Məhkəmə qərarları › İş №1(003)-562/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-562/2025

22.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-562/2025 22.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X5 Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1992-ci ildə Kəlbəcər rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq massivi nömrəsiz evdə yaşayan və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: XXX Təqsirləndirilən şəxs özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talamaq məqsədi ilə 25 iyul 2025-ci il tarixdə səhər saat 06:00 radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşməklə yaşadığı nömrəsiz fərdi evin qonşuluğundakı X3 məxsus həmin küçədəki nömrəsiz fərdi yaşayış evində heç kimin olmadığını və evə nəzarət etmək üçün qapının açarının onun həyat yoldaşı Şahid1 verilmiş olduğunu bildiyi üçün bundan sui-istifadə edib həmin evin yataq otağının dəmir barmaqlıqlarını çöl hissədən çıxarmaq yolu ilə pəncərədən evin yaşayış sahəsi olan yataq otağına qanunsuz olaraq daxil olaraq həmin otaqdakı şkafdakı saxlanc yeri hesab edilən qızılı rəngli mücrünün içərisinə qanunsuz daxil olaraq oradan Türanə Əsgərovaya məxsus ümumi dəyəri 1000 manat təşkil edən 01 ədəd qızıl üzük və 01 cüt qızıl sırğanı götürüb evə daxil olduğu həmin pəncərədən çıxıb getməklə, bundan sonra eyni niyyətlə oğurluq cinayətinin davamı olaraq evin sahibi Türanə Əsgərova tərəfindən həyat yoldaşı Şahid1 nəzarət edilməsi etibar olunmuş həmin evin açarının surətini istintaqa məlum olmayan yerdə və vaxtda Şahid1 xəbərsiz çıxararaq 28 iyul 2025-ci il tarixdə saat 06:00 radələrində evdə heç kimin olmadığına əmin olduqdan sonra həmin evin qapısını surətini çıxardığı həmin açarla açmaq yolu ilə vahid niyyətlə evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz olaraq daxil olub orada divardan asılmış kitab rəfində olan Türanə Əsgərovaya məxsus dini kitabı arasındakı Azərbaycan manatına məzənnəsi ilə 2550 manat təşkil edən 1500 ABŞ dolları məbləğində nağd pul ilə birlikdə götürüb aparmaqla, bundan sonra 31 iyul 2025-ci il tarixdə yenə həmin saat 06:00 radələrində eynilə həmin açardan istifadə etmə üsulu ilə vahid niyyətlə həmin evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olub həmin rəfdəki Türanə Əsgərovaya məxsus dini kitabı arasındakı 730 manat nağd pulla birlikdə götürüb aparmaqla, 09 avqust 2025-ci il tarixdə yenə həmin saat 06:00 radələrində həmin açardan istifadə etmə üsulu ilə vahid niyyətlə həmin evin yaşayış sahəsi olan qonaq otağına qanunsuz daxil olub həmin rəfdəki Türanə Əsgərovaya məxsus dini kitabı arasındakı Azərbaycan manatına məzənnəsi ilə 3400 manat təşkil edən 2000 ABŞ dolları məbləğində nağd pul ilə birlikdə götürüb aparmaqla əldə etdiyi həmin əmlak və pulları şəxsi ehtiyaclarına sərf edərək özgənin cəmi 7680 manat dəyərində əmlakını yaşayış sahəsinə və saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş şəxs X3 ümumilikdə 7680 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş XXX Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə qonşusu X4 yoldaşı Türanə onların yaşadığı evə gələrək evlərinin açarını yoldaşı Aytənə verib Balakən rayonuna getmək istədiklərini və onların pişiklərinə yemək və su verməsini xahiş etmişdir. Yoldaşı da Türanənin xahişini yerinə yetirəcəyini bildirmişdir. Təxminən 2-3 gün sonra o yoldaşından gizlin həmin açarları götürüb surətini çıxarıb götürdüyü açarları yerinə qoymuşdur. Sonra bir neçə dəfə surətini çıxardığı açarlardan istifadə etməklə qonşusu Türanənin evinin qapısını açaraq oğurluq etmişdir. İlk dəfə o, bir neçə qızıl əşya oğurlamış və həmin qızılları "Xalqlar Dostluğu” metrosunun yanındakı "Laçın” ticarət mərkəzində satmışdır. Sonra isə həmin üsulla evə daxil olaraq evin otağında divardan asılmış kitab rəfində olan dini kitablardan birinin arasında olan 100-lük əskinaslardan ibarət 1.500 ABŞ dollarını götürmüşdür. Bir neçə dəfə bu qaydada həmin evdən pul oğrlamışdır. Oğurladığı pulları şəxsi ehtiyaclarına xərcləmişdir. Etdiyi əməldən peşimandır. Türanə Əsgərova ilə barışmış və ona dəymiş ziyanı tam şəkildə ödəmişdir. Zərərçəkmiş şəxs qismində ibtidai istintaq zamanı dindirilmiş və məhkəmə iclasında iştirak etdmədiyinə görə ifadəsi elan edilmiş X6 bildirmişdir ki, təxminən iyul ayında uşaqlarıyla birlikdə Balakən rayonuna atasının evinə gedib. Gedən zaman evdə olan pişiklərə və həyət-bacaya baxmaq üçün evin açarını qonşusu Aytənə verib rayona gedib. xx.xx.2025-ci il tarixdə Aytən ona zəng vuraraq evdən oğurluq olduğunu bildirib. O da qaynı Ramilə zəng vuraraq hadisə barədə məlumat verib. Bundan sonra qaynı Ramil onların evinə gəlmiş və telefonla ona zəng vurub evin dəmir barmaqlıqlarının sındırılaraq naməlum şəxs və ya şəxslərin evə daxil olduqlarını və evi çox dağıtmadıqlarını bildirib. Bundan sonra Ramil ondan pulların harada olduğunu soruşduqda o qonaq otağındakı kitab rəflərində kitabların arasında ümumilkikdə 3500 ABŞ dolları, həmin rəfdəki digər kitabın arasında 730 manat nağd pul, yataq otağında olan mücrünün içərisində ümumi dəyəri 1.000 manat olan bir cüt qızıl sırğa və bir ədəd qızıl üzük olduğunu bildirib. Siz bu hadisəni törətməkdə kimnənsə şübhələnirsinizmi sualına cavab olaraq bildirmişdir ki, Bu hadisəni törətməkdə qonşusu Təqsirləndirilən şəxsdən şübhələnir. Şahid2 xx.xx.2025-ci il tarixdə ərizə ilə müraciət edərək sizə məxsus olan Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Atçılıq yeni yaşayış massivində yerləşən nömrəsiz fərdi evdən oğurluq hadisəsi baş verdiyini bildirmişdir. Həmçinin xx.xx.2025-ci il tarixli izahatmda Sizin ona dini kitablarm içərisində 5000 ABŞ dollarmdan çox pulun və 400 manat pulun, həmçinin 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük olduğunu dediyinizi söyləmişdir. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, Həmin gün Ramil ona zəng edərək evin dağınıq olduğunu bildirdikdə o təşvişə düşübmüş və Ramilə dini kitabların arasmda 5000 ABŞ dollarından çox pulun və 400 manat pulun, həmçini 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük olduğunu deyibmiş. Lakin o sonradan dəqiqliklə xatırlayıb ki, qonaq otağında yerləşən dini kitabların arasında 3500 ABŞ dolları pul və 730 manat pul qoyubmuş. Yataq otağında isə 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük var imiş. Bu barədə Ramilə də bildirib. Deyə bilərsinizmi ki, hadisə nəticəsində konkret olaraq sizə hansı miqdarda maddi ziyan dəymişdir sualına cavab olaraq bildirmişdir kl, oğurluq hadisəsi nəticəsində onun konkret olaraq 3500 ABŞ dolları pul və 730 manat puluyla bərabər ayrı-ayrılıqda qiymətini bilmədiyi ümumilikdə 1000 manat dəyəri olan 1 cüt qızıl sırğası və 1 ədəd qızıl üzüyü oğurlanmış və ümumilikdə 7.680 (yeddi min altı yüz səksən ) manat maddi ziyan dəymişdir. Siz ifadənizdə evinizdən dini kitablarm oğurlandığını bildirdiniz. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, həmin kitabların oğurlanması ilə bağlı ona heç bir maddi ziyan dəyməmişdir. İstintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında iştirak etmədiyi üçün ifadəsi elan edilmiş iş üzrə Şahid1 ibtidai istintaq zamanı bildirmişdir ki, Şahid2 qardaşı X7 onun çəpər qonşusudur. Onların ailəvi gediş-gəlişi olmuşdur. Təxminən 4 ay əvvəl Pərviz ona məlum olmayan səbəblərdən həbs olunmuşdur və hazırda istintaq təcridxanasındadır. Pərvizin həyat yoldaşı Türanə uşaqlarla birlikdə təxminən 1 ay əvvəl ataşı evi olan Balakən rayonuna getmişdir. Türanə gedən zaman onların həyətdə pişikləri olduğundan evin açarlarını ona həvalə etmişdir ki, hər gün pişiklərə yem versin. O da hər gün ya daş hasardan pilləkənlə keçərək ya da giriş qapısından keçərək pişiklərə yemək-su verirmiş. xx.xx.2025-ci il tarixdə səhər saatlarından qızı Əsma ona bildirib ki, o, hasardan keçərək pişikləri yedizdirən zaman həmin evin pəncərəsində olan dəmir barmaqlıqların yerə qoyulduğunu və pəncərənin açıq olduğunu bildirib. O da nərdivandan baxıb və həqiqətəndə pəncərənin açıq olduğunu görüb. O dərhal Türanənin istifadəsində olan mobil nömərəyə zəng vurub hadisə barədə məlumat verib.Daha sonra o Təqsirləndirilən şəxsyə zəng vurub məlumat verib və Təqsirləndirilən şəxs də gəlib və həyətə gedib. X12 məxsus evin açarını həyat yoldaşınız Təqsirləndirilən şəxsyə vermişdinizmi sualına cavab olaraq bildirmişdir ki, Xeyr, Heç vaxt o evin açarını Təqsirləndirilən şəxsyə verməmişdir. Sizdə həmih evin otaqlarının açarları vardırmı sualına cavab olaraq bildirmişdir ki, Onda yalnız evin giriş qapısının açarı olmuşdur. Sizin əriniz Təqsirləndirilən şəxsnin həmin evdən oğurluq etməsi barədə əvvəldən məlumatınız olmuşdurmu sualına cavab olaraq bildirmişdir ki, Xeyr, onun bu barədə heç bir məlumatı olmamışdır. İstintaq zamanı ifadəsi alınmış və məhkəmə iclasında iştirak etmədiyi üçün ifadəsi elan edilmiş iş üzrə Şahid2 ibtidai istintaq zamanı bildirmişdir ki, onun qardaşı X7 təxminən 4 ay əvvəl polis orqanları tərəfindən həbs edilmiş və hazırda istintaq təcridxanasındadır. Pərvizin həyat yoldaşı Turanə uşaqlarla birlikdə təxminən 1 ay əvvəl atası evi olan Balakən rayonuna getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o evdə olan zaman gəlini Turanə ona zəng vuraraq onların yaşadığı evdən oğurluq olması barədə məlumat verib. O da dərhal onların yaşadığı Xəzər rayonu, Binə atçılıq massivində yerləşən fərdi yaşayış evinə gəlib və həqiqətəndə evin arxa hissəsində olan pəncələrin birinin dəmir barmaqlıqların naməlum şəxs tərəfindən kəsildiyini və pəncərənin açıq olduğunu görüb. O evin içərisinə daxil olub və evin yataq otağını açıb və orada divardan asılmış rəfdə olan dini kitabların naməlum şəxs tərəfindən oğurlandığını aşkar edib. O Turanə ilə əlaqə saxlayıb O, Turanəyə dini kitabların içərisində 5.000 ABŞ dollardan çox pul və 400 manat və Turanəyə məxsus 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük olduğunu deyib. O DİN-nin 102 xidmətinə zəng vurub hadisə barədə məlumat verib. Bildirir ki, qardaşının yoldaşı Turanə həyətdə olan pişikləri yedizdirmək üçün evin açarını qonşuluqda yaşayan Təqsirləndirilən şəxs ailə üzvlərinə vermişdir. Bildirir ki, evin bütün otaqları açıq olsada lakin Pərvizin yataq otağının qapısı bağlı olmuşdur. O evə daxil olduqda həqiqətəndə yataq otağının qapısı bağlı vəziyyətdə olmuşdur. Naməlum şəxs yataq otağının pəncərəsində olan dəmir barmaqlıqları ona məlum olmayan alətlə kəsib və pəncərəni yenədə məlum olmayan alətlə açmışdır. Siz hadisə ilə əlaqədar şübhələndiyiniz şəxs və ya şəxslər varmı sualına cavab olaraq bildirmişdir ki, O hadisə ilə əlaqədar qonşuluqda yaşayan Təqsirləndirilən şəxsdən şübhələnir. Siz ilkin izahatınızda yuxarıda qeyd etdiyiniz kimi Türanənin sizə evin qonaq otağında olan rəfin arasında olan dini kitabların içərisində 5000 ABŞ dollarından çox pul və 400 manat pul və Turanəyə məxsus 1 cüt qızıl sırğa və 1 ədəd qızıl üzük olduğunu bildirməsini və bu barədə DİN-in 102 zəng xidmətinə zəng vuraraq məlumat verməyinizi bildirdiniz. X6 isə istintaqa verdiyi ifadəsində sizə zəng etdiyi vaxt eşitdiyi xəbərdən təşvişə düşdüyünü və daha sonra sizə dediyi həmin dini kitabların arasında 3500 ABŞ dollarının və 730 manat pulun və yataq otağında olan mücrünün içərisində 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa olduğunu xatırlamış və bu barədə sizə bildirmişdir. Bu barədə nə deyə bilərsiniz sualına cavab olaraq bildirmişdir ki, Bəli, dediyiniz kimi ilk öncə Türanə ona zəng edərək yuxarıda qeyd edildiyi kimi 5000 ABŞ dollarından çox pulun və 400 mannat pulun dini kitabların arasında olduğunu və ona məxsus 1 cüt qızıl sırğanın və 1 ədəd qızıl üzüyün olduğunu da demişdi. Lakin daha sonra Türanə ona deyibmiş ki, səhv xatırlayıb. Həmin dini kitabların arasında 3500 ABŞ dolları və 730 manat pul və yataq otağında olan mücrünün içərisində 1 ədəd qızıl üzük və 1 cüt qızıl sırğa olmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Cinayət işinin başlanılması haqqında 22 avqust 2025-ci il tarixli qərardan müəyyən edilir ki, fakt əsasında CM-nin 177.2.3 və 177.2.4-cü maddələri ilə ********* nömrəli cinayət işi başlanılmışdır; - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Binə atçılıq yaşayış massivində yerləşən X2 yaşadığı fərdi evdə baş vermiş oğurluq hadisəsi ilə bağlı baxış keçirilmiş və fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur; -xx.xx.2025-ci il tarixli cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə Xəzər RPİ-nin İŞ-nin müstəntiqi tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur; - İfadənin yerində yoxlanılması barədə 23 avqust 2025-ci il tarixli protokoldan görünür ki, XXX Təqsirləndirilən şəxs istintaqa verdiyi ifadələrini bir daha təsdiq edərək hadisənin yerlərini göstərib, zərərçəkmiş şəxsə məxsus evə haradan və necə girdiyini, hadisələrin necə baş verməsini əyani təsvir etmiş və bu barədə fotoşəkillər çəkilərək tərtib edilmiş protokola əlavə edilmişdir; - Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 23 avqust 2025-ci il tarixli qərardan görünür ki, XXX Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 23 avqust 2025-ci il tarixli 4(003)-347/2025 saylı qərarı ilə XXX Təqsirləndirilən şəxs barəsində xx.xx.2025-ci il tarixindən hesablanmaqla 03 ay müddətinə “ev dustaqlığı”qətimkan tədbiri seçilmişdir; - Zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2025-ci il tarixli qərardan görünür ki, X6 cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Yenidən ittiham elan etmə haqqında xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, XXX Təqsirləndirilən şəxs CM-nin 177.2.3, 177.2.4-cü maddələri ilə nəzərdə tutulan yenidən ittiham elan olunmuşdur; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin 16 iyul 2015-ci il tarixli hökmü ilə XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 181.2.5, 228.4, 315.1, 66.3-cü maddələri ilə təqsirli bilinib 10 (on) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. Bundan başqa o, Xəzər Rayon Məhkəməsinin xx.xx.2016-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1, 67.1-ci maddəsi ilə təqsirli hesab edilərək 08 (səkkiz) il 10 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, xx.xx.2025-ci ildə cəzanın sonu ilə azad edilmişdir; - Xəzər rayon Məhkəməsinin 1(103)-264/2016 saylı 01 iyun 2016-cı il tarixli hökmü ilə (hakim S.Mayılov) XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 317-2.1-ci maddəsi ilə təqsirli bilinib, 4 (dörd) ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə təyin olunmuş cəzanın çəkilməmiş hissəsi 08 (səkkiz) il 08 (səkkiz) ay 12 (on iki) gün azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə qismən birləşdirilməklə, XXX Təqsirləndirilən şəxs 08 (səkkiz) il 10 (on) ay müddətə azadlıqdan məhrum etmə növündə qəti cəza təyin edilmiş, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə cəzaçəkmə müddətinin başlanğıcı 01 iyun 2016-cı il tarixdən hesablanmış, barəsində həbs qətimkan tədbiri seçilmiş və hökm qanuni qüvvəsini alanadək həbs qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır; - Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(003)-448/2025 saylı qərarı ilə XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı”qətimkan tədbirinin müddəti xx.xx.2025-ci il tarixədək uzadılmışdır; - E-məhkəmə informasiya sistemindən çıxarışdan aydın olur ki, xx.xx.2013-cü il təvəllüdlü Rəyyam və xx.xx.2015-ci il təvəllüdlü Əsma - Təqsirləndirilən şəxs övladlarıdır. - Zərərçəkmiş şəxs Türanə Əsgərova tərəfindən verilmiş ərizədfən müəyyən edilir ki, ona dəymiş maddi ziyan tam ödənilmişdir. Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs tərəfindən ittihamda qeyd olunan əməllərin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən zərərçəkmiş şəxsin ifadəsi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.1-ci maddəsinə görə oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama hesab edilir. Eyni əməllər: - 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə; - 177.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə—bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin: 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 18.1-ci maddəsinə görə qəsdən cinayət törətməyə görə əvvəllər azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxs, yenidən qəsdən cinayət törətməyə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunduqda cinayətlərin residivi hesab olunur; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.3-ci maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır; 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz; 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır; 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsi Plenumunun 06 sentyabr 2010-cu il tarixli qərarında qeyd edilmişdir ki, şəxsin məhkumluğu ödənilmədən yenidən qəsdən cinayət törətməsi əvvəlki cəzanın islah təsirinin yetərli olmamasına, cəzanın məqsədinə nail olunmamasına, təqsirkarın şəxsiyyətinin yüksək ictimai təhlükəliliyinə dəlalət etdiyindən qanunverici həmin şəxsə daha sərt cəza tətbiq olunmasını nəzərdə tutmuşdur. Məhkəmə XXX Təqsirləndirilən şəxs əməlini etiraf edərək səmimi peşmançılıq hissi keçirməyini, zərərçəkmiş şəxslə barışdığını, vurulmuş maddi ziyanı ödəməsini, himayəsində iki azyaşlı övladının olmasını cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Bakı Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2015-ci il tarixli hökmü ilə yaranmış məhkumluğunun (xx.xx.2025-ci ildə cəzanın sonu ilə azad edilmişdir) ödənilməməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlində cinayətin residivi Azərbaycan Respublikası CM-nin 61.1.1-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hal kimi qiymətləndirilir. Məhkəmə hesab edir ki, XXX Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 177.2.3 və 177.2.4-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməli və o, dərhal məhkəmə iclas zalından həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı, cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. (CM-56.1.3) Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99- 1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3, 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia və ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. XXX Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saat vaxta görə 330 manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X5 XXX Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar