Məhkəmə qərarları › İş №1(003)-550/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-550/2025

11.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-550/2025 11.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1985-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, tikintidə fəhlə işləyən, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X6 Massivində fərdi nömrəsiz evdə yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,234 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 17 fevral 2025ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Buzovna qəsəbəsi X6 Masstivində yaşadığı nömrəsiz fərdi yaşayış evinin yaxınlığına kimi daşımış, həmin gün orada saat 15:30 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər rayon Pİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynində olan boz rəngli şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli kağıza bükülmüş təmiz çəkisi 0,234 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, 17 fevral 2025-ci il tarixdə səhər saatlarında Bakı şəhəri, Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 20 manata bir büküm psixotrop maddə - metamfetamin alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün, saat 15:30 radələrində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, X6 Massivində yaşadığı evin yaxınlığında piyada hərəkətdə olarkən, ona polis əməkdaşları yaxınlaşaraq xidməti vəsiqələrini göstərib özlərini təqdim etmiş və ondan da özünü təqdim etməsini istəmişlər. O, da, özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Daha sonra polis əməkdaşları ona narkotik maddələrin dövriyyəsində şübhəli bilindiyini və üzərində qanunsuz hər hansı bir əşya və ya predmet olub-olmamasını soruşmuşlar. O isə əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxararaq polis əməkdaşlarına təqdim etmişdir. Polis əməkdaşları həmin bükümün içərisində nə olduğunu, haradan və nə məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, həmibn bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə - metamfetamin vardır və onu 20 manat ödəməklə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını demişdir. Sonra onun üzərinə baxış keçirilmiş, lakin hər hansı bir əlavə əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən aşkar olunmuş psixotrop maddə metamfetamin polis əməkdaşları tərəfindən qablaşdırılaraq təhqiqat üçün götürülmüş və o, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət edilmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşlarına heç bir etiraz bildirməmiş və onlarla birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə gəlmişdir. Bundan sonra onun hüquqlarının müdafiəsi üçün vəkil dəvət edilmişdir. Vəkil dəvət edilməzdən əvvəl ona vəkil seçmək hüququ verilmiş və o, müdafiəçisini seçmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmiş, videoçəkiliş aparılarkən polis əməkdaşları saxlanıldığı yerdə təqdim etdiyi, qablaşdırılmış bir ədəd gümüşü rəngli kağıza bükülmüş psixotrop maddə metamfetamini təhqiqatçıya təqdim etmişlər. Təhqiqatçı ondan həmin bükümün içərisində nə olduğunu, haradan və neçiyə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, saxlanılan zaman üzərindən aşkar edilən psixotrop maddə metamfetamin ona məxsusdur və şəxsi istifadə üçün Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən 20 manata almışdır. Sonra ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif edilmişdir. Onun üzərində hər hansı bir əşya və ya predmet olmadığından, polis əməkdaşları tərəfindən ona şəxsi baxış keçirilmiş, lakin hər hansı bir əşya və predmet aşkar edilməmişdir. Bundan sonra üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə metamfetamin zərfə qoyulmuş, möhürlənmiş və bu barədə protokol tərtib edilmişdir. Zərfin üzərinə və protokola Təqsirləndirilən şəxs, eləcə də baxışda iştirak edən digər şəxslər tərəfindən imzalar edilmişdir. Təqsirləndirilən şəxs bildirmişdir ki, ona saxlanılan zaman və Xəzər RPİ-nin 2-ci PŞ-də ona qarşı fiziki və ya psixi güc tətbiq edilməmişdir. Narkotik maddələrin satışı ilə məşğul olmur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 göstərmişdir ki, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyat müvəkkili vəzifəsində çalışır. 17 fevral 2025-ci il tarixdə xidmətdə olarkən, Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilmiş və fərdi əmək fəaliyyəti ilə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, faktiki olaraq Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə əməliyyat məlumatı almışdır. Daxil olmuş məlumat barədə rəhbərliyə raport verildikdən sonra, Şahid1, Xəzər RPİnin 2-ci PŞ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid3 və polis leytenantı Şahid1 iştirakı ilə əməliyyat qrupu yaradılmışdır. Aparılmış əməliyyat tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxsin yeri müəyyən edilmişdir. 17 fevral 2025-ci il tarixdə, saat 15:30 radələrində, Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivi, nömrəsiz fərdi yaşayış evinin yaxınlığında, piyada hərəkətdə olan və xarici görünüşcə Təqsirləndirilən şəxs bənzəyən şəxsə videoçəkiliş aparılmaqla yaxmlaşılmışdır. Polis əməkdaşları xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim etmiş və həmin şəxsdən özünü təqdim etməsini istəmişlər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Şəxsin üzərində qanunsuz hər hansı əşya və ya predmetin olub-olmaması ilə bağlı sorğu-sual aparıldıqda, o, əynində olan boz rəngli şalvarın sağ yan cibindən 1 ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamin maddəsini çıxarıb polis əməkdaşlarına təqdim etmişdir. Təqdim edilən bükümün içərisində nə olduğunu və onu haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda, Təqsirləndirilən şəxs bildirmişdir ki, bükümdə “patı” adlanan psixotrop maddə metamfetamin vardır və həmin maddəni həmin gün səhər saatlarında 20 manat müqabilində Suraxanı qəsəbəsində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün almışdır. Üzərində aşkar olunmuş psixotrop maddə - metamfetamin, içərisi boş olan kağız zərfə qoyularaq qablaşdırılmış və təhqiqat orqanına təqdim olunmaq üçün götürülmüşdür. Daha sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə dəvət olunmuş və heç bir etiraz etmədən şöbəyə gəlmişdir. Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən küçədə saxlanılan zaman üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə olan metamfetamin tərəfimizdən təhqiqata təqdim edilmişdir. Bundan sonra PŞ-də təhqiqatçı tərəfindən onun hüquqlarının müdafiəsi məqsədilə vəkil dəvət olunmuş, vəkil təyin edilməzdən əvvəl müdafiəçi seçmək hüququ izah edilmişdir. Əkbərov bu hüquqdan istifadə edərək öz müdafiəçisini seçmişdir. Sonra ona hüquq və vəzifələri izah edilmişdir. Videoçəkiliş aparılmaqla müdafiəçinin iştirakı ilə təhqiqatçı tərəfindən ondan özünü təqdim etməsi istənilmiş və o, yenidən özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamin təhqiqata təqdim edilmişdir. Təhqiqatçı tərəfindən ondan polis əməkdaşlarının təhqiqata təqdim etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün ona məxsus olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu təsdiq etmiş və əlavə etmişdir ki, həmin psixotrop maddə olan metamfetamini Suraxanı qəsəbəsində tanımadığı bir şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. Üzərindən götürülmüş büküm tərkibinin müəyyən edilməsi məqsədilə kağız zərfə qoyularaq qablaşdırılmış və bu barədə müvafiq protokol tərtib edilmiş, iştirakçılar tərəfindən imzalanmışdır. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 və Şahid2, Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə vermişlər. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Məhkəmə-kimyəvi ekspertizasının 18 fevral 2025-ci il tarixli, 6/744 rəyi ilə müəyyən edilmişdir ki, tədqiqata təqdim edilmiş üzərində: AR DİN “Arayışlar üçün № 244” dairəvi möhür əksi, zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi 0,234 qram olan ağ rəngli kristalşəlili maddə kustar üsulla hazırlanmış psixotrop maddə metanfetamindir. 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının qanunu ilə təsdiq olunmuş siyahılara əsasən heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr” in İ siyahısna daxildir. Məhkəmə-narkoloji ekspertizasının xx.xx.2025-ci il tarixli, 2692 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbulu edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. 0,234 qram çəkidə narkotik psixotrop maddə metanfetaminin maddi sübut kimi tanınaraq 0,184 qram (0,234-0,05) olan qalığı saxlanılması üçün Xəzər RPİ-ə təhvil verilmişdir. Bakı şəhəri Xəzər RPİ-nin 2-ci PŞ-nin Ca üzrə əməliyyat müvəkkili, polis leytenantı Şahid1 17 fevral 2025-ci il tarixdə tərtib etdiyi raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin və ya psixotrop maddələrin dövriyəsi ilə məşğul olan “Ramil” adlı şəxs xx.xx.1985-ci il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhərində anadan olmuş, Xəzər rayonu, Buzovna qəsəbəsi, X6 Massivində, fərdi, nömrəsiz evdə yaşayan subay, tikintidə fəhlə işləyən, əvvəllər məhkum olunmuş Təqsirləndirilən şəxs, Xəzər rayonu, Buzovna qəsəbəsi, X6 Massivində, yaşadığı evin yaxınlığında saxlanılaraq, üzərinə videoçəkiliş iləyoxlama aparılmış və Təqsirləndirilən şəxs, əynində olan boz rəngli şalvarının sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümü çıxardaraq narkotik vasitə olmasını, həmin narkotik vasitəni öz şəxsi istifadəsi üçün tanımadığı şəxsdən aldığını bildirmişdir. Həmin büküm tərəfimizdən götürülərək Təqsirləndirilən şəxs ilə birlikdə saat 15:30 Xəzər RPİ-nin 2-ci PŞ-nə gətirilmişdir. xx.xx.2025-ci il tarixdə şəxsi axtarış və götürmə aparılması protokoluna əlavə edilmiş diskə baxış keçirilmiş və müəyyən edilmişdir ki, videoyazıya əsasən 17 fevral 2025-ci il tarixdə saat 15:30 radələrində Xəzər Rayon Polis İdarəsinin 2-ci Polis Şöbəsinin əməkdaşları Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Albalılıq yaşayış massivində, nömrəsiz fərdi yaşayış evlərinin yaxınlığında küçədə piyada hərəkətdə olan bir nəfər şəxsə videoçəkiliş aparmaqla yaxınlaşıblar. Əməkdaşlar xidməti vəsiqələrini təqdim edərək özlərini təqdim ediblər və həmin şəxsdən də özünü təqdim etməsini tələb ediblər. Şəxs özünü Təqsirləndirilən şəxs kimi təqdim edib. Onun üzərində qanunsuz hər hansı əşya və ya predmetin olub-olmaması ilə bağlı aparılan sorğu-sual zamanı Təqsirləndirilən şəxs əynində olan boz rəngli şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli kağıza bükülmüş metamfetamin maddəsini çıxararaq təqdim edib. Təqdim edilən bükümün içərisində nə olduğunu və onu haradan, hansı məqsədlə əldə etdiyini soruşduqda, o bildirib ki, bükümdə “patı” adlanan psixotrop maddə - metamfetamin vardır və həmin maddəni həmin gün səhər saatlarında 20 (iyirmi) manat müqabilində Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində tanımadığı şəxsdən şəxsi istifadəsi üçün aldığını deyib. Üzərində aşkar olunmuş psixotrop maddə - metamfetamin, içərisi boş olan kağız zərfə yerləşdirilərək qablaşdırılıb və təhqiqat orqanına təqdim olunmaq üçün götürülüb. Bundan sonra Təqsirləndirilən şəxs küçədə üzərindən aşkar edilmiş psixotrop maddə olan metamfetamin ilə birlikdə Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinə aparılmışdır. DVD diskdə olan 2-ci videogörüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin inzibati binasında, xidməti otaqlardan birində videoçəkiliş aparılmaqla və müdafiəçinin iştirakı ilə Xəzər RPİ- nin 2-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru Oruc Mirzəyev tərəfindən həmin şəxsdən özünü təqdim etməsi istənilmiş, o da yenidən özünü Təqsirləndirilən şəxs kimi təqdim etmişdir. Təqsirləndirilən şəxs yaşadığı evin yaxınlığında saxlanılan zaman polis əməkdaşları tərəfindən onun üzərindən aşkar edilərək götürülmüş psixotrop maddə - metamfetamin təhqiqata təqdim edilmişdir. Təhqiqatçı tərəfindən ondan polis əməkdaşlarının təhqiqata təqdim etdiyi bir ədəd gümüşü rəngli kağıza bükülmüş bükümün ona məxsus olması soruşulduqda, Təqsirləndirilən şəxs həmin bükümün ona məxsus olduğunu təsdiq etmiş və əlavə etmişdir ki, həmin psixotrop maddə olan metamfetamini Suraxanı qəsəbəsində tanımadığı bir şəxsdən 20 manat müqabilində şəxsi istifadəsi üçün almışdır. Təhqiqatçı tərəfindən onun üzərinə şəxsi axtarış aparılmış, lakin əlavə olaraq qanunla qadağan olunmuş hər hansı əşya və ya predmet aşkar edilməmişdir. 17 fevral 2025-ci il tarixdə Xəzər RPİ-nin 2-ci PŞ-də Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman raportla əlavə olunmuş 01 ədəd disk sübut növü kimi tanınmış və cinayət işinə əlavə olunmuşdur. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs 17 fevral 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. 19 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilməsi üçün Bakı şəhəri Xəzər Rayon Məhkəməsinə təqdimat verilməsindən ötrü Bakı şəhəri Xəzər rayon prokurorluğu qarşısında vəsatət qaldırılmış, lakin Bakı şəhəri Xəzər rayon prokuroru, baş ədliyyə müşaviri Fəxri Ələsgərov həmin tarixdə vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında qərar qəbul edildiyindən Təqsirləndirilən şəxs saxlandığı Xəzər RPİ-nin MSY-dən tutulmadan azad etmiş, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” növündə qətimkan tədbiri tədbiri seçilmişdir. Barəsində seçilmiş qətimkan tədbirinin şərtlərini pozduğuna və məhkəmənin çağırışlarına gəlmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən axtarışı elan edilməklə həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs xx.xx.2026cı il tarixdə polis əməkdaşları tərəfindən tutulmuşdur. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış arayışdan görünür ki, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 02 (iki) il 05 (beş) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, xx.xx.2017-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda metamfetamini əldə edib üzərində saxlamaqla daşıması cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, ibtidai istintaq zamanı həbsdə saxlanıldığı müddətin CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılıb üzərində qəti cəzanın müəyyən edilməsini, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün ümumi rejimli cəza çəkmə müəssisələrində cəzanın çəkilməsi müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı xx.xx.2026-cı il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini, ərazi narkoloji dispanserdə qeydiyyata alınmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 0,184 qr. metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, CD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 80 (səksən) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1 maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün həbsdə saxlanıldığı müddət, azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla, təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 14 yanvar 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan 0,184 qr. metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, CD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 440 (dörd yüz qırx) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar