Məhkəmə qərarları › İş №1(003)-556/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-556/2022

24.10.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-556/2022 24.10.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxx 1995-ci ildə Sumqayıt şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, əvvəllər məhkum edilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, ünvan 2nında yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Bakı şəhəri Xəzər rayon Məhkəməsinin icraatına Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinin materialları daxil olmuşdur. İrəli sürülmüş ittihama əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və ya aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını qanunsuz və əvəzsiz olaraq öz mülkiyyətinə keçirmək məqsədilə qonşusu Zərərçəkmiş şəxs dostu X1 və Əhalinin Sosial Müdafiəsi Nazirliyində rəhbər vəzifədə işləməsi barədə həqiqətə uyğun olmayan yalan məlumatlar verib onun vasitəsi ilə İİ qrup əlillik təqaüdünü bərpa edəcəyinə dair yalan vəd verib aldadaraq həmin işin görülməsi müqabilində 2021-ci ilin dekabr ayından 2022-ci ilin fevral ayına kimi olan müddətdə hissə-hissə olmaqla, yəni 06 dekabr 2021-ci il tarixdə sonuncunun yaşadığı ünvan 3 ünvanında Zərərçəkmiş şəxs 50 manat, 07 dekabr 2021-ci il tarixdə həmin ünvanda 2600 manat, 08 dekabr 2021-ci il tarixdə həmin ünvanda 3000 manat, 2021-ci ilin dekabr ayının ortalarında həmin ünvanda 1500 manat, 2021-ci ilin dekabr ayının ortalarında həmin ünvanda 1300 manat, 2021-ci ilin dekabr ayının ortalarında həmin ünvanda 200 manat və 05 fevral 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qardaşlar küçəsində yerləşən mağazada olan ödəmə terminalı vasitəsi ilə onun istifadəsində olan 4169 7385 2734 8266 nömrəli bank kartına köçürülmüş 100 manat pul vəsaitini vahid niyyətlə əhatə olunan qəsdlə ələ keçirməklə zərərçəkmiş Zərərçəkmiş şəxs ümumilikdə xeyli miqdarda, yəni 8750 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında Müdafiəçi şifahi vəsatətlə müraciət edərək bildirdi ki, Zərərçəkmiş şəxs 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qardaşlar küçəsində yerləşən mağazada olan ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaitini Təqsirləndirilən şəxs bank kartına köçürsə də, təqsirləndirilən şəxs həmin pulu Sumqayıt şəhərində əldə etdiyindən hadisə orada başa çatmışdır. Bu səbəbdən cinayət işinin aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsini xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs bildirdi ki, Zərərçəkmiş şəxs sonuncu dəfə onun bank kartına köçürdüyü pulu Sumqayıt şəhərində akrtdan çıxardaraaq istifadə etmişdir. Ona görə də, cinayət işinin aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs cinayət işinin aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə iclasında Dövlət ittihamçısı cinayət işinin aidiyyatı üzrə Sumqayıt şəhər Məhkəməsinə göndərilib-göndərilməməsi məsələsini məhkəmənin mülahizəsinə verdiyini bildirdi. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, vəsatət əsaslı olduğundan təmin edilməli və cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilməlidir. Belə ki, iş materiallarından görünür ki, Zərərçəkmiş şəxs 05 fevral 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Qardaşlar küçəsində yerləşən mağazada olan ödəmə terminalı vasitəsi ilə 100 manat pul vəsaitini Təqsirləndirilən şəxs bank kartına köçürmüşdür. Həmin pul vəsaiti təqsirkarın sahibliyinə keçsə də, təqsirkarın həmin pula dair istədiyi kimi sərəncam vermək və ya ondan istifadə etmək imkanı yaranmamışdır. Təqsirləndirilən şəxs həmin pul vəsaitini Sumqayıt şəhərində əldə etdiyindən həmin pula dair istədiyi kimi sərəncam vermək və ya ondan istifadə etmək imkanı həmin vaxt yaranmış və cinayət həmin andan başa çatmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5 və 67-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair Azərbaycan Respublikasi Konstitusiya Məhkəməsi Plenumunun 14 iyul 2022-ci il tarixli qərarında qeyd olunmuşdur ki, Davam edən cinayətlərə aşağıdakı əlamətlər xasdır: - müxtəlif vaxtlarda iki və daha artıq bir-biri ilə faktiki əlaqədə olan əməllərin törədilməsi; - əməllərin bir-biri ilə vahid niyyət və yekun (ümumi) nəticənin əldə olunması istəyi ilə birləşməsi; - cinayətlərin çoxluğundan fərqli olaraq bir cinayət kimi qiymətləndirilməsi və Cinayət Məcəlləsinin bir maddəsi ilə tövsif olunması. Göründüyü kimi, davam edən cinayət onu təşkil edən əməllərin sayından asılı olmayaraq bütöv (vahid) cinayət kimi çıxış edir və cinayətin törədilmə yeri, vaxtı, tövsifi kimi hüquqi əhəmiyyətli məsələlər məhz bu hal nəzərə alınmaqla həll edilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra – Cinayət-Prosessual Məcəlləsi) 74.2.2-ci maddəsində qeyd olunmuşdur ki, cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunur. Maddənin məzmunundan göründüyü kimi, cinayəti təşkil edən sonuncu epizod həm bütöv cinayətin törədildiyi yeri, həm də cinayətin başa çatdığı anı müəyyən edir. Cinayət qanunu ilə nəzərdə tutulmuş son əməlin törədildiyi yer davam edən cinayətin başa çatdığı yer hesab olunduğundan, müvafiq olaraq davam edən cinayətin başa çatma anı da son əməlin törədildiyi vaxtla müəyyən edilməlidir. “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 11 iyun 2015-ci il tarixli qərarında məhkəmələrin nəzərinə çatdırılmışdır ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1-ci maddəsinə əsasən cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksiyasına aid olan birinci instansiya məhkəməsində baxılır. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 75.1-ci maddəsinə əsasən cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. Həmin Məcəllənin 300.1.4-cü maddəsinə əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərar qəbul edilir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 74-75-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi aidiyyəti üzrə baxılması üçün Sumqayıt şəhər Məhkəməsinə göndərilsin. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar