Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-57/2025 05.03.2025 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Cəfərzadə İlham Nizami oğlunun sədrliyi, Qurbanov Cəlal Əli oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, onun nümayəndəsi-fərdi qaydada fəaliyyət göstərən vəkil Nümayəndə, Müdafiəçi – “Mirzəyev və Partnyorları” vəkil bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs xx.xx.1975-ci ildə Abşeron rayonu, Xırdalan şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, ali təhsilli, ünvan 1 ünvanında qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətin Bakı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6 və 151-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, qapalı məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, həmçinin işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Belə ki, Təqsirləndirilən şəxs cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə yüngül həyat tərzi keçirən qadınları pul müqabilində özünə məxsus mənzilə və fərdi yaşayış evinə dəvət edib əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 2021-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər olan müddətdə mütəmadi olaraq dəfələrlə, sonuncu dəfə 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında eyş-işrət məclisləri təşkil edərək rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə sevgi münasibətlərində olduğu Şahid12 və şəxsiyyəti istintaqa məlum olmayan digər qadınlarla cinsi əlaqədə olduğu vaxt Zərərçəkmiş şəxs iradəsi ziddinə onun bədəninin intim nahiyələrinə toxunmaq, öz kişi cinsiyyət üzvünü ağız boşluğuna daxil etmək, intim geyimlər geyinməklə intim əşyalardan özünə və digərlərinə qarşı istifadə etmək, həmin qadınlarla intim xarakterli digər hərəkətlər etmək kimi təkrarən seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etdiyi əxlaqsız və intim təkliflərə bəzən rədd cavabı almasını, guya müxtəlif qadınlar və kişilərlə onun məlumatı olmadan intim münasibətlərdə olub ona xəyanət etməsini, birgə və əvvəlki nikahlarından olan övladlarına qarşı kobud davranmasını bəhanə edib əsassız qısqanclıq və qisas zəminində vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 2021ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər olan müddətdə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 28 dekabr 2022-ci il tarixdə və sonuncu dəfə isə 25 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldan nalayiq ifadələr işlətməklə dəfələrlə başına və bədəninin digər nahiyələrinə qəsdən yumruq, təpik və müxtəlif bərk küt əşyalarla vurub döyərək, boğazından əlləri ilə tutub boğaraq, qol nahiyələrindən dişləyərək, saçını sıx tutmaqla yolub döşəmə üzərində sürüyərək, başını davamlı olaraq divara və sərt əşyalara çırparaq, eləcə də sair zorakı hərəkətlərlə ağır psixi iztirabla müşayiət edilən işgəncə verməklə fiziki zor tətbiq etmiş, bununla da Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixdə alt dodağın səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, 25 avqust 2023-cü ildə baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, eləcə də üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırı kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, həmçinin sağlamlığa zərərvurma dərəcələri istintaqla müəyyən edilməyən ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi ilə əzilməsi, döş sümüyünün sınığı və digər müxtəlif bədən xəsarətləri yetirib azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 gözü qarşısında Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6 və 151-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməllərin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, səkkiz aydır sübutsuz və əsassız olaraq qanunsuz həbs olunmuşdur. X19 istintaq zamanı, cinayət materiallarında onun xeyrinə ola biləcək, həqiqəti əks etdirən şəxsi ifadəsi, maddi sübutlarını, məhkəmə-tibbi ekspertiza rəylərini, təcili yardım aktını, hadisədə birbaşa aidiyyəti olan şahidlərin ifadələrini nəzərə almadan, ancaq Gülşənin bilə-bilə verdiyi yalan ifadəsi əsasında tərtib etdiyi sübutsuz, qərəzli ittiham aktı bir daha təsdiq edir ki, ittiham tərəfinin heç bir sübutu yoxdur, istintaq qərəzəli və bilərəkdən Gülşənin xeyrinə aparmışdır və o, xüsusi sifarişlə CM-nin 113.2.6 və 151-ci maddələri ilə sübutsuz və əsassız olaraq, qanunsuz ittiham olunmuşdur. CPM-nin 138.2ci maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübut etmə vəzifəsi ittihamçının üzərinə düşür. Həmçinin Gülşənin 18 oktyabrda məhkəmədə bilə-bilə verdiyi sübutsuz, əsassız yalan ifadəsində təsdiq edir ki, ittiham tərəfi özü cinayətkar olmaqla, ondan son dəfə seyfdən oğurladığı 400000 manat pul hesabına, məmur qohumlarının və varlı iş adamı sevgilisinin köməyi ilə ona şər-böhtan atır və bu yolda ona təzyiq edib, bütün mülklərinə sahib çıxmaq istəyir. Gülşən cinayətkardır, o, tamah məqsədi ilə ağır və xüsusi ilə ağır cinayət törətmiş, onun və Şahid12 təqdim etdiyi sübutlar əsasında, Gülşən CM-nin 182.3.2 və 156-cı maddələri ilə ittiham olunmuş, 29 dekabr 2023-cü ildə öz vəzifəli havadarlarını, özü, ona və hər yerdə öyündüyü kimi, ondan oğurladığı pullar ilə polis və prokurorluğu maddi maraqlandıraraq polis nəzarətinə verilmişdir. Bundan sonra Gülşən, qohumları, vəzifəli məmur havadarları, varlı iş adamı sevgilisi ona hədə-qorxular gələrək, “Bizim arxamız böyükdür, sən bizə bata bilməzsən, bizim polisdə və prokurorluqda adamlarımız var, əgər ərizəni geri götürməsən, səni şərləyib tutuzduracayıq” ifadələrini işlətməklə, ona yenə hədə-qorxular gəlmişdirlər. Lakin onların hədə-qorxularına, şantajlarına məhəl qoymadığını gördükdə, bundan hiddətlənmiş və Gülşən barəsində əsassız, sübutsuz, bilə-bilə polisdə yalan ifadə vermişdir. Gülşənin havadarları hesabına barəsində qanunsuz olaraq başlanmış ********* nömrəli cinayət işinə, 10 mart 2024-cü il tarixində CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə xitam verilsə də, 10 aprel 2024-cü il tarixdə etmədiyi cinayət əməli CM-nin 128-ci maddəsinə sübutsuz və əsassız tövsif edilmişdir. O, 15 aprel 2024-cü ildə heç bir xəbərdarlıq olmadan, xüsusi sifarişlə səhəri küçədə sanki terorist kimi qanunsuz tutulmuşdur. Gülşənin xəsarətləri barədə keçirilmiş məhkəmə-tibbi ekspertiza rəylərində olan zədə və xəsarətlər onun tərəfindən törədilməmişdir. Məhkəmə-tibbi ekspertizasının 5 yanvar 2023-cü il tarixli 1024 rəyindən də göründüyü kimi, Gülşəndə olan xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. 31 avqust 2023-cü il tarixli, 1024 saylı ekspert rəyində olan kəllə-beyin travması əgər həqiqətən olubsa, bəs nəyə görə 24 avqust 2023-cü il tarixində “hadisə” zamanı bu travma barədə Gülşənin imza atdığı təcili yardım aktında bu yoxdur?. 24 avqustdan sonra o, Gülşəni görməyə-görməyə belə travmanı necə yetirə bilərdi?. Gülşənin nə zamansa baş-beyin travması olubsada belə, bu Gülşənin profesional məşğul olduğu idman zalında pilotes yelləncəyindən başı üstə yıxılması ilə ola bilərdi. Gülşənin baş üstə pilotes yellənçəyindən sallandığl foto-şəkillər maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Xəzər RPİ-də ərizədə qeyd etmişdir ki, guya o, Gülsənin döş qəfəsinə zədə vurmuşdur. Ərizə isə məcburi yazılmışdır ki, Gülşən boşanma üçün məhkəməyə müraciət etməsin, qızı atasız qalmasın. Polisdə olan onun ifadəsi ilə 1740 saylı ekspert rəyində olan ziddiyətlər bir daha sübut edir ki, o, Gülşənə heç bir zədə yetirməmişdir. Gülşən ona təzyiq etmək, onu özündən asılı saxlamaq, ondan daha çox pul və mülk almaq üçün polisi bir vasitə kimi istifadə etmişdir. 1740 saylı rəydə Gülşənin dodağındakı zədə isə Gülşənin daimi olaraq dodaqlarına vurduğu silikon-botoks iynələrinin izləridir. Gülşənin dişləri sünidir və farfordur. Əgər o, onun dodaqlarına zədə yetirsəydi, ilk olaraq süni-farfor dişləri dağılıb tökülərdi. Maddi sübut olaraq VA-Dent diş klinikasından olan tibbi-arayışda məhkəməyə təqdim olunmuşdur. Bu maddi sübut təsdiq edir ki, Gülşənin dişləri sünidir və o, məhkəmədə yalan ifadə vermişdir. Gülşən professional idmançıdır və fiziki güclü qadındır. Gülşəni müqavimətsiz döymək, əzab vermək və ya nəyəsə məcbur etmək mümkün deyildir. Təqdim olunmuş maddi sübutlardan görünür ki, Gülşən onu döyüb, daim ona əzab vermiş, uşaqlarını iztirablar içində yaşatmışdır. Gülşən barədə keçirilmiş məhkəmə tibbi ekspertiza rəylərinin nəticələrindən, həmçinin təqdim olunmuş maddi sübutlardan göründüyü kimi, o, heç vaxt Gülşənə fiziki zor tətbiq etməmiş, döyməmiş, əzab verməmişdir. 27 oktyabr 2023-cü ildə ağır və xüsusi ilə ağır cinayət törətməklə CM-nin 182.2.3-cü maddəsi ilə ittiham olunduqdan sonra, Gülşən ona təzyiq etmək, hədə-qorxu gəlmək məqsədi ilə polisdə bilə-bilə yalan ifadə verməklə, əməldə cinayət tərkibi olmadığına görə barəsində olan xitam verilmiş CM-nin 128-ci maddəsi daha ağır maddəyə CM-nin 133.2.6-cı maddəsinə əsassız və sübutsuz tövsif edilmişdir. Qanunsuz olaraq ittiham olunduğu CM-nin 133.2.6-cı maddəsinə CPM-nin 39.1.7-ci maddəsinə əsasən cinayət işinin ləğv olunmasının qərarı və CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə bir daha xitam verilməlidir. Gülşən heç vaxt ondan maddi asılı olmamışdır. O, xasiyyətcə mülayim, sülh sevən və övladlarına bağlı bir nümunəvi atadır və həmişə aqresiv Gülşənlə konfiliktə girməyə çəkinmiş, qorxmuşdur. Buna əsas səbəb də Gülşənin ondan oğurladığını ehtimal etdiyi dövlət əhəmiyyətli, strateji sirləri müxalifətçi qardaşı Elşən Əsgərovla birgə ermənilərə, düşmənlərə yayacağı ilə ona daimi gəldiyi hədə-qorxular və şantajları olmuşdur. Gülşən 8 il ərzində müxtəlif yollarla ona hədə-qorxu gəlib, şantaj etməklə ümumilikdə ******* manata yaxın pul və mülklərinə sahib çıxaraq talamışdır. Gülşən daimi ona hədə-qorxu gəlməklə, bağda pullar olan seyfin açarını ələ keçirmiş, hətta aylıq balanası 25500 manat olan bank kartı Gülşəndədir və bunu təsdiq edən bütün maddi sübutlar məhkəməyə təqdim olunmuşdur. Evdə tam hakimiyyət Gülşənin əlində olmaqla, evdə ağa o olmuş, o isə onun qorxaq qulu olmuşdur. Onun uşaqları evdə psixi travma almaması, həmdə Gülşəndən qorxaraq rəhbər olduğu dövlət səviyyəli şirkətlərin və lahiyyələrin nüfuzuna xələl gəlməməsi üçün daim Gülşənin istədiklərini edərək, qorxaraq susub oturmuşdur. Gülşənin bu saymazlıqlarına, aqresiyalarına və zülmlərinə baxmayaraq, övladlarına görə, həm də biznesdə dövlət səviyyəli lahiyyələrin nüfuzuna xələl gətirməməsi, Gülşən ilə boşanmaq istəməməyini, ona qarşı bunu silah kimi istifadə edirdi. O, həmişə boşanmağa qarşı olmuş, çünki anadan gəlmə böyrək xəstəliyindən əziyyət çəkən sevimli qızı Aylinin atasız böyüməsini istəməmişdir. Boşanmamasına görə də, Gülşən bundan istifadə edib, hər dəfə ondan şantaj, hədə-qorxu ilə mülk və pul talamaqla yanaşı onun əxlaqsız, yüngül tüfeyli həyat tərzinə göz yummağına məcbur olmuşdur. Gülşən, onun bu qorxaqlığından suiistifadə edib, ondan taladığı, mənimsədiyi pulları hesabına az təminatlı, kasıb ailəsinə heç yerdə işləməyən, başqa gəlir mənbəyi olmayan atasına, qardaşına, bacısına yeni tikili binada mənzillər, xarici markalı avtomobillər almışdır. Gülşən ondan mənimsədiyi pullara ailə üzvlərinin adına bankda pullar yerləşdirmişdir. Maddi sübut olaraq Gülşənin adına olan dəyəri 1000.000 manata yaxın Şüvəlanda yerləşən villa, elit massivlərdə olan torpaqlar, 2014-cü ildən bu günə kimi çoxlu sayda avtomobillərin siyahısı, külli miqdarda nağd pullar olan seyfin açarının Gülşəndə olmasını və açarı ona qaytarmaqdan imtina etməsini təsdiq edən videolar CPM-nin 124.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuşdur. Həmçinin Gülşən bağda olan seyfdən 4000.000 manat pul oğurlamış və həmin pulla az təminatlı başqa gəlir mənbəyi olmayan qardaşı Elşən Əsgərovun adına ünvan 4 ünvanında ipotekaya 4 otaqlı, təmirli, lüks mənzil almışdır. Həmin mənzilin alındığı dövrdə evdə olan seyfdən 400.000 manat pulun Gülşən tərəfindən oğurlanması barədə polisə ərəzəsi də cinayət materiallarına əlavə olunmuşdur. Həmçinin Gülşən ondan taladığı, mənimsədiyi pullar hesabına, özündə əminlik yaratmaq üçün, özünü başqa kişilərə və qadınlara bəyəndirmək məqsədi ilə 9 plastik-estetik əməliyyat etdirmişdir. Həmçinin Gülşən 2018-2022-ci illər dövründə dəfələrlə tək-başına xarici ölkələrdə əyləncə məqsədi ilə səfərlərdə olmuşdur. Gülşənin xarici səfərlərdə tək əyləncədə olduğu zaman ona göndərdiyi erotik şəkillər və videolar, həmçinin Dövlət Sərhəd Xidmətindən təqdim olunmuş Gülşən barədə arayışlar CPM-nin 124.2.3-cü maddəsinə əsasən maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Gülşən, gənc yaşlarından “Azərreyl” QVK qızlar komandasında oyunçu olmuşdur. Həmin dövrdən də Gülşən özü etiraf etdiyi kimi, qızlarla lesbi intim münasibətlərdə olmuşdur. Bu Gülşənin gənz yaşlarından həyat tərzi olmuşdur. Gülşən bu faktı, istintaq zamanı öz ifadəsində təsdiq və etiraf etmişdir. Gülşən doğulduğu və böyüdüyü kasıb kənd həyatından, ona hədə qorxu gəlməklə, saxta nikah üzərində qurulmuş “simvolik ailədə” düşdüyü lüks həyatdan ağlını itirmişdir. Gülşənin günü elit-kosmetik salonlarda, brend paltar satan butik maqazinlərdə alış-verişdə, gecələri isə restoranlarda, kulublarda, yada öz adına olan bağda yüngül həyat tərzi sürən, qızlarla alkoqol, narkotik qəbul etməklə, əyləncələrdə keçirmişdir. Gülşənin əyləncə məqsədi üçün öz adına olan bağa dəvət etdiyi yüngül həyat tərzi sürən qızlar çox olmuşdur. Gülşən həmin qızlarla lezbi, intim münasibətdə olurdu. Bunu təsdiq edən fotolar və videolar maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Həmin qızları Gülşən əyləncələrə dəvət edirdi. O, cəmiyyətdə nüfuzlu, hörmətli, tanınan dövlət səviyyətli şirkətlərin və lahiyyələrin rəhbəri olsa da, evdə saxta nikah şəhadətnaməsi üzərində qurulmuş “simvoliq ailə”-də qorxaq bir qul olmuşdur. Təqdim etdiyi bütün əsaslandırmadan, maddi sübutlar bir daha sübut edir ki, Gülşən ondan heç vaxt maddi asılı olmamışdır. Gülşənin bilə-bilə verdiyi yalan ifadələr isə şər-böhtan olmaqla, qərəzlidir. O, heç vaxt Gülşəni məcburi cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etməmişdir. Təqdim olunmuş bütün maddi sübutlar, həmçinin şahidlərin ifadələri nəzərə alınmaqla, CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə, qanunsuz ittiham olunduğu CM-nin 151-ci maddəsinə xitam verilməlidir. Onun Gülşən ilə tanışlığı yalan və şantaj üzərində qurulmuşdur. 2013-cü ilin oktyab-noyabr aylarında özünü Gülşənin anası kimi təqdim edən Tahirə Əsgərova vasitəsi ilə tanış olmuşdur. Tahirə Əsgərova o zaman Abşeron rayon Qeydiyyat şöbəsinin rəhbəri vəzifəsində işləmişdir. Tahirə onun o zaman boşanmasını Ailə TV şirkətinin təsisçisi olduğunu və imkanlı sahibkar olduğunu bilib, onu qızı kimi təqdim etdiyi, əslən qardaşı qızı olan yüngül həyat tərzi sürən Gülşəni ona calamaq məqsədi ilə Tahirə özünə aid olan villada Gülşənlə onun orda 2 gecə keçirməyə şərait yaratmışdır. Bu görüşdən bir müddət sonra Gülşən ona guya hamilə qaldığını bildirmişdir. Bundan sonra özünü o zaman Gülşənin anası kimi təqdim edən, faktiki bibisi Tahirə ona hədə-qorxular gəlməyə başlamışdır. Onların arxalarının böyük olduğunu, Əhmədzadələrin qohumu olmasını, Gülşəni almasa onu yox edəcəklərini, onların polisdə, prokurorluqda adamları olduğunu, Gülşənlə evlənməsə onu polisə verib zorlama ilə tutduracağını, onu iş yerində rüsvay edərik deməklə Tahirə ona dəfələrlə hədə-qorxular gəlmiş və onu şantaj etmişdir. O, biznesdə, cəmiyyətdə, nüfuzuna xələl gəlməsin deyə, həmçinin qəyyumluğunda olan iki azyaşlı oğlunu itirməkdən qorxaraq, həmdə mənəvi dəyərlərindən irəli gələrək aborta qarşı olduğu üçün Tahirənin hədə-qorxularından, şantajlarından çəkinərək məcburən Gülşənlə evliliyə öncə razılıq vermişdir. Lakin 2014-cü ilin yanvar ayında Gülşənin əxlaqsız, pozğun, yüngül həyat tərzi sürdüyü barədə məlumatlar almağa başlamışdır. Aldığı bu məlumatlardan məlum olmuşdur ki, Tahirə Gülşənin anası yox, bibisi imiş. Gülşən Qax rayonunda kənddə anadan olmuş, orada böyüyüb, sonra isə Bakıya gəlmişdir. Gülşənin ali savadı yoxdur. Gülşənin əsil valideynləri isə Qaxda kənddə yaşayırlar. Gülşən öncə “Azərreyl” QVK qızlar komandasında oyunçu olmuş, sonra isə aptekdə işləmişdir. Aptekdə işlədiyi dövrdə narkotik, psixiotrop dərmanların aludəçisi olmuşdur. Pozğun, tufeyli həyat tərzi sürmüşdür. Sonra isə bibisi Tahirə Gülşəni müalicə etmiş və öz tanışlarına məxsus olan “Sarr” şirkətində işə düzəltdirmişdir. Gülşəni düz yola gətirməyə çalışmış və bu yolla maddi imkanı olan adama ərə vermək istəmişdir. Gülşən 18 oktyabrda məhkəmədə öz ifadəsində ümumi tanışları vasitəsi ilə tanış olduğunu təsdiq etmişdir. Gülşənin əvvəllər psixi pozuntuları barədə həmçinin müxtəlif kişilərlə intim münasibətlərdə olması, yüngül həyat tərzi sürməsi barədə məlumatlar aldıqdan sonra bu faktlardan əmin olmuş, 2014-cü ilin yanvar ayının əvvəlində Gülşənlə evlilikdən imtina etmişdir. Lakin, Gülşən ilə nikah onun xəbəri olmadan, razılığı, iştirakı və şəxsi imzası olmadan, bibisi Abşeron rayon Qeydiyyat şöbəsinin rəhbəri Tahirə Əsgərova tərəfindən saxta nikah şəhadətnaməsi qanunsuz rəsmiləşdirilmiş və Gülşənin bacısı Şahid1 tərəfindən həmin saxta nikah şəhadətnaməsi 14 yanvar 2014-cü il tarixdə ona təqdim olunmuşdur. Bundan sonra o, Əsgərovlar ailəsinin həqiqətən ciddi addımlar atdığını görüb, şantajlardan, hədə-qorxulardan qorxaraq, geriyə çəkilməyə məcbur olmuşdur. Çünki əks halda cəmiyyətdə, biznesdə illərdi intelekti və savadı ilə qazandığı nüfuzunu və qəyyumu olan iki azyaşlı övladını itirə bilərdi. Əsgərovlar onun artıq qorxduğunu görüb daha çox tələblər qoymağa başlamışdırlar. Bu dəfə Əsgərovlar ailəsi ondan Gülşənin adına xarici markalı avtomobil və görünüş üçün bahalı hotellərin birində toy mərasimi keçirməyi şərt qoymuşlardı. Şantajlardan və hədə-qorxulardan qorxaraq Gülşənin adına “Mercedes C-Class” markalı avtomobil alınmış, sənədləşməni Gülşənin bacısı Nazmiyə həyata keçirmişdir. Çünki Gülşən heç bir sənədi, şəxsiyyət vəsiqəsi və sürücülük vəsiqəsi olmamışdır. Sonra isə Gülşən bu avtomobili satıb pulunu kasıb ailəsinə vermişdir. 14 yanvar 2014-cü il tarixində onun məlumatı, iştirakı, razılığı, şəxsi imzası olmadan rəsimləşdirilmiş saxta nikaha reallıq görünüşü yaratmaq üçün Əsgərovlar ailəsinin növbəti tələbi ilə onun puluna Yumeriah hoteldə (indiki Bilgəh otel) toy məclisi 31 yanvar 2014-cü ildə keçirilmiş, məburən təşkil olunmuş toyun bütün xərcləri onun tərəfindən maliyyələşdirilmişdir. Lakin toydan yığılan 78000 manat Əsgərovlar ailəsi tərəfindən mənimsənilmişdir. Bu qondarma toyda o sanki bir qul kimi oturmuş, məcburi görünüş yaratmağa çalışmışdır. Hətta toy mərasimində oturduğu yerdən belə durmamışdır. Əsgərovlar ailəsi ehtiyyat edərək, toyda video çəkilişə icazə verməmişdir. Çəkilmiş foto şəkilər isə Gülşən tərəfindən götürülmüşdür. Toydan sonra Gülşəni hamilə bilib, “Ailə və Uşaq Sağlamlıq Mərkəzi”nə müayinəyə aparmışdır. Müayinədə və götürülmüş analizlərdən məlum olmuşdur ki, Gülşən əvvəllər sürdüyü yüngül, tüfeyli həyat tərzinə görə çoxlu sayda infeksion və zöhrəvi xəstəliklər vardır. Gülşən bu xəstəlikləri biləbilə gizlətmiş və məlum olmuşdur ki, hamilə olmamışdır. Bu faktı, yəni Gülşənin infeksion, zöhrəvi xəstəlikləri olması barədə müayinə nəticələri maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Gülşən o zaman diz çöküb yalvarmağa, göz yaşları tökməyə başlamışdır. Gülşən onu boşamamağı, normal insan həyatı istədiyini demişdir. Çünki, Gülşəni o zaman boşasaydı, o, yenə pozğun, yüngül həyat tərzinə qayıdacaqdı. Gülşən həm də 2 azyaşlı oğlanlarına anasından daha yaxşı baxacağı barədə vəd vermişdir. Gülşənin dayanmadan tökdüyü göz yaşlarına inanaraq, o zaman verdiyi vədləri ciddiyə alıb, ona yazığı gəlmiş və inanmışdır. Həm də Gülşən söz vermişdir ki, onu şantaj edən, ona hədə-qorxu gələn, onun pulunu mənimsəyən qohumları ilə əlaqəsini kəsəcəkdir. O, xasiyyətcə mülayim, konfilikt sevməyən insandır. Gülşənin göz yaşlarına, qəmli gözlərinə, verdiyi o zamanki vədlərinə inanmış və Gülşənə yazığı gəlmişdir. Həmçinin Gülşənə göstərdiyi mərhəmətlə yanaşı, cəmiyyətdə tez evlənən və tez boşanan biri kimi nüfuzuna xələl gəlməsin deyə, Gülşəni evdən qovmamışdır. Gülşən qondarma toydan sonra onun şəhərdəki evinə köçmüşdür. Həmin evdə onun qəyyumda olan iki azyaşlı oğlanları ilə birlikdə yaşamışdırlar. Həmin vaxt Gülşəni evdən qovsaydı, bu uşaqlarının psixikasına təsir edə bilərdi. Buna görə də, Gülşənə mərhəmət göstərib evdən qovmamış, ona kömək edib, müalicə edib, bir müddət gözləmiş və sonra qəti qərar verməyi düşünmüşdür. Hər bir qadının xoşbəxt olmaq haqqı var. Buna görə də, Gülşəni tam sağaldıb, qayğısına qalmış və sonra isə süni mayalanma yolu ilə əkiz uşaq doğacağını demişdir. O, zaman göstərdiyi bu mərhəmətdən, Gülşənin üzərində xoşbəxtlik görmək ona fərəh hisləri oyatmışdır. Həmişə arzu etmişdir ki, əkiz övladı olsun. Gülşən də o zaman xoşbəxt olmuşdur. Onu səfərlərə apararaq dünyanı gəzdirmişdir. Gülşən ilə nikahı, onun razılığı, istirakı, imzası olmasa da, məcburi, qanunsuz rəsimləşdirilsə də, Gülşən artıq onun evində olmuşdur. Gülşən evdə sanki bir quzu olmuşdur. Hətta evdə qulluqçusu, aşbaz dayə olsa da, Gülşən hər işi özü görməyə çalışmışdır. O zaman düşünürdü ki, bu da Allahın ona göndərdiyi bir şansdır. Çünki uşaqları çox sevir, həmişədə arzusudur ki, ekiz övladı olsun. Gülşənin düşündüyü lüks həyat, ona diqqəti və mərhəməti, hətta onun əkiz uşaq doğacağını istəməyi, Gülşəni xoşbəxt etmişdir. Hər bir qadın gül-çiçək sevir. Hər dəfə evə gələndə qızıl gül dəstəsi alıb, Gülşən hədiyyə etmişdir. Gülşən bu faktı 18 oktyabrda məhkəmədə verdiyi ifadəsində təsdiq etmişdir. Buna görə də, Gülşənin ona əkiz uşaq dünyaya gətirməsi üçün ən müasir tibbi mərkəzi olan Norvegiya klinikasına müraciət etmişdirlər. İlkin olaraq 5000 manat avans ödəmiş, lakin Gülşən tam müalicə olmalı olmuşdur. Buna görə də, müalicə 1 ildən çox vaxt ala bilərdi. Gülşənin keçmişdəki yüngül həyat tərzinə görə çoxlu infeksion-zöhrəvi xəstəlikləri olmuş və bu müalicə dövründə Gülşənə hamilə qalmaq qəti qadağan olmuşdur. Buna görə də, Gülşən müalicə ilə yanaşı, həmdə hamilə qalmasın deyə xüsusi dərmanlar qəbul etmişdir. Gülşənlə və iki azyaşlı oğlanları ilə bir evdə yaşamışlar. Gülşənə nə qədər mərhəmət göstərsə də, ancaq ürəyində ona qaşı hisləri olmamışdır. Evdəki oğlu və evdə işləyən personal Gülşənin yalançı, aktirisa, fırıldaqçı olmasını ona dəfələrlə demişdirlər. Yenə də, Gülşənin yalan vədlərinə inanmışdır. Gülşəndə bunu hiss etmiş və özünü sevdirməyə çalışmışdır. 08 iyun 2014-cü ildə Gülşən öz xətti ilə ona sevgi məktubu yazaraq, həmin məktubda ondan qorxmamağını istəmişdir. Gülşən məktubunda etiraf edirdi ki, o, zənn etdiyi kimi təhlükəli insan deyildir. Gülşənin ona öz xətti ilə yazdığı məktub bir daha sübut edir ki, Gülşəndən həmişə ehtiyyat etməklə qorxmuşdur. Həmim məktub Gülşənin öz xətti ilə yazılmış və CPM-nin 124.2.5-ci maddəsinə əsasən digər sənəd olaraq maddi sübut kimi məhkəməyə təqdim olunmuşdur. Gülşən artıq başa düşmüşdür ki, özünü ona ancaq uşaq doğmaqla bağlaya bilər. Gülşən hiss edirdi ki, belə getsə düşdüyü lüks həyatı itirə bilər. Gülşən artıq başa düşmüşdü ki, övladları onun zəif nöqtəsidir. Buna görə də, Gülşən onu özünə ancaq hamilə qalıb, uşaqla bağlaya bilər. Amma süni mayalanma vaxtına isə hələ var idi. Gülşən infeksion-zöhrəvi xəstəliklərdən tam sağalmalı olmuşdur. Əks halda dünyaya gələn uşaq anadan gəlmə xəstə ola bilərdi. Buna görə də, Gülşən hiylə işlədərək dərmanların qəbulunu gizlicə saxlayır və 2015-ci ilin mart ayında ona hamilə olduğunu deyərək, onu fakt qarşısında qoymuşdur. O, bu xəbəri Gülşəndən eşidəndə şoka düşmüşdür. Artıq başa düşmüşdür ki, o növbəti dəfə aldadılmışdır. Çünki, Gülşən tam müalicə almalı idi. Sonra isə müalicə tam bitdikdən sonra həkim nəzarəti altında süni mayalanma yolu ilə əkiz uşaq doğmalı idi. Bu xəbəri eşidəndə Gülşənə iradını bildirmişdir ki, “axı sən tam müalicə olunmamısan”. Gülşən infeksion-zöhrəvi xəstəliklərdən müalicəsi bitməmiş, özbaşına həkim razılığı olmadan tez tələsik hamilə qalmaqla dünyaya gələcək övladının səhhətinə mənfi təsir edə bilərdi. Bu risk barədə həkim dəfələrlə xəbərdarlıq etmişdir. Əgər Gülşən müalicəsi bitməmiş hamilə qalsa bunun fəsadları uşağın səhhətinə mənfi zərər vuracaqdır. Gülşəndə 18 oktyabrda məhkəmədə dediyi kimi, 2015-ci ilin mart ayında məhz bu səbəbdən aralarında mübahisə olmuşdur. Gülşəndən soruşanda ki, “bəs sən tam müalicə bitməmiş, niyə həkim məsləhəti olmadan özbaşına hamilə qalmısan?. Gülşən isə artıq hamının keçən məhkəmədə şahidi olduğu, aqresiv halda, ona əda ilə cavab vermişdir ki, “Fuad mənim vaxtım yoxdu, mən gözləyə bilmərəm”. Bu mübahisədən sonra, Gülşən ondan xəbərsiz, evdə olan dəyəri təxminən 80000-90000 manat məbləğində zinət əşyalarını, qızıl brilyantı götürüb, onun adına aldığı təzə “X37” markalı avtomobili ilə Qax rayonunda yerləşən kəndə getmişdir. Gülşən əmin idi ki, uşaq doğmaqla onu özünə bağlayıb, idarə edə biləcəkdir. Gülşənin bu növbəti hiyləsindən çox pis olmuş, sarsıntı keçirmişdir. Ən əsası isə Gülşənin zöhrəvi xəstəliklərinə görə dünyaya gələcək övladının səhhətindən narahat olmuşdur. Gülşənin ali savadı yoxdur. O, anlamırdı ki, infeksion xəstəlikdən əziyyət çəkən anadan doğulan uşaq anadan olduqdan sonra əziyyət çəkir. Düşdüyü ona çox mənfi əziyyət vermişdir. Gülşən bu dəfə də, onun mərhəmətindən, övladlarına olan bağlılığından istifadə edərək, hiylə işlətmişdir. Düşdüyü şokdan çox sarsılmış, hətta bir müddət təhsil aldığı X4 təhsilindən də yayınmışdır. Gülşən 2015-ci ilin mart ayından Qax rayonunda yerləşən kəndə köçmüşdür. Gülşən işini ehtiyatlı tutararaq adına olan avtomobili də satmışdır. Gülşən o zaman evdən xəbərsiz götürdüyü zinət əşyaları isə yoxa çıxmışdır. 05 oktyabr 2015-ci ildə qızı Aylin Zaqatalada doğum evində anadan olmuşdur. Yeni dünyaya gəlmiş qızını uzun cəhdlərdən sonra cəmi bir dəfə görə bilmişdir. Gülşən 18 oktyabrda məhkəmədə, həmdə istintaq zamanı öz ifadəsində bu faktı təsdiq etmişdir. Lakin qızı Aylini Bakı şəhərində yerləşən evə geri qaytarmaq üçün Əsgərovlar ailəsi bu dəfə də, onu şantaj edib, qızı Aylini silah kimi istifadə edib, ona növbəti dəfə şərt qoymuşdurlar. Ondan 100.000 manat pul və Gülşənin adına mülk tələb etmişlər. Lakin o, dekabr ayına cəmi 70.000 manat ödəyə bilmiş və Şüvəlanda olan dəyəri təxminən 1000.000 manat olan bağ evini Gülşənin adına rəsmiləşdirəcəyini Əsgərovlara söz vermişdir. Əvəzində isə tələb etmişdir ki, qızı Aylin Zaqatala doğum evində dünyaya gəlsə də, qızı Aylinin doğum şəhadətnaməsində doğum yeni Bakı şəhəri göstərilsin. Qızı Aylin anadan olandan sonra məlum olmuşdur ki, Gülşən infeksion-zöhrəvi xəstəliklərdən tam müalicə almamış, tamah məqsədi ilə hiylə işlədərək, gizlicə hamilə qaldığına görə qızında anadan gəlmə xəstəlik aşkar olunmuşdur. Gülşənin “simvolik ailə”likdən öncə yaşadığı əxlaqsız, pozğun, tüfeyli, yüngül həyat tərzinə görə aşkar olunmuş zöhrəvi infeksion xəstəliklərə görə anadan olan qızı Aylin hal-hazırda böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir. Bu faktı təsdiq edən maddi sübutlar, müayinə nəticələri CPMnin 124.2.5-ci maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuşdur. Gülşənin tamah məqsədilə növbəti qurduğu hiylə baş tutmuşdur. Xəstə qızı Aylin dünyaya gəldikdən sonra, Gülşən onun övladlarına olan bağlılığını və uşaqlara qarşı həssas olduğunu bildiyi üçün, nə istəyirdisə övladlarına, qızına görə etmişdir. Gülşən artıq özünü evin ağası kimi aparmış, ona göstərdiyi mərhəmətdən və xasiyyətinin yumşaqlığından sui-istifadə etmişdir. Gülşən doğulduğu və böyüdüyü kənd həyatından, az təminatlı, kasıb ailədən bir başa lüks həyata düşməsi onun ağlını başından almışdır. Gülşən artıq özünü onun pulları ilə nəslində ağa zənn edirdi. Kasıb ailəsinə onun pullarına lüks həyat yaşatmış, adlarına yeni tikili binada mənzillər, xarici markalı avtomobillər almışdır. Atası, bacısı, qardaşının adına bank hesablarına pullar yerləşdirmişdir. Özünü nəslin ağası zənn edən Gülşən, onu saymamaqla yanaşı, hətta onun doğma anası belə nəvəsi Aylini görməyə belə imkan verməmiş və anasının bağa gəlməsinə həmişə mane olaraq qoymamışdır. İnsan həqiqətən öz sevdiyi işlə məşğul olanda dərin məmnunluq hissi keçirir və xoşbəxt olur. Onda həyatını elə 90-cı illərdən Azərbaycanın yüksək texnologiyalar, internet rabitə istiqamətində inkişafına həsr etmişdir. O, uzun illərdi ki, dövlət əhəmiyyətli beynəlxalq internet operatoru olan "xxxx" MMC-nin sədri olmuşdur. X33 Əliyevin şəxsən nəzarətində olan Azərbaycan-Qazaxıstan, Azərbaycan-Türkmənistan arasında olan Xəzər dənizinin dibi ilə “TransXəzər fiber-optik” lahiyyələri yaradılmış, Azərbaycan Respublikası Prezidentinin təşəbbüsü ilə yaradılmış “Yaşıl-Enerji” lahiyyəsinin işçi qrupunun, Nazirlər Kabineti yanında “Dövlət Reytinqlər” Komissiyasının, bundan başqa Prezidentin təşəbbüsü ilə yaradılmış “Caspian Enerji” biznes klubunun idarə heyətinin, “X39 Birliyi” X12 qrupunun üzvü olmuşdur. O, Azərbaycanda dövlət əhəmiyyətli 10-a yaxın lahiyyənin rəhbəri, 5-ə yaxın patenti vardır. 2 unversitet və 17 biznes məktəbi bitirmişdir. Xalqına, dövlətinə, prezidentinə sadiq, faydalı və dövlət sirlərinə malik olan bir vətəndaşdır. Bu ifadəsini Dövlət Təhlükəsizlik Xidmətində olan kuratorlarda təsdiq edə bilər. O, 2014-cü ildən bu günə kimi əsarət və zülm içində yaşamışdır. Cəmiyyətdə nüfuzlu, hörmətli, tanınan dövlət səviyyəli şirkətlərin və strateji lahiyyələrin rəhbəri olsa da, evdə saxta nikah şəhadətnaməsi üzərində qurulmuş “simvolik ailə”-də bir pul mənbəyi olmuşdur. O, ifadəsini ancaq faktlar və sübutlar əsasında təqdim edir. Verdiyi bu mahiyyəti üzrə əhəmiyyət kəsb edən, sübutlar və faktlara əsaslanmış ifadəsi Gülşənin bir daha uydurmağa meyilli, dava simuliyasiyası yaratmaq bacaran, təxribatçı, xəstə qızı Aylin və qəyyumda olan oğlanlarına zülm, əzab verər və 18 oktyabrda məhkəmədə həmçinin şahidi və əmin olduğu kimi aqresiv özünü idarə edə bilməyən, cəmiyyət üçün təhlükəli bir cinayətkar olduğunu bir daha sübut etmişdir. Gülşən aqresiv, konflikt sevən, küçə söyüşləri söyən, uşaqlarına və ona əzab, zülm verən, dava simuliyasiyası yaratmağı bacaran, cəmiyyət üçün təhlükəli cinayətkardır. CPM-nin 124.2.3-cü maddəsinə uyğun olaraq məhkəməyə təqdim olunmuş maddi sübut, video görüntülərdən göründüyü kimi, Gülşən qəbul etdiyi narkotiklərin təsiri altında xəstə qızı Aylinin yanında, onun qormağına, ağlamasına məhəl qoymadan, növbəti dava simuliyasiyası yaradır, əsəbi, aqresiv şəkildə küt alətlə evdə qapını və pəncərəni sındırır. Hansı ki, normal, ağlı başında olan ana qızına qarşı belə hərəkət edərmi?. Maddi sübut kimi təqdim olunan digər videodan görünür ki, Gülşən səbi şəkildə xəstə qızı Aylini məcburi olaraq, qəbul etdiyi narkotikin təsiri altında, aqresiv şəkildə özünə məxsus, onun puluna alınmış “Range Rover” markalı avtomobilinə mindirir, sonra isə xəstə qızı Aylinin maşında stres keçirdib, qorxularına, ağlamağına məhəl qoymadan, avtomobili dəfələrlə bağın həyətində olan tikinti tullantılarının üstünə çırpır və şüşədən orta barmağını göstərirdi. Heç bir ana belə azab verməzdir. Məhkəməyə təqdim olunmuş digər video sübutlardan görünür ki, Gülşən evdə növbəti əyləncə təşkil etmək istəyir. Ona etirazını bildirməsinə görə onu evdə olan qədim su səhəngi ilə döyür, onu söyüşlər söyərək təhqir edir, onun puluna alınmış, Gülşənin adına olan bağdan qovur, fiziki güclü, idmançı, əsəbi, aqresiv, özünü idarə edə bilməyən, onu döyən, onu təhqir edən və evdən qovan qadını, o necə nəyəsə məcbur edə bilərdi və yaxud onu necə döyə bilərdi. Gülşən bütün vasitələrlə ondan özünə qarşı emosiya yaratmaq istəmişdir. Bütün bu Gülşənin primitiv cəhdlərinə baxmayaraq, o, bağa ancaq qızına görə gəlmişdir. Demək olar ki, həmişə ayrı yaşamışlar, o çox zaman şəhərdə evə tək qalmış və ya xarici səfərdə olmuşdur. Şahidlərin ifadədələri bir daha təsdiq edir ki, qızlarla əlaqədə məhz Gülşən olmuş, məhz Gülşən onları mütəmadi bağa əyləncəyə dəvət etmişdir. Maddi sübutlar və şahidlərin ifadələri bir daha təsdiq edir ki, heç bir qızla onun intim münasibətləri olmamışdır. Bu bir daha sübut edir ki, Gülşən heç vaxt ondan maddi asılı olmamış və o, heç vaxt onu məcburi cinsi əlaqəyə girməyə və seksual xarakterli digər hərəkətlər etməyə məcbur etməmişdir. Mahiyyəti üzrə verdiyi əhəmiyyət kəsb edən bu ifadəsi və ifadəsini təsdiq eədn maddi sübutlar bir daha təsdiq edir ki, Gülşənin sərbəst, yüngül həyat tərzi sürmüşdür. Təqdim olunmuş bütün sübutlar və dəlillər təsdiq edir ki, Gülşən nəinki ondan maddi asılı olmamış, əksinə Gülşən ilk gündən şantaj və hədə-qorxu ilə onu və ailəsini özündən asılı vəziyyətdə saxlamış, ona və övladlarına daima işgəncə vermiş, döyüb, psixi iztirablar vermişdir. Bu günləri qərəzli cinayət işində ittiham olunduğu CM-nin 133.2.6 və 151-ci maddələrində göründüyü kimi, heç bir ittiham sübuta yetirmir və tam əsassızdır. CPM-nin 21.3 və Konstitusiyanın 63-cü maddəsində göstərilən təqsirsizlik prezumpsiyasında göstərilir ki, təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu olmasa da, o, bütün ifadəsini sübut və faktlarla əsaslandırar. Bütün sübutlarİa, faktlar, ekspert rəyləri və dəlillər nəzərə alınmaqla qanunsuz olaraq ittiham olunduğu CM-nin 133.2.6 və 151-ci maddələrinə xitam verilməlidir. Ona verilmiş qanunsuz ittiham əsasında öz ifadəsi verir. CPM-nin 12.3-cü maddəsinə əsasən cinayət prosesi gedişində hər kəsin özünün Konstitusiya ilə təsbit edilmiş hüquq və azadlıqlarını qanunla qadağan edilməyən bütün üsul və vasitələrlə müdafiə etməyə, həmçinin CPM-nin 324.3.7ci maddəsində deyildiyi kimi, təqsirləndirilən şəxsin özünün hər hansı cavabını əsaslandırmaq hüququ vardır. CPM-nin 326.1-ci maddəsinə əsasən təqsirləndirilən şəxs elan edilmiş ittihamın və həmin ittihamın hərtərəfli tam və obyektiv baxılması üçün əhəmiyyətli olan digər hallar barədə ifadə verə bilər. CPM-nin 126.2-ci maddəsində göstərilir ki, yalnız o, ifadələr sübut oluna bilər ki, onlar hadisəni, onun səbəbini xarakterini, mexanizmini və ya inkişafını bilavasitə qavrayan şəxsin məlumatlarına və nəticələrinə əsaslanmış olsun. Əhəmiyyət kəsb edən ifadənin bu hissəsində, o Gülşənin təkbaşına xarici ölkələrə əyləncə məqsədi ilə səyahətlərə getməsi, aylıq balans 25500 manat olan bank kartını ələ keçirməsi, içində 400000 manat pul olan seyfin açarının onda olması, daimi brend mağazalarda alış-verişdə, restoranda, gecə kulublarında əyləncələrdə olması, Gülşənin adına onun puluna alınmış 200000 manata yaxın daşınan və daşınmaz əmlakın olması, lüks xarici markalı avtomobillərə sahib olması və idarə etməsi Gülşənin heç vaxt ondan maddi asılı olmadığını sübut edəcəkdir. Gülşən bilə-bilə barəsində tamah məqsədi ilə polisdə yalan ifadə verməklə, onu guya döydüyünü, əzab verdiyini iddia etmiş və şər-böhtan atmaqla, onu psixopat və narkotik audəcisi kimi yalan ifadəsində şərləmişdir. Halbuki, Gülşən keçirilmiş məhkəmə tibbi ekspertizasının 1740 və 1024 nömrəli rəyləri, həmçinin onun barəsində keçirilmiş xx.xx.2024-cü il tarixli, 3736 saylı məhkəmə narkoloji və xx.xx.2024-cü il tarixli, 1605 saylı məhkəmə psixiatrik ekspertizalarının rəylərində bir daha sübut edir ki, o, öz hərəkətlərini idarə etmə və dərk etmə iqtidarında və psixi pozuntuları yoxdur. Özündən uydurmağa meyillik onda aşkar edilməmişdir. Xasiyyətcə mülayim və ünsiyyətə açıq insandır. O, heç vaxt narkotik və psixiotrob dərmanlardan istifadə etməmişdir. 2018-ci ildə o, işlə əldaqədar Gülşənlə birlikdə Amesterdam şəhərinə getmiş və bu səfərdə həmişə kimi bank kartları Gülşəndə olmuşdur. O, kartlardan alış-veriş və əyləncə məqsədi ilə istifadə edirdi. Amesterdamda səfərlərinin 2-ci günü biznes görüşü tez bitdiyi hotelə qayıtdıqda Gülşənin Jesika adlı qızla hamamda sevişdiyini görmüşdür. O, hotelə qayıtdıqdan sonra Gülşən Jesikanı hoteldən yol salırdı. Üzləşdiyi mənzərədən o, şokda olmuşdur. Sonra o, Gülşəndən nə baş verdiyini soruşduqda, Gülşən cavabında bildirmişdir ki, əvvəllər “Azərreyl” QVK oyuncu olduğu zaman, məşqdən sonra qızlarla birlikdə duşda sevişirdi. Gülşən o zamandan qızlarla sevişməyi daha çox sevdiyini bildirdi və Gülşən gülərək demişdir ki, “Fuad sən bəyəm uşaqsan, bilmirsən ki, voleybalistikalar lezbiyanka olur?”. Bu mənzərədən şokda olmuş, əsəbləşib Gülşənə etirazını bildirmiş və demişdir ki, Bakıda belə bir şey etmək olmaz, Gülşən sən qız anasısan”. Gülşən də ona vermişdir ki, “Fuad sən mənimlə yaşamırsan, mənə də qızlarla sevişmək daha maraqlıdır”. Aralarında mübahisə olmuş, amma Gülşən ona söz vermişdir ki, Bakıda heç vaxt belə bir şey etməz. Gülşən ondan xahiş etmişdir ki, xarici səfərlərdə olduğu zaman onu da özü ilə aparar. Bu hadisədən bir gün sonra Bakıya qayıtmışdır. 2019-cu il sentyabr ayında Gülşən təkbaşına əyləncə məqsədi üçün Amesterdama getmişdir. Gülşən Amesterdamda əyləncədə olduğu dövrdə o, Türkmənistanın Aşqabad şəhərində Azərbaycan-Türkmənistan ölkələri arası iclasın içərisində olmuşdur. 2019-cu ildə Gülşənin təkbaşına Amesterdamda, onun isə həmin dövrdə digər ölkədə Aşqabad şəhərində olmasını xarici pasportlarda olan giriş-çıxış möhürləri, həmçinin Dövlət Sərhəd Xidmətinin və Dövlət Gömrük Komitəsinin məlumatları təsdiq edir. Gülşən Amesterdamda əyləncədə olduğu dövrdə ara-sıra ona orda necə əyləndiyi barədə sms-lər yazardı və özünü ona bəyəndirmək üçün, plastik-estetik əməliyyatlar hesabına nail olduğu erotik bədənini, hoteldə güzgü qabağında poza verib selfi etdiyi fotoları ona göndərərdi. Maddi sübut olaraq Gülşənin həmən fotoları da məhkəməyə təqdim olunmuşdur. Bu faktlar, rəsmi sənədlər, maddi sübutları bir daha sübut edir ki, Gülşən 18 oktyabrda məhkəmədə və istintaqda bilə-bilə yalan ifadə vermişdir və Gülşənin uydurmağa meyilli olmasını ehtiva edir. Gülşən tək başına onun pullarına Amesterdamda əyləndiyi zaman, o isə bu vaxt Aşqabad şəhərində ola-ola necə Gülşəni məcburi seksual xarakterli hərəkətlər etməyi məcbur edə bilərdi?. Bu Gülşənin gənc yaşlarından həyat tərzi olmuş, ondan nəinki maddi asılı olmamış, əksinə ona hədəqorxu gəlməklə şantaj etməklə, ondan mənimsədiyi pullar hesabına sərbəst, yüngül həyat tərzi sürmüşdür. Gülşənin təkbaşına xarici ölkələrdə əyləncədə olmasını təsdiq edən mahiyyəti üzrə əhəmiyyət kəsb edən bütün maddi sübutlar bir daha təsdiq edir ki, Bakı Baş Polis İdarəsinin müstəntiqi Nahid Abbaslı cinayət işində araşdırmanı qərəzli aparmış və Gülşənin bilə-bilə verdiyi yalan ifadəsi əsasında ona verilmiş CM-nin 133.2.6 və 151-ci maddələri əsassızdır və sübuta yetirilmir. Ədalətli məhkəmə real faktları və bütün sübutları nəzərə alaraq bu ittihamlara xitam verilməlidir. 2019-cu ilin dekabr ayında Gülşənlə o, Bakıda Budda-Bar restoranında olanda, şam yeməyi vaxtı, Gülşən orda ondan xəbərsiz bir sarışın qadınla tanış olmuş, həmin qadınla tanış olduğu vaxt, o, foyedə işi ilə əlaqədar telefonla danışmışdır. Telefon zəngi uzun çəkmiş və o, masaya geri döndükdə Gülşənlə üz-üzə xanımın oturduğunu görmüşdür. Gülşənin tanış olduğu bu xanım Şahid12 olmuşdur. Qarşıdakı masada tanış sima olmuş, illər keçsə də, bu baxışları və dodaqlarında olan mimikasını unuda bilməmişdir. Xanım 15-20 il öncə onun 25-26 yaşı olanda son dəfə gördüyü Səbinə xanım olmuşdur. Səbinəni o, son dəfə 15-20 il öncə, cəmi 2 dəfə Mərkəzi Klinikada göz müayinəsində olanda görmüşdür. Səbinə o zaman göz həkiminin yanında tibb bacısı işləmişdir. Həmən günü Səbinə restoranda rəfiqəsi ilə görüşməli olmuşdur. Lakin rəfiqəsinin işi çıxdığı üçün, Səbinə restoranı tərk edən zaman Gülşən onu liftin yanında yaxınlaşmış və öz stoluna dəvət etmişdir. Səbinə artıq Mərkəzi Klinikada ginekologiya şöbəsində işləmişdir. Səbinə Gülşəni öz pasientlərindən biri zənn etmiş, həm də bu vaxt o, kənarda olduğu üçün, Gülşəni restoranda tək olduğunu zənn edib, Gülşənin bu dəvətinə razılaşmışdır. Onun telefon zəngi uzun çəkmiş və zəngi bitdikdən sonra masaya yaxınılaşıb Gülşənin yanında oturduqda Səbinə ani olaraq duruxaraq şoka düşmüşdür. Çünki, Səbinə Gülşənin stolda tək olduğunu zənn etmişdir. Amma sonra o da onu xatırladıqdan sonra bir az sakitləşmişdir. Həmin günün sonunda Gülşən Səbinəni otaqda zorlamışdır. Bu vaxt hotelin foyesində bir saata yaxın telefonla danışmış və otaqda baş verənlərdən xəbəri olmamışdır. Onun zəngi bitdikdən sonra nömrəyə qalxdıqda orda Səbinəni ağlayan vəziyyətdə görmüşdür. Bu səhnədən ani şok vəziyyətə düşmüşdür. Gülşən bu zaman lüt olmuş və əynində Amesterdamda aldığı qara rəngli starpon olmuşdur. Lakin Səbinə isə əynində xalat divanda oturub ağlamışdır. Gülşən, Səbinəni zorlamışdır. Səbinəni o zaman hələ yaxşı tanımırdı və o zaman nə edəcəyini bilmirdi. Səbinə hələdə hönkür-hönkür ağlayırdı və evə getmək istəyirdi. Əgər o zaman Səbinə zorlama barədə polisə şikayət etsəydi, bu hadisə ona illərdi halal zəhməti, intelekti və zehni əməyi ilə qurduğu biznesini, nüfuzunu məhv edə bilərdi. Hoteldə olan nömrə 2 otaq olmuşdur. Gülşəni o biri otağa çəkib danlamışdır. Gülşən vəziyyətin gərgin olduğunu başa düşüb, əynində olan starponu soyunub, xalatını geynib Səbinənin yanına oturub onun könlünü almağa başlamışdır. Gülşən, Səbinənin könlünü alıb, onu biraz sakitləşdirmişdir və həmin gecə Səbinəni evə buraxmamışdır. Gecə Gülşən və Səbinə yataq otağında çarpayıda, o isə digər otaqda olan divanda yatmışdır. Gülşən Səbinə ilə nömrəyə onsuz qalxmışlar, o isə bu vaxt hotelin foyesində tea-loucda telefonla danışmışdır və kofe içmişdir. Həmçinin 2018-2019-cu illərdə Gülşən onun “Xalq Bank” və “Azertürkbank” kartı ilə Amesterdamda tək səfərdə olan, sek-şopdan intim alətlərini almasını bank kartı üzrə arayışlarda təsdiq edir. Həmçinin Səbinə 2019-cu ilə qədər hansısa avropa ölkəsində olmamış, bunu Dövlət Sərhəd Xidmətində və Dövlət Gömrük Komitəsində olan məlumatlarda təsdiq edir. Yəni Səbinə hansısa intim aləti Bakıda ala bilməzdi. Çünki Azərbaycanda intim alətlərinin satışı qadağandır. Onun əsaslandırmaları, maddi sübutlar, bir daha təsdiq edir ki, Gülşən istintaqda və 18 oktyabr məhkəmədə biləbilə yalan ifadə vermişdir və Gülşənin uydurmağa meyilli olmağını bir daha ehtiva edir. Marriott hoteldə olan hadisədən sonra Gülşən tez-tez Səbinə ilə əlaqə saxlayardı. Gülşən Səbinənin işlədiyi Mərkəzi Klinikaya gedərdi, ona gül dəstələri, hədiyyələr və şirniyat aparardı. Onun bu ifadəsini Mərkəzi Klinikada olan video müşahidə sistemində olan video görüntülər həmdə Gülşənin istifadə etdiyi ********** nömrəli telefon anten məlumatları təsdiq edir. Gülşən və Sibinə arasında səmimi bir dostluq yaranmışdır. Gülşən demək olar ki, bütün vaxtını Səbinə ilə keçirərdi. Səbinə Gülşənə çox inanırdı və ona bağlanmışdır. Bu faktı təsdiq edən maddi sübutlar, Gülşənlə Səbinənin bir yerdə selfi edib çəkdirdiyi fotolar və videolar məhkəməyə təqdim olunmuşdur. O zaman Səbinə ilə onun arasında isə bir pərdə olmuşdur. Çünki Səbinə o vaxt hələ ailəli olmuşdur. Düzdü illərdi əri ilə ayrı yaşamışdır. Səbinə o zaman valideynlərin evində yaşamışdır. Əri ilə münasibəti isə ancaq kağız üzərində olmuşdur. Amma buna baxmayaraq yenə də, Səbinədən aralı olmuşdur. Gülşənlə Səbinənin münasibətlərinə qarışmamışdır. 2021-ci ildə Gülşənin təkidi ilə Səbinə ərindən boşanmışdır. Bu boşanma Gülşənin təşəbbüsü olduğu üçün onun bundan xəbəri olmamışdır. Gülşən özü bibisi Tahirə Əsgərovaya müraciət etmiş, ondan bu boşanma işində kömək istəmişdir. Gülşənin bibisi Tahirənin köməyi ilə Səbinəyə Tahirə vəkil ayırmışdır. Vəkil pulunu Gülşən vermişdir. Səbinə boşanma prosesini aparan vəkilin X23 işçisi olması bir daha sübut edir ki, məhz Gülşən Səbinə ilə boşanmışdır. Gülşən zahirən erotik bir qadın qiyafəsində olsa da, amma daxilində o kişi kimi olmuş və Səbinə Gülşənin sevgilsi olmuşdur. Gülşən Səbinə ərindən boşandıqdan sonra demək olar ki, onu yanından buraxmamışdır. Gülşən sanki bir kişi kimi, hər gün Səbinə işə aparıb, axşam isə özü onu işdən götürərdi. Səbinə günlərlə bağda Gülşənlə qalardı, hətta xarici səfərlərə birgə gedərdilər. Gülşən bir kişi, Səbinə isə onun sevgilisi olmuşdur. Gülşən ilə Səbinənin bu sevgi münasibətləri 2019-cu ildən başlayaraq, 2022-ci ilin dekabr ayına kimi davam etmişdir. Məhkəməyə təqdim olunmuş sübutlar Gülşənlə Səbinənin fotoşəkilləri və videoları bir daha sübut edir ki, Gülşən ilə Səbinə 3 il ərzində sevgili olmuşdurlar. Bu fotolardan və videolardan görünür ki, Gülşən nəyəsə onun məcbur etməyi absurtdur. Gülşən yataqda, hovuz kənarında,əyləncələrdə özünün çəkdiyi selfi fotolar və videolar bir daha sübut edir ki, bu Gülşənin həyat tərzi olmuşdur. Gülşən onun puluna lüks həyat yaşayıb, heç bir fotoda və ya videoda o olmamışdır. Çünki, adətən o, xaricdə səfərdə olardı, yada şəhərdə evdə tək qalırdı. O, əgər orda olmamışdırsa buna görə də, onun Gülşənin hansısa seksual xarakterli hərəkətə məcbur etməyi tam yalan və absurtdur. Bu maddi sübutlar və faktlar bir daha təsdiq edir ki, Gülşən bilə-bilə yalan ifadə verir, istintaq isə qərəzli aparılmışdır. Gülşənin 18 oktyabrda məhkəmədə öz ifadəsində dediyi kimi, onlar ayrı yaşamışdırlar. Demək olar ki, Gülşən yaşayan bağa getməmiş və çox zaman şəhərdə olan evdə tək qalmış ya da işi ilə əlaqədar xarici səfərdə olmuşdur. Gülşən ilə saxta nikah üzərində qurulmuş bu “simvolik ailə” yalnız xəstə qızı Aylinə görə olmuşdur. O, Gülşəndən həmişə qorxmuş və ehtiyat etmişdir. Buna görə də, onunla konfiliktə girməkdən çəkinmişdir. Gülşən sərbəst həyat tərzi dürmüş, nə istəmişdirsə onu etmişdir. Səbinə ilə əvvəllər heç bir münasibəti olmamışdır. Gülşən bütün ittihamda yalan və absurt ifadələr bildirmişdir. Gülşən 2021-ci ildə Səbinəni ərindən boşandırdıqdan sonra, Səbinə artıq onların ailə üzvünə çevrilmişdir. Qızı Aylin də Səbinəyə çox bağlı olmuşdur. Məhz buna görə də, Gülşən çalışırdı ki, Səbinə ilə yaxın olsun. Səbinəni ailələrinə gətirdikdən sonra, o bağda daha çox olardı. Səbinə ilə evə əmin-amanlıq gəlmişdi. Boş vaxtlarında Gülşən və Səbinə ilə keçirirdi. Artıq Gülşənin istəyi ilə üçlü bir ailə həyatı yaşayırdılar. Gülşən hətta ondan xəbərsiz, brilinat üzük alıb, 2021-ci ilin dekabr ayında Səbinənin barmağına üzük taxmaqla fikrinin ciddi olduğunu göstərmişdir. Bunu təsdiq edən foto və videolar maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Amma təssüf ki, bu Gülşənin qurduğu növbəti hiylə olmuş, lakin o, bu münasibətlərə ailə kimi baxmışdır. Gülşən isə bu dəfə özünə bağlamaq üçün Səbinədən silah kimi istifadə etmişdir. Gülşən məharətli aktirisadır, onda Səbinənin Gülşənin hiylə bu qurduğu tələni çox gec başa düşmüşdür. Çünki sonra məlum olmuşdur ki, Gülşən daimi olaraq üçü bir yerdə olanda gizlicə intim videolarını çəkmişdir. Gülşən üçün bu növbəti bir silah olmuş, onu vaxtızamanı çatanda hədə-qorxu gəlsin, şantaj etsin. Çünki, Səbinəyə qədər Gülşənin evə gətirdiyi heç bir qadın onun üçün maraqlı olmamışdır. Hətta buna görə də, Gülşənin bəzi qız məşuqələri elə düşünürdü ki, onun qadınlara marağı yoxdur. Gülşənlə həmişə düşmənçilik etməkdən qorxmuş və çəkinmişdir. Ancaq 2022-ci ilin ortalarından Gülşənin daima atası Əsgər ilə sərxoş olması, narkotik qəbul etməsi, aqresiv olması, onu və Səbinəni özündən uzaqlaşdırmışdır. Gülşən 2022-ci ilin ortalarından özünün tanış olduğu yeni qız sevgililəri Şahid2 və Şahid7 ilə bağda əyləncələr təşkil etmişdir. Gülşənin bağa dəvət etdiyi qızlar çox olmuşdur. Gülən onun intelekti və zehni əməyi ilə qazandığı pulları anadan gəlmə böyrək xəstəliyi olan sevimli qızı Aylini müalicə etmək əvəzinə özünün lüks həyatına və əyləncələrinə xərcləmişdir. Gülşən 28 dekabr 2022-ci ildə bağda növbəti əyləncə məclisi “raviola partisi” keçirmək istədiyinə qəti etirazını bildirdiyi üçün qəsdən dava simuliyasiyası yaradır. Səbinə də artıq bu Gülşənin məclislərindən bezmişdir. Buna görə də, o da Gülşənin əyləncə dəvətindən imtina etmişdir. Evin ağası olan Gülşəni bu çox qəzəbləndirmişdir. Gülşən bundan daha da qəzəblənib, bu dəfə ondan qorxmadığını görüb ona və Səbinəyə hədə-qorxu gəlir və santaj edir. Gülşən illərdi gizlicə özünün çəkdiyi, Gülşənin özünün iştirakı ilə olan onunla Səbinənin arasında intim pornoqrafik videoları onun, Gülşənin, Səbinədən ibarət “WhatsApp” qrupuna göndərmişdir. Bu yolla ona hədə-qorxu gəlir. Lakin onun bunada məhəl qoymadığını gördükdə Gülşən onu şərləyib polisə şikayət etmiş və onu polislə hədələmişdir. Səbinə Gülşənin bu gizli çəkdiyi porno videoları gördükdən sonra o öz mobil nömrəsini dəyişərək itmişdir. Həmin hadisədən sonra 2023-cü ilin yanvar ayından onun Səbinə ilə əlaqələri kəsilmişdir. Həqiqətən onun 2023-cü ilin yanvar ayından 2023-cü ilin oktyabr ayına kimi Səbinə ilə əlaqələri olmadığını təsdiq edən sms-lər, ********* nömrəli cinayət işində istintaq zamanı ona məxsus mobil telefonuna baxış zamanı bu ifadəsinin düzgünlüyünü bir daha təsdiq etmişdir. Gülşən evdə tam hakimiyyətini, ağalığını göstərmək üçün, həmçinin ona hədəqorxu gəlmək məqsədi ilə dekabr 2022-ci ildə evdə olan mübahisədən sonra, polisi ona qarşı bir təzyiq vasitəsi kimi istifadə edərək, polisdə bilə-bilə yalandan ifadə verir, onu şərləyir. Lakin o, buna da məhəl qoymamışdır. Gülşən bundan daha da aqresivləşib, son silahı onu boşanma ilə hədələmiş və böyrək xəstəliyindən əziyyət çəkən sevimli qızı Aylinlə ayıracağı ilə şantaj etmişdir. Çünki, artıq Gülşənin oğurladığını ehtimal etdiyi dövlət sirlərini yayması ilə gəldiyi hədə-qorxulara, porno videoları yayması ilə etdiyi şantajlara, polisdə onu şərləməsinə məhəl qoymamışdır. Gülşənin bu dəfə son silahı onu boşanmaq ilə hədələmək və onun ən zəif yeri olan xəstə sevimli qızı Aylinlə ayırmaq və qızını atasız qoymaq olmuşdur. Gülşən qızı Aylində özü ilə götürmək, onu təzyiq etmək üçün Abşeron Rayon Məhkəməsinə getmiş və guya orda boşanma üçün ərizə verdiyini demişdir. Avtomobildə olan CPS trekerdə Gülşənin həqiqətən Abşeron Rayon Məhkəməsinə olduğunu görəndə, o bu xəbərdən dərin emosional sarsıntı keçirmişdir. Gülşən ordan ona telefonla zəng edərək, hədə-qorxular gəlir, bu an telefonda qızı Aylinin “ata məni qurtar” səsini eşidirdi. Aylinin bu fəryadı onu daha da sarsıtmışdır. O, göz yaşları tökərək, Gülşənə yalvarmağa başamışdır. Gülşən qızı Aylinin ağlamağına məhəl qoymadan, ona dediyi sözlər bu idi:”Fuad mənəm evdə ağa, mənim evimdi, nə istəyirəm edəcəm, sən heçkimsən, ya mən deyən olacaq, ya da boşanıram səninlə və birdə Aylini görməyəcəksən, şərtim budu ki, get polisdə boynuna al ki, məni döymüsən, sinəmə yumruq vurmusan. Sən bunu polisdə yazsan, məndə boşanma ərizəmi geri götürəcəm”. O, telefonda uşaq kimi ağlaya-ağlaya, telefonda qızı Aylinində ağlayan səsini eşidəndə, ürəyi parça-parça olmuşdur. O, ağlaya-ağlaya Gülşənə cavab vermişdir ki, “qələt eləmişəm, sənsən evdə ağa, nə istəyirsənsə edəcəm, təki Aylini incitmə, yazığın gəlsin. Nə desən yazacam polisdə, amma məni Aylinsiz qoyma”. Bu zəngdən sonra, o, həmin Xəzər Rayon Pİ-nə getmişdir. Gülşənin istədiyi kimi izahat yazımış, guya onu döydüyünü, sinəsinə yumruq vurduğunu yalandan boynuna almışdır. Polisdən çıxan kimi telefonla Gülşənlə əlaqə saxlamış və məlumat vermişdir ki, “polisdə ifadəmi sən istəyən kimi yazdım, yalvarıram Aylini qaytar evə, qızımı incitmə”. Lakin Gülşən ona xəbərləşərik deyərək, telefonu söndürmüşdür. Növbəti gün Gülşən atası bağa gələrək, ona şantaj etmişdir ki, “əgər Aylini itirmək istəmirsənsə, barışıq istəyirəsənsə qarantiya olaraq 50000 manat ödə, bundan sonra Gülşən boşanma ərizəsini geri götürərək, polisdə barışıq edəcəyik”. O, bunları Əsgərdən eşidəndə daha da sarsılmışdır. Növbəti dəfə necə çətin tələyə düşdüyünü anlamamışdır. Sevimli qızı Aylini atasız görmək istəməmişdir. Bu fikirlər ona çox əzab vermişdir. Çox çətin bir seçim olmuşdur. Çünki, Gülşənlə boşanmaqla, bu pozğun, əxlaqsız, yüngül həyat tərzi sürən qadından canını qurtarardı, amma bilirdi ki, sevimli qızı Aylin əziyyət çəkəcəkdir. Gülşən istintaqda ifadəsində və 18 oktyabrda məhkəmə iclasında ifadəsində etiraf etmişdir ki, o, boşanmaq istəməmiş, ağlamış, yalvarmış, göz yaşları tökmüşdür. Əsgər ondan pulu aldıqdan sonra Zərərçəkmiş şəxs Abşeron Rayon Məhkəməsinin yanında dayandığı yerdən çıxıb, bir başa Xəzər Rayon Polis İdarəsinə getmiş və barışıq ərizəsinə imza etmişdir. Sonra isə Gülşən özü idarə etdiyi avtomobil olan “Range Rover”-dən qızı Aylini buraxmışdır. Qızı Aylinin ağlamaqdan, onun kimi gözləri şişmişdir. O, Aylini bağrına basıb birdə tək qoymayacağına söz vermişdir. Çünki Aylin ona çox bağlı olmuşdur. Cinayət işi üzrə Gülşən barədə aparılmış məhkəmə-tibbi ekspertizasının 05 yanvar 2023-cü il tarixli, 1740 saylı rəyindən göründüyü kimi Gülşəndə olan xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Gülşən plastik-estetik əməliyyat keçirtmişdir. Üzünə və dodaqlarına isə daimi olaraq silikon botoks vurdurardı. Gülşənin alt və üst dodaqlarında olan zədə isə Gülşənin o zaman yeni il qabağı dodaqlarına vurduğu silikon-botoks iynələrinin izləridir. Gülşənin dişləridə suni və farfordur. Əgər o, onun dodaqlaına zədə yetirsəydi, ilk olaraq Gülşənin süni farfor dişləri dağılıb tökülərdi. Bu 1740 saylı ekspertiza rəyi və polisdə verdiyi ifadə arasında olan ziddiyət bir daha sübut edir ki, Gülşən hədə-qorxu gəlmək və onu şantaj etmək məqsədi ilə polisdə bilə-bilə yalan ifadəsi absurtdur, həqiqət deyildir. O, heç vaxt Gülşəni döyməmiş və yaxud əzab verməmişdir. 13 yanvar 2023-cü il tarixində, Xəzər Rayon Polis İdarəsindən çıxıb, o, Gülşən, Əsgər və Aylin bağa qayıtmışdırlar. Gülşənin kefi kök olmuşdur. Gülşən yemək bişirmiş, süfrə açmış və hamı bir yerdə şam yeməyi yemişdirlər. Gülşən və atası yenə də, araq içmişlər. O, alkoqol içmir, tez Aylinlə yeməklərini yeyərək süfrədən durmuşdur. Həmin şam yeməyindən təxminən bir saat sonra o, yuxuya getmiş və həmin gün də yataqdan dura bilməmişdir. Səhəttində nə baş verdiyini anlaya bilməmişdir. Gülşən həmin gün ona yataqda yemək, çay, su vermişdir. Bu minivalla 13 yanvardan 07 fevrala qədər yataqdan dura bilməmişdir. 07 fevralda sürücüsünə zəng edərək, onu həkimə aparmağı tapşırmışdır. Elə həmin gün Mərkəzi Kilinikada müayinə edilmiş, onun ürəyində 5 damarın qəflətən tutulmağını demişlər. Ürəyində 2 damar 95%, 1 damar 90%, 1 damar 40% və 1 damarda 30% tutulmuşdur. Lakin həmin gün ürəyində 2 dəfə əməliyyat olsa da, cəmi bir damara stend qoymaq mümkün olmuşdur. Ürəyində qalan damarlara bu il 2024-cü ildə stenol qoyulmalı idi. Daimi dərmanlar qəbul edir, o hər an ölümlə üz-üzədir. Gülşən onun pullarına və mülkiyyətinə sahib çıxmaq, tamah məqsədi ilə onu öldürmək üçün 2023-cü ilin yanvar ayında, Gülşən özünün farmakalogiya biliklərindən istifadə edərək, onun yeməyinə və suyuna mənşəyi məlum olmayan zəhərlər qatmış, bununla da, ürəyində 3 damar qəflətən tutulmuş və əməliyyat olunmuşdur. Gülşən ağır və xüsusi ilə ağır cinayət törədərək, CM-nin 182.3.2-ci maddəsinə əsasən, yəni külli miqdarda əmlak tələb etmə maddəsi ilə ittiham olunması bir daha sübut edir ki, Gülşənə maraqlı olan ancaq pul və mülkdür. Gülşən 2023-cü ilin iyul ayının sonunda qızı Aylinidə götürüb həmişəki kimi, xəbərsiz bağdan getmiş, təxminən bir aydan çox Gülşəndən xəbəri olmamışdır. Gülşən evdə olmayanda, qızı Aylinin otağının bağlı olması onu şübhələndirmişdir. Gülşən otağı elə-belə bağlamırdı. Onun məqsədi var idi. O, bundan şübhələnərək, Aylinin otağının qıfılını sındıraraq anlamışdır ki, Gülşən ondan nəsə gizlədib və ona növbəti tələ qurur. Qızı Aylinin otağından Gülşənə məxsus intim aksesusarları olan qara çanta, səffaf paketdə 10-a yaxın rəngli tabletkalar, dəmir qutuda içi dolu marixuana “nəşə” və 10 ədəd isə kağıza bükülmüş hazır “nəşə” tapmışdır. Bundan sonra digər vəkili Afet Qazıyev ilə məsləhət edib, Gülşənin bu xəzinəsini təcili zibilliyə atmışdır ki, evdə narkotik olmasın. Çünki bu Gülşənin qurduğu növbəti şərləmə tələsi ola bilərdi. Gülşənin “xəzinə”sini zibilliyə atdıqdan sonra qızı Aylinlə əlaqə saxlamışdır. Gülşənlə birbaşa əlaqə saxlamaq mümkün deyildir. Gülşən 2023-cü ilin yanvarından özünə başqa nömrə almış, yeni nömrəsini isə o bilməmişdir. Gülşən qızı Aylini Qax rayonunda yerləşən kəndə aparmışdır. Özünün isə harda olduğu məlum deyildir. Gülşənin bir məqsədi olmuşdur. Onun məqsədi onu şərləmək, onu öldürmək və ya bu cinayət yolu ilə onun zehni əməyi və intelekti ilə qazandığı pullara və mülklərə sahib çıxmaq olmuşdur. 2023-cü ilin avqust ayında, Gülşən uzun zaman itdikdən sonra bağa qayıtmış, qızı Aylinin otağından Gülşənə məxsus narkotikləri və intim aksesuar çantasını atdığı üçün çox əsəbi və aqresiv olmuşdur. Lakin o, Gülşənin təxribatlarına fikir verməməyə çalışmışdır. Gülşən onu qəsdən zəhərləməsindən sonra, keçirtdiyi ürək əməliyyatına görə çalışmışdır ki, Gülşənə məhəl qoymasın, əsəbləşməsin. Artıq bəlli idi ki, Gülşən provakasiya edir, onun fikri onu növbəti dəfə polisdə şərləmək və onun iki oğlunu bağdan qovmaq olmuşdur. Gülşənin onu döyüb, söyüb, təhqir edib, bağdan qovmasını sübut edən kifayət qədər maddi sübutu məhkəməyə təqdim etmişdir. Gülşən 24 avqust 2023-cü ildə bağda növbəti davam simuliyasiyası yaratmağa cəhd etmişdir. Gülşən həmin günü oğlanlarının və qızının yanında ondan boşanmaq istədiyini və başqa kişi ilə yaşayacağını demişdir. Gülşən onu və oğlu Fəridi təhqir edərək bağdan qovmağa başlamışdır. Evdə oğlanları da, bağda işləyən bütün personal da Gülşənin varlı iş adamı ilə sevgili olmasını bildirirdilər. Gülşən bunu gizlətmirdi. Gülşənin məqsədi onları təhqir etməklə, bağdan qovmaq olmuşdur. Gülşən qəsdən öz kişi sevgilisi ilə onların yanında telefonla danışır, sms-ləşir, sonra isə onunla boşanacağı barədə guya məhkəməyə ərizə verdiyini demişdir. O, Gülşənin iyul-avqust ayında itdikdən sonra, Gülşənin əlində olan ona məxsus bank kartlarını blok etdiyinə və Aylinin otağında Gülşənin gizlətdiyi narkotik xəzinəsini atdığına görə Gülşən evdə çox əsəbi və aqresiv olmuşdur. Gülşəni sakitləşdirməyə çalışdıqda, ona “ayıbdı qızın Aylini düşün, Aylinin daimi müalicəyə ehtiyacı var, Aylin sabah böyüyüb gəlin gedəcək, Aylin təhsil almalıdır” dedikdə, Gülşən bundan daha da aqresivləşib onu və oğlunu təhqir etmişdir. CPM-nin 124.2.3-cü maddəsinə əsasən 24 avqust 2023-cü ildə evdə olan video müşahidə sistemlərində görüntülər maddi sübut olaraq məhkəməyə təqdim olunmuşdur. Bu maddi sübutlar bir daha sübut edir ki, Gülşən özünü idarə edə bilmir, aqresivdir , azyaşlı qızı və oğlunun yanında küçə söyüşləri söyür, onu təhqir etmişdir. Bu faktlar, görüntülər bir daha təsdiq edir ki, Gülşən öz cinayətkar niyyətinə çatmaq üçün, onu şərləyərək polisi bir alət kimi istifadə etmişdir. Gülşən bundan sonra bağın arxasında olan oranjeraya (İlin soyuq fəsillərində tərəvəz, gül, meyvə və s. yetişdirmək üçün şüşəbəndli yer) keçir və onda kişi sevgilisi ilə telefonla danışır, o və oğlu Fərid Gülşənin arxasınca oraya daxil olub, onu dilə gətirməyə və sakitləşdirməyə cəhd edirdilər. Çünki evdə Gülşənin səs-küyündən qızı Aylin qorxurdu. Gülşən onu və oğlu Fəridi görüb, aqresiv şəkildə onları ordan qovmağa başlamışdır. Söyüşlər söyür və əsəbi şəkildə üstü torpaqla dolu gül dibcəkləri olan ağır stolu ayağı ilə təkan verib aşırtmağa cəhd edirdi. Lakin stol ağır olduğu üçün, stola gücü çatmamış və stol geriyə qayıdıb Gülşənin təkan verdiyi sağ ayağının baldırını sıyırmışdır. Gülşən bundan sonra özünə xas aqresiv, əsəbi şəkildə əlinə keçən gül dibçəklərini üstünə atmağa başlamışdır. Bundan sonra o və oğlu oranı tərk edib mətbəxin önünə keçmişdir. Gülşən bundan sonra 102 xidmətinə zəng etmiş, sonra isə mətbəxin önündə ona demişdir ki, indi polisə deyəcəkdir ki, onu döymüşdür. Gülşən bu dəfə də, 2023-cü ilin yanvarında etdiyi eyni şantajı etmək istəmiş və onu polisdə şərləyəcəyini bildirmişdir. Bir müddət sonra Gülşənin çağırdığı X38 bağa gəlmişdir. Onları qarşılamış və evə dəvət etmişdir. Lakin Gülşən onları evə buraxmamışdır. Çünki, evdə hər şeyi videomüşahidə sistemləri çəkirdi. Buna görə də, təcili yardımdan gələn həkimlər hovuzun kənarında olan söhbətgahda əyləşmişdirlər. Gülşən onun təcili yardım həkimləri ilə mülayim rəftarını görmüş və onların yanında yenidən hay-küy salıb dava simuliyasiyası yaratmağa cəhd etmişdir. Gülşənlə aralarında mübahisə düşmüş, ona sakit olmağını, kənar adamların yanında söyüş söyməməsini desə də, Gülşən buna məhəl qoymamışdır. Tibb işçiləri Şahid13 və Şahid5 Gülşənə sakitləşdirici validol dərmanı verərək getmişdirlər. Hətta təcili yardım həkimlərini yola salan zaman Şahid13 ona bu qadından uzaq olmasını və Gülşənin təxribatlarına getməməyini demiş və ona cavabında demişdir ki, artıq boşanır, bunlar onu tələyə salmaq üçün bir səhnədir. Təcili yardım getdikdən dərhal sonra polis əməkdaşları gəlmiş və bir yerdə onlara oranjeriyada olan vəziyyəti göstərmişdir. Sonra isə bir yerdə bağdan çıxıb polis bölməsinə getmişlər və orda öz izahatını vermişdir. Polisdə olan zaman Gülşən idarə etdiyi “Range Rover” avtomobili ilə qızı maşında ola-ola bilərəkdən, qəsdən aqresiv şəkildə avtomobili başqa maşına çırparaq əzmişdir. Bu polis bölməsinin həyətində baş verir və bunu təsdiq edən video söküntülər mövcuddur. Belə qeyri-adekvat hərəkətlər Gülşəndə çox olmuş və onun qəsdən, bilərəkdən maşını divara çırpması olan videolar məhkəməyə təqdim olunmuşdur. Bütün aqresivlik Gülşənin narkotik təsirində olmasını bir daha ehtiva edir. Bu hadisədən dərhal sonra onun digər müdafiəçi Afət Qazıyeva ilə əlaqə saxlamış və o, müvafiq sənədləri toplayıb boşanmaq üçün ilk dəfə olaraq ərizə vermişdir. Avqust 2023-cü ildə Gülşənin onun barəsində polisdə etdiyi şikayət şər və böhtandır. CPM-nin 124.2.3-cü maddəsinə əsasən məhkəməyə təqdim olunmuş evdə olan videomüşahidə sistemində olan görüntülər bir daha təsdiq edir ki, o, Gülşəni döyməmiş və yaxud hansısa zədə yetirməmişdir. 24 avqust 2023-cü ildə evdə “hadisə” zamanı bağa gələn X38 həkimləri Gülşənə baxış zamanı tərtib etdiyi aktda, Gülşəndə yalnız sağ baldırında sıyrıq göstərmiş və hər hansı digər zədənin olmaması göstərilmişdir. 1024 saylı ekspert rəyində və təcili yardım aktı əsasında olan uyğunsuzluq bir daha sübut edir ki, Gülşən xəsarətləri özün-özünə yetirmiş və o, Gülşənə hər hansı fiziki zor tətbiq etməmiş və döyməmişdir. Gülşən onu şantaj və hədə-qorxu gəlmək məqsədi ilə polisdə bilə-bilə yalan ifadə verməklə başlanan ********* nömrəli cinayət işinə 10 mart 2024-cü il tarixində CPM-nin 39.1.2-ci maddəsinə əsasən əməldə cinayət tərkibi olmadığına görə xitam verilmişdir. Gülşənin ona qarşı verdiyi ittihamlar qərəzlidir, şər-böhtan olmaqla uydurmadır. Gülşənin 8 il ərzində saxta nikah üzərində qurulmuş bu “simvolik ailə”-də ona və övladlarına yaşatdığı zülümlərdən, şantajlardan, aqresiyadan, Gülşənin yüngül həyat tərzi, onun zehni əməyi və intelekti ilə qazandığı pulları və mülkləri ələ keçirmək üçün onu qəsdən zəhərləməsi və sağlamlığına ömürlük ziyan vurması onu və övladlarını bezdirmişdir. Gülşənin bu dəfə onu yenidən polisdə şərləməsi, nədə onun oğurladığını ehtimal etdiyini dövlət sirlərini düşmənlərə yayacağı ilə gəldiyi hədə-qorxular, onun xəstə qızı Aylinlə onu ayıracağı ilə etdiyi şantajlara artıq məhəl qoymamışdır. Buna görə də, Azərbaycan qanunvericliyi çərçivəsində, cəlb etdiyi profesional vəkillərinin köməyi ilə mülki məhkəmə qaydasında Gülşəndən canını qurtarmaq üçün Abşeron Rayon Məhkəməsində Gülşənlə boşanma prosesi başlamışdır. Abşeron Rayon Məhkəməsində boşanma prosesində Gülşən sülh və sivil ayrılma təklifi olunmuşdur. Yəni Gülşənə 1 mənzil, 2 xarici markalı avtomobil, 400000 manat pul və qızı Aylinlə 15/15 gün görüşmək təklifi olunmuşdur. Həmçinin qızı Aylinin bütün müalicə, təhsil və digər xərclərini ödəməyi öhdəsinə götürmüşdür. Lakin onun bu təklifindən sonra, Gülşən onu Abşeron Rayon Məhkəməsində özünə xas aqresiyada, onu təhqir edib, küçə söyüşləri söyməklə ondan məhkəmə zalında onun bütün mülklərini tələb etmişdir. Hətta məhkəməyə sədrlik eədn X24 Gülşən ancaq evlilik dövründə alınmış mülklərin 50% istəyə biləcəyini bildirmişdir. Gülşən hakimin sözlərinə məhəl qoymadan ondan bütün mülklərini təkrar tələb etmişdir. Gülşənin ali savadı yoxdur, buna görə də, savadsız olduğu üçün o həmişə əmin idi ki, Gülşənin adına onun pulu ilə şantajla alınmış bütün mülklər tam 100% ona məxsusdur. Abşeron Rayon Məhkəməsində olan məhkəmə-video qeydləri, məhkəmə protokolları onun bu ifadəsinin düzgünlüyünü bir daha təsdiq edir. Bu maddi sübutlar bir daha təsdiq edir ki, Gülşəni maraqlandıran ancaq pul və mülkdür. Gülşən istədiyi mülklərə və pula sahib çıxmaq üçün bu dəfə də, xəstə sevimli qızı Aylini ona qarşı silah kimi istifadə etmişdir. Gülşən qızı Aylini girov saxlayır, varlı kişi sevgilisinin köməyi ilə qızını müxtəlif ünvanlarda gizlədir. Gülşən qızı Aylini məktəbə buraxmır, təxminən 7 aya yaxın qızını təhsilindən məcburi yayındırmışdır. Toplanmış sübutlar əsasında Gülşənin təzyiqlərindən qorunmaq üçün ona və övladlarına mühafizə orderi təqdim olunmuşdur. Xəzər Rayon İcra Hakimiyyəti tərəfindən verilmiş mühafizə orderi məhkəməyə maddi sübut olaraq təqdim olunmuşdur. Bundan başqa qanunsuz ittiham olunduğu CM-nin 133.2.6 və 151-ci maddələri ilə nəyə əsasən ittiham olunduğunu bilmir. Gülşən barədə məhkəmə-tibbi ekspertizasının 5 yanvar 2023-cü il tarixli 1740 nömrəli rəyində görünür ki, Gülşənin alt dodağı səthi əzilmiş və xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. Gülşənin bütün bədəni və üzü plastik-estetik əməliyyat olub, hətta dişləridə sünidir və farfordur. Necə ola bilər ki, o, Gülşənin dodağına zədə vurur, amma süni zərbəyə həssas fonfor dişləri isə tökülmür. Bu mümkün deyil, hamıya bəllidir ki, süni fonfor dişləri olan adam bərk çörək belə dişləyəndə, dişlər tökülür. Gülşənin dodağında olan zədə o zaman yeni il qabağı kosmetik salonda, Gülşənin dodaqlarına və üzünə vurduğu silikon-botoks iynələrin izləridir. Xəzər rayon Polis İdarəsində verdiyi ifadə isə məcburi yazılmışdır. Belə ki, Gülşən onu boşanma ilə hədələyərək, qızı Aylini silah kimi istifadə edib, qızını ondan ayıracağı ilə etdiyi şantaja görə, Gülşən tələb etdiyi formada polisdə ifadə verməyə məcbur olunmuşdur. Əgər o, Gülşənin sinəsinə yumruq vursaydı, niyə bu barədə 1740 məhkəmə tibli ekspertiza rəyində heçnə yoxdur. Gülşən barədə 1740 məhkəmə tibli ekspetiza rəyi və onun məcburi həqiqət olmayan polisdə ifadəsi arasında olan uyğunsuzluq onun günahsız olduğunu sübut edir. Gülşən barədə növbəti məhkəmə tibbi ekspertizasının 31 avqust 2023-cü il tarixli 1024 nömrəli rəyində baş-beyib silkələnməsi, qapalı-beyin travması, sağ baldırın sıyrıqları kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur göstərilmişdir. 24 avqust 2023-cü ildə Gülşən bilərərkdən dava simuliyasiyası yaratmış, özünə xas aqresiv, əsəbi halda üstü gül dibçəkləri ilə dolu olan stolu, gücü çatmayaraq, sağ ayağı ilə təkan verərək aşırtmağa cəhd etdiyi zaman, stol əlindən çıxmış və Gülşənin ayağını sıyırmışdır. Gülşənin bu aqresiv hərəkətini oğlu Fərid və bağda işləyən bağbanda görmüşdür. Evdə olan video müşahidə sistemlərində olan yazılardan göründüyü kimi bu zaman o, mətbəx önündə divanda oturmuşdur. Gülşən bundan sonra mətbəxin qapısını açır və ona deyir ki, “102”-yə zəng edib şikayət edəcəkdir ki, sən etmisən. O isə cavab verərək bildirmişdir ki, hər şeyi kamera çəkir, heçnə etməmiş, nə istəyirsən et. Bu maddi sübutlar video görüntülər niyə nəzərə alınmamışdır. Bundan sonra Gülşən “103” xidmətinə zəng edib X38 çağırmışdır. X38 həkimləri gəlib Gülşənə baxış keçirirlər və akt tərtib edirlər. X38 həkimlərinin tərtib etdiyi sənəddə Gülşənin yalnız sağ baldırında sıyırıq qeydə alınır və Gülşən əsəbi və aqresiv olduğu üçün ona validol verilir. Gülşən həkimlərin yazdığı sənədi oxuyur və imza atır. Təcili yardım sənədində görünür ki, Gülşənin başında və yaxud hansısa başqa yerində zədə yoxdur. Əgər o, Gülşənin başına zədə vursaydı, niyə bu barədə Gülşən həkimlərə heçnə deməmişdir. Həkimlərdən dərhal sonra bağa polis gəlmişdir. Bəs bu 1024 nömrəli tibbi-ekspertiza rəyində olan kəllə beyin travması nə zaman baş vermişdir. Əgər o, 24 avqustda Gülşənin başına vurmuşdursa niyə həmin gün bu barədə polisə heçnə deməmişdir. Əgər Gülşənin həqiqətən baş-beyin travması var idisə, Gülşən bu travma ilə bu halda özü avtomobili necə idarə edib polisə gedirdi. 31 avqustda ekspertizada isə Gülşəndə baş beyin travması əmələ gəlmişdir. O, Gülşəni son dəfə 24 avqustda görmüş, necə ola bilərki, onun başına 31 avqustda zədə vurmuşdur. Gülşən onu şərləmək üçün 31 avqustda ekpertizadan öncə bəlkə özü-öz başını divara çırpa bilərdi. Gülşən 18 oktyabr və 18 noyabr məhkəmədə öz ifadəsində etiraf edir ki, 31 avqustda ekspertizaya özü idarə etdiyi avtomobil ilə getmişdir. Əgər Gülşəndə həqiqətən baş-beyinde nəsə travma olubsa, bu halda, vəziyyətdə Gülşən necə avtomobili özü idarə edib və özü ekspertizaya getmişdir. Əsil həqiqət detallardadır. Bu suallar bir daha sübut edir ki, Gülşəni heç vaxt döyməmiş və belə boylu-buxunlu, profesional idmançıya gücüdə çata bilməzdi. Tibb-ekspertiza rəylərində göstərilir ki, Gülşənin bədənində olan xəsarətlərin kənar şəxs tərəfindən törədilməsi istisna olunmur və sağlamlığa zərər vurmayan yüngül xəsarətlərdir. Azərbaycan Respublikasının Nazirlər Kabinentinin 269 nömrəli qərarı ilə təsdiq olunmuş sağlamlığa dəymiş xəsarətlərin ağır, az ağır və ya yüngül xəsarətlər siyahısında göstərilən xəsarətlər, ekspertlər tərəfindən verilmiş rəylər əsasında Gülşənin bədənində olan yüngül xəsarətlər onun tərəfindən tödərilmişdirsə belə, o, CM-nin 128-ci maddəsi ilə ittiham olunmalı idi. O, nəyə əsasən CM-nin 133.2.6-cı maddəsi ilə ittiham olnur. Bütün faktlar və sübutlar təsdiq edir ki, Gülşən özü-özünə zədə yetirmişdir. Gülşənin təqdim etdiyi fotolardan görsənir ki, şəkildə olan zədələr Gülşənin etdiyi plastik-estetik əməliyyatların fəsadlarıdır. Gülşənin bilə-bilə verdiyi yalan ifadələr şər-böhtandır. O, heç vaxt Gülşəni döyməmiş və ona əzab verməmişdir. Əksinə bu saxta nikah dövründə Gülşən tərəfindən daimi şantaj olunmuş, döyülmüş, təhqir olunmuş, əzab çəkmiş, iztirablar içində yaşamış, zəhərlənmiş, sağlamlığını ömürlük itirmişdir. Cinayət işini aparan müstəntiq Nahid Abbaslı nəyin əsasında müəyyən etmişdir ki, Gülşən ondan maddi asılı olub və onu hansı seksual xarakterli hərəkətlər etməyə məcbur etmişdir. Gülşənin adına onun pulu ilə hədə-qorxu gəlməklə rəsimləşdirilmiş dəyəri 200000 manata yaxın daşınan və daşınmaz əmlaklar niyə nəzərə alınmamışdır. Gülşənin adına onun puluna alınmış çoxlu sayda bahalı xarci avtomobillər niyə nəzərə almamışdır. Əgər Gülşən ondan maddi asılı olubsa, niyə içərisində 400000 manatdan çox olan seyfi Gülşəndə olmuşdur. Gülşən ondan əgər maddi asılı olmuşdursa, niyə seyfin açarını ona geri qaytarmaqdan imtina etmişdir. Seyfin açarının Gülşəndə olmasını və açarı geri qaytarmaqdan imtina etməsini sübut edən maddi sübutlar olan video görüntülər nəzərə alınmamışdır. Əgər Gülşən ondan maddi asılı olubsa, o, hansı pullarla kasıb ailəsinə, qardaşına və bacısına yeni tikili binada mənzillər almışdır. Əgər Gülşən ondan maddi asılı olmuşdursa, o hansı pullar ilə atasına, bacısına, qardaşına xarici markalı avtomobillər almışdır. Məhkəməyə təqdim olunmuş bütün video disklərdən görünür ki, Gülşən qızlarla əylənir. Gülşən bu videolarda hardasa əzab çəkən və ya məcbur olunan hal vardırmı?. Gülşənin özü müxtəlif qızlarla əyləncələrdə selfi etdiyi və öz kompyuterindən götürülmüş fotolarda və videolarda qızlarla öpüşməsi və erotik pozalar verməsi görünür. Bu zaman Gülşənin yanında olmaya-olmaya onun necə seksual xarakterli hərəkətlər etməyə məcbur edə bilərdi. Gülşəni nəyəsə məcbur etmək mümkün deyildir. Bütün fotolarda və videolarda Gülşən müxtəlif qızlarla əylənir, o, xaricdə səfərdə ola-ola Gülşəni nəyə və necə məbur edə bilərdi ki. Gülşən düşdüyü lüks həyatda hər gün keyf etmişdir. Gülşən sərbəst, yüngül həyat tərzi sürmüş, o, xarici səfərlərdə olanda, Gülşən bağda əyləncələr təşkil etmiş, qızlarla və kişilərlə əylənmişdir. Azərbaycan Respublikası Konstitusiyası və Azərbaycan Respublikası Prezidenti X35 fərmanı ilə təsdiq olunmuş qanunlar əsasında öz hüquqlarını qorur. O, öz hüquqlarını ali qanunlara əsaslanaraq müdafiə edir. Məhkəməyə təqdim olunmuş bütün maddi sübutlar, mahiyyəti üzrə əhəmiyyət kəsb edən geniş ifadəsi bir daha sübut edir ki, Gülşənin ona qarşı bilə-bilə verdiyi yalan ifadəsi əsassızdır, sübuta yetirilmir və qərəzlidir. O, heç vaxt Gülşənə qarşı fiziki zor tətbiq etməmiş, döyməmiş, əzab verməmiş və Gülşən heç vaxt ondan maddi asılı olmamışdır. Gülşən mahir aktirisa olmaqla, polis və prokurorluqda barəsində həqiqətə uyğun olmayan yalan ifadə verərək, onu şərləmişdir. Gülşən ondan daha çox pul və mülk əldə etmək, ona təzyiq göstərmək üçün polis və prokurorluğu qəsdən aldadaraq, hüquq mühafizə orqanlarını ona qarşı bir silah kimi istifadə etmişdir. Ədalətli məhkəmə, hümanizim prinsiplərindən irəli gələrək, öz daxili inamlarına, vicdanlarına və ali qanunlara əsaslanaraq, qanunsuz ittiham olunduğu CM-nin 133.2.6 və 151-ci maddələrinə xitam verilməsini xahiş etmişdir. Bundan başqa təqsirləndirilən şəxs məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onun tərəfindən istintaqa təqdim olunmuş videomateriallar natamam olmamışdır. Belə ki, evdə quraşdırılmış videokameralar səs və hərəkət olarkən aktiv olunur. Gülşənin intim xarakterli şəkilləri onun tərəfindən çəkilməmiş, Gülşənin telefonu ilə çəkilmişdir. Gülşən özü şəkilləri çəkib ona göndərmişdir. Bütün pulları, kartları Gülşəndə olmuşdur. 2019-2023-cü ilə kimi Zərərçəkmiş şəxs seksual xarakaterli hərəkətlər, eləcə də, fiziki zorakılıqlar etməmişdir. Aralarında mübahisə düşəndə onun əsəblərinin sakitləşməsi üçün uşaqla otağa keçib qapını bağlamışlar. xx.xx.2023-cü ildə Gülşənin bədənində xəsarətlər olmamışdır. Gülşənin ondan heç bir maddi asılılığı olmamışdır. Adına kifayət qədər yüksək məbləğdə danışar və daşınmaz əmlaklar vardır. Evdə olan bütün işçilərin pulunu isə Gülşən vermişdir. Gülşənin atası Ələsgərə 5000 mnat pulu 2024-cü ilin yanvar ayının 13-də vermişdir. 2022-ci ilin dekabr ayında güya Gülşəni döyməsi ilə bağlı ifadəsini isə məcburiyyət qarşısında qalaraq verməsini o fakt təsdiq edir ki, izahatda onun Gülşənin sinəsinə zərbə vurması göstərilsə də, rəyə görə xəsarət Gülşənin dodağında olmuşdur. Gülşəndən başqa yeganə intim münasibətdə olduğu qadın Səbinə olmuşdur. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, Təqsirləndirilən şəxs ilə 2023-cü ildə eyni iş yerində ortaq tanışları vasitəsi ilə tanış olmuşdur. Fuad tanışlıq müddətində qısa vaxt ərzində onunla ciddi münasibətlər qurmaq istədiyini və onunla ailə qurmaq istədiyini bildirmişdir. Hətta ona uşaqları və ailə həyatı barədə məlumatlar verərək, ona müəyyən şəkillər göndərmişdir. O, ailə dəyərələrinə hörmət bəslədiyini, ona uşaqlarının körpə olmasını, onların anasının harda olmasını soruşmuş, Fuad cavabında uşaqların anasının dünyasını dəyişdiyini bildirmişdir. Fuada olan bu kimi emosional hallara görə ona daha çox bağlanmağa başlamışdır. 2014-cü ilin 31 yanvarda toy mərasimi keçirilməsi planlaşdırılmış, xx.xx.2014-cü ildə rəsmi nikaha daxil olmuşlar. Fuadin hər dediyini öz valideynlərinə bildirmiş, bütün ailə üzvləri onların ailə qurmalarına razılıq bildirməmişlər. Bir müddət sonra Fuadın keçmiş həyat yoldaşının həyatda olmasını bilmiş, lakin Fuadın yaxşı manipulyasiya etmək qabiliyyəti olduğundan, həmçinin artıq ailə üzvləri ilə münasibətlərinin pozulması, artıq nikaha daxil olması səbəbindən Fuadın ikinci ailəsi olmağa razılıq vermişdir. Bütün adət-ənənələrə uyğun ailə qurmuşlar. Fuad tezliklə ailə münasibətlərinin qurulmasında israrlı olmuş, ondan bu tezliklə ailə qurmaq istəməsinin səbəblərini soruşduqda, Fuad nikaha daxil olduqdan sonra bildirmişdir ki, “sən məni tanısaydın, mənimlə ailə qurmaq istəməzdin”. Fuada cavabında bildirmişdir ki, “bizim münasibətimiz nəyinsə üstündə qurulmayıb, biz bir-birimizi sevib ailə qurmuşuq”. Ancaq ailə münasibətlərinin başlanğıcı yaxşı olmasa da, ailə qurmuş və yaşamağa başlamışlar. Nəsimi rayonunda yerləşən evdə 10 il birlikdə yaşamışlar. Ailə qurduqdan sonra uşaqlar onlarla qalmışdır. Evdən çıxdığı müddətə kimi uşaqlarına münasibəti, uşaqların psixoloji vəziyyəti və əvvəlki həyat yoldaşının başına gətirdiyi oyunlar barədə məlumatları olmuşdur. Belə ki, keçmiş həyat yoldaşını içirdib, onu şantaj etmişdir ki, uşaqları ilə görüşməsin. Uşaqlar ilk dövrdə yaxşı olsalar da, sonradan ona qarşı çevrilmişlər. Bir müddət sonra Fuad ona qarşı zorakılıq hərəkətləri etməyə başlamışdır. 1 ay müddətində evdən çıxmamışdır. Fuadın keçmiş həyat yoldaşı onun ailə münasibətlərinə müdaxilələr etmişdir. Fuadın keçmiş iş yerində münasibətləri pisləşmiş, onda panikataq olduğuna görə onunla da münasibətlərinə təsir edirdi. Evləndikdən sonra iş karyerasını sonlandırmışdır. 2 uşaqla savaşa-savaşa yola getməyi bacarmışdır. Qısa müddət ərzində uşaqlarla yaxşı dost olmuş, münasibətləri çox yaxşı olmağa başlamışdır. Fuad isə 3-5 gün evdə qalır, sonra isə Moskvaya oxumaq adı ilə gedirdi. Uşaqların üstündə onunla münasibətləri pisləşmiş, bu səbəbdən də, uşaqlara görə onu evdən qovmaqla təhdid etmişdir. Fuad əsəbləşəndə məcbur olub, parkda gəzməyə getmişdir. Evləndikdən sonra ailə üzvləri ilə münasibətləri pisləşdiyi üçün, onlarla əlaqə yaratmamışdır. Bütün qonşular, marketdə işləyənlər, qapıda duranlar Fuadın keçmiş arvadını döyüb, təhqir etmələrini bildirirdilər. xx.xx.2015-ci il tarixdə evliliklərinin il dönümündə Fuad şüşə butulkanı onu atmış, lakin butulka güzgüyə dəymişdir. Güzgü qırılaraq yerə sərpilmişdir. Fuada evdən çıxıb getmək istədiyini bildirdikə, o, evin bütün qapılarını və pəncərələrini bağlayaraq açarı cibinə qoymuş, onu isə saçından yapışıb yerdə sürüməyə başlamışdır. Yerdə sürünən zaman şüşələr onun kürək nahiyyəsində cızıqlar yaratmışdır. Telefonunu əlindən alaraq, telefonda olan şəkilləri silmiş, sonra isə yatdığı otağa gedərək orada yatmışdır. O, isə yataq otağında qalmışdır. O evdən çıxıb qaçmaq istəməyi istəmiş, lakin gedə bilməmişdir. Səhəri gün saat 08 radələrində Fuad ona telefonla sms yazaraq utanmaz-utanmaz evlilik il dönümlərini təbrik etmiş və onu axşam Bilgəhdə yerləşən otelə şam yeməyinə dəvət etmişdir. Fuad stresə düşəndə onu söyüb-təhqir edirdi, səhəri günü isə ondan üzr istəyirdi. Fuaddan maddi asılılığı olduğu üçün heç kimə məlumat vermirdi. Mart ayında hamilə olduğunu desə də, Fuad buna etiraz etmişdir. Məcbur olub atası evinə getmiş, ondan üzr istəmiş, atası onu bağışlamışdır. Uşaq orada anadan olmuşdur. Orda olanda Fuad onu və anasına təhqiredici məsajlar yazmışdır. Uşaq anadan olandan sonra Fuadla barışmış, bağ evini almışlar. 2016-cı ildən ailə münasibətləri yaxşılaşmağa başlamışdır. 2017-ci ilin sonlarında Fuad yeni şirkətə işə girmiş, orada psixoloji problemləri yaranmışdır. Orda azərbaycan dilində danışmaqda çətinlik çəkmişdir. 2017-2018-ci illərdə onunla dost olmağa başlamışdır. Məcbur olub psixioloqa müraciət etmişlər. Fuad psixioloqun seanslarına qoşulmağa başlamışdır. Fuadın təklifi ilə həmin seanslara qoşulmağa başlamışdır. Psixioloq Həlimə xanım Fuada mülaicələr təyin etməyə başlamışdır. Bütün müaəicələrdə iştirak etmişdir. Müalicələr müsbət nəticəsini vermiş və Fuad normallaşmağa başlamışdır. 2019-cu ilin əvvəllərində Həlimə xanım psixiatrik müalicələr təyin etməyə başlamışdır. Həmin tarixlərdə Fuad qrup halında sekslərdən danışmağa başlamışdır. Çünki onun əvvəllər də bu xasiyyətdə olmasından əmin olmuşdur. Həlimə xanıma bu barədə bildirmiş, o, cavabında onun psixi problemləri olduğunu və düzəlməsinin mümkün olmadığını bildirmişdir. X31 Respublikasının Amesterdam şəhərinə getmişlər. Orada Fuad nəşələr barədə məlumatlar vermiş, hansı nəşənin güldürdüyünü, hansının ağlatdırdığı bildirmişdir. İxtisasca politoloq olduğu üçün Həlimə xanımın bütün müalicə metodlarında iştirak etmişdir. Onun bütün qayğı və nəvazişləri nəticə vermiş, artıq münasibətləri düzəlmiş və ailə kimi formalaşmağa başlaşmışdırlar. 2019-cu ilin əvvəllərində artıq Fuad həm ona, həmdə Həlimə xanıma qrup halında seksləri təbliğ etməyə başlamışdır. Həlimə xanım isə artıq Fuadın düzəlməsinin mümkünsüzlüyünü, ya onun istəkləri ilə razılaşmalı olduğunu və psixi plomor xəstə kimi qəbul etməli, yada ki, boşanmağı seçməli olduğunu bildirmişdir. Lakin, ailəsini dağıtmağa fikri olmamışdır. Amesterdamda olanda 13 yaşında qadınlar tərəfindən zorakılığa məruz qaldığını, onun həyatında bir neçə qadın olmasını xoşladığını və onunla birlikdə cinsi əlaqədə olmağı təklif etmişdir. Onun təklifi ilə razılaşmamış, lakin Fuad ona təzyiqlər etməyə başlamış, razılaşmadığı təqdirdə uşağı ondan alacağını, əvvəlki həyat yoldaşından betər günlər yaşadacağı ilə təhdid etmişdir. Eskort qadınlar evə gəlmişdir. Fuada qorxmasını bildirsə də, hər şeyi özü edəcəyini demişdir. Qadınlar gəlmiş, yeyibiçmiş, nəşə çəkilmişdir. Onlar işlərini qurtarıb getdikdən sonra Fuad artıq həyat yoldaşı kimi onunla fəxr etdiyini və həyatının qadını olduğunu demişdir. Otel otağında döyülməklə, uşağı ilə hədələmişdir. Sonra başa düşmüşdür ki, Fuadın yazılı qanunları var, qrup sekisləri sevir. Belə bir senariləri Londonda da baş vermişdir. Azərbaycanda da, olanda Jesikaya oxşayan qadınların şəkillərini göstərirdi. Cinsi əlaqədə olmamışdan qabaq Jesikaya oxşayan qadınların porno videolarını göstərib onunla ələqədə olurdu. Həlimə xanıma müraciət etsə də, o, əvvəl dediklərini bir daha təsdiq etmişdir. Bu şeylərə etiraz edəndə, Fuad onu döyməyə başlayırdı. Dekabr ayında Bakıda Mareot otelə getmişlər. Mareot oteldə oturanda Fuad ona “gör gözmüzə toxunan kimsə yoxdur ki” demişdir. Qırmızı şərab istəmişdir. Ona hər zaman yaxşı münasibət bəsləmişdir. Onun övladları bunu təsdiq etmişdir. Yan masada oturan qadını göstərmiş, ona baxmağını tələb etmiş və həmin qadını tərifləməyə başlamışdır. Onunla razılaşmış, onun istdiyi formada qadın olduğunu demişdir. Sonra söhbətdən uzaqlaşmaq istəmiş, Fuad isə ona bax buna, bütün formatlar uyğun gəlir, kök dırnaqları olan qadınlardan həmişə danışır. Ona “qadını dəvət elə, o, bizə çox sağ ol deyəcək” demiş, o isə dəvət etməyəcəyini bildirmişdir. Həmin qadın masalarına gəlmiş, Fuad isə durun getdik demiş, qadın isə iki ağır çanta da gətirmişdir. İçərisində seksual əşyaları, geyimləri olmuşdur. Həmin qadın hər şeyi ona başa salmış, geyimləri necə geyinməli olduğunu deməklə, ona həmin günü yaşatmışdırlar. Fuad xoşbəxt olmuş, intim münasibətlər, hansı qadını harada tuta bilərik söhbətləri aralarında başlamışdır. Fuad istəyi ilə Səbinə ilə əlaqə saxlamış, zəng etmişdir. Həmin qadın cavabında zəng gözlədiyini bildirmişdir. Səbinənin kataloqunda oğlanlar, qadınlar olmuşdur. Səbinə bu işlə məşğul olduğundan sosial şəbəkədə istaqram səhifəsində 15-20 dəfə qadınlar ona yazmağa başlamışlar. Fuadla da dost olduqlarını bildirmişlər. Məclislər olmuş, bir qədər içəndən sonra, həmin qadınların keçmişdən Fuadla tanış olduqlarını bilmişdir. Sonradan Fuad ona “sənə söz deyim, ancaq heç kim bilməməlidir, gizlədirəm səndən, 23 idir ki, Səbinə ilə sevgiliyəm” demişdir. Fuad hər dəfə ona məclislər qurmağı rəklif etmiş, lakin o etiraz etmişdir. Bundan sonra fiziki təsirə keçməyə, döyməyə, təhdid etməyə başlamışdır. 2023-cü ilin avqustun 23-nə qədər boşanmaya verdiyi günədək bu hadisələr davam etməyə başlamışdır. Fuad bütün koteqoriyalarda evə qızlar gələ biləcəyini, ona artıq söz deyə bilməyəcəyini bildirdi. Evin içində çox iyrənc hallar yaşanmışdır. Otaqda xüsusi izolyasiyalı bir otaq olmuş, o otağa yalnız özləri girmişdir. İstintaq zamanı yetərincə sübutlar vermiş, həm iyrənc baş verənlərə bağlı, döyülməyi, xəsarətləri ilə bağlı həm də videolar təqdim etmişdir. Həmin otağı nə sürücü, nə uşaqlar görmürdülər. Axşam partiyasında mütləq qızlar iştirak edirdilər. Xüsusi menyuları olmuş, qızların adı ilə, rəqqasələr də olmuşdur. 2023-cü ildə dəfələrlə Abşeron Rayon Məhkəməsinə boşanmaya müraciət etmişdir. Sonra Fuad ağlamağa başlamış, bütün qohum əqrabalarına çıxmağa başlamışdır. 4 dəfə məhkəmənin qapısından qayıtmışdır. Fuad ona fiziki təsir etməyə, döyməyə başlamış, videoları atasına göstərəcəyi ilə hədələmiş, əxlaqsız olduğunu bildirmişdir. Səbinəyə görə onu dömüşdür. 2021-ci ildən 2023-cü ilə kimi evə gələn pozgun qadınlara görə bu davam etmişdir. Bütün Şüvəlan bilir ki, qrup məclisdə Fuad başçılıq edib, Səbinə də həmin məclisdə iştirak edib, iyrənc bir məxluqdur, lezbiyandır. Dekabr ayında yeni il qabağı Fuad ona Səbinə evi üçün ipotekaya pul götürür, ev təmir etdirir, onun razılığı lazımdır ki, evin satışın gercəkləşdirsin demişdir. Fuad İpoteka adı ilə evi Səbinəyə hədiyyə etmişdir. Daha sonra isə Fuad ona dekabr ayında yeni ili Səbinə və onun ailəsi ilə keçirməyi təklif emiş, buna görə mübahisələri olmuş, Fuad vəhşiyə dönmüş, onu səs gəlməməsi üçün spa otağına salmış, onu döymüş, başını yerə çırpmış, baş travması almışdır. Zorakılıq hadisəsi artıq ağır formaya keçmişdir. Hər şey qızının gözü qarşısında olmuş, bu da onu depresiyaya salmışdır. Ev Səbinyə verildikdən sonra skandal başlamış, münasibətləri daha da pisləşmişdir. Fuad onu həmin hamam otağına salıb vəhşicəsinə döymüş, betona vura-vura, yerdə heykəllər var idi, həmin budda heykəlləri ilə onu vura-vura döymüş, otağın qapısını açıb qışqıraraq kömək çağırmaq istəmiş, Fuad isə saçından tutub yerə çırpmış, başı yerə dəymiş və beyin silkələnməsi olmuşdur. Sürücü, bağban Fuadın dəli olduğunu bildirkəri üçün yaxın durmamış, sonra uşağın baxıcısı onu Fuadın əlindən almış və otağa qaçıb özünə gəlmişdir. Arxasınca gəlmiş və həmin proses davam etmişdir. Əlinə keçəni ona vurmağa başlamış, başına çoxlu sayda yumruqlar vurmuşdur. Uşağı da otağa burxmamış, mənə qulaq assaydın başına belə şeylər gəlməzdi demiş, sonra isə Fuad özünü döyüb ağlamağa başlamışdır. Dayə vəziyyətin pis olduğunu görüb bacısına zəng etmişdir. Səhərisi günü atası gəlmiş, atası nə baş verdiyini soruşanda, Fuad atasına onun idman edən zaman qanterlərin onun üzərinə düşdüyünü demişdir. Başında silkələnmə, çat olmuş, bütün bədəni göy olmuşdur. 2021-ci ildə mərkəzi klinikada reabilitasiya mərkəzində müayinələrdən keçmişdir. Ancaq bu dəfə həkim onu çağıraraq artıq burada başqa bir şey olduğunu demiş, həmin ərazi üzrə polis əməkdaşları gəlmiş, Fuad isə yoxa çıxmış, bir neçə gün tapılmamış, bir neçə gündən sonra tapılmış və qadına əl qaldırmaq şərəfsizlikdir deyə ona yalvarmağa başlamışdır. Bütün qohum-qərabanı işə qataraq polisdən ərizəsini geri götürməsini istəmiş, lakin hamı Fuadın onu Səbinə ilə yeni ili keçirmək istəmədiyinə görə döydüyünü bilmişdir. İşləri polis şöbəsində olna zaman polis əməkdaşı dəfələrlə ona zəng edərək barışması üçün təkid etmişdir. Fuad isə ona ərizəsini geri götürməsi üçün yalvarmışdır. O isə Fuada sakit formada boşanacaqları və yaşadıqları evin onun olmasını və həmin evə gəlməməsi şərti ilə ərizəsini geri götürəcəyini demişdir. Bundan sonra həmçinin Allahverdiyev soyadlı polis əməkdaşını da məcbur etməsi ilə barışıq imzası atmış, ancaq Fuada onunla boşanacağını demişdir. Daha sonra sürücü onu MRT-dən keçməsi üçün aparmışdır. MRT-yə düşmüş, taksi sifariş edərək şəhər evinə gəlmiş, orada Fuadın xalatda, Səbinənin isə çılpaq vəziyyətdə qızlarla evdə məclis keçirdiklərini görmüşdür. Telefonla içəri basqın etmiş, Fuad isə yerə çökərək ağlamağa başlamışdır. Mart və iyun ayında da bir dəfə onu evdən qovmuş və demişdir ki, “ay qız sən bu evdəsən mən burda bazlıq edə bilmirəm, çıx get evdən”. Onu öz evindən qovmuşdur. Yenə orada ustaların yanında təhqirlər, söyüşlər, saçından tutub sürümüşdür. Çamadanı həmişə yığılmış vəziyyətdə yerdə olduğundan onları götürüb atası evinə getmişdir. Avqust ayında, dərslər başlamağa yaxın evə gəlmiş, yenə eyni şeyləri görmüşdür. Fuad artıq onu şantaj etməyə başlamışdır. Ona “ sən əxlaqsızsan, sən evimə kişilər gətirmisən,sən belə, sən belə” demişdir. Bütün bunlara dözə bilmədiyi üçün avqust ayında qızını da götürüb Abşeron Rayon Məhkəməsinə getmiş, dünya dağılsa da boşanma ərizəsini verəcəyini demişdir. Boşanma ərizəni vermişdir. Bundan sonra Fuad zəng edərək ağlamağa başlamış, boşanmamasını demiş, o isə ərizəsinin artıq sistemə vurulduğunu bildirmişdir. Evə gələndə Fuad ona yazaraq “sən evə gəlmə, qapıda bıçaqla durmuşam, səni öldürəcəm” demiş, qızı ilə evə gələndə nə uşaqlar nə sürücü orada olmuşdur.Bundan sonra üç gün boyunca ona zorakılıq etməyə başlamış, əlinin altında nə varsa, kül qabını, jurnalnı stolun üstünə atmışdır. Evin qapısı bağlamışdır ki, uşaq qorxur, get ayrı evə, ertəsi günü durmuş, Fuad ilə heç bir münasibətə girməmiş yanına çağıranda getməmiş, onunla heç bir əlaqəyə girməmişdir. Sabahısı günü səhər uşağın yeməyini yedizdirmiş, sonra isə qızını da götürərək evin arxasında gülləri yetişdirdiyi yerə getmişdir. Bir qədər sonra Fuad gələrək “sən kimsən ki, mənimlə boşanırsan səne belə eləyərəm” təhdid etmiş, o isə Fuada başqa yerə gedib sphbət etmələrini dedikdə, Fuad betondan düzəltdiyi, əl işləri olan qablarının hamısını onunla uşağın üstlərinə atmış, ürəyi soyumamış, masanı üstünə fırladaraq aşırmış və o, masanın altında qalmışdır. Ona elə gəlmişdir artıq ölür, qızına demişdir ki, tez telefonu versin bacısına, zəng etmişdir ki, Fuad onu öldürür, ona kömək eləsin, masanın altından dura bilmir və ayaqlarını hiss etmir. Bacısı isə polisə zəng edərək hadisə barədə məlumat vermişdir. Fuad hər dəfə şiddət artırdığı üçün çemodanları hazır olmuşdur. Daha sonra otağın qapısını açıb girmək istəyərkən Fuad gəlib gəlib saçından tutmuş, başından yumruqla, başını vurmağa başlamışdır. Qaraja qaçıb ordan evdən qaçmaq istəmiş, qarajın qapısını açanda gəlmiş, arxadan tutmuş, dizini qoyub başına yumruqla vurmağa başlamış, qızı demişdir ki, “papa qan gəlir”. Artıq burnundan qan gəlmişdir. Əlini burnuna tutmuş, qan gəldiyini görmüş, bundan sonra huşu getmişdir. Ayılanda Fuad oturub ağladığını görmüş, onu sevdiyini və qələt etdiyini demişdir. Daha sonra uşağa onu durğuzmağını bildirmişdir. Həmin vaxtı üstü-başı pis vəziyyətdə olmuş, paltarları cırılmışdır. X38 gəlmiş, ona dilaltı dərman vermişdirlər. O, danışa bilməmiş, gəzə də bilməmişdir. Daha sonra Fuad üzərlərinə gələrək “siz bilirsiz bu kimdir, bu belədir, bu elədir” demişdir. Onu və təcili tibbi yarım əməkdaşlarını təhqir etmiş, təpik vurub söhbətgahın taxta qapısını dağıtmış, buna görə də oragəlmiş həkim və tibb bacısı onu müayinə etmədən, dilaltı dərman və su verib, “biz bunun içində olmaq istəmirik” deyib həyətdəki balaca qapıdan çıxıb getmişlər. Bir qədər sonra isə polis gəlmişdir. O isə uşağını da götürüb evdən çıxıb getmişdir. Ertəsi günü isə polis onu ekspertizaya yönləndirmişdir. Ekspertizaya gedən zaman da Fuad onu izləyib avtomobilində olan su, kül qabını ona atmış, onu öldürəcəyi ilə hədələmiş, polisin ona heç bir şey edə bilməyəcəyini, polisin onun iti olduğunu, pul verib susduracağını demişdir. Bundan sonra isə Fuadı görməmişdir. Qardaşı gəlib onu öz evinə aparmışdır. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə 2015-ci ildə fiziki şiddətə məruz qalmışdır. Sonra 2019-cu ilə kimi fiziki şiddətə məruz qalmamışdır. 2019-cu ilin sonlarında isə məclislərdə iştirak etməyə məcbur edilmişdir. 2015-ci ildə fiziki şiddətə məruz qalan zaman polisə şikayət etməmişdir. 2019-cu ildən isə Fuad tərəfindən fiziki, mənəvi və psixoloji təzyiqlərə məruz qalmışdır. Bu müddətlərdə X8, X15 və “Həyat” klinikasına müraciət etmişdir. Müraciət edən zaman isə qorxduğu üçün döyülməyini deyə bilməmiş və yıxıldığını demişdir. Əvəllər professional şəkildə voleybol idman növü ilə məşğul olmuşdur. İlk dəfə polis şöbəsinə 2022-ci ilin dakabr ayının 27-də müraciət etmişdir. Həmin günü də polisə şikayət etmək fikri olmamış, bir-iki gün vəziyyəti çox ağır olmuş, qulağından qan gəlmiş və vəziyyəti çox ağır olduğu üçün Bakı Reablitasiya İnsitutuna müraciət etmək məcburiyətində qalmışdır. Həmin vaxt sinəsində ağrı olmuş, nəfəs ala bilməmişdir. Həmin ayın 25-də Fuad tərəfindən döyülmüş, 27-də isə ora müraciət etmişdir. Yenə döyülməsini deməmiş, lakin travmatoloqa müraciət edərkən, bədənində və üzündə göyərtilər olduğu üçün bədənində olan xəsarətlərin yıxılma nəticəsində deyil, döyülmə nəticəsində yaranmasından şübhələnilərək onu MRT müayinəsindən keçirmişlər, nəticədə döyülməsi təsdiq olunduğu üçün Nəsimi Rayon Polis İdarəsinə baş həkim və travmatoloq tərəfindən müraciət olunmuşdur. Ərizəsini geri götürdükdən sonra isə Fuadla bir evdə yaşamamış, eyni həyətdə müxtəlif evlərdə yaşamışlar. Fuad tərəfindən fiziki şiddətə məruz qalmasını, Fuadın oğlanları, azyaşlı qızı, dayə, bağban və sürücülər görmüşdür. Məclislərdə iştirak edən qadınlardan isə Səbinədən başqa digərlərini tanımamış, məclislərə gələn günü görmüş, kim olduqlarını bilməmişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, qeyri-rəsmi müraciəti deyəndə, yaşadığı halları heç kimə deməmişdir. Qres deyilən ərazidə sınıqçı olmuşdur. Hərdəfə döyüldükdən sonra mütamadi olaraq onun yanına gedib-gəlmişdir. Sınıqçının köməkliyi ilə ona türkəçarə köməklik olunmuş, bundan başqa xüsusi tibbi rezinlər taxıb hərəkət etmişdir. Çox vaxt Fuadın böyük oğlu və dayə onu sınıqçıya aparmışdır. Xəstəxanaya getməsinə isə Fuad icazə vermirdi. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, əvəllər qorxduğu üçün müraciət etmiş, uzun müddət döyüldükdən sonra artıq məcbur qalaraq polisə şikayət etmişdir. 2019-cu ildən 2023-cü ilin avqust ayına kimi Fuad tərəfindən mütəmadi olaraq döyülmüşdür. Fuad onu bu müddət ərzində əli ilə döymüş, küt əşyalarla vurmuş, dişləmiş, üstünə tüpürmüş, 2 dəfə Polisə müraciət edib, rəsmi rəy almışdır. Dəfələrlə müraciət etməyə cəhd etmiş, hətta bir neçə dəfə Abşeron Rayon Məhkməsinin qapısından geri qayıtmışdır. Ondan sonra qorxu içində evə qayıtmışdır. Öz kefindən şiddətə dözüb oturmazdı. Axırıncı dəfə döyülmə hadisəsi olanda onu gəlib polislər evdən aparmışlar, orada ifadə vermiş, sonra isə tibbi rəy almışdır. Fuad dəfələrlə onu ölümlə təhdid etmişdir. Onu apardıqları sınıqçı yaşlı bir qadın olmuş, onu tanımamış, Qres deyilən bir yerdə yaşadığını bilmişdir. Hər dəfə yıxıldığını deməyə qorxduğu üçün xəstəxanaya yox, sınıqçıya müraciət etmişdir. Bundan başqa 2019-cu ildən 2023-cü ilə kimi məclislərdə iştirak etməyə məcbur edilmişdir. Həmin qadınlardan yalnız Səbinəni tanımışdır. Digər qadınları isə tanımamış, yalnız birinin adı Evelina olmuşdur. Ona təqdim olunmuş fotoşəkillərlə bağlı suallara cavab olaraq Zərərçəkmiş şəxs həmin fotoşəkilləri çəkməsinə Fuadın onu məcbur etməsini bildirmişdir. Həmin şəkillər Fuadın xüsusi senarisi ilə çəkilmişdir. Fuad həmin şəkillərin çəkilməsini və ona göndərilməsini xahiş etmişdir. Fuadın onun barəsində çıxartdırdığı mühafizə orderindən xəbəri yoxdur. Amesterdamda olmuşdur. Fuadsız ora getməmişdir. Aldığı xəsarətlərlə bağlı terapiyalar almışdır, dərmanlar qəbul etmişdir. Fuadın təkidi ilə Amesterdam şəhərində eskort qadınlarla seks həyatı yaşamışdır. Səbinə ilə intim münasibətlərə Fuad onu təkid etmişdir. Səbinə ilə təklikdə intim münasibətləri olmamışdır. Səbinəni estetik əməliyyata Fuadın təkidi ilə aparıb-gətirmişdir. Fuadın bütün senarilərini yerinə yetirmişdir. Fuad manyak olduğu üçün onu döyərək müxtəlif seksual paltarlar geyinməyə məcbur etmiş və ona görə bu vəziyyətdə müxtəlif şəkilləri vardır. Cessika adlı qadını Amsterdam şəhərində Fuad tapıb gətirmişdir. Fuadın təkidi ilə ilk dəfə Amsterdam şəhərində başqa qadınlarla birlikdə seks həyatı yaşamışdır. Burnunda qığırdaq əməliyyatı etdirmiş, onu da Fuad vurub sındırmışdır. Fuadın oğlanları və Əsməd adlı dayə dəfələrlə döyülməsinin şahidi olmuşdur. Həyətdə döyüləndə kəllə-beyin travması almışdır. Həmin anda evdə video görüntülər var idi. Aplikeşin vasitəsi ilə telefonla həm özü, həmdə Fuad görürdü. Döyülmə görüntüləri var, həmin kamera görüntülərini Fuad təqdim etsin. Hazırda həmin görüntülərin harda olmasını bilmir. Avqust ayında hadisə baş verdikdən sonra evə çağırılmış təcili bibbi yardım işçilərinin onu müayinə etməsinə Fuad imkan verməmişdir.Tibb bacısı Taxta söhbətgahnın yanında ona valeryan vermiş, həmin vaxt Fuad taxta qapını təpiklə vurmuş, qapı xanımın əlinə dəymiş, onlarda qorxub getmişdirlər. Xəstəxanaya müraciətində kəllə-beyin travması aydın şəkildə görünür. Ona uşağın yanında olmasını desə də, o, buna əhəmiyyət verməyərək, saxsı qabları onun üstünə atmışdır. Qablar uşağa dəyməsin deyə, uşağın qarşısına keçmiş və ona dəymişdir. Sonra stolu onun üstünə aşırmışdır. Stol onun ayağına düşmüşdür. Məcbur olub telefonu götürüb bacısına zəng vurub məlumat vermişdir. Sonra yataq otağına keçmiş, bu zaman Fuad gəlib onun başını şkafın tininə vurmuşdur. Bu zaman huşu gedib-gəlmişdir. Toparlanıb qarajın qapısına getmiş, qapını açıb içəri girəndə onu təpiklə arxadan vurmuş və yerə yıxılmışdır. Sonra huşunu itirmişdir. Evə gələn X38 onun kəllə-beyin travması almasını təyin edə bilməzdi. Ağzındakı dişlər təbbi öz dişləridir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs 2022-ci ildə çimərlikdə ailə kimi tanımış, tanışlıqları davam etmiş, instaqramda bir-birlərini izləməyə başlamışdır. Onu ad gününə evlərinə dəvət etmişlər. Məclisdə Təqsirləndirilən şəxs tək kişi kimi iştirak etmişdir. Məclisdə içki, qadınlar və rəqqasələr olmuşdur. Gülşən yemək daşıyıb, qulluq edirdi. İçki içmiş, Fuad və sonradan adını bildiyi Səbinə adlı qadının biabırçı şəkildə əyləndiyini görmüşdür. Bu barədə Gülşənə bildirmiş, o isə qorxmamasını, imkan verməzdir ki, ona kimsə nəsə etsin demişdir. Taksi çağırmış və sonra getmişdir. Bir müddət sonra onlarla piknikə getmişdir. Psixioloq olduğu üçün insanları tez tanıyır. Gülşənin psixoloji problemlər keçirtdiyini görmüş, lakin heç bir şey deməmişdir. Onların üç uşağı vardır. Onlara gedəndə onlar uşaqlarla başqa yerdə, Fuad isə evdə spa adlanan yerdə olurdu və tez-tez qonaqları gəlirdi. Gülşən onlara çay aparırdı. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ibtidai istintaqda ifadəni heç bir təzyiq altında olmadan vermişdir. 2022-ci ildə ad gününə onu Gülşən dəvət etmişdir. Gülşən ofisant kimi hamıya qulluq edirdi. Gülşən həmişə göstərmək istəyirdi ki, hər şey normalıdır. Ancaq bir qadın kimi, onun həyatının normal olmadığını hiss edirdi. Onların evinə dost kimi qonaq gedirdi. Gülşənlə Fuadın münasibəti normal ailə münasibəti olmuşdur. O, hiss edirdi ki, Gülşən Fuaddan qorxur. Gülşəndə 2 dəfə xəsarət görmüşdür. Gülşən bir ara yoxa çıxmış, onunla başqa əlaqə vasitəsi ilə əlaqə saxlamış, uşağı cavab vermiş, anasının xəsarət aldığını bildirmişdir. Daha sonra Gülşənlə əlaqə saxlamış, çənəsindən xəsarət almasını demişdir. Fuad həmin məclisdə Səbinə ilə cinsi əlaqəyə girmişdir. O, fikirləşmişdir ki, ondan qəribə seksual tələbatları vardır. O, içkili olmuş, halı pis olmuş, bağın qırağında divan kimi yer olmuşdur. Fuad ona yaxınlaşmış və seksual diqqətlər göstərməyə başlamışdır. Onu Gülşən qonaq çağırmışdır. O, Gülşənlə sevişməmişdir. Gülşən, Aylin və o, Lənkərana otelə getməmişdirlər. Bir dəfə otelə getmişdir, Fuadda orda olmuşdur, onsuz Gülşənlə başqa bir yerə getməmişdirlər. Olduqca çox olubdur ki, onların evinə getmişdir. İlk görüşdə Fuadda psixoloji priversiyalar görməmişdir. Lakin dediyi kimi, tədbirdə onun qadınla qeyrietik hərəkətlərini görmüşdür. Onları ailə kimi mehriban görmüşdür. Ona görə ilk vaxtlar normal ailə başçısı kimi tanımışdır. Təqsirləndirilən şəxs evində bir dəfə həmin hadisə ilə qarşılaşanda narahatçılıq hissi keçirtmişdir. Onun gözünün qabağında Səbinə adlı qadınla seks yaşadığını görmüşdür. Gülşənlə dost olduğuna görə onların evinə getmişdir. Ona qarşı və ya başqa qadına qarşı isə belə hərəkətləri görməmişdir. Fuadın Gülşənə və digər qadınlara qarşı zorakı hərəkətlərini görməmişdir. Şəkillər ona məxsusdur. Nə vaxt çəkilməsi yadında deyildir. Birinci məclisdə hər şey qəribə olmuşdur. Biri var evin xanımı kimi qulluq edəsən, biridə var yoldaşının yanında olan qadınlara qulluq edəsən. Ora bağ evi olduğu üçün gecəni orada qalırdı. Heç bir zaman Fuadın Gülşənə qarşı zorakılıq hərəkətlərini görməmişdir. Həmin günü içki içdiyi üçün halı pisləşmişdir. Fuad heç bir zaman spirtli içki içmirdi. Gülşən hazırda qardaşıgildə qalır. İndi də zəngləşirlər. Münasibətləri vardır. Gülşən heç vaxt açıq-aşkar nələr yaşadığını demirdi. Lakin bir neçə dəfə onun ağladığını görmüşdür. Ona nəyə görə ailədən getmədiyini soruşmuş, o isə heç vaxt getməyəcəyini demişdir. Fuad demişdir ki, bundan əvvəl ailəli olmuş və ayrılmışdır. Fuad evdə olmayanda onlarda qalmışdır. Onlarda olanda Fuad ezamiyyətə gedəndə orda qaldığı vaxtlar olmuşdur. Ancaq çox vaxt Fuad evdə olanda onlarda qalmışdır. Fuadla heç bir zaman ayrılıqda zəngləşməmişdir. Çünki o, Gülşənin həyat yoldaşıdır, özünə heç bir zaman yaraşdırmazdır. Qulluqçu Əsməti evdə çox görmüşdür. Onların evində bir neçə dəfə olmuşdur. Fuadın Səbinə ilə intim münasibətdə olduğunu görmüşdür. Ancaq ikisini görmüşdür. Başqalarını görməmişdir. Ancaq ad günündə Səbinəni görmüşdür. Gülşən ona seksual zorakılığa məruz qaldığını deməmişdir. Məclisdə iştirak edən qadınların məclisdə istər Gülşənlə, istərsə də Fuadla öpüşməsini görməmişdir. Fuadla qucaqlaşmasını görmüşdür. Ancaq qəribə əylənirdilər. Geyimləri qəribə olmuşdur. Normal ad günü tədbirləri kimi tədbir keçirilmirdi. Ad gününə gələndə təsəvvür etməzdi ki, ad günündə rəqqasələr ola bilər. Ancaq narahat olurdu. Abu-hava onu narahat etmişdir. Səbinə ilə Fuad rəqs etmişdir. Onu məclisdə qalmasına heç kim məcbur etməmişdir. Onları pərt etməmək üçün könüllü qalmışdır. Gülşən bezdiyini və iyrəndiyini deyirdi. Gülşən deyirdi ki, bu hala dözməlidir, çünki uşaqları vardır. Gülşənin plastik əməliyyatlar keçirməsindən məlumatı yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, bacısı Gülşən ona zəng etmişdir ki, onu burdan götürün, yoxsa onu öldürəcəklər. Bir neçə zəngdən sonra Gülşən telefonu açmış, Fuadın onu döydüyünü bildirmişdir. Bundan qabaq da Fuad onu döymüşdür. Sonra barışmışlar. Polisə 7-8 dəfə yığmış, təcili yardıma yığmış, təcili yardım gəlmişdir. Gülşənin qızı ilə danışmışdır. Qardaşına yığıb danışmışdır. Sonra isə Xəzər Rayon Polis İdarəsinə yığıb hadisə barədə məlumat vermişdir. Fuad onlarla bacısının əlaqə saxlamasına maneçilik törədirdi. O, evdə olmayanda bacısını görməyə getmişdir. Bunların ailəsində dəfələrlə belə hadisələr olmuşdur. Daha sonra dekabr ayında sürücü Mehman zəng etdi ki, Gülşəni Gənclikdəki rebilitasiya mərkəzində yatızdırmışdırlar. Oraya getmiş və görmüşdür ki, bacısı orada yatır. Onda çox ağır vəziyyətdə olmuşdur. Bu barədə soruşmuş, sürücü məlumat vermişdir. Daha sonra şəhərdəki evə getmişlər və orada Fuadla həmin qadını görmüşlər və videoya çəkmişdir. Fuad yalvarışlar etsə də, nəticəsi olmamışdır. Şikayət ərizəsini geri götürmüşdür. Bu hallar 10 il davam etmişdir. Evləndikləri vaxtdan sonra psixi zorakılığı etmiş, 2019-cu ildə isə anaları rəhmətə getdikdən sonra fiziki zorakılıqlar etmişdir. Zəng edən zaman Gülşən zəngləri açmamışdır. 2022-ci ildə ağzının partlaması, şüşələrin qırılması və sair halları evə gedib sonradan görmüşdür. Səbinə adlı qadın evə gəlib-gedəndən sonra belə hadisələr baş verirdi. 2 dəfə belə ağır xəsarətlərini görmüşdür. Bundan qabaqkıları isə Gülşənin ağrıları keçəndən sonra onlara demişdir. Fuadın rəfiqəsi olduğunu bilmişdir. Onlarda qalanda başqa qadınları görməmişdir. 1-2 dəfə Səbinəni evdə görmüşdür. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, mütəmadi olaraq döyülməsini vizual olaraq görməsə də, sonradan şəkillərini atandan sonra bilirdi ki, Gülşən döyülmüşdür. Əlaqə saxlaya bilməyəndə sürücü Mehmanla əlaqə saxlayıb məlumat almışdırlar. Gülşən döyülüb, səhəri günü xəstəxanada yatanda görmüşdür. Canlı olaraq onun döyülməsini görməmişdir. Evlilikləri dövrdə Fuad tərəfindən şiddət görmüşdür. Toyda imza etməyinin şahidi olmuşdur. Səbinə ilə Gülşənin lezbiyan həyat sürməklərini bilmir. Şəkillərə baxmaq istəmir. Elə bir şeylərin şahidi olmamışdır. Fuad Gülşənin 10 illik həyatını fiziki olaraq məhv etməsinin şahidi olmuşdur. Bacısının plastik əməliyyatı olmuşdur. Dişindən əməliyyat olunmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X20 ifadəsində bildirmişdir ki, təqsirləndirilən və zərərçəkmiş şəxsi tanıyır, qohumluq münasibətləri yoxdur. 2020-ci ilin iyun ayında Fuad və Gülşən Allahverdiyevin evinə iş üçün müraciət etmişdir. Onlarla söhbət etmiş, onlarla razılaşmış və işə götürülmüşlər. Onların evində işi yemək, paltar və uşaqlara baxmaq işlərini görməkdən ibarət olmuşdur. Ona təklif etmişlər ki, ilk dövrdə bu qədər maaş verəcəklər, işi xoşlarına gəlsə maaşını artıracaqlar. Xoş münasibətləri olmuşdur. İlk vaxtlarda münasibətləri yaxşı olmuşdur. Sonralar isə Gülşənin maska taxmasını və ağlamasını görmüşdür. Ondan səbəbini soruşduqda, o, anasının yadına düşdüyü üçün ağladığını demişdir. O, təzə işə düzələndə Gülşənin anası rəhmətə getmişdir. O, evdə olanda Fuad yuxarı mərtəbədə hündürdən Gülşənə demişdir ki, eləeləmə uşağı səndən alım. Onların ailə söhbətlərinə qarışmamış, öz işini görməyə başlamışdır. Sentyabr ayında onların evində otaqlarında möhkəm dava düşmüş və Fuad pəncərələri və qapını sındırmağa başlamışdır. O evə getmək istəsə də, uşağın yanına getmişdir. Bir müddət sonra Gülşən başını tutub çölə çıxmışdır. Ona kömək etməyə başlamışlar. Sonra o əlini tutmağa başlamışdır. Başına buz qoymaqla, ona sakitləşdirici vermişdir. Onu məcbur olub qəsəbədə olan sınıqçıya aparmışlar. Orada barmaqlarının və biləyinin çıxdığını müəyyən etmişlər. Sonra evə qayıtmışlar. Evə qayıtdıqdan sonra öz evinə getmişdir. Sonralar onların evində söyüşlər eşitməyə başlamışdır. Uşaqları dəfələrlə şəhərdə qızının evinə aparmışdır. Uşağı ağlaya-ağlaya aparmışdır. Həmişə onlar evdə tək oturmaq istəmişlər. 27 dekabr tarixdə saat dörd radələrində onlar alış-verişə getmiş, daha sonra qayıdıb spa otağına getmişlər. Sonra otaqda qışqırıq səsini eşitmiş, ora yaxınlaşan zaman Fuadın Gülşəni yerə yıxıb ayağını boğazına qoyub boğduğunu görmüşdür. Ona yaxınlaşıb Fuadı kənara çəkmişdir. Evdə işləyən digər şəxslər qorxub onlara yaxınlaşmamışlar. Sonra mətbəxə getmiş, bu zaman uşaq ağlaya-ağlaya üstünə gəlmiş, Fuadın anasını döydüyünü demişdir. Yenə ora getmiş, eyni vəziyyəti görmüşdür. Fuadı aralaşdırmış, sonuncu öz otağına getmişdir. Gülşənin başına buz qoymuş, Gülşənin və uşağının əsməsini görüb evinə getməmiş, özündən də qorxmuşdur ki, onada xəsarət yetirər. Səbinə gəlib-gedəndən sonra evlərində həmişə dava-dalaş düşmüşdür. Fuad həmişə Gülşəni təhqir etmişdir. Süfrəyə gəlməməsi üstündə söz-söhbət olmuşdur. Mart ayında Gülşən atası evinə getmişdir. İyun ayında Fuad müəllim onu işdən çıxartmışdır. Gülşən ona demişdir ki, Fuad müəllim onu işdə görmək istəmir. Məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2022-ci ilin iyun ayından işləməyə başlamışdır. Fuad, Gülşən və uşaqlar birlikdə yaşamışlar. Bir aydan sonra Gülşənin ağlamağa başladığını görmüşdür. Hər dəfə anasının yadına düşdüyünə görə ağladığını demişdir. Tez-tez aralarında mübahisələr olmuşdur. Çox vaxt Gülşənin üzündə maska olurdu ki, onun döyülməsini görməsinlər. Sentyabr və dekabrda Fuadın Gülşəni döyməsinin şahidi olmuşdur. Həyətdə Məhəbbət, Mehman olmuş, heç kim müdaxilə etməmişdir. Gülşən həmişə ondan döyülməsini gizləmişdir. Ancaq son vaxtlar araları səmimi olduğu üçün Gülşənlə söhbətlər etmişdir. Gülşən deyirdi ki, Fuad evə qızlar gətirir. Müxtəlif qadınlar gəlirdi. Ən çox Səbinə gəlirdi. Gələnləri görə bilmirdi. Çünki onlar spa otağında otururdular. Qızlar Fuad evdə olanda gəlirdilər. Gülşən xanımlardan bezdiyini deyirdi. Gülşənin həmin anlarda əhvalı olmur, gözləri yaşlı olurdu. Onlar evə gəlməyən zaman heç vaxt belə olmurdu. Gülşən bunlara dözməyə məcbur olduğunu deyirdi. Fuad arada uşaqlarını da təhqir edirdi. Gülşənin Fuadı vurmasının şahidi olmamışdır. Çox vaxt mətbəxdə olurdu ki, baş verənləri görməsin. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Səbinəni Gülşənin rəfiqəsi kimi ona təqdim etmişlər. Aylinin ondan xoşu gəlmirdi. Çünki deyirdi ki, Səbinə atasını qucaqlayır. 27 dekabr 2023-cü ildə Fuad sürücü Mehmanla gəlib, onun oğlunu çağırmış, oğlu sürücünü görsə də, Fuadı və Gülşəni tanımamışdır. Gülşəni hüzr mərasimində bir dəfə görmüşdür. Oğlunu maşına əyləşdirib, biraz aralıda sürüb söhbət etmişdir. Fuad oğluna nə lazımdır edəcək, işinə köməklik edəcək, ona əlavə maaş verəcək, onun gedib polisdən ərizəni götürsün və ona tərəf çıxsın demişdir. Oğlunun onun polisdə ərizə verməsindən xəbəri olmamışdır. Oğlu ona zəng etmiş və Fuadın Mehman vasitəsi ilə ona 500 manat pul verdiyini demişdir. Bəxtiyara demişdir ki, pulu qaytarsın. Oğlu onlara pulu qaytarmağa utandığını demişdir. Sonra evə gedib Mehmana zəng edib demişdir ki, ona pul lazım deyil, kart at, pulu atım. Ancaq ona rayonda olduğunu demişdir. Əlibalanı göndərmiş, zərfin içərisində pulu Əlibalaya vermişdir. Sonra 102 çağrı mərkəzinə bu barədə məlumat vermişdir. Fuad sonra məhkəmədə iddia qaldırmışdır ki, guya ona 4500 manat borcu olduğunu bildirmişdir. Halbuki ondan pul almamış, halal zəhməti ilə övladlarını dolandırmışdır. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 24-25 iyun tarixlərdə işə qəbul olunmuş, xx.xx.2023-cü ildə işdən çıxmışdır. Əvvəl 800 manat, sonra 1000 manat, sonra isə 1200 manat ona əmək haqqı verilmişdir. Ona pulu sürücü Mehman verirdi. Yemək bişir, paltar ütüləyir, həm də uşaqlara baxmışdır. Fuadın yanına Səbinə gəlib-gedəndən sonra Fuad çox xoşbəxt olmuşdur. Dava-dalaş xanımlara və Səbinəyə görə baş vermişdir. Səbinə Fuada görə gəlirdi. Gülşənə görə gəlirdisə, onda Gülşən gedərdi onu gətirməyə, Fuad niyə gedirdi. Fuad evdə olmayanda, Gülşənin yanına qadınlar gəlmirdi. Fuad işlə əlaqədar xaricdə olurdu. xx.xx.2022-ci il tarixdə hadisə olmuşdur. xx.xx.2021-ci ildə nə baş verməsini bilmir. Gülşənin əsəbləşib avtomobil sürməsi, Fuadın üstünə nəsə atması və sair halların şahidi olmamışdır. Gülşən qadınlardan, onlara qulluq etməkdən, yığışdırmaqdan bezdiyini demişdir. Məclislər Fuadın iştirakı ilə olurdu. Orda işlədiyi vaxtda evini təmir etmək üçün Fuaddan borc istəməmişdir. Gülşən ona gəlib Fuadın işçiləri görmək istəmədiyini demiş, Mehman da ona bu barədə demişdir. Fuadla danışmağa cəhd etsə də, Mehman ona Fuadın onunla danışmaq istəmədiyini demişdir. İndi evlərdə işləyir. Gülşənin Fuada qarşı aqresiv hərəkətlərini görməmişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2 dəfə, sentyabr və dekabr aylarında Fuadın Gülşəni döyməsinin şahid olmuşdur. 2022-ci ilin sentyabrında Gülşəni sınıqçıya aparmışdır. Döyüləndə görməmiş, səs-küylərini eşitmişdir. Konkret döyməsini 2 dəfə görmüşdür. Ondan başqa kiminsə eşitməsini dəqiq bilmir. Saat 8-də, 9-da evinə gedirdi. Sürücü Mehman və bağban həyətdə olub, döyülmə hadisələrini eşitmişdir. Ancaq dekabrda olan hadisəni konkret görüblər, qorxularından yaxınlaşmamışlar. Səbinədən başqa qadınların gəlməsini ayaqqabılarından bilmişdir. Qonşular mahnının səsindən narazı idilər. Mahnının səsini çox verirdilər. Fuad kabab çəkirdi, nəsə sifariş verirdi. Səbinəni həmişə görürdü. Digər qadınları görmürdü. Qapıları ayrı olmuş, oranı görə bilməmişdir. Həmin otağın qapısı giriş qapısına yaxındır. Səbinə Fuad evdə olmayanda 2 dəfə Fuad xaricdən gələn günü gəlmişdir. Axır vaxtlar evin sakini kimi evdə çox qalırdı. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, 2023-cü ilin oktyabr ayında polisdə ifadə vermişdir. Həmin vaxt Fuad tutulmamışdır. 2-ci dəfə Fuad tutulandan sonra ifadə vermişdir. Həmin ifadəni geri götürmək üçün Fuad oğluna pul təklif etmişdir. Gülşənin əli şişmiş, buna görə sınıqçıya aparmışdır. Polisə düşməsin deyə, sınıqçıya getmişdir. 2022-ci ilin sentyabr ayında biləyi çıxmışdır. 10 sentyabrda olmalı idi. Sınıqçı yaşlı qadın olmuş, biləyini və barmaqlarını yerinə salmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadəsində bildirmişdir ki, Aygün Allahverdiyevanı və Təqsirləndirilən şəxsləri tanıyır. Çox məclislərdə incəsənət adamı kimi iştirak edir. Onların da məclislərində iştirak etmişdir. Zəng edərək onu çağırmlşlar, kimin zəng etməsini bilmir. Gedib orada rəqs etmişdir. Səhv etmirsə Səbinə xanım ona yığmışdır. Ora gedəndə Gülşən, Fuad, Səbinə orda olmuş, rəqs etmiş və oradan getmişdir. Ora gedən zaman uşaqları görməmişdir. Bir neçə dəfə onlara getmişdir. Sonra dostluq münasibətləri olmuşdur. Səbinənin evdə olmadığı vaxtlarda da ora getmişdir. Bir dəfədə Gülşən xanımın dəvəti ilə getmişdir. Gülşənlə heç bir intim münasibətləri olmamışdır. Fuadla Gülşənin çox yaxşı münasibətləri olmuşdur. Məclisdə Səbinədən başqa qadınları görməmişdir. Bir neçə dəfə ora dəvət olunmuşdur. Son zamanlarda onu dəvət etməmişdirlər. Son 7-8 aydır dəvət almırdı. Telefonda qalıb, yadına gəlmir nə vaxt dəvət ediblər. Başqa restoranlarda da onların tədbirlərində iştirak etmişdir. Fuad bəy və Gülşən xanım onu başqa-başqa məclislərə də dəvət etmişdir. Səbinə xanımda da məclislərdə olmuşdur. Səbinənin Gülşən xanımın rəfiqəsi, Fuad bəyin dostu kimi tanımışdır. Gülşənin məcburi şəkildə orda oturmasını görməmişdir. Onları xoşbəxt ailə kimi görmüşdür. Fuad xarici səfərlərdə olanda, Gülşən və onun qızı Aylinlə hovuzun kənarında oturub, videolar çəkmişlər. Fuad bəy diplomatı ilə çıxıb gedən zaman görmüşdür. Gülşənə “darıxıram, neynirsən, sizə gəlmək istəyirəm” demişdir. Ora getmiş, orda xadiməçi xanım və Gülşən orda olmuşdur. Evlərində kameralar olmuşdur. Başqa bir qeyri-adi hadisələrin şahidi olmamışdır. Məclisdə rəqs etmiş, sonra onlarla oturmuşdur. Həmişə onların ailəsinə qibtə ilə baxmışdır. Hovuzun yanında Nəsibə adlı köməkçiləri onlara qulluq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, X38 briqadasında tibb bacısı işləyir. Onlara aidiyyəti olmayan çağrışla əlaqədar onların evinə getmişlər. Orada xanım xəsarət aldığını bildirmişdir. Həkimlə birlikdə ona baxış keçirmişlər. Lakin həmin xanımın heç bir xəsarəti olmamışdır. Xanım kişini əsəbləşdirmişdi. Məsələnin onların arasında ailə münasibətləri olduğu, onlara aid olmayan məsələ olduğuna görə, polisə məlumat verib, oradan getmişlər. İbtidai istintaqda ifadə verəndə ona heç bir təzyiq edilməmişdir. İstintaqda özündən asılı olmayaraq səhv məlumat vermişdir. İbtidai istintaqda bəzi ifadələri səhv edib, yazmışdır. Hazırda həqiqi olan ifadələri bildirir. Ora gedərkən söhbətgahda xanım əyləşmiş, həkimlə bərabər ora yaxınlaşmışlar. Fuad onlardan uzaqda dayanmışdır. Orda kişi qadına dostu ilə münasibətdə olduğunu demiş, qadın da əcəb edib olduğunu bildirmişdir. Ər və arvad birbirləri ilə mübahisə edirdilər. Həkimə artıq bu hadisələri görməyə utandığını, getmək istədiyini demişdir. Fuadın qadına qarşı aqresiv hərəkətini görməmişdir. Söyüş eşitməmişdir. Onlara aid bir şey olmadığı üçün, polisə məlumat vermişdirlər. Həkim özü polisə məlumat vermişdir. Ailə daxili söz-söhbət olmuşdur. Fuad onlarda 15-20 metr aralıda olmuşdur. Həkim kartada bütün hər şeyi özü yazmışdır. Xanımın heç bir xəsarəti olmamışdır. Həkim xanımı müayinə etmiş, Fuad isə həmin vaxt uzaqda dayanmışdır. Gülşən xanımın yanında qızı olmuşdur. Çağrışdan çıxanda, polis yaxınlaşmışdır. Çağrışı kimin etməsini bilmir. Keçən ilin avqust ayı olmuşdur. Həkimlə birlikdə müayinə etmişlər. Bədənində və başında xəsarətin olmamasını müəyyən etmişdir. Xəsarət olsaydı, onu jurnala qeyd edərdilər. Sonra isə polisə məlumat vermişlər. Gülşən xanım söhbətgahın yanında “şortik” və “mayka”da olmuş, yəni bədəni açıq görünmüşdür. Bədəninin hər tərəfinə baxmışlar və zədə aşkar etməmişlər. 20-25 dəqiqə orada olmuşdurlar. Ancaq onların söhbətlərinə qulaq asmalarına vaxt getmişdir. Novruz həkim Gülşən xanıma baxış keçirmiş, təzyiqini yoxlamış, nə lazımdır etmişdir. Orda olan zaman heç bir xəsarət almamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəyə görə peşman olmuşdur. İndi könüllü ifadə verir. Orda ifadəni verərkən səhv etmişdir. İndi verdiyi ifadəsi düzdür. Orda səhv edib ifadəsində bəzi ifadələri düz deməmişdir. Şahid5 məhkəmə istintaqı zamanı verdiyi ifadə ilə ibtidai istintaq zamanı verdiyi ifadəsi arasında əhəmiyyətli ziddiyyətlər olduğu üçün onun ibtidai istintaq zamanı veridiyi ifadəsi elan edilmişdir. Həmin ifadədə Şahid5 göstərmişdir ki, 2008-ci ildən etibarən “TƏBİB” Publik hüquqi şəxs “Respublika Təcili və X17 Mərkəzi” Publik hüquqi şəxsin 10 saylı Təcili və X18 stansiyasında tibb bacısı işləyir, növbəli şəkildə gecə və gündüz növbəsində işə çıxır. İşi ayrı-ayrı şəxslərin çağırışlarına gedərək tibbi yardım göstərməkdən ibarətdir. Təqsirləndirilən şəxs yaxud Zərərçəkmiş şəxs əvvəlki müddətdə ümumiyyətlə tanımamışdır. 25 avqust 2023-cü il tarixdə saat 12 radələrində “103” X38 xidmətindən daxil olmuş çağırış əsasında həkim Şahid13lə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ına getmişlər. Həyətə daxil olduqları vaxt tanımadığı bir nəfər şəxs həyətdə qışqıraraq ucadan nalayiq ifadələr işlətmiş və həyat yoldaşı Gülşəni təhqir etmişdir. Zərərçəkmiş şəxs isə həyətdə yerləşən söhbətgahın içində azyaşlı qızla yanaşı şəkildə əyləşmişdir. O, Gülşənin yanına gedərək şikayətinin nədən olduğunu soruşduqda Gülşən əri tərəfindən döyüldüyünü, ərinin onun başına zərbələr vurduğunu demişdir. O və həkim Şahid13 Gülşənə ilkin tibbi yardım göstərməyə başlamışlar. Lakin Zərərçəkmiş şəxs əri onları heçə sayaraq həyətdə nalayiq ifadələr işlətməyə davam etmişdir. Şahid13 və o, bir neçə dəfə həmin şəxsə sakitləşməsini, hərəkətlərinə, danışığına fikir verməsini desələr də, lakin həmin şəxs onlara əhəmiyyət vermədən həyat yoldaşına qarşı nalayiq ifadələr işlətmişdir. Zərərçəkmiş şəxs sözlü şəkildə qarşılıq verdikdə isə həmin şəxs daha da əsəbləşib yaxına gələrək söhbətgahın kənarına ayağı ilə sərt şəkildə zərbə vurmuşdur. Hətta söhbətgahın tavan hissəsindən qopan kiçik taxta parçası onun sağ əlinin sonuncu barmağına dəymiş və cüzi sıyrıq xəsarəti almışdır. O və həkim Şahid13 artıq onlara ehtiyac olmadığını və polis əməkdaşlarının lazım olduğunu başa düşmüşlər. Buna görə də Şahid13 mobil telefonu vasitəsilə polisə məlumat verdikdən sonra onlar həyətdən çıxmışlar. Çünki Zərərçəkmiş şəxs əri onların həyətdə olmalarına daha da əsəbləşmiş və aqressiv hərəkətlər nümayiş etdirmişdir. Onlar həyətdən çıxdıqdan sonra hansı hadisələrin baş verməsindən məlumatı olmamışdır. Onun sağ əlinin sonuncu barmağından aldığı cüzi xəsarət isə ümumiyyətlə hiss edilmədiyi üçün bu barədə həkim Şahid13, yaxud başqa şəxsə məlumat verməmişdir. Həmin ünvana getdikləri vaxt Zərərçəkmiş şəxs və əri arasında mübahisənin hansı səbəbdən baş verməsini bilməmişlər. Təxminən 5 dəqiqə ərzində həyətdə olduqdan sonra polis əməkdaşlarına məlumat verərək həyətdən çıxmış və növbəti çağırışa getmişlər. Hadisə vaxtı sağ əlinin sonuncu barmağından aldığı cüzi xəsarət ilə bağlı həmin şəxsə qarşı heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, axşam vaxtı işdən gəlib evdə oturmuşdur. Fuad sürücüsü ilə gəlmişdir. Onun heç nədən xəbəri olmamışdır. Evdə olan zamanı ona bilinməyən nömrə ilə zəng edərək evdən bayıra çıxmasını bildirmişlər. Bayıra çıxan zaman Fuadı görmüşdür. Daha doğrusu orada Fuadla tanış olmuşdur. Buna qədər Fuadın adını eşitmiş, lakin üzünü görməmişdir. Fuad onu avtomobilə dəvət etmiş və orada oturub söhbət etmələrini xahiş etmişdir. Avtomobildə Fuad söhbət etməyə başlamış və anana denən şikayəti geri götürsün demişdir. Avtomobildən düşərkən isə 500 manat pul vermişdir. Lakin pulu nə üçün verdiyini bilməmişdir. Pulu götürüb evə getmiş və anası Əsmətə Fuadın ona pul verdiyini bildirmişdir. Anası isə ona “saxla gəlib götürəcəm” demişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, onu bilinməyən nömrədən Fuadın sürücüsü zəng edib çağırmışdır. Sürücünü əvvəlcədən tanımış, bir-iki dəfə evlərinə gəlib-getmişdir. Sürücü ona “bayıra çıx səninlə işim” var demişdir. Əyləşdiyi avtomobil qara rəngli avtomobil olmuş, lakin markasını bilməmişdir. Avtomobildən düşüb 3-4 metr aralaşandan sonra sürücü onu çağırmış, pul vermiş, “Fuad müəllim verir pulu götür” demişdir. Lakin nə üçün verdiyini bilməmişdir. O, anası ilə bir evdə yaşamır. Tək yaşayır. Anası arabir gəlib gedir. Anası ona işlədiyi evdə qışqır-bağır, narazıçılıq olması barədə heç bir söz deməmiş, bu barədə aralalarında söhbət olmamışdır. Evlərində əsaslı təmir olmuşdur. Lakin Fuadın həmin təmir işlərinə maddi kömək etməsi ilə bağlı məlumatı yoxdur. Evin təmiri üçün anasına kimsə pul vermiş, lakin kimin verdiyini bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 ifadəsində bildirmişdir ki, Gülşənlə dostluq münasibətləri olmuşdur. Gülşən onu evlərinə dəvət etmişdir. Ad gününü qeyd etmişdir. Onlardan gedəndə çantasına 1000 manat pul qoymuşdur. Onlarla istirahət mərkəzində tanış olmuşdur. Nömrələrini dəyişdiyindən 2 ildən çoxdur ki, Gülşənlə münasibətləri kəsilmişdir. 2 il bundan qabaq bağ evlərində qız-qıza oturmuşdurlar, sonra isə çıxıb getmişdir. Gülşənlə salam-sağolları olmuşdur. Fuad onu zəng edib çağırmamışdır. Onun evdə hər hansı qadınla intim münasibətinin, eləcə də Gülşən xanıma qarşı zorakılıq hərəkətlərini görməmişdir. Yemək üstündə mübahisələri yaranmalarının şahidi olmuşdur. Təqsirləndirilən şəxs ona pul verməmişdir. Evdə olanda çantasını açanda pulu görmüşdür. Dəqiq bilmir pulu çantasına kim qoymuşdur. İstintaqda ona heç bir təzyiq olmamışdır. Onların evinə 2 dəfə getmiş, ora gedəndə uşaqları orda olmuşdur. Fuad və Gülşənlə aralarında problem olmamışdır. Ad günü adı ilə onu evə dəvət etmişlər. Hər dəfə Gülşən xanım onu dəvət etmişdir. Təqsirləndirilən şəxs tərəfindən Gülşən Allahverdiyevə qarşı hər hansı bir zorakılıq hərəkətləri və ya hansısa qadınlarla münasibətlərini görməmişdir. Onların ailə münasibətlərinin pis olmasının şahidi olmamışdır. Gülşən xanımla hər hansı intim münasibətləri olmamışdır. Başqa qadınlarla münasibətini görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid9 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Gülşən xanım da Fuadın həyat yoldaşıdır. İstintaq zamanı ondan Dubaya Fuadın dəvəti ilə uçmasını soruşmuşlar. Fuadın haqqında soruşmuşlar, onunla iş münasibətlərinin olduğunu demişdir. Fuad onu 2 dəfə Şüvəlan qəsəbəsində olan bağ evinə dəvət etmişdir. Həmin vaxtlarda o, evə daxil olmamış, bağ evinin həyətyanı sahəsində olan söhbətgahda əyləşib söhbət etmişlər. Fuad özü dəvət etmişdir. Gülşən xanımı 2-ci dəfə gələndə görmüş, pişiyini ona göstərmişdir. Mətbəxdə Gülşən xanımı, uşaqlarını görmüşdür. Gülşən xanımla heç bir münasibəti olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Fuad və Zərərçəkmiş şəxs tanıyır. 2017-ci ildən Təqsirləndirilən şəxs sürücüsü işləyir. Evə girib-çıxan, həyətdə və çöldə gözləyən vaxtları olmuşdur. Fuadla Gülşənin mübahisələrini görməmiş və eşitməmişdir. Dəqiq vaxtını bilmir, ancaq çöldə dayan zaman, Gülşən xanım stresli vəziyyətdə gəlib avtomobilinə əyləşmiş, Fuad bəydə onu telefonu ilə çəkmişdir. Maşını saxlamış, həyətə girmək istəyərkən, Gülşən avtomobilə əyləşmişdir. Gülşən ona qapını açmasını demişdir. Onlara sakitləşmələrini bildirmişdir. Fuad icazə vermədiyinə görə isə qapını açmamış, Gülşən xanım isə qapını avtomobillə vuracağını dediyi üçün, məcbur olub qapını açmışdır. Səbinəni tanıyır, o, həmin evə gəlib-getmişdir. Gülşən xanımla Səbinə xanım birlikdə evə gəlmişdir. Fuad müəllimlə Əsmətin oğlunun evinə getmişdirlər. Bəxtiyar avtomobilə əyləmiş, o isə avtomobildən düşmüşdür. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, altı il sürücü və köməkçi kimi işləmişdir. Fuad müəllimin ona və yaxud başqalarına qarşı hər hansı qeyri-etik davranışını görməmişdir. Gülşən xanımın həmin hadisə zamanı hansı səbəbdən əsəbləşməsini bilmir. Qapını açmaq istəmiş, avtomobillə vurmuşdur. İki dəfə mübahisələrinin olmasını eşitmiş, lakin görməmişdir. Qadınların gəlməsi, pullarını Fuadın verməsini barədə məlumatı yoxdur. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Fuadla Bəxtiyar avtomobildə söhbət etmiş, o isə avtomobildən kənarda gözləmişdir. Bəxtiyar avtomobildən düşmüş, Fuad ona Bəxtiyara 500 manat verməsini dediyi üçün Bəxtiyara pul vermişdir. Bəxtiyara pulu verən kimi götürmüşdür. Səbinənin evə gətirilməsi barədə ona heç kim göstəriş verməmişdir. Gülşən xanımı bir neçə dəfə Tramatologiyaya, Gəncliyə, Xəzərə, sonra Mərkəzi Klinikaya aparmışdır. Gülşənin hər hansı bir xəsarəti olmasını bilməmişdir. Həkimdən isə soruşmamışdır. Bir dəfə məhkəmə ekspertizasına aparanda Gülşən xanımdan eşitmişdir ki, Fuad onu vurub, o da əzilmişdir. Məhkəmə iclasında psixoloqun iştirakı ilə şahid qismində dindirilmiş azyaşlı X10 ifadəsində bildirmişdir ki, o çox travma görmüşdür. Atası hər dəfə gözünün qarşısında anasını döymüşdür. Hər dəfə qorxmuşdur. Məktəbdən gəlib görmüşdür ki, anası ağlayır. Ona çay, buz gətirmişdir. Onun ağrıyan yerinə buz qoymuşdur. Evə hansı qızlar gəlməsini bilmir. Həmin qızlar anasının dostu deyillər. Onlar spa otağında olmuşdular. Digər otaqda oturmuşdur. Onlar isə spada oturmuşlar. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, hər dəfə evə gələndə anasının ağlamasını görmüşdür. Atasının ona qarşı münasibəti yaxşı olmuşdur. Anasını döydüyünə görə atasından qorxmuşdur. Səbinə evə tez-tez gəlmişdir. Səbinəni atası işdən sonra gətirmişdir. Atası evdə olmayanda Səbinə onların evinə gəlməmişdir. Onlar hər dəfə evə gəlirdilər. Hər dəfə onlar gələndə anası ağlamışdır. Onlar çıxandan sonra anası oranı yığmışdır. Anası ona otağa gəlmə, yığışdırsın, ondan sonra gələrsən demişdir. Anası onunla yaxşı münasibət saxlamışdır. Atası onu incitməmişdir. Atasının anasını döyməsini istəmir. Anasının qulağından qan gəlmişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, atası anasını hər yerdə, otaqda döyürdü. Stolu anasının üstünə aşırtdı, anasının qanı axmışdır. Anası güllər düzəltmişdi, atası gəlib onları sındırmışdır. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, atası ona adı ilə müraciət edirdi. Avropa məktəbində təhsil alır. Həmişə atası anasının üstünə qışqırırdı. Anası onun üstünə qışqırmırdı. Atası anasına pis sözlər deyirdi, anası da atasına biraz pis söz deyirdi. Atası hansısa qızla gəlmişdi. Anası bilməmişdir ki, həmin qızlar kimdirlər. Atası evdə olmayanda qızlar evə gəlməmişdirlər. Atasını daha sevmir, onu görmək istəmir. Atası ilə anasının dalaşmasını 5-6 yaşı olanda görmüşdür. Amma nə vaxt olmasını xatırlamır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid10 ifadəsində bildirmişdir ki, Təqsirləndirilən şəxs həyətində işləmişdir. 7-8 il işləmişdir. İşlədiyi müddətdə əvvəl hovuza, sonra bağa da qulluq etmişdir. İşlədiyi müddətdə Zərərçəkmiş şəxs görməmişdir. 7-8 ildə Bağbana zəng vurub ora getmişdir. 2023-cü ilə kimi işləmişdir. Ehtiyac olmamış, ona görə işdən ayrılmışdır. 7-8 ildə dava-dalaş, Fuadın həyətə qadınları gətirməsinin, qadınlarla əylənməsinin, Gülşənlə dalaşmasının, rəqqasələrin gəlib, əylənməsinin şahidi olmamışdır. Əsas işi hovuzun təmizlik işinə baxmaqdır. Həftədə bir dəfə hovuza baxmışdır. Bir dəfədə olsun Gülşəni görməmişdir. Gülşəni ola bilər ki, bir dəfə görmüşdür. Evin içərisində iş görməmişdir. Bağban rəhmətə gedəndən sonra bağa da baxmışdır. Əsas işi hovuzun təmizliyindən, yəni hovuza servis işindən ibarət olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadəsində bildirmişdir ki, X38a daxil olan məlumat əsasında evə getmişdirlər. Onunla birlikdə tibb bacısı olmuşdur. Evə daxil olan zaman sürücü çöldə gözləmişdir. Tibbi bacısı ilə həyətə daxil olmuş, Zərərçəkmiş şəxs söhbətgahın altında oturduğunu görmüş, ona yaxınlaşaraq tibbi müayinə etmişdir. Müayinə zamanı bədəni üzərində hər hansı xəsarət izləri aşkarlamamışdır. Lakin, bir neçə qızartı izləri aşkarlamışdır. Orda olan zaman Fuad bəylə Gülşən xanımın bir-birlərinə qarşı nəlayiq ifadələr işlətməsinin şahidi olmuşdur. Hadisənin dahada böyüməməsi üçün Fuadı qolundan tutaraq aralaşdırmışdır. Sonra isə xanıma sakitləçdirici dərman vermişdir. Təxminən orada 30 dəqiqəyə yaxın müddət olduqdan sonra, oranı tərk etmişdirlər. Evi tərk edən zaman polisə məlumat vermişlər. Evi tərk edəndən sonra polis ora gəlmişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Xanıma şəxsən baxış keçirmiş, onda heç bir xəsarət müəyyən etməmiş, dilinin altına dərman qoymuşdur. Fuadı əvvəldən tanımamışdır. Fuadın həmin zaman kimisəni vurmasını, həmçinin xanımı vurmasının şahidi olmamışdır. Tibbi kartanı şəxsən özü doldurmuşdur. Xəsarət olmamış, yalnız qızartı, yəni “hiperemiya” hallarını müəyyən etmişdir. Həmin ünvanda cəmi bir dəfə olmuşdur. Fuadı kənara çəkərək get təzə ailə qur, belə yaşamaq olmaz demişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, çağrış döyülmə faktı ilə bağlı olmuşdur. Fuad söhbətgaha gəlmiş, bir-birinə qarşı nəlayiq ifadələr işlətmişlər. Ona görə Fuadın qolundan tutub kənara çəkmişdir. Fuad ondan onları kimin çağırdığını soruşmuş, o isə Fuada xanımın çağırdığını bildirmişdir Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, həyətə tibb bacısı ilə birlikdə girib, birlikdədə çıxmışdırlar. Evə daxil olmuş və oradada 10 dəqiqə qalmışdırlar. Xanım söhbətgahda olmuş, onlar isə evə daxil olmuşdurlar. Polisə məlumat verməli olduqlarından, ona görə ailə münaqişəsi olubolmamasını araşdırmaqdan ötrü evə daxil olub, Fuadı səsləmişdirlər. Xanımdan onu kimin döyməsini soruşmuş, sonuncu yoldaşının onu döydüyünü dediyindən, onu çağırmaq məcburiyyətində qalmışdırlar. Fuad gəlib onları kimin çağırmasını soruşmuşdur. Ondan sonra aralarında mübahisə baş verməyə başlamışdır. Həyətdə 30 dəqiqə civarında olmuşlar. Xanımın təzyiqini ölçüb, qeydiyyat aparmışdır. Məhkəmə tibb eksperti deyildir. Lakin həkim olduğuna görə xəsarəti müəyyən edə bilir. Qızartı olmasını ona görə deyir ki, “Hiperemiya” latın dilində qızartı deməkdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, çağrışa Şahid5 ilə birlikdə getmiş, sürücü qapıdan çöldə dayanmışdır. Onları qapıda xanım qarşılamışdır. Onlar içəri girəndə, Fuad həyətdə olmamışdır. Xanımın təzyiqini ölçəndə, müayinə edəndə, Fuad orda olmamışdır. Zərərçəkmiş şəxsi müayinə etmişdir. Söhbətgahda heç bir şey qırılıb-tökülməmişdir. Tibb bacısının xəsarət almasını görməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid12 ifadəsində bildirmişdir ki, zərərçəkmiş şəxslə bir yerdə yatıb, bir yerdə durmuşlar. Lezbian həyatı yaşamışlar. Belə ki, 2019-cu ilin dekabr ayında Mariod otelinin restoranında əyləşib, rəfiqəsini gözləyən zaman yan stolda tək əyləşmiş Zərərçəkmiş şəxs hər saniyə onun şərəfində badə qaldırırdı. 20 il Mərkəzi klinikada genikologiya və reanimasiya şöbəsində tibb bacısı işlədiyi üçün onu xəstələrindən olmasını ehtimal edərək, gülümsəyərək üzünü çevirmişdir. Onun rəfiqəsinin əməliyyatının gec bitməsini və gəlməyəcəyini bildikdən sonra getmək qərarına gəlmişdir. İlk öncə ayaq yoluna getmək istəyərkən Gülşən onun arxasınca gələrək, onunla salamlamış, onu tanımadığını demiş, o isə tanış olmaq istədiyini demişdir. Stoluna qayıtmış, Gülşən onun stoluna gəlmiş və birlikdə gözləmişdirlər. Ofisiant onun stoluna içki gətirmişdir. Badəni qaldırıb, onun sağlığına söz demişdir. Sonra onun stoluna getmişlər. 40 dəqiqəyə yaxın birlikdə oturmuşlar, sonra onun həyat yoldaşı Təqsirləndirilən şəxs stola gəlmişdir. 5-10 dəqiqə sonra Fuad onun harda işləməsini soruşmuşdur. Ona iş yerinin adını demişdir. Fuad ona sual vermişdir ki, siz göz kabinetində işləmisiz, ona cavabında 2001-2002-ci ildə işlədiyini demişdir. Fuad sonradan ona atasına kredit verdiyini demişdir. Saat 10-11 radələrində Gülşən ona artıq restoranın bağlanacağını, içki içməyi onların otelin 2-ci mərtəbəsində olan 2 otaqlı otaqlarında davam etməyi təklif etmişdir. Lakin onunla razılaşmamış, bu zaman içkilər və sağlıqlar tez-tez içilməyə və deyilməyə başlamışdır. 40 dəqiqədən sonra otağa qalxmışlar. Otaqda Fuada zəng gəlmiş və onlardan aralanmışdır. Otaqda həmin növ içkilərdən içməyə davam etmişlər. Bir müddət sonra halı pisləşmiş və ayaqyoluna getmək istəmişdir. Ayaqyoluna gedən sonra orada Gülşən onun saçlarından tutub soyundurmağa başlamışdır ki, soyuq duş alsın, düzələcəyini bildirmişdir. Soyuq duş alan zaman Gülşən onu yataq otağına aparmış, orada qara çamadanından alətlərini çıxarmışdır. Alətlərin içərisindən “straxon”u çıxarmış, qaranlıqda onda ağrı baş vermiş, Gülşən isə onun boğazından tutaraq qorxmamasını, ona ləzət edəcəyini demişdir. O tualetə getmiş, xalatı geyinərək qapını arxadan bağlamışdır. Sonra isə ağlaya-ağlaya qapıdan çıxıb getmək istəyərkən Fuad onun qarşısına çıxmış, ona qorxmamasını demiş, xahiş etmişdir ki, qapıdan çıxmasın. Sonra isə Gülşəni digər otağa apararaq ona nə etdiyini demişdir. Gülşən otağa qayıtmış, otaqda isə lüt vəziyyətdə gəzmişdir. Gülşən ona Səbiş falan kimi xoş sözlər deyərək, onun polisə şikayət edəcəyindən qorxaraq onu qalmağa razı salmağa çalışmışdır. Axşamı orda qalmışdır. Səhəri isə durub getmişdir. Hadisə baş verməmişdən qabaq, Gülşən onun nömrəsini istəmişdir. Bir gün sonra Gülşən ona zəng etmiş, onunla qısa danışmışdır. Bir-iki gün sonra isə iş yerinə gül buketləri, şokolad karopkaları, ətirlər göndərmişdir. İş yerində Gülşəni onun rəfiqəsi kimi tanımışdırlar. Hətta işdən vaxtından tez çıxmasını istəmişdir. 209 dövlət qeydiyyat nişanlı “Range Rover” markalı avtomobilin dəfələrlə onun iş yerinə gəlməsini bütün mühafizəçilər bilmişlər. Bir müddət onunla xoş münasibətləri olmuşdur. Sonradan gülşənin anası rəhmətə getmişdir. Anasının birinci cümə axşamı günü bağ evinə dəvət etmişdir. Yasa gedən kimi geyinib ora getmiş, lakin Gülşənin bağda qızlarla birlikdə yeyib-içib əyləndiyini görmüşdür. Onda intim münasibətləri başlamamış, çünki birinci görüşləri olmuşdur. Üç ay sonra hər gün yeyib-içmək məclisləri olmuş və intim münasibətlərdə olmuşlar. Münasibətləri irəlilədikdən sonra gülşən onu ərindən boşanmasını istəmişdir. Sonra isə Gülşən Fuadla birlikdə qurup şəklində seks təklif etmişdir. Lakin Fuad razılaşmamışdır. Gülşən ondan sonra onun ərindən boşanmasını tələb etmişdir. Aylarla bu barədə söhbətlər getmişdir. Deyirdi ki, o kisdadır, onu kəsib atmaq lazımdır. Gülşən ona “sən mənim sevgilimsən, sənin arxandayam” demişdir. Gülşən Binəqədi rayon Qeydiyyat Şöbəsinin rəisi olan bibisi Tahirə Əsgərovaya zəng edərək ona vəkil tapmasını xahiş etmiş, o da Rafiq Alışovu tapmış, 2021-ci ilin may ayında boşanma prosesləri başlamış, 2021-ci ilin noyabr ayında boşanmaları sona çatmışdır. 2021-ci ilin dekabr ayında Gülşənlə Dubaya getmişlər. Orada restoranda Gülşən ona nişan üzüyü almış, Fuadın yanında hədiyyə etmişdir. Demişdir ki, sən mənim sevgilimsən, səninlə Bali adasında gedib evlənəcəyik. Mehriban münasibətləri davam etmişdir. Sonradan Gülşən vaginaplastika əməliyyatı olmuş, 1 həftə onunla xəstəxanada qalmış, sonra onu bir ay evində saxlayıb qulluq etmişdir. Bir müddət sonra Maştağa qəsəbəsində olarkən, Gülşən oraya gəlmiş, onu bağa Naxçıvanlı rəfiqələrinin gələcəyini və onunla getməsini xahiş etmişdir. Bağda olarkən qızlar gəlmişdir. Biraz sonra qızların biri getmək istəmiş, digər qız isə ona “ay qız həmişə qaldığın evdi də, niyə qalmırsan” demişdir. Gülşən ona yalanlar danışmış, guya onu sevdiyini desə də, o başqa qadınlarla da münasibət yaşamışdır. Mərkəzi Klinikanın ambulator şöbəsi Gülşənin ora gəlib-getməsini təsdiq edə bilərlər. Bir gün xəstələnmiş, Fuad isə ölkə xaricində olmuş, xəstəxanada təcili yardımda yatarkən özündə olmayan vaxt, Gülşən ora gəlmiş, onun iş yoldaşlarının yanında onun əlini ayağını öpmüşdür. Bütün iş yoldaşları ona demişdir ki, bu sənin necə rəfiqəndir ki, belə edir, iş yoldaşlarına rəfiqəsinin olmasını və onu çox istəməsini demişdir. Bir dəfə də, aralarında mübahisə yaranmış, Gülşənə bağa gəlmək istəməməsini və bezdiyini demişdir. Gülşə isə Aylinlə onu niyə tək buraxmasını, onları kimə tapşıracağını demişdir. Çünki, onunların övladı Aylinlə münasibətləri yaxşı olmuş, Aylin onu çox istəmişdir. Hətta Aylin onun rəsmini çəkmiş, üzərinə ürək yazmışdır. Durub stoldan onun ayaqlarını qucaqlamağa başlamış, ona gəlməsi ilə bağlı yalvarmağa başlamışdır. Məcbur olub bağa getmişdir. Bağda olarkən Gülşən qızları və rəqqasə çağıracağını və Fuada süpriz edəcəyini demişdir. Həmin vaxt Fainanı orda tanımışdır. Gülşən Faina ilə dənzdə tanış olduqlarını, bədəninin hamar olmasını və gözəl günəş qəbul etdiyini demişdir. Həmin günü əylənib, deyib-gülmüşlər. Tort kəsilən vaxt Fuad idman paltarında gəlib tortun şamlarını üfürüb söndürərək getmişdir. Bir müddət sonra rəqqasəni və gedən digər şəxsləri yola salmaq istəyərkən, hovuzun yanına düşəndə Gülşənlə Fainanın intim münasibətdə olmalarını görmüşdür. Məcbur olub onları başqa qapıdan yola salmışdır. 2022-ci ilin dekabr ayında Gülşən ona sms yazaraq bağa gəlməsini bildirmişdir. Ona oğlunun xaricdən gələcəyini demiş, ona israr etməyə başlamış, ona raviola (xəmirdən hazırlanan yemək növü) bişdirdiyini demişdir. Gülşənə raviola yeyəndə kökəlir deyərək bağa getməmişdir. 2022-ci ilin dekabr ayında Gülşən Fuad, Gülşən və onun “Whatsapp” qrupuna porno videolarını ataraq başlarına oyun açacağını demişdir. Bir müddət sonra anasına sms göndərərək onu təhqir etmişdir. Anasına gələn sms qardaşı görmüş və əsəbləşərək məsələni aydınlaşdırmaq üçün Gülşənə yığmışdır. Lakin Gülşən telefonu açmamışdır. Gülşəni bütün ailə üzvləri tanımışdır. Çünki, Gülşən onun atası və anasına onun onlara əmanət olduğunu demişdir. Fuada Gülşənin hərəkətlərinin səbəblərini soruşmaq üçün yığmış və Fuad cavabında artıq Gülşənlə boşanacağını demişdir. 2023-cü ilin yanvar ayında onların boşanma məsələləri başlamışdır. xx.xx.2023-cü ildə anası ona zəng etmişdir ki, Gülşən kənd camaatı və qohumlardan ibarət qrup yaradaraq sizin intim videonuzu həmin qrupa atmışdır. Noyabr ayının 03-04-də Gülşən ona sms yazaraq “Fuada denən saat 4-də “Asan Xidmətə” gəlib evi ona bağışlasın, yoxsa onu hər yerdə biyabr edəcəkdir” demişdir. Gülşən smslərində onun atasını, oğlunu, qardaşını nəlayiq söyüşlərlə təhqir etmişdir. Bütün bu yazılar istintaqa verilmişdir. Xəzər RPİ-də cinayət işi başlanmış, Gülşən iki gün orda saxlanılmışdır. Sonra Gülşən şikayət etmişdir. Fuadın iş yerinə onun pullar mənimsəməsi barədə şikayətlər etmiş, cinayət işi baş polis idarəsinə göndərilmişdir. Onların şikayəti ilə Gülşənin şikayətləri birləşdirilmişdir. X29 şikayətlərini hərəkətsiz saxladığından həyatından bezmiş və özünü lyüstrdən asmışdır. Lüstr qırılıb başına düşmüşdür. 3 gün xəstəxanada komada, bir həftə reanimasiyada yatmışdır. Nihad Abbasov qorxub ona zəng edərək ifadə verməyə çağırmış, sonra isə 9 ay hərəkətsiz saxlanılan iş təzələnib baxılmağa başlanılmışdır. Zərərçəkmiş şəxs kimi tanınmışdır və Nəsimi Rayon Prokurorluğunda cinayət işi araşdırılır. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, ilk dəfə Marriott hoteldə məcburi intim münasibətlərdə olmuşlar. Sonra könüllü olmuşdur. Gülşənlə 2020-ci ildən 2022-ci ilin dekabr ayına kimi intim münasibətlərində olmuşlar. Birinci Gülşən şəkil ataraq görün sizin başınıza nə oyun açacam, Fuaddan bütün mülklərindən imtina etməsini tələb etmişdir. Ona məhəl qoymayandan sonra, ondan mənzil tələb etməyə başlamışdır. Şamil Əzibəyov 88 B ünvanda yerləşən mənzili tələb etmişdir. Gülşən ona sizin başınıza oyun açacam, mənzili ver, get həyatını yaşa demişdir. Yoxsa bütün sosial şəbəkələrdə bu videoları yayacam, sənin nəslin başına yaylıq taxıb gəzəcəkdir demişdir. Bunların hamısını Nəsimi Rayon Prokurorluğunda istintaqa təqdim etmişdir. Azərbaycanın hər yerində olan istirahət mərkəzlərinə, Dubaya, Türkiyəyə, Yesuntikiyə getmişlər. Bütün xərcləri Səbinə çəkmişdir. Ona bahalı hədiyyələr almışdır. Faina ilə onu Gülşən tanış etmişdir. Gülşən, o və başqa qadınlarla intim münasibətləri olmuşdur. Gülşən qadınları özü dəvət etmiş, onlarla tanış etmişdir. Dubayda üzük taxmışdır ki, sən mənimsən, bundan sonra heç kimlə görüşmürsən. Yesuntikidə olan şəkli Gülşən özü çəkib, ona atmışdır. Faina ilə dənizdə tanış olduğunu demişdir. Onun bütün xərclərini Gülşən qarşılamışdır. Gülşən bir dəfə ona demişdir ki, Fuadın pulunu xərcləmir, onun bibiləri imkanlıdı, qızıl-zinət əşyalarını bibiləri saxlayır, Aylinin bundan sonra gələciyinin pulu hazırdır demişdir. Gülşən Fuadın pullarını xərcləmiş, yalandan Fuadın pulu ona lazım olmadığını demişdir. 2023-cü ildə nömrəsini dəyişmiş və yoxa çıxmışdər. Lakin Gülşənin sentyabr ayında anasına təhqiramiz smslərindən sonra məcbur olub Fuad yığıb məlumat vermişdir ki, qardaşını sakitləşdirə bilmir. Fuad qardaşı Ariflə telefonla danışmış və ona məsələni özü həll edəcəyini demişdir. Gülşənlə münasibətlərinin təşəbbüskarı və səbəbkarı Gülşən olmuşdur. Fuad tərəfindən Gülşənə qarşı hədə-qorxu, asılı vəziyyətə salma görməmişdir. Gülşənin onu oteldə zorakı münasibətə girməyə məcbur etməsindən başqa, heç vaxt zorakı münasibətdə olmamışdır. Fuadın kimisə hansısa hərəkətlər etməyə məcbur etməsini görməmişdir. Ad günü məclisini Gülşən özü təşkil etmişdir. Ora özünü apara bilməyən qızlar dəvət etmişdir. İntim videolarda olan görüntülərdən biri 11 iyunda baş vermiş, digərinin tarixini xatırlamır. Həmin videolar bağda çəkilmişdir. Bütün videolarda Gülşən özü iştirak etmişdir. Gülşən hovuzun yanından meyvə suyu gətirmək adı ilə getmiş, sonra isə pərdənin arxasından onların videosunu çəkmişdir. Həmin videolar ortaya çıxandan sonra Fuadla yaxınlaşmağa başlamışdır. Ailəsindən boşanmağının səbəbkəri Gülşən olmuşdur. Gülşənlə ayrıldıqdan sonra, məcbur olub Fuadla münasətlərini bərpa etmişdir. Çünki, o videoları bütün qohumları görmüşdür. Bütün qızlardan soruşulsa onlar da təsdiq edəcəkdir ki, məclislərin xərclərini Gülşən çəkmişdir. Fuad xaricdə olanda Gülşən ardı-arası kəsilməyən məclislər təşkil etmişdir. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Fuadın, onun və Gülşənin intim münasibətlərdə olmasını Gülşən təklif etmişdir. Bağda hovuzun kənarında Fuadla onun görüntüsünü Gülşən çəkmişdir. Gülşənlə intim münasibətdə olmuşdur. Gülşənin 10 nəfərə yaxın qızla münasibəti olmuşdur. Fuad onu heç bir kişiylə intim münasibətini tutmamışdır. Birinci Gülşənlə, sonra Fuad və Gülşənlə, üçü birlikdə intim münasibətində olmuşlar. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid15 tərcüməçi X11 vasitəsi ilə ifadəsində bildirmişdir ki, Fuadı və Gülşəni tanıyır. Gülşənlə intim əlaqədə olmuşdur. Gülşənlə lezbiyan həyatı yaşamışlar. Hər dəfə Gülşən 500-600-1000 manat kartına pul göndərmişdir. Lezbiyan həyatını bağda yaşamışlar. Orda başqa qadınlar da olmuşdur. Onlar da Gülşənlə intim münasibətlərdə olurdular. 2 və ya 3 gündən bir gedib-gəlmişdir. Fuadla heç bir əlaqəsi olmamışdır. Fuadın Gülşəni döyməsini görməmişdir. Gülşənin döyülməsi barədə şikayətlənməsini eşitməmişdir. Fuadı 2-3 dəfə evdə görmüşdür. Orada transa oxşayan qadınlar olmuşdur. Münasibətləri uzun müddət davam etmişdir. Gecələr də orda qalmışdır. Gülşən ona ancaq pul vermişdir. Başqa hədiyyə filan verməmişdir. Gülşənlə səmimi şəkillərdə olan qadın odur. Bundan başqa məhkəmə iclasında ona ünvanlanmış suallara cavab olaraq bildirmişdir ki, Gülşən onunla instaqram vasitəsi ilə tanış olmuş, sonra nömrəsini ona vermişdir. 2022-ci ilin may ayında tanış olmuş, 2023-cü ilin fevral ayında onun evinə getmişdir. Gülşənin evinə bir gündən bir gəlib-getmişdir. Onun evində olanda ancaq qızları görmüşdür. Təzə evində otururdular. Saat 5-dən, 6-dan sonra, 6-cı gün isə bir az tez gəlmişdir. Fuadla 1-2 dəfə danışmışdır. Evə gedəndə, Fuadı orda görməmişdir. Kartını Gülşənə göndərmişdir, evdən gedəndən sonra pulu kartına göndərsin. Gülşən deyirdi bu gün məclisdi, gəl, o da gedirdi. Orda içki içir, siqaret çəkir və əylənirdilər. Gecəni orda qalır, səhər evinə gedirdi. Fuadla intim əlaqəsi olmamışdır. İş materiallarına əlavə edilmiş: -Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası DİN BƏSİİ-nin əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1740 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarət - alt dodağın səthi əzilmiş yarası küt əşya təsirindən törənmiş, törənmə müddəti onun məhkəmə-tibbi müayinəsindən 2-3 gün əvvələ olmaqla, qərarda göstərilən 28 dekabr 2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığa zərərvurmayan xəsarətə aid olduğuna görə dərəcəsi təyin edilmir. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. -Məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli, 1024 nömrəli rəyindən görünür ki, 1987-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədənində aşkar edilmiş xəsarətlər – baş beyin zədələnməsi halında olan qapalı kəllə beyin travması, üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları,sağ budun qançırı küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən bir neçə saat olmaqla, qərarda göstərilən xx.xx.2023-cü il tarixı uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatları, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxsin 17 may 2024-cü il tarixli, T 417/2024 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs alt dodağın səthi yarası, baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırı olmuşdur. Qeyd edilən xəsarətlər bərk küt əşya (əşyaların) təsirindən törənmiş, alt dodağın səthi əzilmiş yarasının törənmə müddəti xx.xx.2022-ci ilə uyğun gəlir, sağlamlığa zərərvurmayan xəsarətə aid olduğundan, dərəcəsi təyin edilmir, baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması, üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırının isə törənmə müddəti xx.xx.2023-cü il tarixə uyğun gəlir, baş beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir, digər xəsarətlər isə sağlamlığa zərərvurmayan xəsarətlərə aid olduqlarından, dərəcələri təyin edilmir. Təqdim edilmiş tibbi sənədlər əsasında Zərərçəkmiş şəxs ayrı-ayrı tarixlərdə tibb müəssisələrinə etdiyi müraciətlər zamanı müəyyən edilmiş ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi ilə əzilməsi, döş sümüyünün sınığı küt yaranma mexaniziminə malik olmaqla müxtəlif şəraitlərdə yarana bilərdi. Həmin müayinə disklərini əldə etmək mümkün olmadığından həmin xəsarətlər sağlamlığa zərərvurma dərəcəsini təyin etmək hal-hazırda mümkün olmadı. Zərərçəkmiş şəxs adına tərtib edilmiş 05.0.2023-cü il tarixli, 1740 və xx.xx.2023-cü il tarixli, 1024 saylı nəticə hissəsi təsviri hissəyə uyğun tərtib edilmişdir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzi” publik hüquqi şəxsinin 03 iyun 2024-cü il tarixli, 1605 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Təqsirləndirilən şəxs öz hərəkətlərinin mahiyyətini anlamaq, iş üçün əhəmiyyət kəsb edən halları düzgün qavrayıb təsvir etmək iqtidarına malikdir. Təqsirləndirilən şəxs hər hansı psixi xəstəliyin əlamətləri aşkar olunmur. Təqsirləndirilən şəxs həmçinin törətdiyi əməl dövründə hər hansı bir psixi xəstəliyin və ya psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik qeyd olunmayıb. Təqsirləndirilən şəxs törətdiyi əməl dövründə öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmuşdur. Buna görə də, Təqsirləndirilən şəxs törətdiyi əməl barəsində anlaqlı hesab edilməlidir. Təqsirləndirilən şəxs öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs hər hansı bir psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, kəmağıllılıq və sair psixi xəstəlik, ümumiyyətlə psixi pozuntu qeyd olunmur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 21 və 22-ci maddələrinin təsiri altına düşmür. Təqsirləndirilən şəxs barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə ehtiyac yoxdur. Təqsirləndirilən şəxs eqoizm, inadkarlıq, laqeydlik, emosionallıq, özünü müdafiə etməyə meyillilik, ətrafdakı şəxslərə özünü müsbət tərəfdən təqdim etməyə, öz üstünlüyünü nümayiş etdirməyə çalışmaq kimi fərdi-psixi xüsusiyyətlərə malikdir. Təqsirləndirilən şəxs əqli-intellektual imkanları normaya uyğundur, gerilik əlamətləri aşkar edilmir. Təqsirləndirilən şəxs təlqinə qapılmağa, başqalarının təsiri altında hərəkət etməyə və özündən uydurmağa meyillilik aşkar edilmir. Təqsirləndirilən şəxs əvvəllər qanunazidd əməllər törətməsi müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs istintaq zamanı verdiyi ifadəsində, həmçinin müayinə zamanı, ittiham olunduğu əməli etiraf etməsə də, istintaq materiallarından müəyyən edilir ki, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxsin maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etmiş, işgəncə verməklə mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermiş, həmçinin zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəsində Təqsirləndirilən şəxs evli olduqları müddətdə mütəmadi olaraq onu döyməklə, fiziki və psixi işgəncələr verməklə ona əzab verdiyini qeyd etmişdir. Qeyd olunanlara əsasən həmin qanunazidd hərəkətlər zamanı Təqsirləndirilən şəxs psixi-emosional sferasında impulsivlik, emosional oyanıqlıq, aqressivlik və s. kimi hallar yaranması ehtimal edilir. -Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi publik hüquqi şəxsi tərəfindən verilmiş əlavə ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2024-cü il tarixli, 3736 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs müayinə zamanı narkomaniya xəstəliyinin əlamətləri aşkar olunmur, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. -Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 29 mart 2024-cü il tarixli, 3-16-6/2-4/207 nömrəli rəyindən görünür ki, 1.Ekspertizaya təqdim olunmuş 01 ədəd “Sandisk” markalı fleş kartda (Qeyd: həmin fleş kart istintaqa Təqsirləndirilən şəxs tərəfindən təqdim edilmişdir) olan faylların formatları “Mp4” formatına malikdir. 2,3,5. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Sandisk” markalı fleş kartda olan mübahisəli fonoqramlarda intensiv olaraq faydalı siqnalın situasiya ilə əsaslanmayan formada itməsi, məntiqi rabitə pozulması kimi montaj əlaməti qeydə alınmışdır. 4. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Sandisk” markalı fleş kartda olan mübahisəli fonoqramlar ilkin yazılmış fonoqramlar deyil. 6. Ekspertizaya təqdim olunmuş 01 ədəd “Sandisk” markalı fleş kartda olan faylların formatlarının strukturları eynilik təşkil edir, bu isə təqdim olunan fonoqramların eyni parametrə malik yazı qurğusu ilə qeydə alındığını deməyə əsas verir. -Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” Publik Hüquqi şəxs Respublikası Təcili və X17 Mərkəzi” Publik hüquqi şəxsin 5 aprel 2024-cü il tarixli, 18-1-88/2-464/2024 saylı məktubundan görünür ki, xx.xx.2023-cü il tarixdə saat 12:23-də “103” xidmətinə Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ından Zərərçəkmiş şəxs (36 yaş) adına “halı pis” səbəbi ilə çağrış daxil olmuşdur. Çağırışı 10 saylı bölmənin həkimi Şahid13 və tibb bacısı Şahid5 icra edərək, xəstə Zərərçəkmiş şəxs (36 yaş) “Sağ diz oynağı nahiyyənin, sağ bazunun hiperemiyası” diaqnozu qoyulmuş, ilkin tibbi yardım göstərmişdir. Hadisə barədə 1-ci polis bölməsinə serjant Babayevə məlumat vermişdir. -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 128-ci maddəsindən həmin Məcəllənin 133.2.6-cı maddəsinə tövsif edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. -“Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” xx.xx.2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə, saat 13:15-də şübhəli şəxs qismində tutulmuşdur. -“Cinayət işi üzrə əməlin tövsif edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə əməl Azərbaycan Respublikası CM-nin 133.2.6-cı maddəsindən həmin Məcəllənin 133.2.6 və 151-ci maddələrinə tövsif edilməklə istintaqın davam etdirilməsi qərara alınmışdır. -“Şəxsin təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ittiham elan edilməsi haqqında” xx.xx.2024-cü il tarixli qərardan görünür ki, ********** nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6 və 151-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməsi və ona həmin maddələrdə nəzərdə tutulan ilhamın elan edilməsi qərara alınmışdır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-289/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə olma müddətinin əvvəli 15 aprel 2024-cü il tarixdən hesablanmaqla, 01 ay 29 gün həddində həbs qətimkan tədbiri seçilmişdir. -Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(103)-403/2024 saylı qərarından görünür ki, təqsirləndirilən şəxsin müdafiəçisi tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Azərbaycan Respublikası CM-nin 133.2.6 və 151-ci maddələri ilə Təqsirləndirilən şəxs barəsində qətimkan tədbirinin seçilməsinə dair Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-289/2024 saylı qərarı dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 4(011)-445/2024 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbsdə olma müddəti 02 ay olmaqla, ümumilikdə 03 ay 29 günədək, yəni 13 avqust 2024-cü il tarixdək uzadılmışdır. -“Təqsirləndirilən şəxsə yenidən ittiham elan edilməsi haqqında” qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.2.6 və 151-ci maddələri ilə yenidən ittiham elan edilməsi qərara alınmışdır. -Cinayət işinin istintaq materiallarında olan 09 aprel 2024-cü il tarixli “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında" protokoldan görünür ki, zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs istifadə etdiyi və sonuncu tərəfindən könüllü olaraq istintaqa təqdim edilən “İphone 13 pro” markalı mobil telefon cihazının yaddaşına baxış keçirilərkən mobil telefonun ana menyusunda yerləşən “Şəkillər” bölməsində 24 oktyabr 2021-ci il, 27 oktyabr 2021-ci il, 25 mart 2022-ci il, 01 yanvar 2023-cü il və 27 avqust 2023-cü il tarixlərində çəkilmiş Zərərçəkmiş şəxs üzündə və bədəninin müxtəlif nahiyyələrində aldığı xəsarətləri əks etdirən fotoşəkillərin olduğu müəyyən edilmiş, baxış zamanı Zərərçəkmiş şəxs bildirmişdir ki, həmin şəkilləri əri, Təqsirləndirilən şəxs tərəfindən döyülərək işgəncəyə məruz qaldıqdan sonra aldığı xəsarətləri görmək üçün çəkmiş və telefonunda saxlamışdır. -Cinayət işinin istintaq materiallarında olan 19 aprel 2024-cü il tarixli “elektron məlumat daşıyıcısına və fotoşəkillərə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 1 ədəd elektron daşıyıcıya və fotoşəkillərə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: Elektron daşıyıcıda 5 ədəd qovluq mövcuddur. “Fuad Sabina xxx” adlı 1-ci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs ilə X1 şəkildə yaxud əylənərək rəqs etdikləri zaman çəkilmiş fotoşəkilləri və videogörüntüləri, o cümlədən hovuz kənarında cinsi əlaqədə olmalarını əks etdirən videogörüntülər, müxtəlif tətbiqlər vasitəsilə aparılmış yazışmaları əks etdirən ekran rasimləri mövcuddur. Həmin ekran rəsimlərinə baxıldıqda Təqsirləndirilən şəxs müxtəlif qadınları evə dəvət etməsinə dair yazışmaların olduğu müəyyən edilmişdir. “Fuad sms” adlı 2-ci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında “Whatsapp” ani mesajlaşma mübadilə buferi vasitəsilə aparılmış yazışmanın bir hissəsinin ekran rəsmi vardır. Həmin mesajların mətnində Təqsirləndirilən şəxs “Cunki sen men şerleyeceksen, men ise evezsiz qoy may axam. Ya ölecem. yada gedim içeride yatacam” məzmununda mesaj göndərməsi müəyyən edilmişdir. “fuad.” adlı 3-ci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs arasında müxtəlif tətbiqlər vasitəsilə aparılmış yazışmaların ekran rəsmi vardır. Həmin mesajların mətnində Təqsirləndirilən şəxs aşağıdakı məzmunlarda mesajlar göndərməsi müəyyən edilmişdir: - “Ayil. Mene gucun çatmayacaq!!! Doymekde sehvem”; - “Bagishla ki el qaldirdim. Poliside sene bagislayiram, sende mene el qakdirmagi bagishla. Getme derin ”. “Gulshan doyulme - tehdid” adlı 3-ci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs bacısı arasında “Whatsapp” ani mesaj laşma mübadilə buferi vasitəsilə aparılmış yazışmanın ekran rəsmi vardır. Həmin mesajlarda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ünvanına nalayiq ifadələr işlətməsi aşkar edilmişdir. Eyni zamanda, həmin qovluqda Zərərçəkmiş şəxs üz nahiyyəsindən aldığı xəsarətləri əks etdirən video və fotoşəkillərin olması müəyyən edilmişdir. “Psixo_Fuad” adlı 4-ci qovluq açıldıqda müəyyən edilmişdir ki, həmin qovluqda Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs psixoloqu “Halima” adlı şəxs arasında “Whatsapp” ani mesaj laşma mübadilə buferi vasitəsilə aparılmış yazışmanın ekran rəsmi vardır. Həmin mesajlarda “Halima” adlı şəxsin Təqsirləndirilən şəxs davranışlarından şikayət etməsi və müalicəni davam etdirməkdən imtina etməsinə dair mesajlar göndərməsi müəyyən edilmişdir. Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş kağız formatında olan fotoşəkillərə baxış keçirildikdə isə məyyən edilmişdir ki, həmin fotoşəkillər məhz elektron daşıyıcıda aşkar edilmiş fotoşəkillərdir. -Cinayət işinin istintaq materiallarında olan 22 aprel 2024-cü il tarixli “mobil telefon cihazının yaddaşına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs istifadəsində olan “İphone 14 Pro” markalı mobil telefon cihazının yaddaşına baxış keçirilərkən mobil telefonun ana menyusunda yerləşən “Şəkillər” bölməsində Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulduğu gündən bir gün əvvəl, yəni 14 aprel 2024-cü il tarixdə X22 ilə birlikdə çəkilmiş səmimi fotoşəkilləri, həmçinin “Private” və “XXX” başlıqlı qovluqlarda 14 ədəd ağ-qara fonda müxtəlif intim pozaların əks olunduğu fotoşəkillərin olduğu müəyyən edilmişdir. Bundan başqa, mobil telefonun ana menyusunda yerləşən “Mesajlar” bölməsində Təqsirləndirilən şəxs kontakda “trade Xanim” kimi qeyd olunmuş istifadəçiyə 22 may 2023-cü il tarixdə saat 10:59-da aşağıdakı məzmunda mətn mesajı göndərdiyi müəyyən edilmişdir. “Salam iradə xanım. Siz illərdi şahidiz mən 25 yaşımdan necə sevmişəm Səbinəni. Ailəmə getirdim Şəbinə ni, hər istəyini təmin etdim. Çünki ailə istəyirdim, indi nə Gülşən var nə Şəbinə. Səhvlərim çox olub, Səbinəni sevdiyimə görə qısqanmışam. Boynuma alıram son zamanlar işdə gerginlik, evdə Gülşənlə söz söhbət. Bəs Şəbinə harda? Mən ür ey imdə 3 stend ola ola, mənə qarşı belə qəddar olmaq olar? Bəs qulaq asdığımız Quran? Bəs Allah? Mən pis ər deyiləm. Səbinənidə əliminin içində saxlamışam. Amma nə edək Şəbinə bir əsəbimə bəs idi. Ürəyim çatlayır deyə yazdım. Bilirəm ki, siz Anasız, Səbinən pisliyin istəməzsiz” -Cinayət işinin istintaq materiallarında olan 26 aprel 2024-cü il tarixli “elektron məlumat daşıyıcılarına baxış keçirilməsi haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi tərəfindən istintaqa təqdim edilmiş 12 ədəd DVD diskə baxış keçirilərkən aşağıdakılar müəyyən edilmişdir: 1-ci diskdə “MP4” formatında 07 ədəd videogörüntü mövcuddur. Həmin videogörüntülərdə görünən tarixə əsasən 25 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs evin daxilində, həmçinin həyətyanı sahədə sözlü olaraq mübahisə etdikləri, bir-birilərinin ünvanına nalayiq ifadə işlətdikləri, həmçinin Təqsirləndirilən şəxs oğlu Fərid Allahverdiyevin də həmin gün evdə olduğu və mübahisəyə şahid olduğu görünür. Lakin tərəflərin mübahisəsi zamanı əsasən Təqsirləndirilən şəxs danışdığı hissələrdə videonun kəsilməsi və daha sonra yenidən davam etməsi müşahidə edilir. 2-ci və 3-cü diskdə “MP4” formatında olan 07 ədəd videogörüntü 1-ci diskdə olan videogörüntülərdir. 4-cü diskdə “MP4” formatında 01 ədəd videogörüntü mövcuddur. Həmin videogörüntü 50 saniyə müddətindədir. Videogörüntüdə Təqsirləndirilən şəxs evin daxilində Zərərçəkmiş şəxs ilə sözlü şəkildə mübahisə etdiyi görünür. Təqsirləndirilən şəxs videonu çəkən şəxsə aqressiv şəkildə “Fərid, çək də sənə deyirəm bl..f’ deyərək onları çəkməsini tələb edir. Həmin mübahisəyə azyaşlı X10 da qorxaraq şahid olur. Mübahisə zamanı Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seyfin açarını ona verməsini tələb edir, həmçinin Zərərçəkmiş şəxs doğru barmağını sallayaraq hədələyici tonda “seyfin açarını ver, bax, burda sənin başın qoçu olmayacaq ha. Mən kişiyəm seyfin açarı məndə olmalıdı. Nədi Əsgər kimi mənə manqurt kimi baxırsan yenə? Bu videonu Əsgərə göndərəcəm. Sən alkoqolik inteligentsən” deyir. Zərərçəkmiş şəxs isə ümumiyyətlə Təqsirləndirilən şəxs cavab vermir, sadəcə olaraq seyfin açarının onda olmadığını bildirir. Həmin anda Təqsirləndirilən şəxs artıq videonu çəkən şəxsdən videonu saxlamasını istəyir və videogörüntü bitir. 5-ci, 6-cı və 7-ci diskdə “MP4” formatında olan 01 ədəd videogörüntü 4-cü diskdə olan videogörüntüdür. 8-ci diskdə “MP4” formatında 03 ədəd videogörüntü mövcuddur. 1-ci videogörüntü 01 dəqiqə 31 saniyə müddətindədir. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs əlində olan mobil telefon vasitəsilə videoçəkiliş aparır. Videoda Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomobil ilə həyətdən çıxmaq istəməsi, lakin Təqsirləndirilən şəxs avtomobilin qarşısını kəsərək ona mane olmağa çalışması görünür. Videonun sonunda Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xitab edərək “mənəm günahkar, özünü biabır eləmə, ağlın olsun, bu qədər də qudurmaq olmaz” deyir və video bitir. 2-ci videogörüntü 01 dəqiqə 30 saniyə müddətindədir. Həmin videogörüntü 1-ci videogörüntünün davamı kimi çəkilmişdir. Həmin videoda da Zərərçəkmiş şəxs idarə etdiyi qara rəngli “Range Rover” markalı avtomobil ilə həyətdən çıxmaq istəməsi, lakin Təqsirləndirilən şəxs avtomobilin qarşısını kəsərək ona mane olmağa çalışması görünür. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs xitab edərək “sən düş, mən gedirəm” deyir. Bu zaman Şahid4 da Zərərçəkmiş şəxs fikrindən daşındırmağa çalışır. Zərərçəkmiş şəxs avtomobilin pəncərə şüşəsini aşağı endirərək Təqsirləndirilən şəxs evdən getməsini istəyir, həmin anda Zərərçəkmiş şəxs sol göz ətrafında göyərtilərin olduğu görünür və burada video bitir. 3-cü videogörüntü 41 saniyə müddətindədir. Həmin videogörüntüdə Təqsirləndirilən şəxs videoçəkiliş aparır. Videogörüntüdə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs mübahisə etdikləri, həmçinin Zərərçəkmiş şəxs əlində olan metal aksessuar ilə Təqsirləndirilən şəxs çəkiliş aparmasına mane olmağa çalışması görünür. 9-cu, 10-cu, 11-ci və 12-ci diskdə “MP4” formatında olan 03 ədəd videogörüntü 8-ci diskdə olan videogörüntülərdir. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 609 saylı xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində Şüvəlan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir şikayət daxil olmamışdır. -Bakı şəhəri Xəzər Rayon İcra Hakimiyyəti başçısının Şüvəlan qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Şüvəlan qəsəbəsi, bağ sahəsində qeydiyyatsız yaşayır və ailə tərkibi 1953-cü il təvəllüdlü anası, X5, 2009-cu il təvəllüdlü oğlu X6 və 2003-cü il təvəllüdlü oğlu X7 ibarətdir. İş materiallarına əlavə edilmiş “Mərkəzi Klinika” xəstəxanasından verilmiş xx.xx.2024-cü il tarixli tibbi arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Qeyri-Stabil Stenokardiyası. Hipertoniya İİ mərhələ” diaqnozu qoyulmuş və ona ömürlük dərman müalicəsi təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X13 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: - 21.1-ci maddəsinə əsasən “Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs onun təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə qanuni qüvvəyə minmiş məhkəmənin hökmü yoxdursa, təqsirsiz sayılır. - 21.2-ci maddəsinə əsasən “Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedur daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. Eyni ilə cinayət və cinayət-prosessual qanunlarının tətbiqində aradan qaldırılmamış şübhələr də onun xeyrinə həll olunmalıdır”. - 21.3-cü maddəsinə əsasən “Cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür”. - 25.2-ci maddəsinə əsasən, məhkəmə hakimləri ədalət mühakiməsini həyata keçirərkən, cinayət prosesini həyata keçirən orqanların ibtidai araşdırmada gəldikləri nəticələrlə bağlı deyildirlər. - 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. - 33.4-cü maddəsinə əsasən hakimlərin sübutlara və sair materiallara qərəzli münasibət bəsləməsi, mövcud hüquqi prosedur daxilində tədqiq edilənədək sübut və digər materiallardan birinə digərinə nisbətdə çox və ya az əhəmiyyət verilməsi yolverilməzdir. - 42.2.4-cü maddəsinə əsasən həmin Məcəllənin 42.1.4-cü maddəsində nəzərdə tutulmuş əsaslara görə şəxsin təqsirliliyini təsdiq edən kifayət qədər sübutlar toplanılmadıqda və ya toplanmış sübutlar onun təqsirsizliyini təsdiq etdikdə bəraət hökmü çıxarılır. - Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: - 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” - 138.2-ci maddəsinə əsasən “Təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb olunması əsaslarını və onun təqsirli olub-olmamasını sübutetmə vəzifəsi ittihamçının üzərinə düşür”. - 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” - 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” - 145-ci maddəsinə əsasən “Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir”. - 145.3-cü maddəsinə əsasən “İttihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir”. Məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin və şahidlərin izahat və ifadələrinin, istintaq hərəkətlərinin protokollarının və digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı istintaq orqanının gəldiyi nəticə əsassız olmaqla, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilməmiş, həmçinin onun əməli Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə düzgün tövsif edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsinə əsasən “Əmlakının məhv edilməsi, zədələnməsi və ya götürülməsi hədəsi ilə və yaxud zərərçəkmiş şəxsin maddi və ya sair asılılığından istifadə etməklə onu cinsi əlaqəyə girməyə, uşaqbazlığa və ya seksual xarakterli digər hərəkətlərə məcbur etmə”- bir ildən iki ilədək müddətə islah işləri və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır”. Bununla bağlı ilk öncə qeyd edilməlidir ki, Təqsirləndirilən şəxs verilmiş ittihama əsasən, sonuncu cinsi ehtirasını pozğun şəkildə təmin etmək məqsədilə yüngül həyat tərzi keçirən qadınları pul müqabilində özünə məxsus mənzilə və fərdi yaşayış evinə dəvət edib əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 2021-ci ilin oktyabr ayından 2023-cü ilin yanvar ayına qədər olan müddətdə mütəmadi olaraq dəfələrlə, sonuncu dəfə 2022-ci ilin dekabr ayında Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında eyş-işrət məclisləri təşkil edərək rəsmi nikahda olan arvadı Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə sevgi münasibətlərində olduğu Şahid12 və şəxsiyyəti istintaqa məlum olmayan digər qadınlarla cinsi əlaqədə olduğu vaxt Zərərçəkmiş şəxs iradəsi ziddinə onun bədəninin intim nahiyələrinə toxunmaq, öz kişi cinsiyyət üzvünü ağız boşluğuna daxil etmək, intim geyimlər geyinməklə intim əşyalardan özünə və digərlərinə qarşı istifadə etmək, həmin qadınlarla intim xarakterli digər hərəkətlər etmək kimi təkrarən seksual xarakterli digər hərəkətlərə məcbur etmişdir. Lakin məhkəmənin gəldiyi qənaətə görə nə məhkəməyədək icraat zamanı, nədə ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Azərbaycan Respunlikası CM-in 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilməmiş, ibtidai istintaq orqanı tərəfindən təqdim olunmuş sübutlar sonuncunun həmin maddə ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsinin təsdiq olunması üçün yetərli olmamışdır. Belə ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seksual xarakterli digər hərəkətlərə məcbur etməsi ilə bağlı ittiham tərəfinin istinad etdiyi yeganə sübut sonuncunun öz ifadəsi olmuş, bu faktı təsdiq edən başqa sübutlar isə nə ibtidai istintaq zamanı əldə edilərək iş materiallarına əlavə edilməmiş, nədə ki, məhkəmə istintaqı zamanı müəyyən edilməmişdir. İbtidai istintaq orqanının Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seksual xarakterli digər hərəkətlərə məcbur edərkən həmin hərəkətlərdə iştirak etmiş digər qadınların şəxsiyyəti, kim olması isə nə məhkəməyədək icraat zamanı, nədə ki, məhkəmə istintaqı zamanı müəyyən edilməmiş, Təqsirləndirilən şəxs Gülşən Allanverdiyevanı seksual xarakterli digər hərəkətlərə məcbur etməsində iştirak etməsi göstərilən Şahid12 isə Zərərçəkmiş şəxs seksual hərəkətlərə məcbur edilməsini görmədiyini, əksinə sonuncunun öz istəyi, hətta təkidi ilə dəfələrlə Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs ilə intim münasibətlərdə olduğunu bildirmişdir. Məhkəmə istintaqı zamanı dindirilmiş şahidlər də Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs seksual hərəkətlərə məcbur etməsini görmədiklərini bildirmişlər. Məhkəmə bununla bağlı bir halı da qeyd etməyi zəruri hesab edir ki, nə ittiham tərəfinin, nədəki müdafiə tərəfindən təqdim edilmiş çoxsayılı fotoşəkillər və digər sübutlarla Zərərçəkmiş şəxs seksual xarakterili hərəkətlərə məcbur edilməsi görünmür. Əksinə, həmin fotoşəkillərlə tərəflərin sərbəst və hər hansı bir məcburiyyət olmadan hərəkət etməsi təəssüratı yaranır. Həmçinin qeyd olunmalıdır ki, iş üzrə aparılmış məhkəməyədək icraat zamanı Zərərçəkmiş şəxs tərəfindən Təqsirləndirilən şəxs müxtəlif məclislərdə iştirakının təsdiq olunması üçün təqdim olunmuş foto və video görüntülər istintaq orqanı tərəfindən iş materiallarına əlavə edilib subut kimi tanınaraq Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi ilə bağlı təqsirinin təsdiq olunması üçün çalışılsa da, nədənsə müdafiə tərəfindən təqdim olunmuş zərərçəkmiş şəxsin həyat tərzi ilə bağlı eyni xarakterli foto və video materiallara heç bir qiymət verilməmişdir. Bundan başqa qeyd olunmalıdır ki, Zərərçəkmiş şəxs ilkin ərizə və təhqiqat orqanında verdiyi izahatında əri Təqsirləndirilən şəxs tərəfindən döyüldüyünü bildirmiş, sonuncu tərəfindən hər hansı bir seksual hərəkətə məcbur edilməsi ilə bağlı heç nə göstərməmiş, sonradan müstəntiq tərəfindən izahatı alınarkən və müxtəlif orqanlara ünvanlanmış şikayət ərizələrində Təqsirləndirilən şəxs tərəfindən seksual xarakterli hərəkətlərə məcbur edildiyini bildirmişdir. Bundan başqa təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda onun Zərərçəkmiş şəxs maddi və sair asılılığından istifadə etməklə onu seksual xarakterli digər hərəkətlərə məcbur etməsi göstərilsə də, həmin maddi və sair asılılığın özünü nədə göstərməsi, nə ilə ehtiva olunması göstərilməməklə əsaslandırılmamış, həmin əlamətlər maddənin dispozisiyasından şablon formada olduğu kimi təqsirləndirilən şəxsə verilmiş ittihama köçürülmüşdür. Beləliklə məhkəmənin gəldiyi qənaətə görə yuxarıda göstərilmiş səbəblərə görə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilməlidir. Eyni zamanda Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə düzgün tövsif olunmamış, onun əməli Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə tövsif olunmalı və sonuncu həmin maddə ilə cinayət məsuliyyətinə cəlb olunaraq cəzalandırılmalıdır. Belə ki, Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinə əsasən “Bu Məcəllənin 126 və 127-ci maddələrində göstərilən nəticələrə səbəb olmayan mütəmadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermə” cinayət məsuliyyətinə səbəb olur. Həmin Məcəllənin 133.2.6-cı maddəsinə əsasən eyni əməllər işgəncə verməklə törədildikdə əməl həmin maddə ilə tövsif edilir. Göründüyü kimi maddənin dispozisiyasına əsasən əzəb vermənin obyektiv cəhəti mütamadi olaraq döyməklə və ya sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və ya psixi iztirablar vermədə ifadə olunur. Burada mütəmadi döymək, eyni əməllərin bir neçə dəfə törədilməsini, sair zorakı əməllər isə şəxsə dəfələrlə və ya uzun müddət ərzində ağrılar yetirmədə (çimdikləmə, kəsib-doğrama, küt və ya iti batıcı alətlə çoxlu xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və sair) və buna oxşar digər hərəkətlərdə ifadə oluna bilər. Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə verilmiş ittihamda göstərilmişdir ki, o, arvadı Zərərçəkmiş şəxs iradəsinə zidd olaraq etdiyi əxlaqsız və intim təkliflərə bəzən rədd cavabı almasını, guya müxtəlif qadınlar və kişilərlə onun məlumatı olmadan intim münasibətlərdə olub ona xəyanət etməsini, birgə və əvvəlki nikahlarından olan övladlarına qarşı kobud davranmasını bəhanə edib əsassız qısqanclıq və qisas zəminində vahid niyyətlə əhatə olunmuş qəsdlə əvvəlcə ünvan 2 ünvanında, daha sonra Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 2021-ci ilin oktyabr ayından 2023-cü ilin sentyabr ayına qədər olan müddətdə, Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ında 28 dekabr 2022-ci il tarixdə və sonuncu dəfə isə 25 avqust 2023-cü il tarixdə Zərərçəkmiş şəxs şəxsiyyətini alçaldan nalayiq ifadələr işlətməklə dəfələrlə başına və bədəninin digər nahiyələrinə qəsdən yumruq, təpik və müxtəlif bərk küt əşyalarla vurub döyərək, boğazından əlləri ilə tutub boğaraq, qol nahiyələrindən dişləyərək, saçını sıx tutmaqla yolub döşəmə üzərində sürüyərək, başını davamlı olaraq divara və sərt əşyalara çırparaq, eləcə də sair zorakı hərəkətlərlə ağır psixi iztirabla müşayiət edilən işgəncə verməklə fiziki zor tətbiq etmiş, bununla da Zərərçəkmiş şəxs 28 dekabr 2022-ci il tarixdə alt dodağın səthi əzilmiş yarası kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, 25 avqust 2023-cü ildə baş-beyin silkələnməsi halında olan qapalı kəllə-beyin travması kimi sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vuran, eləcə də üst dodağın selikli qişasının əzilmiş yarası, boynun, döş qəfəsinin, sağ bazunun, sağ saidin, sağ baldırın sıyrıqları, sağ budun qançırı kimi sağlamlığa zərərvurma dərəcəsi təyin edilməyən, həmçinin sağlamlığa zərərvurma dərəcələri istintaqla müəyyən edilməyən ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi ilə əzilməsi, döş sümüyünün sınığı və digər müxtəlif bədən xəsarətləri yetirib azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 gözü qarşısında Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib işgəncə verməklə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 126 və 127-ci maddələrində göstərilən nəticələrə yəni, sağlamlığa ağır və az ağır zərər vurulmasına səbəb olmayan mütəmadi olaraq döyməklə və sair zorakı hərəkətlərlə güclü fiziki ağrı və psixi iztirablar, yəni əzab vermişdir. Məhkəmə təqsirlənirilən şəxs Təqsirləndirilən şəxs qarşı Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə verilmiş ittihamla razılaşmır və hesab edir ki, sonuncunun əməli Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsi ilə tövsif olunmalıdır. Məhkəmə bu qənaətə gələrkən qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs işgəncə verilməklə əzab vermə maddəsi ilə ittiham verilməsi ibtidai istintaq orqanı tərəfindən onun azyaşlı övladları xx.xx.2015-ci il təvəllüdlü X3 gözü qarşısında Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib işgəncə verməklə əsaslandırılsa da, məhkəmə bu qənaəti əsassız hesab etməklə iş materiallarına uyğun olmayan və əsassız şişirdilmiş hesab edir. Belə ki, Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlərə nəzər yetiridikdə həmin xəsarətlərdən baş beyinin silkələnməsi halında olan qapalı kəllə beyin travmasının sağlamlığa yüngül dərəcəli zərər vurmaya, digər xəsarətlərin isə sağlamlığa zərər vurmadığına görə dərəcələrinin təyin edilməməsi məhkəmə-tibb ekspertizasının rəyləri ilə müəyyən olunmuşdur. Eyni zamanda Zərərçəkmiş şəxs xx.xx.2023-cü il tarixdə nevropatoloq tərəfindən MRT müayinəsindən keçirilmədən müayinə edilmiş, həkimin şifahi müayinəsinə əsasən ona qapalı kəllə-beyin travması, baş-beyinin silkələnməsi diaqnozu qoyulmuş (hansı ki, bu əlamətlər olduğu kimi birbaşa tibbi rəyə köçürülmüşdür), xx.xx.2023-cü il tarixdə MRT müayinəsindən keçərkən isə onun baş-beyin hissəsində hər hansı bir ciddi pataloji dəyişiklik aşkar edilməmişdir. Həmçinin xx.xx.2023-cü il tarixdə təcili və X17 birqadasının həkimi tərəfindən tərtib edilmiş aktda da Zərərçəkmiş şəxs bədəninin bir neçə nahiyəsində hiperemiya (qızartı)nın aşkar edilməsi göstərilmişdir. Göründüyü kimi Zərərçəkmiş şəxs nə xx.xx.2022-ci ildə baş vermiş münaqişə zamanı, nə də xx.xx.2023-cü il tarixdə baş vermiş münaqişə zamanı kəskin işgəncə, əzab vermə (çimdikləmə, kəsibdoğrama, küt və ya iti batıcı alətlə çoxlu xəsarətlər yetirmə, termiki faktorlarla təsir etmə və sair) əlamətləri aşkar edilməmişdir. Lakin ibtidai istintaq orqanı tərəfindən təqsirləndirilən şəxsə qarşı verilmiş ittiham həddən artıq şişirdilməklə sanki onun Azərbaycan Respublikası CM-in 133.2.6-cı maddəsi ilə də deyil, daha ağır maddə ilə məsuliyyətə cəlb edilməsinə cəhd edilməsi təəssüratı yaranır. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs aman diləyən yalvarışlarına məhəl qoymayaraq zorakı hərəkətlərini davam etdirib sonuncuya işgəncə verməsi isə ümumiyyətlə, nə zərərçəkmiş şəxsin ifadəsi, nə də iş üzrə toplanmış digər sübutlarla öz təsdiqini tapmır. Həmçinin təqsirləndirilən şəxsə qarşı verilmiş ittihamda göstərilən və Zərərçəkmiş şəxs sağlamlığına zərərvurma dərəcələri istintaqla müəyyən edilməyən ayaq barmağının (barmaqlarının) dırnaq lövhəsinin zədələnməsi ilə əzilməsi, döş sümüyünün sınığı və digər müxtəlif bədən xəsarətlərinin Təqsirləndirilən şəxs tərəfindən yetirilməsi yenə də istintaq orqanı tərəfindən sübut olunmamışdır. Belə ki, əlavə məhkəmə tibb ekspertizasının rəyində də göstərilmişdir ki, həmin xəsarətlər küt yaranma mexanizminə malik olmaqla müxtəlif şəraitlərdə yarana bilərdi. Göründüyü kimi zərərçəkmiş şəxsin müxtəlif illərdə tibb müəssisələrinə etdiyi müraciətlər zamanı göstərilən və yaranma mexanizmi və səbəbləri təyin edilə bilməyən həmin xəsarətlərin başqa bir sübut olmadan, bir-biri ilə az qala düşmənçilik mövqeyində olan zərərçəkmiş şəxsin ifadəsinə əsasən məhz təqsirləndirilən şəxs tərəfindən yetirilməsinin iddia edilməsi gülünc və absurd olmaqla yanaşı, həmçinin fərziyyə və ehtimallardan başqa bir şey deyildir. Odur ki, məhkəmə hesab edir ki Təqsirləndirilən şəxs verilmiş ittihamda göstərilən həmin hissələr ittihamdan xaric olunmalıdır. Əlavə olaraq qeyd edilməlidir ki, Azərbaycan Respublikası CM-in 293-cü (İşgəncə, işgəncə hesab olunmayan qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan rəftar və ya cəza) maddəsinin qeydində göstərilmişdir ki, “Bu maddədə, habelə bu Məcəllənin digər maddələrində “işgəncə” dedikdə şəxsin özündən və ya digər şəxsdən məlumat və ya etiraf almaq, yaxud onu və ya digər şəxsi qorxutmaq, özünün və ya digər şəxsin törətdiyi və ya törədilməsində şübhəli bilindiyi əmələ görə cəzalandırmaq, iradəsi əleyhinə hər hansı əməli törətməyə məcbur etmək məqsədilə və ya ayrı-seçkiliyə əsaslanan hər hansı səbəbdən ona güclü fiziki ağrı və ya psixi iztirablar vermə başa düşülür. Göründüyü kimi yuxarıda qeyd edilən maddənin qeydində işgəncəyə verilən anlayışın məzmunu Azərbaycan Respublikası CM-in 133.1-ci maddəsinin məzmunu ilə eynilik təşkil edir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 8.0.5-ci maddəsinə əsasən cinayət törətməkdə ittiham olunan şəxslərin təqsirini müəyyən edərək onları cəzalandırmaq və təqsirsiz şəxslərə bəraət vermək məqsədi ilə ədalət mühakiməsini həyata keçirmək cinayət mühakimə icraatının vəzifəsidir; 36.1-ci maddəsinə əsasən cinayət prosesinin gedişində bu Məcəllənin 55, 56-cı maddələrində nəzərdə tutulmuş şəxslərin pozulmuş hüquq və azadlıqlarının bərpasını və onlara vurulmuş ziyanın ödənilməsini tələb etmək hüququ cinayət prosesini həyata keçirən orqan tərəfindən təmin edilməlidir; 39.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış cinayət təqibinə həmçinin onun cinayət törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə xitam verilir. 39.3-cü maddəsinə əsasən bu Məcəllənin 39.1.1, 39.1.2 və 39.2-ci maddələrində nəzərdə tutulmuş hallarda cinayət təqibi bəraətverici əsaslarla xitam verilmiş hesab olunur; 42.1.4-cü maddəsinə əsasən təqsirliliyi sübuta yetirilmədikdə məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü çıxarılır; 55.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı təqsiri sübuta yetirilməmiş şəxs həmin məhkəmə baxışında aşkar və təxirə salınmadan Azərbaycan Respublikasının adından təqsirsiz elan edilməli və ona məhkəmənin hökmü ilə bəraət verilməlidir; 350.1-ci maddəsinə əsasən məhkəmənin bəraət hökmü təqsirləndirilən şəxsin cinayət məsuliyyətinə cəlb edildiyi və məhkəməyə verildiyi ittiham üzrə cinayətin törədilməsində onun təqsirli olmaması haqqında məhkəmə baxışının nəticələrinə dair yekun məhkəmə qərarını əks etdirir. CPM-nin 350.2-ci maddəsinə əsasən həmin Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 350.2-ci maddəsinə əsasən bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır; 351.2-ci maddəsinə əsasən məhkəmənin ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” X30 Konvensiyasının 6-cı maddəsini 2-ci bəndində göstərilmişdir ki, cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa İnsan Hüquqları Məhkəməsi Telfner Avstriyaya qarşı ( 2001) işində qeyd etmişdir ki, məhkəmə araşdırması gedişində təqsirsizlik prezumpsiyası prinsipinin əhəmiyyəti sübutetmə yükünün ittiham tərəfinin üzərinə düşməsi, irəli sürülən ittihamın əsaslılığına dair şübhələrin isə təqsirləndirilən şəxsin xeyrinə şərh olunmasıdır. “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Bundan əlavə “Hoanq Fransaya qarşı” işində Avropa məhkəməsinin mövqeyinə əsasən bütün sübutlar diqqətlə qiymətləndirilmədən hüquq fərziyyəsinin tətbiq edilməsi təqsirsizlik prezumpsiyasını böyük ehtimalla pozmuş olur. Ehtimal və fərziyyə ilə ittiham irəli sürülə bilməz. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Hüseyn və başqaları Azərbaycana qarşı” işüzrə 26 iyul 2011-ci il tarixli Qərarında qeyd edir ki, ədalətli və çəkişmə xarakterli məhkəmə araşdırması anlayışı prinsipcə onu nəzərdə tutur ki, başqa cür qərara gəlmək üçün əsaslı səbəblər yoxdursa, məhkəmə ittiham tərəfinin təqdim etdiyi, şahidin məhkəməyə qədər dindirmə protokolunda qeydə alınmış ifadəsindən daha çox, məhkəmə iclasında verdiyi ifadəyə əhəmiyyət verməlidir. Digər səbəblərlə yanaşı, bunun səbəbi ondan ibarətdir ki, məhkəməyə qədər dindirmə ilk növbədə ittiham tərəfinin məhkəmədə öz mövqeyini müdafiə etmək məqsədi ilə məhkəmə araşdırması üçün məlumat toplaması prosesidir. Məhkəmə tərəfindən həyata keçirilən məhkəmə araşdırmasının vəzifəsi isə faktiki olaraq təqdim edilmiş bütün sübutların ədalətli qiymətləndirilməsindən sonra təqsirləndirilən şəxsin təqsiri məsələsini dəlillərin məhkəmədə birbaşa yoxlanılması əsasında müəyyən etməkdir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Bu o deməkdir ki, məhkəmə hökmdə müstəsna olaraq CPM-nin 325-337-ci maddələrində müəyyən edilmiş qaydada məhkəmə istintaqında tədqiq edilmiş sübutlara istinad edə bilər. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, sübutları hərtərəfli təhlil edib qiymətləndirmək əvəzinə, məhkəmələr bəzən ittihamı təsdiq edən ifadələrin mətnini hökmdə əks etdirməklə kifayətlənirlər. İttihamı şübhə altında qoyan ifadələr isə ya ümumiyyətlə nəzərə alınmır, yaxud da onlar hökmdə təhlil edilib qiymətləndirilmir. Həmçinin, həmin qərarda göstərilmişdir ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 323-cü maddəsinə müvafiq olaraq məhkəmənin hökmü yalnız məhkəmə iclasında bilavasitə tədqiq olunan sübutlara əsaslana bilər. Göründüyü kimi, hər hansı şəxsin əməlində cinayət tərkibinin olmasının müəyyən edilməsi və ona ittiham və ya bəraət hökmünün çıxarılması yalnız məhkəmə istintaqında tədqiq olunmuş sübutlar əsasında müəyyən edilə bilər. Məhkəmə iclasında tədqiq edilməyən və məhkəmə iclas protokolunda öz əksini tapmayan sübutlara istinad edə bilməz. Məhkəmə qeyd edir ki, ittiham irəli sürülən şəxs barəsində ittiham hökmü o zaman qəbul edilə bilər ki, ittiham üzrə göstərilən sübutlar məhkəmə istintaqı zamanı təkzib edilməməklə təsdiq olunsun, əgər ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilməlidir. “Məhkəmə hökmü haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 27 dekabr 1996-cı il tarixli 4 saylı qərarında göstərilmişdir ki, ittiham hökmü mülahizələrə əsaslana bilməz. İttiham hökmü iş üzrə baş vermiş bütün rəvayətlər tədqiq edildikdən, bütün mövcud ziddiyyətlər aydınlaşdırılıb qiymətləndirildikdən sonra mötəbər sübutlar əsasında çıxarılmalıdır. Məhkəmə həmçinin qeyd edir ki, təqsirsizlik prezumpsiyası cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirinin cinayət-prosessual qanunun müəyyən etdiyi qaydada sübuta yetirilməsini tələb edir. Cinayət mühakimə icraatının prinsiplərinə dair normalar cinayətdə təqsirləndirilən şəxsin təqsirinin sübuta yetirilməsində fundamental əhəmiyyət daşıyan ümumi qaydaları göstərir ki, onlara riayət edilməməsi bütövlükdə sübut etməni, onun nəticələrini əhəmiyyətsiz etmiş olar. Qiymətləndirmə zamanı hökmdə həm konkret məsələ üzrə gəlinən nəticəni təsdiqləyən, həm də onu təkzib edən sübutlara istinad etməlidir. Beləliklə, məhkəmə bir daha qeyd edir ki, ittiham aktında şəxsə istinad edilən cinayət əməllərinin baş vermə şəraitinə dair şübhəli nəticələr və faktlar şəxsin ziyanına, onun vəziyyətinin digər hər hansı formada ağırlaşdıran formada qəbul edilə bilməz. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin AR CM-nin 59.2-ci madəsinə əsasən himayəsində bir yetkinlik yaşına çatmayan uşağının olmasını, ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, “hipertoniya xəstəliyi İİ mərhələ” xəstəliyindən əziyyət çəkməsini cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxsin ifadələrinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək məhkəmə belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs tərəfindən cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli Cinayət Məcəlləsinin 133.1-ci maddəsi ilə tövsif edilməlidir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında islah işləri, azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, ağırlaşdıran halların olmamasını, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac yoxdur, buna görə də ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növü, yəni azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından Təqsirləndirilən şəxs azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Cinayət işi üzrə xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 120 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.4, 44.1; 344-347; 349; 350-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə nəzərdə tutulmuş cinayətin törədilməsində təqsirliliyi sübuta yetirilmədiyindən ona həmin maddə ilə bəraət verilsin və o, Azərbaycan Respublikasının adından Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə təqsirsiz elan edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 151-ci maddəsi ilə bəraət almış Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CPM-nin 356.5-ci maddəsinə əsasən qanunsuz tutulması, təqsirləndirilən şəxs qismində cəlb edilməsi, qətimkan tədbirinin tətbiqi, qanunsuz məhkəməyə verilməsi nəticəsində vurulmuş zərərin ödənilməsi hüququnun və həmin hüququn həyata keçirilməsi ilə əlaqədar məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.6cı maddəsindən, həmin Məcəllənin 133.1-ci maddəsinə tövsif edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 133.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 il müddətinə azadlığının məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində və həbsdə saxlanıldığı 10 (on) ay 18 (on səkkiz) gün müddət azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesablanmaqla, cəmi 01 (bir) il 09 (doqquz) ay 06 (altı) gün müddət ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) ay 24 (iyirmi dörd) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, ünvan 3ını axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ilə əvəz edilsin və hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs dərhal məhkəmə iclas zalından həbsdən azad edilsin. Cinayət işi üzrə maddi sübut kimi tanınmış Zərərçəkmiş şəxs tərəfindən istintaqa təqdim edilmiş 01 ədəd elektron daşıyıcı cinayət işinin materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 120 (bir yüz iyirmi) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X9, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən İlham Cəfərzadə
Məhkəmə qərarları › İş №1(003)-57/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-57/2025
05.03.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver