Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-572/2025 06.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ X6 Məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1986-cı ildə Bakı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs Həsənağa oğlu satış məqsədi olmadan qanunsuz olaraq təmiz çəkisi 0,458 qram olan kustar üsulla hazırlanmış xeyli miqdarda psixotrop maddə metamfetamin əldə edib üzərində saxlamaqla 23 sentyabr 2025ci il tarixdə Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində yerləşən “Qala” aptekin qarşısına daşımış, həmin gün orada saat 18:30 radələrində piyada hərəkətdə olduğu vaxt Xəzər RPİ-nin 1-ci PŞ-nin əməkdaşları tərəfindən xidmət aparılarkən mülki iş üzrə 14 iyul 2025-ci il tarixdən axtarışda olduğu üçün saxlanılaraq həmin PŞ-nin inzibati binasına gətirilib saat 19:05 radələrində Növbətçi Hissə otağına təhvil verildiyi vaxt həmin otaqda növbətçi polis əməkdaşları tərəfindən üzərinə video çəkilişdən istifadə etməklə baxış keçirilən zaman əynində olan qara rəngli gödəkcəsinin sol yan cibində 01 ədəd göy rəngli “wincester” markalı siqaret qutusunun içərisində ağ rəngli kağıza bükülmüş təmiz çəkisi 0,458 qram olan kustar üsulla hazırlanmış həmin xeyli miqdarda psixotrop maddə metamfetamin 01 ədəd bükümdə Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o psixotrop maddə istifadə edir. Bu səbəbdən də psixotrop maddəyə olan tələbatını ödəmək üçün 23 sentyabr 2025-ci il tarixdə təxminən saat 11- 11:30 radələrində Surxanı rayonu ərazisində Köşkün yanında dayanacaqda dayanmışdır. Adını bilmədiyi şəxsə yaxınlaşaraq ona “Tema üçün gəlmişəm” deyərək şəxsi istifadəsi üçün 10 manata psixotrop maddə olan “patı” alaraq qara rəngli gödəkcəsinin sol yan cibinə qoyaraq daşımışdır. Elə həmin gün saat 18:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsində polis geyimli şəxslər aliment ödəməkdən yayındığı üçün ona yaxınlaşdılar. O bu zaman qaçmağa çalışsada polis əməkdaşları onu yaxalayıb Xəzər RPİ-nin 1-ci PŞ-nin Növbətçi Hissəsinə gətirmişdirlər. Növbətçi hissədə onun üzərində olan əşyaları təqdim etməklərini bildirmişdirlər. Bu zaman əynində olan qara rəngli gödəkcənin sol cibindən olan içində 01 ədəd ağ kağıza bükülmüş 01 ədəd göy rəngli “Winchester” markalı siqaret qutusunu onlara təqdim etmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu bildirərək, himayəsində yetkinlik yaşına çatmayan uşağının olduğunu bildirərək, ərizə təqdim edərək barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 5.1-ci bəndinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 Təvəkgül oğlu ifadəsində göstərmişdir ki, hazırda Xəzər RPİ-nin 1-ci PŞ-nin polis sahə inspektrou vəzifəsində çalışıram və polis mayoru xüsusi rütbəsi daşıyır. xx.xx.2025-ci il tarixdə saat təxminən 18:30 radələrində Xəzər rayonu, Şüvəlan qəsəbəsi, Almas İldırım küçəsi, “Qala” aptekin qarşısında xidmət aparan zaman mülki öhdəliklərindən yayındığı üçün borclu fıkizi şəxs olaraq axtarışda olan Təqsirləndirilən şəxs yaxınlaşmışlar. O qaçmaq istəyərkən onu yaxalayıb Xəzər RPİ-nin 1-ci PŞ-nin Növbətçi Hissəsinə gətirmişlər. Xəzər RPİ-nin 1-ci PŞnin Növbətçi Hissəsində olan zaman ona üzərində qanunla qadağan olunan istənilən predmeti təqdim etməsini bildirmişlər. Bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 01 ədəd göy rəngli “winchester” markalı siqaret qutusunun içərisində olan ağ rəngli kağıza bükülmüş bükümdə olan ağ rəngli kristal şəkilli maddəni təqdim etmişdir. Ondan bunun nə olduğunu soruşduqda “Şüşə” narkotik maddə olduğunu bildirmişdir. Bu bükümü haradan əldə etdiyini və ona məxsus olduğunu soruşduqda isə cavabında ona məxsus olduğunu və Suraxanı rayonundan tanımadığı şəxsdən şəxsi istifadəsi üçün 10 manata aldığını bildirmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Xəzər RPİ-nin 1-ci PŞ-nin məsul növbətçisi əvəzi, polis mayoru Eldəniz Abbasov tərəfindən tərtib edilmiş 23 sentyabr 2025-ci il tarixli raportdan görünür ki, Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis mayoru Şahid2 Təvəkgül oğlu və Xəzər RPİ-nin 1-ci PŞ-nin sahə inspektoru, polis kapitanı Şahid3 tərəfindən Xəzər rayonu, ŞÜvəlan qəsəbəsi, A.İldırım küçəsində saxlanılaraq xx.xx.2025-ci il tarixdə, saat 19:00 radələrində Xəzər RPİ-nin 1-ci PŞ-yə gətirilib növbətçi hissəyə təhvil verilmiş xx.xx.1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs qəbul edərkən üzərində olan əşyalarına keçirilmiş baxış zamanı Əynindəki qara rəngli gödəkcənin sol yan cibindən göy rəngli “wincester” markalı siqarət qutusuna qoyulmuş 01 ədəd ağ rəngli kağıza bükülmüş psixotrop maddəyə bənzər kütlə aşkar edilmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin verdiyi 3-16- 16/2-6/3162/2025 saylı 24 sentyabr 2025-ci il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Azərbaycan Respublikası DİN Arayışlar üçün №157”dairəvi möhrü əksi, “Təqsirləndirilən şəxs oğ(imza)” sözləri olan zərfdəki 1 (bir) ədəd bükümdə təmiz çəkisi - 0,458 qram ağ rəngli kristalşəkilli maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetamin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik maddələr”-in siyahısına (Siyahı İ) daxildir. Qalıq 0,408 qram təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi Publik hüquqi şəxsin verdiyi 6274 saylı xx.xx.2025-ci il tarixli rəyindən görünür ki, Təqsirləndirilən şəxs Kannabionidlərin və psixostimulyatorların birgə qəbulu nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Lakin, hal-hazırda abstinensiya, intoksikasiya əlamətlərinin olmamasını nəzərə alaraq, həmçinin öz vəziyyətinə tənqidi münasibətin olması ilə əlaqədar olaraq, narkomaniyadan məcburi müalicəyə ehtiyacı yoxdur. Ərazi narkoloji dispanserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş ekspertiza xərclərinə dair bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat təşkil edir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 23 sentyabr 2025-ci il tarixli tutuma protokolundan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş vəsatətin müdafiə edilməsindən imtina edilməsi haqqında 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatətin müdafiə edilməsindən imtina edilmiş, Təqsirləndirilən şəxs MSY-dən azad edilməsi qərara alınmışdır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq olunmaqla elan edilmiş 25 sentyabr 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində "Başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmişdir. Elektron məhkəmə informasiya sistemində Təqsirləndirilən şəxs qohumluq məlumatlarından görünür ki, onun himayəsində bir uşağı vardır: xx.xx.2011-ci il təvəllüdlü X4. “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının (bundan sonra mətndə Qərar) 5.1-ci bəndinə əsasən məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində göstərilən şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarır (bu Qərarın 10-cu və 11-ci hissələrində nəzərdə tutulmuş məhdudiyyətlər nəzərə alınmaqla); Həmin Qərarın 1-ci bəndinə əsasən 1. Təyin edilmiş cəzanın müddətindən asılı olmayaraq, aşağıdakı məhkumlar müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasından azad edilsinlər (bu Qərarın 6-cı və 7-ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla): 1.16. öhdəsində (himayəsində) yetkinlik yaşına çatmayan övladı, yaxud orqanizmin funksiyalarının 61–100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş övladı olan şəxslər, o cümlədən bu Qərar qüvvəyə mindiyi günədək atalığı, övladlığa götürməsi, qəyyumluğu və himayəçiliyi qanunvericilikdə nəzərdə tutulmuş qaydada müəyyən olunmuş şəxslər. Həmin Qərarın 24-cü bəndinə əsasən Birinci instansiya məhkəmələrinin icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə amnistiyanın tətbiqi məsələlərinə baxılarkən cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olduqda Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (CPM) 43.3-cü maddəsinə əsasən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilir, amnistiya tətbiq edilməklə cinayət təqibinə xitam verilməsinə müdafiə tərəfinin razılığı olmadıqda CPM-nin 44.2-ci maddəsinə əsasən şəxsə təyin edilmiş cəzadan onu azad etməklə ittiham hökmü çıxarır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 39.1-ci maddəsinə əsasən aşağıdakı hallarda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir): 39.1.12. amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə CPM-nin 39.1.12-ci (amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda) maddəsində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Belə olan halda, məhkəmə, Təqsirləndirilən şəxs himayəsində yetkinlik yaşına çatmayan uşağının - xx.xx.2011-ci il təvəllüdlü X2 olmasını nəzərə alaraq, barəsində amnistiya aktının tətbiq edilməsi barədə təqsirləndirilən şəxsin xahişini nəzərə alaraq hesab edir ki, “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndinə əsasən Təqsirləndirilən şəxs barəsində cinayət təqibinə və cinayət işinin icraatına xitam verilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,408 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 2 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 114 manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43, 344-348, 356, 358-ci maddələrini rəhbər tutaraq məhkəmə, Q ə r a r a a l d ı: “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikasi Milli Məclisinin xx.xx.2025-ci il tarixli Qərarının 1.16 və 5.1-ci bəndlərinə əsasən Təqsirləndirilən şəxs barəsində CM-nin 234.1-ci maddəsi ilə olan cinayət təqibinə və cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri ləğv edilsin. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,408 qram metamfetamin qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Maddi sübut olan 02 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 114 manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 20 saata görə 220 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat, ümumilikdə 330 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov
Məhkəmə qərarları › İş №1(003)-572/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-572/2025
06.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver