Məhkəmə qərarları › İş №1(003)-554/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-554/2021

08.12.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-554/2021 08.12.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1969-cu il tarixdə Gəncə şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Gəncə şəhəri Kəpəz rayonu Zülfü Hacıyev küçəsi ev 54 mənzil 12-də qeydiyyatda olmaqla Gəncə şəhəri Kəpəz rayonu Sevinc qəsəbəsi fərdi yaşayış evində yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(003)-554/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri ilə dəyişdirilmiş, həbsetmənin əvvəli tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs özgənin əmlakını gizli olaraq talayıb maddi ziyan vurmaqla oğurluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10 iyun 2021-ci il tarixdə saat 08 radələrində yaşayış sahəsi olan Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi yeni yaşayış sahəsində yerləşən kirayə yaşadığı fərdi yaşayış evinin yataq otağından Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 700 manat dəyərində “Xiaomi Note 9” markalı mobil telefonu, 40 manat nağd pulu, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd 140 manat dəyərində telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarları olmayan və istifadədə olmuş “Honor” markalı “HRY-LX” (10 Lite) mobil telefonu, 40 manat nağd pulu gizli yolla talayaraq zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 740 manat, zərərçəkmiş Şamil Əsmətova 180 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə elan edilmiş ittihamda özünü təqsirli bilərək göstərdi ki, o, Bakı şəhərində qaldığı müddətdə müxtəlif yerlərdə fəhləlik işləri ilə məşğul olmuşdur. Fərhad və Şamili də 2021-ci ilin iyun ayının ilk günlərindən tanımışdır. Beləki onlar birlikdə Mərdəkan qəsəbəsində hazırda ünvanını xatırladığı yerdə kirayədə bir otaqda qalmış, eyni zamanda da yaxınlıqda yerləşən tikintidə işləmişlər. Hər gün səhər birlikdə evdən çıxıb və bir yerdə qayıdırmışlar. Fərhad və Şamil özlərinə məxsus pullarını, eləcə də mobil telefonlarını həmin qaldıqları otaqda qoyurmuşlar, iş yerinə aparmırmışlar. 10 iyun 2021-ci il tarixdə hər zamankı qaydada birikdə səhər tezdən evdən çıxmışlar, işlədikləri yerdə bir qədər olduqdan sonra o, saat 08 radələrində Fərhad və Şamildən həkimə getmək bəhanəsi ilə qaldıqları otağın açarını istəmişdir ki, guya həkimə gedib qayıdacaqmış. Onlar da qaldıqları otağın açarını ona vermişlər. O, açarı götürdükdən sonra bir başa qaldıqları otağa getmiş, qapının açarını açıb içəri daxil olaraq Fərhada məxsus bir ədəd “Xiaomi” markalı mobil telefonunu, yanında olan 40 manat pulunu və Şamilə məxsus “Honor” markalı mobil telefonu, yanında olan 40 manat pulunu götürüb qapının kilidini bağlayaraq açarı yaxınlıqda olan mağazaya vermişdir. Bundan sonra o, qeydiyyatda olduğu Gəncə şəhərinə getmək qərarına gəlmişdir. İlk öncə Bakı şəhərinə gedib həmin telefonlardan birini, yəni “Honor” markalı telefonu “20 yanvar” metrostansiyasının yaxınlığında yerləşən telefon mağazasına satmaq üçün mağazaya girmişdir. Bu zaman mağazaya daxil olan alıcı onu mağazadan çölə çağırmış və əlində olan göy rəngli telefonu neçəyə satdığını soruşmuşdur. O, ilk öncə həmin telefonu 140 manata satacağını bildirsə də sonradan 120 manata onunla razılaşmışlar. Hətta o, daha da inandırıcı olsun deyə telefonu maddi vəziyyəti ilə bağlı satdığını bildirmişdir. Telefonu verib 120 manat pulu həmin şəxsdən alıb sağollaşmışlar. Bundan sonra taksi ilə bir başa Beyləqan rayonuna gedib orada bazarın içərisində olan tanımadığı şəxsə oğurladığı “Xiaomi” markalı digər telefonu özünün olduğunu bildirib inandırmaqla 260 manata satmışdır. Həmin şəxsə inandırıcı olması üçün öz adını da təqdim etmişdir. Bundan sonra yaşadığı evə getmiş və həmin pulları, eləcə də telefonları satdığı pulları öz şəxsi ehtiyaclarına xərcləmişdir. Düşünmüşdür ki, etdiyi əmələ görə polis tərəfindən axtarılacaq, məhz bu səbəbdən də ona gələn naməlum zənglərə cavab vermirmiş. Sonradan Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Honor 10 Lite” markalı mobil telefonu ondan almış X1 istintaqa təqdim etmişdir. Törətdiyi bu əməldən peşman olmuşdur, lakin maddi imkanı olmadığı üçün zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəyə və onlarla barışa bilməmişdir. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, dostu, eləcə də həmkəndlisi Zərərçəkmiş şəxs2 və sonradan tanıdığı Mehman ilə birlikdə Mərdəkan qəsəbəsində bir otaqlı evdə kirayədə qalır və hər üçü bir yerdə işləyirmişlər. 10 iyun 2021-ci il tarixdə hər zaman olduğu kimi, birlikdə evdən çıxıb yaşadıqları evin yaxınlığında olan fəhlə işlədikləri ünvana getmişlər. Onlar hər dəfə işləmək üçün gedən zaman pullarını və telefonlarını qaldıqları evdə qoyurmuşlar, bundan Mehmanın da məlumatı olmuşdur. Telefonları evdə qoymaqda məqsədləri o olmuşdur ki, işləyəndə telefonları cızılmasın, belə ki, işlədikləri yer yaxındır, vacib lazım olsa, telefonu gəlib götürməyə imkan olmuşdur. Həmin gün saat 08 radələrində işdə olduqları zaman Mehman onlardan evin açarını istəmiş və bildirmişdir ki, həkimə gedib gələcəkdir. Onlar da Mehmanla otaq yoldaşı olduqlarından, inanıb şəxsi əşyaları olan otağın, yəni Mehman ilə birlikdə qalıdıqları otağın açarını Mehmana vermişlər. Bir neçə saat keçdikdən sonra, təxminən saat 14 radələrində mağazaya getmək üçün pul lazım olduğundan, qaldığları otağa getməli olmuş və oraya çatanda qapının bağlı olduğunu görmüşdür. Otağın açarını çox vaxt bir-birlərinə lazım olduğu üçün qaldıqları evin yaxınlığında olan mağazaya qoyurmuşlar, o da açarın mağazada olduğunu soruşmuşdur və açarı mağazadan götürdükdən sonra qaldığı otağın kilidini açıb otağa girmişdir. Bu zaman görmüşdür ki, otağda ona məxsus 80 manat pul və 300 manat dəyərində “Honor 10 Lite” markalı telefonu yerində yoxdur. O, dərhal qaçıb Fərhadı da çağırmış və Fərhad gəldikdən sonra məlum olmuşdur ki, Fərhadın da “Xioami” markalı mobil telefonu, 40 manat pulu yerində yoxdur. Artıq onlar başa düşmüşlər ki, Mehman əşyaları və pulları oğurlamışdır. Çünki, Mehmanın mobil nömrəsinə zəng vurmuşlar, lakin zəng çatmamışdır. Odur ki, bir daha mobil telefonların, pulların Mehman tərəfindən oğurlandığını başa düşüb bu barədə DİN “102” zəng xidmətinə məlumat vermişlər. Bir qədər keçmiş ora gələn polis əməkdaşları muayinə edərək protokol tərtib edib fotoşəkillər çəkmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 380 manat maddi ziyan dəymişdir. Sonradan ona məxsus 01 ədəd “Honor 10 Lite” markalı mobil telefonu Mehmandan almış X1 istintaqa təqdim etmiş, istintaq da həmin telefonu ona qaytarmışdır. Ziyanın qalan hissəsi isə indiyə qədər ona ödənilməmişdir, buna görə də o, Mehmandan şikayətçidir, onunla barışmaq fikri yoxdur. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini və Mehmana törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Zərərçəkmiş şəxs2 ittiham aktında göstərilən ünvanına dəfələrlə çağırış vərəqəsi, mobil telefonuna isə “sms” göndərilərək məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilsə də, o, heç bir üzrlü səbəb olmadan məhkəmə iclaslarına gəlməmiş, gəlməməsinin səbəblərini bildirməmişdir. Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etməməsi nəzərə alınaraq, işə onun iştirakı olmadan baxılması mümkün hesab edilmiş, habelə onun ibtidai istintaq dövründə vermiş olduğu ifadəsi elan edilmişdir. Həmin ifadəsində o, göstərmişdir ki, dostu, eləcə də həmkəndlisi Zərərçəkmiş şəxs1 və sonradan tanıdığı Mehman adlı şəxs ilə birlikdə Mərdəkan qəsəbəsində bir otaqlı evdə kirayədə qalır və hər üçü bir yerdə işləyirmişlər. 10 iyun 2021-ci il tarixdə hər zaman olduğu kimi, birlikdə evdən çıxıb yaşadıqları evin yaxınlığında olan fəhlə işlədikləri ünvana getmişlər. Onlar hər dəfə işləmək üçün gedən zaman pullarını və telefonlarını qaldıqları evdə qoyurmuşlar, bundan Mehmanın da məlumatı olmuşdur. Telefonları evdə qoymaqda məqsədləri o olmuşdur ki, işləyəndə telefonları cızılmasın, belə ki, işlədikləri yer yaxındır, vacib lazım olsa telefonu gəlib götürməyə imkan olmuşdur. Həmin gün saat 08 radələrində işdə olduqları zaman Mehman onlardan evin açarını istəmiş və bildirmişdir ki, həkimə gedib gələcəkdir. Onlar da Mehmanla otaq yoldaşı olduqlarından inanıb şəxsi əşyaları olan otağın, yəni Mehman ilə birlikdə qalıdıqları otağın açarını Mehmana vermişlər. Bir neçə saat keçdikdən sonra, təxminən saat 14 radələrində mağazaya getmək üçün pul lazım olduğundan, Şamil qaldıqları otağa getmişdir. Bir neçə dəqiqə sonra Şamil qaçaraq gəlmişdir ki, Mehman onun telefonunu da, pulunu da götürüb, özü də yoxdur. O da dərhal Şamil ilə birlikdə qaldıqları yerə getmiş, orada ona da məlum olmuşdur ki, otaqda qoyduğu ona məxsus “Xioami Note 9” markalı mobil telefonu və 40 manat pulu yerində yoxdur. Artıq onlar başa düşmüşlər ki, otaq yoldaşı Mehman əşyaları və pulları oğurlayıb. Çünki Mehmanın mobil nömrəsinə zəng vurmuşlar, lakin zəng çatmamışdır. Odur ki, bir daha mobil telefonların, pulların Mehman tərəfindən oğurlandığını başa düşüb bu barədə DİN “102” zəng xidmətinə məlumat vermişlər. Bir qədər keçmiş hadisə yerinə gələn polis əməkdaşları muayinə edərək protokol tərtib etmiş və fotoşəkillər çəkmişlər. Oğurluq nəticəsində ona ümumilikdə 740 manat maddi ziyan dəymiş, lakin həmin ziyan indiyə qədər ona ödənilməmişdir, buna görə də o, Mehmandan şikayətçidir, onunla barışmaq fikri yoxdur. Bütün bunların nəzərə alınaraq ona dəymiş ziyanın ödətdirilməsinə köməklik göstərilməsini və Mehmana törətdiyi əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. İş materiallarına əlavə olunmuş ifadənin yerində yoxlanılması barədə protokoldan və fotoşəkillərdən görünür ki, Təqsirləndirilən şəxs ifadəsində qeyd etdiyi xüsusatları istiqamətləndirici hərəkətləri ilə göstərərək bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş təqdim etmə və götürmə barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Honor 10 Lite” markalı mobil telefonu X1 istintaqa təqdim etmişdir. İş materiallarına əlavə olunmuş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 29 sentyabr 2021-ci il tarixli 9/6807 saylı rəyindən görünür ki, ekspertiza tədqiqatına təqdim edilmiş 1 ədəd “Honor” markalı “HRY-LX” (10 Lite) mobil telefon aparatının satış üçün komplektləşdirilməsinə daxil edilən aksesuarların olmamasını və istifadədə olduğunu nəzərə alaraq 2021-ci ilin iyun ayına olan orta bazar qiyməti təxminən 140,00 (bir yüz qırx) manat müəyyən olunur. Aparılmış ekspertiza tədqiqatının dəyəri 50,00 (əlli) manat təşkil edir. İş materiallarından görünür ki, 01 ədəd “Honor 10 Lite” markalı mobil telefon maddi sübut kimi tanınmış və sahibi Zərərçəkmiş şəxs1 qaytarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 12 avqust 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın özgənin əmlakını gizli olaraq talaması faktı onun özünün, zərərçəkmiş şəxsin və şahidin ifadələri və digər iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxsnın əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdır. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxsnın törətdiyi əməli etiraf edərək peşman olmasını, maddi ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-in 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxsnın cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-in 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, ona cinayət qanununun təqsirli bilindiyi maddəsinin sanksiyasında nəzərdə tutlmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 sentyabr 2021-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuş və 22 sentyabr 2021-ci il tarixdə barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilərək Xəzər RPİ MSY-dən azad edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli 1(003)-554/2021 saylı qərarından görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbirinin dəyişdirilərək həbs qətimkan tədbiri ilə əvəz edilməsi, barəsində həbsli axtarış elan edilməsi və həbsetmənin əvvəlinin tutulduğu gündən hesablanması qərara alınmışdır. İş materiallarında olan Xəzər rayon Polis İdarəsinin 1-ci Polis Şöbəsi tərəfindən məhkəməyə ünvanlanmış 24 noyabr 2021-ci il tarixli 056-15777-1221 saylı məktubdan görünür ki, Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilən şəxs, axtarışda olan Təqsirləndirilən şəxs 24 noyabr 2021-ci il tarixdə Xəzər RPİ-nin 1-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən Sabunçu rayonu ərazisində tutularaq saxlanılması üçün Xəzər RPİ-nin MSY-nə təhvil verilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən 01 (bir) günə 01 (bir) gün hesablanmaqla ona təyin edilmiş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılmalı və üzərində qəti olaraq azadlıqdan məhrum etmə cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Honor 10 Lite” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınmalıdır. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 50,00 (əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 177.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxsnın dövlət hesabına hüquqlarını ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı və məhkəmə iclaslarında göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 25 iş saatına görə (ibtidai istintaq zamanı 15 saat və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 10 saat) cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut, ekspertiza xərci və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-347, 349, 351- 353, 356, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs şübhəli şəxs qismində 20 sentyabr 2021-ci il tarixdən 22 sentyabr 2021-ci il tarixə qədər 02 (iki) gün saxlanıldığı müddət Azərbaycan Respublikası CM-nin 69.3-cü maddəsinə əsasən ona təyin edilmiş 09 (doqquz) ay müddətə azadlıqdan məhrum etmə cəzasının müddətindən çıxılsın və üzərində qəti olaraq 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 24 noyabr 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut – Zərərçəkmiş şəxs1 məxsus 01 ədəd “Honor 10 Lite” markalı mobil telefonun sahibinə qaytarılması nəzərə alınsın. Zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs 50,00 (əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 150,00 (bir yüz əlli) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar