Məhkəmə qərarları › İş №1(003)-557/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-557/2024

29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-557/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkii X3, Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Cəbrayıl şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, əvvəllər məhkum olmayan, Cəbrayıl şəhəri, Xudafərin küçəsi, ev 23 –də qeydiyyatda olan, ünvan 1 ünvanında yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq,, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs 16 fevral 2023-cü il tarixdə saat 17 radələrində əvvəldən tanımaqla yaxın münasibətdə olduğu Şahid2 xx.xx.2008- ci il təvəllüdlü yetkinlik yaşma çatmayan oğlu Zərərçəkmiş şəxs ilə Bakı şəhəri Xəzər rayonu, Binə qəsəbəsi, Rizvan Məmmədov küçəsində yerləşən 117 saylı tam orta məktəbin yaxınlığında rastlaşdıqları vaxt aralarındakı söhbət zamanı bir neçə dəfə idarə etmək üçün ona verdiyi Mopedi yenə verəcəyinə dair verdiyi sözə əməl etmədiyini bildirib ona əsəbi cavab verən Zərərçəkmiş şəxslə aralarında yaranmış mübahisəni cüzi səbəb kimi bəhanə edib etiraz əlaməti olaraq onu cəzalandırmaq üçün ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib ucadan nalayiq təhqiramiz ifadələr işlədərək ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik və etinasızlıq göstərib, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş elementar davranış, əxlaq və mənəviyyat normalarına əməl etməyərək, ətrafdakı insanlarda qorxu və narahatlıq yaradaraq, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub zor tətbiq edərək ətrafdakı şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs üz nahiyyəsindən bir dəfə əli ilə zərbə vurub yerə yıxaraq üzərində oturub bir əli ilə boğazından tutub sıxaraq, digər əli ilə davamlı olaraq baş nahiyyəsindən zərbələr vuraraq ona ənsə nahiyyəsinin nöqtəşəkilli qansızması, sağ ağız bucağının, sağ dizin sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ kürəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən və sağlamlığının qısa müddətə pozulmasına səbəb olub sağlamlığına dərəcəsinə görə yüngül zərər vuran xəsarətlər yetirib yetkinlik yaşma çatmayan Zərərçəkmiş şəxs üzərində zor tətbiq olunması ilə müşaiyət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs anası Şahid2 ilə bir müddətdir ki, yaxın münasibətləri olmuşdur. Eyni zamanda Xəzərin özü ilə də yaxşı münasibətləri olmuş, ona motosiklet və maşın sürməyi öyrətmişdir. 16 fevral 2024-cü il tarixdə saat 17 radələrində evdə olan zaman Xəzər onun yaşadığı ünvana gəlib onu çağırmışdır. Həmin vaxtı Xəzərin üzündə qızartı görmüşdür. Çölə çıxaraq bir yerdə söhbət edə edə “Qazel” maşını axtarmağa getmişlər. Lakin yol gedərkən Xəzərin ona qarşı başqa cür olduğunu hiss etmişdir. Bir qədər sonra Xəzər onun üzünə qayıdaraq «nə deyirsəne sən» bildirmiş və ona qarşı aqresivlik etmişdir. Bu aqressiv cavabı onu əsəbləşdirdiyindən və özünü müdafiə etmək üçün Xəzərin sinəsindən əllərilə tutub yerə yıxmış və Xəzərin sinəsindən tutmuş vəziyyətdə bir neçə dəfə silkələmişdir. Bu zaman Xəzəri vurmamış, lakin dırnağı ilə onun dərisini cızmışdır. Daha sonra Xəzəri buraxmış və yaşadığı evə qayıtmışdır. Əvvəlki məhkəmə iclası zamanı qanuni nümayəndəsinin iştirakı ilə zərərçəkmiş şəxs qismində dindirilmiş yetkinlik yaşına çatmayan Zərərçəkmiş şəxs qeyd etmişdir ki, İsrafili 2023cü ilin dekabr ayından etibarən anasının dostu kimi tanımışdır. 16 fevral 2024-cü il tarixdə saat 17 radələrində dərsdən çıxıb evə gedən zaman İsrafil uca səslə ünvanına nalayiq ifadələr işlədərək arxa tərəfdən qaçaraq ona yaxınlaşmış və yaxasından tutub üzündən bir dəfə yumruqla zərbə endirmişdir. O, yumruq zərbəsinin təsirindən yerə yıxılmışdır. Yıxılandan sonra İsrafil sinə nahiyyəsinin üzərində oturub boğazından əli ilə sıxaraq digər əli ilə onu baş nahiyyəsindən vurmuşdur. İsrafil onu döyədən sonra üzərindən qalxıb qaçmışdır. Oda üst başını təmizləyib özünə məxsus mobil telefonla ilk olaraq anası Reyhanəyə məlumat vermiş, sonra isə “102” xidmətinə zəng etmişdir. Hal-hazırda təqsirləndirilən şəxslə barışmamış və ondan şikayətçidir. Məhkəmə iclasında iştirak edən Şahid2 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs bir neçə ildir ki, tanıyır və dost münasibətləri olmuşdur. Sonradan dostluqları sevgi münasibətinə çevrilmişdir. Lakin ailəli olduğundan onunla ayrılmaq qərarına gəlmişdir. İsrafil onunla ayrılmaq istədiyini başa düşüb onunla münasibətlərində aqresivləşmiş və onun ailəsinə ciddi şəkildə problem yaratmağa başlamışdır. O, İsrafili müalicə etdirdikdən sonra ayrılmaq istəsədə İsrafil ona hədə qorxu gələrək əyər ondan ayrılsa ailə qurmasa, ailə üzvlərinə bunu danışacaq, oda ailəsinin bunu biləcəklərindən qorxutmuşdur. Oğlu Zərərçəkmiş şəxs xx.xx.2024-cü il tarixdə saat 17 radələrində Təqsirləndirilən şəxs tərəfindən Bakı şəhəri, Binə qəsəbəsində olan 117 saylı tam orta məktəbin yaxınlığında döyülmüşdür. Xəzər xx.xx.2024-cü il tarixdə ona zəng vurmuşdur və İsrafilin onu döydüyünü bildirmişdir. Həmin gün Xəzər “102” xidmətinə məlumat vermişdir. Məhkəmə iclasında iştirak edən X4 şahid qismində verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs onun bacısı oğludur. Təxminən 1 il bundan qabaq Ağdaş rayonunda qohumlarının evində olan zaman Reyhanənin həyəcanlı şəkildə bir nəfər şəxslə telefonla danışdığını görüb, ona yaxınlaşıb nə baş verdiyini soruşmuşdur. Reyhanə bir nəfər İsrafil adlı şəxslə tanış olub, dostluq etdiyini hal-hazırda isə həmin şəxsdən ayrılmaq istəyinə baxmayaraq həmin şəxs tərəfindən təzyiqlərə məruz qaldığını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Şahid1 şahid qismində verdiyi ifadəsində qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun oğludur. Şahid2 ilə 2007-ci il tarixdə ailə həyatı qurmuş, rəsmi nigahdan 3 övladları vardır. Şahid2 ilə münasibətləri əvvəllər yaxşı olsada, son 2 ildir pişləşmişdir. Təqsirləndirilən şəxs 16 mart 2024-cü il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsində olan 117 saylı tam orta məktəbin yaxınlığında oğlu Zərərçəkmiş şəxs döyərək xəsarət yetirmişdir. Bu barədə ona arvadı Reyhanə bildirmişdir. İbtidai istintaq zamanı verdiyi ifadəsi elan olunmuş şahid X6 bildirmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Təxminən iki il bundan əvvəl qardaşı Şahid1 ona bildirmişdir ki, bir nəfər şəxs onu və ailəsini narahat edir. Həmin şəxsin adının İsrafil olduğunu bildirmişdir. O, İsrafilin mobil telefonuna yığmış və İsrafilə görüşməyi təklif eləmişdir. İsrafil onunda ünvanına nalayiq ifadələr işlətmişdir. Sonradan həmin şəxslə danışmağın əhəmiyyətinin olmadığını görüb yığmamaq qərarına gəlmişdir. İsrafil 2024-cü ilin yanvar ayından başlayaraq özünə məxsus “israfil Resulzade5' səhifəsi ilə ona “Tik-Tok” sosial şəbəkəsində dostluq atmış, o, qəbul etməmişdir. İsrafilin səhifəsinə baxan zaman qardaşı Tofıqin arvadı Reyhanə ilə olan şəkilləri paylaşdığını görmüş, bu barədə qardaşı Vüsala bildirmişdir. İbtidai istintaq zamanı verdiyi və məhkəmə iclasında elan edilmiş ifadəsində Şahid5 qeyd etmişdir ki, Zərərçəkmiş şəxs onun qardaşı oğludur. Xəzəri xx.xx.2024-cü il il tarixdə yaşadığı evin həyətində görmüşdür. Xəzərin kefi olmadığını görüb, nə baş verdiyini soruşmuş, o, əvvəlcə heç nə baş vermədiyini desədə, sonradan İsrafil adlı şəxs tərəfindən döyüldüyünü bildirmişdir. İsrafili ilk dəfə 2022-ci ilin dekabr ayında görmüş, həmin vaxt İsrafil onların arxasınca “Tarqovu” adlanan yerdən yəni Səbail rayonu ərazisindən Binə qəsənbəsinə qədər gəlmişdir. Həmin vaxt qardaşı Tofiqin arvadı Reyhanə və Reyhanənin övladları da yanında olmuşdur. Bundan sonra İsrafili tez-tez Reyhanə ilə birlikdə hardasa olan vaxt arxasınca gəlməyini görmüşdür. Hətta yaşadığı küçədə də onu tez-tez görürmüş, Reyhanədən hətta həmin şəxsin ona görə gəldiyini də soruşmuş, lakin Reyhanə bunu etiraf etməyib, ona şər atdığını deyib, əsəbləşib. Bir dəfə İsrafili idarə etdiyi “Hyundai Sonata” ** TM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı evin yaxınlığından bir neçə dəfə keçdiyini görüb, onu saxlatdırmaq istəmiş, lakin İsrafil maşını saxlamamışdır. O, İsrafilin arxası ilə özünə məxsus avtomobil ilə getsədə İsrafil maşını saxlamamışdır. Bundan sonra İsrafili Binə qəsəbəsində görüb, ona yaxınlaşmışdır, hansı səbəbə onları izlədiyini və yaşadığı evin yaxınlığında görsəndiyini soruşmuşdur, İsrafil dayandığı yerdə olan yeri göstərmiş, ona məxsus olduğunu deyib, işlətdiyini bildirmiş, yaşadığı küçədə görsədə səbəbinin isə kirayə ev axtarmaq olduğunu bildirmişdir. Həmin vaxt onunla aralarında sözlə mübahisə olmuşdur. Belə ki, İsrafili birdə yaşadığı küçədə görsədə barəsində şikayət edəcəyini bildirmiş, İsrafil isə “nə bilirsən et” sözlərini işlətmişdir. O, artıq başa düşürmüş ki, İsrafil boş yerə yaşadığı yerə gəlmir. Bildirmişdir ki, 2024-cü ilin yanvar ayından başlayaraq İsrafil özünə məxsus “İsrafil Resulzade” səhifəsi ilə ona Tik-Tok və İnstqaram sosial şəbələrində dostluq atmağa başlamışdır. O, İsrafilin dostluğunu qəbul etməsədə, profilində olan şəkillərə baxmışdır. Həmin şəkillərin içərisində qardaşının arvadı Reyhanə ilə İsrafilin birlikdə olan şəkil və videolarını görmüşdür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, toplanmış material üzrə CM-nin 221.1-ci maddəsi ilə cinayət işi başlanılmış və Zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ƏliyevTofiq Qənimət oğlu xx.xx.2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qanuni nümayəndəsi qismində tanınmışdır; - Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə- Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X11 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın xx.xx.2024-cü il tarixli, 145 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər ənsə nahiyyəsinin nöqtəşəkilli qansızması, sağ ağız bucağının, sağ dizin sıyrıqları, alt dodağın selikli qişasının əzilmiş yarası, sağ kürəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan, sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar yüngül dərəcəli zərərvurmaya aiddilər. Hadisə haqqında məlumatlar, qeyd olunan xəsarətlərinxarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır; - xx.xx.2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tariində şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Təqsirləndirilən şəxs əməli CM-nin 221.1-ci maddəsindən CM-nin 151, 221.3-cü maddələrinə tövsif edilmişdir; - xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi M.Cəfərov tərəfindən Azərbaycan Respublikasının CM-nin 151.1 və 221.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - Xəzər Rayon Məhkəməsinin 07.032024-cü il tarixli qərarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla həbs qətimkan tədbiri seçilmişdir; - Məhkəmə-psixatrik ekspertizasının 29 mart 2024-cü il tarixli 819 nömrəli rəyindən məlum olur ki, cinayət işi materiallarından və hal-hazırkı psixiatrik müayinənin nəticələrinin tədqiqi və təhlili əsasında belə nəticəyə gəlinir ki, Təqsirləndirilən şəxs hazırda hər hansı bir Psixi xəstəlikdən əziyyət çəkmir. Təqsirləndirilən şəxs həmçinin ona ittiham olunan əməl dövründə hər hansı bir psixi xəstəlik və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllıq və ya sair psixi xəstəlik əlamətləri aşkar olunmayıb. Həmin dövrdə o, öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də Təqsirləndirilən şəxs ona ittiham olunan əməl barəsində anlaqlı hesab olunmalıdır. Onun hərəkətləri Azərbaycan Respublikası CM-nin 21-ci maddəsinin təsiri altına düşmür. Yoxlanılan şəxs hal-hazırda da öz hərəkətlərini ölçüb- biçmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs məcburi müalicəyə ehtiyacı yoxdur; - Məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cii il tarixli 1796 nömrəli rəyində göstərilmişdir ki, Rəsulzadə X2 xəstəliyindən əzab çəkmir. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur; - Məhkəmə-tibbi ekspertizasının xx.xx.2024-cii il tarixli 09-ə/145 nömrəli rəyində göstərilmişdir ki, 2008-ci il təvəllüdlü Zərərçəkmiş şəxs məhkəmə-tibb ekspertizasına əsasən, hadisə haqqında məlumatları nəzərə alıb və qərarda qoyulmuş suallara müvafiq olaraq aşağıdakı nəticəyə gəlinmişdir ki, X.T,Əliyevin bədənində aşkar edilmiş xəsarətlər- ənsə nahiyyəsinin nöqtəşəkilli qansızması, sağ ağız bucağının, sağ dizin sıyrıqları, alt dodağn selikli qişasının əzilmiş yarası, sağ kürəyin qançırı, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan sağ gicgah-çənə oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024-cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasma əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunması xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Zərərçəkmiş şəxs sifət nahiyyəsində aşkar olunmuş xəsarətlərin bək küt əşya qismində dəmir parçası təsirindən törənməsinin istintaq yolu ilə dəqiqləşdirilməsi daha məqsədə müvafiqdir; - Əməlin tövsif edilməsi və sübutların qiymətləndirilməsi haqqənda xx.xx.2024-cü il tarixli qərardan məlum olur ki, cinayət işi üzrə əməl CM-nin 151 və 221.3-cü maddəsində CM-nin 221.1-ci maddəsinə tövsif edilmiş və Təqsirləndirilən şəxs həmin maddə ilə ittiham elan olunmuşdur. Təqsirləndirilən şəxs əməlində CM-nin 151 və 221.3-cü maddələrində qeyd edilmiş cinayətlərin tərkibi olmadığından ittihamdan xaric olunmuşdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələıri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, təhqiqat hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə qeyd edir ki, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materiallarda olan izahatlar, ekspertiza rəyi, o cümlədən məhkəmə baxışının gedişatında zərərçəkmiş şəxs tərəfindən verilmiş ifadənin qarşılıqlı şəkildə tədqiqi belə qənaətə gəlməyə əsas verir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayətin törədilməsinə şübhə yarada biləcək hər hansı bir hal müəyyən edilməmişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsinə əsasən xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər — min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində azyaşlı uşağının olması (CM-nin 59.1.4) əməlində cəzasını yüngülləşdirən hal kimi müəyyən edilir. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, həbsdə saxlanıldığı müddət cəzasına hesablanmalı (CM-69.3) barəsində seçilmiş “həbs” qətimkan tədbiri dəyişdirilməməli, cəzaçəkmənin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın və cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm üzrə təyin edilmiş cəza müddəti bitənədək dəyişdirilməsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 25 saat vaxta görə 150 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 72 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar