Məhkəmə qərarları › İş №1(003)-555/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-555/2023

23.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-555/2023 23.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X2, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1998-ci ildə Ağdaş rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş, subay, orta təhsilli, Ağdaş rayonu, Aşağı Ləki kəndində qeydiyyatda olan, barəsində «həbs» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs özgə əmlakını gizli olaraq talama məqəsdi ilə 07 aprel 2023-cü il tarxdə saat 13 radələrində anası- Şahid6 gözətçisi olduğu və müvvəqəti yaşadığı Zərərçəkmiş şəxs məxsus ünvan 1 ünvanında yerləşən bağ evinin giriş qapısının açarını oğurluq etmək niyyəti ilə anası Şahid6 işdə olduğu vaxt və anasının məlumatı olmadan anasının açarı gizlətdiyi yerdən götürərək özündə saxlamış, evin həyətində olan anbarın plastik qapısının kilidini qıraraq qanunsuz daxil olub oradan bir dəst 27000 manat dəyərində meyvə şirəsi istehsal edən avadanlığı, bir ədəd 1730 manat dəyərində tirnajor dəstini, bir ədəd 300 manat dəyərində boks döşəyini, bir ədəd 250 manat dəyərində divara bərkidmə turniki, bir ədəd 1200 manat dəyərində Alçelik markalı 100 m2 kondisaneri, bir ədəd 300 manat dəyərində soyuducunu, bir ədədi 5 manat olmaqla ümumi dəyəri 250 manat olan 50 ədəd taxta polleti, bir ədədi 300 manat olmaqla ümmi dəyəri 600 manat olan 02 ədəd propan balonunu, evin altında yerləşən anbarın giriş qapısının kilidini isə açaraq qanunsuz daxil olub oradan bir ədəd 1500 manat dəyərində 2 kameralı vitrin soyuducusunu, gizli yolla talayıb həmin ünvandan uzaqlaşmaqla Zərərçəkmiş şəxs ümumilikdə 32830 (otuz iki min səkkiz yüz otuz) manat, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək ifadəsində bildirdi ki, Anası Şahid6 qulluqçu işləyərək ailəni dolandırırmış. Zərərçəkmiş şəxs adlı şəxs əvvəllər anasının müdiri olmuş və anasını tanıyırmış. Zərərçəkmiş şəxs ünvan 2 ünvanında bağ ev almış, lakin Zərərçəkmiş şəxs həmin bağ evində yaşamırmış. Anası evsiz olduğu üçün Zərərçəkmiş şəxs anasından xahiş etmişdir ki, həmin bağ evində qalsın və həmdə ki, bağ evinə nəzarət etsin. Anası həmin bağ evində tək yaşayırmış. O, isə Bakı şəhərində müxtəlif yerlərdə kirayədə yaşayır, arada-bir anasının yaşadığı evə gəlib gedirmiş. Həmin evə gəlib gedən zaman həmin bağ evinin həyətində əvvəllər meyvə şirəsi sexi kimi fəaliyyət göstərən tikilinin olduğunu və həmin tikilinin içində meyvə şirəsi istehsal edən aparatların və digər metal əmlakların olduğunu görmüşdür. Bilirmişdir ki, anası hər gün səhər saat 09 radələrində işə gedir və axşam saat 22 radələrində evə gəlirmiş. Maddi vəziyyəti pis olduğu üçün qərara gəlmişdir ki, anası evdə olmayanda həmin evə gəlsin və sexdəki meyvə şirəsi istehsal edən aparatları və digər əmlakları oğurlayaraq satıb qazanc əldə edsin və əldə etdiyi pulu şəxsi tələbatları üçün xərcləsin. O, anası evdə olanda bir neçə dəfə anasının yanına gəlib gedən zaman anasının evin açarlarını evin kiçik qapısının qarşısında qoyulmuş daşın altında gizlətdiyini bilmiş, həmçinin qabaqcadan həmin aparatların şəkillərini çəkib telefonunda saxlamışdır. Sexdəki əmlakları oğurlamaq niyyətinə gəldikdən sonra xx.xx.2023-cü il tarixdə Sadiq adlı şəxsin avtomobili ilə 20 Yanvar metrostansiyasının yaxınlığına gedərkən yolda söhbət əsnasında Sadiqin keçmiş yeznəsinin məhəllə uşağı olduğunu bilmişdir. taksidə söhbət edərək ona borclu olduğu şəxslər tərəfindən zənglər gəlmiş. O, telefon ilə həmin şəxslərə aparatlar olduğunu, həmin aparatları satıb borclarını ödəyəcəyini dedik də, Sadiq bunları eşitmiş və ondan soruşmuşdur ki, həmin aparatlar nə aparatıdır. O, Sadiqə demişdir ki, həmin aparatlar meyvə şirəsiçəkən aparatlardır. O, əvvəlcədən çəkdiyi həmin apartaların foto şəkillərini Sadiqə göstərmiş. Sadiq ona həmin şəkilləri internetə yükləyib sata biləcəyni demişdir. Lakin o, Sadiqə həmin aparatların sənədi olmadığı üçün inetrnetə yükləyə bilmədiyini demişdir. Bundan sonra Sadiq onun telefon nömrəsini götürmüş və həmin aparatları sata biləcəyini demişdir. Ertəsi gün Sadiq ona vatsap vasitəsi ilə mesaj yazaraq həmin aparatları almağa qorxduqlarını lakin metal şəkilində sata biləcəyini demişdir. Pula ehtiyacı olduğu üçün o, razılaşmış xx.xx.2023-cü il tarixdə Sadiq və adlarını sonradan bildiyi Orxan və Sədrəddin adlı şəxslər ilə Binə qəsəbəsində görüşmüşdür. O, qabaqcadan evə gəlib açarı daşın altından götürmüşdür. Evdə olan zaman həmin şəxsləri çağırmış, onlar evə gəlmiş və şirə çəkən aparatlara baxdıqdan sonra həmin aparatları metal şəkilində götürə biləcəklərini demişdir. Onlar sexə baxan zaman oradakı trenajor alətini görmüşlər. Orxan həmin trenajor alətini 100 manat almaq istəmişdir. Lakin mən razı olmamış, o, həmin aparatları 2000 manata satdığını bilirmişdir. Onlar həmin aparatlara 2000 manat verə biləcklərini demiş, o, fikirləşib onlara cavab deyəcəyini dedikdən sonra çıxıb getmişlər. Həmin gün axşam Sadiq ona vatsap vasitəsi ilə yazaraq nə qərara gəldiyini soruşmuşdur. O, Sadiqə demişdir ki, səhər evdəkilər işə getdikdən sonra sizə xəbər edəcək gəlsinlər. xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Sadiqə vatsap vasitəsi ilə yazaraq razı olduğunu, gəlmələrini demişdir. xx.xx.2023-cü il tarixdə saat 13 radələrində Sadiq, Sədrəddin, Orxan və bir neçə nəfər adlarını bilmədiyi fəhlə və iki ədəd yük avtomobili evə gəlmişlər. O, həmin gün qabaqcadan evə gələrək açarı daşın altından götürüb həyətə daxil olmuşdur və onları gözləyirmiş. Birinci “Mersedes” markalı, ** EL *** d.q.n avtopmoşanın həyətin darvazasından içəri daxil olmuşdur. Həmin yük avtomaşınına şirəçəkən aparatın 3 ədəd çənlərini, şirə çəkən aparatın əsas hissəsini, komperessorunu və sexdə olan digər metal qapıları və əşyaları yükləmişlər. Digər yük atomaşınına isə böyük çəni və digər metal əşyaları yükləmişlər. Həmin vaxt Sadiq sexdə “Arçelik” markalı kondisionerin və terenajor aparatının olduğunu görmüşdür. O, həmin əmlakların az pul edəcəyini bilib, evin arxa hissəsində zirəzəmidə saxlanılan iki ədəd- biri vitrin digəri isə dərin soyuducuların və bir ədəd qril aparatının olduğunu əvvəlcədən bildiyinə görə Sadiqə zirəzəmidəki əmlakları da göstərmiş, həmin əmlakları da satdığını bildirmiş. Lakin əvvəlcə iki ədəd yük avtomaşını ilə həmin əmlakları Bakı şəhəri, Binəqədi rayonu, daş bazrının yaxınlığında yerləşən metal qəbulu yerinə təhvil verdikdən sonra Orxan 600 manat pulu ona vermiş, bundan sonra Sadiq ona demişdir ki, evin zirzəmisindəki soyuducuları, kondisoneri, qril aparatlarını və trenejor alətlərini almaq istəyirmiş. Bunun qarşılığında isə ona 250 manat verəcəyini demiş, o, trenajor alətini və kopndisioneri müştəri tapdığı üçün Sadiqə hədiyyə verəcəyini deyib razılaşdıqdan sonra yenidən Binə qəsəbəsinə qayıtmışdır. Binə qəsəbində İrşad telekomun qarşısından Qazel markalı yük avtomobili sifariş edərək bağ evinə gəlmişdir. Həmçinin əvvəlki fəhlələrdən birini də özləri ilə gətirmiş, evə gəlib sexdəki ternajor alətini, kondisioneri və anbardakı iki ədəd soyuducunu və qril aparatını Qazelə yükləmişlər. O, Sadiqdən pulu istədikdə Sadiq ona demişdir ki, üzərində hazırda pul yoxdur, bank kartına atacaq. O, razılaşmış və bir neçə saat sonra Sadiqə vatsap ilə yazmış, pulu istəmişdir. Sadiq ona demişdir ki, “soyuducular və qril aparatı işləmir, istəyirsən gəl apar”. Artıq xərc çəkməmək üçün həmin əmlakları gedib götürməkdən imtina etmişdir, o, həmin şəxlərə əmlakların ona məxsus olduğunu demişdir. Lakin sonradan o, onlara evdə heç kimin olmayan vaxtı gəlməli olduqlarını bildirmişdir. Xeyr, o, əşyaları satarkən heç bir sənəd tələb etməmişlər. Anası Arzunun onun etdiyi oğurluq cinayətindən heç bir məoumatı olmamışdır. Sadiq Şərifov əmlakların oğurluq olmağından heç bir məlumatı yox idi və xəbəri olmamışdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxsə dəymiş ziyanı tam olaraq ödədiyini, zərər çəkmiş şəxslə barışdığını, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmadığını bildirərək barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Xətai rayonu. Babək prospekti, ev 58, mənzil 59-da qeydiyyatla yaşasamda onun özünə məxsus ünvan 3 ünvanında yerləşən yaşayış üçün yararlı bağ evim var, həmin bağ evinin həyətində həm evin altında həmdə həyətdə olan anbarda özünə məxsus əşyalar, müəyyən avadanlıqlar vardır. Həmin bağ evinə nəzarəti Şahid6 Sabr qızına tapşırmış, 6 ay olarkı Arzu həmin bağ evinə həm nəzarət edir həmdə orada yaşayıb qalırmış. Gündüz vaxtlar Arzu işə gedirmiş. 07 aprel 2023-cü il tarixdə saat 09:30 radələrindən saat 22 radələrində olan müddət ərzində onu bağ evinin altında yerləşən anbarın qapısını açaraq anbara girən naməlum şəxslər oradan bir ədəd 1500 manat dəyərində 2 kameralı vitrin soyuducusu, evin həyətində olan anbarın kilidini isə qıraraq oradan bir dəst 27000 manat dəyərində meyvə şirəsi istehsal edən avadanlığı, bir ədəd 1730 manat dəyərində tirnajor dəsti, bir ədəd 300 manat dəyərində boks döşəyi, bir ədəd 250 manat dəyərində divara bərkidmə turnik, bir ədəd 1200 manat dəyərində Alçelik markalı 100 kvm kondisaner, bir ədəd 300 manat dəyərində soyuducu, bir ədədi 5 manat olmaqla ümumi dəyəri 250 manat olan 50 ədəd taxta polleti, bir ədədi 300 manat olmaqla ümmi dəyəri 600 manat olan 02 ədəd propan balonunu oğurlayaraq ona ümumilikdə 32830 manat maddi ziyan dəymişdir. O, ilkin ərizəsində oğurlanmış əmlakları tam bilmədiyi üçün ümumi oğurlanmış əmlakın qiymətini 40000 manat olaraq göstərmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid1 bildirdi ki, göstərilən ünvanda ailəmlə birlikdə yaşayır, latın qrafikli əlifba ilə oxuya bilir və ifadəsinin kompyuterlə yazılmasına etiraz etməmişdir. Həmçinin mütəxəssisin köməyinə ehtiyacı yoxdur, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən daş bazarı ilə üzbə-üz hissədə metal qəbulu yerində işləyirmiş. xx.xx.2023-cü il tarixdə tanışı Sadiq ona zəng edərək şirəçəkən apartaları satıldığını demişdir. O, həmin aparata baxıb dəqiq söz deyə biləcəyini bildirmiş və demişdir ki, gedib həmin aparatlara baxmaq lazımdır. O, Sadiq və Sədrəddin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsinə gələrək həmin aparatların yerləşdiyi bağ evinin qarşısına gəlmiş, həmin vaxt onları adını sonradan bildiyi Elmin adlı şəxs qarşılamış, Elmin qapını açmış və həyətə daxil olub orada əvvəllər sex kimi fəaliyyət göstərmiş sexə baxmış. Sexdəki şirəçəkən aparatlar köhnə və işləmiş, həmin əmlakları hazır aparat şəkilində almaq ona sərf etmədiyi üçün həmin aparatları metal şəklinində ala biləcəyini təklif etmiş, sonra çıxıb gəlmişdir. Axşam Sadiq ona vatsap ilə yazaraq həmin aparatları ona təklif etmişdir ki, metal şəklində alsın özü isə digər əmlakları alacağını demişdir. O, razılaşmış və xx.xx.2023-cü il tarixdə Sadiq ilə iki ədəd yük avtomobili götürərək Binə qəsəbəsinə yerləşən həmin bağa gəlmişdir. O, şirə çəkən aprat dəstini iki ədəd yük avtomobilinə yükləmiş, həmin vaxt orada o, Sadiq, işçisi Sədrəddin, yol kənarından tutduğu iki nəfər tanımadığı fəhlə və iki nəfər sürücü olmuşdur. Şirə çəkən aparat dəstində 3 ədəd metal çən, bir kompressor, bir ədəd aparatın soyuducusu və aparat olmuşdur. O, həmin əmlakları Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerinə aparmışdır. Orada həmin əmlakları çəkmiş və 2 ton 200 kq metal olduğunu müəyyən etmişdir. Həmin metalın qarşılığında 600 manatı Elminə, 420 manat isə sadiqə vermişdir. Belə ki, o, pulu verməmişdən əvvəl Sadiq ona demişdir ki, pulun hamsını Elminə verməsin, Sadiq bildirmişdir ki, 600 manat Elminə, 420 manat isə onun özünə versin. O, razılaşmış və Sadiqin dediyi qaydada pulun 600 manatını Elminə, 420 manatını isə Sadiqə vermişdir. Bundan sonra onlar çıxıb getmiş, Sadiqə verdiyi 420 manatın 350 manatını əlbə-əl orada vermişdir, 50 manatını ertəsi gün gəlib götürmüşdür, 20 manatını isə kartına göndərmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları həmin əmlakların oğurluq olduğunu bildirmişlər. O, həmin əmlakların oğurluq olduğunu bilməmişdir, aralarında heç bir razılaşma olmamış. Onun həmin əmlakları oğurluq olduğundan xəbəri olmamışdır. o, Sadiqə demişdir ki, Elmindən vəsiqəsini alsın. Lakin Sadiq demişdir ki, Elminin vəsiqəsinin vaxtı bitib. Bundan sonra o, Elminin adını və soyadını kitaba yazmışdır. O, həmin əmlakları ümumilikdə 1020 manata almış. Həmin pulun 600 manatını Elminə, 420 manatını isə Sadiqə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid4 bildirdi ki, anket məlumatarda göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Latın qrafikli əlifba ilə oxuya bilir və ifadəmin kompyuterlə yazılmasına etiraz etmir. Həmçinin mütəxəssisin köməyinə ehtiyacı olmamışdır. Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən daş bazarı ilə üzbəüz hissədə metal qəbulu yerində işləyirmiş. xx.xx.2023-cü il tarixdə tanışı sadiq ona zəng edərək şirəçəkən aparatları satıldığını demiş. O, həmin aparata baxıb dəqiq söz deyə biləcəyini bildirmişdir və demişdir ki, gedib həmin aparatlara baxmaq lazımdır. O, Sadiq və Sədrəddin Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsinə gələrək həmin aparatların yerləşdiyi bağ evinin qarşısına getmişdir. Həmin vaxt onlar adını sonradan bildiyi Elmin adlı şəxs qarşılamışdır. Elmin qapını açmış və həyətə daxil olub orada əvvəllər sex kimi fəaliyyət göstərmiş sexə baxmışdır. Sexdəki şirəçəkən aparatlar köhnə və işləmiş olmuşdur. Həmin əmlakları hazır aparat şəkilində almaq ona sərf etmədiyi üçün həmin aparatları metal şəklinində ala biləcəyini təklif etmişdir. Sonra çıxıb gəlmiş, axşam Sadiq ona vatsap ilə yazaraq həmin aparatları ona təklif etmişdir ki, metal şəklində alsın, özü isə digər əmlakları alacağını demişdir. razılaşmışdır və xx.xx.2023-cü il tarixdə Sadiq ilə iki ədəd yük avtomobili götürərək Binə qəsəbəsinə yerləşən həmin bağa getmişlər. O, şirəçəkən aparat dəstini iki ədəd yük avtomobilinə yükləmişdir. Həmin vaxt orada o, Sadiq, işçisi Sədrəddin, yol kənarından tutduğu iki nəfər tanımadığı fəhlə və iki nəfər sürücü olmuşdur. Şirə çəkən aparat dəstində 3 ədəd metal çən, bir kompressor, bir ədəd aparatın soyuducusu və aparat olmuşdur. O, həmin əmlakları Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerinə aparmışdır. Orada həmin əmlakları çəkmiş və 2 ton 200 kq metal olduğunu müəyyən etmişdir. Həmin metalın qarşılığında 600 manatı Elminə, 420 manat isə Sadiqə vermişdir. Belə ki, o, pulu verməmişdən əvvəl Sadiq ona demişdir ki, pulun hamsını Elminə verməsin, o, bildirmişdir ki, 600 manat Elminə, 420 manat isə onun özünə versin. O, razılaşmış və Sadiqin dediyi qaydada pulun 600 manatını Elminə, 420 manatını isə Sadiqə vermişdir. Bundan sonra onlar çıxıb getmiş, Sadiqə verdiyi 420 manatın 350 manatını əlbə-əl orada vermiş, 50 manatını ertəsi gün gəlib götürmüşdür, 20 manatını isə kartına göndərmişdir. xx.xx.2023-cü il tarixdə polis əməkdaşları ona həmin əmlakların oğurluq olduğunu bildirmişdilər. O, həmin əmlakların oğurluq olduğunu bilmirmiş. Oğurluq etməkdə Elminə və ya digər şəxslərlə aralarında əvvəlcədən hər hansı bir razılaşma olmamışdır. Onun həmin əmlakların oğurluq olduğundan xəbərim olmamışdır. O, Sadiqə demişdir ki, Elmindən vəsiqəsini alsın. Lakin Sadiq demişdir ki, Elminin vəsiqəsinin vaxtı bitibmiş. Bundan sonra o, Elminin adını və soyadını kitaba yazmışdır. O, həmin əmlakları ümumilikdə 1020 manata almış. Həmin pulun 600 manatını Elminə, 420 manatını isə Sadiqə vermişdir. Məhkəmə istintaqı zamanı şahid qismində ifadəsi alınmış Şahid6 bildirdi ki, 2022-ci ilin əvvələrindən o, Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu, Binə qəsəbəsi, R.Behbudov küçəsi, ev 26 ünvananda qalırmış. Belə ki, o, həmin evin sahibi Zərərçəkmiş şəxs üzun müddətdir ki, tanıyır, onun müdri olub, həmin ərəfələrdə o, evsiz olduğu üçün Elvin ondan xahiş etmişdir ki, həm onun evində qalsın həmdə evə qulluq edsin, kirayə pul verməyəcəkmiş. Çünki qeyd etdiyi kimi həmin evdə heç kim qalmırmış. Oda həmin evdə qalmağa başlamış evin həmin padvalı həmdə həyətində anbarı olmuşdur, həmin anbarın içərisində Elvinə məxsus müəyyən avadanlıqlar olmuşdur, o, müəyyən vaxt həmin avdanlıqlara nəzarət edirmiş. Evdən çıxarkən evin açarını daşın altında gizlədirmişdir, oğlu Təqsirləndirilən şəxs hərdən onun yanına gəlirmiş və orada qalırmış. Oda evdən çıxıb işləməyə gedərkən axşamlar qaranlıqda qayıdırmış. 08 aprel 2023-cü il tarixdə səhər saatlarında evdən çıxarkən evin anbarının qapısının və həyətdə olan anbarın qapısının açıq olduğunu görüb içəriyə baxanda əşyaların orada olmadığını görmüş və evdən oğurluq olduğunu başa düşüb dərhal DİN-nin 102 zəng xidmətinə məlumat vermişdir. Daha sonra isə ev sahibinə bu barədə demişdir. Sonradan ona məlum olmuşdur ki, evdən oğurluq edən şəxs onun oğlu Elmin olmuşdur, Elmin onun açarı gizlətdiyi yeri görüb xəbərisiz və heç bir məlumatı olmadan evə girib əşyaları oğurlamışdır. Oğlu Təqsirləndirilən şəxs oğurluq etməsi barədə heç bir məlumatı olmamışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış X7 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Gürcüstan Respublikasının vətəndaşı olsada milliyətcə Azərbaycanlıdır, Azərbaycan dilində sərbəst yazıb oxumağı bacarır, odur ki, ifadəmin tərcüməçinin iştirakı olmadan kompüter vasitəsi ilə müstəntiq tərəfindən alınmasına heç bir etirazı olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyirəm ki, Sadiq Şərifovun uzun müddətdir ki, tanıyırmış. 07 aprel 2023cü il tarixdə axşam saatlarında Sadiqlə birlikdə oturub çay içərkən Sadiq ona idman, tirnajor dəstinin şəkilini göstərərək bildirmişdir ki, «belə bir avadanlıq var verim qalsın səndə istifadə edərsən sonra mənə lazım olanda götürərəm səndən». O, özü idmanla məşqul olduğu üçün buna həvəsli olub Sadiqdən həmin aləti götürməyə razılaşmışdır. Amma Sadiqə bildirmişdir ki, birdən nəsə problemli əmlak olar, Sadiq demişdir ki, «yox narahat olma məni tanımırsan? Nə problem olacaq ki?». Oda Sadiqi tanıdığı üçün bir daha Sadiqə inanmışdır və onunla razılaşmış. Səhəri günü Sadiq həmin əmlakı Qazel markalı yük maşını ilə onun yaşadığı ünvana göndərmiş və həmin tirnajoru həyətə qoymuş. O, maşının yol haqqını 40 manat verərək yola salmışdır. Həmin əmlak onun həyətidədir, həmin əmlakı sizə təqdim edə bilərmiş. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, etibarnamə ilə Mercedes Ateco markalı, ** EL *** dövlət qeydiyyat nişanlı avtomaşını idarə etmək üçün verilmiş etibarnamə ilə idarə edir. Həmin yük avtomobili ilə yük daşıyaraq əldə etdiyi qazanc ilə ailəsini dolandırırmış. xx.xx.2023-cü il tarixdə Orxan adlı şəxs ona demişdir ki, Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsində metal əmlaklar var, həmin əmlakların oradan götürülüb Biləcəri qəsəbəsindəki metal qəbulu yerinə gətirməli olduğunu bildirmişdir. Bunun müqabilində o, Orxandan 50 manat alacağını bildirsmişdir. Orxan razılaşmış və həmin gün saat 11 radələrində Binə qəsəbəsində yerləşən bağ evinə getmişlər. Adını sonradan bildiyi Elmin adlı şəxs qapını açmış və o, yükavtomobilini həyətə daxil etmişdir. Həyədəki sexdən şirəçəkən aparatlarının 3 ədəd metal çəni, soyuducusu, kompersessoru və bir neçə hissəsi onun yükavtomobilimə yüklənmiqşdir. Daha sonra isə onunla birlikdə gələn digər yük avtomobili həyətə daxil olmuşdur. Qalan hissələri isə həmin yük avtomobilinə yükləmişlər. Daha sonra həmin əmlakları Biləcəri qəsəbəsinə metal qəbulu yerinə aparmışdır. Bunun qarşıslığında Orxan ona 50 manat pul vermişdir. Sonradan polis əməkdaşları ona bildirmişlər ki, həmin əmlaklar oğurluqdur. Həmin əmlakların oğurluq olmasını əvvəlcədən bilməmiş, o, sürücü qismində getmiş, hadisə vaxtı orada özünü ev sahibi kimi təqdim edən adını sonradan bildiyi Elmin adlı şəxs əmlakların ona məxsus olduğunu deyib inandırmışdır. Həmin vaxt orada, özünü ev sahibi kimi göstərən Elmin adlı şəxs, o və başqa bir Mercedes 711 markalı, ** LG *** d.q.n yük avtomobilinin srücüsü Eldəniz, Orxan, adını sonradan bildiyi Sadiq və Elmin, eləcə də, fəhlə işləyən Sədrəddin və başqa adlarını bilmədiyi üç nəfər fəhlə olmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Bakı şəhəri, Binəqədi rayonu, Biləcəri qəsəbəsində fəaliyyət göstərən metal qəbulu yerində fəhlə işləyir. xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Sadiq adlı şəxs müdiri Orxana yaxınlaşaraq Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində şirəçəkən aparat dəsti olduğunu və həmin dəsti Elmin adlı şəxsin satdığını bildirmişdir. Orxan, Sadiq ilə danışdıqdan sonra həmin əmlaka baxmaq qərarına gəlmiş, buna görə ona demişlər ki, gedib həmin yerə baxıb oradan şirəçəkən aparat dəstini necə çıxarmağı qərarlaşdırsınlar. xx.xx.2023-cü il tarixdə o və Orxan Sadiqin avtomobili ilə Binə qəsəbəsinə Sadiqin dediyi evə getmişlər. Həyətdəki sexdə aparatlara baxmış. həmin aparatlar yarasız vəziyyətdə olmuşdur. Orxan, Elmin adlı şəxsə həmin aparatları metal şəkilində ala biləcəyini demiş, Elmin fikirləşib cavab deyəcəyini dedikdən sonra onlar geri qayıtmışlar. Ertəsi gün, yəni xx.xx.2023-cü il tarixdə saat 11 radələrində Binə qəsəbəsinə getmişlər. Orxan, Sadiq, o və ondan başqa üç nəfər tanımadığı fəhlə taparaq iki yük avtomobili sifariş edərək Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində yerləşən həmin evə getmiş, Elmir qapını açıb yük avtomibilləri ardıcıllıqla həyətə daxil olmuşlar, oradakı şirəçəkən aparat dəstini yük avtomobillərinə yükləmiş və Biləcəri qəsəbəsidəki Orxanın işlətdiyi metal qəbulu yerinə aparmışdır. Bunun qarşılığında Orxan 20 manat zəhmət haqqı vermişdir. Daha sonradan bilmişdir ki, həmin əmlaklar oğurluqdur. O, həmin əmlakın oğurluq olduğunu bilməmiş və heç kim ilə qabaqcadan oğurluq etmək barədə razılaşması olmamışdır. O, fəhlə olduğunu və 20 manat zəhmət haqqı aldığını bir daha qeyd etmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1998-ci il tarixdə Ağdaş şəhərində doğulmuş Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmünə əsasən AR CM-nin 177.2.1, 177.2.3 və 70-ci maddəsi ilə təqsirli bilinərək barəsində 03 il müddətinə azadlıqdan məhrumetmə cəzası, 01 il müddətinə şərti olaraq təyin edilmişdir. İş materiallarına əlavə olunmuş 10 aprel 2023-cü il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 10 aprel 2023-cü il tarixdə Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən fakta görə AR CM-nin 177.2.3 və 177.2.4-cü maddəsi ilə ********* saylı cinayət işi başlanılmışdır. İş materiallarına əlavə olunmuş 10 aprel 2023-cü il tarixli cinayət əməlinin tövsif edilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.3 və 177.2.4-cü maddələrindən həmin Məcəllənin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 10 aprel 2023-cü il tarixli tutma haqqında protokoldan görünür ki, Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs 10 aprel 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş 12 aprel 2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs 12 aprel 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan edilmişdir. İş materiallarına əlavə edilmiş Xəzər Rayon Məhkəməsinin 4(003)-193/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilmiş, həbs etmənin əvvəli 10 aprel 2023-cü il tarixdən hesablanmışdır. İş materiallarına əlavə olunmuş 19 iyun 2023-cü il tarixli cinayət əməlinin tövsif olunması və sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən ********* saylı cinayət işi üzrə əməl AR CM-nin 177.2.1, 177.2.3, 177.2.4 və 194.1-ci maddələrindən həmin Məcəllənin 177.2.3 və 177.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə olunmuş 20 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxsə yenidən ittiham elan etmək haqqında qərardan görünür ki, Xəzər RPİ İŞ-nin baş müstəntiqi, polis mayoru Rafiq Qarayev tərəfindən Təqsirləndirilən şəxs 20 iyun 2023-cü il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş yenidən ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ilə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs arasında barışıq əldə edilmiş, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan tam şəkildə ödənilmişdir. Bu səbəbdən zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və onlar həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cinayət nəticəsində dəymiş ziyanı tam olaraq ödəməsini, zərər çəkmiş şəxslə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin təqsirləndirilən şəxsdən şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, xeyli miqdarda ziyan vurmaqla törədildikdə - bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspert rəyinə, zərər çəkmiş şəxslərin ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut yoxdur. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunsun. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixədək həbsdə saxlanıldığı 04 (dörd) ay 13 (on üç) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 03 (üç) ay 04 (dörd) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 4 ünvanının axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saata görə 150 (bir yüz əlli) manat məbləğində pul vəsaiti, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar