Məhkəmə qərarları › İş №1(003)-558/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-558/2025

04.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-558/2025 04.03.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X5 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə Bakı şəhər Xəzər Rayon Məhkəməsinin inzibati binasında xx.xx.1976-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olan və həmin üvanda yaşayan, barəsində “həbs” növündə qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə CM) 306.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, M ü ə y y ə n e t d i: Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməmişdir. Belə ki, o, cavabdeh kimi ondan, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat sabit pul məbləğində alimentin alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair Qobustan Rayon Məhkəməsinin 2(026)- 22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsini və icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin (İXM) 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 08 (səkkiz) gün və həmin məhkəmənin 3(003)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək sonuncu dəfə xx.xx.2025-ci il tarixdə məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 aprel 2025-ci tarixədək məhkəmə qətnaməsi üzrə 5.750 (beş min yeddi yüz əlli) manat aliment borcunu Zərərçəkmiş şəxs ödəməyərək maddi ziyan vurmaqla yanaşı, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməklə, ədalət mühakiməsinin nüfuzuna xələl gətirmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs CMnin 306.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Birgə nikahdan xx.xx.2013-cü il təvəllüdlü Elçin və xx.xx.2015-ci il təvəllüdlü Zəhra doğulmuşdur. İlk vaxtlar aralarında heç bir narazılıq olmamış və bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcud nikah xx.xx.2024-cü il tarixdə pozulmuşdur. Qobustan Rayon Məhkəməsinin 2(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsi Qobustan Rayon Məhkəməsinin hesabına köçürülməsi qət edilmişdir. Bu barədə icra sənədləri icra olunması üçün Bakı şəhəri Xəzər rayon İcra Şöbəsinə göndərilmişdir. İcra şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmış və ona bildiriş verilmişdir. Qalıq borclarını vaxtında ödəmədiyindən Xəzər rayon İcra Şöbəsinə dəvət olunaraq izahatlar vermişdir. İcra şöbəsinin protokoluna əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən İXM-in 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək 3(003)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün və İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 3(003)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs olunmuşdur. Bundan sonra icra məmuru tərəfindən ona yenidən borcu ödəməyi barədə bildiriş verilmişdir. Hazırda müxtəlif tikintilərdə fəhləlik fəaliyyətində çalışıraq aylıq 500 (doqquz yüz) manat qazancı olur. Qazancını özünə xərcləyir. Qalıq borcunu ödəmədiyindən məhkəmə qətnaməsini icra etməmişdir. Qətnamələr üzrə borcundan Zərərçəkmiş şəxs istintaq müddətində cəmi 170 manat, məhkəmə istintaqı zamanı isə 500 manat ödəniş etmişdir. Hazırda aliment borcunu tam olaraq ödəməyə imkanı yoxdur. Məhkəmə iclasında zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərmişdir ki, Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Aralarında heç bir narazılıq olmamış, lakin bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və xx.xx.2024- cü il tarixdə boşanmışlar. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 2(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq ona verilməsi və Təqsirləndirilən şəxs 68 (altmış səkkiz) manat dövlət rüsumu tutularaq Qobustan Rayon Məhkəməsinin hesabına köçürülməsi qət edilmişdir. Bu barədə icra sənədləri icra olunması üçün Qaradağ rayon icra şöbəsinə göndərilmişdir. İcra şöbəsində həmin icra sənədlərinə görə icra işi başlanılmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs müxtəlif tikintilərdə fəhləlik fəaliyyətində çalışıraq aylıq təxminən 1000 (min) manat qazanc əldə edir. Lakin qazancım özünə xərcləyir, uşaqların saxlanması üçün ona maddi yardım göstərmir. Uşaqlar böyüdüyündən maddi tələbatları da xeyli artmışdır. Təkbaşına uşaqların zəruri xərclərini ödəməkdə çətinliklər çəkir. İcra məmurları tərəfindən dəfələrlə bildirişlər verilməsinə baxmayaraq borclu Təqsirləndirilən şəxs icradan yayınmış və bu səbəbdən də məhkəmənin qərarı ilə inzibati qaydada həbs olunmuşdur. İstintaq müddətində Təqsirləndirilən şəxs tərəfindən ona 140 (bir yüz qırx) manat, məhkəmə dövründə isə 500 (beş yüz) manat və uşağının əməliyyatı ilə bağlı 300 (üç yüz) manat pul ödənilmişdir. Maddi vəziyyəti aşağı olduğundan öz qalıq borcunu tam tələb edir. Odur ki, Təqsirləndirilən şəxs qalıq alimentin və əlavə xərcin alınaraq ona verilməsinə köməklik göstərilməsini, ödəmədiyi halda barəsində azadlıqdan məhrüm etmə cəzasının təyin edilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru Şahid1 göstərmişdir ki, borclu Təqsirləndirilən şəxs barəsində Qobustan Rayon Məhkəməsinin 2(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq Zərərçəkmiş şəxs verilməsini və ondan 68 (altmış səkkiz) manat dövlət rüsumun tutulmasının Qobustan Rayon Məhkəməsinin hesabına köçürülməsini qət etmişdir. Məhkəmə qətnaməsinin icrası ilə bağlı icra məmurunun qanuni tələblərini üzrsüz səbəbdən yerinə yetirmədiyinə görə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi tərəfindən İXM-in 528.1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək həmin Rayon Məhkəməsi tərəfindən 3(003)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli qərarı ilə 08 (səkkiz) gün və Azərbaycan Respublikası İXM-in 528.1-1-ci maddəsi ilə inzibati xətanı törətməkdə təqsirli bilinərək 3(003)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilməsinə, icra sənədlərindəki tələbləri icra etməsi üçün ona yeni müddət təyin edilərək məsuliyyəti elan olunmaqla rəsmi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq öz hərəkətlərini davam etdirməklə şəxsi maraq niyyətilə cinayət təqibi başlanılması məsələsinə baxılması üçün təqdimat verilən 17 aprel 2025-ci tarixədək məhkəmə qətnaməsi üzrə ümumilikdə cəmi 5.750 (beş min yeddi yüz əlli) manat aliment borcu ödənilməmiş qalmışdır. Təqsirləndirilən şəxs yenidən öz hərəkətlərini davam etdirmiş və təqdimat verilən xx.xx.2025-ci il tarixədək məhkəmə qətnaməsini icra etmədiyindən sonuncunun barəsində CM-in 306.1-ci maddəsi ilə cinayət təqibinin başlanması üçün Ədliyyə Nazirliyinin İstintaq İdarəsinə təqdimat vermişdir. İbtidai istintaq zamanı dindirililmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Bakı şəhəri Xəzər Rayon İcra Şöbəsinin icra məmuru X2, icra məmuru Şahid1 göstərdiyi xüsusatı bir daha təsdiq edərək Təqsirləndirilən şəxs məhkəmə qətnaməsini qərəzli olaraq icra etməməsini göstərmişdir. İbtidai istintaq zamanı dindirililmiş və məhkəmə iclasında ifadəsi tədqiq edilmiş Şahid3 göstərmişdir ki, Zərərçəkmiş şəxs qardaşıdır. Bacısı Zərərçəkmiş şəxs borclu Təqsirləndirilən şəxs ilə 2012-ci ildə rəsmi nikaha daxil olaraq evlənmişlər. Aralarında heç bir narazılıq olmamış, lakin bir müddət keçdikdən sonra ailədə yaranmış mübahisələr nəticəsində birgə yaşayışları mümkünsüz olmuş və mövcüd nikah xx.xx.2024-cü il tarixdə başa çataraq faktiki olaraq kəsilmişdir. Təqsirləndirilən şəxs Qobustan Rayon Məhkəməsinin 2(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsinə əsasən xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X9 və xx.xx.2015-ci il təvəllüdlü X7 yetkinlik yaşlarına çatana kimi saxlanılmaları üçün hər ay hər uşağa görə 200 (iki yüz) manat olmaqla, cəmi 400 (dörd yüz) manat sabit pul məbləğində aliment tutularaq bacısı Zərərçəkmiş şəxs verilməsini və Təqsirləndirilən şəxs 68 (altmış səkkiz) manat dövlət rüsumun tutularaq Qobustan Rayon Məhkəməsinin hesabına köçürülməsi qət edilmişdir. Bu barədə icra sənədi icra olunması üçün Qaradağ rayon İcra şöbəsinə göndərilmişdir. İcra şöbəsində həmin icra sənədinə görə icra işi başlanılmışdır. Qətnamənin qəbul edilməsindən xeyli müddətin keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs ötən müddətdə barəsində olan məhkəmə qətnaməsinə məhəl qoymamış və müəyyən olunmuş alimenti vaxtında ödəməmişdir. Təqsirləndirilən şəxs müxtəlif tikintilərdə fəhləlik fəaliyyətində çalışıraq aylıq təxminən 1000 (bir min) manat manat qazanc əldə edir. Odur ki, uşaqlarlın çətin maddi vəziyyətdə olduğunu nəzərə alaraq müəyyən edilmiş aliment məbləğinin Təqsirləndirilən şəxs alınaraq bacısı Zərərçəkmiş şəxs verilməsinə köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə iş üzrə dindirilmiş şəxslərin ifadələri ilə yanaşı Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertizanın rəylərini və digər sənədləri də tədqiq edib sübut növü kimi qəbul edir. Qobustan Rayon Məhkəməsinin 2(026)-22/2024 saylı, xx.xx.2024-cü il tarixli qanuni qüvvəyə minmiş qətnaməsindən və icra vərəqəsindən görünür ki, xx.xx.2023-cü il tarixdən hesablanmaqla xx.xx.2013-cü il təvəllüdlü X4 və xx.xx.2015-ci il təvəllüdlü X3 yetkinlik yaşına çatana kimi saxlanılması üçün hər ay hər uşağa 200 (iki yüz) manat sabit pul məbləğində alimentin Təqsirləndirilən şəxs alınaraq Zərərçəkmiş şəxs verilməsinə dair qərar qəbul edilmişdir. “Tələbin könüllü icrası haqqında bildiriş”dən görünür ki, yuxarıda qeyd edilən qərarın könüllü icrası ilə bağlı bildiriş Təqsirləndirilən şəxs tərəfindən xx.xx.2024-cü il tarixdə alınmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs İXM-nin 528.1-1-ci maddəsi ilə təqsirli bilinib barəsində inzibati həbs növündə inzibati tənbeh tədbiri tətbiq edilmişdir. Məhkəmə qətnaməsininin icrası ilə bağlı Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 3(003)-2091/2024 saylı, xx.xx.2024-cü il tarixli və 3(003)-93/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarlarından, xəbərdarlıqlardan və digər sənədlərdən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən də qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq icra etməmişdir. “Axtarışda olan şəxin tutulması haqqında protokol”dan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. “Qətimkan tədbiri seçmək haqqında” qərardan görünür ki, xx.xx.2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri seçilmişdir. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2026-cı il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məhkəmənin çağırışlarına gəlməkdən yayındığına və qaçıb gizləndiyinə görə barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbiri “həbs” növündə qətimkan tədbiri ilə əvəz edilərək onun axtarışı elan edilmişdir. xx.xx.2026-cı il tarixli Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasının məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2026-cı il tarixdə saxlanılaraq İstintaq Təcridxanasına təhvil verilmişdir. Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya idarəsindən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdırıb, iş üzrə toplanmış mötəbər sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verib, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsini qərəzli olaraq qəsdən icra etməməsi özünün etirafedici ifadəsi ilə yanaşı zərər çəkmiş şəxsin və şahidlərin ifadələri, eləcə də, cinayət işi üzrə əldə edilmiş digər şübhə doğurmayan mötəbər faktlarla tam sübuta yetirilmişdir. Həmin əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməli CM-nin 306.1-ci maddəsi ilə tövsif olunmalı və ona qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. Məhkəmə, CM-nin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi cinayəti səmimi etiraf edib peşman olmasını, aliment üzrə borcunun bir qismini ödəməsini, əvvəllər məhkum olunmamasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. CM-nin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs təqsirləndirildiyi maddənin sanksiyasında cərimə, ictimai işlər, islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulmuşdur. Təqsirləndirilən şəxsə təyin ediləcək cəza ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. CM-nin 58.1-ci maddəsinə əsasən törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2003-cü il 25 iyun tarixli 4 №-li qərarının 1-ci bəndinin tövsiyyəsinə görə cinayətin ictimai təhlükəliliyinin xarakteri qəsdin obyektindən, təqsirin formasından və əməlin CM-nin 15-ci maddəsi ilə hansı cinayətlər kateqoriyasına aid edilməsindən asılıdır. Cinayətin ictimai təhlükəlilik dərəcəsi isə onun törədilmə hallarına (məsələn, cinayətkar niyyətin həyata keçirilmə dərəcəsi, üsulu, vurulmuş zərərin həcmi və baş vermiş nəticələrin ağırlığı, iştirakçılıqla törədilmiş cinayətlərdə təqsirli şəxslərin rolu və s.) əsasən müəyyən edilir. Hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən, cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır, cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, cəzaının yüngülləşdirici halların mövcudluğunu, cəzasını ağırlaşdıran halların isə olmamasını, təqsirkarın şəxsiyyətini, habelə təyin olunan cəzanın onun islah olunmasına təsirini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs qanunvericiliklə nəzərdə tutulmuş həddə azadlıqdan məhrum etmə cəzası təyin edilməklə onun islah olması və bu yolla cəzanın məqsədlərinə nail olunması mümkündür. Odur ki, CM-nin 8.1-ci (cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır), 41.2-ci (cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir) və 58.3-cü (cəza təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunacaq cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır) maddələrinin müddəalarına əsaslanaraq məhkəmə, Təqsirləndirilən şəxs barəsində təqsirləndiyi maddənin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini, CM-nin 69.3-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla onun tutulduğu müddətin təyin olunmuş cəzadan çıxılmasını, CM-nin 56.1.2-ci maddəsinə əsasən (qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün cəzanın çəkilməsi ümumi rejimli cəzaçəkmə müəssisələrində müəyyən edilir) cəzasının ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsini, cəzaçəkməsinin başlanğıcının həbsə alındığı xx.xx.2026-cı il tarixdən hesablanmasını, barəsində seçilmiş həbs qətimkan tədbirinin hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmasını qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə maddi sübut yoxdur, mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003cü il tarixli, həmçinin, Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında xx.xx.2006-cı il tarixli qərarlarının izah və tövsiyələri baxımından da, əsaslı hesab edir. Göstərilənlərə əsasən və CPM-nin 344-349, 351-353, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, H ö k m e t d i: Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin. Təqsirləndirilən şəxs CM-nin 306.1-ci maddəsi ilə 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. CM-nin 69.3-cü maddəsinə əsasən ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək tutulduğu 1 (bir) gün şübhəli şəxs qismində saxlandığı müddətinin bir günü bir gün hesabı ilə hesablanmaqla təyin olunmuş cəzadan çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 05 (beş) ay 29 (iyirmi doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkməsinin başlanğıcı 06 fevral 2026-cı il tarixdən hesablansın. Barəsində seçilmiş "həbs” növündə qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 5 saata görə 55 (əlli beş) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutulsun və Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surəti təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X6

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar