Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-572/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, ali təhsilli, ailəli, fərdi əmək fəaliyyəti ilə məşğul olan (sürücü), əvvəllər məhkum olunmayan, Bakı şəhəri Xəzər rayonu, Türkan qəsəbəsi, Firdovsi küçəsi döngə 3, mənzil 7A-da qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, yeni sahə nömrəsiz evdə yaşayan və barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə saat təqribən 19 radələrində Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisindəki kanalyanı sahədə yerləşən nömrəsiz evin qarşısında atasının səhhətinin pisləşməsi ilə əlaqədar çağırdığı 18 saylı X11 stansiyasının xəstə atasına göstərdiyi tibbi xidməti bəyənməyərək heç bir əsaslı səbəb olmadan ictimai qaydanı kobud surətdə pozub, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən qərəzli hərəkətlər etməklə ümumi davranış, əxlaq və mənəviyyat normalarına hörmətsizlik ifadə edib «Təcili yardım Avtobazası» X10 məxsus «X12-111 CDİ» markalı **-JD-*** dövlət nömrə nişanlı avtomobilə yaxınlaşaraq avtomobilin kapotu üzərinə yumruq zərbəsi ilə vuraraq həmin avtomobildə əyləşmiş sürücü Zərərçəkmiş şəxs1 yaxınlaşıb ucadan nalayiq söyüşlər söyərək avtomobilin açıq pəncərəsindən qəsdən yumruqla sonuncunun sifət nahiyyəsinə vurmuş, bundan sonra özünün xuliqanlıq hərəkətlərini davam etdirərək özgənin əmlakının zədələnməsi ilə müşayiət edilən hərəkətlər edib qəsdən yumruq zərbəsi ilə avtomobilin sağ güzgüsünü vurub sındırmış, reanimasiya briqadası çağırmaq üçün maşında əyləşən həkim Zərərçəkmiş şəxs2 yaxınlaşaraq ona qəsdən yumruq zərbəsi atmaqla əynində olan köynəyini cırmış, daha sonra münaqişəni ayırmaqla ictimai qaydanın pozulmasının qarşısını almağa çalışan 18 saylı X11 stansiyası avtomobilinin sürücüsü Zərərçəkmiş şəxs1 müqavimət göstərib heç bir əsaslı səbəb olmadan qəsdən sonuncunun sifət nahiyəsindən yumruqla vuraraq ona alının və burunun əzilmiş yaraları ilə müşayiət olunan və sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül dərəcəli zərərvurmaya aid xəsarət yetirməklə qərəzli hərəkətlər edib xuliqanlıq etmiş və avtomobilin sağ yan şüşəsini qəsdən yumruqla vurub sındırması nəticəsində X10 ümumilikdə 150 (yüz əlli) manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində qismən təqsirli bilərək ifadəsində bildirdi ki, xx.xx.2022-ci il tarixdə səhər saatlarında atası Şahmar Quliyevin vəziyyəti pisləşmişdir. Qardaşı Şəhram 103 xidmətinə zəng edərək X11 çağırmışdır. Bir müddət keçsə də TTY gəlməmişdir. Qardaşı da əlacsız qalıb atasını dostu Səidə məxsus “Nissan Navara” markalı avtomobillə kənd poliklinikasına aparmışdır. Kənd poliklinikasında atasına iynə vurduqdan sonra vəziyyəti bir qədər düzəlmişdir. Kənd poliklinikasının göstərişi ilə qardaşı Şəhram atasını Mərdəkan qəsəbəsində yerləşən 26 saylı Birləşmiş şəhər xəstəxanasına aparmışdır. Orda atasının ürəyini kardioqrama ilə yoxlayan zaman ürəyinin sağlam olduğu müəyyən edilmişdir. Atasına həkimlər dərman yazdıqdan sonra qardaşı Şəhram atasını günorta saatlarında yaşadığı evə gətirmişdir. Evə gələn zaman atasının vəziyyəti nisbətən yaxşı olmuşdur. Lakin bir qədər keçdikən sonra atasının vəziyyəti pisləşərək ürəyi getmiş və dili qatlanmışdır. Qardaşı ilə o ilkin tibbi yardım göstərib atasının dilininin qatlanmasına imkan verməmişlər. Anası Tamamgül də evdə olmuşdur. Bir qədər sonra isə babası Bəybala da yaşadıqları yerə gəlmişdir. O, dərhal 103 xidmətinə zəng edərək TTY çağırmışdır. Lakin, 40 dəqiqə keçməsinə baxmayaraq TTY gəlməmişdir. O, bir daha TTY xidmətinə zəng edərək onların gəlməsini istəmişdir. Ona bildirmişlər ki, briqada yoldadır və tez bir zamanda gələcəkdir. Lakin, o, atasının vəziyyətinin pis olduğunu görüb dostu Səidə məxsus “Nissan Navara” markalı avtomobilə əyləşərək özü poliklinikaya sürmüşdür ki, gedib heç olmasa oradan həkim gətirsin. Lakin, Türkan qəsəbəsinin mərkəzinə çatan zaman yolda TTY maşınını görmüşdür. Başa düşmüşdür ki, həmin maşın onlara gəlir. Mən həmin şəxslərə yaxınlaşıb maşının pəncərəsindən qışqırmışdır ki, tez sürsünlər, yoxsa atası öləcək. Lakin TTY maşını sürətlə yox, asta getmişdir. O bir neçə dəfə xəbərdarlıq etsə də onlar ona məhəl qoymayaraq asta sürətlə hərəkət etmişlər. Bu onu daha da qıcıqlandırmışdır. Daha sonra yaşadığı ünvanın qarşısına çatmışlar. TTY-dən həkim və tibb qardaşı düşərək evə girmişlər. Sürücü isə maşında qalmışdır. O da onların arxasınca evə girmişdir. Evə girən həkim atasının vəziyyətinə qarşı laqeyd münasibət bəsləmişdir. Belə ki, həkim ağzında saqqızla danışmış, tez-tez bayıra çıxıb gah xərək, gah da dərman çantasını gətirib nə isə etmişdir. Lakin o atasına iynə vurmasını ondan xahiş etsə də həkim iynə vurmamışdır. O həkimin fəaliyyətindən narazı qalıb qışqırmağa başlamışdır. Daha sonra o bayıra çıxıb qonşulardan kömək istəmişdir ki, atası TTY-nin avtomobilinə qoyub xəstəxanaya aparsın. Daha sonra TTY-nin içərisində sürücünün oturduğunu görmüşdür. Sürücünün boş-bekar oturmağı ona təsir etmişdir. O sürücüyə yaxınlaşıb boş oturmamasını və içəri keçib həkimə kömək etməsini bildirsə də sürücü onun üzünə baxıb heçnə deməmişdir. Sürücünün bu laqeydliyi onu daha da əsəbləşdirmişdir. O bu əsnada əsəbləşərək avtomobilin sağ tərəfindən qapınının şüşəsinin açıq olduğunu görüb şüşədən əlini içəri salaraq sürücüdən yapışıb sürücünü bayıra dartmağa çalışmışdır. Lakin sürücü bayıra çıxmamış, bu əsnada bədəni avtomobilin sağ güzgüsünə dəyərək güzgünün çərçivəsini yerindən qoparmışdır. Sürücünün düşmədiyini görüb o yenidən evə qayıtmışdır. Daha sonra o evə girərkən evdəkilər bildirmişdir ki, kənd poliklinikasında işləyən Hüseyn həkim əlavə TTY göndərir. Bir neçə dəqiqədən sonra Hüseyn həkimin göndərdiyi TTY maşını evin qarşısına gəlmişdir. O da evdən çıxıb onları qarşılamışdır. Daha sonra köməkləşib atasını Hüseyn həkimin çağırdığı TTY-nin maşınına qoyub 1 saylı ŞKX-nın Toksikologiya şöbəsinə aparmışlar. O da atasıyla birlikdə oraya getmişdir. Atasının vəziyyəti ağır olduğu üçün dərhal onu reanimasiyaya yerləşdirmişlər. Daha sonra orada müəyyən olunmuşdur ki, atasının ağciyərində pnevmaniya vardır. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, zərər çəkmiş şəxslərlə barışdığını, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödədiyini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmadığını qeyd edərək ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 bildirdi ki, o, 2009-cu ilin yanvar ayından etibarən 18 saylı TTYS-də sürücü vəzifəsində işləyir. Onun iş rejimi günaşırı növbəyə əsaslanır. Həmin stansiya Pirallahı qəsəbəsində yerləşir. Stansiyanın kurasiyası Qala, Türkan, Zirə, Hövsanın bir hissəsini əhatə edir. Belə ki, həmin yerlərdən xəstə ilə bağlı çağırış verilərkən onlar həmin ünvanlara gedirlər. Sonuncu dəfə xx.xx.2022-ci il tarixdə o, həkim Zərərçəkmiş şəxs2 və tibb qardaşı Şahid ilə birlikdə növbədə olmuşlar. Həmin gün saat 10 radələrində Türkan qəsəbəsində xəstəyə tibbi yardım göstərilməsi üçün onlara məlumat verilmişdir. Onlar da qeyd edilən hadisə yerinə getmişlər. Lakin hadisə yerinə çatan zaman xəstənin yaxınlarından biri həkim Zərərçəkmiş şəxs2lə telefon əlaqəsi yaradaraq artıq onlara ehtiyac olmadığını demişdir. Onlar da yenidən digər çağırışlara getmək üçün stansiyaya qayıtmışlar. Həmin gün saat 19 radələrində çağırış əsnasında onlar yenidən səhər məlumat verilən ünvana yəni Türkan qəsəbəsi kanal yanı adlanan əraziyə yollanmışlar. Onlar Türkan qəsəbəsinin mərkəzinə çatan zaman qara rəngli, “Nissan Navara” markalı 915 dövlət qeydiyyat nişanlı avtomobil onları orada qarşılamışdır. Həmin şəxs onları qarşılayan zaman onların ünvanlarına nalayiq ifadələr işlədərək arxasınca sürməyi onlara tapşırmışdır. Onlar da xəstənin vəziyyəti ilə əlaqədar həmin şəxsə əhəmiyyət verməyib həmin avtomobilin arxasınca sürmüşlər. Həmin avtomobilin arxasınca gəlib səhər tezdən gəldikləri Türkan qəsəbəsi, yeni sahə kanal yanı adlanan ərazidə yerləşən nömrəsiz evin yanına çatmışlar. Ünvana çatar-çatmaz həkim Zərərçəkmiş şəxs2 və tibb qardaşı Şahid dərhal vaxt itirmədən xəstəyə ilkin tibbi yardım göstərmək üçün evə daxil olmuşlar. Qara rəngli “Nissan” markalı avtomobilin sürücüsü də onlarla birlikdə içəriyə daxil olmuşdur. O isə idarə etdiyi “Mersedes Viana” markalı **-JD-*** dövlət nişanlı TTYS-nin avtomobilində əyləşib onları gözləmişdir. Təxminən 5 dəqiqədən sonra “Nissan” markalı avtomobilin sahibi evdən bayıra çıxaraq TTYS-ə məxsus onun idarə etdiyi avtomobilin kapotunun üstünə yumruqla vurub ona nə üçün gec gəldiyini irad tutaraq ona yaxınlaşıb avtomobilin açıq pəncərəsindən sifətinə yumruq atmışdır. Həmin yumruq onun sifətinin sol nahiyəsindən dəymişdir. Zərbənin təsirindən o bir qədər gicəllənmişdir. Həmin şəxs onu bir dəfə vurduqdan sonra heçnə etməyərək yenidən deyinə-deyinə və nalayiq ifadələr işlədərək evə daxil olmuşdur. Həmin şəxs evə daxil olan zaman ətrafdakı şəxslər ona yaxınlaşaraq üzrlü saymağını və həmin şəxsin əsəbi olduğu üçün bu cür hərəkətlər etdiyini demişlər. Təxminən 1-2 dəqiqədən sonra həkim Zərərçəkmiş şəxs2 evdən çıxıb yanına gələrək xəstəyə əlavə tibbi yardım göstərilməsi üçün rabitə ilə reanimasiya briqadasını çağırmışdır. Bu əsnada həmin şəxs yenidən onların yanına gəlib bu dəfə avtomobilin içərisində onun yanında əyləşən həkimi vurmaq istəmişdir. Həmin şəxs əvvəlcə avtomobilin sağ güzgüsünü yumruqla vurub sındırmışdır. Avtomobilin sağ güzgüsü yumruq zərbəsinin təsiri ilə yerindən qopub yerə düşmüşdür. Daha sonra həmin şəxs maşının içərisində əyləşən həkim Zərərçəkmiş şəxs2 yumruq atsa da həkim başını çəkərək həmin yumruqdan yayına bilmişdir. Bu zaman o onlara müdaxilə edib ayırmaq istəmiş və həmin şəxsə belə hərəkətlər etməməsini xahiş etmişdir. Ətrafdakı şəxslər həmin şəxsi tutub həkimdən aralayan zaman həmin şəxs həkimin köynəyini dartıb cırmışdır. Daha sonra həmin şəxs digər şəxslərin əlindən qurtulub ona tərəf gəlmiş və maşının içərisində oturduğu zaman pəncərənin açıq şüşəsindən onun burun nahiyəsinin üzərindən yumruqla vurmuşdur. Bu əsnada ətrafda olan kənar şəxslər həmin şəxsi ondan ayırmışlar. Təxminən 20 dəqiqədən sonra reanimasiya briqadası onların yanına gəlmişdir. Reanimasiya biriqadası gələn zaman həmin şəxs yenə də öz əməllərinə son qoymayaraq onun və həkim heyətinin ünvanına nalayiq ifadələr işlətmiş və onları təhqir etmişdir. Reanimasiya briqadası xəstə 1973-cü il təvəllüdlü, X3 taksikologiya şöbəsinə aparmışdır. O isə aldığı xəsarətə görə həmin gün 3 saylı BŞX-yə müraciət etmişdir. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 bildirdi ki, 18 saylı TTYS-də həkim işləyir. xx.xx.2022-ci il tarixdə növbədə olan zaman səhər saatlarında Türkan qəsəbəsi yeni sahə nömrəsiz ünvanda xəstəyə tibbi yardım göstərilməsi üçün siqnal daxil olmuşdur. Lakin onlar oraya yaxınlaşdıqda həkimə ehtiyac olmadığı onlara bildirilmişdir. Daha sonra xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qeyd edilən ünvanda təkrar həkim köməyinə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Onlar, yəni o, tibb qardaşı Şahid və sürücü Zərərçəkmiş şəxs1la həmin ünvana çatmışlar. Lakin orada olan tanımadığı şəxslər onları çox aqressiv vəziyyətdə qarşılamışlar və onların ünvanına nalayiq ifadələr işlətmişlər. O xəstə, 1973-cü il təvəllüdlü X3 müayinə edərkən Şahmar Quliyevin narkotik tərkibli dərmandan zəhərləndiyini müəyyən etmiş və reanimasiya qrupunu hadisə yerinə dəvət etmişdir. Həmçinin qeyd etmişdir ki, o xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra xəstənin vəziyyəti normallaşmışdır. Lakin ev sahibləri onunla mübahisə etmişlər ki, xəstəni tez sağaltsın. Heç bir səbəb olmadan orada olan şəxslərdən Hacı Seyfəl deyə çağırılan şəxs onunla mübahisə etmiş və mübahisə əsnasında onun köynəyini cırmış və onları ayırmağa çalışan sürücü Zərərçəkmiş şəxs1 yaxınlaşıb onun sifət nahiyəsinə yumruq və şillə ilə vurmuşdur. Daha sonra isə TTYS-nin avtomobilinin sağ yan güzgüsünü qırmışdır. Təqsirləndirilən şəxslə barışıq əldə etmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə bildirdi ki, 1998-ci ildən etibarən X4 baş mühəndis vəzifəsində işləyir. Bazanın balansında təxminən 550-yə yaxın avtomobil vardır. Həmin avtomobillərin 200 ədədi Bakı və şəhərətrafı qəsəbələr üzrə 103 xidmətində fəaliyyət göstərir, qalanları isə rayon mərkəzi xəstəxanalarına təhkim olunmuşdur. 15 iyul 2022-ci il tarixdə 18 saylı TTYS-nin sürücüsü Zərərçəkmiş şəxs1 işlədiyi avtobazanın istismar şöbəsinə telefonla məlumat verərək bazaya məxsus idarə etdiyi “Mersedes Vito-111 CDİ” markalı, **-JD-*** dövlət nömrə nişanlı avtomobilin sağ yan güzgüsünün Türkan qəsəbəsi ərazisində çağırışda olarkən xəstənin yaxını Seyfəl adlı şəxs tərəfindən yumruqla sındırıldığını bildirmişdir. Bundan bir neçə gün sonra Eldar avtomobili işlədiyi avtobazaya gətirərək avtomobili avtobazanın nəzdində olan təmir sahəsinə təhvil vermişdir. Təmir hissəsində məlum olmuşdur ki, avtomobilə ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. Belə ki, sağ yan güzgünün qiyməti 140 manat, tələb olunan təmir xərci isə 10 manat təşkil etmişdir. Onlar dərhal avtomobilə dəymiş ziyanı aktlaşdıraraq qeyd olunanları maddi ziyan aktında rəsmiləşdirmişlər. Təqsirləndirilən şəxslə barışıq əldə etmişlər. Təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmişdir, təqsirləndirilən şəxsdən heç bir şikayəti və tələbləri yoxdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, 18 saylı TTYS-də tibb qardaşı işləyir. xx.xx.2022-ci il tarixdə növbədə olan zaman səhər saatlarında Türkan qəsəbəsi yeni sahə nömrəsiz ünvanda xəstəyə tibbi yardım göstərilməsi üçün siqnal daxil olmuşdur. Lakin onlar oraya yaxınlaşdıqda həkimə ehtiyac olmadığı onlara bildirilmişdir. Daha sonra həmin gün yəni xx.xx.2022-ci il tarixdə saat 19 radələrində qeyd edilən ünvanda təkrar həkim köməyinə ehtiyac olması barədə məlumat daxil olmuşdur. Onlar, yəni o, həkim Zərərçəkmiş şəxs2 və sürücü Zərərçəkmiş şəxs1la həmin ünvana çatmışlar. Lakin orada olan tanımadığı şəxslər onları çox aqressiv vəziyyətdə qarşılamışlar və onların ünvanına nalayiq ifadələr işlətmişlər. Həkim Zərərçəkmiş şəxs2 xəstə, 1973-cü il təvəllüdlü X3 müayinə edərkən onun narkotik tərkibli dərmandan zəhərləndiyini müəyyən edib, bayıra çıxıb maşına yaxınlaşaraq reanimasiya qrupunu hadisə yerinə dəvət etmişdir. Həkim bayıra çıxarkən o xəstənin yanında qalmışdır. Həmçinin qeyd etmişdir ki, həkim Zərərçəkmiş şəxs2 xəstəyə ilkin tibbi yardım göstərdikdən sonra onun vəziyyəti normallaşmışdır. Lakin ev sahibləri onlarla mübahisə etmişlər ki, xəstəni tez sağaltsınlar. O xəstənin yanında qalıb bir müddətdən sonra bayıra çıxanda görmüşdür ki, reanimasiya briqadası və polis əməkdaşları hadisə yerinə gəlmişlər. Bayıra çıxanda onların X11 avtomobilinin sağ yan güzgüsünün sındığını, həkim Zərərçəkmiş şəxs2 köynəyinin qol hissəsinin cırıldığını, sürücü Zərərçəkmiş şəxs1 isə sifət nahiyəsində xəsarət olduğunu görmüşdür. Gedən söhbətlərdən anlamışdır ki, qonşular arasında Hacı kimi çağırılan xəstənin oğlu Seyfəl adlı şəxs göstərilən tibbi xidmətdən narazı olduğu üçün həkim Zərərçəkmiş şəxs2 vurmaq istəyən zaman Sürücü Zərərçəkmiş şəxs1 araya girmiş, bu zaman avtomobilin sağ yan güzgüsü Seyfəl tərəfindən sındırılmış və bu əsnada Seyfəl adlı şəxs sürücü Zərərçəkmiş şəxs1 döymüşdür. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X6-Təcrübi və Tədris Birliyinin xx.xx.2022-ci il tarixli 861 saylı ekspert rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının, burunun əzilmiş yaraları küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun “X9” X10 müraciətindən az əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa yüngül dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs1 bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. İş materiallarına əlavə olunmuş “X11 Avtobazası” Publik hüquqi şəxsin tərtib etdiyi maddi ziyan aktından görünür ki, 15 iyul 2022-ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi ərazisində baş vermiş xuliqanlıq hadisəsi nəticəsində “Mersedes-Benz Vito-111 CDİ markalı AZ-**-JD-*** dövlət nömrə nişanlı təcili yardım avtomobilinə təmir bərpa işləri nəzərə alınmaqla ümumilikdə 150 manat məbləğində maddi ziyan dəymişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 16 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin İŞnin müstəntiqi, polis-kapitanı Orxan Hüseynzadə tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ MYS-dən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1995-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs2 məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. İş materiallarına əlavə olunmuş zərər çəkmiş hüquqi şəxsin nümayəndəsi Nümayəndə məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli ərizədən görünür ki, təqsirləndirilən şəxs tərəfindən onlara dəymiş ziyan ödənilmiş, təqsirləndirilən şəxslə barışmış və zərər çəkmiş hüquqi şəxsin Təqsirləndirilən şəxs qarşı şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 31.1-ci maddəsinə əsasən “Hər kəsin təhlükəsiz yaşamaq hüququ vardır.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.2-ci maddəsinə əsasən “Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayət Məcəlləsinin xuliqanlığa görə müəsuliyyət müəyyən edən 221-ci maddəsinin mətnində nəzərdə tutulan mənada ictimai qaydadedikdə, cəmiyyətdə insanlar arasında təşəkkül tapmış, adət və ənənələrlə,əxlaq normaları ilə, habelə qüvvədə olan qanunvericiliklə müəyyən edilən qarşılıqlıdavranış və birgəyaşayış qaydalarının sistemi başa düşülür. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər dedikdə ictimaivə ya şəxsi mənafelərə əhəmiyyətli zərər vuran və ya cəmiyyətdə insanlararasında bərqərar olmuş birgəyaşayış və davranış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətlər başa düşülür. Cəmiyyətə açıqca hörmətsizlik etmə dedikdə isə təqsirkarın ətrafdakı şəxslər üçün aşkar surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik,etinasızlıq göstərməsi, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranışqaydaları, əxlaq və mənəviyyat normalarına qarşı saymamazlıq, bir çox insanınvə ya cəmiyyətin hər hansı bir üzvünün mənafeylərinə toxunan hərəkətlər etməsibaşa düşülür. Cinayət Məcəlləsinin 221.1-ci maddəsinin dispozisiyasında cinayətinobyektiv tərəfinin məcburi elementi kimi nəzərdə tutulan aktiv hərəkətlərindüzgün təfsirinin əhəmiyyəti nəzərə alınmaqla izah edilsin ki, xuliqanlıq cinayəti gedişində vətəndaşlara zor tətbiq edilməsi dedikdə zərərçəkmişşəxsi döymədə və ya onun sağlamlığına qəsdən yüngül zərər vurmada ifadəolunan hərəkətlərin edilməsi başa düşülməlidir.” Xuliqanlıq – öz hərəkətlərinin ictimai təhlükəlilik xarakterini dərk edən, onların ictimai təhlükəli nəticələrini qabaqcadan görən, bu nəticələrin baş verməsini arzu edən şəxs tərəfindən qəsdən törədilən cinayətdir. İctimai qaydanı kobud surətdə pozan hərəkətlər – təqsirkarın nəqliyyatın, müəssisə, idarə və təşkilatın normal fəaliyyətinin, kütləvi tədbirin və ya uzun müddətə ictimai asayişin pozulmasına, yaxud vətəndaşların hüquqlarının və qanuni mənafelərinin toxunulmazlığına təhlükə və həyəcanın yaranmasına səbəb olan, habelə qanunvericiliklə tənzimlənən birgəyaşayış qaydalarının qərəzli surətdə pozulmasında ifadə olunan hərəkətləridir. Cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlər – təqsirkarın ətrafdakı şəxslər və özü üçün açıq surətdə ictimai qaydaya əhəmiyyətli dərəcədə laqeydlik, etinasızlıq, cəmiyyətdə hamı tərəfindən qəbul olunmuş davranış qaydalarına, əxlaq və mənəviyyat normalarına qarşı saymazlıq göstərən, bir qrup şəxsin və ya cəmiyyətin hər hansı bir üzvünün qanuni mənafelərinə toxunan hərəkətləridir. Təqsirkarın ictimai qaydanı kobud surətdə pozmaq və cəmiyyətə açıqca hörmətsizlik ifadə etmək niyyətinin olduğu müəyyənləşdirilməyibsə, əməl xuliqanlıq kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.3-cü maddəsinin şərh edilməsinə dair” xx.xx.2011ci il tarixli qərarında göstərilmişdir ki, “Xuliqanlıq cinayətinin motivi təqsirkarın qeyrimüəyyən şəxslər dairəsinin şüurunda özünün müstəsna şəxsiyyət olduğunu və başqalarından əsaslı surətdə fərqləndiyini təsdiq etməkdir. Bu cinayətin subyektiv cəhətini birbaşa qəsd təşkil edir. Təqsirkar öz hərəkətləri ilə cəmiyyətə açıqca hörmətsizlik göstərərək ictimai qaydanı kobud surətdə pozduğunu dərk edir, bu hərəkətləri nəticəsində zərərçəkmişin sağlamlığına zərər vurula biləcəyini, yaxud özgənin əmlakının məhv ediləcəyi və ya zədələnəcəyini qabaqcadan görür və bunu arzu edir. Xuliqanlığın subyektiv cəhətinin mütləq şərti bu cinayətin motividir. Bilərəkdən özünü ictimai qaydaya qarşı qoymağa cəhd etmək, gücünü nümayiş etdirmək, qalmaqal salmağa meyllilik, ədəbsizliyin qarşısını almağa cəhd edən ayrı-ayrı şəxslərdən qisas almaq motivin əsasını təşkil edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, izah edilsin ki, ictimai qaydanın qorunması üzrə vəzifəsiniyerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyətnümayəndəsinə və ya digər şəxsə də müqavimət göstərməklə törədilən xuliqanlıqhərəkəti Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin dispozisiyası ilə taməhatə olunduğundan CM-nin digər maddələri ilə əlavə tövsüfə ehtiyac qalmır. Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsində nəzərdə tutulan hakimiyyət nümayəndəsi dedikdə ictimai qaydanın pozulmasının qarşısını almaq səlahiyyətiolan bütün vəzifəli şəxslər başa düşülür. Digər şəxslər dedikdə isə üzərinəictimai vəzifələrin yerinə yetirilməsi öhdəliyi qoyulmuş, yaxud vətəndaşlıqborcunu yerinə yetirməsi ilə əlaqədar ictimai qaydanın qorunmasında iştirakedən, hakimiyyət nümayəndəsi olmayan şəxs başa düşülür.İctimai qaydanın qorunması üzrə vəzifənin yerinə yetirilməsi dedikdə küçələrdə və ya ictimai yerlərdə post-patrul xidmətinin həyatakeçirilməsi, nümayişlər, piketlər, mitinqlər, tamaşalar, kütləvi tədbirlər,qəza və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı qaydanınqorunması halları başa düşülməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 221.2.2-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.1.12 və 59.1.13-cü maddəsinə əsasən zərər çəkmiş şəxslərlə barışıq əldə etməsini, zərər çəkmiş şəxslərə dəymiş ziyanı ödəməsini, zərər çəkmiş şəxslərin ondan şikayət və tələbinin olmamasını, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinə əsasən “Xuliqanlıq, yəni ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən, şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, habelə özgənin əmlakının məhv edilməsi, yaxud zədələnməsi ilə müşayiət edilən qərəzli hərəkətlər ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə törədildikdə - iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ildən üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsinə, zərər çəkmiş şəxslər və şahidin ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən, yuxarıda göstərilən yüngülləşdirici halları nəzərə almaqla yanaşı eyni zamanda qeyd edir ki, Təqsirləndirilən şəxs törətdiyi əməli özü səmimi olaraq etiraf etmiş və etdiyi əməldən peşman olmuşdur. Bununla yanaşı Təqsirləndirilən şəxs zərər çəkmiş şəxslərlə barışıq əldə etmiş, dəymiş ziyanı ödəmişdir. Zərər çəkmiş şəxslərin təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsinin sanksiyasına uyğun olaraq islah işləri cəzası təyin edilməlidir. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Təqsirli şəxsə islah işləri və ya cərimə cəzası təyin edilərkən onun maddi vəziyyəti, öhdəsində yetkinlik yaşına çatmayanların, əmək qabiliyyəti olmayan digər şəxslərin olması və s. aydınlaşdırılmalıdır.” İş üzrə ekspertiza xərci yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə nəzərdə tutulmuş əməli törətməkdə təqsirli bilinsin və və ona qazancının 20 %-i dövlət nəfinə tutulmaqla, 02 (iki) il müddətinə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmənin əvvəli Təqsirləndirilən şəxs qazancından dövlət nəfinə ilk məbləğin tutulduğu tarixdən hesablansın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə tapşırılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili X5 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat, Bakı şəhəri, 8 saylı hüquq məsləhətxanasının vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 15 saata görə 90 (doxsan) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı hüquq məsləhətxanasının hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-572/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-572/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver