Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-57/2023 16.11.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Əliyeva Mətanət Təbriz qızının katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru SalmanovSurac Çingiz oğlunun, zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs, müdafiəçilər – Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1 və Müdafiəçi2, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 iştirakları ilə, xx xxx 1993-cü il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, himayəsində bir azyaşlı uşağı olan, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi ünvan 1 ünvanda yaşamış, ünvan 2 tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyul 2022cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, xx.xx.1988-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş (və ya götürülməmiş), Bakı şəhəri ünvan 3 ünvanda yaşamış, ünvan 4l tarixli qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 30 iyul 2022-cı il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan – - Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs1 özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup halında birləşərək vahid niyyətlə 2022-ci ilin iyul ayının 05-dən 29-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan bağ evinə qanunsuz daxil olmaqla həyətdən dəyəri 3.500 (üç min beş yüz) manat olan su nasosunu (kaçalka), həmin su nasosunun altında olan dəyəri 500 (beş yüz) manat olan dəmir relsləri, 01 ədədinin qiyməti 160 manat olan 02 ədəd su mühərrikini, bir metrinin qiyməti 24 manat olan 100 mm diametrlik 100 metr uzunluğunda dəmir borunu, 01 ədədinin qiyməti 60 manat olan 04 ədəd “Hangkooq” markalı avtomobil təkərini, 01 ədədinin qiyməti 50 manat olan 02 ədəd palma ağacını, evdən isə 01 ədədinin qiyməti 400 manat olan 02 ədəd samovarı, 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd mebel dolabını, 01 ədədinin qiyməti 100 manat olan 02 ədəd kreslonu, 01 ədədinin qiyməti 100 manat olan 06 ədəd stulu, ümumi qiyməti 100 manat olan məişətdə istifadə olunan qabqacağı, qiyməti 300 manat olan 01 ədəd divanı, 01 ədədinin qiyməti 5 manat olan 60 ədəd şiferi, qiyməti 350 manat olan 01 ədəd evin giriş qapısını, 01 ədədinin qiyməti 200 manat olan 04 ədəd taxta pəncərəni, 01 ədədinin qiyməti 150 manat olan 02 ədəd evin otaqlarının qapılarını, qiyməti 250 manat olan içərisində usta alətləri olan 01 ədəd çemodanı gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 11760,00 (on bir min yeddi yüz altmış) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq etmişlər. Belə ki, Təqsirləndirilən şəxs2hədəli oğlu özgənin əmlakını gizli olaraq talama məqsədi ilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək vahid niyyətlə 2022-ci ilin iyul ayının 05-dən 29-dək olan müddət ərzində Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən, Zərərçəkmiş şəxs məxsus olan bağ evinə qanunsuz daxil olmaqla həyətdən dəyəri 3.500 (üç min beş yüz) manat olan su nasosunu (kaçalka), həmin su nasosunun altında olan dəyəri 500 (beş yüz) manat olan dəmir relsləri, 01 ədədinin qiyməti 160 manat olan 02 ədəd su mühərrikini, bir metrinin qiyməti 24 manat olan 100 mm diametrlik 100 metr uzunluğunda dəmir borunu, 01 ədədinin qiyməti 60 manat olan 04 ədəd “Hangkooq” markalı avtomobil təkərini, 01 ədədinin qiyməti 50 manat olan 02 ədəd palma ağacını, evdən isə 01 ədədinin qiyməti 400 manat olan 02 ədəd samovarı, 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd mebel dolabını, 01 ədədinin qiyməti 100 manat olan 02 ədəd kreslonu, 01 ədədinin qiyməti 100 manat olan 06 ədəd stulu, ümumi qiyməti 100 manat olan məişətdə istifadə olunan qabqacağı, qiyməti 300 manat olan 01 ədəd divanı, 01 ədədinin qiyməti 5 manat olan 60 ədəd şiferi, qiyməti 350 manat olan 01 ədəd evin giriş qapısını, 01 ədədinin qiyməti 200 manat olan 04 ədəd taxta pəncərəni, 01 ədədinin qiyməti 150 manat olan 02 ədəd evin otaqlarının qapılarını, qiyməti 250 manat olan içərisində usta alətləri olan 01 ədəd çemodanı gizli talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 11760,00 (on bir min yeddi yüz altmış) manat məbləğində, yəni xeyli miqdarda maddi ziyan vurmaqla oğurluq etmişdir. Təqsirləndirilən şəxslərin törətdikləri cinayət əməli məhkəmədə tədqiq edilmiş, onların, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs1 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.3 və 177.2.4-cümaddələrində nəzərdə tutulmuş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, ibtidai istintaq zamanı ona edilmiş təzyiqlər altında verdiyi ifadəsində göstərmişdir ki, onunnarkotik vasitələrdən asılılığı vardır və təxminən iki ildir ki, narkotik vasitə qəbul edir. İstifadə etdiyi narkotik vasitəni şəhərin müxtəlif yerlərində tanımadığı şəxslərdən əldə edərək istifadə edir. İşləmədiyimə görə narkotik vasitə ala bilməmiş və buna görə də qərara gəlmişdir ki, oğurluq edərək pul əldə etsin. 2022-ci ilin iyul ayının əvvəllərində Şüvəlan qəsəbəsində yerləşən həyət evlərindən birinin boş olduğunu müəyyənləşdirib həmin evdən oğurluq etmək qərarına gəlmişdir. İyul ayının əvvəllərində birinci dəfə həmin həyət evinə küçə qapısının hasarından daxil olaraq həyətdə olan talvarın damındakı 23 ədəd şiferi, yəni dam örtüyünü sökərək oğurlamış və sonra həyətdən çıxaraq yoldan keçən markasını və nömrəsini xatırlamadığı bir taksi saxlamış və həmin taksinin banındakı yük yerinə yükləyərək Mərdəkan qəsəbəsində yerləşən “Qartal Balası” düşərgəsində yaşayan Vüsal adlı şəxsə cəmi 40 manata satmışdır. Bundan iki gün sonra, yenidən həmin evə küçə qapısından daxil olaraq həyətdə olan kaçalka kimi tanınan, yəni su nasosunu oğurlayaraq yenə də tanımadığı bir taksiyə yükləyərək aparıb Şüvəlan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsinə 47 manata satmışdır. Fikirləşmişdir ki, həmin evdə hal-hazırda heç kim yaşamır, ona görə də aradan 2-3 gün keçdikdən sonra yenidən həmin həyətə daxil olaraq həyətdən iki ədəd dəmir borunu oğurlayaraq aparıb Şüvəlan qəsəbəsində yerləşən metal qəbulu məntəqəsində işləyən Saleh adlı şəxsə 25 manata satmışdır. Aradan 5 gün keçmiş əvvəllər tanıdığı Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etmək üçün həmin həyətə girmiş və həyətdən dəmir çəlləyi oğurlamışlar. Sonra Şüvəlan qəsəbəsində yaşayan taksi fəaliyyəti ilə məşğul olan Rəşid adlı şəxsə zəng vurub oraya çağırmışdır ki, oğurladıqları çəlləyi onun avtomobilinin yük yerinə qoyub metal qəbulu yerinə aparıb satsınlar. Rəşid gəldikdən sonra ona həmin çəlləyi oğurlamaları barədə heç nə deməmişlər. Rəşid çəlləyə 10 manatdan artıq heç kimin pul verməyəcəyinidemiş, o da ona demişdir ki, 10 manat versin və çəlləyi özü götürüb aparsın. Rəşid onunla razılaşmış və ona 10 manat verib həmin çəlləyi öz avtomobilinə qoyub həyətinə aparmışdır. Zərərçəkmiş şəxsin evindən və həyətindən qeyd etdiyi əşyalardan başqa heç bir əşya oğurlamamış, əldə etdikləri pulu narkotik vasitə almağa sərf etmişlər. Hazırkı məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, Zərərçəkmiş şəxs həyətindən 23 ədəd şifer, 7 metrlik boru oğurlamışdır və bunu da polis əməkdaşlarına bildirmişdir. Qalan əşyalardan isə xəbəri olmamışdır. Təqsirləndirilən şəxs2la dost olmuşlar, lakin Zamir onunla oğurluqda iştirak etməmişdir. Zamirin oğurluqla heç bir əlaqəsi olmamışdır, sadəcə çəlləyi aparmaqda ona köməklik etmişdir. Həmin çəlləyi o, zibillikdən tapmışdır, oğurluq etdiyi həyətdə çəllək olmamışdır. Polis Şöbəsində ona fiziki təzyiq göstərilmişdir. Ayaqlarından asılmış, döyülmüşdür. Sonra şiferləri oğurlayıb-oğurlamadığı soruşulmuş, o da şiferləri və borunu oğurladığını demişdir. Polis Şöbəsində onu nəyəsə etiraf etməyə məcbur etməmişlər. Borunu metal qəbulu yerinə satmış, şiferi isə Vüsal adlı şəxsə 100 manata satmışdır. Həmin puldan Zamirə heç nə verməmişdir, Zamir onunla brlikdəolmamışdır. Çəlləyi dəmir qəbulu yerinə aparıb satmaq üçün maşın çağırmışlar. Sürücü Rəşid özü çəlləyi almaq istədiyini bildirmiş və o, çəlləyi ona satmışdır. Çəlləyin çəkisi təxminən 30-40 metr olmuşdur və onu həmin gün saat 15- 16 radələrində Zamirlə bir yerdə tapmışlar. Törətdiyi əməldən peşmançılıq çəkir, himayəsində bir azyaşlı uşağı vardır. İbtidai istintaq zamanı ona edilmiş təzyiqlər barədə heç kimə şikayət etməmiş, hətta onun barəsində həbs qətimkan tədbiri seçilərkən hakimə də bu barədə heç nə deməmişdir. Ziyan məbləği şişirdilmişdir, buna görə də mülki iddianı qismən etiraf edir. Bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilən Təqsirləndirilən şəxs2 ona elan olunmuş Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulmuş ittihamda özünü təqsirli bilməyərək göstərdi ki, ibtidai istintaq zamanı ona hədə-qorxu gəldikləri üçün verdiyi ifadəsində özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, narkotik vasitə istifadəçisidir. Son vaxtlarda narkotk vasitə almaq üçün pulu olmadığından oğurluq etmək qərarına gəlmişdir. 2022-ci ilin ortalarında tanışı Firuzla aralarında olan söhbət zamanı Firuz ona demişdir ki, Şüvəlan qəsəbəsi yeni sahədə yerləşən oğurluq etmək üçün əlverişli olan bir həyət evi var, əvvəllər də oradan bir neçə dəfə oğurluq etmişdir. Qərara gəlmişlər ki, həmin həyətə oğurluq etmək üçün girsinlər. Bu məqsədlə də iyul ayının ortalarında, dəqiq tarixi xatırlamadığı tarixdə, Firuzla birlikdə həmin həyət evinə daxil olmuş və həyətdə olan dəmir çəlləyi oğurlamışlar. Həmin çəlləyi aparıb satmaq üçün Firuz taksi fəaliyyəti ilə məşğul olan tanışları Rəşid adlı şəxsə zəng vurmuşdur ki, həmin çəlləyi onun avtomobili ilə aparıb satsınlar. Rəşid həmin ünvana gəlmiş və bildirmişdir ki, həmin çəlləyə heç kim 10 manatdan artıq pul verməyəcək, əgər 10 manata razıdılarsa onlara 10 manat verib həmin çəlləyi alsın. Razılaşdıqdan sonra Rəşid onlara 10 manat vermiş və çəlləyi öz avtomobilinin yük yerinə qoyaraq həyətinə aparmışdır. Zərərçəkmiş şəxsin evindən və həyətindən qeyd etdiyi əşyalardan başqa heç nə oğurlamamış, əldə etdikləri pulu narkotik vasitə almağa sərf etmişlər. Hazırkı məhkəmə iclasında isə əsil həqiqəti söyləyir və bildirir ki, o, heç bir oğurluqda iştirak etməmişdir. Əvvəlki cəzası ilə bağlı ayağında qolbağ olmuşdur. Onun vasitəsilə həmin gün harada olduğunu müəyyən etmək mümkündür. Həmin gün o, “Neftçilər” xəstəxanasının yanında olmuşdur. Çəlləyi isə Firuzla birlikdə zibillikdən tapmışlar, içərisində ocaq yandırılıbmış. Həmin çəlləyi satmaq üçün metal qəbulu yerinə aparmaq istəyəndə sürücü özü onu almaq istədiyini bildirmiş və onlar da çəlləyi ona satmışlar. Polis şöbəsində ona heç bir təzyiq göstərilməmiş, hədə-qorxu gəlmişlər, lakin o, bununla bağlı heç bir yerə şikayət etməmişdir Bir daha bildirir ki, o, zərərçəkmiş şəxsin həyətinə oğurluğa girməmiş və həyətindən heç nə götürməmişdir. Həmin vaxt ayağında qolbağ olmuşdur və bunu asanlıqla yoxlamaq mümkündür. Buna görə də özünü təqsirli bilmir və mülki iddianı etiraf etmir. Bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı qismində dindirilən Zərərçəkmiş şəxs göstərdi ki, o, Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ş/Dres yaşayış massivində yerləşən Şinci düşərgəsinin yaxınlğında özünə məxsus bağ evi vardır. xx.xx.2022-ci il saat 03:00 radələrində həmin evə gedəndə görmüşdür ki, həyətdən və evdən oğurluq olmuşdur. Həyətə və evə baxanda müəyyən etmişdir ki, dəyəri 3500 manat olan su nasosu (kaçalka), həmin su nasosunun altında olan dəyəri 500 manat olan dəmir releslər, 01 ədədinin qiyməti 160 manat olan həmin su nasosuna (kaçalkaya) aid 02 ədəd su motoru, bir metrinin qiyməti 24 manat olan 100 mm diametrlik 100 metr uzunluğunda dəmir boru, 01 ədədinin qiyməti 60 manat olan 04 ədəd “Hangkooq” markalı avtomobil təkəri, 01 ədədinin qiyməti 50 manat olan 02 ədəd palma ağacı və qiyməti 150 manat olan 01 ədəd dəmir çəllək, evdən isə 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd samovar, 01 ədədinin qiyməti 350 manat olan 02 ədəd mebel dolabı, 01 ədədinin qiyməti 100 manat olan 02 ədəd kreslo, 01 ədədinin qiyməti 100 manat olan 06 ədəd stul, ümumi qiyməti 100 manat olan məişətdə istifadə olunan qabqacaq, qiyməti 250 manat olan 01 ədəd divan, 01 ədədinin qiyməti 5 manat olan 60 ədəd şifer, qiyməti 350 manat olan 01 ədəd evin giriş qapısı, 01 ədədinin qiyməti 200 manat olan 04 ədəd taxta pəncərə, 01 ədədinin qiyməti 150 manat olan 02 ədəd evin otaqlarının qapısı, qiyməti 250 manat olan içərisində usta alətləri olan 01 ədəd çantanın oğurlandığını aşkar etmişdir. Oğurluqla bağlı polisə şikayət etmişdir. Sonradan polis əməkdaşları ilə həyətinə baxış keçirmək üçün gələrkən bir nəfərin araba ilə oradan keçdiyini görmüşlər. Arabanı sürən şəxs onun həyətindən çıxmışdır. Polis əməkdaşları həmin şəxsi saxlamaq istəyəndə o, qaçıb getmişdir. Çəllək ona məxsus olmuşdur, onu 150 manata almışdır, zibilliyə necə qoyulduğunu bilmir. Həyətdə 54 ədəd şifer olmuş, onların 11-i qırıq vəziyyətdə olmuşdur. Həyətdə su kaçalkası olmuş, onu söküb aparmışlar. Ümumilikdə oğurluq nəticəsində ona 11760,00(on bir min yeddi yüz altmış) manat maddi ziyan dəymişdir. İlkin təhqiqat araşdlırması zamanı izahatında oğurluq hadisəsi nəticəsində ona dəymiş maddi ziyanı 10000,00 manat göstərsə də, lakin sonradan dəqiq hesabladıqdan sonra ona dəymiş maddi ziyanın 11760,00 manat olduğunu müəyyən etmiş və istintaq zamanı ona dəymiş maddi ziyanı ifadəsində 11760,00 manat göstərmişdir. Həmin ziyan indiyə qədər ödənilməmişdir. Buna görə də o, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 şikayətçidir, mülki iddia ilə məhkəməyə müraciət edərək onlardan müştərək qaydada maddi ziyana görə 11760,00 (on bir min yeddi yüz altmış) manat və 126,00 (yüz iyirmi altı) manat dövlət rüsumu olmaqla ümumilikdə 11886,00 (on bir min səkkiz yüz səksən altı) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir və hazırda mülki iddiasını müdafiə edir. Bunların nəzərə alınaraq mülki iddianın təmin edilməsini, dəymiş maddi ziyanın ödənilməsinə köməklik göstərilməsini və təqsirləndirilən şəxslərə törətdikləri əməlinə görə müvafiq cəza verilməsini xahiş edir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 göstərdi ki, o, Şüvəlan qəsəbəsində yaşadığı evin yaxınlığında metal qəbulu məntəqəsi işlədir. 2022-ci ilin iyul ayının əvvəllərindən başlayaraq axırlarınadək olan müddət ərzində Şüvəlan qəsəbəsində yaşayan əvvəldən tanıdığı Firuz və Zamir adlı şəxslər dəqiq sayı yadında qalmasa da dəfələrlə ona dəmir metal borular və digər metallar gətirərək satmışlar. Bundan başqa, həmin müddətdə su nasosu da gətirib ona satmışlar. O, onlardan gətirdikləri malların oğurluq olub-olmamasını soruşduqda ona bildirmişlər ki, özlərinə məxsusdur və öz həyətlərindən çıxardıb gətiriblər. O, da onlara inanmış və həmin metalları çəkib qiymətini hesablayıb onların pulunu vermişdir. Onların gətirdiyi dəmir metalların qiyməti 15-25 manat civarında olmuşdur. Firuz və Zamirin gətirdikləri su nasosuna görə onlarla əvvəlcə 50 manata razılaşsa da, üstündə pul az olduğuna görə sonda 47 manatla razılaşmış və özündə olan həmin pulu onlara vermişdir.Sonra polislər gəlmiş və qəbul etdiyi metalın oğurluq olduğunu bildirmişlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid3 göstərdi ki, 2022-ci ilin iyul ayının əvvəllərində sonradan adının Firuz olduğunu bildiyi şəxs qediyyat nömrəsini və markasını xatırlamadığı avtomobillə onun yaşadığı ünvana gələrək işlənmiş azbes şifer satdığını bildirmişdir. Ondan həmin şiferləri haradan əldə etdiyini soruşduqda o, Vüsala yaşadığı evinin damından sökdüyünü, evin damını yenisi ilə əvəz etdiyini, ona görə də sökülmüş şiferləri satmaq istədiyini bildirmişdir. Həmin şiferlərin oğurluq olmadığını bilib ondan qiymətini razılaşıb 23 ədəd işlənmiş azdes şifer almış və ona 40 manat pul vermişdir.Firuz həmin şiferləri onun yanına tək gətirmiş, maşından da tək boşaltmışdır.Təxminən bir həftə sonra isə Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları ona zəng edərək 1-ci PŞ-nə dəvət etmişlər və orada ona bildirilmişdir ki, onun Firuzdan aldığı şiferlər Firuz və onunla birlikdə olan Zamir adlı şəxslər tərəfindən Zərərçəkmiş şəxs məxsus Xəzər rayonu Şüvəlan qəsəbəsində yerləşən bağ evindən oğurlanmış şiferlər olmuşdur. Həmin şiferləri təhqiqata təqdim etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid1 göstərdi ki, o, yaşadığı evin həyətində metal qəbulu ilə, eyni zamanda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Qonşuluqdan tanıdığı Firuz onda çəllək olduğunu və metal qəbulu yerinə satmaq istədiyini demişdir. Firuzla birlikdə onun taksi maşını ilə gedərək çəlləyi götürmüşlər. Çəlləyi özü almaq istədiyini bildirmiş və razılaşdıqdan sonra Firuza 10 manat verərək çəlləyi götürmüşdür. Çəllək bağ evlərinin yaxınlığında yol kənarında olmuş, onun oğurluq olmağını bilməmişdir. Həmin çəllək 20-30 kq çəkisi və təxminən 7-8 manat dəyəri olmaqla köhnə olmuş və o, hazırda çəlləyi qaytarmışdır. Məhkəmə iclasında zərərçəkmiş şəxsin vəsatəti əsasında əlavə şahid qismində dindirilən Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru X9 göstərdi ki, Zərərçəkmiş şəxs ona məxsus bağ evinin həyətindən oğurluq edilməsi ilə bağlı polisə şikayəti ilə əlaqədar onunla birlikdə həyətinə baxış keçirmək üçün oraya gedəndə həyətdən bir nəfərin çıxıb araba ilə oradan keçdiyini görmüşlər. Onlar onu saxlamaq istəyəndə həmin şəxs arabanı maşının yanında atıb qaçmışdır. Həmin gün əvvəlcə Təqsirləndirilən şəxs1, sonra da Təqsirləndirilən şəxs2 saxlamışlar. Təqsirləndirilən şəxs1 ərazidə oğurluqlar etməsi barədə məlumat da olmuş və onu həmin ərazinin yaxınlığında saxlayıb Polis Şöbəsinə gətirmişlər. Orada Təqsirləndirilən şəxs1 oğurluq etdiyini etiraf etmiş və Təqsirləndirilən şəxs2la birlikdə oğurluq etdiyini bildirmişdir. Məhkəmə iclasında mütəxəssis qismində dindirilən Bakı şəhər Probasiya İdarəsinin icra məmuru X4 göstərdi ki, məhkum Təqsirləndirilən şəxs2 Əhəd oğlunun 05 iyul 2022-ci il tarixdən 29 iyul 2022-ci il tarixədək olan müddət ərzində hərəkət trayektoriyası izlənilən zaman onun Bakı şəhəri Xəzər rayonu Şüvəlan qəsəbəsi Ş/Dres yaşayış massivində yerləşən Şinci düşərgəsinin hasar ətrafı ərazisində olduğu müşahidə edilmişdir. Eyni zamanda iş materiallarında olan izləmə xəritəsindən də görünür ki, Təqsirləndirilən şəxs2 Əhəd oğlu hasar ətrafı ilə gedib-gəlir. Məhkum özündə olan telefonu başqa yerə qoya bilər, mobil qurğunu 7 dəqiqə qırağa qoysa, onlarda izləmə itir və məlumat gəlmir. İş materiallarında olan və Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimçi düşərgəsinin yaxınlığında yerləşən bağ evinin həyətində olan 01 ədəd dəmir çəllək Bakı şəhəri Xəzər rayonu Şüvəlanqəsəbəsi Ş/Dres yaşayış massivi Dənizkənarı küçəsi ev 9 A-da qeydiyyatda olan və yaşayan Şahid1 satılmış və sübut əhəmiyyəti kəsb etdiyindən Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyev tərəfindən götürülmüş və istintaqa təqdim edilmişdir. İş materiallarında olan və Xəzər RPİ-nin 1-ci PŞ-nin təhqiqatçısı polis baş leytenantı Elvin Hacıyev tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, vət.Zərərçəkmiş şəxs məxsus Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Şimçi düşərgəsinin yaxınlığında yerləşən bağ evinin həyətində olan talvarın damının oğurlanmış azbes şiferlərinin 23 ədədi Bakı şəhəri Xəzər rayonu Mərdəkan qəsəbəsi Qartal Balası düşərgəsində yaşayan X1 və sübut əhəmiyyəti kəsb etdiyindən Xəzər RPİnin 1-ci PŞ-nin təhqiqatçısı, polis baş leytenantı Elvin Hacıyev tərəfindən götürülmüş və istintaqa təqdim edilmişdir. İş materiallarında olan əşyaların mütəxəssisə təqdim edilməsi haqqında xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, iş üzrə təyin edilmiş mütəxəssis X12 ona təqdim olunmuş 01 ədəd diametri 60 sm və hündürlüyü 90 sm olan dəmir çəlləyin qiyməti istismar olunmasını nəzərə alıb orta bazar qiyməti ilə 110,00 (yüz on) manat və 01 ədəd 120x180 sm ölçüdə olan azbes şiferinin qiyməti istismar olunmasını nəzərə alıb orta bazar qiyməti ilə 3,00 (üç) manat dəyərində qiymətləndirildiyini bildirmişdir. İş materiallarında olan Ədliyyə Nazirliyinin Probasiya Xidmətindən daxil olmuş xx.xx.2022ci il tarixli 21/1-585 nömrəli məktubuna əlavə edilmiş Probasiya qeydiyyatında olan məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək hərəkət trayektoriyasına dair elektron monitoriq sistemindən çıxarışlardan görünür ki, sənədlərin hər biri məhkum Təqsirləndirilən şəxs2hədəli oğlunun xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək olan hərəkət trayektoriyasını göstərir. Hərəkət trayektoriyasına dair qeyd olunmuş məkanlar nəzərdən keçirilərkən müəyyən olunur ki, Təqsirləndirilən şəxs2hədəli oğlunun 2022-ci ilin iyul ayının 05dən 29-dək olan müddətdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində olmuşdur. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs2 oğurluq cinayəti əməllərini 2022-ci ilin iyul ayının 05-dən həmin ayın 29-dək olan müddətdə törətmişdir. Həmçinin Təqsirləndirilən şəxs2hədəli oğlu Xəzər rayonu, Şüvəlan qəsəbəsi ərazisində yaşamasına baxmayaraq, onun yaşadığı ərazi ilə oğurluq etdiyi ərazilər üst-üstə düşür. İş materiallarından görünür ki, istintaqa təqdim edilmiş 01 ədəd dəmir çəllək və 23 ədəd azbes şiferlər iş üzrə mühüm əhəmiyyət kəsb etdiyi üçün maddi sübut kimi tanınmış, mütəxəssis rəyi alındıqdan sonra məhkəmənin qərarınadək saxlanılması üçün Xəzər RPİ-nin saxlanc yerinə təhvil verilməsi nəzərə alınmışdır. İş materiallarından görünür ki, Təqsirləndirilən şəxs1 himayəsində bir azyaşlı uşağı vardır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 barəsində Bakı şəhəri Xəzər RPİ-nin İŞdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə istintaqı aparılan ********* saylı cinayət işi xx.xx.2022-ci il tarixdə baxılması üçün məhkəməyə göndərilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-113/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 2 (iki) il 6 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasısaxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 26 dekabr 2022-ci il tarixli 21-1/151979/17 saylı məktubdan görünür ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-113/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin edilmiş 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası icra olunmamışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs1 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 23 avqust 2022-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2hədəli oğlu əvvəllər Bakı şəhəri Nizami Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 1 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığı məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək barəsində 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş, CM-nin 69.3-cü maddəsinə əsasən üzərində qəti olaraq 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasısaxlanılmışdır. İş materiallarında olan Bakı şəhər Probasiya İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış 19 dekabr 2022-ci il tarixli 21-1/3-22307/18 saylı məktubdan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək CM-nin 69.3-cü maddəsinə əsasən 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsi barədəBakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmü və onun icrası barədə hakimin xx.xx.2022ci il tarixli göstərişi xx.xx.202022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinin icraatına daxil olmuşdur. Məhkum Təqsirləndirilən şəxs2 xx.xx.2022-ci il tarixdə Bakı şəhər Probasiya İdarəsinə gələrək qeydiyyatdan keçmiş və cəzanın əvvəli həmin tarixdən hesablanmışdır. Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs2hədəli oğlu barəsində həbs qətimkan tədbiri seçilmiş və həbsetmənin əvvəli xx.xx.2022-ci il tarixdən hesablanmışdır. Bu səbəbdən məhkum Təqsirləndirilən şəxs2 cəza müddətinin axımı xx.xx.2022ci il tarixdə dayandırılmışdır. Məhkum Təqsirləndirilən şəxs2 Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmü ilə ona təyin edilmiş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının xx.xx.2022ci il tarixədək 1 (bir) ay 14 (on dörd) gün hissəsini çəkmiş, 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün hissəsi çəkilməmiş qalmışdır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs2 məhkumluğu ödənilməmişdir (götürülməmişdir). Azərbaycan Respublikası CM-nin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməllərinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətməsi onun özünün qismən etirafedici ifadəsi ilə yanaşı zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Bundan başqa, Təqsirləndirilən şəxs1 məhkəmə baxışı zamanı verdiyi ifadəsində Polis Şöbəsinə gətirildikdən sonra ona fiziki təzyiq göstərilməsini, döyülməsini göstərsə də, bu barədə heç kimə və heç bir yerə şikayət etməmiş, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmiş, əksinə, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-336/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, həmin vaxt o, törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkdiyiniu, istintaqdan yayınmayacağını bildirmiş və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1 məhkəmə iclasında özünü qismən təqsirli bilməsi, zərərçəkmiş şəxsə məxsus olub ittiham aktında göstərilən əmlakların hamısını deyil, bir qismini oğurlaması, oğurluğu tək törətməsi, oğurluq zamanı Təqsirləndirilən şəxs2 onunla birlikdə olmaması barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və həm özünü, həm də Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən yayındırmaq məqsədi güdür. Məhkəmə biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara hüquqi qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında özgənin xeyli miqdarda əmlakını gizli olaraq talayaraq oğurluq cinayətini törətməsini məhkəmə baxışı zamanı etiraf etməsə də, onun ifadəsi özünün ibtidai araşdırma zamanı verdiyi ilkin izahat və ifadələri, zərərçəkmiş şəxsin, şahidlərin ifadəsi və cinayət işinin digər materialları ilə də tamamilə təkzib edilmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs2 məhkəmə baxışı zamanı verdiyi ifadəsində Polis Şöbəsinə gətirildikdən sonra ona hədə-qorxu gəlinməsini göstərsə də, bu barədə heç kimə və heç bir yerə şikayət etməmiş, həmçinin, barəsində həbs qətimkan tədbiri seçilərkən bu barədə hakimə də heç nə bildirməmiş, əksinə, barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə iş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 4(003)-337/2022 saylı xx.xx.2022-ci il tarixli qərarından göründüyü kimi, həmin vaxt o, törətdiyi əməli qismən etiraf edərək peşmançılıq çəkdiyiniu, istintaqdan yayınmayacağını bildirmiş və vəsatətin təmin olunmamasını xahiş etmişdir. Məhkəmə Təqsirləndirilən şəxs2 məhkəmə iclasında özünü təqsirli bilməməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünümüdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Təqsirləndirilən şəxs1 cinayət əməli Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 cinayət əməli Azərbaycan Respublikası CM-nin177.2.1,177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir və onlar törətdikləri cinayətlərə görə cəza almalıdırlar. Məhkəmə Təqsirləndirilən şəxs1 törətdiyi əməli qismən etiraf edərək peşman olmasını, himayəsində bir azyaşlı uşağının olmasını Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən - Azərbaycan Respublikası CM-nin 59-cu maddəsində nəzərdə tutulmuş hallar yoxdur. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran – Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin edərkən Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onların törətmiş olduqları cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarların şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirənhalları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxslərin islah olunmasına və onların ailələrinin həyat şəraitinə, onların şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alır. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə Təqsirləndirilən şəxs1 cəzasını yüngülləşdirən halları və cəzasını ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-113/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasıCM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla1 (bir) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-113/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 4 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs1 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəzasını çəkməsinin əvvəli tutulduğu 30 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 cəzasını yüngülləşdirən və ağırlaşdıran halların olmamasını nəzərə alaraq ona Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla1 (bir) il 5 (beş) ay7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilməlidir. Azərbaycan Respublikası CM-nin 67.1-ci maddəsinə əsasən hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Qanunvericiliyin qeyd olunan müddəasına əsasən məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə hökmlərin məcmusu üzrə cəza təyin edilməli, Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün hissəsi CM-nin 68.1.1-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 5 (beş) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda hesab edir ki, Təqsirləndirilən şəxs2 cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 30 iyul 2022-ci il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədənsaxlanılmalıdır. Maddi sübutlar - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd dəmir çəllək və 23 ədəd azbes şifer hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılmalıdır. Azərbaycan Respublikası CPM-nin 179.1, 179.2 və 179.3-cü maddələrinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur, mülki-prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir, mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası CPM-nin 181.1-ci maddəsinə əsasən əmlakına vurulmuş ziyana görə fiziki və hüquqi şəxs cinayət mühakimə icraatı zamanı aşağıdakı hallarda mülki iddia verməyə haqlıdır: - ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda; ziyan cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsi ilə əlaqədar vurulduqda. Azərbaycan Respublikası CPM-nin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 qarşı mülki iddia ilə məhkəməyə müraciət edərək mülki iddianın təmin edilməsini, onlardan müştərək qaydada maddi ziyana görə 11760,00 (on bir min yeddi yüz altmış) manat və 126,00 (yüz iyirmi altı) manat dövlət rüsumu olmaqla ümumilikdə 11886,00 (on bir min səkkiz yüz səksən altı) manatın tutularaq ona ödənilməsini xahiş etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs mülki iddianı müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs1 mülki iddianın məbləğinin şişirdildiyini göstərdi və mülki iddianı qismən etiraf etdi. Məhkəmə iclasında təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs2 oğurluqda iştirak etmədiyini bildirdi və mülki iddianı etiraf etmədi. Azərbaycan Respublikası MPM-nin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə belə nəticəyə gəlir ki, mülki iddia təmin edilməli, təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyana görə 11760,00 (on bir min yeddi yüz altmış) manat və 126,00 (yüz iyirmi altı) manat dövlət rüsumu olmaqla ümumilikdə 11886,00 (on bir min səkkiz yüz səksən altı) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olubolmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs1 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə və Təqsirləndirilən şəxs2 CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 dövlət hesabına hüquqlarını ibtidai istintaqda və məhkəmədə müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi1, X3, X6 və X2 Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194-cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 47 iş saatına görə (ibtidai istintaq zamanı 20 saat və məhkəmə baxışı zamanı 27 saat) cəmi 282,00 (iki yüz səksən iki) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2hədəlioğlunun hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 20 iş saatına görə 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 29 iş saatına görə 114,00 (bir yüz on dörd) manat olmaqla, ümumilikdə 636,00 (altı yüz otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə ekspertiza xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-349, 351, 356 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1.-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 01 iyun 2022-ci il tarixli 1(003)-113/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs1 təyin olunmuş və tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 02 (iki) il 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası CM-nin 68.1.1-1ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 2 (iki) ay 13 (on üç) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası CM-nin 67.1 və 68.1.1-1-ci maddələrinə əsasən Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 19 aprel 2022-ci il tarixli 1(003)-182/2022 saylı hökmü ilə Təqsirləndirilən şəxs2 təyin olunmuş 2 (iki) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası tutulduğu 30 iyul 2022-ci il tarixə çəkilməmiş qalan 2 (iki) il 10 (on) ay 14 (on dörd) gün hissəsi Azərbaycan Respublikası CM-nin 68.1.1.-1-ci maddəsinə əsasən 02 (iki) gün azadlığın məhdudlaşdırılması cəzasına 01 (bir) gün azadlıqdan məhrum etmə cəzası hesabı ilə hesablanmaqla əvəz edilmiş 1 (bir) il 5 (beşı) ay 7 (yeddi) gün müddətə azadlıqdan məhrum etmə cəzası hazırkı hökmlə təyin olunmuş 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilməklə ona qəti olaraq 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzasını çəkməsinin əvvəli tutulduğu 30 iyul 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Maddi sübutlar - Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmiş 01 ədəd dəmir çəllək və 23 ədəd azbes şifer hökm qanuni qüvvəyə mindikdən sonra zərərçəkmiş şəxsə qaytarılsın. Mülki iddia təmin edilsin. Təqsirləndirilən şəxslər və mülki cavabdehlər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 müştərək qaydada maddi ziyana görə 11760,00 (on bir min yeddi yüz altmış) manat və 126,00 (yüz iyirmi altı) manat dövlət rüsumu olmaqla ümumilikdə 11886,00 (on bir min səkkiz yüz səksən altı) manat tutularaq zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ödənilsin. Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi1 tərəfindən Təqsirləndirilən şəxs1 hüquqlarının ibtidai istintaq zamanı və məhkəmədə müdafiə edilməsinə görə 282,00 (iki yüz səksən iki) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 120,00 (bir yüz iyirmi) manat, Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi2 tərəfindən Təqsirləndirilən şəxs2 hüquqlarının məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə 114,00 (bir yüz on dörd) manat olmaqla, ümumilikdə 636,00 (altı yüz otuz altı) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx"ASCXəzərfilialı, kod 200178,VÖEN **********, m/hAZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesabAZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-57/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-57/2023
16.11.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver