Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-555/2025 19.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X3 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1989-cu ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 12 oktyabr 2023-cü il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 08 23 gün müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 05 ay 19 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmiş, məhkumluğu ödənilməmiş, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə etmiş, saxlamış və daşımışdır. Belə ki, o, istintaqa məlum olmayan vaxtda və istintaqa məlum olmayan mənbədən satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,383 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini xeyli miqdarda əldə edib üzərində saxlamaqla 03 sentyabr 2025-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən “Rahat” marketin yaxınlığına daşımış, həmin gün orada saat 17:32 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 2-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli şəxs kimi saxlanılaraq orada videoçəkiliş aparılmaqla üzərinə şəxsi baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarının sağ yan cibində 01 ədəd gümüşü rəngli falqaya bükülmüş təmiz çəkisi 0,383 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə təqsirli bilərək göstərmişdir ki, təxminən 2-3 ildir ki, psixotrop maddə istifadə edir. Bu səbəbdən də psixotrop maddəyə olan tələbatını ödəmək üçün 03 sentyabr 2025-ci il tarixdə Surxanı rayonunun ərazisində adını bilmədiyi şəxsdən şəxsi istifadəsi üçün 10 manata psixotrop maddə olan metamfetamin alaraq qara rəngli cins şalvarının sağ yan cibinə qoyub daşımışdır. Elə həmin gün saat 17:32 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, “Rahat” marketin yaxınlığında polis əməkdaşları ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim etdikdən sonra keçirilmiş əməliyyat-axtarış tədbiri nəticəsində saxlanıldığını ona izah edərək videoçəkilişdən istifadə edərək üzərində narkotik vasitə psixotrop maddə və ya onların prekursorların olduğu təqdirdə təqdim edilməsi ona təklif edilmişdir. Bundan sonra o əynindəki qara rəngli cins şalvarın sağ yan cibindən 01 (bir) ədəd gümüşü rəngli falqaya bükülmüş psixotrop maddə olan metamfetamini təqdim etmiş və polis əməkdaşları ilə birlikdə Xəzər RPİ-nin 2-ci PŞ-yə getmişdir. Ondan aşkar edilmiş psixotrop maddə təqdim olunmuş, bir ədəd büküm polis əməkdaşı tərəfindən zərfə qoyularaq qablaşdırılmış, onun tərəfindən zərfin üzəri imzalanmış, DİN-in zərflər üçün möhürü ilə möhürlənmişdir. Bununla bağlı tərtib olunmuş protokol və digər sənədlər onun tərəfindən imzalanmışdır. Keçirilən bütün prosesslər videoçəkilişlə qeydə alınmışdır. Ona qarşı heç bir psixi və fiziki təsir olmamış, narkotik maddələrin satışı ilə məşğul olmur. İbtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Xəzər RPİ-nin 2-ci PŞ-nin CA xidməti üzrə baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 17:32 radələrində Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, “Rahat” marketin yaxınlığında videoçəkilişlə tərəflərindən keçirilən əməliyyat tədbiri zamanı şübhəli bildikləri şəxsi saxlayıb özlərini təqdim etmiş, vətəndaş isə Təqsirləndirilən şəxs olduğunu bildirmişdir. Üzərində qanunla qadağan olunan istənilən predmeti təqdim edilməsi təklifinə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə olan ağ rəngli kristal şəkilli maddəni təqdim edib metamfetamin olmaqla ona məxsus olduğunu və Suraxanı rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Onun təqdim etdiyi gümüşü rəngli falqaya bükülmüş büküm kağız zərfə qoyularaq Təqsirləndirilən şəxs və digər polis əməkdaşı ilə birlikdə Xəzər RPİnin 2-ci PŞ-yə gətirilmiş, Təqsirləndirilən şəxs saxlanılarkən və Xəzər RPİ-nin 2-ci PŞ-də olduğu zaman ona qarşı hər hansı bir fiziki və ya psixi təsir olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 Şahid1 ifadəsinə uyğun məzmunda ifadə verməklə onun ifadəsində göstərdiklərini təsdiqləmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. 03 sentyabr 2025-ci il tarixli raportla müəyyən edilir ki, həmin tarixdə vət. Təqsirləndirilən şəxs üzərində Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsi, “Rahat” marketin yaxınlığında saat 17:32 radələrində şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı sonuncunun əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş büküm aşkar edilmiş və cinayət işinin materiallarına əlavə olunmuşdur. Xəzər RPİ-nin 2-ci PŞ-nin baş əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən tərtib edilmiş 03 sentyabr 2025-ci il tarixli raportla müəyyən edilir ki, həmin tarixdə Bakı şəhəri, Xəzər RPİ-nin 2-ci PŞ-nin əməliyyatçıları tərəfində həyata keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində xx.xx.1989-cu il tarixdə Bakı şəhərində anadan olmuş, subay, əvəllər məhkum olumuş, işsiz, ünvan 2 ünvanında qeydiyyatda olmaqla, yaşayan vət. Təqsirləndirilən şəxsmum Xəzər raonu ərazisində qanunsuz olaraq narkotik vasitə və psixotrop maddələr əldə etməsi, özündə, yaşadığı ünvanda saxlayaraq daşımaqda şübhəli olduğundan Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə saat 17:32- də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsində, Heydər Eyvazov küçəsində “Rahat” marketin yanında saxlanılaraq üzərinə baxış keçirilən zaman geyindiyi qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş “metamfetamin” psixotrop maddəsinə bənzər bərk, kristal maddə aşkar edilərək götürülmüş, daha sonra Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-yə gətirilmiş və videoçəkilişlər DVD-ə qeyd olunmuşdur. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Sərxan Qarayev tərəfindən tərtib edilmiş 03 sentyabr 2025-ci il tarixli “Təqdim olunan əşyaya baxış keçirilməsi və götürmə haqqında” protokoldan müəyyən edilir ki, xx.xx.2025-ci il tarixdə saat 17:32-də Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsi, Heydər Eyvazov küçəsində yerləşən “Rahat” marketin yanında vət. Təqsirləndirilən şəxs saxlanılaraq üstünə baxış keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən gümüşü rəngli falqaya bükülmüş “metamfetamin” psixotrop maddəsinə bənzər bərk, kristal maddə aşkar edilərək götürülmüş, qeyd olunanlar protokolla rəsmiləşdirilməklə tərtib edilmiş raportla aidiyyəti üzrə təqdim olunmuş, təqdim olunan 01 ədəd gümüşü rəngli falqaya bükülmüş büküm və 01 ədəd DVD-yə baxış keçirilmiş və Təqsirləndirilən şəxs üstündən aşkar edilərək qablaşdırılmış 01 ədəd gümüşü rəngli falqaya bükülmüş büküm götürülərək yenidən qablaşdırılıb möhürlənmişdir. Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı, polis mayoru Sərxan Qarayev tərəfindən tərtib edilmiş 03 sentyabr 2025-ci il tarixli “Şəxsi axtarış, baxış və götürmə aparılması barədə“ protokoldan müəyyən edilmişdir ki, şəxsi axtarış, baxış və götümə aparılmamışdan əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs bu barədə qərarla tanış edərək üzərində olan narkotik vasitəni, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları könüllü surətdə verməsi təklif edilmiş, bundan sonra Təqsirləndirilən şəxs polis əməkdaşları tərəfindən saxlanılan zaman əynində olan qara rəngli cins şalvarın sağ yan cibində olan gümüşü rəngli falqaya bükülmüş 01 ədəd büküm “metamfetamin” psixotrop maddəsinə bənzər bərk kristal maddəni polis əməkdaşlarına təhvil verdiyini bildirərək hazırda üzərində qanunla qadağan edilmiş hər hansı əşya və ya predmetin olmadığını bildirmiş, Təqsirləndirilən şəxs üzərindən şəxsi axtarış, baxış və götürmə zamanı cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşya və predmet aşkar edilməmişdir.Protokol iştrakçılara ucadan oxumuş və iştralçılar tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntüləri özündə əks etdirən birinci DVD-ə baxış zamanı müəyyən olunmuşdur ki, polis əməkdaşları Təqsirləndirilən şəxs yaxınlaşaraq özlərini təqdim edərək ondan özünü təqdim etməsini bildirirlər. O özünü təqdim etdikdən sonra polis əməkdaşları tərəfindən üzərində qanunsuz hər hansı əşya və predmet olması sorğu sual edildikdə Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü təqdim edərək içərisində metamfetamin kimi tanıdığı maddə olduğunu Suraxanı rayonundan tanımadığı şəxsdən 10 manata aldığını bildirmişdir. Təqsirləndirilən şəxs üzərindən çıxan büküm polis əməkdaşları tərəfindən götürülmüşür. İkinci DVD-ə baxış keçirilən zaman Təqsirləndirilən şəxs Xəzər RPİ-nin 2-ci PŞ-yə dəvət edilərək üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilir və əvvəlcə Ramil Həmidoa üzərində saxlanılması, daşınması və ya gəzdirilməsi qadağan edilmiş hər hansı bir əşya və ya predmet varsa könüllü olaraq təqdim etməsi təklif olunduqdan sonra təhqiqatçı ona bildirdi ki, xx.xx.2025-ci il saat 17:32 radələrində Xəzər Rayonu, Buzovna qəsəbəsi, Heydər Axundov küçəsi, “Rahat” marketin yaxınlığında videoçəkilişlə həyata keçirilən əməliyyat tədbiri zamanı polis əməkdaşlarına əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümü təqdim etmişdir. Bundan sonra Xəzər RPİ-nin 2-ci PŞ-nin CA üzrə baş əməliyyat müvəkkili Şahid1 təhqiqata Təqsirləndirilən şəxs videoçəkilişlə üzərindən aşkar olunaraq götürülən zərfi təhqiqata təqdim edir və təqdim edilən zərfin açıldıqda içərisindən 01 ədəd gümüşü rəngli falqaya bükülmüş büküm içərisində ağ rəngli kristalşəkilli maddənin olduğu müəyyən edildi. Daha sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış, baxış və götürmə zamanı onun üzərindən hər hansı bir əşya və ya predmet aşkar edilmədi 01 ədəd gümüşü rəngli falqaya bükülmüş bükümdə olan psixotrop maddə metamfetamin cinayət təqibi üzrə sübut əhəmiyyətinə malik olduğundan kağız zərfə qablaşdırılıb möhürlənərək götürülmüşdür. Məhkəmə-kimyəvi ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16-16/2-6/2959/2025 saylı 04 sentyabr 2025ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Şübhəli şəxs... Təqsirləndirilən şəxs...” sözləri olan zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0.383 qram olan maddi sübut qismində tanınmış ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Ambulator məhkəmə-narkoloji ekspertizası üzrə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 5590 saylı xx.xx.2025ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Opioidlərin və psixostimulyatorların qəbulu nəticəsində yaranan ASİLİLİQ SİNDROMU (NARKOMANİYA XƏSTƏLİYİ) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. VSİS-dən alınan məlumata əsasən Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdən RNM-da (F19x2) diaqnozu ilə dispanser qeydiyyatdadır. Maddi sübut kimi tanınma haqqında qərardan görünür ki, iki ədəd CD disklər, eləcə də Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış və götürmə istintaq hərəkəti həyata keçirilən zaman aşkar edilərək götürülmüş və barəsində məhkəmə-kimyəvi ekspertiza təyin edilərək müvafiq rəy alınmış cəmi 0.383 qram psixotrop maddə metamfetamin iş üçün mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, ekspertiza tədqiqatından sonrakı qalıq 0.333 qram psixotrop maddə metamfetamin zəruri istintaq hərəkətləri yekunlaşdırıldıqdan sonra maddi sübutun taleyi ilə bağlı məhkəmənin yekun qərarı qəbul olunanadək saxlanılması üçün Xəzər RPİ-nin maddi sübutların saxlanc yerinə təhvil verilmişdir. “Tutma haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, ona həmin maddə ilə ittiham elan olunmuş və barəsində həmin gün “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən daxil olmuş tələbnamədən və hökmün surətindən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli 1(003)-506/2023 nömrəli hökmünə əsasən CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 1 il 9 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Salyan Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə cəzasının 05 ay 19 gün çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilmişdir. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda psixotrop maddə metamfetamini əldə edib saxlaması və daşıması özünün səmimi etirafı ilə yanaşı şahidlərin ifadələri, ekspert rəyləri, eləcə də cinayət işi üzrə əldə edilmiş şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 234.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar yoxdur, CM-nin 61-ci maddəsinə əsasən onun cəzasını ağırlaşdıran hal cinayətlərin residividir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Həmin qərara əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosialhüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayəthüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, analoji cinayət törətdiyinə görə əvvəl azadlıqdan məhrum etmə növündə cəza çəkməklə məhkum olunmasını, bundan nəticə çıxarmayıb cəzasının çəkilməmiş hissəsindən şərti olaraq vaxtından əvvəl azad edilməsinə baxmayaraq məhkumluğu ödənilmədən və götürülmədən yenidən eyni xarakterli cinayətin törətməsini, təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs yalnız qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs əməlinin ictimai təhlükəliliyini, cinayətin xarakterini, təqsirləndirilən şəxsin şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq CM-nin 65.2-ci maddəsinin (residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz) tələblərini rəhbər tutub təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CMnin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla onun hazırki iş üzrə şübhəli şəxs qismində tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinin "həbs” növündə qətimkan tədbiri ilə əvəz edilməsini, dərhal məhkəmə iclas zalında həbsə alınmasını, CM-nin 56.1.3-cü maddəsinə əsasən (cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə, cəzanın çəkilməsi ciddi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı 19 yanvar 2026-cı il tarixdən hesablanmasını, həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını, CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicənin təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, maddi sübut kimi tanınmış Təqsirləndirilən şəxs götürülmüş, Bakı şəhəri Xəzər RPİ-nin maddi sübutların saxlanma otağında saxlanılan tədqiqat zamanı 0,050 qram sərf edildikdən sonra qalıq ümumi təmiz çəkisi 0,333 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməli, iki ədəd CD diskin cinayət işinə əlavə olunması nəzərə alınmalı, ekspertiza tədqiqatının keçirilməsi ilə əlaqədar məhkəmə məsrəfini təşkil edən 81 (səksən bir) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertiza Mərkəzinin hesabına köçürülməli, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək, yəni 02 (iki) gün şübhəli şəxs qismində saxlandığı müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 05 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 19 yanvar 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri "həbs” növündə qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalında həbsə alınsın. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut kimi tanınmış Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində saxlanılan 0,333 qram metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin, iki ədəd CD diskin cinayət işinə əlavə olunması nəzərə alınsın. Ekspertiza tədqiqatının dəyəri olan 81 (səksən bir) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs tutulsun və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 (iki yüz iyirmi) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhşəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X4
Məhkəmə qərarları › İş №1(003)-555/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-555/2025
19.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver