Məhkəmə qərarları › İş №1(003)-565/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-565/2024

31.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-565/2024 31.05.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Söyziyev Elşah İlham oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Şikayət vermiş şəxs Saiba Mekhtievanın, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtievin iştirakı ilə, xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş, subay, Gürcüstan Respublikasının vətəndaşı, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, ünvan 1 ünvanında yaşayan. Gusein Mekhtievin Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ Yekun protokolda göstərilmişdir ki, Gusein Mekhtiev yaşadığı evdə 30 aprel 2024cü il tarixdə, saat 20 radələrində yaşadığı ünvan 1 ünvanında bacısı Saiba Mekhtieva ilə aralarında baş vermiş münasibətlər zəmnində sonucunun sifət və baş nahiyəsindən bir neçə dəfə yumruqla qəsdən vuraraq təpə nahiyəsinin fluktasiyaedici hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ üst göz qapağının qançırı və sıyrığı ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən yüngül dərəcəli zərərvurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtiev ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə saat təxminən 20 radələrində yaşadıqları ünvan 2 ünvanında yerləşən evdə bacısı Saiba Mekhtieva ilə evi satmaq üstündə aralarında mübahisə düşmüş, sonuncu onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyihi bildirmişdir. O, da bundan əsəbiləşərək yaşadıqları ünvan 3 ünvanında yerləşən evdə sillə ilə Saiba Mekhtievanın sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdyini bildirmişdir. Sonra bacısı Saiba döyülərək xəsarət alması barədə AR DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. O, yaşadıqları ünvan 4 ünvanında yerləşən evdə Saiba Mekhtievanı sillə ilə sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vurub xəsarət yetirən zaman yaşadıqları evdə bacısı olsa da, o digər otaqda olduqları üçün hadisənin şahidi olmadığını bildirmişdir. O, Saiba Mekhtievanı onlara məxsus olan evi satmaq üstündə aralarında baş vermiş mübahisə zəmində sillə ilə onun sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtiev ifadəsində həmçinin əməlindən səmimi peşman olmasını, şikayət vermiş şəxs Saiba Mekhtieva ilə barışdığını göstərmiş və bu səbəbdən barəsində olan sadələşdirilmiş icraat materialının icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şikayət vermiş şəxs Saiba Mekhtieva ifadəsində göstərmişdir ki, xx.xx.2024-cü il tarix, saat təxminən 20 radələrində yaşadığı ünvan 5 ünvanında olan zaman qardaşı Gusein Mekhtiev yaşadıqları evi satılması üçün aralarında mübahisə düşmüş, sonuncu onun ünvanına nalayiq söyüşlər söyərək təhqir etdiyini bildirmişdir. Sonra yaşadıqları ünvan 4 ünvanında yerləşən evdə Gusein Mekhtiev onun üzərinə hücum çəkərək yumruqla sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vuraraq xəsarət yetirdiyini bildirmişdir. O, döyülərək xəsarət alması barədə AR DİN-nin 102 xidmətinə məlumat verdiyini bildirmişdir. Gusein Mekhtiev onu yaşadıqları ünvan 6 ünvanında yerləşən evdə yumruqla sifət və baş nahiyəsindən bir neçə dəfə qəsdən vurub xəsarət yetirən zaman yaşadıqları evdə ikisindən başqa heç kimin olmadığını bildirmişdir. Gusein Mekhtiev onu yaşadıqları evi satmaq üçün aralarında baş vermiş mübahisə zəminində yumruqla onun sifət və baş nahiyəsindən bir neçəüdəfə qəsdən vuraraq xəsarət yetirdiyin bildirmişdir. Şikayət vermiş şəxs Saiba Mekhtieva ifadəsində həmçinin göstərmişdir ki, o, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtiev ilə barışmış və sonuncuya qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında elan olunmuş məhkəmə-tibbi ekspertizasının 06 may 2024-cü il tarixli 397 saylı rəyinə əsasən vətəndaş Saiba Mekhtievanın bədənində - təpə nahiyəsinin fluktasiyaedici hematoması, sağ göz almasının ağlı qişasının qansızması, sağ üst göz qapağının qançırı və sıyrığı küt əşya (əşyalar) təsirindən törənmişlər, törənmə müddəti onun məhkəmə tibbi müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2024cü il tarixə uyğun gələ bilər və sağlamlığın qısa mğddətə pozulmasına səbəb olduğuna görə bunlar sağlamlığa “yüngül” dərəcəli zərərvurmaya aiddir. Bundan əlavə olaraq rəydə göstərilmişdir ki, qeyd olunan xəsarətlərin xarakterlərini və lokalizasiyalarını nəzərə alaraq aşkar olunmuş həmin xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Məhkəmə iclasında cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtiev tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun şikayət vermiş şəxs Saiba Mekhtieva ilə barışdığı, şikayət vermiş şəxsin ona qarşı heç bir şikayət və tələbinin olmadığı qeyd edilmiş və bu səbəbdən onun cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında şikayət vermiş şəxs Saiba Mekhtieva tərəfindən məhkəməyə təqdim edilmiş ərizədə onun cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtiev ilə barışdığı, G. Mekhtiev tərəfindən ona dəymiş ziyanın ödənildiyi, ona qarşı heç bir şikayət və tələbinin olmadığını qeyd etmiş və bu səbəbdən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin cinayət məsuliyyətindən azad edilərək, iş üzrə icraata xitam verilməsi xahiş olunmuşdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış tələbnaməyə əsasən xx.xx.1984-cü il tarixdə Gürcüstan Respublikası, Tbilisi şəhərində anadan olmuş Gusein Mekhtiev əvvəllər məhkum olunmamışdır. Azərbaycan Respublikası CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs şikayət vermiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası CPM-in 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə bu Məcəllənin 40.2-ci maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə, iş üzrə cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş və şikayət vermiş şəxslərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtievin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid olan cinayət törətməsini, şikayət vermiş şəxslə barışmasını, şikayət vermiş şəxsin ona qarşı şikayətinin və törədilmiş cinayət əməli ilə əlaqədar ziyanın olmamasını nəzərə alaraq hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilməklə cinayət işinin icraatına xitam verilməlidir. Məhkəmə həmçinin hesab edir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin hüquqlarının ibtidai araşdırma zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 2020 saylı Qərarına əasasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 40.1, 40.2, 43.3, 321.1, 321.2.1, 347, 384.1.3-cü maddələrini və Azərbaycan Respublikası CM-in 73-cü maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ Gusein Mekhtiev Azərbaycan Respublikası CM-in 73.2-ci maddəsinə əsasən, yəni şikayət vermiş şəxslə barışdığı və dəymiş ziyanı tamamilə ödədiyi üçün həmin Məcəllənin 128-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Bakı şəhəri, 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Gusein Mekhtievin hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi 08 saylı Vəkil Bürosuna həvalə edilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar, ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə, qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Hüseyn Hüseynli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar