Məhkəmə qərarları › İş №1(003)-56/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-56/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-56/2023 12.04.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri “Mərkəz” Vəkil Bürosunun vəkili Müdafiəçi2, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1970-ci ildə Şirvan şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, əvvəllər məhkum olunmamış, Qızıl Aypara Cəmiyyətinin ünvan 1 ünvanında qeydiyyatda olan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında cəza çəkən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyətilə etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs2 sonuncunu işə düzəldəcəyini yalan vədlər vermiş, Zərərçəkmiş şəxs2 09 iyun 2021-ci il tarixdə 6000 manat pulu və 11 iyun 2021-ci il tarixdə isə 4000 manat pulu "xxxx" ASC-nin Nəsimi filialı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus **********871826144 saylı bank heabına göndərmiş, sonuncu vahid niyyətlə əhatə olunmuş qəsdlə ona məxsus bank hesabına daxil olmuş ümumilikdə 10000 (on min) manat xeyli miqdarda pulu əldə edib özgənin əmlakını ələ keçirərək dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs5 aldadaraq, sonuncunu məktəbdə işə düzəldəcəyini yalan vəd verərək, 2021-ci ilin iyul ayında Zərərçəkmiş şəxs5 Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində 2000 (iki min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs5 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Sabirabad rayon sakini Zərərçəkmiş şəxs1 aldadaraq, oğlu X22 Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyində işə düzəldəcəyini yalan vəd verib, Zərərçəkmiş şəxs1 vahid niyətlə əhatə olunan qəsdlə 20 avqust 2021-ci il tarixdə Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsi”-də 4000 (dörd min) manat pulu və 25 avqust 2021-ci il tarixdə Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən “Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsi”-də 5000 (beş min) manat xeyli miqdarda pulu əldə edib, Zərərçəkmiş şəxs1 ümumilikdə 9000 (doqquz min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs6 İsmail oğlunu aldadaraq, sonuncunu X18 dənizdə olan buruqlarda işə düzəldəcəyini yalan vəd verərək, 2021-ci ilin sentyabr ayının 20-də Zərərçəkmiş şəxs6 Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində 1750 (min yeddi yüz əlli) manat pulu əldə edib, Zərərçəkmiş şəxs6 ümumilikdə 1750 ( min yeddi yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Oğuz rayon sakini Zərərçəkmiş şəxs10 aldadaraq, sonuncunun oğlu Nurlan Soltanovu Azərbaycan Respublikası Fövqaladə Hallar Nazirliyinin Yanğından Mühafizə İdarəsində işə düzəldəcəyini yalan vəd vermiş, Zərərçəkmiş şəxs10 06 oktyabr 2021-ci il tarixdə Oğuz rayonu, M.Əzizbəyov küçəsində yerləşən “Oba” marketdəki “e-Manat” terminalı vasitə ilə onun istifadəsində olan 5315**** **** 7543 saylı kart hesabına 6000 (altı min) manat pulu göndərməklə, həmin məbləğdə pulu əldə edib, Zərərçəkmiş şəxs10 ümumilikdə 6000 (altı min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs6 İsmail oğlunu aldadaraq, sonuncuya Şirvan şəhərində məcburi kökünlər üçün tikilən binalarda mənzil veriləcəyini yalan vəd verərək, 2022-ci ilin mart ayının 8-də Zərərçəkmiş şəxs6 Şirvan şəhəri, S.Zeynalov küçəsində yerləşən mənzilində 2000 (iki min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs6 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs3 aldadaraq, sonuncuya məxsus Ukrayna Respublikası V.N.Karazin adına Xarkov Milli Universitetindən verilmiş B18 N158449 saylı diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyində təsdiq etdirəcəyini vəd verərək, 08 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 sonuncunun yaşadığı ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evində 2000 manat (iki min) pulu əldə edib, Zərərçəkmiş şəxs3 ümumilikdə 2000 (iki min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs9 aldadaraq, sonuncuya 2-ci qrup əlillik dərəcəsi təyin etdirəcəyini yalan vəd verərək, 2022-ci il mart ayının əvvəllərində Zərərçəkmiş şəxs9 Şirvan şəhəri, H.Əliyev prospektində 5000 (beş min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs9 ümumilikdə 5000 (beş min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini X7 aldadaraq, sonuncunu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında işə düzəldəcəyini yalan vəd verərək, 01 aprel 2022-ci il tarixdə X19 şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” restoranında 1700 (min yeddi yüz) manat pulu əldə edib, Zərərçəkmiş şəxs4 ümumilikdə 1700 ( min yeddi yüz) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Şirvan şəhər sakini Zərərçəkmiş şəxs8 aldadaraq, sonuncuya sosial müavinət düzəldəcəyini yalan vəd verərək, 20 aprel 2022-ci il tarixdə Zərərçəkmiş şəxs8 Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” restoranının qarışında 1000 (min) manat pulu əldə edib, Zərərçəkmiş şəxs8 ümumilikdə 1000 (min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs7 aldadaraq, sonuncunu Bakı Dərin Özüllər zavodunda işə düzəldəcəyini yalan vəd vermiş, Zərərçəkmiş şəxs7 anası Rəhilə Ələkbərova 16 may 2022-ci il tarixdə ünvan 3 ünvanda yerləşən “Araz” marketdəki “e-Manat” terminalı vasitə ilə onun istifadəsində olan 416974******3577 saylı kart hesabına 3000 manat pulu göndərməklə, həmin məbləğdə pulu əldə edib, Zərərçəkmiş şəxs7 ümumilikdə 3000 (üç min) manat məbləğində maddi ziyan vurmaqla özgənin əmlakını ələ keçirib dələduzluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, Zərərçəkmiş şəxs2 tanıyır, onu əvvəldən tanımış, onunla dostluq münasibətləri olmuş, onunla ədavəti və ya düşmənçiliyi olmamışdır. Onun Zərərçəkmiş şəxs2 ilə tanış olmağına Cəmilə adlı qadın vasitəçilik etmişdir. Cəmilə adlı qadının Bakı şəhəri, Nəsimi rayonu Şamaxinka adlanan ərazidə mağazası vardır. O da Zərərçəkmiş şəxs2 ilə 2021-ci ildə həmin mağazada olarkən tanış olmuşdur. Söhbət əsnasında Zərərçəkmiş şəxs2 ona Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinin "xxxx" ASC-nin hüquq şöbəsində işlədiyi vəzifəsindən azad edildiyini, bu səbəblə ilə əlaqədar çətinlikdə olduğunu bildirmişdir. Orada onlar nömrələrini bir-birinə vermişlər. Ondan sonra onlar bir neçə dəfə telefonla danışmışlar. O, Bakıya getdiyi zaman İlhamənin evinə də getmişdir. Lakin tarixini dəqiq xatırlamır, evində olarkən İlhamə ona işsizliklə əlaqədar çətinlik çəkdiyini danışmışdır. Onlar söhbət edən zaman o Zərərçəkmiş şəxs2 onu əvvəl işlədiyi işinə bərpa olunması və ya yeni işə düzəldilməsi ilə əlaqədar kömək edə biləcəyini bildirmişdir. O İlhamədən əvvəllər işlədiyi Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinin "xxxx" ASC-nin hüquq şöbəsinə bərpa olunması müqabilində 10.000 manat pul istəmişdir. İlhamə ona 10.000 manat pul verməyə razılaşmışdır. Sonradan o, Zərərçəkmiş şəxs2 ilə telefonla əlaqə saxlayıb, ondan 10.000 manat pulu göndərməsini tələb etmişdir. İlhamə ona hal-hazırda 6000 manat göndərə biləcəyini bildirmiş, 4.000 manatı isə sonradan verəcəyini qeyd etmişdir. O da razılaşmışdır. 09 iyun 2021-ci il tarixdə İlhamə onun "xxxx" ASC-də olan **********871826144 nömrəli hesabına 6.000 manatı göndərmişdir. Sonradan isə 11 iyun 2021-ci il tarixdə eyni hesabına 4.000 manatı göndərmişdir. O pulu aldıqdan sonra İlhaməyə kömək etmək istəmiş, lakin kömək edə bilməmişdir. Həmin pulu da öz tələbatlarına xərcləmişdir. Sonradan Zərərçəkmiş şəxs2 həmin 10.000 manat puldan 2.000 manatını qaytarmışdır. Lakin tarixi dəqiq xatırlamır, ona pulun qalan hissəsini də qaytaracağını və ona vurduğu ziyanı tamamilə ödəyəcəyini bildirmişdir. İlhamənin vəkili Emil adlı şəxs də onunla əlaqə saxladığı zaman o vəkilə də pulun qalan hissəsini qaytaracağını bildirmişdir. Zərərçəkmiş şəxs2 aldadaraq 10.000 manat pulunu ələ keçirmiş və bu əməli etdiyi üçün çox peşmandır. Ona borclu olduğu 8000 manat pulu geri qaytaracaqdır. Bundan başqa bildirmişdir ki, 2021-ci ilin iyul ayında Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində olarkən Zərərçəkmiş şəxs5 idarəyə gəlmiş və onunla görüşmüşdür. Həmin vaxt Zərərçəkmiş şəxs5 iş axtardığını bildirmiş və ona köməlik etməyini bildirmişdir. O da Zərərçəkmiş şəxs5 bildirmişdir ki, onu Şirvan şəhərində fəaliyyət göstərən məktəblərdən birinə işə düzəldə bilər və bunun üçün 5.000 manat pul lazımdır, Zərərçəkmiş şəxs5 də demişdir ki, onun 5000 manat pulu yoxdur. O da Əliyə demişdir ki, onunla əlaqə saxlayacaqdır. Bir müddət sonra o, Əliyə məxsus mobil nömrəyə zəng edərək məktəbdə işə düzəlmək üçün 2.000 manat pul lazım olduğunu demiş, həmin vaxt Zərərçəkmiş şəxs5 onunla razılamış və 2022-ci ilin iyul ayında Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində 2.000 manat pulu əlbəəl ona vermişdir. Bundan başqa o, Əlidən diplomunu və şəxsiyyət vəsiqəsinin surətini almış və işi düzələn kimi ona zəng edəcəyini bildirmişdir. O, sonradan Zərərçəkmiş şəxs5 üçün təhsil şöbəsindən iş maraqlansa da, iş tapa bilməmişdir. Zərərçəkmiş şəxs5 aldığı 2.000 manat pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa bildirmişdir ki, Zərərçəkmiş şəxs1 onun qohumudur, belə ki, sonuncu həm də onunla həmkəndlidir. 2021-ci il tarixdə həmkəndlisi Zərərçəkmiş şəxs1 ona məxsus mobil nömrəyə zəng edərək, görüşmək istədiyini bildirmiş və o, Zərərçəkmiş şəxs1la aralarında olan danışıq əsasında Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində xidməti otağında görüşmüşlər, həmin vaxt Zərərçəkmiş şəxs1 ona bildirmişdir ki oğlu Araz Əmənovu FHNdə işə düzətdirmək istədiyini bildirmiş və ona köməklik etməyini bildirmişdir. O da Zərərçəkmiş şəxs1 bildirmişdir ki, onun oğlu Araz Əmənovu FHN-də işə düzəldə bilər, bunun üçün yəni, Araz Əmənovun işinin həlli üçün ümumilikdə 9.000 manat pul lazımdır. Zərərçəkmiş şəxs1 da onunla razılaşmış və bildirmişdir ki, ilkin olaraq ona 3000 manat pul verə bilər, qalan 6000 manat pulu isə sonra verəcək və 2021-ci ilin avqust ayının 20-də Zərərçəkmiş şəxs1la Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində görüşmüşlər və sonuncu ona 3000 manat pul vermiş, həmin vaxt o, 3000 manat pulu Zərərçəkmiş şəxs1 almışdır. Həmin gün o, təkrarən Zərərçəkmiş şəxs1 zəng edərək ondan əlavə olaraq oğlu Araz Əmənovun işinin düzəlməsi üçün 1000 manat pul istəmiş, sonuncu da razılaşmış və həmin gün 1000 manat pulu ona Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində xidməti otağında vermişdir. 25 avqust 2022-ci il tarixdə o, Zərərçəkmiş şəxs1la telefonla danışaraq ondan qalan 5000 manat pulu da gətirib verməsini bildirmişdir. Zərərçəkmiş şəxs1 da razılaşaraq həmin gün o, Zərərçəkmiş şəxs1la Şirvan şəhəri, İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində xidməti otağında görüşmüş və ondan əlbəəl 5000 manat pulu almışdır. Sonrasında o, Araz Əmənovun işini həll edə bilməmiş və aldığı 9000 manat pulu da öz ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2021-ci ilin sentyabr ayında o, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində olarkən tanıdığı Qismət adlı şəxs Zərərçəkmiş şəxs6 İsmail oğlu birlikdə işlədiyi şöbəyə gəlmişlər. X12 İbrahimovun işə düzəlmək istədiyi bildirmiş və o da köməklik edə biləcəyini bildirmişdir. Həmin vaxt o, Əliqardaşın X1maşı köməkçisi işlədiyini öyrənmiş və sonuncu demişdir ki, işlədiyi yerdə dənizdə olan buruqlarda işləmək istədiyini bildirmiş, o da ona demişdir ki, onun işini həll edə bilər. Bu iş üçün 1.750 manat pul lazımdır, həmin pulun 250 manat onun, qalan 1500 manat pul isə Neft şirkətində onun işini həll edəcək adama verəcəyini bildirmişdir. Əliqardaş da onunla razılaşmış və 20 sentyabr 2021-ci il tarixdə 1750 manat pulu işlədiyi İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara cəmiyyətinin Şirvan şöbəsində əlbəəl ona vermişdir. Həmin vaxt Qismətdə onların yanında olmuşdur. O, həmin vaxt Əliqardaşdan şəxsiyyət vəsiqəsinin surətini və veteranlıq sənədinin surətini almışdır. Bundan sonra o, Zərərçəkmiş şəxs6 işədiyi yerlə bağlı maraqlansa da, onun işini həll edə bilməmişdir. 2022-ci ilin mart ayında Zərərçəkmiş şəxs6 ona zəng edərək, işi ilə maraqlanan zaman ona məcburi köçkünlər üçün mənzil verildiyini, onun üçün mənzil təmin edə biləcəyini, bunun üçün 2000 manat pul lazım olduğunu bildirmişdir. Əliqardaş da onunla razılaşmış və 08 mart 2022-ci il tarixdə yaşadığı şəhərin S.Zeynalov küçəsi 18/13-də yerləşən evinə getmiş və orada Zərərçəkmiş şəxs6 2000 manat pulu əlbəəl almış, lakin Zərərçəkmiş şəxs6 mənzil işin həll edə bilməmişdir. Bundan başqa bildirmişdir ki, 2021-ci il tarixdə o, tanışı Hacıqabul rayon sakini Vüqar adlı şəxs vasitəsilə Zərərçəkmiş şəxs10 tanımışdır. Belə ki, Vüqar ona zəng edərək, tanışı Zərərçəkmiş şəxs10 oğlu Nurlan Soltanovun işə düzəlməsinə köməklik etməyini bildirmiş, o da telefonla Zərərçəkmiş şəxs10la danışmış və bu barədə maraqlanıb ona bildirəcəyini demişdir. 2021-ci ilin oktyabr ayında istifadəsində olan ***- ***-**-** saylı mobil nömrədən Zərərçəkmiş şəxs10 istifadəsində olan ***-***-**-** saylı mobil nömrəyə zəng edərək, sonuncuya oğlunu FHN-nin YMX-də işə düzəldəcəyini bildirmiş və bunun üçün 6000 manat pul lazım olduğunu demişdir. Həmin günü Zərərçəkmiş şəxs10 saat təxminən 19 radələrində onunla əlaqə saxlayaraq ondan kart hesabı istəmiş, o da 5315**** ****7543 saylı bank kartının kodunu atmış və Zərərçəkmiş şəxs10 həmin karta 6000 manat pul köçürmüş və bu barədə ona zəng edərək məlumat vermişdir. O da Zərərçəkmiş şəxs10 bildirmişdir ki, pulu almışdır. Sonra ona demişdir ki, oğlu Nurlanın işi 2021-ci il dekabr ayına kimi həll olacaqdır. Sonradan o, Nurlanın işi ilə bağlı maraqlansa da, işi həll etmək mümkün olmamış, aldığı pulu da öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin fevral-mart aylarında tanışı Kamalə Nəzərova ona zəng edərək, oğlu Zərərçəkmiş şəxs3 diplomumun Azərbaycan Respublikasında tanınmasında ona köməklik etməyini bildirmişdir. O da razılıq vermiş və həmin vaxt bildirmişdir ki, diplomun tanınması işi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərə pul verməlidir və bunun üçün 2000 manat pul lazımdır. Həmin vaxt X4 Nəzərov onunla razılaşmış və 08 mart 2022-ci il tarixdə saat təxminən 15 radələrində əvvəlcədən aralarında olan danışıqdan sonra onunla yaşadığı Şirvan şəhəri, M.Əcəmi küçəsi ev 59-da yerləşən evlərində görüşmüş, həmin vaxt 2000 manat pulu əlbəəl Zərərçəkmiş şəxs3 almış və bildirdmişdir ki ona zəng edən zaman Bakı şəhərinə getsin və orada Təhsil Nazirliyində qəbulda olacaqdır. Həmin müddət ərzində o, Təhsil Nazirliyi ilə maraqlansa da, Zərərçəkmiş şəxs3 diplomunun Azərbaycan Respublikasında tanınmasının mümkün olmadığını bilmiş, ehtiyacı olduğuna görə 2000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa İkinci Qarabağ müharibəsi zamanı o, döyüş zonasına əsgərlərə yardım aparılarkən iştirak etmiş, həmin vaxt o, Gədəbəy rayon sakini Zərərçəkmiş şəxs9 tanımışdır. Belə ki, sonuncu da maddi yardım gətirilməsində iştirak etmiş, bu zaman aralarında olan danışıq zamanı o, Zərərçəkmiş şəxs9 müharibə veteranı olmasını, çox saylı yaralar almasını bilmiş, lakin sonuncu aldığı xəsarətlərə görə əlillik dərəcəsi almamışdır. O da sonuncuya təklif etmişdir ki, ona 2-ci qrup əlillik düzəldə bilər, o da onunla razılaşmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onun mobil nömrəsini götürmüşdür. 2022-ci ilin mart ayının əvvələrində o, Zərərçəkmiş şəxs9 zəng edərək, əlillik dərəcəsinin verilməsini həll edə biləcəyini və bunun üçün 5000 manat pul lazım olduğunu bildirmiş, İbrahim də onunla razılaşmış və həmin vaxt Zərərçəkmiş şəxs9 Şirvan şəhərinə gəlmiş və onunla şəhərin H.Əliyev prospektində görüşmüş və ondan əlbəəl 5000 manat pulu almışdır. O, Zərərçəkmiş şəxs9 2-ci qrup əlillik verilməsinə dair maraqlansa da, onun işini həll edə bilməmiş və ehtiyacı olduğu üçün 5000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa 2022-ci ilin mart ayının ortalarında o, Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində olarkən X9 ora gəlmiş və xalasıoğlu Əli adlı şəxsin işi ilə maraqlanmış, həmin vaxt o, Raqil Baxşiyevə demişdir ki, xalasıoğlu Əlinin işi hazırdır, qısa müddət ərzində işə çıxacaqdır. Həmin vaxt Raqil Baxşiyev ondan onu da işə düzəltməyini istəmişdir. O da demişdir ki, onu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi işə düzəldə bilər, bunun üçün 3.500 manat pul verməlidir, Raqildə ona demişdir ki, o qədər pulu yoxdur, ilkin olaraq 1700 manat pul verə bilər, qalan 1700 manat pulu da işə düzəldikdən sonra verər. O da razılaşmış və 01 aprel 2022-ci il tarixdə o, Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Zeynəb” restoranında Raqil Baxşiyevlə görüşmüş və həmin vaxt Raqil 1700 manat pulu əlbəə ona vermişdir. O Raqil Baxşiyevən şəxsiyyət vəsiqəsini və hərbi biletini almış və ona yaxın vaxtlarda işini həll edəcəyini bildirmişdir. Sonrasında o, X14 rayon Mərkəzi xəstəxasında işə düzəlməsinə dair maraqlansa da, onun işini həll edə bilməmiş və 1700 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2021-ci ilin sentyabr ayında Zərərçəkmiş şəxs8 tanımış, aralarında olan danışıqlar zamanı o, Cəmilənin sosial müavinət düzəltmək istədiyini öyrənmiş və ona demişdir ki, onun üçün sosial müaviət düzəldə bilər, bunun üçün ona 2.000 manat pul verməlidir. 2022-ci ilin aprel ayında Zərərçəkmiş şəxs8 onunla razılığa gəlmiş və 20 aprel 2022-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” restoranının qabağında əlbəəl Zərərçəkmiş şəxs8 1000 manat pul almışdır. Bundan sonra, o, Zərərçəkmiş şəxs8 işi bağlı maraqlansa da, onun işini həll edə bilməmişdir. Aldığı 1000 manat pulu öz şəxsi ehtiyaclarına xərcləmişdir. Bundan başqa o, 2022-ci ilin may ayının 16-da saat 09 radələrində ona məxsus ***-***-**-** saylı mobil nömrəsinə zəng gəlmiş, zəngə cavab verən zaman zəng edən şəxs Zərərçəkmiş şəxs7 olduğunu bildirmiş və tanışından nömrəni aldığını bildirmişdir. Sonra Vüsal ondan işə düzəlmək ilə maraqlanmışdır. Həmin vaxt o, Vüsala demişdir ki, onu Bakı Dərinözüllər zavodunda işə düzəldə bilər, işə düzəlməyi üçün 6000 manat pul lazımdır. Vüsal da ona demişdir ki, hazırda 6000 manat pulu yoxdur. O da demişdir ki, ilkin olaraq 3000 manat pulu versin. Qalan 3000 manat pulu da işə düzələndən sonra ona verər. Vüsal da onunla razılaşmış və həmin gün yəni, 16 may 2022-ci il tarixdə saat 16 radələrində Vüsal ona zəng edərək, ona bank kartının nömrəsini atmağını bildirmiş və pulu həmin karta köçürəcəyini bildirmişdir. O da Vüsala kartın 16 rəqəmli 416974******3577 saylı kodunu atmış və bir neçə dəqiqə sonra kartına 3000 manat pul köçmüşdür. Həmin vaxt Vüsal ona zəng edərək demişdir ki, pulu köçürmmüş, o da demişdir ki, yaxın vaxtlarda işini həll edəcəkdir. Lakin o Vüsalın işə düzəlməsi ilə bağlı maraqlansa da, bu mümkün olmamış, həmin 3000 manat pulu da o, öz şəxsi ehtiyaclarına xərcləmişdir. O, həmin pullardan pullardan heç kimə verməmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərə dəymiş ziyanı qismən ödədiyini, övladının xəstə olduğunu, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bütün cəbhəboyu istiqamətlərdə gedən döyüş əməliyyatları zamanı könüllü olaraq hərbi hissələrin şəxsi heyətinə ərzaq, əşya yardımları göstərdiyinə görə fəxri fərmanla təltif olunduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, 2021-ci il tarixdə Şirvan şəhərində Qismət adlı şəxsin vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Bundan sonra o, Ülviyyə Babayeva ilə telefon vasitəsilə danışmış və onunla görüşmüşdür. Görüş zamanı Ülviyyə ona bildirmişdir ki, «Sizin oğlunuz X25 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldə bilərəm». Ülviyyə bunun müqabilində ondan 9.000 manat məbləğində pul istəmişdir. O isə Ülviyyəyə demişdir ki, «mən kasıb adamam, pulla oğlumu işə düzəltmək istəmirəm və buna heç imkanım da çatmır». Ülviyyə isə ona demişdir ki, «oğlun Arazın işə düzəlməsi üçün müəyyən xərclər vardır və həmin 9.000 manat pul işlə əlaqədar olaraq ora verilməlidir». X16 ilə aralarında olan söhbət zamanı Ülviyyə ona demişdir ki, Prezident aparatında Bəylər Əyyubovun qardaşı ilə münasibəti vardır və oğlu Arazın işə düzəldilməsi ilə bağlı o köməklik göstərəcəkdir. O da Ülviyyənin dediyi sözlərə inanmış və onun dediyi 9.000 manat pulu düzəltmək üçün yaşadığı Sabirabad rayonunun Çöl Dəllək kəndində gəlmiş və fərdi yaşayış evinin həyətində gündəlik yaşamaq üçün saxladığı iri-buynuzlu heyvanlarını dəyər-dəyməzinə satmış və satışdan əldə etdiyi 3.000 manat pulu 20 avqust 2021-ci il tarixdə bibisi nəvəsi Azər Rzayev, oğlu Araz Əmənov və tanışı Qismət Əsədovla birlikdə Şirvan şəhəri, İ.Qayıov küçəsində yerləşən «Lenin» parkı adlanan yerin qarşısında «Qızıl Aypara» Cəmiyyətinin binasında X5 ilə görüşən zaman ona əlbəəl vermişdir. Həmin vaxt Ülviyyə Babayeva ona demişdir ki, oğlu X25 Hallar Nazirliyinin Yanğından Mühafizə Xidmətinə işə düzəldəcəkdir. X8 demişdir ki, qalan 6.000 manat pulu da oğlu işə düzəldikdən sonra ona verəcəkdir. Bundan sonra onlar sağollaşmışlar və o, yaşıdığı rayona qayıtmışdır. Təxminən bir saat sonra Ülviyyə Babayeva oğluna zəng edərək demişdir ki, işə görə əlavə olaraq 1.000 manat pul lazımdır, əgər həmin pul çatmazsa oğlunun işi düzəlməyəcəkdir. O da oğlu ilə yaşadığı rayona gələrək həyətində olan bir baş iribuynuzlu heyvanı sataraq 1.000 manat pulu həmin gün Şirvan şəhərinə gedərək orada saat 14 radələrində İ.Qayıbov küçəsində yerləşən Lenin parkı adlanan ərazidə Qızıl Aypara Cəmiyyətinin binasında Təqsirləndirilən şəxs Qədişah qızına vermişdir. Həmin vaxt Ülviyyə narahat olmamalarını və oğlunun işinin düzələcəyini demişdir. Onlar da Ülviyyə ilə sağollaşıb oradan yaşadıqları evə getmişlər. 22 avqust 2021-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan telefon nömrələrindən oğlu Arazın istifadəsində olan 055 ***-**-** mobil telefon nömrəsinə zəng Ülviyyə bildirmişdir ki, guya yuxarıdan, yəni Fövqəladə Hallar Nazirliyindən bildirmişlər ki, pul tam, yəni 9.000 manat tam köçürülməlidir. Onlar da məcbur olaraq X23 filialına müaciət etmiş, orada sənədləşmə işi qısa müddətdə, yəni 25 avqust 2021-ci il tarixdək həll olunmuş və onlar bankdan 4.000 manat pul götürmüşlər və daha sonra yeznəsi X3 da 1.000 manat məbləğində borc almış və ümumilikdə 5.000 manat pulu 25 avqust 2021-ci il tarixdə, saat 17 radələrində yeznəsi X10 ilə birlikdə İ.Qayıbov küçəsində yerləşən Lenin parkı adlanan ərazidə Qızıl Aypara Cəmiyyətinin binasına gəlmişlər və orada 5.000 manat pulu Təqsirləndirilən şəxs Qədişah qızına əlbəəl vermişlər. Həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, 2021-ci ilin sentyabr ayının 15-nə kimi oğlu X29 Hallar Nazirliyinə işə çıxacaqdır. Həmin gündən bu vaxta kimi Təqsirləndirilən şəxs müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Axırıncı dəfə Təqsirləndirilən şəxs ona demişdir ki, Fransada yerləşən Afrika Bankdan ona pul göndəriləcəkdir və o da həmin pulu götürüb onun pulunu qaytaracaqdır. X27 verdiyi vədə əməl etməmiş və onun pulunu qaytarmamışdır. Buna görə də o, Şirvan şəhər polisinə ərizə ilə müraciət edərək şikayət ərizəsi yazmışdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, o, 2021-ci ilin avqust ayından X30 baş mütəxəssis vəzifəsində işləyir. O, əvvəllər Azərbaycan Respublikası Kənd Təsərrrüfatı Nazirliyinin "xxxx" ASC-nin hüquq şöbəsində baş mütəxəssis işləmişdir. 05 mart 2021-ci ildə cəmiyyətdə gedən ixtisar nəticəsində onun vəzifəsi də ixtisara düşmüş və o, işdən azad olunmuşdur. Təxminən aprel ayının sonlarında o, evieme yanındakı mağazada işləyən Cəmilə xanımla söhbət əsnasında o, Cəmiləyə işdən azad olunduğunu, işsiz qala bilmədiyimi danışmışdır. Cəmilə xanım illərdir ki, həmin mağazada işləyir, mağazada geyim əşyaları satılır. Cəmilə xanımı on ildən çox olar ki, tanıyır. Cəmilə xanım ona Təqsirləndirilən şəxs adlı bir tanışının olduğunu, həmin xanımın onu işə düzəldə biləcəyini bildirmişdir. O, mağazad olarkən Cəmilə onun yanında Təqsirləndirilən şəxs ilə whatsap vasitəsilə görüntülü danışmışdır. Cəmilə Ülviyyəyə onun işdən çıxdığını, ha-hazırda iş axtardığını, Ülviyyənin də hər zaman yaxşı tanışlarının olduğunu və həmin tanıdığı şəxslər vasitəsilə onu işə düzəldə biləcəyini soruşmuşdur. Təqsirləndirilən şəxs onu işə düzəldə biləcəyini və onun əlaqə telefonun verilməsini bildirmidir. Daha sonra Cəmilə Təqsirləndirilən şəxs əlaqə nömrəsini ona vermişdir. O evə getdikdən sonra elə həmin gün Təqsirləndirilən şəxs ilə əlaqə saxlamış, Ülviyyə ona işdən çıxarılması ilə əlaqədar hər şeyi ona danışmağını bildirmişdir. O, işdən azad olunmağı ilə əlaqədar bütün olanları Ülviyyəyə danışmışdır. O, hətta Ülviyyəyə Bakıya gəldiyi zaman evinə qonaq gələ biləcəyini də bildirmişdir. Danışdıqları gündən bir neçə gün sonra Ülviyyə ona zəng edib, şəxsiyyət vəsiqəsinin, diplomunun, əmək kitabçasının surətlərini istəmişdir. O da həmin sənədlərin şəkillərini telefon vasitəsilə çəkib, whatsapla Ülviyyəyə göndərmişdir. Ülviyyə isə ona işə düzəlmək üçün ilk öncə 15 min manat verməli olduğumu bildirmiş, lakin o, qədər imkanının olmadığını bildirmişdir. Onlar sonda 10 min manatda razılaşmışlar. Ülviyyə də ona qarşı olan inam və etibarından istifadə edərək onu aldatmışdır. Sonra o, Ülviyyəyə bildirmişdir ki, 10 min manat pul halhazırda onda yoxdur və o həmin pulu borc götürəcəkjir. Ülviyyə də ona demişdir ki, onda 5 min manatı öncədən, qalan 5 min manatı isə iş düzəldikdən sonra verər. Lakin səhəri gün Ülviyyə ona zəng edərək söyləmişdir ki, iş üçün danışmışdır, 5 min manatın üzərinə 1 min manat da qoyar. O da Ülviyyə ilə razılaşmışdır. Çünki Ülviyyənin onu aldadacağını heç düşünməmişdir, Ülviyyə onu bu müddət ərizdə özünə inandırmışdır. Ülviyyə vəzifəli şəxslər tanıdığını bildirir, hər şeyin yaxşı olacağını, tezliklə onun işə düzüləcəyini bildirmişdir. 09 iyun 2021-ci il tarixdə Ülviyyə ona whatsapla bankdakı hesab nömrəsini göndərmiş və 6000 manat pulu həmin hesaba vurmağını söyləmişdir. O da eyni tarixdə 6000 manat pulu Ülviyyənin ona göndərdiyi hesaba köçürmüşdür. Üstündən iki gün keçdikdən sonra Təqsirləndirilən şəxs yenidən ona zəng vuraraq demişdirki, işi düzəldən adamlar 2000 manat daha istəyiblər. O da danışıqlarına görə qalan 4000 manatın iş düzəldikdən sonra verməli olduğumu bildirmişdir. Lakin Ülviyyə ona işi düzəldən şəxsin 2000 manatı indi istədiyini qeyd etmişdir. Ülviyyə də ona demişdir ki, müəllim deyib ki, həmin pul çatmalıdır. Ülviyyə hər danışığında həmin adamı müəllim deyə səsləndirmiş, lakin həmin adamın adını çəkməmişdir. Lakin Ülviyyə ona sonradan onun Zeynal Nağdəliyev adlı şəxslə danışdığına dair həmin şəxsin nömrəsini də qeyd olunduğu şəkil atmışdır. O da sonra düşünmüşdür ki, onsuz da qalan 4000 min manatı o, iş düzəldikdən sonra onsuz da verməlidir, ya indi verdi, ya sonra verdi, nə fərqi olacaqdır ki. Sonra bacısı Ofeliya Zöhrablı ilə əlaqə saxlayaraq ondan işinin düzəlməyi üçün 4000 manat verməsini xahiş etmişdir. Ofelya da həmin 4000 manat pulu 11 iyun 2021-ci il tarixdə ona çatdırmışdır. Sonra o, eyni tarixdə 4000 min manat pulu Təqsirləndirilən şəxs ona göndərdiyi bank hesabına köçürmüşdür. Pulu göndərdikdən sonra o, hər dəfə Təqsirləndirilən şəxs işin necə olduğunu soruşduğunda Ülviyyə ona səbr etməyini, işin düzələcəyini bildirmişdir. Ülviyyə ona bildirmişdir ki, Bakıya gələcək, üz-üzə danışarlar. X21 adlı tanışı ilə onun evinə gəlmiş, söhbət zamanı ona demişdir ki, müəllim deyir ki, 10 gün səbr etsin, iş artıq düzəlir. O da inanmış, lakin o, 2021-ci ilin aprel ayında işə bərpa olmaq üçün məhkəməyə də müraciət etmişdir. Bu barədə Ülviyyəyə məlumat verdiyi zaman Ülviyyə ona işi təxirə salmağını bildirmişdir. O da Ülviyyənin sözünə inanaraq məhkəmə iclasının bir dəfə təxirə salınmağını məhkəmədən xahiş etmişdir. Sonra məhkəmə prosesi davam edən ərəfədə o, digər işlə təmin olunduğu üçün Təqsirləndirilən şəxs məlumat vermişdir ki, «mən artıq başla işlə təmin olunmuşam». Ülviyyə də ona demişdir ki, «eybi yox, hələlik bu işə get, mən danışmışam, sonrası yaxşı olacaq». Ondan sonra o, hər dəfə Ülviyyə ilə əlaqə saxladığı zaman Ülviyyə ona pulunu qaytaracağını bildirmişdir. Lakin hər dəfə onu aldatmışdır. O, onları tanış edən Cəmilə xanıma da olanları danışmışdır. Cəmilə xanım da Təqsirləndirilən şəxs zəng edərək onun pulunu qaytarmasını bildirmişdir. Lakin Təqsirləndirilən şəxs pulu qaytaracağını söyləyərək hər dəfəsində onu da aldatmışdır. Sonradan görmüşdür ki, Ülviyyə onu aldatmış və etibarından sui-istifadə edib pulunu almışdır. Son zamanlar Ülviyyə onun telefonlarına da cavab verməmişdir. Ona görə də o, şikayət etmək qərarına gəlmişdir. Sonra o, tanışı vasitəsilə Şirvan şəhər Vəkillər Kollegiyasının üzvü vəkil Emil Quliyevə müraciət etmiş və ona xx.xx.2022-ci il tarixində 1 illik etibarnamə vermişdir. X32 Balayeva ilə əlaqə saxlayıb ondan şikayət edəcəyini bildirdiyi zaman, Ülviyyə pulu qaytaracağını, ondan şikayət etməməyini xahiş etmişdir. Təqsirləndirilən şəxs onu işə düzəltmək adı ilə aldadaraq aldığı 10.000 manat puldan 2000 manatını ona qaytarmışdır. Qalan 8000 manatı isə geri qaytarmamışdır. O, artıq görmüşdür ki, şikayət etməsə Ülviyyə onun pulunu qaytarmayacaqdır. Ona görə də Şirvan şəhər prokurorluğuna vəkili vasitəsilə müraciət etmişdir. Onun tələbi Təqsirləndirilən şəxs etibarından sui-istifadə edib onu aldadaraq aldığı 8000 manat pulunun geri qaytarılmasıdır. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın qismən ödənildiyini, təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, 2014-cü il tarixdə müsahibə yolu ilə Ukrayna Respublikası Xarkov şəhərində yerləşən “V.N.Karazin adına Xarkov Milli Universiteti”-nə əyani təhsil almaq üçün qəbul olmuşdur. O dörd il həmin universitetdə hüquq fakültəsi üzrə bakalar təhsili almış və universiteti 2018-ci ildə bitirmiş, Azərbaycan Respublikasına qayıtmışdır. Həmin il o, həqiqi hərbi xidmətə getmiş, bir illik hərbi xidmətdən sonra yaşadığı Şirvan şəhəri, M.Əcəmi küçəsində yerləşən evə gəlmişdir. Həmin vaxt o, dövlət işlərinə qəbul olunmaq üçün müraciətlər etsə də, ali təhsil sənədi olan diplomu Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən rəsmi olaraq tanınmadığından iş tapa bilməmişdir. 2022-ci ilin fevralmart aylarında anası Kamalə Nəzərova vasitəsi ilə o, Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Təqsirləndirilən şəxs mərhum nənəsi Zenfira ilə tanış olmuş, bu yolla Ülviyyə anası ilə də dostuq münasibətləri qurmuşdur. Aralarında olan söhbət zamanı anası Kamalə Ülviyəyə onun diplomu ilə bağlı danışmış, bu zaman Ülviyyə anasına onun diplomunun Azərbaycan Respublikasında tanınmasını həll edə biləcəyini bildirmişdir. Anası da bu barədə ona danışmış, o da Ülviyyə ilə diplomu barədə söhbət etmiş və sonuncu ilə razılaşmıdır. Həmin vaxt Ülviyyə ona demişdir ki, onun diplomunun tanınması işi ilə bağlı Təhsil Nazirliyində yüksək vəzifəli şəxslərə pul verməlidir və bunun üçün 2000 manat pul lazımdır. O da qeyri rəsmi işlərdə işləyib özü üçün saxladığı 2000 manat pulu diplom işinə vermək qərarına gəlmiş və 08 mart 2022-ci il tarixdə saat təxminən 15 radələrində əvvəlcədən aralarında olan danışıqdan sonra Ülviyyə Balayevə yaşadığı Şirvan şəhəri, M.Əcəmi küçəsi ev 59-da yerləşən evə gəlmiş, həmin vaxt evdə o və anası Kamalə olmuşlar. O, anası Kəmalənin yanında 2000 manat pulu sayıb əlbəəl Ülviyyəyə vermiş, həmin vaxt Ülviyyə ona demişdir ki, 3 gün sonra o, Bakı şəhərinə getməlidir, orada onu Təhsil Nazirliyində qəbul edəcəklər, əvvəlcədən o özü onu bu barədə xəbardar edəcəkdir. Lakin 3 gün keçməsinə baxmayaraq Təqsirləndirilən şəxs bir xəbər olmamışdır. O da Ülviyyə ilə telefon vasitəsi ilə danışsa da, sonuncu ona müxtəlif bəhanələr gətirib işinin yaxın vaxtlarda düzələcəyini bildirmişdir. Lakin indiyə kimi onun diplom işi düzəlməmişdir və Təqsirləndirilən şəxs onu aldadıb 2000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir və pulunu qaytarmamışdır. Buna görə də o, Şirvan şəhər polis şöbəsinə gəlib Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 İsmail oğlu bildirdi ki, o, 2021-ci ilin sentyabr ayında tanışı Qismət adlı şəxslə işlə bağlı söhbət edərək, ona Bakı şəhərində iş düzəldən olan kimsə olsa bu barədə ona deməsini xahiş etmiş, məqsədi dənizdə işləmək olmuşdur. Bir müddət sonra Qismət ona zəng edərək onun üçün iş düzəldən adam tapdığını bildirmiş və onu Şirvan şəhərinə çağırmışdır. O da razılaşmış və ertəsi gün Şirvan şəhərinə gəlmişdir. Qismətlə görüşən zaman sonuncu ona Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinin sədri Təqsirləndirilən şəxs onun işini düzəldəcəyini, onun Neft şirkətində tanışları olduğunu bildirmişdir. Bundan sonra, o, Qismətlə birlikdə Təqsirləndirilən şəxs işlədiyi şəhərin İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara cəmiyyətinin şöbəsinə getmişlər. Orada Ülviyyə ilə aralarında olan danışıq zamanı sonuncu onu X31 Trestində dənizdə olan buruqlarda işə düzəldə biləcəyini bildirmişdir. Sonra Təqsirləndirilən şəxs ona demişdir ki, bu iş üçün 1.750 manat pul lazımdır, həmin pulun 250 manat onun, qalan 1500 manat pul isə Neft şirkətində olan adama gedəcəkdir, lakin həmin şəxsin adını ona deməmişdir. O da razılaşmış, 20 sentyabr 2021-ci il tarixdə o, 1.750 manat pulu Beynalxalq bank-dan kredit olaraq götürmüş və həmin gün şəhərin İ.Qayıbov küçəsində yerləşən Qızıl Aypara cəmiyyətinin Şirvan şöbəsində 1.750 manat pulu Qismətin yanında Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Ülviyyə ondan şəxsiyyət vəsiqəsinin surətini və veteranlıq sənədinin surətini almışdır. Bundan sonra, o dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlayıb, işi ilə bağlı maraqlansa da, sonuncu ona yalan vədlər verib, işinin qısa müddət ərzində düzələcəyini bildirmişdir. Bu danışıq 2022-ci ilin mart ayınadək davam etmişdir. 2022-ci ilin mart ayında Təqsirləndirilən şəxs ilə aralarında olan danışıq zamanı sonuncu məcburi köçkünlər üçün mənzil verildiyini, onun üçün mənzil təmin edə biləcəyini, bunun üçün 2.000 manat pul lazım olduğunu bildirmişdir. O da razlaşdım və Rabitəbankdan 2.000 manat kreditə pul götürüb həmin pulu 08 mart 2022-ci il tarixdə yaşadığı şəhərin S.Zeynalov küçəsi 18/13də yerləşən evində əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra, o, dəfələrlə Ülviyyədən həm işi ilə bağlı, həm də evlə bağlı soruşsa da, sonuncu ona yalan vədlər verərək onu aldatmışdır. O da buna görə Təqsirləndirilən şəxs barəsində şikayət etmişdir. O, Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayında 1.750 manat pulu və 2022-ci ilin mart ayının 8-də isə 2.000 manat pul vermiş, hər ikisində Şirvan şəhərində vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs7 bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, gündəlik fərdi əməklə məşğul olaraq qazanc əldə edir. 2022-ci ildən o, özü üçün rəsmi iş axtarmışdır. Həmin vaxtlarda qaynatasının müdiri Asif adlı şəxsin vasitəsi ilə o, Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, sonuncunun mobil nömrəsin həmin Asif adlı şəxsdən qaynatası alaraq ona vermişdir. O da 2022-ci ilin may ayının 16-da saat 09 radələrində Təqsirləndirilən şəxs məxsus ***-***- **-** saylı mobil nömrəsinə zəng edərək, ondan işə düzəlmə ilə maraqlanmışdır. Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, onu Bakı Dərinözüllər zavodunda işə düzəldə bilər, bunun üçün yəni, işə düzəlməyi üçün 6000 manat pul lazımdır. O da Ülviyyəy demişdir ki, hazırda 6000 manat pulu yoxdur. Təqsirləndirilən şəxs da demişdir ki, onda 3000 manat pulu ona versin. Qalan 3000 manat pulu da işə düzələndən sonra ona verər. O da Ülviyyə ilə razılaşmış və anası Rəhiləyə zəng edərək, bu barədə demişdir ki, həmin gün Kapital bankın Şüvəlan filialından 2.700 manat pul götürmüş və qalan 300 manat pulu da evdən götürüb ümumilikdə 3000 manat pulu düzəltmiş, həmin gün yəni, 16 may 2022-ci il tarixdə anası Rəhilə 3.000 manat pulu Təqsirləndirilən şəxs məxsus 416974******3577 saylı kart hesabına Xəzər rayonu, Buzovna qəsəbəsi, R.İmanov küçəsi 2-də yerləşən “Araz” marketdəki “e-Manat” terminalı vasitəsi ilə köçürmüşdür. Sonra o, Təqsirləndirilən şəxs ilə danışaraq ona pulun kart hesabına köçürüldüyünü bildirmişdir. Ülviyyə də ona demişdir ki, yaxın vaxtlarda işini həll edəcəkdir. Lakin həmin gündən indiyə kimi Təqsirləndirilən şəxs onu işə düzəltməmiş və aldığı 3.000 manat puluda qaytarıb verməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs9 bildirdi ki, o, heç bir yerdə işləmir, təqaüdçüdür, hazırda Azərbaycan Respublikasının şəhid ailələri, Əlillər və Müharibə veteranlarının müdafiəsi ictimai birliyinin Ağsaqqalar Şurasının regional sədri vəzifəsində işləyir. Təqsirləndirilən şəxs ilə aralarında olan söhbət zamanı Ülviyyə ona mübaribədə iştirak etməsini və çoxsaylı yaralar almasını və nə üçün əlillik almadığını soruşmuşdur. O isə Ülviyyəyə demişdir ki, artıq yaraları sağalmış və o əlilliklə bağlı müraciət etməmişdir. Ülviyyə isə ona əlillik düzəldə biləcəyini bildirmiş və həmin vaxt onun mobil nömrəsini götürmüşdür. 2022-ci ilin mart ayında Ülviyyə ona zəng edərək onun əlillik işini düzəldə biləcəyini bildirib ondan bu işin həlli üçün 5.000 manat pul vermək lazım olduğunu demişdir. O da razılaşmış və evdən 5.000 manat götürürək mart ayının təxminən əvvəllərində Şirvan şəhərinə gəlmiş və orada şəhərin H.Əliyev prospektində Təqsirləndirilən şəxs ilə görüşərək 5.000 manat pulu əlbəəl ona vermişdir. Sonra o yaşadığı Gədəbəy rayonuna qayıtmışdır. Sonradan o, dəfələrlə Təqsirləndirilən şəxs ilə əlaqə saxlasa da sonuncu ona hər dəfə yalan vədlər vermişdir. Sonradan o, Ülviyyənin digər şəxsləri də aldatmasını bildiyinə görə onu barəsində şikayət ərizəsi ilə müraciət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs10 bildirdi ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, 2021-ci il tarixdə oğlu Nurlan üçün iş axtaran zaman həmin vaxt onlara qonaq gələn tanışı və Hacıqabul rayon sakini Vüqar adlı şəxs vasitəsilə Təqsirləndirilən şəxs tanımışdır. Belə ki, Vüqar ona Ülviyyənin ayrıayrı şəxslərə iş düzəltdiyini bildirmiş və Nurlanın da işə düzəlməsində köməklik edə biləcəyini bildirmişdir. Bundan sonra o, Vüqar vasitəsilə Təqsirləndirilən şəxs məxsus ***- ***-**-** saylı mobil nömrəyə öz istifadəsində olan ***-***-**-** saylı mobil nömrədən zəng edərək, oğlunun işə düzəlməsi ilə maraqlanmış, həmin vaxt Ülviyyə demişdir ki, maraqlanıb bu barədə ona zəng edəcəkdir. 2021-ci ilin oktyabr ayının 6-da Təqsirləndirilən şəxs ona zəng edərək, oğlu Nurlanın işini həll edə biləcəyini, bunun üçün 6000 manat pul lazımdır. Sonra bildirmişdir ki, oğlunu Fövqaladə Hallar Nazirliyində Yanğından Mühafizə İdarəsində işə düzəldə biləciyini bildirmişdir. O da razılaşmış və X33 rayon filialından 6000 manat kreditə pul götürmüş və həmin 6000 manat pulu 06 oktyabr 2021-ci il tarixdə saat 19 radələrində Oğuz rayonu, M.Əzizbəyov küçəsində yerləşən “Oba” marketdə olan “e-Manat” terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus 5315**** ****7543 saylı bank kartına köçürmüş və bu barədə sonuncuya zəng edərək, məlumat vermişdir. Təqsirləndirilən şəxs da bildirmişdir ki, pulu almışdır. Sonra Təqsirləndirilən şəxs demişdir ki, oğlu Nurlanın işi 2021-ci il dekabr ayına kimi həll olacaqdır. Sonra dəfələrlə o, Təqsirləndirilən şəxs işi nə yerdə olduğunu soruşsa da, sonuncu hər dəfəsində ona yalan vədlər vermişdir. Sonrasında o, Təqsirləndirilən şəxs dələduzluq etdiyini və başqa şəxsləri də aldadıb pulların aldığını bildikdən sonra onun barəsində Oğuz rayon polis şöbəsinə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs oğlu Nurlanı işə düzəltməsi üçün 6000 manat pulu 2021-ci ilin oktyabr ayının 6-da terminal vasitəsilə göndərmiş, bildirmişdir ki, Təqsirləndirilən şəxs 6000 manat pulu kiməsə verəcəyi barədə ona bir söz deməmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir, bu səbəbdən də təqsirləndirilən şəxsdən şikayətçi olduğunu, dəymiş ziyanın isə ödənilməsini tələb etdiyini bildirərək, ona qanunamüvafiq cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, 2008-ci ildə o, Bakı İslam Universitetini bitirmiş, ali təhsillidir, lakin universiteti bitirdikdən sonra müxtəlif işlərdə işləsə də, ixtisası üzrə iş tapa bilməmişdir. O, Təqsirləndirilən şəxs xalası oğlu Əli Ələkbərov vasitəsilə tanımışdır. Belə ki, Ülviyyə Balayevə xalası oğlu Əlini də Təbib-nin mühafizə şöbəsinə mühafizəsi kimi işə düzəldirdi. O da 2022-ci ilin mart ayının ortalarında Təqsirləndirilən şəxs işlədiyi Qızıl aypara Cəmiyyətinin Şirvan bölməsinə getmiş və orada Təqsirləndirilən şəxs ilə xalası oğlu Əlinin işi ilə maraqlanmış, həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, xalası oğlu Əlinin işi hazırdır, qısa müddət ərzində işə çıxacaqdır. Həmin vaxt o, Təqsirləndirilən şəxs onu da işə düzəltməyini xahiş etmişdir. Bu zaman Təqsirləndirilən şəxs ona demişdir ki, onu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında mühafizəçi kimi işə düzəldə bilər, sonra Təqsirləndirilən şəxs ona demişdir ki, bunun üçün ona işə düzəlməyi qarşılığında 3500 manat pul verməlidir, o da demişdir ki, o qədər pulu yoxdur, o, Ülviyyəyə ilkin olaraq 1.700 manat pul verə bilər, qalan 1700 manat pulu da işə düzəldikdən sonra verər. Təqsirləndirilən şəxs da onunla razılaşmışdır. Sonra o, yaşadığı evə qayıtmış, sonrasında Hacıqabul rayonunda yerləşən “Beynəlxalq” bankdan 3700 manat pulu qardaşı Şəhriyar Baxşıyevin adına kredit götürmüşdür. 01 aprel 2022-ci il tarixdə o, Şirvan şəhərinə gəlmiş, Şirvan şəhəri, T.İsmayılov küçəsində yerləşən “Zeynəb” restoranında Təqsirləndirilən şəxs ilə görüşmüş və 1700 manat pulu Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt o, şəxsiyyət vəsiqəsini və hərbi biletini də vermişdir. Ülviyyə də ona demişdir ki, yaxın vaxtlarda işini həll edəcək, lakin həmin gündən indiyə kimi Təqsirləndirilən şəxs onu işə düzəltməmişdir və aldığı 1700 manat pulu da qaytarıb verməmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 1-də 1700 manat pulu Şirvan şəhəri, T.ismayılov küçəsində yerləşən “Zeynəb” restoranında vermişdir. Təqsirləndirilən şəxs onu Hacıqabul rayon Mərkəzi Xəstəxanasında işlə düzəldəcəyini vəd vermişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs5 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, 2021-ci ilin yanvar ayından «Azercell» Kür Telekomun təmsilçisi vəzifəsində işləyir, həmin vaxtlarda o, təhsilinə uyğun rəsmi iş axtarmış, işə düzəlmək üçün maraqlanan zaman eşitmişdir ki, «Qızıl Aypara» Cəmiyyətinin Şirvan bölməsinin sədri Təqsirləndirilən şəxs ayrı-ayrı vətəndaşları işə düzəldir. O da 2021-ci ilin iyul ayında Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsinə getmiş və Təqsirləndirilən şəxs ilə görüşmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs işə düzəlmək üçün müraciət etmiş, sonuncu ona demişdir ki, onu məktəbə müəllim düzəltmək üçün 5.000 manat pul lazımdır, o da Ülviyyəyə demişdir ki, onun 5.000 manat pulu yoxdur. Sonra isə Ülviyyə demişdir ki, özü onunla əlaqə saxlayacaqdır. Bir müddət sonra Ülviyyə ona zəng edərək 2.000 manat pula onu məktəbdə işə düzəldə biləcəyini bildirmişdir. O da Ülviyyə ilə razılaşmış və evində olan, işləyərək yığdığı 2.000 manat pulu özü ilə götürüvb 2022-ci ilin iyul ayında Qızıl Aypara Cəmiyyətinin Şirvan bölməsində Təqsirləndirilən şəxs ilə görüşmüş və həmin 2.000 manat pulu əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs əlavə olaraq sonuncunun tələbi üzrə diplomunu və şəxsiyyət vəsiqəsinin surətini də vermişdir. Təqsirləndirilən şəxs ona demişdir ki, işi düzələn kimi ona xəbər edəcəkdir. O, Təqsirləndirilən şəxs ilə arabir telefon vasitəsi ilə danışmış və sonuncu ona yaxın vaxtlarda işinin düzələcəyini bildirmişdir. Lakin həmin vaxtdan indiyə kimi Təqsirləndirilən şəxs vediyini vədə əməl etməmiş və onu aldadaraq ona qarşı dələduzluq edərək 2.000 manat pulunu ələ keçirmişdir. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs8 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs8 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, hazırda Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” restoranında işləyir. Təqsirləndirilən şəxs 2021-ci ilin sentyabr ayından tanımış, həmin vaxtlarda Təqsirləndirilən şəxs ayrı-ayrı şəxslərə pensiya düzəldilməsinə köməklik etdiyini bildirmişdir. O da həmin vaxt Təqsirləndirilən şəxs demişdir ki, «mən sosial müavinət alırdım və həmin müavinət bilmədiyim səbəblərdən kəsilmişdir». Həmin vaxt Təqsirləndirilən şəxs ona demişdir ki, onun sosial müavinəti almağını təmin edəcəkdir. Həmin vaxt Təqsirləndirilən şəxs ondan bunun üçün 2000 manat pul istəmiş, lakin o demişdir ki, onun 2.000 manat pulu yoxdur. Sonra da dəfələrlə Ülviyyə onu işlədiyi Zeynəb restoranına gəlmiş və onu israrla sosial müavinət işini düzəldə biləcəyini bildirmişdir. O da 2022-ci ilin aprel ayında Təqsirləndirilən şəxs ilə razılığa gəlmiş və qızıllarını lombarda qoyaraq oradan 1.000 manat pul götürmüş və həmin pulu 20 aprel 2022-ci il tarixdə Şirvan şəhəri, M.Ə.Rəsulzadə küçəsində yerləşən “Zeynəb” restoranının qabağında əlbəəl Təqsirləndirilən şəxs vermişdir. Bundan sonra dəfələrlə o, Təqsirləndirilən şəxs zəng edərək, ondan işinin nə yerdə qalması barədə soruşduqda, sonuncu hər dəfə ona yalan vədlər verərək, yaxın vaxtlarda həll olacağını bildirsə də, indiyədək işi həll olmamışdır. O, Təqsirləndirilən şəxs onu aldadaraq dələduzluq etməsinə əmin olduqdan sonra onun barədə şikayət etmişdir. O, Təqsirləndirilən şəxs 2022-ci ilin aprel ayının 20-də 1.000 manat pulu onun üçün sosial müavinət düzəltmək adı ilə vermişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1970-ci ildə Şirvan şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə Şirvan şəhər Polis İdarəsinin İstintaq Bölməsinin müstəntiqi, polis kapitanı X11 tərəfindən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 4(032)-135/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs haqqında həbs qətimkan tədbirinin seçilməsindən imtina edilmiş və Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə ev dustaqlığı qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, ********* saylı cinayət işi ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilməklə istintaq ********* nömrə altında aparılmışdır və Təqsirləndirilən şəxs əməli AR CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin 4(032)-235/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti 2 ay müddətinə, yəni xx.xx.2022-ci il tarixədək uzadılmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs AR CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə yenidən yeni məzmunda ittiham elan edilmişdir. İş materiallarında olan zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 təqdim etdiyi xx.xx.2022-ci il tarixli qəbzin surətindən görünür ki, Təqsirləndirilən şəxs tərəfindən ona 300 manat məbləğində pul vəsaiti ödənilmiş, 8700 manat məbləğində ümumi borcu qalmışdır. İş materiallarında olan Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs 22 noyabr 2022-ci il tarixdə Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş, məhkəmənin qərarına əsasən barəsində 03 ay müddətinə həbs qətimkan təbiri seçilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi 212 nömrəli Hərbi Hissənin komandiri Mais Bərxudarov tərəfindən verilmiş fəxri fərmanın surətindən görünür ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bütün cəbhəboyu istiqamətlərdə gedən döyüş əməliyyatları zamanı könüllü olaraq hərbi hissələrin şəxsi heyətinə ərzaq, əşya yardımları göstərdiyinə görə fəxri fərman ilə təltif edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X6 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun.Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən, cinayət nəticəsində dəymiş ziyanın qismən ödənilməsini, həmin Məcəllənin 59.2ci maddəsinə əsasən əməlini etiraf etməsini, səmimi peşman olmasını, övladının xəstə olmasını, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda bütün cəbhəboyu istiqamətlərdə gedən döyüş əməliyyatları zamanı könüllü olaraq hərbi hissələrin şəxsi heyətinə ərzaq, əşya yardımları göstərdiyinə görə fəxri fərmanla təltif olunmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinə əsasən “Dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə - dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “CM-in 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. CM-in 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən “Azadlıqdan məhrum etmə növündə cəzanın qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün - ümumi rejimli cəza çəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək ev dustaqlığında saxlanıldığı 05 (beş) ay 14 (on dörd) gün müddət, ümumilikdə 05 (beş) ay 16 (on altı) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay 14 (on dörd) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 12 aprel 2023-cü il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində Şirvan Şəhər Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarı ilə həbs qətimkan tədbirinin seçilməsi nəzərə alınsın. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB**********1700266117, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar