Məhkəmə qərarları › İş №1(003)-57/2024

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-57/2024

20.09.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-57/2024 20.09.2024 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, məhkəmə iclasının katibi Musazadə Xanım Yaşar qızının katibliyi, dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, zərərçəkmiş şəxslər X2 və Zərərçəkmiş şəxs1, müdafiəçi – Bakı şəhəri 8 saylı Vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1989-cu il tarixdə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında yaşamış, barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-508/2023 saylı 28 dekabr 2023-cü il tarixli Qərarı ilə dəyişdirilərək həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli tutulduğu 09 sentyabr 2024-ci il tarixdən hesablanan və hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan - - Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İttiham aktına əsasən Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirmişdir. Belə ki, Təqsirləndirilən şəxs özgənin əmlakını etibardan sui-istifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə X4 Səhiyyə Nazirliyində tanışının olduğunu bildirməklə tibb bacısı olaraq işə düzəldəcəyi barədə, həmçinin zərgər olmasını və qızıl-zinət əşyalarını təmir edəcəyini yalandan vəd verib aldatmış, Təranə Şabanova 23 mart 2022-ci il tarixdə saat 12:17-də Bakı şəhəri, Nizami rayonu, K.Balakişiyev küçəsi, “Bolmart” mağazasında fəaliyyət göstərən ödəniş terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs məxsus hesaba 2000 manat ödəmiş, 2022-ci ilin aprel ayında Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində Təqsirləndirilən şəxs sonuncunun yaşadığı evin qarşısında ümumi dəyəri 3500 manat olan 01 ədəd 750 əyarlı qadın qızıl qolbağı və qadın qızıl boyunbağını vermiş, Təqsirləndirilən şəxs verdiyi vədə əməl etməyərək 2000 manat pulu və 3500 manat dəyərində qızıl-zinyət əşyalarını ələ keçirərək X4 5500 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən özgənin əmlakını etibardan suiistifadə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə vahid niyyətlə əhatə olunmuş qəsdlə Zərərçəkmiş şəxs1 Turkiyə Respublikasından qızıl-zinət əşyaları və gümüş bijuteriya sifariş verəcəyinə dair yalandan vəd verib, həmçinin verilən sifarişin karqo xidmətindən və anbardan tez vaxtda çıxarılacağını bildirib yalandan vəd verib aldatmış, Zərərçəkmiş şəxs1 18 may 2022-ci il tarixdə saat 11:32-də ünvan 2 ünvanında yerləşən ödəniş terminalı vasitəsi ilə 588 manat, həmin günü saat 12:32-də Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsində yerləşən “Andromed” klinikasında yerləşən ödəniş terminalı vasitəsi ilə 500 manat, 19 may 2022-ci il tarixdə saat 15:17-də ünvan 2 ünvanında yerləşən ödəniş terminalı vasitəsi ilə 350 manat, 25 may 2022-ci il tarixdə saat 13:09-da ünvan 3 ünvanında yerləşən ödəniş terminalı vasitəsi ilə 650 manat, 10 iyun 2022-ci il tarixdə saat 09:33-də Bakı şəhəri, Xəzər rayonu, S.Yesenin küçəsində yerlşən Elvin marketdə yerləşən ödəniş terminalı vasitəsi ilə 1500 manat, 25 iyun 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşadığı evdə mobil telefon vasitəsi 200 manat, 05 iyul 2022ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşadığı evdə mobil telefon vasitəsi 719 manat, 05 avqust 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şağan qəsəbəsində yaşadığı evdə mobil telefon vasitəsi 774 manat olmaqla Təqsirləndirilən şəxs məxsus hesaba cəmi 5281 manat ödəmiş, Təqsirləndirilən şəxs verdiyi vədlərə əməl etməyərək pulu ələ keçirərək Zərərçəkmiş şəxs1 5281 manat məbləğində, yəni xeyli miqdarda ziyan vurmaqla dələduzluq etmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlləri məhkəmədə tədqiq edilmiş, onun, zərərçəkmiş şəxslərin ifadələri, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilən Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək göstərdi ki, o, ibtidai istintaq zamanı verdiyi ifadəsində özünü təqsirli bilərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 tanıyır. Normal münasibəti olmuşdur. Zərərçəkmiş şəxs1 2022-ci ilin may ayında ona müraciət edərək ucuz qiymətə qızıl almaq niyyətində olduğunu bildirmiş və ona köməklik etməsini xahiş etmişdir. O, razılaşaraq əvvəlcə Sabinadan 2088 manat pul almışdır ki, qızıl sifariş verib ona verəcək. Lakin qızılı Sabinaya verməyərək “qızılı lombarda qoyub pul götürmüşəm” deyib söz vermişdir ki, qısa müddətdə pulu ödəyib qızılları çıxarıb ona təhvil verəcək. Həmin vaxt isti münasibəti olduğundan Sabina ona inanmış, sonra söhbət əsnasında bildirmişdir ki, Türkiyədən bijuteriya sifariş vermək istəyir. O da kömək edəcəyini demiş, bu məqsədlə Sabinadan ayrı-ayrı vaxtlarda təxminən 5000 manatdan çox pul almışdır. Həmin pulun bir hissəsini Sabina ilə başqa-başqa adamların adından vatsapda mesajlaşaraq göndərməsinə nail olmuşdur. Sabina pulun bir hissəsini verdikdən sonra ondan malların niyə gəlmədiyini soruşanda və tələb edəndə, o, istifadəsində olan başqa nömrələri verib müxtəlif adlarla həmin nömrələrdən vatsapla Sabina ilə mesajlaşaraq, malın gömrükdə olduğunu və karqo üçün əlavə pulun tələb olunduğunu deyirmiş. Mesaj yazdığı üçün Sabina həmin vaxt onunla danışdığını bilmirmiş və onun göndərdiyi hesablara əlavə pullar göndərirmiş ki, malları gəlib çıxsın. Pulların hamısını kart hesablarına göndərmişdir. Bundan başqa, Təranə Şabanova iş elanında yerləşdirdiyi satıcı axtarılması barədə elandan onun nömrəsini götürüb ona zəng vurmuşdur. Təxminən 2022-ci ilin mart ayında tanış olmuşlar. Söhbət zamanı Təranə tibb bacısı olmasını və iş axtarmasını demiş, o, ona bildirmişdir ki, guya Səhiyyə Nazirliyində tanışı var və onu tibb bacısı olaraq işə düzəltmək barədə vəd vermişdir. 2022-ci ilin mart ayında tibb bacısı işinə düzəltmək üçün kartına Təranə 2000 manat pul göndərmişdir. Həmçinin Təranəyə zərgər olduğunu demişdir. Həmin ərəfədə Təranə Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində ona qızıl boyunbağı və qızıl qolbağını vermişdir ki, təmir etsin. O, həmin günü düzəldib qızılları qaytaracağını bildirmişdir. Lakin pula ehtiyacı olduğundan həmin qızılları tanımadığı şəxsə satmışdır. Sonradan 200 manat Təranəyə qaytarsa da, qalan pulu qaytara bilməmişdir. Etdiyi əməldən peşmandır və hazırda söz verir ki, hər iki şəxsə vurduğu ziyanı ödəyəcəkdir. Hazırkı açıq məhkəmə iclasında əsil həqiqəti söyləyir və bildirir ki, Təranə Şabanova ilə sosial şəbəkə vasitəsilə tanış olmuş və onunla qeyri-rəsmi ər-arvad münasibətində olmuşdir. Ona 2000 manat pul borc lazım olmuş və həmin pulu Təranə xanımdan almış, sonra da qaytarmışdır. Onunla Təranə xanımın arasında işə düzəltmə söhbəti olmamışdır. Zərərçəkmiş şəxs1 ilə də qeyri-rəsmi yaşamışdır. Birgə yaşadıqları dövrdə ondan 4000 manat pul almış, həmin puldan 450 manat qaytarmışdır. Onunla Sabina xanımın arasında qızıl-zinyət əşyalarının alış-satış söhbəti olmamış, həmçinin Sabina xanıma ona qızıl gətirəcəyi barədə heç bir vəd verməmişdir. Məhkəmə tərəfindən vaxt verilərsə, qalan pulunu da Sabina xanıma qaytaracaqdlr. Bütün bunların nəzərə alınaraq ona yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən X5 göstərdi ki, 2022-ci ilin mart ayında internet saytında iş elanı görmüş, həmin elandan tibb bacısı axtarıldığını öyrənmişdir. Elanda göstərilmiş telefon nömrəsi ilə əlaqə saxlayaraq işə düzəlmək istədiyini bildirmişdir. Özünü Yusif kimi təqdim edən şəxs onu tibb bacısı işinə düzəldəcəyinə vəd verərək bunun müqabilində 2000 manat pul istəmişdir. 2022-ci ilin mart ayında Nizami rayonu K.Balakişiyev küçəsində yerləşən “Bolmart” mağazasında Yusifin ona göndərdiyi hesab nömrəsinə 2000 manat pulu göndərmişdir. Bundan sonra Yusiflə aralarında münasibət yaranmışdır. Söhbət əsnasında Yusif zərgər olduğunu bildirmişdir. 2022-ci ilin aprel ayında o, özünə məxsus boyunbağını digər qolbağı ilə eyniləşdirmək üçün Yusifə vermişdir. Lakin Yusif sonradan həmin boyunbağını da qaytarmamışdır. O, hər dəfə Yusifdən pulu və qızılı qaytarmasını tələb etsə də, Yusif müxtəlif bəhanələr edərək qaytarmamışdır. O da məcbur olub polisə şikayət etmişdir. Yusif ona ümumilikdə 5500 manat pul qaytarmalıdır, belə ki, o, Yusifə 2000 manat nağd pul, 3500 manat dəyərində isə qızıl vermişdir. Yusif ona cəmi 700-750 manat pul qaytarmışdır. Yusiflə bir yerdə yaşamamışdır, onu cəmi bir ay tanımışdır, aralarında qeyri-rəsmi heç nə olmamışdır, Yusifin bu barədə dedikləri yalandır. Yusifə qarşı şikayətçidir, ona dəymiş ziyanın ödənilməsini tələb edir. Məhkəmənin əvvəlki iclasında zərərçəkmiş şəxs qismində dindirilən Zərərçəkmiş şəxs1 göstərdi ki, o, Təqsirləndirilən şəxsla 2022-ci ilin may ayında iş axtararkən internetdə tanış olmuşdur, onunla sevgili olmamışdır. Yusiflə 10 gün danışdıqdan sonra o, ona Əcəmidə qızıl satışı ilə məşğul olduğunu demişdir. O, Yusifə internetdən bəyəndiyi qızıl modellərinin şəklini göndərərək həmin qızılarldan gətirməsini xahiş etmiş, bunun müqabilində onun kart hesabına pul da göndərmişdir. Buna qədər Yusiflə onun evində görüşmüşdür. Qızıl məsələsinə qədər Yusif ona iş təklif etmiş, lakin nə iş olduğunu deməmişdir. Daha sonra Yusifdən bijuteriya gətirməsini xahiş etmiş və kartına pul göndərmişdir. Qızıllara görə Yusiflə 2880 manata razılaşmış, həmin pulu ona hissə-hissə göndərmişdir. Yusifə ümumilikdə may ayından avqust ayına kimi 5281 manat pul vermişdir. Pulu Yusifə sırf mala görə vermiş, lakin Yusif onu aldadaraq nə qızılları, nə də ki, pulu qaytarmamışdır. Həmin ərəfədə Yusif ona heç nə verməmişdir. O, Yusifə inanmışdır, Yusif onu heç nə ilə şantaj etməmişdir. Yusiflə bir yerdə yaşamamışdır, onu cəmi bir ay tanımışdır, aralarında qeyri-rəsmi heç nə olmamışdır, Yusifin bu barədə dedikləri yalandır. Yusif ona cəmi 500 manat pul qaytarmışdır. Yusifə qarşı şikayətçidir, ona dəymiş ziyanın qaytarılmasını tələb edir. Zərərçəkmiş şəxs1 19 sentyabr 2024-cü il tarixdə məhkəməyə ərizə ünvanlayaraq göstərmişdir ki, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Ona dəymiş 5281 manat məbləğində zərərdən 500 manat ödəniş olsa da, qalan 4781 manat zərərin ödənilməsini ondan tələb edir. İşi ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilməməyini nəzərə alaraq işə onun iştirakı olmadan baxılmasını xahiş edir. Təqsirləndirilən şəxsə hər hansı cəzanın verilib-verilməməsini məhkəmənin mülahizəsinə buraxır. İş materiallarında olan 25 mart 2023-cü il tarixli üzləşdirmə protokolundan görünür ki, zərərçəkmiş şəxs X5 Təqsirləndirilən şəxs ilə üzləşdirilərkən onlar ifadələrində qeyd etdikləri xüsusatları bir-birilərinin üzlərinə deyərək bir daha təsdiq etmişlər. İş mateiallarında olan və zərərçəkmiş şəxs X5 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 26 aprel 2023-cü il tarixli ərizədən görünür ki, Təqsirləndirilən şəxs ondan aldığı 5281 (beş min iki yüz səksən bir) manatı tam ödədiyi üçün şikayəti və ya tələbi yoxdur. İş mateiallarında olan və zərərçəkmiş şəxs X5 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 13 may 2023-cü il tarixli ərizədən görünür ki, o, bundan əvvəl Təqsirləndirilən şəxs ondan aldığı 5281 (beş min iki yüz səksən bir) manatı tam ödəməsi barədə ərizə yazmışdır. Bildirir ki, əslində Təqsirləndirilən şəxs ona cəmi 750 manat pul ödəmiş, qalan pulu ödəməmişdir. Odur ki, pulunun qalan hissəsinin ödətdirilməsini xahiş edir. İş mateiallarında olan və zərərçəkmiş şəxs X5 tərəfindən yazılaraq məhkəməyə ünvanlanmış 21 avqust 2023-cü il tarixli ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs qarşı şikayətçidir. Təqsirləndirilən şəxs ona dəymiş zərərdən 700 manat ödəniş etmiş, 4800 manat borcu qalmışdır və həmin məbləği ödəməsini ondan tələb edir. Ailə vəziyyəti ilə əlaqədar olaraq növbəti məhkəmə iclaslarında iştirak edə bilməyəcəkdir və işə onun iştirakı olmadan baxılmasına etiraz etmir. Cəza ilə bağlı isə Təqsirləndirilən şəxs ağır cəza verilməsini xahiş edir. İş materiallarından görünür ki, törətdiyi cinayət əməlinə görə 21 noyabr 2022-ci ildə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb olunmasına dair qərar qəbul olunmuş, lakin qaçıb gizləndiyindən, ittiham elan etmək mümkün olmamışdır, odur ki, 21 noyabr 2022-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində axtarış elan olunaraq cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPM-nin 53.1.3 maddəsinə əsasən dayandırılmışdır. İş materiallarından görünür ki, 20 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq gəldiyi üçün cinayət təqibi üzrə icraat təzənərək ona Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə nəzərdə tutulmuş ittiham elan olunmuş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, ********* saylı cinayət işi Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərov tərəfindən xx.xx.2022-ci il tarixdə başlanaraq icraata qəbul olunmuş, xx.xx.2022-ci il tarixdə cinayət təqibi üzrə icraat Azərbaycan Respublikası CPMnin 53.1.3 maddəsinə əsasən dayandırılmış, xx.xx.2023-cü il tarixdə icraat təzələnərək Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsindən həmin Məcəllənin 178.2.4-cü maddəsinə tövsif olunaraq sonuncu həmin maddələrlə təqsirləndirilən şəxs qismində cəlb olunaraq ittiham elan olunmuş və barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Suraxanı RPİ-nin İŞ-nin müstəntiqi Cavid İskəndərov tərəfindən ********* saylı cinayət işi aidiyyəti üzrə Xəzər RPİnin İŞ-nə göndərilmiş, xx.xx.2023-cü il tarixdə cinayət işi icraata qəbul olunaraq ********* saylı cinayət işi ilə bir icraatda birləşdirilmişdir. İş materiallarından görünür ki, xx.xx.2023-cü il tarixdə Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsindən həmin Məcəllənin 178.2.2 və 178.2.4-cü maddələrinə tövsif olunaraq ona həmin maddə ilə yenidən ittiham elan olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-508/2023 saylı 06 iyul 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin hazırlıq iclaslarının vaxtı və yeri barədə bir neçə dəfə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarından görünür ki, 26 iyul 2023-cü il tarixdə Təqsirləndirilən şəxs könüllü olaraq gəldiyi üçün məhkəmənin 1(003)-508/2023 saylı 26 iyul 2023-cü il tarixl qərarı ilə cinayət təqibi üzrə icraat təzənərək barəsində əvvəl seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri qüvvədə saxlanılmışdır. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 1(003)-508/2023 saylı 28 dekabr 2023-cü il tarixli Qərarından görünür ki, Təqsirləndirilən şəxs məhkəmənin baxış iclaslarının vaxtı və yeri barədə bir neçə dəfə rəsmi qaydada xəbərdar edilməsinə baxmayaraq, o, məhkəmə iclaslarına heç bir üzrlü səbəb olmadan gəlmədiyinə görə barəsində seçilmiş başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri dəyişdirilərək həbs qətimkan tədbiri seçilməklə axtarış elan edilmişdir. İş materiallarında olan Xəzər RPİ-nin 1-ci PŞ-nin məhkəməyə ünvanladığı 09 sentyabr 2024-cü il tarixli 3-13-45-1/2-9350 saylı məktubdan görünür ki, barəsində 18 yanvar 2024-cü il tarixdə axtarış işi açılmış Təqsirləndirilən şəxs 09 sentyabr 2024-cü il tarixdə Bakı şəhəri Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən Suraxanı qəsəbəsində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasına təhvil verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası DİN BƏSİİ-dən alınmış 09 fevral 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 15 noyabr 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CMnin 182.1-ci maddəsi ilə təqsirli bilinərək 3 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 21 may 2019-cu ildə cəzasının sonu ilə azad edilmiş, barəsində Bakı şəhəri Xəzər RPİ-nin İŞ-də Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə ********* saylı cinayət işinin istintaqı aparılır. Göründüyü kimi, Azərbaycan Respublikası CM-nin 83.3.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs hazırda məhkumluğu olmayan şəxsdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş biri-digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə biri digərini tamamlayan və işin faktiki hallarına uyğun gələn sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs etibardan sui-istifadə və aldatma yolu ilə təkrarən özgənin xeyli miqdarda əmlakını ələ keçirməsi zərərçəkmiş şəxslərin ifadələri, həmçinin cinayət işinin digər materialları ilə tam sübuta yetirilir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilmiş, ifadəsində öz müdafiəsi üçün dəlil gətirərək X1 2000 manat pulu işə düzəltmək üçün deyil, borc aldığını, qızıl-zinyət əşyaları ümumiyyətlə almadığını bildirmiş, lakin onun Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4 maddələri ilə nəzərdə tutulmuş cinayəti törətməsi onun özünün ilkin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin ifadələri, üzləşdirmə istintaq hərəkətləri və digər mötəbər sübutlarla sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqında özünü qismən təqsirli bilməsi barədə verdiyi ifadəyə tənqidi yanaşaraq hesab edir ki, onun bu məzmunda ifadə verməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yayınmaq məqsədi güdür. Məhkəmə belə nəticəyə gəlir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs əməlləri ibtidai istintaq orqanı tərəfindən düzgün olaraq Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə tövsif edilmişdir və o, həmin maddələrlə təqsirli bilinərək barəsində ittiham hökmü çıxarılmalıdır. Məhkəmə, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərə vurduğu ziyanı qismən ödəməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə, Təqsirləndirilən şəxs cəza təyin edərkən, Azərbaycan Respublikası CMin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu cinayətlərin xarakterini, ictimai-təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiqini, təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə, psixi inkişaf səviyyəsinə, onun şəxsiyyətinin digər xüsusiyyətlərinə təsirini nəzərə alaraq ona təqsirli bilindiyi Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsini qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikası CPM-nin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını Azərbaycan Respublikası CM-nin 56.1.2-cü maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, cəza çəkməsinin əvvəli tutulduğu 09 sentyabr 2024-cü il tarixdən hesablanmalı, barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir. Məhkəmə eyni zamanda qeyd edir ki, cinayət işi üzrə zərərçəkmiş şəxslər tərəfindən maddi ziyanın mövcudluğu göstərilsə də, təqsirləndirilən şəxsə qarşı belə bir tələb irəli sürülmədiyindən, həmin ziyanın tutulması barədə hər hansı qərar qəbul edilə bilməz. Ona görə də məhkəmə hesab edir ki, zərərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilməlidir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs hüquqlarını dövlət hesabına ibtidai istintaq zamanı və məhkəmədə müdafiə etmiş 8 saylı Vəkil Bürosunun vəkilləri X3 və Müdafiəçi Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının Dövlət Büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 30 iş saatına görə 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 30 iş saatına görə 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsi hesabından Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə maddi sübut və ekspertiza xərci yoxdur, mülki iddia verilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası CPM-in 197-198, 344-349, 351-353, 356-358 və 383-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə h ö k m e t d i: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətməkdə təqsirli bilinsin və ona 2 (iki) il 6 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli 09 sentyabr 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Zərçəkmiş şəxslərə hökm qanuni qüvvəyə mindikdən sonra təqsirləndirilən şəxsə qarşı mülki mühakimə icraatı qaydasında iddia ilə məhkəməyə müraciət etmək hüquqlarının olması izah edilsin. Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaqda müdafiə edilməsinə görə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun X3 180,00 (yüz səksən) manat, məhkəmə baxışı zamanı müdafiə edilməsinə görə isə Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 180,00 (yüz səksən) manat olmaqla ümumilikdə 360,00 (üç yüz altmış) manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 8 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə təqdim olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Əkrəm Qəhrəmanov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar