Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-559/2024 29.08.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs1, Müdafiəçilər - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və X2 , Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx.xx.1971-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1973-cü ildə Masallı rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş, məhkumluğu ödənilməmiş, Neftçala rayonu, Neftçala şəhəri, Məhəmməd Şəhriyar küçəsi, ev 14, mənzil 2-də qeydiyyatda olan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində yerləşən bağ evinə hasardan qanunsuz daxil olaraq evin mətbəxinin dəmir barmaqlıqlarını sındırıb plastik pəncərəsini əli ilə açıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla evin koridorunda sökülü vəziyyətdə olan 01 ədəd 1400 (min dörd yüz) manat dəyərində “İmmerqas” markalı kombini, onun yanında olan 01 ədəd 100 (yüz) manat dəyərində su qızdırıcısını və ümumi dəyəri 10 manat olan 6 metr uzunluğunda elektrik uzadıcısını, evin balkonundan ümumi dəyəri 20 manat olan 3.2 metr uzunluqda dəmir dayağı oğurlayıb evin qapısını içəridən açaraq gəldiyi yol ilə geri qayıdıb özgəsinə məxsus həmin əmlakı gizli olaraq talayıb əşyaları araba ilə daşıyıb apararaq satıb pulunu şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Zərərçəkmiş şəxs1 oğluna ümumilikdə 1530 manat məbləğində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədov küçəsi 306-cı sahədə yerləşən bağ evinin hasarından qanunsuz daxil olmaqla yaşayış sahəsi olan evin mətbəxinin plastik pəncərəsini əli ilə itələyib açaraq natamam təmirli ikinci mərtəbənin zalında yerdə olan 3500 manatlıq “Cepter” markalı çəngəl, qaşıq, bıçaq dəstinin, həmin yerdə olan ümumi dəyəri 90 manat olan “Karaca” firmasının 6 ədədlik 2 qutu bakal dəstini, 80 manat dəyərində 01 ədəd tərəvəz doğrayan maşını, ümumi dəyəri 100 manat olan 6 ədədlik 1 qutu kofe fincanını, ümumi dəyəri 90 manat olan 2 ədəd xrustal vazanı, evin birinci mərtəbəsinin koridorunda yerdə olan 350 manat dəyərində 01 ədəd 7 litrlik, 250 manat dəyərində 01 ədəd 5 litrlik simovarı oğurlamaqla gəldiyi yol ilə geri qayıdıb özgəsinə məxsus həmin əmlakları gizli olaraq talayıb əşyaları araba ilə daşıyıb apararaq satıb pulunu şəxsi ehtiyaclarına sərf edib zərərçəkmiş Zərərçəkmiş şəxs2 ümumilikdə 4460 (dörd min dörd yüz altımış) manat məbləğində maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evində heç kəsin olmadığını görüb bildikdən sonra bağ evinin həyətinə hasardan birlikdə aşıb qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs2la birlikdə evin zalının pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəsini əli ilə açıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla sökülü vəziyyətdə mətbəxdə olan 1800 manat dəyərində 1 ədəd kombini, otaqlarından ümumi dəyəri 1000 manat olan 10 ədəd müxtəlif ölçülü kombi radiatorlarını, evin zalından 300 manat dəyərində 1 ədəd tikiş maşınını, ümumi dəyəri 200 manat olan 2 top elektrik naqillərini, ümumi dəyəri 300 manat olan köhnə alüminium kabelləri, 60 manat dəyərində elektrik mişarını, 400 manat dəyərində 20 litrlik 1 ədəd simovarı, 300 manat dəyərində 5 litrlik 1 ədəd simovarı, hər biri 150 manat olan 2 ədəd elektrik simovarını, ümumi dəyəri 200 manat olan qazanları, ümumi dəyəri 100 manat olan 2 ədəd dreli, 400 manat dəyərində “Kobalt” qab servisini, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal stəkanları, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal bakalları, ümumi dəyəri 150 manat olan 12 ədəd ayaqlı xrustal bakalları, ümumi dəyəri 180 manat olan “Karaca” firmasına məxsus 6 ədəd mürəbbəqabını, ümumi dəyəri 100 manat olan “Karaca” firmasına məxsus çay servisini, ümumi dəyəri 100 manat olan “Karaca” firmasına məxsus nahar servisini, ümumi dəyəri 150 manat olan 18 ədəd bakalı, ümumi dəyəri 50 manat olan 6 ədədli çay dəsti, 180 manat dəyərində 5 litrlik zeytun yağını, ümumi dəyəri 800 manat olan 2 ədəd çamadanı, 100 manat dəyərində 1 ədəd balaca çamadanı, 100 manat dəyərində 1 ədəd popkorn aparatını, ümumi dəyəri 100 manat olan 50 ədədli çay qaşığı dəstini, ümumi dəyəri 100 manat olan 50 ədədli yemək qaşığı dəstini, ümumi dəyəri 100 manat olan 50 ədədli çəngəl dəstini, ümumi dəyəri 250 manat olan 5 ədəd süfrəni, ümumi dəyəri 100 manat olan 2 ədəd yataq üzlüyünü, ümumi dəyəri 600 manat olan 2 ədəd alümünium nərdivanları, ümumi dəyəri 150 manat olan dəmir “uqolnikləri”, ümumi dəyəri 150 manat olan 2 ədəd xrustal meyvə qablarını, ümumi dəyəri 120 manat olan 2 ədəd konfet qablarını, ümumi dəyəri 120 manat olan 2 ədəd mürəbbə qablarını, ümumi dəyəri 100 manat olan müxtəlif növ açarları, ümumi dəyəri 200 manat olan 10 kq ərik qurusunu, ümumi dəyəri 500 manat olan 50 butulka kompotu və mürəbbəni, 1 ədəd 140 manat dəyərində 1 litrlik arağı götürüb evin mətbəxinin içəri tərəfdən qapısını açıb həyətə çıxaraq tanışı Təqsirləndirilən şəxs2la birlikdə həmin əmlakları həyətyanı sahənin arxa qapısından küçəyə çıxarıb yoldan keçən avtomobillərdə daşıyıb apararaq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs2 ilə birlikdə əvvəlcədən əlbir olan bir qrup şəxslə özgəsinə məxsus əmlakları gizli olaraq talamaqla və əldə etdikləri əmlakları Təqsirləndirilən şəxs2 ilə birlikdə satıb pulunu aralarında bölüşdürərərk şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs3 11800 (on bir min səkkiz yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Bundan başqa o, təkrarən özgənin əmlakını gizli olaraq talamaq məqsədilə xx.xx.2024-cü il tarixdə gecə saatlarında Zərərçəkmiş şəxs4 məxsus ünvan 3 ünvanında yerləşən bağ evinin dəhlizə açılan plastik pəncərəsini əli ilə açaraq yaşayış sahəsinə qanunsuz daxil olub evin zalında olan 2500 manat dəyərində 1 ədəd “LG” markalı televizoru, həmin yerdən 1500 manat dəyərində 1 ədəd xalçanı, digər otaqlardan hər birinin dəyəri 150 manat olan 4 ədəd ’’Çexiya” istehsalı xrustal meyvə qabını, hər biri 400 manat dəyərində olan 2 ədəd qab servisini, ümumi dəyəri 300 manat olan 12 ədəd bogema-meyvə qabını, ümumi dəyəri 200 manat olan 4 ədəd kişi köynəyini, 50 manat dəyərində bir ədəd gül vazasını, ümumi dəyəri 160 manat olan 4 ədəd konfet qabını, 100 manat dəyərində 1 ədəd qazanı, 80 manat dəyərində 1 ədəd şüşə simovarı, 500 manat dəyərində 1 ədəd od simovarını və həyətyanı sahədə olan 700 manat dəyərində 1 ədəd zavod istehsalı yellənçəyi gizli olaraq talamaqla zərərşəkmiş şəxs Zərərçəkmiş şəxs4 ümumilikdə 7490 (yeddi min dörd yüz doxsan) manat məbləğində xeyli miqdarda maddi ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 ittiham elan olunmuşdur ondan ötrü ki, o, Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olmuş bir qrup şəxs halında xx.xx.2024-cü il tarixdə saat təxminən 23:00 radələrində ünvan 2 ünvanında yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evində heç kəsin olmadığını görüb bildikdən sonra bağ evinin həyətinə hasardan birlikdə aşıb qanunsuz daxil olaraq Təqsirləndirilən şəxs1la birlikdə evin zalının pəncərəsinin dəmir barmaqlığını sındırıb plastik pəncərəsini əli ilə açıb yaşayış sahəsi olan mənzilə qanunsuz daxil olmaqla sökülü vəziyyətdə mətbəxdə olan 1800 manat dəyərində 1 ədəd kombini, otaqlarından ümumi dəyəri 1000 manat olan 10 ədəd müxtəlif ölçülü kombi radiatorlarını, evin zalından 300 manat dəyərində 1 ədəd tikiş maşınını, ümumi dəyəri 200 manat olan 2 top elektrik naqillərini, ümumi dəyəri 300 manat olan köhnə alüminium kabelləri, 60 manat dəyərində elektrik mişarını, 400 manat dəyərində 20 litrlik 1 ədəd simovarı, 300 manat dəyərində 5 litrlik 1 ədəd simovarı, hər biri 150 manat olan 2 ədəd elektrik simovarını, ümumi dəyəri 200 manat olan qazanları, ümumi dəyəri 100 manat olan 2 ədəd drelini, 400 manat dəyərində “Kobalt” qab servisini, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal stəkanları, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal bakalları, ümumi dəyəri 150 manat olan 12 ədəd ayaqlı xrustal bakalları, ümumi dəyəri 180 manat olan “Karaca” firmasına məxsus 6 ədəd mürəbbəqabını, ümumi dəyəri 100 manat olan “Karaca” firmasına məxsus çay servisini, ümumi dəyəri 100 manat olan “Karaca” firmasına məxsus nahar servisini, ümumi dəyəri 150 manat olan 18 ədəd bakalı, ümumi dəyəri 50 manat olan 6 ədədli çay dəsti, 180 manat dəyərində 5 litrlik zeytun yağını, ümumi dəyəri 800 manat olan 2 ədəd çamadanı, 100 manat dəyərində 1 ədəd balaca çamadanı, 100 manat dəyərində 1 ədəd popkorn aparatını, ümumi dəyəri 100 manat olan 50 ədədli çay qaşığı dəstini, ümumi dəyəri 100 manat olan 50 ədədli yemək qaşığı dəstini, ümumi dəyəri 100 manat olan 50 ədədli çəngəl dəstini, ümumi dəyəri 250 manat olan 5 ədəd süfrəni, ümumi dəyəri 100 manat olan 2 ədəd yataq üzlüyünü, ümumi dəyəri 600 manat olan 2 ədəd alüminium nərdivanları, ümumi dəyəri 150 manat olan dəmir “uqolnikləri”, ümumi dəyəri 150 manat olan 2 ədəd xrustal meyvə qablarını, ümumi dəyəri 120 manat olan 2 ədəd konfet qablarını, ümumi dəyəri 120 manat olan 2 ədəd mürəbbə qablarını, ümumi dəyəri 100 manat olan müvtəlif növ açarları, ümumi dəyəri 200 manat olan 10 kq ərik qurusunu, ümumi dəyəri 500 manat olan 50 butulka kompotu və mürəbbəni, 1 ədəd 140 manat dəyərində 1 litrlik arağı götürüb evin mətbəxinin içəri tərəfdən qapısını açıb həyətə çıxaraq tanışı Təqsirləndirilən şəxs1la birlikdə həmin əmlakları həyətyanı sahənin arxa qapısından küçəyə çıxarıb yoldan keçən avtomobillərdə daşıyıb apararaq qabaqcadan əlbir olan bir qrup şəxs halında Təqsirləndirilən şəxs1 ilə birlikdə əvvəlcədən əlbir olan bir qrup şəxslə özgəsinə məxsus əmlakları gizli olaraq talamaqla və əldə etdikləri əmlakları Təqsirləndirilən şəxs1 ilə birlikdə satıb pulunu aralarında bölüşdürərərk şəxsi ehtiyaclarına sərf edib Zərərçəkmiş şəxs3 11800 (on bir min səkkiz yüz) manat məbləğdə xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs2 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində bildirdi ki, xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Elmar ona zəng vuraraq görüşməyi təklif etmişdir. Elmarla görüşmüş və o, bəzi əşyaları daşımağa kömək etməyi təklif etmişdir. Onunla razılaşmış və həmin gün saat təxminən 23 radələrində Şağan qəsəbəsində yerləşən iki mərtəbədən ibarət olan evə gəlmişlər. Elmar həmin evin həyətyanı sahəsinə hasardan aşıb darvazanı arxa tərəfindən açaraq onu içəri çağırmışdır. O da həyətə daxil olmuş və Elmar ona çuğundan olan atapleniyaları göstərərək onları küçə qapısının önünə daşımağı demişdir. Sonra Elmar evin içərisindən onu səsləmiş və içəridəki əşyaları daşımağa kömək etməyini istəmişdir. İçəridən kombiyə aid radiatorları həyət qapısının yanma daşımışlar. Sonra Elmar digər əşyaları da gətirib qapının yanına yığaraq taksi sifariş etmişdir. Onlar taksi ilə həmin əşyaları aparmışlar. Vurulmuş maddi ziyanı ödəməmişdir. Məhkəmə istintaqı zamanı digər təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs1 özünü ittiham olunduğu əməlin törədilməsində tam təqsirli bilərək verdiyi ifadəsində qeyd etdi ki, 2023-cü ilin dekabr ayının sonlarında Xəzər rayonu, Şağan qəsəbəsində oğurluq etmək məqsədilə gəzərkən işıqları sönülü, yaşayış olmayan ev görmüşdür. Hasardan aşmaq yolu ilə həyətyanı sahəsinə keçmişdir. Evin pəncərəsinin dəmir barmaqlıqlarını aralayaraq plastik pəncərəni əli ilə itələyərək açıb evə daxil olmuşdur. Evdə pul, qızıl olmadığından evin içərisində olan kombi aparatını söküb çıxarmışdır. Bundan sonra su qızdırıcısını və orada olan “udilniteli” götürüb kombinin yanına qoymuşdur. Sonra evin eyvanında olan təxminən 3 metr uzunluğunda dəmir dayağı götürüb digər əşyalarla birlikdə həyətyanı sahənin divarından aşaraq gəldiyi yol ilə geri qayıtmışdır. Həmin evdən götürdüyü əşyaların hamısını ərazidə olan tanımadığı dəmir yığan şəxslərə satmışdır. Bundan başqa 2024-cü ilin yanvar ayında Xəzər rayonu, Şağan qəsəbəsində oğurluq etmək məqsədilə gəzərkən işıqları sönülü, yaşayış olmayan ev görmüşdür. Ətrafda heç kəsin olmadığına əmin olduqdan sonra həmin evin hasarından aşaraq həyətə daxil olmuşdur. Həyətdə dəyərli əşya görmədiyindən evə yaxınlaşaraq plastik pəncərəni əli ilə itələyərək açmışdır. Evə daxil olub oradan bir ədəd samovarı və müxtəlif qab-qacaq dəstini oğurlayıb gəldiyi yol ilə geri qayıtmışdır. Oğruladığı əşyaları çöllük ərazidə gizlədərək şəkillərni çəkib “Lalafo” saytında tanımadığı şəxsə 150 manat müqabilində satmışdır. Daha sonra 2024-cü ilin fevral ayında saat 22 radələrində həmin küçə ilə hərəkət edərkən işıqları yanmayan 2 mərtəbədən ibarət ev görmüşdür. Evdə heç kəsin olmadığını görüb hasardan gizlincə aşaraq həyətə daxil olmuşdur. Evin yan tərəfində köhnə çuğundan düzəldilmiş atapleniyalar görmüşdür. Onların ağır olacağını və tək apara bilməyəcəyini düşündüyündən həyətyanı sahədən gəldiyi yol ilə heç nə götürmədən çıxıb getmişdir. xx.xx.2024-cü il tarixdə axşam saatlarında tanışı Qalibi görmüş və əşyaları daşımağa kömək etməyi təklif etmişdir. Qalib də onunla razılaşmış və həmin gün saat 23 radələrində Şağan qəsəbəsində yerləşən həmin evə gəlmişlər. Həmin evin həyətyanı sahəsinə hasardan aşıb darvazanı arxa tərəfindən açaraq Qalibi içəridən çağırmışdır. Qalib də həyətə daxil olmuş və çuğundan olan atapleniyaları göstərərək onları küçə qapısının önünə daşımağı demişdir. O, isə evin pəncərəsinin dəmir barmaqlıqlarını sındırıb evin plastik pəncərəsini əli ilə itələyib açmış və evə daxil olmuşdur. Evdən müxtəlif qab- qacaqları, müxtəfıl növ samovarları, kombini, radiatorları və bağlamadan açılmamış süfrə və yataq dəstini götürərək Qaliblə birlikdə əşyaları həyət qapısının yanına yığmışlar. Sonra taksi sifariş verib əşyaları taksiyə yükləyərək aparmışlar. Səhəri gün “Lalafo” saytında ikinci əl əşyalar alan şəxsin nömrəsinə zəng vuraraq əlində ikinci əl müxtəlif əşyalar olduğunu bildirmişdir. Həmin şəxsə konum ataraq gələcəyi ünvanı göstərmişdir. Həmin şəxs özünü Namiq kimi təqdim etmiş və ona təqdim etdiyi qab-qacaq dəstlərinə 80 manat pul verəcəyini bildirmişdir. O, da razılaşmış və qab-qacaq dəstlərini Namiq adlı şəxsə satmışdır. Kombi aparatını isə tanımadığı dəmir yığımı ilə məşğul olan şəxslərə satmışdır. Kombi radiatorları isə alıcı olmadığından gizlətdiyi boş ərazidə qalmışdır. Həmin radiatorları və qalan qab-qacaq dəstini polis əməkdaşları onu saxlayarkən onlara təqdim etmişdir. Bundan sonra xx.xx.2024-cü il tarixdə Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsində işıqları yanmayan ev görmüş və evdə heç kəsin yaşamadığına əmin olduqdan sonra hasardan aşaraq həyətə daxil olmuşdur. Ətrafa göz gəzdirdikdən sonra evin plastik pəncərəsini sındıraraq evə daxil olmuşdur. Evin zalından bir ədəd “LG” markalı televizoru və müxtəlif qab-qacaqları oğurlayaraq gəldiyi yol ilə geri qayıtmışdır. Həmin əşyalardan bir neçə qab- qacağı Namiq adlı şəxsə ümumilikdə 150 manat satmışdır. Televizoru isə “Lalafo” saytında tanımadığı şəxsə 150 manata satmışdır. Maddi vəziyyəti aşağı olduğundan zərərçəkmiş şəxslərə vurduğu ziyanı ödəməmişdir. Məhkəmə iclasında iştirak edən zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 ifadəsində göstərmişdir ki, Xəzər rayonu, Şağan qəsəbəsi, M 109 saylı sahədə yerləşən bağ evi var. Sonuncu dəfə bağ evinə oğurluq hadisəsindən bir ay əvvəl gəlmişdir. xx.xx.2023-cü il tarixdə bağına gələn zaman küçə darvazasının arxa tərəfdən açıq olduğunu görmüşdür. Həyətyanı sahəyə daxil olduqda yan tərəf hasara nərdivan dayandığını görmüşdür. O, dərhal bağ evinə baxış keçirən zaman evin mətbəxinin pəncərəsinin dəmir barmaqlıqlarının əyilərək sındırıldığını və pəncərənin açıq olduğunu görmüşdür. Dərhal evə daxil olmaq istədikdə evin qapısının açıq olduğunu görmüşdür. Bundan sonra evin içərisinə daxil olduqda evin koridorunda olan 1400 manat dəyərində “İmmerqaz” markalı kombinin, onun yanında olan 100 manat dəyərində su qızıdırıcısının, ümumi dəyəri 10 manat olan 6 metr uzunluğunda elektrik uzadıcısının, evin eyvanından ümumi dəyəri 20 manat olan 3.2 metr dəmir dayağın oğurlandığını aşkarlamışdır. Bundan sonra dərhal DİNin 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Vurulmuş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ünvan 4 ünvanında yerləşən bağ evi var. Sonuncu dəfə bağ evinə oğurluq hadisəsindən bir-iki gün əvvəl gəlmişdir. xx.xx.2024-cü il tarixdə bağına nəzarət etmək üçün gəldikdə həyət qapısının sınıq olduğunu görmüşdür. Evin həyətinə daxil olduqda evin mətbəx tərəfdən plastik pəncərəsinin açıq olduğu görmüşdür. Evə daxil olduqda müxtəlif əşyalarının oğurlandığını görüb dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Evin natamam təmirli ikinci mərtəbəsinin zalında yerdə olan 3500 manatlıq “Cepter” markalı çəngəl, qaşıq, bıçaq dəstinin, ümumi dəyəri 90 manat olan “Karaca” firmasının 6 ədədlik 02 qutu bakal dəsti, 80 manat dəyərində 01 ədəd tərəvəz doğrayan maşının,ümumi dəyəri 100 manat olan 6 ədədlik 01 qutu lcofe fincanının, ümumi dəyəri 90 manat olan 02 ədəd xrustal vazanın, evin birinci mərtəbəsinin koridorunda yerdə olan 350 manat dəyərində 01 ədəd 7 litrlik, 250 manat dəyərində 01 ədəd 5 litrlik simovarın oğurlandığını aşkarlamışdır. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 ifadəsində qeyt etmişdir ki, Xəzər rayonu, Şağan qəsəbəsi, R.Məmmədbəyov küçəsi, 2Q ünvanında yerləşən bağ evi onundur. Sonuncu dəfə bağ evinə xx.xx.2024-cü il tarixdə gəlmişdir. xx.xx.2024-cü il tarixdə bağına nəzarət etmək üçün gəldikdə evin arxa qapısının açıq olduğunu görmüşdür. Həyətyanı sahəyə daxil olduqda zalının pəncərəsinin dəmir barmaqlıqlarının sındırıldığını görmüşdür. Evə daxil olduqda sökülü vəziyyətdə mətbəxdə olan 1800 manat dəyərində 1 ədəd kombinin, evin otaqlarından ümumi dəyəri 1000 manat olan 10 ədəd müxtəlif ölçülü kombi radiatorlarının, evin zalından 300 manat dəyərində 1 ədəd tikiş maşınının, ümumi dəyəri 200 manat olan 2 top elektrik naqillərinin, ümumi dəyəri 300 manat olan köhnə alüminium kabellərin, 60 manat dəyərində elektrik mişarının, 400 manat dəyərində 20 litrlik 1 ədəd simovarın, 300 manat dəyərində 5 litrlik 1 ədəd simovarın, hər biri 150 manat olan 2 ədəd elektrik simovarının, ümumi dəyəri 200 manat olan qazanların, ümumi dəyəri 100 manat olan 2 ədəd drelin, 400 manat dəyərində “Kobalt” qab servizinin, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal stəkanların, ümumi dəyəri 150 manat olan 36 ədəd xrustal bakalların, ümumi dəyəri 150 manat olan 12 ədəd ayaqlı xrustal bakalların, ümumi dəyəri 180 manat olan “Karaca” firmasına məxsus 6 ədəd mürəbbəqabının, ümumi dəyəri 100 manat olan “Karaca” firmasına məxsus çay servisinin, ümumi dəyəri 100 manat olan “Karaca” firmasın məxsus nahar servisinin, ümumi dəyəri 150 manat olan 18 ədəd bakalın, ümumi dəyəri 50 manat olan 6 ədədli çay dəsti, 180 manat dəyərində 5 litrlik zeytun yağının, ümumi dəyəri 800 manat olan 2 ədəd çamadanın, 100 manat dəyərində 1 ədəd balaca çamadanın, 100 manat dəyərində 1 ədəd popkorn aparatının, ümumi dəyəri 100 manat olan 50 ədədli çay qaşığı dəstinin, ümumi dəyəri 100 manat olan 50 ədədli yemək qaşığı dəstinin, ümumi dəyəri 100 manat olan 50 ədədli çəngəl dəstinin, ümumi dəyəri 250 manat olan 5 ədəd süfrənin, ümumi dəyəri 100 manat olan 2 ədəd yataq üzlüyünün, ümumi dəyəri 600 manat olan 2 ədəd alümünium nərdivanların, ümumi dəyəri 150 manat olan dəmir “uqolniklərin”, ümumi dəyəri 150 manat olan 2 ədəd xrustal meyvə qablarının, ümumi dəyəri 120 manat olan 2 ədəd konfet qablarının, ümumi dəyəri 120 manat olan 2 ədəd mürəbbə qablarının, ümumi dəyəri 100 manat olan müxtəlif növ açarların, ümumi dəyəri 200 manat olan 10 kq ərik qurusunun, ümumi dəyəri 500 manat olan 50 butulka kompotun və mürəbbənin, 1 ədəd 140 manat dəyərində 1 litrlik arağın oğurlandığını aşkarlamışdır. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Hal-hazıradək ona vurulmuş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 ifadəsində göstərmişdir ki, ünvan 5 ünvanında yerləşən bağ evi ona məxsusdur. xx.xx.2024-cü il tarixdə bağ qonşusu onlara zəng vuraraq bağ evinin küçə qapısının, həyətyanı sahədə olan qarajın və evilərinin pəncərəsinin açıq olması barədə məlumat vermişdir. O, dərhal bağ evinə gəldikdə küçə qapısının, həyətyanı sahədə olan qarajın və evin dəlizinə açılan pəncərəsinin açıq olduğunu görmüşdür. Evə daxil olmuş və zalına keçdikdə 2500 manat dəyərində 01 ədəd “LG” markalı televizorun oğurlanmasını və evin dağınıq olmasını aşkarlamışdır. Bundan sonra dərhal DİN-in 102 xidmətinə zəng vuraraq hadisə barədə məlumat vermişdir. Bundan sonra o, evə ümumi nəzər yetirdikdə evdən 1500 manat dəyərində 1 ədəd xalçanın, hər birinin dəyəri 150 manat olan 4 ədəd ’’Çexiya” istehsalı xrustal meyvə qabının, hər biri 400 manat dəyərində olan 2 ədəd qab servisinin, ümumi dəyəri 300 manat olan 12 ədəd bogema-meyvə qabının, ümumi dəyəri 200 manat olan 4 ədəd kişi köynəyinin, 50 manat dəyərində bir ədəd gül vazasının, ümumi dəyəri 160 manat olan 4 ədəd konfet qabının, 100 manat dəyərində 1 ədəd qazanın, 80 manat dəyərində 1 ədəd şüşə simovar, 500 manat dəyərində 1 ədəd od simovarının və həyətyanı sahədə olan 700 manat dəyərində 1 ədəd zavod istehsalı yellənçəyin oğurlandığını görmüşdür. Ona vurulmuş maddi ziyan ödənilməmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş Şahid ifadəsində bildirmişdir ki, Sabunçu qəsəbəsində yerləşən “Rus bazarı” adlanan bazarda 2-ci əl əşyaların alış-satışı ilə məşğuldur. xx.xx.2024-cü il tarixdə tanımadığı şəxs mobil telefonuna zəng edərək qızının bəzi cehizlik əşyalarını satmaq istədiyini bildirmişdir. O, həmin şəxsə alacağı əşyalara baxmaq istədiyini bildirmişdir. Həmin şəxsin ona göndərdiyi ünvana getmiş, zəng vuran şəxsin adının Elmar olduğunu bilmişdir. Bundan sonra Elmar adlı şəxs satmaq istədiyi əşyaları göstərmək üçün onu evin zalına dəvət etmişdir. Zalda polun üzərində qutuda qabqacaqlar və qazanlar olduğunu görmüşdür. O, onların içərisindən diqqətini çəkən 4 dəst kofe fincanlarını, 2 dəst su stəkanı və 4 dəst çay fincanını götürərək ondan bu malların neçəyə satmaq istədiyini soruşduqda həmin şəxs 90 manata satmaq istədiyini bildirmişdir. Namiq də ona 70 manat verə biləcəyini bildirmiş və onlar 70 manata razılaşmışlar. O, Elmardan şəxsiyyət vəsiqəsini alıb özünə məxsus avtomobilə oturub şəklini çəkmişdir. Bundan sonra pulu verərək həmin yerdən uzaqlaşmış və həmin əşyalardan bir qismini işlədiyi “Rus bazarı”da tanımadığı şəxlərə satmışdır. Bundan sonra xx.xx.2024-cü il tarixdə Elmar adlı şəxs vatsap vastəsilə onu yığaraq axşam saatlarında Xəzər rayonu, Şağan qəsəbəsində qızına məxsus bağ evində olacağını və yenə qab-qacaq satmaq istədiyini bildirmişdir. Bundan sonra o, həmin ünvana getmişdir. Ünvana gəldikdə həyətə daxil olmuş və həyətdəki masanın üzərinə yığılmış müxtəlif qab-qacaqlar görmüşdür. O, həmin mallara baxıb bir neçə boşqab dəstini, kofe fincanını almaq istədiyini bildirmişdir. Həmin əşyalara görə 80 manat pul vermişdir. Daha sonra Elmar yenidən vatsap vastəsilə ona zəng vuraraq satmaq istədiyi qab- qacaq olduğunu bildirmiş və ona ünvan atmışdır. O, Elmarın atdığı konuma (ünvana) çatdıqda polis əməkdaşları onu saxlamışlar və izahatının alınması üçün onu polis şöbəsinə aparmışlar. Polis şöbəsində olarkən Elmar adlı şəxsdən aldığı mallardan bir qisminin onda olduğunu və onu könüllü şəkildə polisə təqdim edəcəyini bildirdib 2 qutu kofe fincanı dəsti və 1 qutu bakalları polisə təhvil vermişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2023-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi yeni sahədə yerləşən Zərərçəkmiş şəxs3 məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi R.Məmmədov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsi Y.Əsədullayev küçəsi 14-də yerləşən Zərərçəkmiş şəxs4 məxsus bağ evində baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş, fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; - Hadisə yerinə baxış və maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs4 evindən oğurlanmış əşyaların bir qismi Şahid tərəfindən polisə verilmişdir; - Maddi sübutun götürülməsi haqqında xx.xx.2024-cü il tarixli protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs2 məxsus bağ evindən oğurlanmış əşyalar götürülmüşdür;Şahid tərəfindən təqdim edilmiş və maddi sübut kimi götürülmüşdür; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2024-cü il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 xx.xx.2024-cü il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi E.Ələsgərov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2024-cü il tarixli qərardan aydın olur ki, Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-56/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 4(003)-55/2024 saylı qərarından məlum olur ki, Təqsirləndirilən şəxs1 barəsində xx.xx.2024-cü il tarixdən hesablanmaqla “həbs” qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs1 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan müəyyən edilir ki, Zərərçəkmiş şəxs2 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs3 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs4 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Əşyanın tanınması haqqında protokoldan aydın olur ki, Zərərçəkmiş şəxs3 tanınmaya təqdim edilmiş 01 ədəd simovarın ona məxsus olmasını bildirmişdir; - xx.xx.2024-cü il tarixli 49 nömrəli rəyindən görünür ki,təhqiqata təqdim edilmiş əşyaların 2024-cü ilin fevral ayına olan qiymətləri nəzəri hesablama yolu ilə aşağıdakı kimi müəyyən edilmişdir: 03 ədəd 10-luq kombi radiatoru -360.00, 01 ədəd 15-lik kombi radiatoru - 180.00 manat, 01 ədəd samovar-30,00manat, 01 ədəd 4-lük qəhvə fincanı- 15,00 manat, 01 ədəd 6-lıq qəhvə fıncanı-20,00 manat, 01 ədəd 9-luq su stəkanı-25,00 manat olmaqla, cəmi: 630.00 manat müəyyən edilir; - İfadənin yerində yoxlanması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs1 Xəzər rayonu, Şağan qəsəbəsi, Y.Əsədullayev küçəsi, R.Məmmədbəyov küçəsi, ev 306, R.Məmmədbəyov küçəsi, ev 2Q və Y.Əsədullayev küçəsi, ev 14 ünvanlarında yerləşən fərdi evlərdən oğurluq etməsi hallarını yerində göstərmişdir; - İfadənin yerində yoxlanması barədə xx.xx.2024-cü il tarixli protokoldan müəyyən edilir ki, Təqsirləndirilən şəxs2 ünvan 6 ünvanında yerləşən fərdi evdən oğurluq etməsi halını yerində göstərmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər Neftçala Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmişdir; Bundan başqa o, Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-cı il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2022cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər Salyan Rayon Məhkəməsinin xx.xx.2005-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2006-cı il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Bundan başqa o, Xətai Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 01 il 06 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2013-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir; Bundan başqa o, Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayəti törətməkdə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə cəzasının çəkilməmiş hissəsindən vaxtından əvvəl şərti olaraq azad edilmiş, xx.xx.2023-cü il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özlərinin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin, şahidin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4cü maddələrinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama -qabaqcadan əlbir olan bir qrup halında, təkrarən, yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, onlara Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə Təqsirləndirilən şəxs2 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs2 Suraxanı Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 11 ay 28 gün müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2022-ci il tarixində cəzasının çəkilməmiş hissəsindən şərti azad edilmiş, xx.xx.2023-cü il tarixində cəza müddəti bitmişdir) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs2 əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə Təqsirləndirilən şəxs1 həm məhkəməyədək icraat dövründə, həm də məhkəmə istintaqının gedişatında təqsirini etiraf etməsini CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs1 Neftçala Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 08 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi (xx.xx.2022-ci il tarixində cəzasının sonu ilə azad edilmişdir) və məhkumluğunun ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs1 əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs1 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Təqsirləndirilən şəxs2 Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və cəzanı ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.3). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırki cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut kimi götürülmüş 03 ədəd 10-luq kombi radiatoru, 01 ədəd 15-lik kombi radiatoru, 01 ədəd samovar, 01 ədəd 4-lük qəhvə fincanı, 01 ədəd 6-lıq qəhvə fıncanı, 01 ədəd 9-luq su stəkanı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs3 qaytarılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi götürülmüş 03 ədəd 10-luq kombi radiatoru, 01 ədəd 15-lik kombi radiatoru, 01 ədəd samovar, 01 ədəd 4-lük qəhvə fincanı, 01 ədəd 6-lıq qəhvə fıncanı, 01 ədəd 9-luq su stəkanı hökm qanuni qüvvəsini aldıqdan sonra Zərərçəkmiş şəxs3 qaytarılsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X6 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saat vaxta görə 120 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 78 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X7 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 13 saat vaxta görə 78 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-559/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-559/2024
29.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver