Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-554/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Rüstəmov Emin Şahin oğlunun sədrliyi, Şükürlü Murad Şahin oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2001-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta ixtisas təhsilli, işləməyən, məhkumluğu olmayan, Bakı şəhəri Xəzər rayonu V.Mirzəyev küçəsi ev 2-də qeydiyyatda olmaqla yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq istintaqa məlum olmayan vaxtda və mənbədən təmiz çəkisi 0,544 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 22 fevral 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsində yerləşən məscidin yaxınlığına kimi daşımış, həmin gün saat 19:15-də Xəzər RPl-nin 3-cü PŞ- nin əməkdaşları tərəfindən həmin yolda piyada hərəkətdə olarkən saxlanılaraq orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi - 0,453 qram olan ağ rəngli, kristallik və kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsində yerləşən "Xalça” mağazasının yaxınlığında daşıyaraq üzərində saxlamış, 06 may 2025-ci il tarixdə, saat 11:30-da Xəzər RPl-nin 3-cü PŞ- nin əməkdaşları tərəfindən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsində yerləşən “Xalça” mağazasının yaxınlığında saxlanılaraq Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin əməkdaşları tərəfindən üzərinə videoçəkilişlə baxış keçirilən zaman əynindəki boz rəngli cins şalvarın sağ yan cibindən ağ rəngli sellofana bükülmüş 01 ədəd bükümdə kustar üsulla hazırlanmış həmin təmiz çəkisi - 0,453 qram olan xeyli miqdarda psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsində yerləşən “Binə İdman kompleksi”-nin yaxınlığına kimi daşımış, həmin gün saat 19:30-da Xəzər RPl-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən piyada hərəkətdə olarkən saxlanılıb orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı əynində olan qara rəngli şalvarının sağ yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq bir ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla xx.xx.2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, 4 saylı BŞX-nin yaxınlığına kimi daşımış, həmin gün saat 16:20də Xəzər RPl-nin 3-cü PŞ-nin əməkdaşları tərəfindən piyada hərəkətdə olarkən saxlanılıb orada üzərinə videoçəkiliş aparılmaqla baxış keçirilmiş və baxış zamanı əynində olan boz rəngli şalvarının sol yan cibindən şəffaf sellofana bükülmüş 01 ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan xeyli miqdarda kustar üsulla hazırlanmış həmin psixotrop maddə metamfetamin aşkar edilərək Təqsirləndirilən şəxs götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, narkotik vastələrə və pisxotrop maddələrə asılılığı olduğu üçün onlardan istifadə edir. Şəxsi istifadəsi üçün müxtəlif yerlərdən “şüşə” kimi tanıdığı psixotrop maddə almışdır. 22 fevral 2025-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Rəhmanov küçəsində yerləşən məscidin yaxınlığında tanışı ilə birlikdə olan zaman polis əməkdaşları onlara yaxınlaşaraq özlərini təqdim etmişlər və onlara üzərlərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar, o da əynində olan şalvarın cibində olan 01 büküm şüşəni polis əməkdaşlarına təqdim etmişdir. Onun kimi Şahid10 də əynində olan şalvarın cibində olan 01 büküm şüşəni polis əməkdaşlarına təqdim etmişdir. Sonra 06 may 2025-ci il tarixdə səhər tez saatlarında Suraxanı rayonu, Suraxanı qəsəbəsi ərazisində 40 manata şəxsi istifadəsi üçün “şüşə” almış və üzərində saxlamışdır. Bir neçə saat sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən "Xalça” mağazasının yaxınlığında olan zaman polis əməkdaşları ona videogörüntü ilə yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Bu təklifən sonra o cins şalvarının cibində olan bir ədəd bükümü polis əməkdaşlarına təhvil vermişdir. Daha sonra həmin ay Suraxanı qəsəbəsində tanımadığı şəxsdən yenə 01 büküm “şüşə” alaraq şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Həmin gün Binə qəsəbəsində yerləşən “Binə İdman kompleksinin” yaxınlığında olan zaman polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim etmişlər və ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşyanın olub-olmamasını soruşmuşlar, o da əynində olan şalvarın cibində olan 01 büküm “şüşə”ni polis əməkdaşlarına təqdim etmişdir. Sonuncu dəfə 2025ci ilin avqust ayında səhər saatlarında Suraxanı qəsəbəsi ərazisində şəxsi istifadəsi üçün yenə “şüşə” almış və üzərində saxlamışdır. Bir neçə saat sonra Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı BŞX-nin yaxınlığında olan zaman polis əməkdaşları ona videogörüntü ilə yaxınlaşaraq özlərini təqdim edib üzərində qanunla dövriyyəsi qadağan edilmiş əşya və ya predmet olduğu təqdirdə təqdim etməyini təklif etmişlər. Bu təklifən sonra o əynində olan şalvarının cibində olan bir ədəd bükümü polis əməkdaşlarına təhvil vermişdir. Onu şübhəli şəxs qismində polis şöbəsinə dəvət etmişlər. Ona qarşı qarşı heç bir fiziki və ya psixoloji təzyiq edilməmişdir. Etdiyi əməldən peşmandır. Məhkəmə iclasında iştirak edən şahid Xəzər RPİ-nin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili polis baş leytenantı Şahid5 ifadəsində göstərmişdir ki, 22 fevral 2025ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində "Mehdi” və "Elmar” adlı şəxslərin narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Həmin şəxslərin cinayət əməllərini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid9, Xəzər RPl-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4 və onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə o və qeyd etdiyi əməkdaşlardan ibarət əməliyyat qrupunun yaradılması haqqında qərar qəbul olunmuşdur. 22 fevral 2025-ci il tarixdə keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Rəhmanov küçəsində yerləşən Məscidin yaxınlığında Şahid10 və Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər, təqdim etdikdən sonra həmin şəxslərin də özlərini təqdim etmələrini tələb etmişlər, daha sonra hər iki şəxsə təklif olunmuşdur ki, əgər üzərlərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsinlər. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü, Şahid10 isə əynindəki şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişlər. Bundan sonra o saxlanılan şəxslərə sual verərək həmin bükümlərin nə olduğunu, haradan və nə məqsədlə əldə etdiklərini soruşduqda, hər iki şəxs birlikdə cavab verərək təqdim etdikləri bükümün içərisində "şüşə” kimi tanıdıqları psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddələri Namiq adlı şəxsdən özlərinin şəxsi istifadələri üçün aldıqlarını bildirmişlər. Bundan sonra hər iki şəxs Xəzər RPl-nin 3-cü polis Şöbəsinə dəvət edilmişlər. Onlar etiraz etməmişlər və onlara qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 Şahid5 ifadəsinə oxşar ifadə verərək, onun dediklərini bir daha təsdiqləmişdir. Məhkəmə iclasında iştirak edən şahid Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin CA üzrə əməliyyat müvəkkili Şahid8 ifadəsində göstərmişdir ki, 06 may 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Mehdi" adlı şəxsin narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPl-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xəzər RPl-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili polis leytenantı Şahid4, Xəzər RPl-nin 3-cü PŞnin Kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili polis kapitanı Şahid3 və onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə o və qeyd etdiyi polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 06 may 2025-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsində yerləşən “Xalça” mağazasının yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər, təqdim etdikdən sonra Mehdinin də özünü təqdim etməsini tələb etmişlər, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Təqsirləndirilən şəxs Xəzər RPl-nin 3-cü polis Şöbəsinə dəvət edilmişdir. Mehdi, etiraz etməmiş və onlar Mehdini 3-cü PŞ-nə gətirmişlər. Ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında iştirak edən şahid Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin sahə rəisi Şahid2 bildirmişdir ki, daxil olmuş əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xəzər RPİ-nin 3-cü PŞ-nin Kibercinayətkarlıqla mübarizə üzrə baş əməliyyat müvəkkili Şahid3, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid6 Talib oğlu və onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə o və qeyd etdiyi polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 26 may 2025-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsində yerləşən Binə İdman kompleksinin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər, təqdim etdikdən sonra Mehdinin də özünü təqdim etməsini tələb etmişlər, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynindəki şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm araşdırmaya təqdim olunması üçün götürülmüş və Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 3-cü polis Şöbəsinə dəvət edilmişdir. Mehdi etiraz etməmiş və onlar Mehdini 3-cü PŞ-nə gətirmişlər. Orada ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə əməliyyat müvəkkili Şahid4 və Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid6 Talib oğlu Şahid2 ifadəsinə oxşar ifadə verərək, onun bildirdiyi xüsusatları bir daha təsdiq etdilər. Məhkəmə iclasında iştirak edən şahid Xəzər Rayon Polis İdarəsinin 3-cü Polis Şöbəsinin cinayət axtarış üzrə baş əməliyyat müvəkkili vəzifəsində xidmət edən Şahid1 qeyd etdi ki, 12 avqust 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi ərazisində “Mehdi” adlı şəxsin narkotik vasitə və ya psixotrop maddənin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə Xəzər RPİ-nin 3-cü PŞ-nə əməliyyat məlumatı daxil olmuşdur. Təqsirləndirilən şəxs cinayət əməlini ifşa etmək məqsədi ilə əməliyyat tədbirlərinin keçirilməsindən ötrü Xəzər RPl-nin 3-cü PŞ-nin sahə rəisi polis mayoru Şahid2, Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru polis baş leytenantı Şahid7 və onun tərəfindən raportla şöbənin rəhbərliyinə məruzə edilmiş və həmin tarixdə əmrlə əməliyyat tədbirlərinin keçirilməsi məqsədi ilə o və qeyd etdiyi polis əməkdaşlarından ibarət əməliyyat qrupunun yaradılması haqqında qərarlar qəbul olunmuşdur. 12 avqust 2025-ci il tarixdə onlar tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən 4 saylı BŞX-nin yaxınlığında Təqsirləndirilən şəxs saxlayıb özlərini təqdim etmişlər, təqdim etdikdən sonra Mehdinin də özünü təqdim etməsini tələb etmişlər, daha sonra Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, əgər üzərində qanunla dövriyyəsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs şalvarının cibindən 01 ədəd şəffaf sellofana bükülmüş bükümü çıxarıb təqdim etmişdir. Bundan sonra saxlanılan şəxs Təqsirləndirilən şəxs həmin bükümün nə olduğu, haradan və nə məqsədlə əldə etdiyi barədə sual verildikdə, Təqsirləndirilən şəxs cavab verərək təqdim etdiyi bükümün içərisində “şüşə” kimi tanıdığı psixotrop maddə olan metamfetamin olduğunu və həmin maddəni Suraxanı qəsəbəsində tanımadığı şəxsdən özünün şəxsi istifadəsi üçün aldığını bildirmişdir. Bundan sonra həmin büküm araşdırmaya təqdim olunması üçün götürülmüş və Təqsirləndirilən şəxs Xəzər RPl-nin 3-cü polis Şöbəsinə dəvət edilmişdir. Mehdi, etiraz etməmiş və onlar Mehdini 3-cü PŞ-nə gətirmişlər. Orada ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. İbtiai istintaq zamanı verdiyi ifadəsində şahid Xəzər RPİ-nin 3-cü PŞ-nin sahə inspektoru Şahid7 Şahid1 ifadəsinə oxşar məzmunlu ifadə verərək onun dediklərini bir daha öz ifadəsi ilə təsdiqləmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında 12 avqust 2025-ci il tarixli protokoldan görünür ki, 12 avqust 2025-ci il tarixdə saat 17:20-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 17:35-17:45 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vastələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi 4 saylı BŞX-nın yaxınlığında videogörüntü ilə üzərini yoxlayan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əlavə olaraq 3-cü PŞ-nin inzibati binasında axtarış zamanı sübut əhəmiyyətinə malik olacaq əşya və ya predmet aşkar edilməmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/2757 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Təqsirləndirilən şəxs üzərindən...” sözləri qeyd edilmiş bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,465 qram olan ağ rəngli kristalik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞnin müstəntiqi X3 tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-326/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixdən hesablanmaqla 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* nömrə altında istintaqı davam etdirilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında 26 may 2025-ci il tarixli protokoldan görünür ki, 26 may 2025-ci il tarixdə saat 19:30-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 20:45-21:00 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vastələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, Xəqani küçəsi, “Binə idman kompleksinin” yaxınlığında videogörüntü ilə üzərini yoxlayan zaman əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 büküm “şüşə” aşkar edilmişdir. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 10 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əlavə olaraq 3-cü PŞ-nin inzibati binasında axtarış zamanı sübut əhəmiyyətinə malik olacaq əşya və ya predmet aşkar edilməmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1976 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “Şühəli şəxs: Təqsirləndirilən şəxs...” sözləri, əl yazısı olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,412 qram olan ağ rəngli kristalik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid5 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyat-axtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında 22 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 22 fevral 2025-ci il tarixdə saat 19:15-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 21:40-22:00 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vastələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən əynində olan qara rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 büküm psixotrop maddə metamfetaminə bənzər kütlə aşkar edilmişdir. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Binə qəsəbəsində Namiq adlı şəxsdən aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əlavə olaraq 3-cü PŞnin inzibati binasında axtarış zamanı sübut əhəmiyyətinə malik olacaq əşya və ya predmet aşkar edilməmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/857 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “..4) (imza) Təqsirləndirilən şəxs...” sözləri olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,544 qram olan ağ rəngli kristalik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Xəzər RPİ-nin İŞ-nin müstəntiqi O.Hüseynzadənin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan aydın olur ki, ********* nömrəli cinayət işi ********* nömrəli cinayət işinə birləşdirilib ********* nömrə altında istintaqı davam etdirilmişdir; - Xəzər RPİ-nin 3-cü PŞ-nin rəisinin xx.xx.2025-ci il tarixli əmrindən aydın olur ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarından ibarət əməliyyat qrupu yaradılmışdır; - Xəzər RPİ-nin 3-cü PŞ-nin baş əməliyyat müvəkkili Şahid3 xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olması barədə daxil olmuş məlumat əsasında əməliyyataxtarış tədbirlərinin keçirilməsi qərara alınmışdır; - Şübhəli şəxsin tutulması haqqında 06 may 2025-ci il tarixli protokoldan görünür ki, 06 may 2025-ci il tarixdə saat 12:10-də Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli şəxsi axtarış və götürmə aparılması haqqında protokoldan məlum olur ki, xx.xx.2025-ci il tarixdə saat 12:40-12:55 radələrində Təqsirləndirilən şəxs üzərinə video çəkilişlə baxış keçirilmişdir. Şəxsi axtarış və götürmə aparılmazdan əvvəl Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edilərək paltarında, əşyalarında və ya bədənində narkotik vastələr, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri araşdırmaya təqdim etməsi təklif olunmuşdur. Təqsirləndirilən şəxs bildirmişdir ki, 3-cü PŞ-nin əməkdaşları tərəfindən Xəzər rayonu, Binə qəsəbəsi, H.Hasilov küçəsi “Xalça” mağazasının yaxınlığında videogörüntü ilə üzərini yoxlayan zaman əynində olan boz rəngli şalvarının sağ yan cibindən 01 ədəd şəffaf sellofana bükülmüş 01 büküm “şüşə” aşkar edilmişdir. Həmin psixotrop maddəni xx.xx.2025-ci il tarixdə Suraxanı qəsəbəsində tanımadığı şəxsdən 40 manata aldığını və şəxsi istifadəsi üçün üzərində saxlayıb gəzdirdiyini bildirmişdir. Əlavə olaraq 3-cü PŞ-nin inzibati binasında axtarış zamanı sübut əhəmiyyətinə malik olacaq əşya və ya predmet aşkar edilməmişdir; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş materialların məhkəmə ekspertizasının xx.xx.2025-ci il tarixli 6/1714 saylı rəyindən aydın olur ki, tədqiqata təqdim edilmiş, üzərində “... Azərbaycan Respubikası DİN zərflər üçün №244 dairəvi möhrü əksi”, “şübhəli şəxs: (imza) Təqsirləndirilən şəxs” yazısı və imzalar olan bir ədəd zərfdəki 01 ədəd bükümdə təmiz çəkisi 0,453 qram olan ağ rəngli kristalik hissələrdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir; - Diskə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, bir ədəd diskdə olan görüntü, şəxsi axtarış və götürmə aparılması haqqında xx.xx.2025-ci il tarixli protokola uyğun olmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Xəzər Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirli bilinərək 500 manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2017-ci ildə cərimə tam ödənilmişdir. Bundan başqa o, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 05 ay 28 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə qeydiyyatdan çıxarılmışrı; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opoidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməlin törədilməsi onun etirafedici ifadəsi, mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən şahidlərin ifadələri, ekspert rəyləri, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddəni xeyli miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma — bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında» Qanunla təsdiq edilmiş «dövriyyəsi qadağan edilən narkotik vasitələr»in siyahısına (İ siyahı) əsasən təmiz çəkisi 0,544 qr, 0,453 qr, 0,412 qr və 0,465 qr psixotrop maddə metamfetamin xeyli miqdar hesab olunur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən xqəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 93.1.2-ci maddəsinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə məhkəmə tibbi xarakterli məcburi tədbirlər təyin edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında səmimilik göstərərək təqsirini etiraf etməsini, əməlindən peşman olmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs əməlində cinayətin təkrar törədilməsi Azərbaycan Respublikası CM-nin 61.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun şübhəli şəxs qismində saxlanıldığı müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablanmalı, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli (CM-56.1.2), narkomaniyadan məcburi müalicə təyin edilməli, ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, iş üzrə maddi sübut kimi saxlanılan qalıq ümumi 1,624 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, 05 ədəd disk cinayət işinin materiallarında saxlanılmalı, 385 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1.) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs şübhəli şəxs kimi tutulduğu xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün, xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək 02 (iki) gün olmaqla, cəmi 06 (altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 01 (bir) il 05 (beş) ay 24 (iyirmi dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq ümumi çəkisi 1,624 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Maddi sübut olan 05 (beş) ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 385 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutularaq dövlət nəfinə keçirilsin (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saat vaxta görə 440 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saat vaxta görə 165 manat olmaqla, cəmi 605 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Emin Rüstəmov
Məhkəmə qərarları › İş №1(003)-554/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-554/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver