın uzun müddətə pozulması ilə sağlamlığına az ağır zərər vurulmasına səbəb olmuş, eyni zamanda həmin anda ehtiyatsızlıqdan X4 da vuraraq baş vermiş yol-nəqliyyat hadisəsi zamanı X2 almış olduğu travmatik və hemorragik şokla müşayiət olunan alın, burun nahiyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə əlaqədar qapalı kəllə beyin travması, oma-bel fəqərələrinin və çanaq sümüklərinin sınıqları, irihəcimli peritonarxası hematoma, paranefral qansızmalar, sağ dizin sıyrığı kimi bədən xəsarətləri nəticəsində həyat üçün təhlükəli olmaqla ölümlə birbaşa əlaqəsi olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malik oma-bel fəqərələrinin və çanaq sümüklərinin sınıqları, irihəcmli peritonarxası hematoma, paranefral qansızmalar nəticəsində daxili qanaxmalarla əlaqədar inkişaf etmiş travmatik və posthemorragik şok nəticəsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxs X2 ölümünə bilavasitə səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 263.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirdi ki, “Mercedes Benz C 230” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşın ona məxsusdur. xx.xx.2023- cü il tarixdə təxminən saat 07 radələrində idarə etdiyi həmin avtomaşınla şəhər istiqamətindən Xəzər rayonundan Pirallahı rayonu istiqamətində gedən 4 zolaqlı yolun birinci zolağında saxlamışdır. Həmin vaxt qarşısında mikroavtobus dayanmışdır. O, 1-ci zolaqdan ikinci zolağa asta surətlə daxil olmaq istəyən zaman sol tərəfdən bir nəfər qadın idarə etdiyi avtomaşının sol qanadına və alın şüşəsinə dəyərək yıxılmışdır. İdarə etdiyi "Mercedes Benz C 230" markalı avtomaşını saxlayıb yerə düşdükdə iki nəfər qadının yıxılmasını görmüşdür. Həmin qadınları avtomaşına qoyaraq Mərdəkan qəsəbəsində yerləşən 26 saylı TTYS-na aparmışdır. Oradan da həmin şəxslərdən birini TTY avtomaşını, digərini isə öz tanışları "Respublika klinik" xəstəxanasına aparmışlar. Sonra isə X2 vəfat etməsi ona məlum olmuşdur. Həmin qadınların piyada keçidi olmayan yerdən keçmələri də avtoqəzanın baş verməsinə səbəb olmuşdur. Əlavə olaraq təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, törətdiyi cinayət əməlini səmimi etiraf etməsini, ilk dəfə ehtiyatsızlıqdan cinayət törətməsini, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə etməsini nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş zərərçəkmiş şəxs X2 hüquqi varisi X12 oğlu ifadəsində bildirdi ki, mərhum Tərgül onun arvadı idi. xx.xx.2024-cü il tarixdə təxminən saat 06:50 radələrində Tərgül işə getmək üçün Zərərçəkmiş şəxs ilə birlikdə yaşadıqları evdən çıxmışdır. Bir qədər sonra bir şəxs telefon vasitəsilə onunla əlaqə saxlayaraq Tərgül Zamanovanın avtomobillə vurulmasını və Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən xəstəxanaya aparmasını demişdir. O, dərhal Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya getmişdir. X10 və Zərərçəkmiş şəxs ilk tibbi yardım göstərilmiş, oradan da təcili tibbi yardım avtomobili vasitəsilə "Respublika klinik" xəstəxanasına aparmışlar. "Respublika Klinik" xəstəxanası kömək edə bilməyəcəyini demiş və onlar 1 saylı şəhər klinik xəstəxanasına getmişlər. Tǝrgül Zamanovanı 1 saylı şəhər klinik xəstəxanasında əməliyyata götürmüşlər. xx.xx.2024-cü il tarixdə təxminən saat 20 radələrində isə ona Tərgülün vəfat etməsini bildirmişlər. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Ona görə də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qızı qeyd etdi ki, X4 təxminən 10 ildir ki, tanımış və onunla eyni evdə yaşamışdır. xx.xx.2024-cü il tarixdə təxminən saat 06:50 radələrində Tərgül Zamanova ilə birlikdə yaşadıqları ünvandan zeytun bağlarına getmək üçün çıxmışlar. Bir qədər sonra Xəzər rayonu, Qala qəsəbəsi istiqamətindən Pirallahı rayonuna gedən istiqamətdə yolu iti addımlarla keçən zaman onları "Mercedes Benz" markalı avtomaşın vurmuşdur. Qəza nəticəsində o, huşunu itirmiş, ayılanda isə tanımadığı şəxsin ona su verməsini görmüşdür. "Mercedes" markalı avtomaşının sürücüsü onu və Tərgül Zamanovanı avtomaşına əyləşdirərək Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən 26 saylı xəstəxanaya aparmışdır. Onlara orada ilk tibbi yardım göstərmişlər. Tərgülün əri X7 da xəstəxanaya gəlmişdir. Təxminən saat 20 radələrində Tərgül Zamanovanın rəhmətə getməsi ona məlum olmuşdur. Sonradan Təqsirləndirilən şəxs ona dəymiş maddi ziyanı ödəmişdir. Bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı heç bir şikayət və tələbi yoxdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi barədə xx.xx.2024-cü il tarixli protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Pirallahı rayonu istiqamətində gedən yolda baş vermişdir. Hadisə yerinə baxış zamanı sxem və fotocədvəl tərtib olunaraq protokola əlavə olunmuşdur; - AD N 377539 seriyalı qeydiyyat şəhadətnaməsinin surətindən məlum olur ki, ** SO *** dövlət qeydiyyat nişanlı avtomobil Təqsirləndirilən şəxs mülkiyyətindədir; - AF 014465 seriyalı sürücülük vəsiqəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2027-ci il tarixədək “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin 11 yanvar 2024-cü il tarixli 1/261 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ-nin DYPŞ-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi verilib və sürücülük hüququndan məhrum edilməmişdir; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 04/MEŞ saylı rəyindən görünür ki; 1. X2 meyitində travmatik və hemorragik şokla müşayiət olunan alın, burun nahiyyəsinin əzilmiş yarası və burun sümüyünün sınığı ilə əlaqədar qapalı kəllə beyin travması, oma-bel fəqərələrinin və çanaq sümüklərinin sınıqları, irihəcimli peritonarxası hematoma, paranefral qansızmalar, sağ dizin sıyrığı aşkar edildi. 2. Qeyd olunan xəsarətlər həyati olub, bərk küt əşyanın(əşyaların) təsirindən əmələ gəlmişdirlər, törənmə müddətləri qərarın təsviri hissəsində göstərilən xx.xx.2024-cü il tarixə uyğun gəlir, yol-nəqliyyat hadisəsi nəticəsində yarana bilərdilər və həyat üçün təhlükəli olan sağlamlığa ağır zərərvurmanın əlamətlərinə malikdirlər, ölümlə birbaşa səbəbli əlaqələri vardır. 3. X2 ölümünün bilavasitə səbəbi oma-bel fəqərələrinin və çanaq sümüklərinin sınıqları, irihəcmli peritonarxası hematoma, paranefral qansızmalar nəticəsində daxili qanaxmalarla əlaqədar inkişaf etmiş tarvmatik-posthemorragik şok olmuşdur; - Məhkəmə-tibbi ekspertizasının 24 aprel 2024-cü il tarixli 346 saylı rəyindən görünür ki; Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər-sağ incik sümüyü proksimal oynaq ucunun yerdəyişən, qəlpəli sınıqları küt əşya(əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun "X13" Publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixli yol nəqliyyat hadisəsinə uyğun gələ bilər və sağlamlığın uzun müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa az ağır dərəcəli zərərvurmaya aiddirlər; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 24 aprel 2024-cü il tarixli 8/1039 nömrəli rəyindən görünür ki; İstintaq tərəfindən təqdim edilən məlumatlara əsasən "Mercedes Benz C 230" markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "Yol hərəkəti haqqında" Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2024-cü ik tarixli qərardan görünür ki, X5 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınma barədə xx.xx.2024-cü ik tarixli qərardan görünür ki, X7 cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma barədə xx.xx.2024-cü ik tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs qızı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Ə.İsgəndərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 263.1-ci maddəsinə əsasən avtomobil, tramvay və ya digər mexaniki nəqliyyat vasitəsini idarə edən şəxs tərəfindən yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulması, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olduqda — iki ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə beş min manatdan yeddi min manatadək miqdarda cərimə və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 263.2-ci maddəsinə görə bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda — üç ilədək müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə iki ildən altı ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.1-ci maddəsinə əsasən ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq olmayan müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün azadlıqdan məhrum etmə növündə cəzanın məntəqə tipli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir. 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” 15 noyabr 2013-cü il tarixli 5 nömrəli qərarının 21-ci bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, məhkəmələr tərəfindən bu kateqoriyadan olan işlər üzrə işin cəzaya təsir edə biləcək bütün halları, o cümlədən təqsirləndirilən şəxsin əvvəllər yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalar və ya hərəkət təhlükəsizliyi və nəqliyyat vasitələrinin istismarı qaydaları əleyhinə olan cinayətlər törədib-törətməməsi, buna görə onun inzibati məsuliyyətə cəlb edilməmiş sayılıb-sayılmaması və ya məhkumluğunun ödənilibödənilməməsi, inzibati və ya cinayət mühakimə icraatı qaydasında nəqliyyat vasitəsini idarə etmək hüququndan məhrum edilib-edilməməsi, digər tərəfdən isə yol-nəqliyyat hadisəsinin baş verməsində zərərçəkmişin və ya yol hərəkətinin digər iştirakçılarının qarşılıqlı təqsirinin mövcudluğu, təqsirləndirilən şəxsin hadisədən sonrakı davranışı, onun hadisə yerindən qaçmayaraq zərərçəkmişə tibbi və ya digər yardım göstərməsi, yol-nəqliyyat hadisəsi nəticəsində zərərçəkmiş şəxsin təqsirkarın yaxın qohumu olması, təqsirləndirilən şəxsin özünün də hadisə nəticəsində xəsarət alması, onun tərəfindən maddi və mənəvi zərərin ödənilməsi və bu kimi sair hallar araşdırılmalı və cəza təyini zamanı nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə az ağır cinayət törətməsini (59.1.1), əməlini etiraf edərək səmimi peşman olmasını, zərərçəkmiş şəxsin hüquqi varisi ilə və zərərçəkmiş şəxslə barışıq əldə edilməsini (59.1.12) cəzanı yüngülləşdirici hallar kimi nəzərə alır. CM-nin 61-ci maddəsinə əsasən iş üzrə Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının CM-nin 60.1-ci maddəsinə əsasən Məcəllənin 59.1.8, 59.1.10-59.1.13-cü maddələrinin hər hansı birində nəzərdə tutulmuş bütün hallar mövcud olduqda və əgər cəzanı ağırlaşdıran hallar yoxdursa, təyin olunan cəzanın müddəti və ya həcmi bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş daha ciddi cəza növünün son həddinin dörddə üçündən artıq ola bilməz. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrumetmə növündə cəza təyin edilməlidir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs oğlu Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmaqla (CM-58.3.), ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan əsas cəza növlərindən azadlıqdan məhrum etmə cəzası və əlavə cəza olaraq nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum etmə cəzası təyin edilməli, cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.1), cəzaçəkmə müddətinin başlanğıcı onun cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı tarixdən hesablanmalı (CİM 67.2), barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalı, 85 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməli (CPM-198.1), Maddi sübut kimi tanınmış "Mercedes Benz C 230” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıdakıları nəzərə alaraq və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 197-198, 344-347, 349, 351-353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il 06 (altı) ay müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəza çəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 85 manat Təqsirləndirilən şəxs alınaraq dövlət nəfinə tutulsun. Maddi sübut kimi tanınmış "Mercedes Benz C 230” markalı, **-SO-*** dövlət qeydiyyat nişanlı avtomaşının Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar