Məhkəmə qərarları › İş №1(003)-55/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-55/2023

18.10.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-55/2023 18.10.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi3, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1969-cu ildə Ermənistan Respublikasının Stepahavan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, ailəli, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş, 112 nömrəli Mənzil- Kommunal Təsərrüfat Birliyində fəhlə işləyən, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxanada qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair, xx.xx.1962-ci ildə Ermənistan Respublikasında doğulmuş, Rusiya Federasiyasının vətəndaşı, milliyətcə azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, fərdi əməklə məşğul olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxanada yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs2 20 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxananın qarşısında Zərərçəkmiş şəxs ilə idarə etdikləri avtomobilləri saxlama ilə əlaqədar mübahisə edib onun ünvanına ucadan nalayiq sözlərlə söyüşlər söymüş, daha sonra qardaşı Təqsirləndirilən şəxs1lə qabaqcadan əlbir olub qrup halında birləşərək ictimai qaydanı kobud surətdə pozub cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər etmiş, qardaşı Təqsirləndirilən şəxs1 silah qismində istifadə olunan əşya olan dəmir qazanla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək sonuncunu qəsdən vuraraq ona sağ qaşın əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt o, yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq yerə yıxmış və sonuncuya sol bazunun qançırları və sağ dizin sıyrığı ilə nəticələnən, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 20 iyun 2022-ci il tarixdə, saat 19:00 radələrində yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, R.Axundov küçəsi, 2 nömrəli ailəvi yataqxananın qarşısında Zərərçəkmiş şəxs ilə qardaşı Təqsirləndirilən şəxs2 idarə etdikləri avtomobilləri saxlama ilə əlaqədar mübahisə edib onun ünvanına ucadan nalayiq sözlərlə söyüşlər söymüş, daha sonra qardaşı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərlə silah qismində istifadə olunan əşya olan dəmir qazanla Zərərçəkmiş şəxs üzərində zor tətbiq edərək sonuncunu qəsdən vuraraq ona sağ qaşın əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi ilə müşayiət edilən və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmiş, həmin vaxt qrupun üzvü, Təqsirləndirilən şəxs1 qardaşı Təqsirləndirilən şəxs2 yumruq zərbəsi ilə Zərərçəkmiş şəxs qəsdən vuraraq yerə yıxmış və sonuncuya sol bazunun qançırları və sağ dizin sıyrığı ilə nəticələnən, sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə dərəcələri təyin edilməyən xəsarətlər yetirməklə qərəzli xuliqanlıq etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs2 özünü təqsirli bildiyini qeyd edərək, ona elan edilmiş ittihamı qəbul etdiyini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ondan üzrxahlıq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə Təqsirləndirilən şəxs1 oğlu özünü təqsirli bildiyini qeyd edərək, ona elan edilmiş ittihamı qəbul etdiyini, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəyərək ondan üzrxahlıq etdiyini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək ona azadlıqdan məhrum etmə cəzasının şərti olaraq tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Nazim və Qəzənfər onunla qonşuluqda yaşayırlar, bir neçə il əvvəl aralarında münaqişələri olduğuna görə onlarla münasibətləri soyuqdur. 20 iyun 2022-ci il tarixdə, saat 19 radələrində qonşusu Müşfiqlə ona məxsus olan Qaz 31 markalı, ** KZ *** dövlət nömrə nişanlı avtomaşınla həyətə gəlmişlər. Həyətə gələndə görmüşdür ki, həyətdə onun həmişə maşını saxladığı yerdə tanımadığı şəxsin maşını dayanmışdır. Ona görə də o, məcbur olub maşınını bir qədər kənarda, digər qonşusu Nazimin maşınını saxladığı yerdə saxlamışdır. Maşınını saxlayandan sonra maşında bir ədəd pivə içmiş, lakin həmin pivə ona özünü başqa cür aparmağa təsir etməmişdir. Bu zaman Kazım adlı qonşusu pəncərə tərəfdən ona yaxınlaşaraq xahiş etmişdir ki, maşını kənara çəksin ki, Nazim maşını ora sala bilsin və çıxıb getmişdir. Bu zaman Müşfiq də maşından düşərək çıxıb getmişdir. O da maşınını işə salıb arxaya vermək istəyəndə görmüşdür ki, Nazim öz maşınını arxada çox yaxın məsafədə saxlayıb və buna görə də o maşınını oradan çıxara bilməmiş və bu səbəbdən də maşından Nazimdən maşını çıxarmaq üçün yol verməyini istəmişdir. Nazim isə ona məzəli cavablar verməyə başlamış, o da səsini qaldırıb ona demişdir ki, maşını kənara çəksin. Bu zaman Nazimlə aralarında sözlə mübahisə yaranmış və aralarındakı mübahisə zamanı qəflətən arxadan naməlum əşya ilə başından zərbə dəymiş və bu zərbədən bir anlıq gözü qaralmışdır. Bu vaxt başa düşmüşdür ki, arxadan onu vuran Nazimin qardaşı Qəzənfərdir. O, özünə gəlib Qəzənfərə yaxınlaşmaq istəyəndə yaşlı qadın olan anası onu arxadan qucaqlamış və Qəzənfər bundan istifadə edərək əlindəki dəmir qazanla başına bir zərbə endirmişdir. Başından zərbə endirilərkən o, həmin yaşlı qadınla yerə yıxılmış və bu zaman Qəzənfər əlindəki qazanla başından bir dəfə də vurmuşdur. Bunun ardınca yenə də Qəzənfər onu vurmaq istəyərkən o, özünü müdafiə etmək üçün sağ əlini qabağa vermiş və qazan sağ əlinin üstünə dəymişdir. Bundan sonra o, ayağa qalxıb maşınına yaxınlaşmaq istəyəndə görmüşdür ki, Nazim qaçmaq istəyir. O buna görə Nazimə öz iradımı bildirmək isyəndə Nazim yumruqla çənəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Sonra Nazim maşına oturub qaçmaq istəyəndə onun oğlu Nicat da hadisə yerinə gəlib çıxmış, o, Nazimin maşınının arxasında dayanmışdır ki, o qaça bilməsin, çünki artıq polisə məlumat verilmişdi. Nazim isə maşını arxaya verib maşınla sağ ayağına dəyərək zədələmişdir. Bu zaman polislər hadisə yerinə gəlmişlər, lakin onların qohumları təhqir etməyə davam etmişlər. Bundan sonra çağırılmış təcili tibbi yardım onu 3 saylı xəstəxanaya aparmışdır. Bundan başqa, 23 iyun 2022-ci il tarixdə, səhər saatlarında o, həyətdə saxladığı maşına yaxınlaşarkən görmüşdür ki, ona məxsus olan Qaz 31 markalı, ** KZ *** dövlət nömrə nişanlı avtomaşının qabaq sağ və arxa sağ təkərləri qəsdən iti alətlə deşilmişdir. Bu hadisəni aşkar edən kimi başa düşmüşdür ki, bunu Nazim və Qəzənfər qardaşları törədərək 3 gün əvvəl aralarında olmuş hadisənin acığını ondan çıxmaq üçün belə etmişlər. O bu barədə qızı Məhbubəyə məlumat vermiş, qızı isə bununla bağlı 102 xidmətinə məlumat vermişdir. Bildirmişdir ki, deşilmiş iki təkərin ümumilikdə qiyməti 150 manat təşkil edir. Əlavə suallara cavab olaraq bildirmişdir ki, Nazimlə onun arasında mübahisə yarananda Qəzənfər arxadan əlində olan hansısa bir alətlə onu baş nahiyyəsindən vurmuşdur. Sonradan o bilmişdir ki, onun əlində olan əşya qazandır. Sonra Qəzənfərin anası onu qucaqlayanda Qəzənfər də bundan istifadə edərək əlindəki qazanla onun başından vurmuşdur. Bunun nəticəsində də o və Qəzənfərin yaşlı anası yerə yıxılmışlar. Bundan sonra Qəzənfər əlindəki qazanla bir dəfə də başından vurmuş, bunun ardınca bir dəfə də zərbə endirmək istəyəndə o, özünü müdafiə etmək üçün sağ əlini qabağa vermiş və həmin qazan sağ əlinin üstünə dəymişdir. Bundan sonra isə o, ayağa qalxıb maşınına yaxınlaşmaq istəyəndə görmüşdür ki, Nazim qaçmaq istəyir. O buna görə Nazimə öz iradını bildirmək istəyəndə Nazim yumruqla çənəsindən vurmuş və o, zərbədən yerə yıxılmışdır. Bildirmişdir ki, hadisə vaxtı onu Qəzənfər əlindəki qazanla başından və sağ əlindən vurmuş, daha sonra isə onun qardaşı Nazim yumruqla çənəsindən vurmuş və o, yerə yıxılaraq xəsarət almışdır. Bildirmişdir ki, bu hadisə zamanı onun oğlu Nicat hadisə yerinə yaranmış səs-küyə gəlmiş və yalnız ona kömək etmişdir. X10 Paşayevanı və ya digər şəxsi itələməmiş və təhqir etməmişdir. Sevda onun oğluna şər atır. Bildirmişdir ki, onu konkret olaraq vuran Qəzənfər və onun qardaşı Nazim olmuşdur. Belə ki, Qəzərfər əlində olan qazanla əvvəlcə onun baş nahiyyəsdən vurmuş, daha sonra isə Qəzənfər yenə onu qazanla vurmaq istəyəndə o, özünü müdafiə etmək üçün sağ əlini qarşıya verəndə qazan onun sağ əlinin üstünə dəyərək ona xəsarət yetirmişdir. Qəzənfərin qardaşı Nazim yumruqla onun sifət nahiyyəsindən vurmuş və bunun nəticəsində o, yerə yıxılaraq xəsarət almışdır. Onun oğlu Nicat hadisə yerinə gəldikdən sonra orada heç kimi vurmamış və söyüb təhqir etməmişdir. Nazim və onun qardaşı, eləcə də Nazimin arvadı Sevda onun oğlu Nicata şər atırlar. Bildirmişdir ki, bu hadisə təxminən yarım saat davam etmiş, hadisə yaşadıqları həyətdə baş verdiyindən qonşular hadisənin şahidi olmuşlar. Təqsirləndirilən şəxslər tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslər ilə barışmışdır, təqsirləndirilən şəxslərdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X3 bildirdi ki, hadisə baş verən vaxtı o, qızı Jalə ilə mağazaya getmişlər, evə qayıdan zaman küçənin girişində qonşu ona həyətdə söz söhbət olduğunu demişdir. O, qızı Jalə ilə həyətə gəlmiş, bu zaman Faiqin qızı Məsi qabağına çıxmış, o, Məsidən nə baş verdiyini soruşmuş, Məsi ona atası Faiqin Müşviqlə içki içdiyini, Faiqin Qəzənfərlə mübahisə etdiyini demişdir. O, Faiqə yaxınlaşmışdır yenə nə baş verdiyini soruşmuşdur, bu zaman Faiq nalayiq ifadələr işlədərək, üzünü göstərmişdir, o, Faiqin üzündə cızıq olduğunu görmüş və ona demişdir ki, qonşuluqdur “Allah şeytana lənət eləsin”. Nazim bu tərəfə keçib getmək istəmişdir, Faiq Nazimi görən kimi nalayiq ifadələrlə söyüş söymüşdür. 10-15 dəqiqə sonra bir nəfər şəxsin qışqıra-qışqıra gəldiyini görmüşdür, həmin şəxs Faiqin oğlu idi, Nicat onların qabaqlarından keçib, Qəzənfər gilin evinin qabağına keçərək, qışqıra-qışqıra söyüş söymüşdür. O, Nicatdan niyə belə etdiyini, məsələni bilməsini demiş, bu zaman Nicat onu təhqir edərək, vurmuşdur. Sonra Faiqin yeznəsi Nazimə demişdir ki, “sən get qoy Faiq kişi sakitləşsin”. Nazim getmək istəyən zaman Faiq qışqıraraq oğlu Nicatı çağırmışdır ki, “Nazim qaçır”. Nicat qaçaraq Nazimin maşınına çatmış və maşınını vurmağa başlamışdır. Sonradan sahə rəisi Bəxtiyar gələrək hadisəni görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, hadisə baş verən vaxtı o, evdə olmuş, həyətdən səs eşitmiş, evdən həyətə düşmüşdür. Faiqin maşınında oturduğunu görmüş, Faiqdən nə baş verdiyini soruşmuşdur. Faiq söyüşlərlə Nazimi təhqir etmişdir. O, Faiqdən Nazimdən nə istədiyini soruşmuş, Faiq ona “heçnə istəmirəm” demişdir. Faiq elə söyüşlər söyərək Nazimi təhqir etmişdir. O, Faiqdən Nazimin evə gəlməsi üçün yalvarmışdır. Faiq ancaq təhqir etmişdir. O, Nazimə demişdir ki, “çıx get Faiqə yaxın gəlmə”, çünki Faiq içkilidir. Faiq ona telefonunun olmadığını demiş, o, Faiqə telefonunun yerə düşdüyünü demişdir. X4 gəlmişdir, Faiq maşından çıxaraq onu itələmiş, o, yıxılmış və yerdə qalmışdır. Nicat gələndən sonra qışqıra-qışqıra söyüş söymüş, sonradan Nazimin maşınına hücum çəkərək maşına xəsarət yetirmişdir. Nazimin də qoluna xəsarət yetirmişdir. Hadisə baş verən zaman Faiqin arvadı evdə olmamışdır. Faiq gedərək başını Nazimin maşının təkərinin altına qoymuşdur. Sevda qışqıraraq Nazimə maşınını sürməməsini, Faiqin başının maşının təkərinin altında olduğunu demişdir. Faiq ona demişdir ki, “guya onu mən və oğullarım Nazim və Qəzənfər vurmuşdur”. O, nə qədər barışdırmaq istəsə də Faiq heç cürə barışığa gəlməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 bildirdi ki, hadisə baş verən günü Nazim yaşadıqları binanın qarşısına gəlmiş və Faiqin maşının arxasında saxlamışdır. O, maşını ilə həyətdən çıxıb getmək istəmiş, bu səbəbdən də Nazimdən ona yol verməsini istəmişdir. Nazim maşını arxaya verərək ona yol vermişdir. O, maşını arxaarxaya hərəkət etdirib gedən zaman Nazim ilə Faiq arasında mübahisə düşdüyünü eşitmişdir. Oradan 10 metr aralaşanda Nazimin səsini eşitmişdir. Nazim “məni vurursan” demişdir. Sonradan Faiq ilə Nazim binanın həyətinə getmişlər, o, da maşınını sürərək oradan getmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 bildirdi ki, hadisə baş verən günü onlar Nazim ilə işdən gəlmiş, həmin zaman Faiq yuxarıda dayanmışdır. O, maşından düşərək Faiqdən yol verməsini istəmişdir. Sonra yuxarı evə qalxmışdır. Sonradan həyətdə səs-küy eşitmiş, aşağı düşmüş, Faiq ilə Nazim arasında qışqırbağır olduğunu görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 Hümbət oğlu bildirdi ki, hadisə baş verən günü o, Nicatla təsadüfən görüşmüş və birlikdə dənizkənarında yemək yemişlər. Həmin zaman Nicata bacısı zəng etmiş, atalarının döyüldüyünü demişdir. Onlar oradan maşına əyləşərək hadisə baş verən yerə gəlmişlər. Nicat maşından düşüb getmiş, o, isə maşını saxlamağa yer tapıb saxlamış və Nicatın arxasınca getmişdir. Həyətə daxil olan zaman Faiq dayının maşınında oturuğunu, başının qanadığını, telefonunun isə yerdə olduğunu, yanında bir yaşlı qadının olduğunu görmüşdür. Həyətə daxil olmuş, həyətdə Nicatın qışqıraraq söyüşlər söyərək Qəzənfəri çağırdığı görmüşdür. Nazim həmin zaman həyətdə olmuşdur. Nicat uca səslə söyüş söyən zaman 2 qadın Nicatın üstünə hücum etmişdir. O, da həmin zaman Nicatla qadınları aralamışdır. Nicat çox əsəbi olmuş, söyüş söyərək Qəzənfəri həyətə düşməsini demişdir. Ara qızışmışdı o, arxaya getmişdir ki, birdən yenə Faiq dayını vurarlar, bu zaman Nazim çıxıb getmək istəmiş, Faiq dayı Nazimin arxasınca getmiş, Nazim Faiq dayının vuraraq yerə yıxmış, sonra maşınına oturaraq getmək istəmiş, həmin zaman Faiq dayı maşının arxasına keçərək maşının çıxmasına mane olmaq istəmişdir. Maşın arxaya gedərək Faiq dayıya dəymiş Faiq dayı yerə yıxılmışdır. Kazım ilə köməkləşərək Faiq dayını yerdən qaldırmışlar. Digər tərəfdə isə qadınlar Nicatı yenə döyürdülər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid9 bildirdi ki, hadisə baş verən günü 102 məlumat mərkəzinə şikayət olunmuş, o, hadisə yerinə gəlmişdir. Deyilənə görə Nazim ilə Faiq arasında dava olmuşdur. O, gələn zaman həyətdə qadınlar olmuşdur. Lakin, o, orada olan zaman heç kimlə dava etməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 773 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qaşın əzilmiş yarası, sol bazunn qançırları, sağ dizin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun X9 publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli, 07ə/773 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - sağ qaşın əzilmiş yarası, sol bazunn qançırları, sağ dizin sıyrığı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri onun X9 publik hüquqi şəxsə müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər. Qeyd olunan xəsarətlərdən sağ qaşın əzilmiş yarası, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ əlin yumşaq toxumalarının əzilməsi istər birlikdə, istərsə də ayrı-ayrılıqda sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər; sol bazunn qançırları, sağ dizin sıyrığı isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarına görə istər birlikdə, istərsə də ayrı-ayrılıqda dərəcələri təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər kənar şəxs (şəxslər) tərəfindən yetirilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1962-ci ildə Ermənistan Respublikasında doğulmuş Təqsirləndirilən şəxs1 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1969-cu ildə Ermənistan Respublikasında doğulmuş Təqsirləndirilən şəxs2 Xətai Rayon Məhkəməsinin xx.xx.1996-cı il tarixli hökmünə əsasən AR CM-nin 207.2, 226-1 və 38-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 04 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. xx.xx.1998-ci il tarixdə AR Milli Məclisinin xx.xx.1998-ci il tarixli Amnistiya Qərarının 10-cu maddəsinin 1-ci hissəsinə əsasən Təqsirləndirilən şəxs2 azad edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən Təqsirləndirilən şəxs2 AR CM-nin 221.3, 69.3 və 70-ci maddəsi ilə təqsirli bilinərək, barəsində 02 il 11 ay 28 gün müddətinə azadlıqdan məhrum etmə cəzası 02 il müddətinə şərti olaraq təyin edilmişdir. xx.xx.2018-ci il tarixdə cəzadan azad edilmişdir. İş materiallarında olan 19 iyul 2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-kapitanı Rafiq Qarayev tərəfindən fakta görə Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarında olan 11 avqust 2022-ci il tarixli qərardan görünür ki, Xəzər RPİnin İŞ-nin müstəntiqi, polis-polkovnik leytenantı Elvin Cəfərov tərəfindən ********* saylı cinayət işi Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 221.2.1 və 221.3-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 11 avqust 2022-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-polkovnik leytenantı Elvin Cəfərov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-polkovnik leytenantı Elvin Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 13 avqust 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis-polkovnik leytenantı Elvin Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 221.2.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan 13 sentyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin, zərər çəkmiş şəxsin, Şahid8 Qürbət oğlunun ifadəsini və ekspert rəyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs2 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi və Təqsirləndirilən şəxs1 tərəfindən Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulan cinayət əməli törədilmişdir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Məhkəmə ittiham və müdafiə tərəfini dinləyərək, məhkəmə istintaqında tədqiq olunmuş sübutlara əsaslanaraq və onlara qiymət verərək hesab edir ki, bunlar Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə elan olunmuş ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallara uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər, bir qrup şəxs tərəfindən və ya təkrar törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən “Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda - iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını, ekspert rəylərini və digər sənədləri sübut növü kimi qəbul edib, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası CM-nin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası CM-nin 221.3cü maddəsi ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qayda dedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərər çəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərər çəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” CM-in 221.3-cü maddəsinin mətnində əksini tapmış «silah qismində istifadə edilən əşyalar» anlayışının açıqlanması da vacibdir. «Silah qismində istifadə edilən əşyalar» anlayışının məzmununun açıqlanması üçün həmin əşyaları bir tərəfdən silahdan, o biri tərəfdən isə digər – ümumiyyətlə, silah qismində istifadə edilməsi mümkün olmayan əşyalardan ayıran meyarlara nəzər yetirmək zəruridir. Silahdan fərqli olaraq, silah qismində istifadə edilən əşyalar konstruksiya cəhətdən məhv etmə təyinatlı deyil və qeyd edilən tətbiq üsulu onların təyinatına və mahiyyətinə ziddir. Həmin əşyalar konstruksiya cəhətdən digər məqsədlər üçün, o cümlədən istehsalat, təsərrüfat-məişət məqsədilə və yaxud da, ümumiyyətlə, hər hansı müəyyən məqsədlərə yönəlməyən, istehsal və emal olunmayan, yəni təbiətdə mövcud olan əşyalardır. Bu əşyalar silah deyil, bununla belə hər hansı məhvetmə xüsusiyyətinə, yəni soyuq və ya başqa silah növünə xas olan bəzi xüsusiyyətlərə malikdir və onların siyahısı hədsizdir. Silah qismində istifadə edilən əşyanın məhv etmə xüsusiyyətinə malik olması, onu bu xüsusiyyətə malik olmayan digər əşyalardan fərqləndirən əsas və mütləq şərtdir. Azərbaycan RespublikasıAli Məhkəməsi Plenumunun “Xuliqanlıq işləriüzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq hərəkətlərinin odlu silah, soyuq silah, habelə silah qismində istifadə edilə bilən əşyaların tətbiqi və yaxud tətbiqinə cəhdedilməsi, təqsirkar şəxsin əməlinin Cinayət Məcəlləsinin 221.3-cü maddəsilətövsüf edilməsi üçün əsasdır. İzah edilsin ki, xüsusilə qərəzli xuliqanlığa görə məsuliyyətnəzərdə tutan Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin mənasına görə silah dedikdə hücum və ya müdafiə üçün uyğunlaşdırılmış texniki cəhətdən yararlıolan vasitələrin məcmuyu başa düşülür. Burada cinayət qanunu ilə qadağan edilib edilməməsindən asılı olmayaraq, zavodda və ya kustar üsulla hazırlanmışodlu və soyuq silah həmçinin qaz silahı aid edilir. Digər əşyalar dedikdəisə silah olmayan lakin silah kimi istifadə edilə bilən predmet (dəyənək,kərpic, dəmir çubuq, zəncir, çəkic və s.) başa düşülür. Məhkəmələrə tövsiyyə edilsin ki, xuliqanlığa görə cəza təyin edərkən cəza təyin etmənin ümumi prinsiplərini rəhbər tutmaqla hər bir haldatörədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarınşəxsiyyətini o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərəalmaqla təqsirləndirilən şəxslərə düzgün və ədalətli cəza təyin etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Təqsirləndirilən şəxs2 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxs ilə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, kifayət qədər yaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs1 AR CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən zərər çəkmiş şəxsə cinayət nəticəsində dəymiş ziyanın ödənilməsini, zərər çəkmiş şəxs ilə barışmasını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətdiyi əməli etiraf etməsini, törətdiyi əməldən səmimi peşmançılığını, kifayət qədər yaşının olmasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxslərin etirafedici ifadələrinə, zərər çəkmiş şəxsin ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəylərinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxslərin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin təqsirləndirilən şəxslər tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, Təqsirləndirilən şəxs2 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi, Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxslər həmin maddələrdə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxslərin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxslərə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə cəza təyin edərkən, törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan islah işləri növündə cəzanın təyin edilməsi məqsədəmüvafiqdir və təqsirləndirilən şəxsə təyin edilməsi nəzərdə tutulan islah işləri cəzası cəzanın məqsədini tam təmin edir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” Məhkəmə Təqsirləndirilən şəxs1 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Eyni zamanda göstərilənləri nəzərə alıb məhkəmə Təqsirləndirilən şəxs1 cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs1 davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs2 qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin olunsun. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 təyin olunmuş 02 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 01 (bir) il 06 (altı) ay sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs1 davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar