Məhkəmə qərarları › İş №1(003)-566/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-566/2025

05.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-566/2025 05.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Hidayət oğlunun sədrliyi, Nəcəfova Səbinə Aydın qızının katibliyi ilə, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs X2, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 iştirakı ilə, xx xxxxxxxx 1970-ci ildə Yardımlı rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkumluğu ödənilmiş, orta təhsilli, evli, fərdi əməklə məşğul olan,Yardımlı rayonunun Anzov kəndində qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu nömrəsiz ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri seçilmiş X2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (CM) 178.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: Verilmiş ittihama əsasən X4 etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirməklə zərər çəkmiş şəxsə maddi ziyan vurub dələduzluq etmişdir. Belə ki, o, tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə elmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə 2025-ci ilin avqust ayında görüşmədən tanış olduğu Zərərçəkmiş şəxs ilə telefonla danışaraq özünü geniş əlaqələri olan işgüzar şəxs kimi göstərib şəxs kimi göstərib ona əvvəlcədən 2.250 manat məbləğində pul verdiyi halda onu Azərbaycan Respublikası Neft Şirkətinin Socar şirkətinin nəzdində olan “BP” şirkətində sürücü kimi işə düzəltdirəcəyinə dair yalan vəd verib aldadaraq həmin pulun 2000 manatını həmin şirkətə verəcəyinə və 250 manatı isə özü üçün zəhməthaqqı olaraq götürəcəyinə inandırmaqla telefonda razılaşdıqdan sonra özünün istifadəsində olduğunu deyib ona “LeoBank”a aid 5239 1517 0620 9288 və "BirBank"a aid 5239 1517 3865 6084 nömrəli bank kart hesab nömrələrini verib 2245 manat məbləğində pulu həmin kartlara əvvəlcədən köçürtməsini tapşırmaqla Zərərçəkmiş şəxs vahid niyyətlə ilkin olaraq 16 avqust 2025-ci il tarixdə saat 17:36 radələrində Bakı şəhəri, Xəzər rayonu, Şimal Dress qəsəbəsində olduğu vaxt oradan 375 manat məbləğində pulu mobil tətbiq vasitəsilə 5239 **** **** 9288 nömrəli bank kart hesabına köçürtdürməklə, sonradan isə həmin gün saat 18:27 həmin ünvanda olduğu vaxt oradan 370 manat məbləğində pulu mobil tətbiq vasitəsilə 5239 **** **** 9288 nömrəli bank kart hesabına köçürtdürməklə, 17 avqust 2025ci il tarixdə saat 11:01 radələrində Bakı şəhəri rayonu, Xəzər rayonu, Şüvəlan qəsəbində olduğu vaxt oradan 200 manat məbləğində pulu mobil tətbiq vasitəsilə 5239 **** **** 9288 nömrəli bank kart hesabına köçürtdürməklə, həmin gün saat 12:21 radələrində Bakı şəhəri Xəzər rayonu Şimal Dres qəsəbəsi Lev Slarçuk küçəsindəki “Araz" marketdə quraşdırılmış "eManat” ödəmə terminalı vasitəsilə oradan 300 manat məbləğində 5239********6084 nömrəli bank kart hesabına köçürtməklə, 18 avqust 2025-ci il tarixdə saat 00:17 radələrində Bakı şəhəri, Xəzər rayonu Şimal Dress qəsəbəsi ünvanda olduğu vaxt oradan 600 manat məbləğində pulu mobil tətbiq vasitəsilə 5239********6084 nömrəli bank kart hesabına köçürtdürməklə, həmin gün saat 14:06 radələrində Bakı şəhəri, Xəzər rayonu Şimal Dress qəsəbəsi ünvanda olduğu vaxt oradan 400 manat məbləğində pulu mobil tətbiq vasitəsilə 5239********6084 nömrəli bank kart hesabına köçürtdürməklə alaraq Zərərçəkmiş şəxs cəmi 2245 manat məbləğində pulunu aldadaraq alıb verdiyi vədə əməl etməyərək həmin pulları öz şəxsi ehtiyacına sərf edib etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını vahid niyyətlə əhatə olunmuş qəsdlə ələ keçirib zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 2.245 manat məbləğində maddi ziyan vurmaqla dələduzluq etmişdir. Məhkəmə iclasında təqsirləndirilən şəxs X4 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək, törətdiyi cinayət əməli nəticəsində vurduğu ziyanı tam ödəməsini nəzərə alaraq “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına əsasən barəsində CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ona vurulmuş ziyanın tam ödənilməsini bildirərək bu barədə məhkəməyə ərizə təqdim etmişdir. “AZEMİS” Elektron Məhkəmə İnformasiya Sistemindən alınmış məlumatdan görünür ki, X2 himayəsində iki yetkinlik yaşına çatmayan uşağı var – xx.xx.2011-ci il təvəllüdlü X5 və xx.xx.2010-cu il təvəllüdlü X8. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarına (bundan sonra mətndə Qərar) əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri üzrə Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla böyük ictimai təhlükə törətməyən cinayət törətmiş, eləcə də Qərarın 1.16-cı (öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı olan şəxslər) bəndində göstərilən şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (Qərarın 5.1-ci bəndi). Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır (Qərarın 24-cü hissəsi). Cinayət-prosessual qanunvericiliyin müddəalarına əsasən məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə cinayət işi və ya məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə icraata xitam verilməsi barədə qərar qəbul edə bilər (CPM-nin 300.1.7). Məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır (CPM-nin 43.3). Belə olan halda, məhkəmə, təqsirləndirilən şəxsin cinayət əməlinin böyük ictimai təhlükə törətməyən cinayətlər kateqoriyasına aid edilməsini, himayəsində yetkinlik yaşına çatmayan iki uşağının olmasını, vurduğu maddi ziyanı tam ödəməsini, Qərarın 6cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlərin olmamasını, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, X2 barəsində cinayət təqibinə və cinayət işinin icraatına Qərarın 1.16-cı və 5.1-ci bəndlərinə əsasən xitam verilməli, haqqında seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləgv olunmalı, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. İş üzrə mülki iddia verilməmiş, xüsusi müsadirə olunmalı əmlak müəyyən edilməmişdir. Göstərilənlərə əsasən və CPM-nin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən X2 barəsində CM-nin 178.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. X2 barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» növündə qətimkan tədbiri ləgv edilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən təqsirləndirilən şəxs X2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 330 (üç yüz otuz) manat, eləcə də məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 (bir yüz on) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 08 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya şikayəti və apellyasiya protesti verilməsi üçün müəyyən edilmiş müddət başa çatdığı vaxtdan sonrakı gün hökm qanuni qüvvəyə minir. X7

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar