Məhkəmə qərarları › İş №1(003)-566/2021

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-566/2021

24.11.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-566/2021 24.11.2021 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Əkbərov Tərlan Xanəli oğlunun sədrliyi, məhkəmə iclasının katibi Qasımova Leyla Nurəddin qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi və Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1971-ci il tarixdə ermənistan SSR-də doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində yetkinlik yaşına çatmayan iki uşağı olan, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bakı şəhəri Suraxanı rayonu Hövsan qəsəbəsi Oqtay Şabanov küçəsi ev 116F-də qeydiyyatda olmaqla orada yaşamış, barəsində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 05 avqust 2021-ci il tarixli, 4(003)-274/2021 saylı qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 03 avqust 2021-ci il tarixdən hesablanan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin X1 inzibati binasında qapalı məhkəmə iclasında baxaraq, müəyyən etdi: Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib əmlakını tələb etməklə ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını hədə-qorxu ilə ələ keçirmək qərarına gəlib bu məqsədlə tanışı Zərərçəkmiş şəxs şəxsi məlumatlarını, o cümlədən sonuncu ilə cinsi əlaqəyə girərkən gizlin lentə aldığı intim videogörüntüsünü Zərərçəkmiş şəxs əri və qohumları arasında yayacağı, şərəf və ləyaqətini alçaldacağı, rüsvay edəcəyini bildirib, 2019-cu ilin noyabr ayından 2021-ci il iyun ayına qədər olan müddət ərzində Zərərçəkmiş şəxs müxtəlif vaxtlarda Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu, fərdi yaşayış evində hissə-hissə olmaqla 1.000 (bir min) manat pulu, 01 ədəd 290 (iki yüz doxsan) manat dəyərində “Samsung Galaxy A10” markalı mobil telefon cihazını, sonuncu dəfə isə 23 iyul 2021-ci il tarixdə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük Sovxozu fərdi yaşayış evində 100 (yüz) manat, ümumilikdə isə 1.390 (bir min üç yüz doxsan) manat məbləğində pulunu hədə-qorxu ilə tələb edib ələ keçirməklə Zərərçəkmiş şəxs maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxsin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulan ittihamda özünü əvvəlcə təqsirli bilməyərək göstərdi ki, usta kimi müxtəlif tikinti sahələrində çalışmışdır, 25 ilə yaxındır ki, evlidir, 3 uşağı və bir nəvəsi vardır. Təxminən 5 il bundan əvvəl Zərərçəkmiş şəxs ilə “Whatsapp” sosial şəbəkəsində təsadüfən tanış olmuşdur. Bu tanışlıq nəticəsində onların münasibətləri daha da dərinləşmiş və aralarında ailəvi gediş-gəliş yaranmışdır. Daha sonra onların arasında sevgi münasibətləri yaranmış və onlar Rahilənin və onun həyat yoldaşının xəbəri olmadan bir neçə dəfə intim münasibətdə olmuşlar. Təxminən bir il öncə Rahilənin evində Rahilənin oğlu Peymanla yeyib-içdikdən sonra Peymanla aralarında mübahisə düşmüş və həmin vaxt Rahilə ona məxsus mobil telefonu orada yerə vuraraq sındırmışdır. O, Rahilədən telefonunu tələb etdikdə həmin gün Rahilə özünə məxsus “Samsung A 10” markalı mobil telefonu ona vermiş və onu taksi ilə evinə yola salmışdır. Rahilə onun telefonunu sındıran zaman nömrəsi də telefonun içərisində qalmış, o da içkili olduğu üçün nömrəsini götürməmişdir. Bu hadisədən təxminən 2 ay sonra Rahilə ona məxsus mobil nömrədən dostu Fizuliyə zəng edərək Fizulidən xahiş etmişdir ki, onun öz nömrələrini ona çatdırsın. Daha sonra dostu Fizuli vasitəsilə onda olan mobil telefon nömrələrini (***-***-**-**, ***-***-**-**) Rahiləyə geri qaytarmışdır. Bundan sonra Rahilə ona zəng edib onun üçün darıxdığını və onunla görüşmək istədiyini demiş, o da yenidən Rahilənin evinə gedib onunla görüşmüş və onların münasibətləri yenidən başlamışdır. Bundan sonra o, intim əlaqədə olan zaman Rahilədən gizli intim əlaqələrini videolentə almışdır. Münasibətləri davam edən ərəfədə təxminən 2 il bundan öncə o, uşağı məktəbə getdiyi üçün Rahilədən ona uşağa paltar almaqdan ötrü 100 manat verməsini xahiş etmiş, Rahilə də 100 manat vermişdir. Daha sonra Rahilənin evində təmir işləri apardığı üçün hər dəfə Rahilə ona 10 və ya 20 manat pul vermişdir. Bu müddətdə Rahilə hər zaman ondan xahiş etmişdir ki, o, ondan ayrılmasın. Lakin sonradan Rahilə onu ifrat dərəcədə qısqandığı üçün münasibətləri pozulmuş və mübahisələri başlamış, nəticədə onlar ayrılmışlar. Rahilə ondan ayrılarkən başına oyun açacağını bildirmişdir. Bir daha bildirir ki, o, Rahilədən həmişə borc almış, heç vaxt hədə-qorxu ilə pul almamışdır. Bu barədə Rahilənin dedikləri tamamilə yalan və böhtandır. Məhkəmə iclasının sonunda Təqsirləndirilən şəxs göstərdi ki, əvvəllər özünü təqsirli bilməsə də, hazırda özünü təqsirli bilir, törətdiyi əməli etiraf edir və peşman olduğunu bildirir, Zərərçəkmiş şəxs ilə barışaraq ona dəymiş ziyanı tamamilə ödəmişdır və onun ondan heç bir şikayəti yoxdur. Himayəsində yetkinlik yaşına çatmayan iki uşağı vardır. Bunların nəzərə alınaraq ona yüngül cəza verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, 5 il bundan əvvəl Təqsirləndirilən şəxs ilə mobil telefon vasitəsilə təsadüfən tanış olmuşdur. Bir müddət telefonun “Whatsapp” proqramında yazışdıqdan sonra aralarında isti, daha sonra isə intim münasibətləri yaranmışdır. Əri və oğlu evdə olmadıqları vaxtlarda Oktayla onun yaşadığı evdə gizli görüşmüşlər və həmin müddətdə aralarında olan bu münasibətlərdən heç kimin xəbəri olmamışdır. Bəzən Oktayla həftədə 2-3 dəfə görüşüb yaxın münasibətlərdə olmuşlar. Lakin son iki ildə Oktayla münasibətləri birdən-birə soyumuş, səbəbi də o olmuşdur ki, bəzi danışıqlarında bir-birini başa düşməmişlər və bu zəmində aralarında yaranmış mübahisələr zamanı Oktay onu şantaj etməyə başlamışdır. Belə ki, Oktay ondan pul tələb edib hədə-qorxu gəlməklə demişdir ki, əgər onun istədiyi məbləğdə pulu ona verməsə, onunla aralarında olan gizli yazışmalar və intim münasibətə dair videogörüntü barədə ailə üzvlərinə və yaxınlarına məlumat verəcək və bununla da onu rüsvay edəcəkdir. Oktaydan hansı videogörüntü barədə soruşanda Oktay ona demişdir ki, o, bir dəfə onunla intim münasibətdə olarkən bu münasibəti özünə məxsus mobil telefonla ondan xəbərsiz çəkmişdir və həmin videogörüntü hazırda onun telefonundadır, telefondan başqa, həmin videonu əlavə olaraq karta da yazıb evdə saxlayır. Bunu Oktaydan eşidəndə şok vəziyyətinə düşmüş və düşünmüşdür ki, Oktay həqiqətən də bu video barədə onun ailə üzvlərinə məlumat versə, o, hamının içində rüsvay olacaq və elə buna görə də dəhşətli dərəcədə qorxuya düşərək düşünmüşdür ki, rüsvay olmaqdansa, Oktaya pul versə yaxşı olar. Buna görə də 2019-cu ilin təxminən noyabr ayından başlayaraq Oktaya əlinə düşdükcə müxtəlif məbləğlərdə pullar verməyə başlamışdır. Oktaya verdiyi pulları konkret olaraq hansı tarixlərdə verməyi yadında qalmayıb, lakin pulların hamısını ona öz yaşadığı evdə vermişdir. Oktaya elə olmuşdur ki, 20 manat, 30 manat, 50 manat və 100 manat vermişdir. Oktayın onu şantaj etməsinə baxmayaraq, onlar yenə də görüşmüşlər və o, çalışmışdır ki, Oktayda olan videonu onun telefonundan silsin və hər dəfə ona yalvarıb xahiş etmişdir ki, həmin videonu telefondan silsin, həm də dəfələrlə Oktaydan xahiş etmişdir ki, videonu ona göstərsin. Lakin Oktay videonu silməmiş, ona da göstərməmiş və buna görə də o, daima stress və gərginlik içində qalmışdır. Bilməmişdir necə etsin ki, Oktayın telefonunda olan videonu ələ keçirsin ki, onu silsin, qorxmuşdur ki, birdən Oktay videonu yaxınlarından kimə isə göndərər və bununla da onu rüsvay edər və ləkələnər. Oktayın ona qarşı olan hədə-qorxularını o, real qəbul etmiş və düşünmüşdür ki, əgər həqiqətən də Oktayda belə bir video olmasaydı, ona hədə-qorxu gəlməzdi. Sonuncu dəfə 2021-ci ilin iyul ayının 23də Oktaya yaşadığı Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən evində 100 manat pul vemiş və bununla da Oktaya 2019-cu ilin noyabr ayından 2021-ci ilin iyul ayının 23-dək olan müddətdə cəmi 1.100 (bir min yüz) manat pul vermişdir. Hissə-hissə bu qədər məbləğdə pulu Oktaya verməkdə məqsədi o olmuşdur ki, Oktay ona dediyi videonu oğluna, ərinə və qardaşına göndərməsin. Çünki fikirləşmişdir ki, belə bir rüsvayedici məlumat yayılarsa, o, hamının içində biabır olar. Ona görə də bacardığı qədər çalışmışdır ki, bu məlumatı gizli saxlasın. Oktayın istifadə etdiyi mobil telefon da ona məxsusdur. Oktaya telefonunu qaytarmasını deyib tələb etsə də, Oktay telefonu qaytarmamış və ona demişdir ki, əgər səsini çıxarsa videogörüntüyə çəkdiyi kadrları qardaşına göndərəcəkdir. Oktaya nə qədər yalvarsa da, o, videonu telefonundan silməmiş və demişdir ki, videonu karta da köçürmüşdür. Buna görə də o, uzun müddət düşünmüş və sonda qərara gəlmişdir ki, Oktayın barəsində polisə şikayət etsin ki, artıq onun barəsində polis özü tədbir görsün və o da bu yaşadığı psixoloji gərginlikdən qurtarsın. İki il bundan əvvəl intim videogörüntünün Oktayda olmasını bildikdən sonra dəfələrlə Oktaydan xahiş etməyinə baxmayaraq və hətta yalvarmağına baxmayaraq Oktay həmin videonu ona göndərməmiş və telefonundan da silməmişdir. Oktay yalnız ona intim münasibətdə olduğu şəkli atmış, onu da o, sonradan telefonunda qalmaması üçün silmişdir. Oktayla bir dəfə aralarında mübahisə yaranan vaxt onun telefonu sınmış və buna görə də Oktay onun telefonunu götürmuş və buna görə də həmin vaxtdan telefonu onda qalmışdır. Sonradan həmin telefonu qaytarmasını Oktaydan tələb etdikdə isə Oktay ona hədə-qorxu gələrək demişdir ki, “əgər səsini çıxarsan, videogörüntüyə çəkdiyi kadrları qardaşına göndərəcəyəm”. Buna görə də o, daha telefonunu Oktaydan tələb etməmişdir, çünki qorxmuşdur ki, həqiqətən də videonu yaxınlarına göndərib onun rüsvayedici məlumatlarını yayar. O, həmin telefonu “Neftçilər” metrostansiyasının üst hissəsində yerləşən mağazadan 290 manata almışdır, karobkası və sənədləri ondadır. Hazırda Oktay onunla barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəmişdir, buna görə də o, onu bağışlamışdır və ondan heç bir şikayəti və ya digər tələbi yoxdur. Barışmalarının nəzərə alınaraq Oktaya yüngül cəza verilməsini xahiş edir. İş materiallarında olan üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında keçirilmiş üzləşdirmə zamanı onlar istintaqa verdikləri ifadələrini bir-birlərinin üzünə demişlər. İş materiallarında olan mobil telefon yazışmalarına baxış keçirilməsi haqqında 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxışla müəyyən edilir ki, “Samsung” markalı mobil telefonun üzərində ***-***-**-** mobil nömrə vardır və həmin mobil nömrə Təqsirləndirilən şəxs şəxsi istifadəsində olmuşdur. Həmin telefonda olan votsap sosial şəbəkəsinə daxil olduqda Təqsirləndirilən şəxs +99***-***-**-** mobil telefon nömrəsi ilə yazışmalarının olduğu müəyyən edilir. Müəyyən edilmişdir ki, həmin +99***-***-**-** mobil telefon nömrəsi iş üzrə Zərərçəkmiş şəxs istifadəsində olmuşdur. Baxışla müəyyən edilir ki, ***-***-**-** mobil nömrə ilə +99***-***-**-** mobil nömrə arasında çoxsaylı sms yazışmaları vardır. Belə ki; (Zərərçəkmiş şəxs yazışmaları) - Oktay, neynədin, göstərdin vidyonu pənaha? - Sən mənim çılpax çəkmişdin əynimi geyən yerdə o vidyonu çıxartdırmısan hə? - O vidyoyla nə sübut eliyəcəksən, de mənə hə? Əynimi geydiyim yerdə çəkmisən. - Oktay, gəl gətir, ya at o vidyonu, - nə də sil, - nə isdəyirsən eliyərəm, gəl məni rüsvay eləmə, - qızdarım var, ailəm dağılacaq, uşaqlar qalacaq əllərdə; - Oktay məni çəkməyə necə əlin gəldi hə? Axı sən məni istəyirdin, utanmadın? - Oktay dur gəl, - gələndə o vidyo olan kartı da gətir, gətir o vidyo olan kartı siləy o vidyonu, gəl adam kimi hər şeyi yenidən başdıyaq, elə biləy heç nə olmayıb, - nə vaxtı gözduyursən hə? - məni şantaj eləməylə hara qədər gedəcəysən hə?, lap pəhana göstərdin, ailəm dağıldı, sora nəynəyəcəksən hə?, hara qədər gedəcəysən, bəsdi də, bu qədər pullarımı yedin, bağışladım, indi yenə şantaj eliyirsən hə, vaxtı var deyə; - Sən hansı vaxtı gözdüyürsən, məni biabır eləməyə hə?, istədiyin budu?, ailəm dağılsa əlinə nəysə keçəcəy de mənə; - De şantaj eliyib neyniyəcəysən de, hara qədər gedecəy, uzağı ailəm dağılacax, sora? - Cavab ver də; - Fikrin nədi? - Deməy məni hədələyirsən ki, hə şeyin vaxtı var, buyur sözünü de; - əlində o vidyonu kozur tutursan; - məni hədələmə; - mənə niyə yollamadın bəs? - onsuz da təzyiqim partladır; - mənə yolla da; - özüm baxım da; - düzdüsə varsa yolla sakitləşim susum; - uşaqlarım yazıqdı; - o qədər pulumu alıb yedin, axırı dedim, cəhənnəmə kimi, susdum, nəyinsə xətrinə, az puluydu Oktay, 500 dən yuxarı, istəmirəm, amma o vidyonu at mənə, ya da sil; - vidyonu yolla dedim axı; - and verdim sənə; - Oktay körpə nəvənin canına and verdim, yolla vidyonu; - sən mənim 500 dən artıq pulumu aldın, elə deyil, telefonumu aldın, səsimi çxarmadım verdim; - Oktay gəl mənlə oynama, ailəmlə işin yoxdu, pənaha heç nə demə; - Gəl ikimiz bu məsələni həll edəy, gətir o vidyonu, ver mənə, ya da gətir yanımda sil, nə qədər desən verəcəm, söz verirəm, gəl həyatımla, uşaqlarımla oynama, yalvarıram sənə, Xəyalənin, nəvənin canına ad verirəm səni, o vidyonu gətir yox eliyəy; - Noldu səsin çıxmadı Oktay; - Oktayy; - Ay Oktay; - Dünya dağıla, mən səndən əl çəkmərəm, pulumu alana qədər; - Səhər gələndə gözümün qabağında pozarsan, kartdan da, teldən də; - səhər gəl gözdüyəcəm, mənə göstər, sora neynirsən elə, isdər sil, isdər burax internetə; - isdər pənaha göstər, isdər saxla, yadigar özündə, arada arvadınla baxarsız; - səni and verirəm, nəvənin canına, məni rüsvay eləmə, balam var; - səhər gətir siləy, sənə söz verirəm, hər şeyi yenidən başlıyacam, bilirsən mən sözümün ağasıyam; - o qədər pulumu yedin, evimdə yedin yatdın, telefonumu aldın getdin, bular zərbə deyil, şantajla baş saxlayırsan mənim evimdə bu 4 ili, bu mənə zərbə deyil, bə nədi de; - səhər gəl, düz andın varsa, yox elə teldən də, kartdan da, sora özün bilərsən, isdər qall, isdər get; - Məni allah yox, sən öldürəcəksən bunu bil; - Məni hədələmə; - bu gün nə işin var gör, səhər tezdən gəl, rədd eliyəy oları teldən, bəsdi məni oynatdın bəsdi; - Oktay sənə and verirəm xəyalənin canına səhər gəl siləy, - O vidyonu pozmasan neyniyəcəysən, lap ayrıldım səndən, o qədər ayrılanlar var, kimsə sənin kimi hərəkət eləməz, alınmır ayrılır; - nə sübut toplayırsan məni hədələməyə canım; - Söz verdin, yolla baxım, səhər də tezdən gəl siləy bir yerdə; - nə məqsədlə çəkirdin, deyə bilərsən mənə? - Oktay, sənə nə qədər desən pul verəcəm, sözüm sözdür, gəl vidyonu yox eliyəy; (vət.Təqsirləndirilən şəxs yazışmaları) - Rahilə hər şeyin öz vaxtı var, - Sənə göstərib pozacam, ancaq sən alçaq mənə necə xəyanət elədin; - Xəyalənin namusu var, inan; - Namusuna and içdim var; - and içdim nəvəmin canına əsəbimi korlama; - göstərəcəm sənə; - Zərərçəkmiş şəxs: Söz verdin, yolla baxım, səhər də tezdən gəl siləy bir yerdə. Təqsirləndirilən şəxs: yaxşı. - Başımı bişirirsən telini qırasan alçaq; - o vidyo evdə kartdadı, bil bunu; - Zərərçəkmiş şəxs: nə məqsədlə çəkirdin, deyə bilərsən mənə? Təqsirləndirilən şəxs: deyərəm görüşəndə. - Zərərçəkmiş şəxs: de bilim məqsədlə çəkdin məni? Təqsirləndirilən şəxs: deyəcəm. - Zərərçəkmiş şəxs: niyə indi yox, görüşəndə deyirsən? Təqsirləndirilən şəxs: Səbəb var ona görə. İş materiallarında olan diskə baxış keçirilməsi haqqında 03 avqust 2021-ci il tarixli protokoldan görünür ki, baxışla müəyyən edilir ki, diskdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs arasında olan, özündə intim münasibətləri əks etdirən videogörüntü vardır. Baxışda iştirak edən Təqsirləndirilən şəxs bildirmişdir ki, həmin videogörüntüdə əks olunan şəxs həqiqətən də o, intim münasibətdə olduğu şəxs, yəni qadın isə onun tanışı olan Zərərçəkmiş şəxsdır. Təqsirləndirilən şəxs bildirmişdir ki, o, həmin videogörüntünü Zərərçəkmiş şəxs ilə aralarında olan intim münasibət zamanı sonuncudan xəbərsiz, gizli olaraq “Samsung” markalı mobil telefonu ilə əyləncə məqsədi ilə çəkmiş, həmin intim münasibəti çəkməkdə niyyəti Zərərçəkmiş şəxs sonradan hədəqorxu gəlmək olmamışdır. Baxışda iştirak edən Zərərçəkmiş şəxs bildirmişdir ki, əks olunan videogörüntüdə olan qadın o özüdür, həmin videogörüntüdə onunla intim münasibətdə olan kişi isə tanışı Təqsirləndirilən şəxsdur. Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin videogörüntünü Təqsirləndirilən şəxs ondan gizli çəkmiş və sonradan həmin videogörüntünü onun ailə üzvlərinə və qardaşına göndərəcəyi və bununla da onun haqqında rusvayedici məlumatları yayacağı ilə bağlı ona hədə-qorxu gələrək onun 1.100 manat məbləğində pulunu və bir ədəd “Samsung” markalı mobil telefonunu ələ keçirmişdir. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs götürülmüş və 01 ədəd “Samsung” markalı, “Galaxy A10” modelli mobil telefon cihazı maddi sübut kimi tanınaraq məhkəmənin yekun qərarına qədər Xəzər RPİ-də maddi sübutların saxlanılması otağına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış 08 sentyabr 2021-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin haqqında rüsvayedici məlumatlar yayacağı ilə hədə-qorxu gəlib əmlakını tələb etməklə ələ keçirməsi cinayətini törətməsi məhkəmə istintaqının əvvəlində özünün etiraf etməməsinə baxmayaraq, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə tamamilə sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqının əvvəlində özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq qeyd edir ki, təqsirləndirilən şəxsin həmin ifadəsi həqiqətə uyğun deyildir, zərərçəkmiş şəxsin ifadəsi və cinayət işinin digər materialları ilə təkzib olunur, ona görə də məhkəmə hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməli düzgün olaraq Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsi ilə tövsif edilmişdir və o, həmin maddə ilə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs ilk dəfə torətdiyi cinayət əməlini məhkəmə istintaqının sonunda etiraf edərək peşmançılıq çəkməsini, zərərçəkmiş şəxslə barışıq əldə edərək ona dəymiş ziyanı tamamilə ödəməsini, zərərçəkmiş şəxsin ondan heç bir şikayətinin və ya digər tələbinin olmamasını və ona yüngül cəza təyin edilməsini xahiş etməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilməmişdir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Azərbaycan Respublikası CM-in 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai-təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağrlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, ona Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi məqsədə müvafiq hesab edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının CM-nin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və cəza çəkmə müddətinin əvvəli tutulduğu 03 avqust 2019-cu il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş və Xəzər RPİ-də saxlanılan 01 ədəd “Samsung” markalı, “Galaxy A10” modelli mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 182.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs Təqsirləndirilən şəxs göstərilmiş hüquqi xidmətə görə Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi ümumilikdə 45 iş saatına görə (ibtidai istintaq zamanı 30 saat və və məhkəmə iclaslarında göstərilən hüquqi yardıma görə 15 saat) cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsi hesabından Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi ziyan və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli həbsə alındığı 03 avqust 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübut - Təqsirləndirilən şəxs götürülmüş və Xəzər RPİ-də saxlanılan 01 ədəd “Samsung” markalı, “Galaxy A10” modelli mobil telefon cihazı hökm qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq və məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə cəmi 270,00 (iki yüz yetmiş) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178,VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: Tərlan Əkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar