Məhkəmə qərarları › İş №1(003)-551/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-551/2025

10.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-551/2025 10.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi – Bakı şəhəri 12 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə Masallı rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, məhkum olunmayan, fərdi əməklə məşğul olan, Masallı rayonunun Təzə Alvadı kəndində qeydiyyatda olmaqla Abşeron rayonu Xırdalan şəhəri AAF park YYK ev 8 mənzil 33-də yaşayan, barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs 06 iyun 2024-cü ildə saat 14:40 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Türkan-Qala yolunda idarə etdiyi Mercedes Benz C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobillə 60 km/saat sürətlə Qala qəsəbəsi istiqamətində hərəkətdə olarkən «X7» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozmuş, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinədək azaltmaq üçün mümkün olan tədbirləri görməli və hadisənin qarşısını almağa texniki imkanı olduğu halda bunları etməmiş, əks istiqamətdə 50 km/saat sürətlə hərəkətdə olan Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz 230 minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobil qarşı hərəkət zolağına çıxdıqdan sonra toqquşma yerinədək 46 metr məsafə qət edib avtomobilin qabaq sol tin hissəsi yolun Qala qəsəbəsi istiqamətində olan hissəsində bütöv ağ xətdən 0,6 metr sağa doğru məsafədə Mercedes Benz 230 minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobilin sol yan hissəsi ilə toqquşmuş, nəticədə ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan travmatik şokla nəticələnmiş sol daban sümüyünün çoxqəlpəli, oynaqdaxili, sümük defekti ilə müşayiət olunan sınığı, sağ baldır sümüklərinin qəlpəli, açıq, yerdəyişmiş sınığı xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs verdiyi ilkin ifadəsində ona Azərbaycan Respublikası CM-nin 263.1-1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyərək ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus Mercedes Bez C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 06 iyun 2024-cü ildə idarə etdiyi avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsinə getmək üçün yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olub, sərnişin və yük olmamışdır. Saat 14:30 radələrində Türkan-Qala yolunun Şüvəlan qəsəbəsi istiqamətindən Qala qəsəbəsi istiqamətinə 50-60 km/saat sürətlə hərəkətdə olarkən yolun üzərindəki təhlükəli döngə işarəsini görəndən sonra avtomobilin sürətini bir qədər də azaldıb yolun sağa meyilli hissəsində öz hərəkət zolağı ilə hərəkəti davam etdirərkən qəflətən güclü tormoz səsi eşitmişdir. Elə zənn etmişdir ki, həmin səs arxadan gəlir və güzgüdən arxaya baxmışdır. Yolun həmin döngəli hissəsində hər iki tərəfdə ağaclıq ərazi olduğundan görünüş dairəsi məhduddur. Arxadan nəqliyat vasitəsinin gəlmədiyini gördükdən sonra qarşıya baxdıqda qarşıdan əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan qara rəngli Mercedes Benz minik markalı avtomobilin onun hərəkət zolağına istiqamətlənərək üstünə gəldiyini görmışdür. Həmin avtomobilin tez bir vaxtda öz hərəkət zolağına qayıdacağını zənn etmiş, lakin qayıtmamış, toqquşmadan yayınmaq üçün idarə etdiyi avtomobili bir qədər sağa istiqamətləndirib tormozdan istifadə etmişdir. Bu anda həmin Mercedes Benz minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobil də öz yoluna istiqamətləndiyindən avtomobilin sol yan hissəsi onun idarə etdiyi avtomobilin qabaq sol tin hissəsi ilə toqquşmuşdur. Toqquşmadan sonra idarə etdiyi avtomobil fırlanaraq yolun sol kənarındakı ağaclıq əraziyə düşüb dayanmışdır. Mercedes Benz minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobil də yoldan çıxaraq yolun sol kənarındakı ağaclıq ərazidə bir neçə ağacı kökündən çıxarıb dayanmışdır. Hadisə nəticəsində sol qolundan ciddi xəsarət alsa da hadisə yerində qalmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs çıxış zamanı özünü təqsirli bildiyini, əməlindən peşiman olduğunu qeyd edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının ona tətbiq edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, «BC» kateqoriyalı sürücülük vəsiqəsi olmaqla özünə məxsus Mercedes Bez 230 minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobil idarə edir. 06 iyun 2024-cü ildə günorta saatlarında idarə etdiyi avtomobillə Bakı şəhəri Xəzər rayonu Qala qəsəbəsindən Şüvəlan qəsəbəsinə qayıtmaq məqsədilə yola düşmüşdür. Avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuş, sərnişin və yük olmamışdır. Saat 13 radələrində Şüvəlan-Qala yolu ilə təxminən 50 km/saat sürətlə Şüvəlan qəsəbəsi istiqamətinə hərəkətdə olarkən yolun sola meyilli hissəsində qarşıdan əks istiqamətdə yüksək sürətlə hərəkətdə olan Mercedes Benz minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobil qarşısında hərəkətdə olan digər qara rəngli avtomobilin arxasından onun yoluna çıxmış, bu zaman avtomobillər arasında 10-12 metr məsafə olmuşdur, işıqları yandırıb-söndürməklə işarə edib tormozdan istifadə etmiş, toqquşmadan yayınmaq üçün avtomobili yolun sağ kənarına doğru sıxmışdır. Bu anda Mercedes Benz minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi avtomobilin sol yan hissəsi ilə toqquşaraq, həmin avtomobilin qabaq sol hissəsi onun idarə etdiyi avtomobilin bütün sol yan hissəsinə sürtünmüşdür. Toqquşma nəticəsində idarəetməni itirərək avtomobili yoldan çıxıb yolun sağ kənarındakı ağaclıq əraziyə düşüb bir və ya iki ağacı sındırdıqdan sonra dayanmışdır.Hadisə nəticəsində ayaqları sınaraq xəsarət alıb avtomobilin salonunda qalmışdır. Hadisə şahidləri köməklik edib onu avtomobildən çıxardarkən onun avtomobili ilə toqquşmuş Mercedes Benz minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobilin də hərəkəti istiqamətində yolun sol kənarındakı ağaclıq ərazidə özündən 90-100 metr arxada ağaclara dəyib dayandığını görmüşdür. Az sonra hadisə yerinə gəlmiş TTY avtomobili ilə Bakı şəhərindəki 3 nömrəli klinik xəstəxanasına aparılmışdır. Həmin gün əməliyyat olunmaq üçün X6 getmişdir. Orada ayaqları əməliyyat olunmuşdur. Sonradan məlum olmuşdur ki, onun avtomobili ilə toqquşan avtomobilin sürücüsü Təqsirləndirilən şəxs olmuşdur. Hadisə nəticəsində özünə avtomobili və səhhəti daxil olmaqla 100 000 manat maddi ziyan dəymişdir. Müalicə xərclərinin ödənilməsini tələb edir. İbtidai araşdırma zamanı şahid qismində ifadəsi alınmış və məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan edilmişdir. Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd etmişdir ki, 06 iyun 2024-cü ildə saat 14:40 radələrində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Türkan-Qala yolunda Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C220» minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobillə Zərərçəkmiş şəxs idarə etdiyi «Mercedes Benz 230» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşması barədə məlumat alaraq dərhal hadisə yerinə getmişdir. Orada yolun Şüvəlan qəsəbəsi istiqamətinə sağ tərəfində ağaclıq ərazidə kökündən qopmuş bir neçə zeytun ağaclarının yaxınlığında qabaq sol təkəri qırılaraq yerində olmayan, sol yan hissəsi sürtülmüş və əzilmiş vəziyyətdə olan «Mercedes Benz 230» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin, həmin avtomobildən arxada isə qabaq sol təkəri sınıb qatlanmış, qabaq sol tin hissəsi əzilmiş, qabaq buferi qopmuş, ağaca söykənmiş vəziyyətdə «Mercedes Benz C220» minik markalı 99- DG-897 dövlət qeydiyyat nişanlı avtomobili görmüşdür. «Mercedes Benz 230» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs xəstəxanaya aparılsa da valideyinləri və qohumları hadisə yerində olmuşlar. «Mercedes Benz C220» minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs xəsarət alsa da hadisə yerində olmuşdur. Hal şahidlərinin, sürücü Təqsirləndirilən şəxs, həmçinin Müdafiəçi valideyinləri və qohumlarının iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Baxış zamanı yolun Qala qəsəbəsi istiqamətində olan hissəsində yəni, Təqsirləndirilən şəxs idarə etdiyi «Mercedes Benz C220» minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağında, yolun hərəkət hissələrini ayıran bütöv ağ xətdən sağ tərəfdə asfalt ötrük üzərində avtomobillərin toqquşmalarına xarakterik olan sürtünmə, eşinti izləri, avtomobillərdən düşmüş torpaq və plastmas qırıntıları aşkar olunmuşdur. Həmin yer avtomobillərin toqquşma yeri kimi qəbul olunmuşdur. Toqquşma nəticəsində Müdafiəçi idarə etdiyi «Mercedes Benz 230» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq sol təkəri qırıldığından yolun Şüvəlan qəsəbəsi istiqamətində olan zolaqda yolun sağ kənarına doğru cırılmış izlər olmuşdur. Tərəfindən hadisə yerinin foto şəkilləri çəkilmiş, hadisə yerinin sxemi və protokolunu tərtib etmişdir. Baxışda iştirak edən Müdafiəçi valideyinləri və qohumları tərtib olunmuş sxem və protokolu imza etməkdən imtina etmişlər. Sonradan Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs izahatlarını almış və 18 iyun 2024-cü ildə toplanmış materialların aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: -06 iyun 2024-cü il tarixli hadisə yerinə baxış keçirilməsi protokolundan görünür ki, yol-nəqliyyat hadisəsi Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində baş vermişdir. Bu barədə fotoşəkillər çəkilərək və görüntü əldə edilərək protokola əlavə edilmişdir; - Sərxoşluq vəziyyətinin tibbi müayinəsinin xx.xx.2024-cü il tarixli, 1/5000 saylı protokolundan görünür ki, sürücü Təqsirləndirilən şəxs alkoqol sərxoşluğu müəyyən olunmamışdır; - Məhkəmə tibbi ekspertizasının xx.xx.2024-cü il tarixli 607 №-li rəyinə əsasən Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlər - travmatik şokla nəticələnmiş sol daban sümüyünün çoxqəlpəli, oynaqdaxili, sümük defekti ilə müşayiət olunan sınığı, sağ baldır sümüklərinin qəlpəli, açıq, yerdəyişmiş sınığı küt əşya (əşyalar) təsirindən xx.xx.2024-cü ildə yol-nəqliyyat hadisəsi zamanı əmələ gəlmişdir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddir; - Məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının xx.xx.2024-cü il tarixli, 8/1861 saylı rəyindən görünür ki, Mercedes Benz markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X7” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili yaşayış məntəqəsində 60 km/saatdan artıq, yəni 65-70 km/saat sürətlə idarə etdiyindən onun hərəkətlərində "X7” Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 2-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş; - 31.10.2024-cü il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Xəzər RPİ- nin DYPŞ-dən alınmış xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs BC 045670 seriyalı sürücülük vəsiqəsi verilmişdir və o, sürücülük hüququndan məhrum edilməmiş və hər hansı bir məhdudiyyət yoxdur; - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Xəzər RPİnin İŞ-nin müstəntiqi E.Məmmədov tərəfindən Azərbaycan Respublikasının CM-nin 263.1 - 1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2024- cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; - 20 iyun 2025-ci il tarixli ifadənin yerində yoxlanılması barədə protokoldan görünür ki, Təqsirləndirilən şəxs ifadəsi yerində yoxlanılarkən ilkin izahat və ifadələrini təsdiq etmiş, ifadənin yerində yoxlanılması istintaq hərəkəti zamanı ölçmələr aparılaraq Mercedes Benz minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobilin Mercedes Benz C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobilin hərəkət zolağına çıxdığı andan avtomobillərin toqquşduğu yerədək 46 metr məsafə qət etməsi müəyyən edilmişdir; - Hadisə yerində quraşdırılmış müşahidə kamerasından götürülmüş diskə baxış protokolundan görünür ki, baxış zamanı diskdə olan videogörüntüdən müəyyən edilmişdir ki, Keçirilmiş baxışla müəyyən edildi ki, təqdim edilmiş 1 ədəd DVD formatlı diskdir, həmın disk xidməti otaqda «HP» markalı kompüterin DVD oxucusu vasitəsi ilə açıldıdıqda içərisində qovluğun olması müşahidə olundu. Qovluğunun video görüntülərinə baxış keçirildi. Baxış zamanı müəyyən olundu ki, görüntü Bakı şəhəri Xəzər rayonu Şüvəlan eesəbəsi Türkan-Qala yolunda baş vermiş yol nəqliyyat hadisəsindən dərhal sonra mobil telefon vasitəsilə çəkilmişdir. Hadisə yerində yolun Şüvəlan qəsəbəsi istiqamətinə sağ – tərəfində ağaclıq ərazidə kökündən qopmuş bir neçə zeytun ağaclarının yaxınlığında qabaq sol təkəri qırılaraq yerində olamayan və qabaq, sol yan hissəsi sürtülmüş və əzilmiş vəziyyətdə olan «Mercedes Benz 230» minik markalı **-RA-*** dövlət qeydiyyat nişanlı avtomobil, həmin avtomobildən arxada isə qabaq sol təkəri sınaraq sola doğru qatlanmış, oabaq sol tin hissəsi əzilmiş, qabaq buferi qopmuş, hava yaşdıqları açılmış, ağaca söykənmiş vəziyyətdə «Mercedes Benz C220» minik markalı **-DG-*** dövlət qeydiyyat nişanlı avtomobil dayanmışdır. Yolun Qala qəsəbəsi istiqamətində olan hissəsində, yolun hərəkət hissələrini ayıran bütöv ağ xətdən sağ tərəfdə asfalt ötrük üzərində avtomobillərin toqquşmalarına xarakterik olan sürtünmə, eşinti izləri, yolun Qala qəsəbəsi istiqamətinə olan zolağında tormoz izi, avtomobilləridən düşmüş torpaq və plasmas qırıntıları görünür; - İş üzrə təyin edilmiş kompleks məhkəmə trasoloji və əlavə məhkəmə yol nəqliyyat hadisəsi ekspertizasının 1 sentyabr 2025-ci il tarixli 8/1618 №-li rəyi ilə müəyyən edilmişdir ki, Mercedes Benz C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X7» Azaybaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur; - 30 sentyabr 2025-ci il tarixli maddi sübutun tanınması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobil və Zərərçəkmiş şəxs idarə etdiyi Mercedes Benz 230 minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobil cinayət işi üzrə maddi sübut kimi tanınaraq saxlanılması üçün sahiblərinə qaytarılmışdır. -xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-1 -ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2026-c il tarixli qərarından aydın olur ki, Zərərçəkmiş şəxs CM-nin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata CPM-nin 39.1.12-ci maddəsinə əsasən xitam verilmişdir; -Təqsirləndirilən şəxsin barəsində qətimkan tədbiri seçilməsi haqqında xx.xx.2025- ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir; -AZ-İV N197801 saylı və AZ-İİİ N8611023 saylı doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, Təqsirləndirilən şəxs himayəsində 20 iyun 2015-ci il təvəllüdlü Məryəm və 09 dekabr 2018-ci il təvəllüdlü Heydər adlı 02 yetkinlik yaşına çatmayan övladı vardır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, ittihamın əsası kimi məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsinə şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Beləliklə, iş üzrə toplanmış və biri digərini tamamlayan sübutların cəminə qiymət verməklə məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirli olması tam sübuta yetmişdir. Məhkəmə təqsirləndirilən şəxsin əməlinin hüquqi tövsifi məsələsini də həll etmiş və belə nəticəyə gəlmişdir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs əməli istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə tövsif edilmişdir. Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib belə qənaətə gəlir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: -39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); -40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; -43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: -1.16-cı bəndinə əsasən öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxsləri təsbit edir; 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan 02 övladı vardır, bununlada amnistiya aktının 1.16-cı bəndində göstərilən şəxslər kateqoriyasına daxildir. Yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu kateqoriyadan olan şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 1.16 və 5.1-ci bəndlərinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası CPM-nin 156.4-cü maddəsinə əsasən cinayət işi üzrə icraata xitam verildiyi hallarda, şübhəli və ya təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbirləri xitam olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş qətimkan tədbiri ləğv edilməlidir. Eyni zamanda məhkəmə qeyd edir ki,Zərərçəkmiş şəxs tərəfindən ibtidai istintaq zamanı mülki iddiaçi qismində tanınması ilə bağlı ərizə verilmiş və o, mülki iddiaçı kimi tanınmışdır. Lakin iş materillarından görünür ki, onun tərəfindən ibtidai istintaq zamanı mülki iddia ərizəsi təqdim edilməmişdir. Zərərçəkmiş şəxs tərəfindən məhkəmə iclası zamanı mülki iddia ərizəsi təqdim etmiş, lakin, dövlət rüsumu ödənilmədiyindən mülki iddia ərizəsi icraata qəbul edilmədən geri qaytarılmışdır. Odur ki, Zərərçəkmiş şəxs izah edilir ki, vurulmuş zərərin əvəzinin ödənilməsi ilə bağlı mülki icraat qaydasında iddia ərizəsi ilə aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququ vardır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 1.16-cı bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin Cinayət işi üzrə aparılmış ekspertiza tədqiqatının dəyərini təşkil edən 378 manat Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Maddi sübut qismində tanınmış Mercedes Benz C220 minik markalı 99DG897 dövlət qeydiyyat nişanlı avtomobilin və Mercedes Benz 230 minik markalı 77RA919 dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərardan protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar