Məhkəmə qərarları › İş №1(003)-560/2022

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-560/2022

24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-560/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs xx xxxxxx 1989-cu ildə Lənkəran rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Lənkəran rayonu, Darquba kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bolluq yaşayış massivində nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarını pozaraq nəqiliyyat vasitəsini idarə edərkən ehtiyyatsızlıqdan zərərçəkmişin ölməsinə səbəb olan yol nəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 iyun 2022-ci il tarixdə, saat 22:19 radələrində idarə etdiyi «VAZ 2106» minik markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olmuşdur. Qala qəsəbəsi istiqamətinə ayrılan kəsişmənin qarşısında 3-cü hərəkət zolağında «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməyə və yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı olduğu halda, bunu etməmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs yolu soldan sağa keçən piyada, 23 dekabr 1978-ci il təvəllüdlü X1 avtomobilin ön hissəsi ilə vurmuş və nəticədə ehtiyatsızlıqdan piyadanın alın nahiyyəsinin əzilmiş yarası, sağ yanağın, sağ və sol dirsək nahiyyəsinin, döş qəfəsinin aşağı üçdə birinin ön səthinin sağ yarısının, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi, alın sümüyünün basılmış, qəlpəli sınığı, burun sümüyünün qapalı sınığı, sağ və sol said sümüklərinin qapalı, yerdəyişən sınıqları ilə müşayiət olunan, həyat üçün təhlükəli olan sağlamlığa AĞİR dərəcəli zərərvurmaya aid olan xəsarətlər alaraq hadisə yerində ölümünə səbəb olan yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, 26 iyun 2022-ci il tarixdə, saat 22 radələrində «VAZ 2106» markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobil ilə Mərdəkan qəsəbəsi istiqamətində 4-cü zolaqda 75-85 km/saat sürətlə hərəkətdə olmuşdur. Həmin vaxt atası Rafiq Əliyev qabaq oturacaqda, bibiləri Məleykə Əliyeva və Kəmalə Əliyeva isə arxa oturacaqda oturmuşlar. Qala qəsəbəsi istiqamətinə dönəcəyi keçən zaman avtomobilin qabaq hissəsi ilə piyadanı vurmuş və avtomobildən düşüb həmin şəxsə doğru getmişdir. Həmin vaxt yoldan keçən yol-patrul xidmətinin əməkdaşları ona yaxınlaşmışlar və onlara məxsus avtomobillə həmin piyadanı xəstəxanaya aparmışlar. Həmin vaxt şəxs nəfəs alıb-vermişdir. Daha sonra həmin şəxsin xəstəxanada öldüyünü öyrənmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu və zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışdığını bildirərək ona yüngül cəzanın təyin edilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri özünün etirafedici ifadəsi ilə yanaşı toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında ifadəsi elan olunmuş zərərçəkmiş şəxsin hüquqi varisi Zərərçəkmiş şəxs Əlfəndi oğlu istintaq zamanı ifadəsində göstərmişdir ki, X3 onun qardaşıdır. 27 iyun 2022-ci il tarixdə gecə saatlarında ona 26 iyun 2022-ci il tarixdə, saat 22 radələrində qardaşı Rəşadı avtomaşın vurduğunu və qardaşının öldüyünü demişlər. O, sonradan hadisəni törədən sürücünün Təqsirləndirilən şəxs olduğunu bilmişdir. Məhkəmə notarial qaydada təsdiq olunmuş ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını, bütün ziyanlarının onlar tərəfindən qarşılandığını, heç bir şikayət və tələbinin olmadığını, gələcəkdə də, heç bir şikayət və tələbinin olmayacağını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə yol-nəqliyyat hadisəsi ekspertizasının 20 iyul 2022-ci il tarixli, 8/1798 nömrəli rəyindən görünür ki, «VAZ-2106» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin təəblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi «Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi» publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 27 iyun 2022-ci il tarixli, 85 nömrəli rəyindən görünür ki, «1978-ci il təvəllüdlü mərhum X2 meyitində aşar edilmiş xəsarətlər - alın nahiyyəsinin əzilmiş yarası, sağ yanağın, sağ və sol dirsək nahiyyəsinin, döş qəfəsinin aşağı üçdə birinin ön səthinin sağ yarasının, sağ qalça darağı proyeksiyasının, sağ budun yuxarı üçdə birinin bayır səthinin, sağ və sol dizin ön səthinin sıyrıqları, başın yumşaq toxumalarının iç səthinə, beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar, baş beynin ağır dərəcəli əzilməsi, alın sümüyünün basılmış, qəlpəli sınığı, burun sümüyünün qapalı sınığı, sağ və sol said sümüklərinin qapalı, yerdəyişən sınıqları küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddətləri qərarda göstərilən vaxtda, yəni 26 iyun 2022-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı hərəkətdə olan avtomaşının qabarıq hissələri ilə vurulması nəticəsində əmələ gələ bilərdilər. Həyat üçün təhlükəli olan sağlamlığa ağır dərəcəli zərərvurmanın əlamətlərinə malikdirlər və baş vermiş ölümlə səbəbli əlaqəlidirlər. Mərhum R.Ə.Zəkiyevin ölümünə səbəb yol-nəqliyyat hadisəsi zamanı almış olduğu travma kompleksi nəticəsində baş-beyin toxumasına və beynin yumşaq qişasına geniş qansızmalar olmuşdur. Mərhum R.Ə.Zəkiyevin ölümü 26 iyun 2022-ci il tarixdə, saat 23:10-da X6 Publik Hüquqi şəxsində baş vermişdir (X6 Publik Hüquqi şəxsində tərib olunmuş C2441 saylı xəstəlik tarixinə əsasən). Mərhum R.Ə.Zəkiyeivn meyitindən götürülmüş qanda məhkəməkimya tədqiqatı nəticəsində etil spirti, narkotik maddələr və güclü təsiredicilər aşkar edilməmişdir (məhkəmə-kimyəvi müayinə aktı № 2329/K, xx.xx.2022)». İş materiallarına əlavə olunmuş diskə baxış keçirilməsi haqqında 12 iyul 2022-ci il tarixli protokoldan görünür ki, baxış keçirilən DVD diskdə 01 ədəd video görüntü vardır. Həmin video görüntülərə baxış zamanı Təqsirləndirilən şəxs oğlu idarə etdiyi «VAZ 2106» markalı, ** BE *** dövlət qeydiyyat nişanlı avtomobillə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi istiqamətindən Mərdəkan qəsəbəsi istiqamətində hərəkətdə olarkən Qala qəsəbəsi istiqamətinə ayrılan kəsişmənin qarşısında 3-cü hərəkət zolağında avtomobilin ön hissəsi ilə yolu keçəmək istəyən piyada X1 vurması öz əksini tapır. İş materiallarına əlavə olunmuş Xəzər rayon Polis İdarəsinin 08 oktyabr 2022-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs sürücülük vəsiqəsinin 28 may 2013cü il tarixdə verilməsi, 29 may 2023-cü il tarixədək aktiv olması, həmçinin sürücülük hüququndan məhrum edilməməsi müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 07 iyul 2022-ci il tarixli tələbnaməsindən görünür ki, xx xxxxxx 1989-cu ildə Lənkəran rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 263.2ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin hüquqi varisi ilə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin hüquqi varisinə dəymiş ziyanı ödəməsini, zərərçəkmiş şəxsin hüquqi varisinin ona qarşı hər hansı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu maddənin sanksiyasında müəyyən edilmiş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 56.1.1-ci maddəsinə əsasən cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 05 sentyabr 2022-ci il tarixli qərarlarından görünür ki, Təqsirləndirilən şəxs barəsində axtarış elan edilmiş və iş üzrə icraat dayandırılmışdır. İş materiallarına əlavə edilmiş Könüllü gəlmə barədə 21 sentyabr 2022-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 21 sentyabr 2022-ci il tarixdə könüllü olaraq Xəzər RPİ-nin İstintaq şöbəsinə gəlmişdir. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin İŞ-nin müstəntiqi Elvin Ağayevin 24 sentyabr 2022-ci il tarixli Sübutların qiymətləndirilməsi haqqında qərarından görünür ki, «VAZ 2106» markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobil maddi sübut kimi tanınmış və sahibi Təqsirləndirilən şəxs qaytarılmışdır. Hadisəni özündə əks etdirən video görüntülər olan 01 ədəd disk maddi sübut kimi tanınaraq cinayət işinin materiallarında saxlanılmışdır. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut «VAZ 2106» markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Hadisəni özündə əks etdirən video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 10 (on) saat vaxt, məhkəmə istintaq zamanı göstərdiyi hüquqi yardıma görə 11 (on bir) saat olmaqla ümumilikdə 21 (iyirmi bir) saat vaxt sərf etmişdir. Ona görə də, 126 (yüz iyirmi altı) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197, 198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 3 (üç) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin və cəzasının əvvəli müəssisədə qeydiyyata alındığı gündən hesab edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut «VAZ 2106» markalı, ** BE *** dövlət nömrə nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut hadisəni özündə əks etdirən video görüntülər olan 01 ədəd disk cinayət işinin materiallarında saxlanılsın. İş üzrə 85 (səksən beş) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Azərbaycan Respublikası dövlət büdcəsinə köçürülsün. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs ibtidai istintaqda və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 126 (yüz iyirmi altı) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ**********0000001944, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar