Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-553/2025 21.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1-də qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında” iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirmək məqsədil ilə tanışları Şahid3, X12, X3, Şahid2, Şahid4, Şahid5 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında cinayət əlaqəsinə girərək Zərərçəkmiş şəxs işlətdiyi və özünə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Şahid1 adına olan “ED Lombard-2” lombarda gedib Zərərçəkmiş şəxs əvvəlcədən qrup üzvləri ilə öz aralarında danışıb ümumi razılığa gəldikləri kimi içərisində istifadəyə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarları, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro", “İphone 15 pro” və “İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını original qaydada qablaşdırılmış və ağzı açılmamış halda verib içərisində saz vəziyyətdə həmin qutularda işlənməmiş mobil telefonlar olmasını yalandan bildirib, bir ay müddətində ağzını açmamaq şərti ilə verib vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs xeyli məbləğdə pulunu ələ keçirtmək məqsədi ilə ondan müəyyən məbləğdə pul vəsaiti götürüb bir ay müddətində faizi ilə birlikdə geri qaytaracaqları və həmin telefonları lombarddan geri götürəcəklərinə dair hər bir qrup üzvü ayrı-ayrılıqda 10 aprel 2025-ci il tarixdən 28 aprel 2025-ci il tarixi əhatə edən dövr ərzində yalan vəd verib Zərərçəkmiş şəxs inandırmaqla aldadadıb razılaşdıqdan sonra, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivində yerləşməklə Zərərçəkmiş şəxs işlətdiyi “ED Lombard-2” lombarda gələn qrup üzvü X12 09 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X4 deyib və iki mobil əlaqə telefon nömrəsini ona yazdıraraq qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676638 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1200 manat məbləğində pul almaqla, qrup üzvü X3 10 aprel 2025-ci il tarixdə Zərərçəkmiş şəxs adını yalandan X5 təqdim edən qrup üzvlərinin iştirakı ilə 01 ədəd “İphone 14 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676645 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 600 manat məbləğində pul almaqla, qrup üzvü Şahid2 özünü yalandan X2 təqdim edərək 11 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676651 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, qrup üzvü X12 qrup üzvlərinin iştirakı ilə 14 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib, girov qoyub 676661 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, özü qrup üzvlərinin iştirakı ilə 15 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676667 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1450 manat məbləğində pul almaqla, qrup üzvü Şahid3 X12 ilə 16 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 02 ədəd mobil telefon qutusunu birlikdə içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676670 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1600 manat məbləğində pul almaqla, o, qrup üzvü Şahid5 ilə birlikdə 17 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 02 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib X8 və Şahid3 qohumu olmasını bildirib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib aldadaraq girov qoyub 676678 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 2200 manat məbləğində pul almaqla, qrup üzvü Şahid2 qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 16 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsini yazdırmaqla aldadaraq girov qoyub 676698 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1050 manat məbləğində pulu nağd olaraq və həmin gün saat 21:02 radələrində Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, yeni yaşayış massivi, nömrəsiz fərdi evində olduğu vaxt öz istifadəsində olan ******** 2329 seriyalı kartın hesabından Şahid2 deməsi ilə onun tanışı Mehdi İ.... adına olan 4169 7388 0152 6934 seriyalı Bank“ kartın hesabına 200 manatı köçürtdürməklə ondan alıb Zərərçəkmiş şəxs cəmi 1250 manat məbləğində pul almaqla, qrup üzvü X3 özünün şəklini X10 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Əziz Məmmədov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 18 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib iki mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676690 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 1100 manat məbləğində pul almaqla, qrup üzvü X12 qrup üzvlərinin iştirakı ilə 22 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676720 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 700 manat məbləğində pul almaqla, qrup üzvü X12 qrup üzvlərinin iştirakı ilə 24 aprel 2025-ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676731 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 900 manat məbləğində pul almaqla, özünün şəklini X11 şəxsiyyət vəsiqəsinin surətinə yapışdırıb özünü Afşin Əzizov kimi təqdim edərək qrup üzvlərinin iştirakı ilə 28 aprel 2025ci il tarixdə 01 ədəd “İphone 15 pro” markalı 01 ədəd mobil telefon qutusunu içərisi əvvəlcədən digər əmlaklarla doldurulmuş vəziyyətdə Zərərçəkmiş şəxs təqdim edib içərisində faktiki həmin markalı işlənməmiş telefon aparatı olduğunu yalandan deyib mobil əlaqə telefon nömrəsi yazdırıb aldadaraq girov qoyub 676747 nömrəli Girov Bileti yazdırmaqla Lombardı işlətməklə pul sahibi olan Zərərçəkmiş şəxs həmin ünvanda 500 manat məbləğində pul almaqla, Zərərçəkmiş şəxs məxsus ümumilikdə aldıqları 13600 manat təşkil edən pul vəsaitini Təqsirləndirilən şəxs qrup üzvləri ilə öz aralarında bölüşdürməklə şəxsi ehtiyaclarına sərf edərək verdiyi vədə əməl etməyib etibarından suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını qabaqcadan əlbir olan bir qrup şəxs halında vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib Zərərçəkmiş şəxs ümumilikdə 13600 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Toğrulu uzun müddətdir ki, tanıyır. Toğrul vastəsilə Mehdini və digər şəxsləri görmüş, lakin yaxın əlaqəsi olmamışdır. Həmin şəxsləri bir neçə dəfə Binə qəsəbəsində yerləşən lombarda aparmışlar. Toğrulu tanışları olan, Yalçın, Semur və adını xatırlamadığı digərlərinin söhbəti əsnasında bilmişdir ki, lombarda içi boş telefon qutusu verib pul götürəcəklər. Bu işləri Semur və Yalçın planlaşdırmışdır. O, Əli ilə danışmamış və lombarda telefon qutusu verib pul götürməmişdir. O, lombarda daxil olmamış, yalnız sürücü kimi iştirak etmişdir. Maddi imkanı pis olduğundan və pula ehtiyacı olduğundan bu əmələ razılıq vermişdir. Ona cəmi 600 manat pul çatmışdır. Zərərçəkmiş şəxsə 1500 manat pul ödəmişdir. Təqsirləndirilən şəxs əlavə olaraq cinayət əməlindən peşman olduğunu, cinayət nəticəsində dəymiş ziyanın bir qismini zərərçəkmiş şəxsə ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirmişdir ki, “ED Lombard-2” atasının adınadır, Xəzər rayonu, Binə qəsəbəsində yerləşir, birlikdə 4 ildir ki, işlədirlər, başqa filialını atası, bunu özü işlədir. Müxtəlif zamanlarda əvvəllər tanımadığı bir neçə şəxs ona içərisinə yararsız vəziyyətdə olan mobil telefon batareyalarını və aksesuarlarını, dəmir qırıntıları yerləşdirməklə “İphone 14 pro”, “İphone 15 pro”, “İphone 16 pro” markalı mobil telefon aparatlarının qutularını orginal qaydada qablaşdırılmış və ağzı açılmamış halda, işlənməmiş mobil telefonlar olmasını yalandan bildiriliblər. Bir ay müddətinə ağzı açmamaq şərti ilə verib, bir aydan sonra faizi ilə birlikdə ödəyəcəklərini deyiblər. Həmin şəxslərə inanaraq ümumi 13600 manat məbləğdə pulu onlara faizi ilə birlikdə qaytarmaq şərti ilə vermişdir. Təqsirləndirilən şəxs mağazaya gələn şəxslərlə birgə sürücü olaraq görmüşdür. Ona dəymiş ziyana görə Təqsirləndirilən şəxs tərəfindən 1500 manat pul ödənilmişdir. Ziyanın tam ödənilməsini tələb edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. “ED Lombard-2” adlı lombardı öz adına təsis etmiş, lakin ilk gündən oranı oğlu işlədir, bütün əmlaklar, oradakı pullar oğluna məxsusdur. Ona məlum olmuşdur ki, bir neçə nəfər bahalı telefon marasına məxsus içi boş qutuları oğluna təqdim edərək cəmi 13900 manat pulunu ələ keçirmişlər. Oğluna 13600 manat maddi ziyan dəyibdir. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Şahid2 sinif yoldaşıdır, 12-13 ildir ki, bir-birilərini tanıyırlar, Təqsirləndirilən şəxs adlı şəxsi 2 ildir ki, Bakı şəhəri, Xalqlar Dostluğu metrosunun yanında telefon satışı-alışı mağazasında işlədiyindən onunla münasibəti vardır, Semur Abbaslı və Novruzov Yalçını isə Mehdinin işlədiyi mağazadan 3-5 ildir ki, tanıyır, onların mağazası Neftçilər metrosunun yanında olubdur, özü də lombard mağazasında işləyib, lombard işini yaxşı bilir. Bəhruz və Cavanşir Semurun tanışlarıdır. 2025-ci ilin aprel ayının əvvəllərində Semur və Yalçın ona zəng edib görüşməyi təklif etmişdir, Bir-biriləri ilə görüşən zaman Cavanşir, Feyruz və Mehdi də orada olmuşdurlar. Semur İphone 15 və İphone 16 markalı mobil telefona məxsus 14 ədəd qutunun olmasını, tanıdığı lombardı aldatmaq və oradan telefon lombarda qoymaq adı ilə pul ələ keçirmək istəməsini ona demiş, bir-birilə əlbir olmağı təklif etmişdir,o da pula ehtiyacı olduğundan onlarla razılaşmışdır, həmin zaman oraya digər uşaqlar da gəlmişdir. Sonrakı zamanda daha dəqiq 09 aprel 2025 tarixdə onlar həmin mağazaya getmişlər, lombarda daxil olub, təzə vəziyyətdə olan original İphone 16 pro markalı telefon adıyla 1200 manat pul götürmüş, içərisində telefon olmayan həmin telefon qutusunu verib, Zərərçəkmiş şəxs adlı şəxsi aldatmışlar. Daha sonra 10 aprel 2025 tarixdə Abbaslı Semur, Yalçın və o lombarda daxil olub, digər uşaqlar küçədə gözləmiş, 600 manat pul istəyib, telefon qutusunu verib, bir ay ərzində telefonun faizini ödəyib geri alacağını bir ay ərzində telefonun qutusunu açmamağını xahiş etmişlər, pulu ələ keçirmişlər. 11 aprel 2025 tarixdə lombardan 900 manat , 14 aprel 2025 tarixdə 1200 manat , 15 aprel 2025 tarixdə 1450 manat , 16 aprel 2025 tarixdə 1600 manat , 17 aprel 2025 tarixdə 2200 manat, 18 aprel 2025 tarixdə 1250 manat , 18 aprel 2025 tarixdə 1100 manat, 22 aprel 2025 tarixdə 700 manat , 24 aprel 2025 tarixdə 900 manat , 28 aprel 2025 tarixdə 500 manat pul ələ keçirmiş, cəmi 14 ədəd boş telefon qutusu verib Zərərçəkmiş şəxs adlı şəxsi aldatmış,13600 manat pulunu aldatma yoluyla özlərinə götürmüşlər. Bütün əməllərdə bütün uşaqlar oraya getmiş, ona cəmi 700- 800 manat pul çatıbdır, başqa şəxslərə məxsus vəsiqələri Mehdi, Semur və Yalçın tapmış, qutuları da onlar təşkil etmiş,əməlindən peşmandır. Boş qutuların içinə lazımsız dəmir parçaların qoymuşlar ki, qutuların çəkisi yüngül olmasın. Başqa heç kim onlarla əlbir deyil, hər dəfə lombarda daxil olanda qutu verəndə Əli adlı şəxsə demişlər ki, qutunu bir ay ərzində açmasın, sonra planlaşdırıb may ayının ortalarında ölkədən çıxıb getmişdir. Əlaqə nömrələrinin çoxusunu səhv vermişlər, lakin Feyruzun, Mehdinin və Cavanşirin nömrələri düzgün olubdur. O, bir neçə dəfə lombarda daxil olmuş, lakin vəsiqələri Semur və digər uşaqlar vermişdir. İbtidai istintaq zamanı verdikləri ifadələrində digər şahidlər Şahid2, Şahid3 və Şahid5 Şahid4 ifadəsi ilə oxşar məzmunlu ifadə vermişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2025-ci il tarixli zərərəkmiş şəxs qismində tanımaq haqqında qərardan görünür ki, Şahid1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə nasaz batereya və mobil telefon hissələri olan 14 ədəd mobil telefon qutusu maddi sübut hesab edilmişdir; - xx.xx.2025-ci il tarixli və xx.xx.2025-ci il tarixli ittiham aktlarının surətindən aydın olur ki, Şahid3, Şahid2, Şahid5 və Şahid4 CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işləri ittiham aktı ilə birlikdə məhkəməyə göndərilmişdir; - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs CM-nin 178.2.1 və 178.2.4-cü madələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə yenidən ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş və o, Xəzər RPİ-nin MSY-dən azad edilmişdir; - xx.xx.2025-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs zərərçəkmiş Zərərçəkmiş şəxs 900 manat məbləğində pul ödəmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər cinayət məsuliyyətinə cəlb olunmamışdır; - xx.xx.2025- ci il tarixli qəbzdən görünür ki, zərərçəkmiş Zərərçəkmiş şəxs Şahid3 1000 manat, Şahid2 3700 manat, Şahid5 300 manat, Təqsirləndirilən şəxs isə 1500 manat məbləğində pul ödəmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 nömrəli Qərarının 39-cu bəndində məhkəmələrə tövsiyyə edilmişdir ki, dələduzluq cinayətinin törədilməsində təqsirli bilinmiş şəxslər barəsində cəza tədbiri seçərkən cəza təyin etmənin əsasları, prinsipləri və qaydaları təsbit edilmiş cinayət qanunvericiliyinin müvafiq normalarının tələblərinə əməl etsinlər, vurulmuş zərərin könüllü olaraq ödənilməsi və ya aradan qaldırılması kimi cəzanı yüngülləşdirən halı törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsi və xarakteri, iş üzrə müəyyən edilmiş cəzanı yüngülləşdirən və ağırlaşdıran hallarla, habelə işin digər halları ilə birgə müzakirə edərək nəzərə alsınlar. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsə dəymiş maddi ziyanı qismən ödəməsini (CM-nin 59.1.14), törətdiyi əməli etiraf edərək səmimi peşman olmasını nəzərə alır və onun cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməli, öz davranışı ilə islah olunmasını sübut etmək məqsədi ilə üzərinə qanunla müəyyən olunmuş vəzifələr qoyulmalı, tutulduğu 01 gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasına hesablanmalı (CM 69.3), barəsində seçilmiş «başqa yerə getməmək barədə iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasını yaşayış yerində çəkməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkməsinin əvvəli cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalı, cəza çəkdiyi bütün dövr ərzində ona elektron nəzarət vasitəsi tətbiq edilməli, təyin edilmiş azadlığın məhudlaşdırılması cəzasını çəkdiyi dövrdə davranışına nəzarət edən orqana məlumat vermədən yaşayış yerini hər gün saat 23:00-dan saat 07:00-dək olan vaxt ərzində tərk etməmək, tətbiq olunan elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləyib və ya təhsil alacağı halda bu barədə cəzanın icrasına nəzarət edən orqanına məlumat verməklə cəzanın icrasına nəzarət edən orqanına iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi tapşırılmalıdır. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının icrası və onun davranışına nəzarəti həyata keçirmək yaşayış yeri üzrə Bakı Şəhər Probasiya Şöbəsinə həvalə edilməlidir. Maddi sübut kimi tanınmış içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu ilə bağlı məsələnin həlli digər cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat və 28 aprel 2025-ci il tarixli, 141 saylı Qərarına əsasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 179, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.1 və 178.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulduğu 01 (bir) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə 02 (iki) gün ona təyin edilmiş cəzaya hesablansın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı, ünvan 1 ünvanını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhəri ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Təqsirləndirilən şəxs üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı Şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Maddi sübut kimi tanınmış içində nasaz batareya və mobil telefon olan 14 ədəd qutu ilə bağlı məsələnin həlli digər cinayət işləri üzrə yekun məhkəmə aktları ilə həll edilənədək Xəzər RPİ-də saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saat vaxta görə 198 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-553/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-553/2025
21.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver