Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-566/2022 03.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Hüseynova Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, müdafiəçi Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə Təqsirləndirilən şəxs 20 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ailəli, orta təhsilli, H.X3 limanında "xxxx" Busines Aviation MMC-nin GHC filalında təlimatçı sürücü vəzifəsində işləyən, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq edilməsi ilə müşayiət edilən qərəzli hərəkətlər edərək xuliqanlıq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs 26 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində Mərdəkan-Bakı şəhər istiqamətində gedən yolun sağında Qala qəsəbəsi, "xxxx" MMC-nin 77 saylı YDM-də ictimai qaydanı kobud sürətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, vətəndaşlar üzərində zor tətbiq olunması ilə müşaiət edən qərəzli hərəkətlər edərək YDM-də operator işləyən Zərərçəkmiş şəxs heç bir əsaslı səbəb olmadan sillə ilə baş və bel nahiyələrindən qəsdən vuraraq onun təpə nahiyyəsinin flukasiyaedici hematoması, sol gicgah nahiyyəsinin nöqtəşəlilli qansızması ilə nəticələnən sağlamlğın qısa müddətdə pozulmasına səbəb olduqlarına görə sağlamlğa yüngül dərəcəli zərərvuran bədən xəsarətləri yetirməklə xuliqanlıq etmişdir. Məhkəmədə əməli törətmiş şəxs Təqsirləndirilən şəxs özünü təqsirli bilərək göstərdi ki, 26 sentyabr 2022-ci il tarixdə, saat 11:30 radələrində özünə məxsus «Mersedes-Benz C 200» markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobili ilə Bakı şəhəri istiqamətində gedərkən yolun sağında Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən “Azpetrol” yanacaq doldurma məntəqəsinə daxil olmuşdur. Orada terminal vasitəsi ilə 40 manat dəyərində yanacaq sifariş vermişdir. Digər operator Zərərçəkmiş şəxs avtomobilə yanacaq dolduran zaman ona yanacağı birinci sürətlə avtomobilə vurmasını bildirsə də, Zərərçəkmiş şəxs avtomobilə ikinci surətlə yanacağı vurduğundan aralarında mübahisə olmuş və o, Zərərçəkmiş şəxs çiyninə əli ilə bir zərbə vurmuşdur. X2 baş nahiyyəsinə bir sillə vurmuşdur. Həmin vaxtı orada işləyən digər operatorlar yaxınlaşaraq onu kənara çəkmişlər və o, çıxıb getmişdir. Törətdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışaraq ona dəymiş ziyanı ödədiyini bildirərək məhkəmədən yüngül cəzanın verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs təqsiri onun özünün etirafedici ifadəsi ilə yanaşı, iş üzrə dindirilmiş zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və toplanmış digər mötəbər sübutlarla tam təsdiq olunur. Belə ki, məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Mərdəkan- Bakı şəhər istiqamətində yolun sağında Qala qəsəbəsində yerləşən "xxxx" MMC-nin 77 saylı yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. 26 sentyabr 2000-ci il tarixdə, saat 11:30 radələrində işdə olarkən «Mersedes-Benz C 200» markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil yanacaq doldurma məntəqəsinə gəlmişdir. Avtomobilin sonradan adını bildiyi sürücüsü Təqsirləndirilən şəxs 40 manat dəyərində yanacaq sifariş vermişdir. O, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə yanacaq vuran zaman Təqsirləndirilən şəxs yanacağı birinci sürətlə yox ikinci sürətlə vurduğuna görə onuna mübahisə edərək onun belinə və başına sillə vurmuşdur. İş yoldaşı Nazim və digərləri hadisənin şahidi olmuşlar və Təqsirləndirilən şəxs sakitləşdirərək yola salmışlar. Hazırda əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işinin icraatına xitam verilməsini xahiş etdi və bu barədə məhkəməyə ərizə təqdim etdi. Məhkəmə iclasında Şahid1 ifadəsində göstərdi ki, "xxxx" MMC-nin 77 saylı yanacaq doldurma məntəqəsində operator vəzifəsində işləyir. 26 sentyabr 2000-ci il tarixdə, saat 11:30 radələrində «Mersedes-Benz C 200» markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobil yanacaq doldurma məntəqəsinə gəlmişdir. Avtomobilin sürücüsü sonradan adını bildiyi Atayev X1 Babayevin işlədiyi posta yaxınlaşaraq 40 manat dəyərində yanacaq sifariş vermişdir. Bir qədər sonra sürücü yanacağı ikinci sürətlə vurduğuna görə Zərərçəkmiş şəxslə mübahisə edərək təhqir edici sözlər işlətmiş, sonra onun başına sillə və belinə yumruq zərbəsi vurmuşdur. O, və digər iş yoldaşları Təqsirləndirilən şəxs kənara çəkərək yola salmışlar. Məhkəmə iclasında şahid "xxxx" MMC-nin 77 saylı YDM-də operator vəzifəsində işləyən Şahid2 Şahid1 ifadəsinə uyğun, eyni məzmunlu ifadə vermişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 istintaq zamanı ifadəsində bildirmişdir ki, Zərərçəkmiş şəxs onunla bir yerdə operator vəzifəsində işləyir. 26 sentyabr 2000-ci il tarixdə, saat 11:30 radələrində «Mersedes-Benz C 200» markalı, **-BH-*** dövlət nömrə nişanlı avtomobilin adını sonradan bildiyi sürücüsü Təqsirləndirilən şəxs yanacaq doldurma məntəqəsinə gələrək 40 manat dəyərində yanacaq sifariş vermişdir. Bir qədər sonra sürücü yanacağı ikinci sürətlə vurduğuna görə Zərərçəkmiş şəxslə mübahisə edərək onu sillə ilə vurmuşdur. O, iş yoldaşları ilə birlikdə sürücünü kənara çəkərək yola salmışlar. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə – tibbi ekspertiza və patoloji anatomiya Birliyi Publik hüquqi şəxsin Xəzər rayon şöbəsinin məhkəmə-tibbi ekspertizasının 30 sentyabr 2022-ci il tarixli, 1323 nömrəli ekspert rəyindən görünür ki, vətəndaş Zərərçəkmiş şəxs bədən üzərində aşkar edilmiş xəsarətlər - təpə nahiyyəsinin fluktasiyaedici hematoması, solgicgah nahiyəsinin nöqtəşəkilli qansızması küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibb müayinəsindən 2-3 gün əvvəl olmaqla, qərarada göstərilən 26 sentyabr 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlğın qısa müddətdə pozulmasına səbəb olduğuna görə bu sağlamlğa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair 08 oktyabr 2022-ci il tarixli tələbnaməsindən görünür ki, 20 avqust 1973-cü ildə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. Məhkəmə toplanmış sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməsi tam sübuta yetirilir. Onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsas yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayət törətməsini, əməlini etiraf etməsini, səmimi peşmançılığını, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsini, zərərçkəmiş şəxsin ona qarşı şikayət və tələbinin olmamasını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran halları müəyyən etmədi. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrumetmə növündə cəza çəkmədən də, islah olunmasını mümkün sayır və ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası CM-nin 221.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə cəzasının təyin edilməsini məqsədəuyğun hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə əməli törətmiş şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş materiallarına əlavə olunmuş Xəzər RPİ-nin 2-ci PŞ-nin təhqiqatçısı Arzuman İsmayılovun 11 oktyabr 2022-ci il tarixli qərarından görünür ki, hadisə yerinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk maddi sübüt kimi tanınaraq məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə olunmuşdur. Məhkəmə hesab edir ki, iş üzrə maddi sübut hadisə yerinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. İş materiallarından müəyyən edildi ki, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı göstərdiyi hüquqi yardıma görə 2 (iki) saat, məhkəmə istintaqı zamanı göstərdiyi hüquqi yardıma görə 3 (üç) saat olmaqla ümumilikdə 5 (beş) saat vaxt sərf etmişdir. Ona görə də, 30 (otuz) manat məbləğində vəsait vəkilə ödənilməsi üçün Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə mülki iddia və məhkəmə məsrəfi yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinərək 1000 (bir min) manat məbləğində cərimə cəzasına məhkum edilsin. İş üzrə maddi sübut hadisə yerinin videogörüntüsünü özündə əks etdirən 01 ədəd CD disk cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhər 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi əməli törətmiş şəxs Təqsirləndirilən şəxs təhqiqat zamanı və məhkəmədə göstərdiyi hüquqi xidmətə görə 30 (otuz) manat məbləğində vəsait Azərbaycan Respublikası Dövlət büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun "xxxx" ASC Xəzər filialı, Bankın kodu 200178, VÖEN **********, hesab AZ35AİİB********************, AİİVAZ2X, M/H AZ37NABZ********************, VÖEN ********** ödənilsin. Həmin məbləğin qanunla müəyyən edilmiş qaydada və miqdarda vəkil Müdafiəçi ödənilməsi Bakı şəhəri 8 saylı Vəkil Bürosuna həvalə edilsin. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və ya apellyasiya protesti verilmədikdə, hökm həmin müddət başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-566/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-566/2022
03.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver