Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-567/2025 25.02.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1994-cü ildə Yardımlı rayonunun Köryədi kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Yardımlı rayonunun Köryədi kəndində qeydiyyatda olmaqla, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozu fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəs ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs 13 sentyabr 2025-ci il tarixdə saat 19:30 radələrində Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “Kanal üstü” adlanan kafedə çay içdiyi vaxt Zərərçəkmiş şəxs həmin kafedə xidmətçi işləyən X2 ilə səmimi zarafatlaşıb əlindəki siqareti onun əlinə doğru uzatmasını digər masada əyləşdiyi tanışları ilə birlikdə görməsi onun xoşuna gəlmədiyi üçün qısqanclıq zəminində Zərərçəkmiş şəxs yaxınlaşaraq onu kafenin digər otağına çağırıb orada Aytəkin Həbibovanın əlində nə səbəbə görə siqaret söndürməsini kobud formada deyib mübahisə yaradaraq Zərərçəkmiş şəxs xidmətçinin əlində siqaret söndürmədiyini və həmin qadınla aralarında olanların ona heç bir aidiyyəti olmadığını bildirməsini cüzi səbəb kimi bəhanə edərək aralarındakı qiyabi tanışlıq münasibətlərin pozulması zəminində, qəsdən qisas almaq məqsədilə ictimai yer olan “Kanal üstü” adlanan kafenin otağında Zərərçəkmiş şəxs zor tətbiq edib ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini kafedə olan başqa şəxslərin şəxsiyyətinin fövgündə qoyub, eqoizm nümayiş etdirərək əsəbi halda uca səslə qışqırıb irad tutaraq qəflətən Zərərçəkmiş şəxs ağız nahiyyəsindən yumruqla bir dəfə qəsdən vuraraq ona zor tətbiq edib üst dodağının selikli qişasının səthi əzilmiş yarası ilə nəticələnən bədən xəsarəti yetirməklə, yaratdığı səs-küyə həmin otağa daxil olan tanışlarının və digər şəxslərin onu aralaşdırdıqdan sonra həmin kafedən çıxan Zərərçəkmiş şəxs həmin kafenin yaxınlığındakı «Ruzi» marketin qarşısında tanışı X3 ilə söhbət etdiyini görüb cinayətkar əməlini ictimai yer olan küçədə davam etdirərək yenidən orada digər şəxslərin gözü qarşısında Zərərçəkmiş şəxs yanına gəlib yenidən ona Aytəkin Həbibovanın əlində nə səbəbə görə siqaret söndürməsini kobud formada deyib mübahisə yaradıb qanunsuz əməllərini davam etdirərək Zərərçəkmiş şəxs xidməçi A.Həbibovanın əlində siqaret söndürmədiyini təkrarən kobud formada bildirməsini cüzi səbəb kimi bəhanə edərək ictimai qaydanı yenidən kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edib, özünün şəxsiyyətini başqa şəxslərin şəxsiyyətinin fövqündə qoyub, ictimai maraqların ziddinə olaraq eqoizm nümayiş etdirərməklə üzərində gəzdirdiyi silah qismində istifadə edilən istintaqla müəyyənləşdirilməsi mümkün olmayan deşici- kəsici xassayə malik bıçağı əynindəki şalvarının bel hissəsindən çıxardıb silah qismində istifadə olunan əşya kimi nümayiş etdirməklə zor tətbiq edib həmin bıçaqla qəflətən ani olaraq qisas almaq məqsədi ilə Zərərçəkmiş şəxs sol bud nahiyyəsinə bir dəfə qəsdən vuraraq ona sol budun deşilmiş-kəsilmiş yarası ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməsi ilə müşayiət olunan qərəzli hərəkətlərlə xuliqanlıq etmişdir. Məhkəmə iclasında dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə yaşadığı evə yaxın olan «Kanal üstü» adlı kafedə tanış olduğu və adlarını Pənah və Şəhruz kimi tanıdığı şəxslərlə oturub pivə içirmiş. Təxminən saat 19:30 radələrində qiyabi tanıdığı Elxan adlı şəxs kafeyə daxil olmuş və onlarla salamlaşmışdır. Bir qədər keçmiş Elxanın kafedə ofisant işləyən adını Samirə kimi bildiyi Aytəkinin əlinə siqaret basdığını görüb ona yaxınlaşaraq bildirmişdir ki, kabinetə keçsin ona sözü var. Onlar birlikdə kafenin otağına daxil olmuşlar və orada o, Elxana bildirmişdir ki, Aytəkinin əlində nə səbəbdən siqaret söndürmüşdür. Elxan isə Aytəkinlə zarafat etdiyini demiş və bildirmişdir ki: «ümumiyyətlə sən kimsən ki, onun tərəfini tutursan?». Elxanın sözləri ona pis təsir etdiyindən və spirtli içkinin təsiri altında olduğundan əsəblərini saxlaya bilməyib Elxanın üz nahiyyəsinə bir yumruq vurmuş və kafedə olan şəxslər otağa daxil olub onları ayırmışlar. Bir qədər sonra Elxanın kafedən çölə çıxdığını görüb ona qarşı əsəbləri sakitləşmədiyindən və spirtli içkinin təsiri altında olduğundan onun ardınca küçəyə çıxmışdır. Həmin vaxt Elxanın sonradan adını bildiyi Əli adlı şəxslə söhbət etdiyini görüb əsəbi halda ona yaxınlaşıb yenidən onu Samirəyə qarşı etdiyi hərəkətlərinə görə danlamağa başlamışdır. Elxanın ona verdiyi cavablar xoşuna gəlmədiyindən onu vurmuşdur. Sonra isə qorxudan kafedə olan stolun üstündə olan bıçağı götürərək Elxanın sol bud nahiyyəsinə bir dəfə vurmuşdur. Bundan sonra o, oradan çıxıb getmişdir. Verilmiş suallara cavab olaraq bildirmişdir ki, onun hadisə yerində üzərində bıçaq olmamış, mübahisə zamanı stolun üstündən götürmüşdür. Əlavə olaraq təqsirləndirilən şəxs etdiyi əməldən səmimi peşman olduğunu, zərərçəkmiş şəxslə barışdığını bildirərək ona yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30 radələrində yaşadığı evin yaxınlığında yerləşən «Ruzi» marketin yaxınlığında yerləşən «Kanalüstü» deyilən kafeyə gəlmişdir ki, çay içsin. Kafeyə daxil oian zaman kafenin içində qiyabi tanıdığı Pənahı və Şəhruzu, eləcə də sonradan adını bildiyi Fəxrini görüb onlara salam vermişdir. Onlarla salamlaşdıqdan sonra kafedə işləyən adını Samirə kimi bildiyi Aytəkin adlı qadınla zarafatlaşmağa başlamışdır. Belə ki, guya siqareti onun əlinə basmağa çalışırmış. Bunu görən Fəxri ona yaxınlaşıb bildirmişdir ki, birlikdə kafenin içində yerləşən otağa daxil olsunlar ona sözü var. O etiraz etməyib onunla birlikdə otağa daxil olmuşdur. Otaqda olarkən Fəxri ondan kobud şəkildə nə üçün Aytəkinin əlinə siqaret basdığını soruşmuşdur. O Aytəkinin əlinə siqaret basmadığını, eləcə də həmin qadınla aralarında olanların ona heç bir aidiyyəti olmadığını bildirmişdir. Bunu eşidən Fəxri əsəbi halda ona ağzından bir yumruq vurmuş, səsə həmin otağa gələn tanımadığı şəxslər Fəxrini sakitləşdirib otaqdan çıxartmışlar. Bir qədər sonra o da kafedən çölə çıxmış, həmin vaxt tanışı Şahid «Ruzi» marketin qarşısında dayandığını görüb ona yaxınlaşmışdır. Əli ilə onunla salamlaşıb söhbət edərkən Fəxri yenidən əsəbi halda ona yaxınlaşaraq mübahisə etməyə başlamış və mübahisə zamanı qəflətən əlində olan bıçaqla sol buduna bir dəfə vuraraq xəsarət yetirmişdir. Orada olan Əli, Pənah, Şəhruz və tanımadığı digər şəxslər onları ayırıb sakitləşdirmişlər Sonradan təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş və onlar barışmışlar. Bu səbəbdən də Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş üzrə Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi elan olunmuşdur. Şahid ibtidai istintaqda verdiyi ifadəsində qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə təxminən saat 19:30-radələrində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük Sovxozunda yerləşən «Ruzi» marketin qarşısından idarə etdiyi avtomobilin yanında olarkən tanışı Zərərçəkmiş şəxs ona yaxınlaşıb salamlaşmış və onlar birlikdə söhbət etməyə başlamışlar. Həmin vaxt sonradan adını bildiyi Fəxri adlı şəxs əsəbi halda Elxana yaxınlaşıb onunla mübahisə etməyə başlamışdır. Fəxrinin hərəkətlərindən sərxoş olduğu bilinirmiş. O eləcə də orada olan tanımadığı şəxslər onları sakitləşdirməyə çalışırmışlar. Mübahisə zamanı Fəxri qəflətən belindən çıxartdığı bıçaqla Elxanın sol buduna vuraraq xəsarət yetirmiş və Fəxri Elxanın xəsarət aldığını görüb qaçaraq oradan uzaqlaşmışdır. Hətta həmin vaxt ehtiyatsızlıqdan Fəxrinin əlində olan bıçaq onun sol dirsəyinə dəyərək xəsarət yetirmişdir. Belə ki, nə Fəxri, nə də ki başqa bir şəxs ona heç bir xəsarət yetirməmişdir. Bu səbəbdən heç bir şikayəti və tələbi yoxdur. Sonradan ona məlum olmuşdur ki, Elxan ilə Fəxri «Kanal üstü» adlanan kafedə olarkən aralarında mübahisə yaranmış və mübahisələrini «Ruzi» marketin qarşısında davam etdirmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Hadisə yerinə baxış keçirilməsi haqqında xx.xx.2025-ci il tarixli protokoldan aydın olur ki, hadisə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən “Kanal üstü” adlanan kafedə baş vermişdir; - xx.xx.2025-ci il tarixli şübhəli şəxsin tutulması haqqında protokoldan aydın olur ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur; - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - Zərərçəkmiş şəxs tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli ərizədən aydın olur ki, o, təqsirləndirilən şəxslə barışmış, ona qarşı şikayət və tələbi yoxdur; - 18 sentyabr 2025-ci il tarixdə Təqsirləndirilən şəxs qismində cəlb edilərək ona Azərbaycan Respublikası CM-nin 221.3.-cü maddəsi ilə ittiham elan edilmişdir; - 18 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmişdir; - Məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində əməliyyat-sorğu stat kartotekasında məlumat yoxdur; - Məhkəmə-tibbi ekspertizasının 15 sentyabr 2025-ci il tarixli, 935 saylı rəyindən görünür ki, 2000-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - üst dodağın selikli qişasının səthi əzilmiş yarası küt əşya; sol budun deşilmiş-kəsilmiş yarası isə deşici-kəsici təsirə malik əşya (alət(ola bilsin bıçaq)) təsirindən törənmiş, törənmə müddəti onun «X6» X7 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs (şəxslər) tərəfindən yetirilməsi istisna olunmur; - Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibb Ekspertiza və Pataloji Anatomiya Birliyi” X8 tərəfindən keçirilmiş məhkəmə-tibbi ekspertizanın 10 oktyabr 2025-ci il tarixli, 3456 saylı rəyindən görünür ki, yoxlanılan şəxs Təqsirləndirilən şəxs hal- hazırda hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə hər hansı psixi xəstəlik qeyd olunmamışdır. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində ANLAQLİ hesab edilməlidir. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 21 -ci maddəsinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs hazırki psixi vəziyyətinə görə məcburi müalicəyə ehtiyacı yoxdur; Məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdırıb məcmu halda hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs təqsirinin mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən özünün qismən etirafedici, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, cinayət işi üzrə keçirilmiş ekspertizanın rəyi, istintaq hərəkətlərinin aparılması haqqında protokollar və iş üçün mühüm əhəmiyyət kəsb edən digər sübutlarla təsdiq edilərək sübuta yetirilmişdir. (CPM 144-146). Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, onun bu ifadəsi qeyri-səmimi olmaqla yanaşı işin həqiqi hallarına uyğun gəlməməklə digər mötəbər sübutlarla tam təkzib olunur və o, həmin ifadəsini cinayət məsuliyyətindən yayınmaq məqsədi ilə vermişdir. Odur ki, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələrinin və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin təqsiri və cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən ittiham edildiyi əməlin törədilməsi və baş vermiş cinayətdə təqsiri sübuta yetirilmiş, habelə onun törətdiyi cinayət əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinə əsasən Bu Məcəllənin 221.1-ci və ya 221.2-ci maddələrində nəzərdə tutulmuş əməllərin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır; 41.2-ci maddəsinə görə cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir; 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkmələri müəyyən edilir; 58.1-ci maddəsinə görə cinayət törətməkdə təqsirli bilinən şəxsə həmin Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilmir; 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır;. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il tarixli qərarında qeyd edilmişdir ki, cinayət qanunvericiliyinə görə cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışıq əldə etməsini, zərərçəkmiş şəxsin şikayət və tələbinin olmamasını, əməlindən peşiman olmasını, onun ilk dəfə cinayət məsuliyyətinə cəlb olunmasını CM-nin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hallar müəyyən etmədi. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza təyin edilərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, onun şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsiri nəzərə alınmalıdır. Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirli bilinib məhkum edilməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar (müəyyən edilməmişdir), habelə təyin olunmuş cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla ona təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzası təyin edilməli, şübhəli şəxs qismində həbsdə olduğu müddət cəzasına hesablanmalı (CM-69.3), barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ilə həbs qətimkan tədbiri ilə əvəz edilməli, o, dərhal məhkəmə iclas zalından həbs edilməli, “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsi alanadək dəyişdirilməməli, cəzaçəkmə müddətinin əvvəli 25 fevral 2026-cı il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir (CM-56.1.2). Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 02 (iki) il 03 (üç) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə bir gün hesabı ilə ona təyin olunmuş cəzaya hesablansın və üzərində 02 (iki) il 02 (iki) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, dərhal məhkəmə iclas zalından həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin və cəzaçəkmə müddətinin əvvəli xx.xx.2026-cı il tarixdən hesablansın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 12 saat vaxta görə 132 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu (Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi) andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Hökmdən protest və şikayət verilmədikdə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-567/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-567/2025
25.02.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver