Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-561/2024 11.12.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi,ilə, Xüsusi ittihamçı X5, Müdafiəçi, Təqsirləndirilən şəxs X9 iştirakları ilə, 05 aprel 1975-ci ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, işləməyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X13 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X9 xüsusi ittihamçı X13 haqqında qəsdən böhtan və təhqir dolu məlumatları internet informasiya ehtiyatlarında, yəni “Tik-tok” sosial platformasında qəsdən yayıb paylaşdığına görə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunması və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə azadlıqdan məhrumetmə ilə bağlı cəza təyin olunması barədə ittiham hökmü çıxarılmasını xahiş etmişdir. Xüsusi ittihamçı X13 şikayətini onunla əsaslandırmışdır ki, baldızının keçmiş əri X18 yalan olduğunu bilə-bilə onun foto şəklini öz “Tik-tok” səhifəsində paylaşaraq onu təhqir etmişdir. Təxminən 01 il öncə baldızı X1 əri X7 rəsmi şəkildə boşanmış və uşaqları atalarının yanında qaldığı üçün onlara rəsmi olaraq hər ay aliment ödəyirmiş. Bir müddət öncə keçmiş bacanağı ona “vatsap” proqramı vasitəsilə əlaqə saxlayıb təhqir etmişdir. Sonradan M.Kazımov ona məxsus foto şəkilləri 26, 27 və 28 dekabr 2023-cü il tarixlərində öz “Tik-tok” səhifəsində paylaşmaqla təhqir etmiş və bu səbəbdən sonuncudan şikayət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxs bu məlumatların yalan olduğunu biləbilə onun şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatları qeyd olunan sosial şəbəkə platformasında yaymaqla ona qarşı böhtan atmış və onu təhqir etmişdir. Bütün bunlar öz təsdiqini xx.xx.2024cü il tarixli Yasamal RPİ-nin “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərarında öz əksini tapmışdır. Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinə verdiyi izahatında X18 qeyd edilənləri etiraf etmişdir. Yasamal RPİ-nin 28-ci Polis Şöbəsinin təhqiqatçısı, polis mayoru X10 onun müraciəti əsasında toplamış olduğu materiallardan da göründüyü kimi X18 qeyd edilənləri etiraf edərək bunun guya “ailəsinin dağılmasında onları günahkar bildiyindən və guya onların onun keçmiş həyat yoldaşının uşaqları ilə görüşməyə maneə olduğundan etdiyini bildirmişdir.” İşə əlavə edilmiş foto şəkillərdən də göründüyü kimi X18 “Tik-tok” səhifəsində onun şəkillərini paylaşaraq üzərinə “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” və s. yazılar yazmışdır. Qeyd edilənlərlə bağlı foto şəkillər əlavə edilmişdir. X2 profillərdən istifadə edərək “Tik-tok” səhifəsində başqa şəxslərin foto şəkillərindən istifadə edərək, yəni internet informasiya ehtiyatlarında, o cümlədən sosial şəbəkələrdə istifadəçinin şəxsiyyətini eyniləşdirməyə imkan verməyən onun barəsində həqiqətə uyğun olmayan, yalan məlumat yerləşdirməklə böhtan atmış və onu təhqir etmişdir. Məhkəmə iclasında xüsusi ittihamçı X18 şikayətə uyğun ifadə verərək təqsirləndirilən şəxsin cinayət Məcəlləsinin 147.1 və 148-ci madddələrinə əsasən cinayət məsuliyyətinə cəlb olunmasinı və barəsində həmin maddələrin sanksiyasında göstərilən yuxarı həddə ağır cəza təyin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X18 özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, 2004-cü ildən xüsusi ittihamçı ilə qohum olmuşdur. İki övladı vardır. 2013-cü ildə həyat yoldaşı maşın almaq üçün Pərvanə xanımdan pul istəmişdir. 2016-cı ildə baldızı Pərvanə onun ailəsini dağıtmışdır. Yaşadığı yerdə onunla həqiqətə uyğun olmayan sözlər demişdir. Guya ki, o həyat yoldaşını döymüş və söymüşdür. Sonradan ailəsi ilə barışmışdır. Pərvanəyə ondan və ailəsində əl çəkmələrini bildirmişdir. Daha sonra 2021-ci ildə o əməliyyat keçirmiş və Pərvanə xanımla onun qayınatası yenidən onun ailəsini dağıtmışdır. O, da onlardan ailəsini dağıtmamalarını xahiş etmişdir. Lakin onlar onu dinləməmiş və həyat yoldaşını aparıb evlərində saxlamışlar. Sonradan o, Pərvanə xanımın yoldaşına zəng edərək oğlunun əsgər getdiyini, qızının da anası ilə görüşmək istədiyini bildirmiş və sadəcə bir dəfə uşaqların anaları görüşməsinə şərait yaradılmasını xahiş etmişdir. Rauf da ona telefonda onun yoldaşının orada olmadığını və onun burada heç kimi olmadığını və ona zəng etməməli olduğunu bildirmişdir. O da deyilən sözlərdən sonra bu paylaşımları etmiş, yəni xüsusi ittihamçı onu bu paylaşımları etməyə təhrik etmişdir. Xəzər Rayon Məhkəməsinin qətnaməsinə əsasən himayəsində yetkinlik yaşına çatmayan övladı X14 vardır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş; -xx.xx.2024-cü il tarixli “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərardan görünür ki, X5 müraciəti əsasında toplanmış material üzrə cinayət işinin başlanması rədd edilmişdir.; - “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” və s. yazılı video görüntü və foto şəkillərdən görünür ki, həmin video görüntü və foto şəkillər @user**********819 profilində paylaşılmışdır; - Azərbaycan Respublikası DİN-in BPQMİ-nin MAPS şöbəsinin xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1975-ci il təvəllüdlü X19 ünvan 1 ünvanında qeydiyyatdadır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2(003)-804/2022 saylı qətnaməsindən görünür ki, X19 ilə Kazımova (Məmmədova) Əfsanə Fəxrəddin qızı arasında Bakı şəhəri Xəzər Rayon Qeydiyyat şöbəsində xx.xx.2004-cü il tarixdə nikahın bağlanması haqqında akt qeydləri kitabında 245 nömrə ilə qeydə alınmış nikah pozulması, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2005-ci il təvəllüdlü X11 və xx.xx.2006-cı il təvəllüdlü X15 nikah pozulduqdan sonra atası – X12 yanında saxlanılması qət edilmişdir; - AZ İİİ №727242 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X15 xx.xx.2006-cı ildə Bakı şəhərində doğulmuş və bu barədə 16 yanvar 2007-ci il tarixdə doğum haqqında akt qeydləri kitabında № 37 ilə qeydə alınmışdır; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1975-ci il tarixdə Bakı şəhərində anadan olmuş X9 məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur; - Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 1(003)-560/2024 nömrəli hökmündən aydın olur ki, X18 CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinərək CM-nin 66.2-ci maddəsinə əsasən 1500 manat cərimə cəzasına məhkum olunmuşdur; - Məhkəmə ekspertiza mərkəzi məhkəmə linqvistik ekspertizasının xx.xx.2024-cü il tarixli 4/1457 saylı ekspert rəyindən görünür ki, iş materiallarına əlavə edilmiş “Tik-Tok” sosial şəbəkəsində paylaşılmış “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” kimi söz və ifadələr təhqiredici xarakterə malik söz və ifadələr, məlumatlar hesab olunur. Məhkəmə təqsirləndirilən şəxs X19 tərəfindən törədilmiş əməllərə münasibətdə belə qənaətə gəlir ki, o, “tik-tok” sosial platformasında özünə məxsus “@user**********819” adlı hesabında 2023-cü ilin dekabr ayında xüsusi ittihamçı X8 aid fotoşəkilləri paylaşaraq həmin fotoşəkilin üzərində “feysər və tovuzda bir dəfə mənimlə sevgili olan arvadı”, “ərinən oqurluq edən ərnə xəyanət edən”, “ərinən ful orqayam sevgilim”, “ay yiyəsiz qəhbələr evinizin poxunu yığışdırın burda olan kişilər sizə soxmaq üçün axtarır”, “bayraqı gör kim tutub hərbini satan” ifadələrini qəsdən işlədək xüsusi ittihamçı X8 böhtan atmaqla, eyni zamanda təhqir etmiş və digər istifadəçilərin həmin paylaşımın altında nalayiq ifadələr yazmalarına və bəyənmələrinə şərait yaratmış, bununla da Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələrində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2014-cü il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145.1-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror və ya hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. 145.3-cü maddəsinə əsasən ittihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bununla əlaqədar məhkəmə aşağıdakıların qeyd edilməsini zəruri hesab edir. Böhtan maddəsi üzrə cinayət məsuliyyətinin yaranması üçün üç hal müəyyən edilməlidir: məlumatın hər hansı şəxsin şərəf və ləyaqətini ləkələməsi və ya onu nüfuzdan salması; həmin məlumatın doğru olmaması; belə məlumatların yayılması. Şərəf – cəmiyyətin üzvü kimi insanın əxlaqi, mənəvi, mədəni keyfiyyətlərinə, başqa şəxslərə, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən ictimai qiymətdir. Ləyaqət – şəxsin özünə, özünün davranışına, mənəvi və əxlaqi dünyagörüşünə, cəmiyyətdə tutduğu mövqeyinə özünün verdiyi qiymətdir. Nüfuz – şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə, mövqeyinə, ictimai əhəmiyyət kəsb etməsinə görə başqa şəxslər tərəfindən ona verilən qiymətdir. Şərəf və ləyaqəti ləkələyən məlumatlar dedikdə, əxlaqi prinsiplər, istehsal – təsərrüfat, xidmət və ictimai fəaliyyətlə əlaqədar cəmiyyət, kollektiv və yaxud ayrı-ayrı şəxslər arasında vətəndaş barəsində mənfi rəy yaradan məlumatlar başa düşülür. Məlumatın yalan olması dedikdə, onun həqiqətə uyğun olmaması başa düşülür. Bu cinayət subyektiv tərəfdən birbaşa qəsdlə törədilir. Təqsirkar başqa şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində yaydığını dərk edir və bunu arzu edir. Məlumatın yalan olması dedikdə onun həqiqətə uyğun olmaması başa düşülür. Məlumatı yayma dedikdə başqa şəxsi ləkələyən və ya nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma başa düşülür. Təhqirlə bağlı məhkəmə aşağıda qeyd olunan xüsusatları vurğulayır: Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmada ifadə olunur. Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, ekspert rəyinin, təqdim edilmiş fotoşəkillərin, 01 ədəd “DVD-R” diskdə olan görüntülərin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxslərin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X9 əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə düzgün tövsif olunmuşdur (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 147.1-ci maddəsinə əsasən böhtan, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayma—min manatdan min beş yüz manatadək miqdarda cərimə ilə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır; 148-ci maddəsinə əsasən təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma - min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası CM-nin 147.1 və 148-ci maddələri ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. Təqsirləndirilən şəxslərin qeyd olunan maddələrlə törətdikləri əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onların cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayəthüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə, həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir. 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir; 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qayda üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli 4 saylı qərarının 3-cü bəndinin 2-ci hissəsinə görə məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidir. «Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə» Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamında qeyd edilmişdir ki, ibtidai istintaq və məhkəmə icraatı zamanı böyük ictimai təhlükə törətməyən və az ağır, o cümlədən iqtisadi fəaliyyət sahəsində cinayətlərə görə həbs qətimkan tədbirinin geniş tətbiq edilməsi, habelə həmin cinayətlərə görə azadlıqdan məhrum etmənin dinamikasının artması məhkumların sayının çoxalmasına və penitensiar müəssisələrin yüklənməsinə səbəb olur. Həmin Sərəncamın 8-ci bəndində qeyd edilmişdir ki, cəzanın və qətimkan tədbirinin məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqi genişləndirilsin. Məhkəmə, cəza siyasətinin humanistləşdirilməsi istiqamətində Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Sərəncamının nəzərə alınmalı olduğu qənaətinə gəlir və bunu məhkəməhüquq islahatları çərçivəsində Dövlətin mövqeyi kimi qəbul edir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair 22 fevral 2012-ci il tarixli qərarında Plenum qərara almışdır ki, cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 25 iyun 2003-cü il tarixli qararının 16-cı bəndində göstərilir ki, birinci hökm çıxarılanadək şəxsin başqa cinayətə görə Azərbaycan Respublikası CM-nin 66.5-ci maddəsinə əsasən cəza təyin edilməsi məsələsinə baxarkən məhkəmələr Azərbaycan Respublikası Cinayət Məcəlləsininin 66.2 və 66.4-cü maddələri ilə nəzərdə tutulan qaydaları tətbiq edirlər. Bu zaman qəti cəza məcmuya daxil olan cinayətlərdən hər hansı birinə görə təyin edilmiş ən ciddi cəzadan daha ciddi olmalıdır. Qanunun mənasından göründüyü kimi, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra məhkumun hökmə qədər başqa cinayəti etməkdə təqsirli olduğu müəyyən edilərsə, ona eyni qaydalar (cinayətlərin məcmusu) üzrə cəza təyin edilir. Bu halda məhkəmə həm əvvəlki, həm də sonrakı hökmlə müəyyən edilmiş cəzaları tam və ya qismən toplayaraq ona qəti cəza təyin edir. Məhkəmə, X9 barəsində olan Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)- 560/2024 saylı hökmü üzrə olan məhkumluğunun hazırki cinayət əməlinin törədilməsindən sonra yarandığını nəzərə alaraq hesab edir ki, X16 cəza təyin edərkən CM-nin 66.5-ci maddəsinin tələblərinə uyğun olaraq cinayətlərin məcmusu qaydasında cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X9 himayəsində xx.xx.2006-cı il təvəllüdlü X6 olmasını, cinayət əməlini törətməsini etiraf etməsini CM-nin 59.2-ci madəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. X9 əməlində Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs X18 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar və ağırlaşdıran halların olmaması, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəza təyin edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən X16 hazırki hökm üzrə təyin edilmiş cəzalar qismən toplanılmaqla ona cərimə cəzası təyin edilməli, Bakı şəhər Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 1(003)-560/2024 saylı hökmü ilə X16 təyin olunmuş 1500 manat cərimə cəzası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş cərimə cəzası ilə qismən toplanılmaqla ona qəti cəza təyin edilməli, 200 manat ekspertiza tədqiqatının dəyəri təqsirləndirilən şəxsdən tutulub dövlət büdcəsinə keçirilməlidir (CPM-198.1). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, X9 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında şikayət üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə maddi sübut yoxdur. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42, 197-198, 344-347, 349, 351, 356, 358 və 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ: X18 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1-ci maddəsi ilə təqsirli bilinərək 1000 ( min) manat cərimə cəzasına Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsili bilinərək 1000 (min) manat cərimə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən ona təyin olunmuş cəzalar qismən toplanılmaqla X16 qəti olaraq 1500 (min beş yüz) manat cərimə cəzası təyin edilsin. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə X16 təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən hazırkı hökm üzrə təyin edilmiş 1500 (min beş yüz) manat cərimə cəzası ilə qismən toplanmaqla ona qəti olaraq 2000 (iki min) manat cərimə cəzası təyin edilsin. Məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 200 (iki yüz) manat X7 dövlət büdcəsinin xeyrinə tutulsun(X4, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22). İş üzrə maddi sübut yoxdur. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X9 hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saat vaxta görə 60 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-561/2024
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-561/2024
11.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver