Məhkəmə qərarları › İş №1(003)-573/2025

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-573/2025

29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-573/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Saat 11:20 X4 məhəmməd oğlunun sədrliyi, Qiyasova Səbinə Ağacan qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1996-cı ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, əvvəllər məhkum olunmuş və məhkumluğu ödənilməmiş, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bakı şəhəri, Xəzər rayonu, Qala qəsəbəsi, YYS, nömrəsiz fərdi evdə yaşamış, barəsində Xəzər rayon Məhkəməsi tərəfindən “həbs” qətimkan tədbiri seçilmiş və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ Təqsirləndirilən şəxs tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə əvvəlcədən özünün hazırladığı qara rəngli papaq maska geyinib özü ilə dəmir lom götürərək 04 iyul 2025-ci il tarixdə saat 02:00 radələrində Bakı şəhəri Xəzər rayonu Türkan qəsəbəsi Üzümçülük sovxozunda yerləşən «Al market» mağazasında yerləşən pul ödəmə terminalını içərisindəki pul ilə birlikdə oğurlamaq üçün mağazanın qarşısına gəlib yaxınlıqdakı elektrik şitindən marketin işıqlarını söndürüb özü ilə gətirdiyi dəmir lom ilə marketin plastik materialdan olan giriş qapısını sındırıb saxlanc yeri olan ticarət salonuna qanunsuz daxil olmaqla orada müqavilə əsasında quraşdırılmaqla fəaliyyət göstərən hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla içərisində 2559 manat məbləğində pul vəsaiti olan 5100 manat dəyərindəki 52004 saylı «SAQA» markalı ödəmə terminalını gizli olaraq talayıb aşırdıb sürüyərək marketdən çölə çıxardıb marketin qarşındakı yolun əks hissəsinə keçirməklə kiçik hasardan aşırdaraq gizli yerə aparmaqla orada ödəmə terminalının qapısını dəmir lomla söküb açmaqla saxlanc yeri olan içərisinə qanunsuz daxil olmaqla orada olan içərisində pul vəsaiti saxlanan 50 manat dəyərində kasseti içərisindəki 2559 manat məbləğində pul ilə birlikdə götürüb özü ilə apararaq oradan çıxıb getməklə həmin pulları şəxsi ehtiyaclarına sərf edərək hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə məxsus olmaqla cəmi 7709 manat məbləğində özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 7709 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, Təqsirləndirilən şəxs təkrarən tamah niyyətilə özgənin əmlakını gizli olaraq talama məqsədi ilə 16 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində ünvan 3 ünvanda yerləşən Zərərçəkmiş şəxs1 mağazasının arxasındakı jalüz materialdan olan qapısını altına özü ilə işlədiyi avtomobil təmir sexindən gətirdiyi qaldırıcı qurğunu yerdəşdirməklə qaldırıb qapının altından mağazanın saxlanc yeri olan ticarət salonuna, oradan isə sağ tərəfdə yerləşən mağaza işçilərinin xidməti otağına açıq qapıdan qanunsuz daxil olmaqla həmin otaqda yerləşən seyfin açarını axtarıb tapmadığı üçün qapını aça bilmədiyinə görə həmin seyfin yanındakı dəmir səbətin içərisindəki hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olmaqla 01 ədədinin dəyəri 4,20 manat təşkil edən içərisində 10 qutu olan 01 blok cəmi 42 manat dəyərində «Vinston» markalı siqareti götürüb özü ilə aparmaqla mağazadan çıxıb işlədiyi sexə gedib seyfi açmaq üçün özü ilə dəmir lom götürüb yenidən həmin mağazaya qayıdıb dəmir seyfin yerləşdiyi həmin otağa qayıdaraq orada yerləşən dəmir seyfin qapısını özü ilə gətirdiyi dəmir lom ilə sındırıb açaraq saxlanc yeri olan seyfin içərisinə qanunsuz daxil olmaqla oradan vahid niyyətlə hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə məxsus 4133 manat məbləğində nağd pulu, 01 ədədinin dəyəri 10 manat təşkil edən 200 ədəd, 01 ədədinin dəyəri 03 manat təşkil edən 250 ədəd, 01 ədədinin dəyəri 02 manat təşkil edən 250 ədəd və 01 ədədinin dəyəri 01 manat təşkil edən 461 ədəd «Poz qazan» lotoreyalarını cəmi 3711 manat dəyərində olmaqla və 2037,01 manat dəyərində 01 ədəd «Switch TP-link 16 port» markalı internet modemini özü ilə götürərək mağazaya girdiyi yerdən çıxıb özü ilə aparmaqla həmin əmlakları şəxsi ehtiyaclarına sərf edib hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə məxsus olan cəmi 9923,01 manat dəyərində özgənin əmlakını saxlanc yerinə qanunsuz daxil olmaqla vahid niyyətlə əhatə olunmuş qəsdlə gizli olaraq talayıb zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs1 MMC-yə ümumilikdə 9923,01 manat məbləğində xeyli miqdarda ziyan vurmaqla təkrarən oğurluq etmişdir. Məhkəmə istintaqı zamanı təqdirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddəsi ilə elan edilən ittiham üzrə özünü təqsirli bilərək, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, 04 iyul 2025-ci il tarixdə saat 04 radələrində Xəzər rayonu, Türkan qəsəbəsi, Südçülük sovxozunda yerləşən «Al» marketin qarşısına gəlmişdir. Həmin vaxt o, əvəlcədən hazırladığı qara papaqdan maskanı və yerdən tapdığı dəmir parçası götürmüşdür. Marketin qarşısına gəldikdən sonra içəri boylanmış və içəridə ödəmə terminalı olmasını görmüşdür. Qərara gəlmişdir ki, marketdən heçnə oğurlamadan həmin terminalı marketdən oğurlayıb içərisində olan pulu oğurlasın. Bundan sonra o, marketin yaxınlığında olan işiqların sönüb yanması üçün nəzərdə tutulmuş şitdən marketə gedən işiqları söndürmüşdür. Daha sonra əlində olan dəmir alətlə marketin qapısını sındırıb içəri daxil olmuş, daha sonra tez tək olaraq ödəmə terminalını aşırıb sürütləyərək marketdən çölə çıxarmış, daha sonra isə yolun digər hissəsinə gətirib oradan balaca hasardan aşırmışdır. Orada ödəmə teminalını dəmir alətlə söküb içərisində olan kaseti pullarla birlikdə götürüb həmin yerdən uzaqlaşmışdır. Yolda pulu saydıqda 2559 manat olmasını müəyyən etmiş, kaseti xatılamadığı yerə atmış, əldə etdiyi pulları şəxsi ehtiyaclarına sərf etmişdir. Bundan başqa o, Oba» marketin yaxınlığnda təmir sexində işləsə də, avqust ayında işlər zəif olduğundan maddi sıxıntı yaşamış və bu səbəbdən də onun müxtəlif şəxslərə ümumilikdə 3000 manat borcu yaranmışdır. Həmin borcu qaytarmaq üçün müxtəlif üsullara əl atsa da heç bir çarə olmadığından oğurluq etmək qərarına gəlmiş və bu səbəbdən də ətrafda olan ən uyğun ünvanı seçmək qərarına gəlmişdir. Nəticədə işlədiyi təmir sexinin qarşısında yerləşən Oba marketdən oğurluq etmək üçün həmin marketi izləməyə başlamış və bundan sonra müəyyən etmişdir ki, həmin market hər axşam saaat 23 radələrində bağlanır. Bundan sonra xx.xx.2025-ci il tarixdə axşam 23 radələrində marketin arxasında yerləşən jalüz qapının tam bağlanmadığını görüb əli ilə həmin qapını bacardığı qədər qaldırıb altına təmir sexində olan qaldırıcı qurğunu yerləşdirmiş, qapının altından içəri daxil olmuş və sol tərəfdə olan plastik qapının açıq olmasından istifadə edib içəri daxil olmuşdur. Dərhal sağda olan birinci qapını əli ilə yoxladıqda açıq olmasını görüb içəri daxil olmuş və həmin otaqda seyfin olduğunu aşkar etmişdir. Bundan sonra bir müddət otaqda seyfin açarını axtarsa da tapa bilmədikdən sonra otağı tərk edib təmir sexindən dəmir alətlər götürmək üçün çıxmışdır. Bu vaxt o, seyfin yanında olan dəmir səbətin içərisində olan siqaret qutularını görmüş və həmin vaxt öz istifadə etdiyi Vinston markalı siqaretin bir blokunu yəni 10 qutuluq bağlamasını götürmüş və çıxıb təmir sexinə gedib həmin siqaret blokunu ora qoyduqdan sonra oradan iki ədəd dəmir lom götürüb geri qayıtmışdır. Həmin dəmir lom aləti ilə seyfi açmış və orada olan kağız və dəmir pulları bir ədəd selofana qoymuş və digər selofana isə orada olan poz qazan lotoreyalarını və seyfdə olan qəbzləri götürüb otağı tərk etmişdir. Həmin götürdüyü selofanları marketə daxil olduğu jalüz qapının qarşısına qoyub yenidən otağa qayıtmış və orada olan modem aparatını kamera görüntülərinin qeydiyyat olunduğu aparat zənn edib oradan çıxarıb özü ilə aparmışdır. Bundan sonra o, gəldiyi yerdən də çıxıb sexə getmiş və orada götürdüyü pulları saydığı zaman kağız və dəmir pulların ümumilikdə təxminən 4000 manatdan çox olduğunu bilsə də lotoreyaların neçə ədəd olduğunu saymamışdır. Biraz sonra o, həmin siqareti sexdə saxlamış, kağız pulları cibinə qoymuş və lotoreyaları, dəmir pulları, modemi isə göy rəngli bir selefona qoyub oradan çıxıb yol kənarı ilə piyada hərəkət etmişdir. Biraz sonra oradan keçən tanımadığı maşınlara saxlaması üçün əl etdikdə tanımadığı bir nəfər Vaz-2107 markalı, lakin nömrəsini xatırlmadığı avtomobili ilə yanında dayanmış və həmin sürücüyə 30 manat qarşılığında onu Bulvara aparmasını xahiş edib onunla birlikdə Bulvara getmişdir. Bundan sonra o, həmin nağd pullarla borclarını ödəmiş, həmin modemi yolda gəldiyi zaman sürücünün başının qarışıq olmasından istifadə edib yol kənarında bir yerə atmış, lakin lotoreya biletlərini nə satmamış nə də istifadə etməmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin və mülki iddiaçının nümayəndəsi qismində dindirilmiş Nümayəndə1 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs1 MMC Bakı şəhəri, Xətai rayonu,8 Noyabr prosppkti 16 ünvanında qeydiyyatdadır. Belə ki, ünvan 5 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 MMC-yə məxsus «Oba» marketidən 16 avqust 2025-ci il tarixdə naməlum şəxs tərəfindən marketin arxa hissəsində olan qapını sındırma yolu ilə qanunsuz daxil olaraq dəmir seyfi sındıraraq içərisində olan 4133 manat nağd pulu, 42 manat dəyrəində içərisində 3.711 manat dəyərində «poz qazan» lotereyası və 2037.01 manat dəyərində «Switch TP-link 16 port» markalı modem, səbətdən isə 10 ədəd olan 01 blok «Winston» markalı siqaret oğuranmışdır. Sonradan məlum olmuşdur ki, qeyd olunan oğurluq cinayəti Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs1 MMC-yə 9923,01 manat maddi zərər dəymişdir. Zərər ödənilməmişdir. Mülki iddanın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə istintaqı zamanı zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi qismində dindirilmiş Nümayəndə2 ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs2 MMC ünvan 6 ünvanında qeydiyyatdadır. Belə ki, Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən «Al» marketdə quraşdırılmış Zərərçəkmiş şəxs2 MMCyə məxsus 50 manat dəyərində kassanın içərisində 2559 manat pul olan 5100 manat dəyərində 52004 saylı «saqa» markalı ödəmə terminalı oğuranmışdır. Sonradan məlum olmuşdur ki, qeyd olunan oğurluq cinayəti Təqsirləndirilən şəxs tərəfindən törədilmişdir. Hadisə nəticəsində Zərərçəkmiş şəxs2 MMC-yə ümumilikdə 7709 manat maddi zərər dəymişdir. Ödəmə terminalın zədələnməsi nəticəsində isə 336 manat maddi zərər dəymişdir. Zərər ödənilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, ünvan 8 ünvanında yerləşən «Oba» marketdə 2020-ci ildən satızı kimi, 2024-cü ildən isə mağaza müdiri kimi işə başlamışdır. Mağazada ondan başqa Nürməməd Rzayev satıcı kimi işləmişdir. 2025-ci ilin avqust ayının 15-də məzuniyyətə çıxmış, 17 avqust 2025-ci il tarixdə Nurməmməd onunla əlaqə saxlayıb bildirmişdir ki, marketdən oğurluq olmuş və DİN-nin 102 xidmətinə məlumat versin. O, da həmin gün DİN-nin 102 xidmətinə zəng edib marketdən təxminən 6000 manata yaxın pulun oğurlanması barədə məlumat vermişdir. Səhəri gün o, isə gəldikdə həqiqətən mağazadan oğurluq olunmasını müəyyən etmişdir. Məlum olmuşdur ki, 16 avqust 2025-ci il tarixdə naməlum şəxs tərəfindən marketin arxa hissəsində olan qapını sındırma yolu ilə qanunsuz daxil olaraq dəmir seyfi sındıraraq içərisində olan 4133 manat nağd pulu, 5.947 manat dəyərində müxtəlif markalı siqaretləri, 3.711 manat dəyərində «poz qazan» lotereyası və 2037 manat dəyrəində «Switch TP-link 16 port» markalı modem oğurlanmışdır.. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o hazırda Oba Market MMC-də işləmir. Həmin gün o istirahətdə olmuşdur. Administrator onu yığımış, oğurluq olduğunu bildirmişdir. O da işə getmiş, seyfin qırıldığını görmüşdür. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, o, təxminən bir il yarım olar ki, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən «Al» marketdə satıcı işləyir. Belə ki, 04 iyul 2025-ci il tarixdə saat 08 radələrində işlədiyi «Oba» marketə gəlmiş və marketin əsas qapısını açıb içəri daxil olmuşdur. Marketə daxil olduqda qapının qarşısında olan vitrinlərin dağınıq vəziyyətdə olmasını müəyyən etmiş, həmin vaxt aşkar etmişdir ki, mağazanının daxilində quraşdırılmış «Kassam» ödəmə terminalı oğulanmışdır. O, buna görə də DİN-nin 102 xidmətinə məlumat vermişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-10018/2025 nömrəli məktubundan görünür ki, Bakı şəhəri, Xəzər rayonu, Tükan qəsəbəsində yerləşən “Oba” marketdə baş vermiş oğurluq faktı ilə əlaqədar hadisə yerinin mayinəsi zamanı götürülmüş əl izləri DİN-nin KTİ-nin ADİS-in məlumat bankında müanayisəli tədqiqat nəticəsində əl izlərindən 02 ədədinin (seyfin üzərindən götürülmüş) (ADİS-in məlumat bankına Xəzər RPİ-dən daxil olmuş) xx.xx.1996-cı il tarixdə Bakı şəhərində anadan olmuş Təqsirləndirilən şəxs sağ əlinin orta barmağının və sol əlinin ovucunun əksləri ilə eynilik müəyyən edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı 16 avqust 2025-ci il tarixdə saat 23:30 radələrində əynində qısaqol köynəyi olan şəxsin «Oba» marketin müdir otağına daxil olması, kompüter masası arxasına keçib daxılları axtarması, seyfə nəzər yetirməsi, otaqdan çıxması, daha sonra otağa qayıdaraq dəmir alətlə seyfin kilidini sındırması, içərisində olan pul və uduş lotereyalarını, bir blok siqaret götürüb otağı tərk etməsi müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli zərər aktından görünür ki, xx.xx.2025-ci il tarixdə Oba Market MMC-yə məxsus Oba-Türkan 1(365) saylı mağazada baş vermiş oğurluq nəticəsində aşağıdakı kimi ziyan vurulmuşdur: 4133 manat nağd pul, 42 manat dəyərində Winston siqaret (10 ədəd*4,20), poz qazan lotoreya 3711 manat dəyərində, kassa seyf 4133 manat dəyərində, internet modemi 3037,01 manat dəyərində, seyf 150 manat dəyərində. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş 1 ədəd CD diskə baxış keçirilmiş və baxış zamanı 04 iyu 2025-ci il tarixdə saat 02 radələrində başında qara maska, əynində uzun köynəyi və əlində dəmir parçası olan şəxsin hasardan aşaraq «Al» marketə yaxınlaşması, marketin çöl hissəsində olan işıq şitindən işıqları söndürməsi, daha sonra marketin qapısına yaxınlaşıb əlində olan dəmir alətlə qapını açmasına cəhd etməsi, avtomobil gəldiyini görüb marketin qarşısından yolun digər hissəsinə qaçması. Yenidən marketə yaxınlaşıb dəmir alətlə qapını açıb içəri daxil olması, yenidən çıxıb ətrafa nəzər salması, marketin içərisinə daxil olub göy rəngli ödəmə terminalını marketdən çıxarıb sürütləyərək yolun digər hissəsinə aparması, daha sonra həmin ödəmə terminalını hasarın digər hissəsinə aşırması müəyyən olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, 200 ədəd 10 manat, 250 ədəd 3 manat, 250 ədəd 2 manat və 461 ədəd 1 manatlıq poz qazan lotereyaları maddi sübut kimi tanınmış və saxlanmasından ötrü Xəzər RPİ-nin saxlanc anbarına təhvil verilmişdir. Kriminalistik Təhqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli 3-13-11/2-10018/2025 nömrəli məktubu və əl barmaq izləri sübut növü kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2026-cı il tarixli aktdan görünür ki, imza edənlər – Zərərçəkmiş şəxs1 MMCnin bölgə müdiri Camaladdin Cavadov, mağaza müdiri Şahid1, satıcı kassir Hüseyn Qulamov təsdiq etmişlər ki, 16 08 2025-ci il tarixində 365 saylı Mağazada baş vermiş oğurluq nəticəsində, istintaqa təhvil verimiliş kartlar, cəmiyyətə geri qayarılmışdır. Təhvil verilən və istifadəyə yararlı kartların ümumı dəyəri 1367 AZN-dir. Həmin kartlar aşağıdakılardır: 644 AZN dəyərində qızıl poz qazan lotoreya 644 ədəd, 348 AZN dəyərində xosbəxt poz qazan lotoreya 147 ədəd, 165 AZN dəyərində xəzərdə xəzinə lotoreya 55 ədəd, 210 AZN dəyərində sur qazan lotoreya 21 ədəd. Təhvil verilən, lakın istifadəyə və satışa yararsız kartların sayı 347 AZN təşkil edir. Kartlar aşağıdakılardır. 15 AZN dəyərində xəzərdə xəzinə lotoreya 5 ədəd, 40 AZN dəyərində 5 x lotoreya 8 ədəd, 32 AZN dəyərində xosbəxt lotoreya 16 ədəd, 30 AZN dəyərində sur qazan lotoreya 3 ədəd, 60 AZN dəyərində Prestij lotoreya 6 ədəd, 43 AZN dəyərində qızıl poz qazan lotoreya 43 ədəd, 154 AZN deyerınde uğur 7 poz qazan lotoreya 77 eded. Təhvil verilən kartların nəticəsində Cəmiyyətə dəymiş maddi ziyan ümumi maddi ziyandan 1367 AZN azaldılmalıdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən alınmış məlumatdan görünür ki, Təqsirləndirilən şəxs souncu dəfə Xəzər rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib, ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs MSY-dən azad edilmiş, barəsində başqa yerə getməmək barədə iltizam qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdə tutulmuşdur. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 49003)-375/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmışdır. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq olunduqdan sonra elan edilmiş Bakı şəhəri Xəzər rayonu Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4cü maddəsi ilə təqsirli bilinmiş və ona 03 il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X2 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2005-ci il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici Cinayət Məcəlləsinin 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. Cinayət Məcəlləsində bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs əməlində cinayətlərin residivinin olmasını məhkəmə onun cəzasını ağırlaşdıran hal qismində nəzərə alır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair” xx.xx.2009-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusi, onunla dövlət arasında cinayəthüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18-ci və 83.1-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2010-cu il tarixli qərarında göstərilmişdir ki, “Məhkumluq hüquqi təbiətinə görə cinayət törətməklə özünün ictimai təhlükəliliyini biruzə vermiş şəxsin hərəkətləri üzərində sosial-hüquqi nəzarətin müəyyənləşdirilməsindən və həyata keçirilməsindən ibarət olan cinayət-hüquqi institutdur. Bu cür nəzarət yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə həyata keçirilməklə məhkumun hüquq və azadlıqlarının müəyyən dərəcədə məhdudlaşdırılmasında ifadə olunur. Məhkumluq, həmçinin yenidən cinayət törətməməsi üçün ədalət mühakiməsi tərəfindən məhkuma edilən özünəməxsus xəbərdarlıq növüdür. Məhkumluğu olan şəxs tərəfindən yeni cinayətin törədilməsi bir qayda olaraq onun sabit kriminal meylliliyinə, məhkəmə tərəfindən edilmiş xəbərdarlığa məhəl qoymamasına dəlalət edir, bu isə nəticə etibarilə onun yüksək ictimai təhlükəliliyinə işarə edir. Yeni cinayət törətdiyinə görə qanun belə şəxsə qarşı daha sərt cinayət-hüquqi təsir tədbirlərinin tətbiq edilməsini nəzərdə tutur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən “Az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində - onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.4-cü maddəsinə əsasən “Məhkum edilmiş şəxs qanunla müəyyən edilmiş qaydada vaxtından əvvəl cəza çəkməkdən azad edildikdə və yaxud cəzanın çəkilməmiş hissəsi daha yüngül cəza növü ilə əvəz edildikdə, məhkumluğun ödənilməsi müddəti əsas və əlavə cəzanı çəkməkdən azad edildiyi vaxtdan hesablanır.” Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əvəllər məhkum edilmiş, xx.xx.2018-ci ildə cəzasının sonu ilə azad edilmişdir. Bakı şəhəri Xəzər rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.4-cü maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlıqdan məhrum edilmiş, xx.xx.2024-cü il tarixdə isə cəzasının sonu ilə azad olunmuşdur. Təqsirləndirilən şəxs məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinə əsasən “Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla, təkrar, xeyli miqdarada ziyan vurmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 65.2-ci maddəsinə əsasən residivə görə cəzanın müddəti törədilmiş cinayətə görə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəza növünün son həddinin yarısından, təhlükəli residivə görə üçdə ikisindən, xüsusi təhlükəli residivə görə isə dörddə üçündən az ola bilməz. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxs, zərər çəkmiş şəxsin ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş cəzalardan məhkəmə təqsirləndirilən şəxsə azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalətli və qanunauyğun hesab edir. Belə ki, məhkəmə törədilən cinayətə görə cəzanın növünü və həddini müəyyən edərkən aşağıdakıları nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.1 və 56.1.2-ci maddələrinin şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56-cı maddəsi müəyyən müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş şəxslər üçün cəzaçəkmə müəssisəsinin növünü müəyyən edir. Bu maddədə nəzərdə tutulan cəzaçəkmə müəssisələrinin təsnifatı cəmiyyətdə qəbul olunmuş insanın davranışını müəyyən edən normalara məhkumlarda formalaşmış baxışların səhv olduğunu dərk etməyə yönələn fərdi tərbiyə işinin aparılması üçün əlverişli şərait yaradır. Məhkumun ona təyin olunmuş cəzanın və tətbiq olunmuş dövlət məcburiyyət tədbirlərinin əhəmiyyətini dərk etməsi cəzanın məqsədinə nail olmanın əsas şərtlərindən biridir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1-ci maddəsində müxtəlif növ cəzaçəkmə müəssisələrinin müəyyən edilməsi məhkumları törətdikləri cinayətlərin ağırlıq dərəcəsindən, eləcə də şəxsiyyətindən asılı olaraq bir-birindən ayrı saxlamaq, ilk dəfə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş və az ağır cinayət törətmiş şəxsləri ağır və ya xüsusilə ağır cinayətlər törətmiş şəxslərin mənfi təsirindən qorumaq zərurətindən irəli gəlir və müxtəlif kateqoriyalı məhkumlara fərqli yanaşmanı təmin etməyə imkan yaradır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.3-cü maddəsinə əsasən xüsusilə ağır cinayətlər törətməyə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə cinayətlərin residivi zamanı, əgər məhkum əvvəllər azadlıqdan məhrum etmə növündə cəza çəkmişsə və cinayətlərin xüsusi təhlükəli residivi zamanı qadınlar üçün — ciddi rejimli cəzaçəkmə müəssisələrində çəkilməsi müəyyən edilir.” Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs cəzasının əvvəli xx.xx.2025-ci il tarixdən hesablanmalı barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 89.2-ci maddəsinə əsasən mülki iddiaçı qismində tanınma haqqında qərar təhqiqatçı, müstəntiq, prokuror və ya məhkəmə tərəfindən qəbul edilir. İddia ərizəsi verdiyi anda şəxsin mülki iddiaçı qismində tanınmasına əsaslar kifayət deyilsə, həmin qərar kifayət qədər əsaslar müəyyən edilən kimi dərhal qəbul olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.2-ci maddəsinə əsasən mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.3-cü maddəsinə əsasən mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 179.4-cü maddəsinə əsasən cinayət mühakimə icraatında mülki iddiaya mülki hüquq və hüququn digər sahələri üçün müəyyən edilmiş iddia müddəti tətbiq edilmir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.1-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia cinayət təqibi başlanandan məhkəmə baxışında cinayət prosesi tərəflərinin çıxışı başlananadək istənilən an verilə bilər. Törədilmiş cinayət haqqında ərizə və ya müvafiq şikayət verməklə mülki iddia da eyni zamanda verilə bilər. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia təqsirləndirilən şəxsə və ya onun əməlinə görə üzərinə əmlak məsuliyyəti qoyula bilən şəxsə verilir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 183.3-cü maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia yalnız yazılı formada verilə bilər. İddia ərizəsində hansı cinayət təqibi üzrə kimin kimə qarşı, hansı əsasla və hansı məbləğdə mülki iddia verməsi göstərilməli, həmçinin zərərin ödənilməsi üçün konkret məbləğin və ya əmlakın tutulması barədə xahiş öz əksini tapmalıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 187.1-ci maddəsinə əsasən mülki iddianın miqdarından asılı olmayaraq ona cinayət işinin və ya cinayət təqibi ilə bağlı digər materialın aid olduğu məhkəmədə müvafiq olaraq həmin işlə və yaxud materialla birlikdə baxılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 187.2-ci maddəsinə əsasən cinayət mühakimə icraatı zamanı mülki iddia üzrə qərarı məhkəmə öz hökmündə göstərir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC mülki iddia ərizəsi ilə məhkəməyə müraciət edərək mülki cavabdeh Təqsirləndirilən şəxs 9923,01 manat ziyan məbləği və 119,23 manat dövlət rüsumu, cəmi 10042,64 manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC mülki iddia ərizəsində dəqiqləşdirmə apararaq mülki cavabdeh Təqsirləndirilən şəxs 8556,01 manat ziyan məbləği və 119,23 manat dövlət rüsumu, 0,40 xidmət haqqı, cəmi 8675,64 manat pulun tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməsini xahiş etmişdir. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC xx.xx.2026-cı il tarixli qəbz əsasında mülki iddia üçün 119,23 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı ödəmişdir. Məhkəmə istintaqı zamanı müəyyən edilmişdir ki, iş üzrə maddi sübut olan 200 ədəd 10 manat, 250 ədəd 3 manat, 250 ədəd 2 manat və 461 ədəd 1 manatlıq poz qazan lotereyaları Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarında saxlanılır və həmin maddi sübutlar Zərərçəkmiş şəxs1 MMC-yə xx.xx.2026-cı il tarixli akt əsasında təhvil verilmişdir. Belə ki, xx.xx.2026-cı il tarixli akta əsasən imza edənlər – Zərərçəkmiş şəxs1 MMC-nin bölgə müdiri Camaladdin Cavadov, mağaza müdiri Şahid1, satıcı kassir Hüseyn Qulamov təsdiq etmişlər ki, 16 08.2025-ci il tarixində 365 saylı Mağazada baş vermiş oğurluq nəticəsində, istintaqa təhvil verimiliş kartlar, xx.xx.2026 cəmiyyətə geri qayarılmışdır. Təhvil verilən və istifadəyə yararlı kartların umumı dəyəri 1367 AZN-dir. Həmin kartlar aşağıdakılardır: 644 AZN dəyərində qızıl poz qazan lotoreya 644 ədəd, 348 AZN dəyərində xosbəxt poz qazan lotoreya 147 ədəd, 165 AZN dəyərində xəzərdə xəzinə lotoreya 55 ədəd, 210 AZN dəyərində sur qazan lotoreya 21 ədəd. Təhvil verilən, lakın istifadəyə və satışa yararsız kartların sayı 347 AZN təşkil edir. Kartlar aşağıdakılardır. 15 AZN dəyərində xəzərdə xəzinə lotoreya 5 ədəd, 40 AZN dəyərində 5 x lotoreya 8 ədəd, 32 AZN dəyərində xosbəxt lotoreya 16 ədəd, 30 AZN dəyərində sur qazan lotoreya 3 ədəd, 60 AZN dəyərində Prestij lotoreya 6 ədəd, 43 AZN dəyərində qızıl poz qazan lotoreya 43 ədəd, 154 AZN deyerınde uğur 7 poz qazan lotoreya 77 eded. Təhvil verilən kartların nəticəsində Cəmiyyətə dəymiş maddi ziyan ümumi maddi ziyandan 1367 AZN azaldılmalıdır. Qeyd edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, həmin əşyaların dəyəri, 9923,01 manat ümumi ziyan məbləğindən, 1367 manat ziyan məbləği çıxılmalı, mülki iddia təmin edilməli, mülki cavabdeh Təqsirləndirilən şəxs 8556,01 manat ziyan məbləği və 110,23 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 8675,64 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə ödənilməlidir. Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarında saxlanılan maddi sübutların xx.xx.2026-cı il tarixli akt əsasında Zərərçəkmiş şəxs1 MMC-yə qaytarılması nəzərə alınmalıdır. İş üzrə maddi sübut olan 2 ədəd CD disk, Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və əl barmaq izləri cinayət işinin materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş üzrə həmin Məcəllənin 99-1.2-ci maddəsinə əsasən xüsusi müsadirə üçün əsaslar müəyyən edilməmişdir. İş üzrə ekspertiza xərci yoxdur. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 220 manat məbləğində pul vəsaiti, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ödənilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs oğunun xx.xx.2025-ci il tarixdə tutulduğu cəmi 01 (bir) gün müddət bir günə bir gün hesablanmaqla, ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 29 (iyirmi doqquz) gün müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-nin mülki cavabdeh Təqsirləndirilən şəxs qarşı pul tələbinə dair mülki iddiası təmin edilsin. Mülki cavabdeh Təqsirləndirilən şəxs 8556,01 manat ziyan məbləği və 110,23 manat dövlət rüsumu, 0,40 manat xidmət haqqı, cəmi 8675,64 manat pul tutularaq mülki iddiaçı Zərərçəkmiş şəxs1 MMC-yə ödənilsin. Bakı şəhəri Xəzər RPİ-nin saxlanc anbarında saxlanılan maddi sübutların Zərərçəkmiş şəxs1 MMC-yə qaytarılması nəzərə alınsın. İş üzrə maddi sübut olan 2 ədəd CD disk, Kriminalistik Tədqiqatlar İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu və əl barmaq izləri cinayət işinin materiallarında saxlanılsın. Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X3 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 22 saata görə 220 manat məbləğində pul vəsaiti, Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə rəsmi təqdim edildiyi andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Toğrul Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar