Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-55/2024 06.11.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X6, Müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Sabirabad rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Sabirabad rayonu, Mürsəlli kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən fərdi yaşayış evində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 188.1 və 188.2-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 2021-ci ilin əvvələrindən etibarən Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi X9 160 saylı marşurt avtobusunun sonuncu dayanacağından təxminən 1-2 km məsafədə yerləşən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin mülkiyyətində olmaqla 39T X425677, ******* koordinatlarında olan 0,01 ha torpaq sahəsi üzərində qanunla müəyyən olunmuş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan 12 mişar daşı hündürlüyündə hasarlamaqla zəbt edərək 3,20x4 metr ölçülü həyət darvazası qoymuş və torpaq sahəsi üzərində 9x11 metr ölçülü olmaqla bir mərtəbəli kürsülü ev tikib damını vuraraq özbaşına tikinti işləri apararaq Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin torpaq üzərində mülkiyyət hüququnu pozmuşdur. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, təxminən 2021-ci ilin əvvələrində özü üçün yaşamağa ev tikmək qərarına gəlmiş və bu məqsəd ilə torpaq sahəsi axtararkən Xəzər rayonu Binə qəsəbəsi X10, yəni 160 saylı marşurt avtobusunun sonuncu dayanacağından təxminən 1-2 km məsafədə yerləşən təxminən 0,01 ha boş torpaq sahəsini görüb həmin torpaq sahəsində ev tikmək qərarına gəlmişdir. Bu məqsəd ilə həmin müddətdən etibarən hissə-hissə olmaqla, əvvəlcə torpaq sahəsini 12 daş hündürlüyündə qaldıraraq hasarlayıb, həyət qapısı qoymuşdur. Təqsirləndirilən şəxs son sözündə ona ittiham olunmuş cinayət əməlini törətmədiyini bildirərək barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadəsində göstərmişdir ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı Ərazi şöbəsinin məsləhətçi müfəttiş vəzifəsində işləyir. Göstərmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 28 noyabr 2000-ci il tarixli, 421 nömrəli Fərmanı ilə təsdiq edilmiş, “Torpaqlardan istifadəyə və onların mühafizəsinə Dövlət Nəzarəti haqqında Əsasnamə”nin tələblərinə əsasən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu ərazisində monitorinq həyata keçirilir və monitorinq həyata keçirilərkən tərəfimizdən müvafiq aktlar tərtib edilmişdir. 02 noyabr 2021-ci il tarixdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşlarının iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu ərazisində monitorinq həyata keçirilərkən Binə qəsəbəsi, X9, 39T X425677, ******* koordinatlarda dövlət mülkiyyətində olan 0,01 ha torpaq sahəsi hasara alınması məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işləri aparan şəxsin müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədləri olmadan aparıldığı müəyyən edilmişdir. Onlar tərəfindən vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Qeyd olunan faktla bağlı 30 mart 2022-ci il tarixli akt tərtib edilmişdir. Ona görə də Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Rəvan adlı şəxsin barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə qanunauyğun olaraq tədbir görülməsindən ötrü Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinə müraciət göndərmişdir. Təqsirləndirilən şəxsdən şikayətçidir. İş materiallarına əlavə edilmiş 01 may 2023-cü il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, Təqsirləndirilən şəxs tərəfindən tikinti işləri aparılmış 0,01 ha torpaq sahəsi Xəzər rayonu, Binə qəsəbəsi, X10, yəni 160 saylı marşrut avtobusunun sonuncu dayanacağından təxminən 1-2 km məsafədə yerləşir. Həmin torpaq sahəsində 12 mişar daşları hündürlüyündə hasara alınmış, 3,20x4 metr ölçülü həyət darvazası qoyulmuş və içərisində 9x11 ölçülü damı vurulmuş fərdi yaşayış evinin tikinti işləri aparılmışdır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, o, 2022-ci ildən başlayaraq həmin torpaq sahəsində tikinti işləri aparmağa başlamış və maddi imkanı olduqca tikinti aparmışdır. 2022-ci ilin mart ayında tikinti işlərini saxlamışdır. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Sabirabad rayonu, Mürsəlli kəndində doğulmuş Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, 20 may 2023-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrində nəzərdə tutulan ittiham elan olunmuşdur. İş materiallarında olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan 14 mart 2008-ci il tarixli Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, Abşeron rayonunun X16 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun X13nun ərazisindən kənd təsərrüfatı məqsədilə 7,0 hektar 99 il müddətinə icarə qaydasında Şahid torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. İş materiallarında olan xx.xx.2020-ci il tarixli etibarnamənin surətindən görünür ki, Şahid səlahiyyətli nümayəndəsi qismində X1 Rəvan Aqil oğluna xx.xx.2020-ci il tarixdə etibarnamə verərək, Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamına əsasən Abşeron rayonu X13 ərazisində yerləşən ümumi sahəsi 7,0 ha torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin icarə hüquqlarına dair AR ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi İdarəsində İH-də DTXK-də, notariat ofislərində bələdiyyələrdə və sair idarə təşkilatlarda, banklarda, nümayəndəsi olmağı, çıxarış, texniki pasport almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, idarə etməyi, imza etməyi, müvafiq orqanlardan razılıq əldə olunduqdan sonra tikinti işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətlər etməyi etibar etmişdir. İş materiallarına əlavə edilmiş "xxxx" ASC-nin bildirişindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Sovxoz Südçülük sahəsi ünvanına enerji təchizatı ilə əlaqədar səhmdar cəmiyyətə müraciət edilmişdir. İş materiallarına əlavə edilmiş 02 noyabr 2021-ci il tarixli Aktdan görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Bakı ərazi şöbəsinin əməkdaşları, məsləhətçi-müfəttiş X8, böyük aparıcı məsləhətçi X14 və məsləhətçi X5 iştirakı ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi X10 39T X425677, ******* koordinatlarda yerləşən, dövlət mülkiyyətində olan 0,01 ha torpaq sahəsi hasara alınması məqsədi ilə tikinti işlərinin aparılması faktı aşkar edilmişdir. Araşdırma zamanı tikinti işlərini aparan şəxsin müvafiq qurumların icazəsi, eləcə də torpaq sahəsinin ayrılmasına dair icarə, istifadə və mülkiyyət hüquqlarını təsdiq edən sənədlər olmadan aparıldığı müəyyən edilmişdir. Vətəndaşın istifadə etdiyi torpaq sahəsinin dövlət qeydiyyatından keçib-keçməməsini müəyyənləşdirmək üçün Milli Qeydiyyat Sisteminin və Necas proqramının bazasında yoxlanılmış, lakin məlumatlar əldə olunmamışdır. Məhkəmə bildirir ki, Abşeron Rayon İcra Hakimiyyəti başçısının 14 mart 2008-ci il tarixli sərəncamı əsasında Şahid Abşeron rayonunun X13nun ərazisindən kənd təsərrüfatı məqsədilə 99 il müddətinə icarə qaydasında 7,0 hektar torpaq sahəsi ayrılmışdır. Şahid isə öz növbəsində xx.xx.2020-ci il tarixdə Təqsirləndirilən şəxs etibarnamə verərək, həmin 7,0 ha torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin icarə hüquqlarına dair AR ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi İdarəsində İH-də DTXK-də, notariat ofislərində bələdiyyələrdə və sair idarə təşkilatlarda, banklarda, nümayəndəsi olmağı, çıxarış, texniki pasport almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, idarə etməyi, imza etməyi, müvafiq orqanlardan razılıq əldə olunduqdan sonra tikinti işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətlər etməyi etibar etmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs qeyd etmişdir ki, həmin torpaq sahəsini öz vəsaiti hesabına alaraq orada ev tikmək niyyəti olmuşdur. Bu məqsədlə həmin torpaq sahəsi 12 mişar daşı hündürlüyündə hasara alınmış, 3,20x4 metr ölçülü həyət darvazası qoyulmuş və içərisində 9x11 ölçülü damı vurulmuş fərdi yaşayış evinin tikintisi aparılmışdır. Qeyd etmək lazımdır ki, özbaşına tikilinin tikilməsi özlüyündə torpağın mülkiyyətdə olmaması anlamına gəlmir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 80.1-ci maddəsinə əsasən mülkiyyətində, icarəsində və ya istifadəsində olan torpaq sahəsində təyinatı üzrə yerüstü mərtəbələrinin sayı 3-dən, hündürlüyü 12 metrdən (binanın hündürlüyü “0” səviyyəsindən, yəni birinci yerüstü mərtəbənin döşəməsinin üst hissəsindən sonuncu mərtəbənin örtüyünün alt hissəsinədək (çardaqaltı döşəmənin alt hissəsi) və aşırımlarının uzunluğu 6 metrdən çox olmayan fərdi yaşayış evlərinin, habelə bu Məcəllənin 79.2-ci maddəsində nəzərdə tutulan tikinti obyektlərinin tikintisi ilə bağlı məlumatlandırma icraatı həyata keçirilir və onların tikintisi üçün tikinti layihəsinin yalnız zirzəmilərin, mərtəbələrin, dam örtüklərinin planlarından, kəsiklərdən və fasadlardan ibarət memarlıq-planlaşdırma və tikinti ərazisinin baş planı bölmələrinin hazırlanması tələb olunur. Abşeron Rayon İcra Hakimiyyəti başçısının sərəncamından görünür ki, Abşeron rayonunun X16 Fondunda saxlanılmış torpaqlardan Abşeron rayonunun X13nun ərazisindən kənd təsərrüfatı məqsədilə 7,0 hektar 99 il müddətinə icarə qaydasında Şahid torpaq sahəsi ayrılması haqqında tərtib edilmiş icarə müqaviləsi və digər torpaqayırma sənədləri təsdiq edilmişdir. Beləliklə həmin torpaq sahəsinin Şahid mülkiyyətində, icarəsində və ya istifadəsində olması öz təsdiqini tapır. Eyni zamanda xx.xx.2020-ci il tarixli sərəncamdan görünür ki, Şahid ayrılmış torpaq sahəsindən 200 kv.m torpaq sahəsinin icarə hüquqlarına dair AR ƏMDK yanında DƏDRX-nin müvafiq ərazi İdarəsində İH-də DTXK-də, notariat ofislərində bələdiyyələrdə və sair idarə təşkilatlarda, banklarda, nümayəndəsi olmağı, çıxarış, texniki pasport almağı, sərəncam verməyi, satmağı, bağışlamağı, dəyişməyi, ipoteka qoymağı, pulunu almağı, buna dair müqaviləni imzalamağı, idarə etməyi, imza etməyi, müvafiq orqanlardan razılıq əldə olunduqdan sonra tikinti işləri aparmağı və bu tapşırığın yerinə yetirilməsi ilə əlaqədar olaraq digər hərəkətlər etməyi Təqsirləndirilən şəxs etibar etmişdir. Azərbaycan Respublikası CM-nin 188.1 və 188.2-ci maddələrinin dispozisiyasına görə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud həmin torpaq sahəsini başqa üsullarla özbaşına tutma, torpaq sahəsi üzərində özbaşına tikinti və ya quraşdırma işlərini aparılması cinayət məsuliyyətinə səbəb olur. Məhkəmə eyni zamanda bildirir ki, Azərbaycan Respublikası Konstitusiyasının 148ci maddəsində nəzərdə tutulmuşdur ki, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr Azərbaycan Respublikasının qanunvericilik sisteminin ayrılmaz tərkib hissəsidir. Azərbaycan Respublikası Konstitusiyanın 151-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericilik sisteminə daxil olan normativ hüquqi aktlar ilə (Azərbaycan Respublikasının Konstitusiyası və referendumla qəbul edilən aktlar istisna olmaqla) Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyətlər yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq edilir. Konstitusiyanın 12-ci maddəsinin 2-ci hissəsinə əsasən Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiya Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası beynəlxalq müqavilə olduğundan Azərbaycan Respublikası Konstitusiyasının 12, 148 və 151-ci maddələrinə əsasən Konvensiyanın müddəaları Azərbaycan Respublikasının ərazisində müvafiq surətdə tətbiq edilməlidir. İnsan Hüquqlarının və X7 Haqqında Konvensiyanın (bundan sonra, Avropa Konvensiyası) 19 və 32-ci maddələrinə əsasən İnsan Hüquqları üzrə Avropa Məhkəməsi (bundan sonra, Avropa Məhkəməsi) dövlətlərin Konvensiya və ona dair Protokollarla üzərinə götürdükləri öhdəliklərə riayət olunmasını təmin edir, o cümlədən, Konvensiyanın və ona dair Protokolların müddəalarının şərhi və tətbiqi üzrə məsələləri həll edir. “Azərbaycan Respublikasında məhkəmə sisteminin müasirləşdirilməsi və “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 19 yanvar 2006-cı il tarixli Fərmanında Azərbaycan Respublikasının Ali Məhkəməsinə və digər yuxarı instansiya məhkəmələrinə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququnun məhkəmə təcrübəsində nəzərə almaları tövsiyə edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumu “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan Hüquqularının və X7 Haqqında” Avropa Konvensiyasının müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Presedentlərinin tətbiqi haqqında” 30 mart 2006-cı il tarixli 5 saylı Qərarının 2-ci bəndində məhkəmələrə milli qanunvericiliklə yanaşı, Avropa Konvensiyasının müddəlarını rəhbər tutmağı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməyi tövsiyə etmişdir. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, ədalətli məhkəmə araşdırmasını təmin etmək üçün Azərbaycan Respublikasının Konstitusiyası, Qanunları və digər normativ-hüquqi aktları ilə yanaşı, “İnsan hüquqlarının və X7 haqqında” Avropa Konvensiyasının müddəalarına və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad edilməlidir. Hazırkı baxılan cinayət işi üzrə məhkəmə tərəfindən araşdırılmalı olan məsələyə dair Avropa Məhkəməsinin kifayət qədər geniş presedent təcrübəsi olduğundan, məhkəmə Avropa Məhkəməsinin presedentlərinə müraciət edərək onun mövqeyini nəzərə almışdır. Avropa İnsan Hüquqları Məhkəməsinin “X12rşı” 30 noyabr 2004-cü il tarixli qərarında mülkiyyət hüququ ilə bağlı maraqlı məsələ vurğulanmışdır. Qərarda qeyd edilmişdir ki, “mülkiyyət” anlayışı müstəqil mənaya malikdir və əmlak sayıla bilən müəyyən hüquqlar və maraqlar da mülkiyyət hüquqları hesab edilə bilər. Məhkəmə hesab etmişdir ki, istər daxili qanunlar tərəfindən şəxsi maraqların “hüquq” kimi tanınması, istərsə də bu qanunlar tərəfindən həmin marağın “mülkiyyət hüququ” hesab edilməməsi faktı heç də sözügedən marağın 1 saylı Protokolun 1-ci maddəsi baxımından müəyyən hallarda “mülkiyyət” hesab edilməsinin qarşısını almır, hər bir halda ərizəçi tikdiyi evə sərf olunmuş materialları, evdəki daşınar əşyaların, evdəki bütün ev təsərrüfatı ləvazimatları və şəxsi əşyalar ona məxsusdur, ərizəçinin tikdiyi ev onun üçün mühüm iqtisadi maraq kəsb edir, dövlət orqanlarının uzun müddət ərzində yol verdikləri bu maraq 1 saylı protokolun 1-ci maddəsinin birinci cümləsində əks olunmuş normanın mənası baxımından “mülkiyyət”ə bərabərdir. Əgər bir dövlətin ərazisində qanunsuz tikintiyə başlandığı andan etibarən aidiyyəti qurumlar (sahənin müvəkkili, bələdiyyənin işçiləri, icra hakimiyyətinin nümayəndələri) qanunsuz tikinti faktından xəbər tutmalarına baxmayaraq, vətəndaşa tikinti aparmaq üçün örtülü də olsa icazə verirlərsə, vətəndaş həmin evi tikib qurtarırsa, orada illərlə yaşayırsa, həmin qanunsuz tikili hesab olunan evə telefon xətti çəkilirsə, işıq, su və qaz sayğacı quraşdırılırsa, həmin evdə yaşayan şəxs yaşadığı evin bütün kommunal xərclərini ödəyirsə, onda dövlətdaxili qanunvericiliyə əsasən ev daşınmaz əmlakın dövlət reyestri xidmətindən qeydiyyatdan keçməmiş olsa belə, həmin şəxsin mülkiyyəti sayılır. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin Barbara, Messege və Habordo İspaniyaya qarşı işində qeyd etmişdir ki, təqsirlik prezumpsiyası prinsipi digər maddələrlə yanaşı tələb edir ki, öz vəzifəni yerinə yetirərkən məhkəmə üzvləri təqsirləndirilən şəxsin ittiham edildiyi cinayəti həqiqətən törətməsinə dair qərəzli fikirdə olmasınlar, sübutetmə ittiham tərəfinin üzərinə düşür və hər hansı şübhə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə İnsan hüquqları üzrə Avropa Məhkəməsi Hoanq Fransaya qarşı işində qeyd etmişdir ki, bütün sübutlar diqqətlə qiymətləndirmədən hüquqi fərziyyənin tətbiq edilməsi, təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. “Mahmudov Rusiyaya qarşı” iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları Üzrə Avropa Məhkəməsi göstərmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirilərkən, bir qayda olaraq, “affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür)” prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər. Avropa Məhkəməsinin “Qavazov Bolqarıstana qarşı” 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir. Cinayət Məcəlləsinin cinayət məsuliyyətinin əsaslarını müəyyən edən 3-cü maddəsində deyilir ki, yalnız CM ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyətini yaradır. Qeyd olunan maddənin məzmunundan da göründüyü kimi cinayət məsuliyyətinin əsasını cinayət tərkibinin əlamətlərini özündə ehtiva edən ictimai təhlükəli əməlin törədilməsi təşkil edir. Bu isə o deməkdir ki, törədilmiş hər hansı bir əməldə, onu cinayət kimi xarakterizə edən və bilavasitə cinayət qanununda nəzərdə tutulan obyektiv və subyektiv əlamətlərin, yəni cinayətin obyekti; cinayətin obyektiv cəhəti; cinayətin subyekti; cinayətin subyektiv cəhətinin bütövlükdə hamısının, həm də eyni vaxt ərzində mövcud olduğu təqdirdə, törədilmiş həmin əməl cinayət məsuliyyəti yaradır. Göstərilən əlamətlərdən bir neçəsinin və yaxud da heç olmasa birinin mövcud olmaması əməlin cinayət əməli kimi xarakterizə edilməsini və onu törətmiş şəxsin cinayət məsuliyyətini istisna edir (CM-nin 3-cü maddəsi). Məhkəmə bildirir ki, cinayətin obyekti torpaq üzərində mülkiyyət hüququnun həyata keçirilməsi ilə əlaqədar yaranan ictimai münasibətlərdir. Cinayətin obyektiv cəhəti isə torpaq sahəsini özbaşına hasarlama, becərmə və ya dəyişdirmə, yaxud başqa üsullarla özbaşına tutmada ifadə olunmuşdur. Cinayətin subyekti 16 yaşına çatmış hər hansı bir anlaqlı fiziki şəxs ola bilər. Cinayətin subyektiv cəhəti birbaşa qəsddən ibarətdir. Yəni təqsirkar torpaq sahəsini özbaşına hasarladığını, tutduğunu, dəyişdirdiyini və ya becərdiyini, özbaşına tikinti və ya quraşdırma işlərini apardığını dərk edir və bu əməli törətməyi arzu edir. Məhkəmə qeyd edir ki, hazırki iş üzrə cinayət tərkibinin üç əlaməti mövcud olsa da, lakin cinayətin subyektiv cəhəti mövcud deyildir. Belə ki, işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs həmin torpaq sahəsinin özünə aid olduğunu hesab etmiş və buna onun kifayət qədər əsasları olmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət- hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi poroses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CM-in əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Hakimlərin davranışı üzrə Banqalor Prinsiplərinin “hakim ictimai rəydən asılı olmayaraq fəaliyyət göstərməli” olmasına dair 28-ci maddəsinə əsasən məhkəmə işi cəmiyyətdə polemikaya səbəb ola, kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə və geniş şəkildə işıqlandırıla bilər; belə vəziyyətdə hakim “fırtına mərkəzində” ola bilər. Bəzən, bu cür aşkarlığın təsiri altında ictimai rəy nəzərəçarpacaq dərəcədə bu və ya digər arzuolunan nəticəyə doğru meyllənə bilər. Lakin hakim öz vəzifəsini icra edərkən hər hansı kənar təsirdən azad olmalıdır. Hakim tətbiq edəcəyi qanunun və ya mübahisələrini həll etməli olduğu çəkişən tərəflərin ictimaiyyət, KİV, dövlət məmurları və yaxud onun ailə üzvləri və dostları tərəfindən bəyənilib-bəyənilməməsini nəzərə almamalıdır. Hakim hər hansı qrup maraqlarının təsiri altına düşməməli, ictimaiyyətin narazılığına səbəb olmaq və ya tənqidə məruz qalmaq təhlükəsindən çəkinməməlidir. Hakimlərin müstəqilliyi hər hansı formada kənar təsirdən asılı olmamanı nəzərdə tutur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 7.1-ci maddəsinə əsasən “Yalnız törətdiyi ictimai təhlükəli əmələ (hərəkət və ya hərəkətsizliyə) və onun nəticələrinə görə təqsiri müəyyən olunmuş şəxs cinayət məsuliyyətinə cəlb edilə və cəzalandırıla bilər.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının cinayət-prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamağını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamağını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və müdafiəsinin, hüquqi şəxs barəsində cinayət-hüquqi tədbirlərin tətbiq edilməsinin hüquqi prosedurlarını müəyyən edir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür.” Azərbaycan Respublikası CPM-nin 138.2-ci maddəsinə müvafiq olaraq təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olubolmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.2-ci və 139.0.4cü maddələrinə əsasən “Cinayət təqibi üzrə icraat zamanı şübhəli və ya təqsirləndirilən şəxsin cinayət hadisəsi ilə əlaqəsi, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi yalnız sübutlara əsasən müəyyən edilir.” Həmin Məcəllənin 145.3-cü maddəsinə müvafiq olaraq ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. Həmin Məcəllənin 349.5.1-ci maddəsinin tələbinə görə məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqı zamanı tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Həmin Məcəllənin 351.3-cü maddəsinə müvafiq olaraq məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 397.1 və 397.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Həqiqəti müəyyənləşdirmək imkanının inkar edilməsi nəinki ədalət mühakiməsini mənəvi məqsəd və məzmunundan məhrum etməklə istənilən ədalətsizliyə bəraət verilməsinə haqq qazandıra bilər. Həqiqətin müəyyənləşdirilməsi və bununla da işin ədalətli həlli məhz təqsirkarın və yalnız təqsirlilik dərəcəsinə uyğun məhkum olunması, onun cinayət qanununun tələblərinə uyğun cəzalandırılması və nəticə etibarilə təqsirsizə şərtsiz bəraət verilməsi – hakimin həm vəzifə, həm də mənəvi borcudur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1.5 və 41.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Hər kəsin hüquq və azadlıqlarının dövlət tərəfindən müdafiəsinə təminat verən həmin Konstitusiya müddəaları, həmçinin, cinayət törətməkdə təqsiri olmayan şəxslərin cinayət prosesini həyata keçirən orqanların vəzifəli şəxslərinin və ya hakimlərin özbaşına hərəkətləri ilə qanunsuz şübhə altına alınmasının, ittiham və ya məhkum edilməsinin yolverilməz olduğunu ehtiva edir. Konstitusiyanın 60-cı maddəsi isə hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verir. Məhkəmə müdafiəsinin təmin etdiyi ədalətli məhkəmə araşdırılması hüququ səlahiyyətli məhkəmə tərəfindən təqsiri sübuta yetirilməmiş şəxsin bəraət almaq hüququnu əhatə edir. Bəraət, təqsirləndirilən şəxsə aid olan hüquq olmaqla, onun təqsirsizliyini rəsmi bəyan edən və onu təmin edən məhkəmə hakimiyyəti aktı - bəraət hökmü ilə təsdiq olunur.” Azərbaycan Respublikası Ali Məhkəmə Plenumunun “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı «İnsan hüquqlarının və X7 haqqında» Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” xx.xx.2006-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah edilsin ki, hər bir insan təqsirliliyi barədə məhkəmə tərəfindən qəti qərar qəbul edilənə kimi təqsirsiz hesab edilir. Təqsirsizlik prezumpsiyası cinayətkarlara verilən güzəşt kimi başa düşülməməlidir. Təqsirliliyin sübut edilməsinə aid tələb təqsirləndirilən şəxsin təqsirliliyinə inam olmadığı hallarda məhkəmənin bəraət hökmü çıxarmasını nəzərdə tutur.” Hazırkı cinayət işində Təqsirləndirilən şəxs qarşı irəli sürülmüş ittiham üzrə istintaq orqanı tərəfindən toplanmış sübütlardan, məhkəmə istintaqının nəticələrindən, həmçinin yuxarıda şərh edilən işin faktiki hallarından görünür ki, Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi mövcud deyil. Bu isə CPM-nin 39.1.2-ci maddəsinə əsasən cinayət təqibini istisna edən haldır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən “Məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü onun əməlində cinayət tərkibi olmadıqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 42.2.2-cü maddəsinə əsasən “Bəraət hökmü bu Məcəllənin 42.1.2-ci maddəsində nəzərdə tutulmuş əsaslara görə təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi olmadıqda və ya əməlin cinayət olmasını aradan qaldıran hallar mövcud olduqda çıxarılır.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 55.1-ci maddəsinə əsasən “Məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir.” Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 350.1-ci maddəsinə əsasən “Məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir.” Həmin Məcəllənin 350.2-ci maddəsinə əsasən ”Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır.” Göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə əməlində cinayət tərkibinin olmaması əsası ilə bəraət verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri ləğv edilməli, Təqsirləndirilən şəxs pozulmuş hesab etdiyi hüquqlarının bərpası, həmçinin vurulmuş maddi, fiziki və mənəvi ziyanın ödənilməsi ilə bağlı CPM-nin 56-59-cu maddələrinə uyğun olaraq məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 350-356-cı maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ Təqsirləndirilən şəxs əməlində cinayət tərkibi olmadığından ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 188.1 və 188.2-ci maddələri ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından təqsirsiz elan edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qismində qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-55/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-55/2024
06.11.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver