Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-568/2022 24.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs3, Təqsirləndirilən şəxs yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxsin qanuni nümayəndəsi Qanuni nümayəndə iştirakı ilə, xx.xx.2005-ci ildə Balakən rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, əvvəllər məhkum olunmamış, işləməyən, Balakən rayonu, Talalar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 11 fevral 2022-ci il tarixdə saat 15 radələrində X4 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsində südçülüük sovxozunda yerləşən nömrəsiz fərdi yaşayış evinə pəncərəni açma yolu ilə qanunsuz daxil olaraq oradan 1500 manat nəğd pul, 300 manat dəyərində qızıl sırğa və 1000 manat dəyərində Sony markalı 01 ədəd televizoru gizli olaraq talayıb zərəçəkmiş şəxs Ə.Cahangirova cəmi 2800 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 29 mart 2022-ci il tarixdə saat 10:00 radəsindən Zərərçəkmiş şəxs5 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 400 manat nəğd pulu, cəmi dəyəri 1000 manat təşkil edən 1 ədəd qızıl boyunbağını, 1 cüt qızıl sırğanı və 1 ədəd qızıl üzüyü götürməklə gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs5 cəmi 1400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 04 aprel 2022-ci il tarixdə saat 02:30 radəsində Zərərçəkmiş şəxs1 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən “085” adı ilə fəaliyyət göstərən mağazanın arxa hissəsində olan qapıdan qanunsuz içəri daxil olaraq oradlan cəmi dəyəri 2500 manat olan Sabrane, Viniston, LD, Rotmons, Palma, Vest, Maqna, Vikeroy, Arqo, Kingston, Klassik, və Vant markalarından ibarət tütün məmulatların, hər birinin dəyəri 3,60 manat olan 21 ədəd cəmi dəyəri 75,60 manat təşkil edən Redbul içkisini, hər bir bağlamanın dəyəri 23 manat olan cəmi dəyəri 69 manat təşkil edən 3 bağlama alışqanı və 30 manat dəyərində Leys markalı çipsini gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs1 cəmi 2674,60 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 05 aprel 2022-ci il tarixə saat 02:00 radələrində Zərərçəkmiş şəxs3 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda yerləşən təmir işləri gedən fərdi yaşayış evinə qanunuz daxil olaraq oradan 510 manat dəyərində olan elektirik naqillərini gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs3 cəmi 510 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 07 aprel 2022-ci il tarixdə saat 02:00 radəsindən Zərərçəkmiş şəxs4 məxsus Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Südçülük sovxozu nömrəsiz fərdi yaşayış evinə qanunsuz daxil olaraq oradan 400 manat nəğd pulu, cəmi dəyəri 1000 manat təşkil edən 1 ədəd qızıl boyunbağını, 1 cüt qızıl sırğanı və 1 ədəd qızıl üzüyü götürməklə gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs4 cəmi 1400 manat dəyərində ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını ələ keçirmək məqsədi ilə 09 aprel 2022-ci il tarixdə saat 01 radəsində Zərərçəkmiş şəxs2 məxsus Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda yerləşən 2 mərtəbəli təmiri başa çatmayan fərdi yaşayış evinə qanunsuz olaraq daxil olub oradan cəmi dəyəri 1019 manat təşkil edən elektirik naqillərini, televizov antenasının kabellərini və telefon kabellərinin gizli olaraq talayıb zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs2 cəmi 1019 manat dəyərində maddi ziyan vurmaqla oğrluq etmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. O heç bir dövlət müəssisəsində rəsmi olaraq işləmir, hazırdada işsizdir. O, Xəzər rayonu Binə qəsəbəsi ərazisində olan evlərdən bu ilin fevral ayından aprel ayına qədər oğurluq hadisəsi etmişdir. Oğurluq etməkdə məqsədi pul əldə etmək olmuşdur. Belə ki, təxminən 11 fevral 2022-ci il tarixdə o, Xəzər rayonu Binə qəsəbəsində olan zaman pula ehtiyacı olduğundan evlərdən oğurluq etmək qərarına gəlmiş və həmin günü saat 15 radəsində Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozu kimi tanınan yaşayış sahəsi ilə piyada gəzən zaman görmüş ki, bir fərdi yaşayış evinində yaşayış yoxdur. Bu zaman o həmin evin həyətinə daxil olmuş və həyətdə olan evin plastik pəncərəsini əli ilə açıb içəri keçmişdir. O, həmin evə daxil olduqdan sonra evdən qiymətli əşyalar axtarmağa başlamış və o, həmin evdən 1500 manat nəğd pul, bir ədəd qızıl sırğa və Sony markalı televizor oğurlamışdır. Sonra isə oğurladığı əşyalardan televizoru Sabunçu rayonu ərazisində olan Rus bazarı kimi tanınan bazarda 55 manata, sırğanı isə 40 manata tanımadığı şəxsə satmışdır. Əldə etdiym pulları öz ehtiyaclarına xərcləmişdir. Sonradan isə ona məlum olmuş ki, oğurluq etdiyi evin sahibi Əkrəm Cahangirovdur. Bundan başqa o təxminən 29 mart 2022-ci il tarixdə saat 10 radəsində Xəzər rayonu Binə qəsəbəsi südçülük sovxozu ilə piyada gəzən zaman görmüş ki, bir fərdi yaşayış evinində yaşayış yoxdur. Bu zaman həmin evin həyətinə keçmiş, həmin həyətdə olan fərdi yaşayış evinin plastik pəncərəsini açıb içəri daxil olmuşdur. Həmin açdığı pəncərə evin mətbəxinin pəncərəsi olmuşdur. Bundan sonra o evdən qiymətli əşya və pul axtarmağa başlamış, evdən 400 manat nəğd pul və qızıl əşyaları oğurlamışdır. Oğurladığı qızılları tanımadığı şəxs Binə qəsəbəsində 300 manata satmış və əldə etdiyi pulu öz ehtiyaclarına xərcləmişdir. Sonradan isə ona məlum olmuş ki, evin sahibi Zərərçəkmiş şəxs5di. Bundan başqa o təxminən 04 aprel 2022-ci il tarixdə gecə saat 02:30 radəsində Binə qəsəbəsi Hövsan südçülük sovxozu ilə piyada gəzən zaman bir mağazanın bağlı olduğunu görmüş və həmin mağazanın arxa hissəsinə keçib qapısını açaraq içəri daxil olmuşdur. Sonra isə həmin mağazadan müxtəlif markalı siqaretləri, bir neçə ədəd redbul içikisini, bir neçə qab alışqanı və leys markalı bir neçə ədəd çipsini oğurlamış və oradan çıxıb getmişdir. Sonradan ona məlum olmuş ki, həmin mağazanın sahibi Zərərçəkmiş şəxs1di. Bundan başqa 05 aprel 2022-ci il tarixdə gecə saat 02 radəsində Binə qəsəbəsi Südçülük sovxozu ilə piyada gəzən zaman təmir işləri gedən fərdi yaşayış evinin olmasını görmüş və evin həyətinə keçib oradanda evə daxil olmüş və divara çəkilmiş elektirik naqqillərini çıxardıb oğurlamışdır. Həmin oğurladığı elektirik naqqillərini Binə qəsəbəsində səyyar metal alan şəxsə 15 manata satmışdır. Sonradan ona məlum olmuş ki, həmin evin sahibi Zərərçəkmiş şəxs3dir. Bundan başqa o, təxminən 07 aprel 2022-ci il tarixdə Binə qəsəbəsi Südçülük sovxozu ilə saat 02:00 radəsində piyada gedən zaman bir fərdi yaşayış evində yaşayış olmadığını görmüş və həyətə keçmişdir. Sonra isə görmüş ki, həmin evdə təmir işləri gedir. Evin pəncərəsində olan dəmir barmaqlıqları dəmir parçası ilə aralamış və pəncərədən içəri daxil olmuşdur. Ordan o, elektirik naqillərini oğurlamış, sonradan ona məlum olmuş ki, həmin evin sahibi Zərərçəkmiş şəxs4dur. Bundan başqa o, 09 aprel 2022-ci il tarixdə Xəzər rayonu Binə qəsəbəsi Hövsan Südçülük sovxozunda olan yarım tikili iki mərtəbəli evdən gecə saat 01 radəsində oğurluq etmiş və həmin evin divarlarına quraşdırılmış elektirik naqillərini və kabelərini kəsib oğurlamışdır. Sonradan ona məlum olmuş ki, həmin evin sahibi Zərərçəkmiş şəxs2dur. Əlavə olaraq ifadəsində göstərmişdir ki, o, oğurluq etdiyi evləri və mağazanı hadisə yerində göstərə bilər, o, oğurladığı əşyaların bəzilərini Sabunçu rayonunda yerləşən Rus bazarı kimi tanınan bazarda tanımadığı şəxslərə, metalları isə Binə qəsəbəsində səyyar qaydada metal alan şəxslərə və tütün məmulatlarını isə Binə qəsəbəsində tanımadığı şəxsə satmişdır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət törətdiyini, cinayət nəticəsində dəymiş ziyanı qismən ödədiyini bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evdən başqa Xəzər rayonu Binə qəsəbəsi Binə südçülük sovxozunda təmiri başa çatmayan fərdi evi var. Həmin evdə hazırda təmir işləri gördürür və buna görə yaşayış yoxdur. Belə ki, həmin evin damı vurulmuş, qapı pəncələri qoyulmuş, elektri xətti çəkilmişdir. Elektrik xəttinin naqilləri divarları suvaqlanaraq suvaqların altından rezin boruların içi ilə çəkilmişdir. Evin pəncələrinin bəzilərinə qoruyucu dəmir barmaqlıqlardan olan çərçivələr vurulmuşdur. Evdə yaşayış olmasa da, özü vaxtaşırı evə gedib nəzarət edir. 07 aprel 2022-ci il tarixdə oraya gələrkən görmüş ki, evin giriş qapısının sağ tərəfində olan dəhlizdən sağdakı otağın həyət açılan və qoruyucu çərçivəsi olmayan pəncərəsi, hamamın nəfəsliyi açıq vəziyyətdədir. O qapını öz açarı ilə açıb içəri girdikdən sonra aşkar etmiş ki, evin elektrik xəttinin bütün naqilləri çıxarılıb oğurlanmışdır. Bundan sonra o DİN-nin 102 zəng xidməti məlumat mərkəzinə məlumat vermiş və eyni zamanda ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müraciət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurlanmış naqillərin qiyməti 510 manat olmaqla xətti çəkən ustalara 200 manat zəhmət haqqı vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evdən başqa Xəzər rayonu Binə qəsəbəsi Binə südçülük sovxozunda təmiri başa çatmayan fərdi evi vardır. Həmin evdə hazırda təmir işləri gördürür və buna görə yaşayış yoxdur. Lakin tez-tez özü bu evə gedib vəziyyətinə nəzarət edir. Evin elektrik xətti çəkilmiş, damı vurulmuş, lakin qapı pəncərələr qoylumamış, döşəmə və tavanı vurulmamışdır. 06 aprel 2022-ci il tarixdə saat təxminən 18:00 radələrinədək həmin evində olub sonra hazırda yaşadığı evə getmişdir. Ertəsi gün, yəni 07 aprel 2022-ci il tarixdə təkrarən yeni tikilən evinə gələrkən görmüş ki, montaj olunmuş eletrik xəttinin bütün elektrik naqilləri sökülüb oğurlanmışdır. Bundan sonra o DİN-nin 102 zəng xidməti məlumat mərkəzinə məlumat verməklə yanaşı Xəzər RPİ-nin 3-cü PŞ-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurlanmış naqillərin qiyməti 550 manat olmaqla xətti çəkən ustalara 200 manat zəhmət haqqı vermişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 bildirdi ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. 29 mart 2022-ci il tarixdə saat təxminən 07:30 radələrində o qızı Nazpəri ilə birlikdə evlərindən çıxmış, qızını məktəbə qoyub oradan işə getmişdir. Onlar evdən çıxarkən evin bütün qapı və pəncərələrini özü bağlamışdır. Saat təxminən 12:30 radələrində işdən çıxıb məktəbə gəlmiş, qızını oradan götürüb evlərinə gəlmişdir. Həyətə girən zaman evin mətbəxinin pəncərəsinin açıq olduğunu görmüş, sonra qapını açıb içəri girərkən görmüş ki, evin bütün otaqlarında və otaqlardakı saxlanc yerlərində olan əşyalar dağılıb pərakəndə halda döşəməyə atılmış, otaqların səliqəsi pozulmuşdur. Bununla da evə oğruların girib axtarış apardıqlarını başa düşmüşdür. Qızı Nazpəri tez özünün telefonu ilə DİN-nin 102 xidmətinə məlumat vermişdir. Az sonra oraya polis əməkdaşları gəlib hadisə yerinə baxış keçirtmişlər. Baxış zamanı o evdəki əşaların yerində olub olmadığını yoxlayarkən məlum olmuş ki, yataq otağındakı dolabda saxladığı 400 manat pul, 1 ədəd qızıl boyunbağı, 1 ədəd qızıl üzük və 1 cüt sırğa oğurlanmışdır. Əlavə olaraq ifadəsində göstərmişdir ki, oğurlanmış boyunbağının qiyməti 500 manat, 1 cüt sırğa və 1 ədəd üzüyün dəst halında qiyməti 500 manatdır. Oğurlanmış pulla birlikdə ona cəmi 1400 manat maddi ziyan vurulmşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilməmişdir. Təqsirləndirilən şəxsə cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. o heç bir dövlət müəsisəsində rəsmi olaraq işləmir, lakin fərdi qaydada Bakı şəhəri, Xəzər rayonu Binə qəsəbəsi Südçülük sovxozunda 085 adı ilə ərzaq malları satılan mağaza işlədir. 04 aprel 2022-ci il tarixdə gecə saat 01:00 radəsində işlətdiyi mağazanı bağlamış və çıxıb evinə getmişdir. Bunun səhəri saat 07:20 radəsində gəlib mağazanı açmış və içəri daxil olmuşdur. Sonra isə mağazaya nəzər yetirəndə görmüş ki, mağazada tütün məmulatlarının yığdığı rəf boşdur. Sonra isə malları yığıdığı anbara keçəndə görmüş ki, anbarın qapısı açıqdır. Bu zaman o bilmiş ki, mağazadan oğurluq olmuşdur. Sonra isə mağazaya yenidən nəzər yetirmiş və görmüş ki, müxtəlif markalı 2500 manat dəyərində olan tütün məmulatları, hər birinin dəyəri 3,60 manat olmaqla cəmi 21 ədəd olmaqla 75,60 manatlıq Redbul içiləri, hər bir bağlamanın dəyəri 23 manat olmaqla cəmi 69 manat dəyərində ki, 03 ədəd bağlama alışqan, cəmi dəyəri 30 manat olan Leys çipsisi oğurlanmışdır. Bundan sonra o ərizə ilə Xəzər RPİ-nin 3-cü PŞ-nə müraciət etmişdir. O ilkin olaraq ərizəsində çay və kolbasa oğurlanmasını qeyd etmiş, lakin sonradan mağazaya baxdıqda görmüş ki, həmin ərzaqlar dağınıq vəziyyətdə olsada yerindədir. Oğurluq nəticəsində ona cəmi 2674,60 manat maddi ziyan vurulmuşdur. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış Zərərçəkmiş şəxs2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun yaşadığı evdən başqa Xəzər rayonu Binə qəsəbəsi Binə südçülük sovxozunda təmiri başa çatmayan fərdi evidə var. O həmin evdə hazırda təmir işləri gördürür. Həmin ev 2 mərtəbəli olmaqla 7 otaqdan ibarətdir. Həmin evin pəncərələri goyulsada, lakin əsas giriş qapısı yoxdur. Belə ki, xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radəsində o Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda olan təmir işləri gedən evinə baş çəkmək üçün gəlmişdim. Evin içərisinə daxil olmuş və görmüş ki, evdən naməlum şəxs və ya şəxslər tərəfindən divara çəkdirdiyi elektirik naqilləri, televizor kabelləri və telefon kabelləri kəsilib oğurlanmışdır. Bundan sonra o evindən oğurluq hadisəsi baş verməsi barədə Xəzər RPİ-nin 3-cü PB-nə ərizə ilə müraciət etmişdir. Əlavə olaarq ifadəsində göstərmişdir ki, ona məxsus Xəzər rayonu, Binə qəsəbəsi Binə südçülük sovxozunda yerləşən və təmir işləri gedən fərdi yaşayış evindən xx.xx.2022-ci il tarixdə təxminən saat 19 radəsində oğurluq hadisəsinin olmasını aşkar etmiş. Oğurlanmış naqillərin cəmi 1019 manat olmuş, 300 manat ustanın zəhmət haqqı olmuşdur. Cəmi ona 1319 manat maddi ziyan vurulmuşdur. Oğurlanmış naqillərdən elektirik üçün olanı 6 top olamqla 6 ölçülü olmuş 1 topunu 108 manata, 2 top 4 ölçülü olmuş, 1 topunu 95 manata, televizor antenasılnın kabeli 1 top olmaqla 130 manata, telefon xəttinin topu 1 top olmaqla 51 manata almışdır. Aparılmış ibtidai istintaq zamanı zərər çəkmiş şəxs qismində ifadəsi alınmış X5 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş X2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, anket məlumatlarında qeyd olunan ünvanda ailəsi ilə birlikdə yaşayır. Onun Xəzər rayonu Binə qəsəbəsi Hövsan südçülük sovxozunda evi var. Həmin evdə yaşayır. 11 fevral 2022-ci il tarixdə saat 12:50 radəsində yaşadığı evdən çıxmış və həmin günü saat 20:50 radəsində evə gəlib və içəri daxil olarkən naməlum şəxs və ya şəxslər tərəfindən evindən oğurluq olmasını aşkar etmişdir. Bundan sonra bu barədə polisə məlumat vermiş və polis əməkdaşları onun evinə gələn zaman hadisə yerini müainə etdikdən sonra ona məlum olmuş ki, evinə naməlum şəxs və ya şəxslər evin plastik pəncərəsindən içəri daxil olaraq evdən 1500 manat nəğd pulunu, 300 manat dəyərində qızıl sırğanı və 1000 manat dəyərində olan sony markalı televizorunu oğurlamışlar. Oğurluq nəticəsində ona cəmi 2800 manat maddi ziyan vurulmuşdur. İş materiallarına əlavə olunmuş cinayəti törətməkdə şübhəli şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs 12 aprel 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməkdə şübhəli şəxs kimi tutulmuşdur. İş materiallarına əlavə olunmuş 14 aprel 2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələr ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş 14 aprel 2022-ci il tarixli qətimkan tədbirinin seçilməsi və şəxsin müvəqqəti saxlanma yerindən azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və o, saxlanıldığı Xəzər RPİ MSY-dən həbsdən azad edilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2004-cü ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş Zərərçəkmiş şəxs2 ibtidai istintaq zamanı təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayana cəza təyin edərkən məhkəmə bu Məcəllənin 58-ci maddəsində müəyyən edilmiş hallardan başqa, həmçinin həmin şəxsin həyat və tərbiyə şəraitini, psixi inkişaf səviyyəsini, onun şəxsiyyətinin digər xüsusiyyətlərini və kənar şəxslərin ona təsirini nəzərə alır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” 30 iyun 2008-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeydolunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsinhəyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) dənəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islahvə yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4.1-ci maddəsinə əsasən “Yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2-ci maddəsinə əsasən cinayətin yetkinlik yaşına çatmayan şəxs tərəfindən törədilməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 86.2-ci maddəsinə əsasən “Cəza təyin edilərkən yetkinlik yaşına çatmama yüngülləşdirici hal kimi, cəzanı yüngülləşdirən və ağırlaşdıran digər hallarla birlikdə nəzərə alınır.” Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.14-cü maddəsinə əsasən təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi nəticəsində dəymiş ziyanı qismən ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən əməlini etiraf etməsini, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddəsinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama təkrar və xeyli miqdarda ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.4-1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması yetkinlik yaşına çatmayanlara iki aydan iki ilədək müddətə təyin edilir.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 177.2.2 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” İş üzrə maddi sübut kimi tanınmış 45 manat dəyərində olan tütün məmulatlarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.2 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Südçülük sovxozunda yerləşən fərdi yaşayış evini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “valideynin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. İş üzrə maddi sübut kimi tanınmış 45 manat dəyərində olan tütün məmulatlarının zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 qaytarılması nəzərə alınsın. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 40 saata görə 240 (iki yüz qırx) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat, ümumilikdə 300 (üç yüz) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-568/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-568/2022
24.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver