Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-574/2023 08.09.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 11 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Mülki iddiaçının nümayəndəsi X1, Təqsirləndirilən şəxs və mülki cavabdeh Təqsirləndirilən şəxs iştirakı ilə, xx xxx 1994-cü il tarixdə Göygöl rayonunda doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işləməyən, əvvəllər məhkum olunmamış, Göygöl rayonu, Şəhriyar kəndində qeydiyyatda olan və Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, X11 yerləşən nömrəsiz fərdi yaşayış evində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 213-1.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs X7 Dubay şəhərində 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində istintaqa məlum olmayan mənbədən Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka olmadan 1 qutusunun qiyməti 7 manat olmaqla 140 manat dəyərində 20 qutu “Marlboro touch one” markalı, 1 qutusunun qiyməti 7 manat olmaqla 140 manat dəyərində 20 qutu “X14” markalı və 1 qutusunun qiyməti 9 manat olmaqla 450 manat dəyərində 50 qutu “TEREA for İQOS İLUMA” markalı olmaqla ümumilikdə xeyli miqdarda- 730 manat dəyərində cəmi 90 qutu siqaretləri əldə edərək qara rəngli bel çantası və “X16” yazısı olan sellofan paketdə tamah niyyəti və satış məqsədilə saxlamış, bundan sonra qeyd olunan siqaretləri və 27 fevral 2023-cü il tarixədək olan müddət ərzində Dubay şəhərində istintaqa məlum olmayan mənbədən tamah məqsədilə əldə etdiyi 1 ədədinin qiyməti 2500 manat olmaqla 10000 manat dəyərində 4 ədəd “İphone 14 Pro Max 256 GB” markalı, 1 ədədinin qiyməti 2200 manat olmaqla 4400 manat dəyərində 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1800 manat dəyərində 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 1 ədədinin qiyməti 2300 manat olmaqla 4600 manat dəyərində 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 1 ədədinin qiyməti 320 manat olmaqla 960 manat dəyərində 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 1 ədədinin qiyməti 80 manat olmaqla 320 manat dəyərində 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 1 ədədinin qiyməti 250 manat olmaqla 1250 manat dəyərində 5 ədəd “Rolex” markalı saat qabı, 45000 manat dəyərində 1 ədəd “Rolex 31 mm” markalı qol saatı, 1 ədədinin qiyməti 90 manat olmaqla 180 manat dəyərində 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 1 ədədinin qiyməti 40 manat təşkil edən 80 manat dəyərində 2 ədəd “Apple Watch” markalı smart qol saatına məxsus qutu, 1 ədədinin qiyməti 200 manat olmaqla 400 manat dəyərində 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 1008,80 manat dəyərində 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 1335,10 manat dəyərində 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 cüt sırğa olmaqla, 71333,90 manat dəyərində malları qara rəngli əl çantasına, qara rəngli bel çantasına və üzərində “X16” yazısı olan sellofan paketə yerləşdirərək 27 fevral 2023-cü il tarixdə FZ 707 saylı Dubay-Bakı aviareysi ilə X5 Azərbaycan Respublikasına gələrkən özü ilə gətirmiş və həmin gün saat 16 radələrində Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Bakı şəhərinin X12 Aeroportunda yerləşən "Terminal 1 X15" gömrük postunda xeyli miqdarda, cəmi 72063,90 manat dəyərində həmin malları Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə, qaçaqmalçılıq yolu ilə qəsdən keçirmiş, bundan sonra hava limanının dayanacağında gömrük əməkdaşları tərəfindən saxlanılaraq yoxlamaya dəvət olunmuş və keçirilmiş yoxlama zamanı qeyd edilən mallar, o cümlədən, satış məqsədilə saxladığı Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 90 qutu siqaretlər gömrük əməkdaşları tərəfindən götürülmüşdür. Məhkəmədə təqsirləndirilən şəxs və mülki cavabdeh qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü təqsirli bilərək ifadəsində göstərdi ki, ona elan edilmiş ittihamda olan əşyaları bilməyərək bəyan etmədən yaşıl kanaldan keçmişdir. Təqsirləndirilən şəxs əməlindən peşman olduğunu, əməlini səmimi olaraq etiraf etdiyini, ilk dəfə cinayət əməli törətdiyini bildirərək ona minimum həddə cərimə cəzası təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, 27 fevral 2023-cü il tarixdə, saat 16 radələrində FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn, şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs özünü şübhəli apardığı üçün tərəfindən nəzarətə götürülmüşdür. Sərnişin “Yaşıl Kanal” buraxılış sistemindən istifadə etməklə gömrük nəzarətindən keçdikdən sonra hava limanının avtomobil dayanacağında tərəfindən saxlanılaraq əşyalarına gömrük yoxlaması keçirilməsi üçün X12 Aeroportun “Terminal 1” gömrük postunun gəliş zalında yerləşən yoxlama otağına dəvət olunmuşdur. Müvafiq hal şahidləri dəvət edilməklə yoxlamanı həmin vaxt növbədə olan gömrük əməkdaşı Şahid2 həyata keçirmişdir. Onun, dəvət edilmiş hal şahidlərinin iştirakı ilə keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, üzərində “X16” yazısı olan sellofan paketdən 2 blok ( 20 qutu ) “Parlament silver blue” markalı siqaret, 3 ədəd “Apple Air pods pro” markalı qulaqcıq, 2 ədəd “Apple watch” markalı saata məxsus kəmər, hər birinin içərisində 1 ədəd usb olan 2 ədəd “Apple watch” markalı saat qutusu, 5 ədəd “Rolex” markalı saat qabı, qara rəngli əl çantasından 4 ədəd qutusuz və aksesuarsız “İphone 14 pro max 256 GB” markalı, 2 ədəd qutusuz və aksesuarsız “İphone 14 pro 128 GB” markalı, 1 ədəd qutusuz və aksesuarsız “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, sarı rəngli metaldan hazırlanmış 1 ədəd üzük, sarı rəngli metaldan hazırlanmış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı saat, qara rəngli bel çantasından qutusuz və aksesuarsız “Asus model-517Z” markalı 2 ədəd notebook, 4 ədəd “Ultra haino teko smart watch” markalı smart qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 2 blok ( 20 qutu ) “Marlboro touch one” markalı siqaret, 5 blok (50 qutu) “Terea turquoıse” markalı elektron siqaretlər aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin təxminən 18 qram olduğu müəyyən olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar olunan mallar hal şahidlərinin və onun iştirakı ilə protokol tərtib edilməklə götürülmüş, bununla bağlı tərtib edilmiş protokolla tanış olub imza etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, o, DGK “Azərterminalkompleks” Birliyi X4 Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postuna təhkim olunmuş inspektoru vəzifəsində çalışır. 27 fevral 2023-cü il tarixdə, saat 16 radələrində Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Terminal 1 X15” gömrük postunda xidməti vəzifəsini həyata keçirərkən əməliyyat şöbəsinin əməkdaşı Səfər ona yaxınlaşaraq FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn və “Yaşıl Kanal”dan gömrük nəzarəti zonasını tərk edən, lakin hava limanının dayanacağında saxlanılaraq geri qaytarılan şəxsiyyəti sonradan ona məlum olan Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs müşayiət etdiyi əl yüklərində gömrük orqanına bəyan edilməyən malların olması ehtimalına qarşı gömrük yoxlaması həyata keçirilməli olduğunu və həmin yoxlamanı da onun keçirməyini istəmişdir. Bundan sonra sərnişin, Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs yoxlama otağına dəvət olunmuş, eləcə də, müvafiq yoxlamada iştirak etməsi üçün hal şahidləri də dəvət olunmuşdur. Yoxlama otağında əməliyyat şöbəsinin əməkdaşı, hal şahidlərinin də iştirakları ilə onun tərəfindən keçirilən yoxlama zamanı Təqsirləndirilən şəxs tərəfindən əvvəlcədən gömrük orqanına şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan edilməmiş, üzərində “X16” yazısı olan sellofan paketdən 2 blok ( 20 qutu ) “Parlament silver blue” markalı siqaret, 3 ədəd “Apple Air pods pro” markalı qulaqcıq, 2 ədəd “Apple watch” markalı saata məxsus kəmər, hər birinin içərisində 1 ədəd usb olan 2 ədəd “Apple watch” markalı saat qutusu, 5 ədəd “Rolex” markalı saat qabı, qara rəngli əl çantasından 4 ədəd qutusuz və aksesuarsız “İphone 14 pro max 256 GB” markalı, 2 ədəd qutusuz və aksesuarsız “İphone” 14 pro 128 GB” markalı, 1 ədəd qutusuz və aksesuarsız “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, sarı rəngli metaldan hazırlanmış təxmini çəkisi 8 qram olan 1 ədəd üzük, sarı rəngli metaldan hazırlanmış təxmini çəkisi 10 qram olan 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı saat, qara rəngli bel çantasından qutusuz və aksesuarsız “Asus model-517Z” markalı 2 ədəd notebook, 4 ədəd “Ultra haino teko smart watch” markalı smart qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 2 blok ( 20 qutu ) “Marlboro touch one” markalı siqaret, 5 blok ( 50 qutu ) “Terea turquoıse” markalı elektron siqaretlər aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra Azərbaycan Respublikasının vətəndaşı Təqsirləndirilən şəxs aşkar edilmiş zərgərlik məmulatları elektron tərəzi ilə çəkilmiş və ümumi çəkisinin təxminən 18 qram olduğu müəyyən olunmuşdur. Yoxlama başa çatdıqdan sonra aşkar olunan mallar hal şahidlərinin iştirakı ilə protokol əsasında götürülmüş, bununla bağlı tərtib edilmiş protokollara barəsində yoxlama tədbirləri həyata keçirilmiş şəxs, eləcə də iştirakçılar və onun tərəfindən imza olunmuşdur. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, X12 Aeroportunda "xxxx" MMC-də yuyucu maşınların operatoru vəzifəsində çalışır. 27 fevral 2023-cü il tarixdə X12 Aeroportunda iş yerində olarkən saat 16 radələrində bir nəfər gömrük əməkdaşı sərnişinə məxsus əşyalara yoxlama keçirilməsində hal şahidi qismində iştirak etməyini təklif etmiş, o də etiraz etməyərək könüllü şəkildə razılığını bildirmişdir. Bundan sonra onlar X12 Aeroportunun gəliş zalında yerləşən yoxlama otağına getmişdirlər. Ondan başqa otaqda hal şahidi kimi iştirak edəcək Maksim adlı şəxs də var imiş. Gömrük əməkdaşı otaqda tanımadığı 1 nəfər şəxsi təqdim edərək həmin şəxsin FZ 707 saylı Dubay-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Təqsirləndirilən şəxs olduğunu və həmin şəxsə məxsus əl yüklərinə yoxlama keçiriləcəyini bildirmişdir. Bundan öncə isə ona və digər hal şahidinə hüquq və vəzifələrini izah edərək yoxlama zamanı orada olmalarını, nə aşkar olunarsa onları müşahidə etmələrini və yekunda bununla bağlı tərtib ediləcək protokolda bunu təsdiqləmələrini bildirmişdir. Daha sonra onun, digər hal şahidinin və gömrük əməkdaşının iştirakı ilə yoxlama keçirilmişdir. Keçirilən yoxlama zamanı üzərində “X16” yazısı olan sellofan paketdən 2 blok (20 qutu) “Parlament silver blue” markalı siqaret, 3 ədəd “Apple Air pods pro” markalı qulaqcıq, 2 ədəd “Apple watch” markalı saata məxsus kəmər, hər birinin içərisində 1 ədəd usb olan 2 ədəd “Apple watch” markalı saat qutusu, 5 ədəd “Rolex” markalı saat qabı, qara rəngli əl çantasından 4 ədəd qutusuz və aksesuarsız “İphone 14 pro max 256 GB” markalı, 2 ədəd qutusuz və aksesuarsız “İphone” 14 pro 128 GB” markalı, 1 ədəd qutusuz və aksesuarsız “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, sarı rəngli metaldan hazırlanmış 8 qram çəkidə 1 ədəd üzük, 10 qram çəkidə 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı saat, qara rəngli bel çantasından qutusuz və aksesuarsız “Asus model-517Z” markalı 2 ədəd notebook, 4 ədəd “Ultra haino teko smart watch” markalı smart qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 2 blok ( 20 qutu ) “Marlboro touch one” markalı siqaret, 5 blok ( 50 qutu ) “Terea turquoıse” markalı elektron siqaretlər aşkar edilmişdir. Yoxlama başa çatdıqdan sonra Təqsirləndirilən şəxs aşkar edilmiş zərgərlik məmulatları elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin təxminən 18 qram olduğu müəyyən olunmuşdur. Bundan sonra həmin mallar onların iştirakı ilə protokol əsasında götürülmüş, o da bununla bağlı tərtib edilmiş protokolla tanış olaraq imza etmişdir. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, Bakı şəhəri, Sabunçu rayonu, Ramana qəsəbəsində yeni yaşayış massivində ünvansız fərdi yaşayış evində qeydiyyatsız yaşayır. Rəsmi olaraq işləmirəm, qeyri rəsmi olaraq X7 Dubay şəhərinə gedərək oradan kiçik ticarətlə bağlı az miqdarda mallar gətirib burada satır. Eləcə də Bakıdan Dubaya meyvə, yaxud kiminsə sənədi olanda sənəd aparır və bu qaydada qazanc əldə edir. Təqsirləndirilən şəxs ilə 7-8 il olar tanış və dostdur. Təqsirləndirilən şəxs onunla birgə Dubaya öz maraqları üçün gedirmiş, yəni onun Rasimə qarışacağı yox imiş, sadəcə biryerdə gedib gəlirmişlər. Təqsirləndirilən şəxsla birgə səfəri sonuncu dəfə xx.xx.2023-cü il tarixdə baş tutmuş, belə ki, 26 fevral 2023-cü il tarixdə Bakı-Dubay aviareysi ilə BƏƏ-yə getmiş, xx.xx.2023-cü il tarixdə Dubay-Bakı aviareysi ilə geri qayıtmışdırlar. O, həmişəki kimi, gələrkən ətir, “Smart Watch” markalı qol saatları, mobil telefon, “Duty Free”dən aldığı 15 blok siqaret və ev üçün aldığı ərzaq məhsulları gətirmişdir. Rasimin isə nə aldığından məlumatı olmamışdır. Geri qayıdarkən hava limanında o, 2 baqajı və 1 əl yükü ilə birgə “Qırımızı Kanal”a daxil olmuşdur. Rasim isə ondan qabaqda olduğundan zonadan necə çıxdığını görməmişdir. “Qırımızı Kanal”a daxil olarkən gömrük əməkdaşları ona məxsus baqajlara baxış keçirmişlər və orada gətirdiyi 15 blok siqaretləri aşkar etmişlər, post rəisi Şamil müəllim də orada imiş və bu qədər siqareti nə üçün gətirdiyini, bunun cinayət olduğunu bildirmiş, bundan sonra həmin siqaretləri anbara verəcəklərini, geri dönərkən götürə biləcəyini demişdirlər. Elə bu ərəfədə Rasimin gömrük əməkdaşlarının müşayiəti ilə zonaya daxil olduguğunu və sonuncuya məxsus yüklərə baxış keçirilməsi üçün otağa aparıldığını görmüşdür. O isə sənədləşmə ilə əlaqədar orada bir müddət gözləmiş, hətta 2 ədəd mobil telefona görə rüsum da ödəmişdir, lakin nə qədər ödədiyini hazırda xatırlamır. Bundan sonra ona məxsus siqaretləri də anbara təhvil vermişdirlər. Daha sonra o mobil telefonları və digər əşyaları götürüb hava limanını tərk etmişdir. Daha sonra eşitmişdir ki, gömrük əməkdaşları Rasimi saxlamış və ondan mallar aşkar edərək sənədləşdirmişdirlər. 2023-cü ilin aprel ayında Bakı-Dubay aviareysi ilə gedərkən anbara verilmiş siqaretləri Bakı-Dubay aviareysi ilə özü ilə birgə geri qaytarmışdır. Aldığı siqaretlər “Marlboro”, Parliament” markalı və bundan başqa elektron siqaretlər imiş. Dubayda “Duty Free” mağazasından 1 blokuna 20 ABŞ dolları civarında pul vermiş, ümumilikdə 15 blok siqaretə 300-400 ABŞ dolları pul vermişdir. Qeyd olunan siqaretləri də ölkə ərazisinə satıb az da olsa qazanc əldə etmək məqsədilə gətirmişdir. Qeyd olunan tarixdə onunla birgə gələn Təqsirləndirilən şəxs da Dubayda hava limanında “Duty Free” mağazasından siqaretlər almışdır, lakin nə qədər və kim üçün aldığından məlumatlı deyilmiş. Rasimdən aşkar olunmuş malların ona aidiyyəti yoxdur. O, sadəcə Rasimlə Dubaya gedib gəldiyi ərəfədə sonuncuya “Çin bazarı” deyilən yerdəki mağazaların yerini göstərmişdir, Rasim həmin mağazalardan özü alver edirmiş. Orada oturan satıcılar tanıdıqları adamlara nisyə mal satırmışlar, o da Rasimi həmin mağazaların işçiləri ilə tanış etmişdir və həmin şəxslərdən nisyə mal alırmış, qalan şeylərdən məlumatı yoxdur. Rasimin oradan nə alması, Bakı şəhərinə hansı miqdarda və sayda mal gətirməsini isə bilmir. Tural adlı şəxsi isə ümumiyyətlə tanımır. Təqsirləndirilən şəxs malları gömrük sərhədindən keçirməsi müqabilində pul verəcəyi ilə bağlı da vəd verməmişdir. Ola bilər Rasim düşünmüşdür ki, kiminsə adını çəksə məsuliyyətdən azad ola biləcək. Lakin hər bir halda səhvlik etmişdir. Ümumiyyətlə deyə bilər ki, Dubaya gedib gələn kiçik ticarətçilər hamısı özü üçün nəsə iş görməyə çalışır, kimsə başqası üçün nəsə iş görmür. Necə ki, Rasim də həmin şəxslərdən biri olmuşdur. İş materiallarına əlavə edilmiş “Baxış, əşya və sənədlərin götürülməsi haqqında” 26 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs təqdim etdiyi üzərində “X16” yazısı olan sellofan paketdən 2 blok (20 qutu) “Parlament silver blue” markalı siqaret, 3 ədəd “Apple Air pods pro” markalı qulaqcıq, 2 ədəd “Apple watch” markalı saata məxsus kəmər, hər birinin içərisində 1 ədəd usb olan 2 ədəd “Apple watch” markalı saat qutusu, 5 ədəd “Rolex” markalı saat qabı, qara rəngli əl çantasından 4 ədəd qutusuz və aksesuarsız “İphone 14 pro max 256 GB” markalı, 2 ədəd qutusuz və aksesuarsız “İphone” 14 pro 128 GB” markalı, 1 ədəd qutusuz və aksesuarsız “İphone 13 pro 128 GB” markalı mobil telefonlar, sarı rəngli metaldan hazırlanmış 8 qram çəkidə 1 ədəd üzük, 10 qram çəkidə 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı saat, qara rəngli bel çantasından qutusuz və aksesuarsız “Asus model-517Z” markalı 2 ədəd notebook, 4 ədəd “Ultra haino teko smart watch” markalı smart qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 2 blok (20 qutu) “Marlboro touch one” markalı siqaret, 5 blok (50 qutu) “Terea turquoıse” markalı elektron siqaretlər aşkar edilərək götürülmüşdür. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 7/325 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş aksiz markası olmayan 20 qutu “Marlboro touch one”, aksiz markası olan 20 qutu “X14” markalı filtrli siqaretlər, aksiz markası olan 50 qutu “TEREA for İQOS İLUMA” elektron siqaretlər istifadəyə yararlıdırlar. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 6/1273 nömrəli ekspert rəyindən görünür ki, tədqiqata təqdim edilmiş: - 1 ədəd sarı rəngli metaldan üzük- üzərində “21 CT” əyar damğası həkk olunmuşdur, metalı 916 əyarlı qızıla uyğundur, çəkisi 7,76 qramdır; - 1 ədəd sarı rəngli metaldan saçaqlı sırğa cütü- üzərində “21 CT” əyar damğası həkk olunmuşdur, metalı 916 əyarlı qızıla uyğundur, çəkisi 10,27 qramdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 5/327 nömrəli ekspert rəyindən görünür ki,
1. Təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş üç ədəd “iPhone 14 Pro Max” markalı, iki ədəd “iPhone 14 Pro” markalı, bir ədəd “iPhone 14 Pro Max” markalı “A2894” modelli və bir ədəd “iPhone 13 Pro” markalı “A2483” modelli mobil smartfonlar hal hazırda işlək vəziyyətdədirlər.
2. Tədqiq olunan üç ədəd “iPhone 14 Pro Max” markalı və “iPhone 14 Pro” markalı mobil smartfona istifadəçi tərəfindən xüsusi ifrə tətbiq edildiyi üçün onların “Menyu” hissəsinə daxil olmaq mümkün olmadığından və mobil smartfonlar üzərində “seriya nömrəsi” və “imei” kodu göstərilmədiyindən mobil smartfonların modelini müəyyən etmək mümkün olmadı.
3. Təqdim edilmiş dörd ədəd “Hain Teko” markalı “T94 Ultra Max” modelli qol saatları hal hazırda işlək vəziyyətdədirlər.
4. Təqdim edilmiş üç ədəd “AirPods Pro” markalı qulaqcıqlar hal hazırda işlək vəziyyətdədirlər.
5. Təqdim edilmiş sensor ekranlı “İOS” əməliyyat sistemi ilə təchiz olunmuş üç ədəd “iPhone 14 Pro Max” markalı, iki ədəd “iPhone 14 Pro” markalı, bir ədəd “iPhone 14 Pro Max” markalı “A2894” modelli və bir ədəd “iPhone 13 Pro” markalı “A2483” modelli mobil smartfonlar istifadə (aktiv) olunmuşdurlar.
6. Təqdim edilmiş dörd ədəd “HainTeko” markalı “T94 Ultra Max” modelli qol saatları və üç ədəd “AirPods” markalı qulaqcıqlar istifadə (yenidirlər) olunmayıblar.
7. Təqdim edilmiş iki ədəd “Asus” markalı arxa hissələrində olan markalanma göstəricisinə görə “FX517Z” modelli “notebook” tipli komputerlərin elektrik qidalandırıcısı (adapter) istintaq orqanı tərəfindən təqdim edilmədiyindən və Ekspertiza Mərkəzində qeyd olunan elektrik qidalandırıcısı (adapter) olmadığından ekspertizanın təyin edilməsi haqqında qərardadda ekspert qarşısında qoyulmuş “Təqdim edilən qutusuz və aksesuarsız şəkildə 2 ədəd “Asus model- 517Z” markalı notebook istifadəyə yararlıdırmı?” və “Təqdim edilən qutusuz və aksesuarsız şəkildə 2 ədəd “Asus model- 517Z” markalı notebook yenidirmi?” suallar üzrə tədqiqat işlərinin aparılması mümkün olmadı. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 9/1551 nömrəli ekspert rəyindən görünür ki, təqdim olunmuş malların xx.xx.2023-cü il tarixə olan orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 72063,90 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində (cədvəldə) göstərilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzindən alınmış xx.xx.2023-cü il tarixli, 5/785-9/4145 nömrəli ekspert rəyindən görünür ki, təqdim edilmiş iki ədəd “ASUS” markalı “FX517Z” modelli aktivləşdirilməmiş “notebook” tipli kompüterlər hal-hazırda işlək vəziyyətdədirlər. Ekspertiza tədqiqatına təqdim edilmiş 02 ədəd “ASUS” markalı “FX517Z” modelli notbukların 27 fevral 2023-cü il tarixə orta bazar qiyməti ilə ümumi dəyəri təxminən 2300,00 manat (02 ədəd 4600,0 manat) müəyyən edilir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-nə dair xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, xx xxx 1994-cü ildə Xanlar rayonunda anadan olmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli təqsirləndirilən şəxs qimində cəlb etmə haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1 və 213-1.1-ci maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. İş materiallarına əlavə olunmuş 14 iyun 2023-cü il tarixli qətimkan tədbirinin seçilməsi haqqında qərardan görünür ki, həmin tarixdə Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 12.1-ci maddəsinə əsasən “İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir.” Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X8 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “GM-nin 1.0.14-cü maddəsinə müvafiq olaraq gömrük nəzarəti dedikdə, gömrük qanunvericiliyinə riayət olunmasını təmin etmək məqsədi ilə gömrük orqanlarının həyata keçirdiyi tədbirlər başa düşülür. Həmin Məcəllənin 1.0.22-ci maddəsinin tələbinə görə, gömrük sərhədindən keçirmə malların və nəqliyyat vasitələrinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş üsullarla, o cümlədən beynəlxalq poçt göndərişləri, boru kəmərləri və elektrikötürücü xətlər vasitəsilə gömrük ərazisinə gətirilməsi və ya bu ərazidən aparılması ilə bağlı hərəkətlərin edilməsindən ibarətdir. Şəxs malların və digər əşyaların qaçaqmalçılığında yalnız o halda təqsirli hesab edilə bilər ki, şifahi, yazılı şəkildə və ya elektron formada bəyan edilməli olan, lakin bəyan etməməklə və ya düzgün bəyan etməməklə, gömrük nəzarətindən kənar və ya ondan gizli, habelə sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə Azərbaycan Respublikasının gömrük sərhədindən keçirilən malların dəyəri CM-nin 206-cı maddəsinin “Qeyd”inin 1-ci bəndinə əsasən külli miqdar təşkil etmiş olsun. Nəzərə alınmalıdır ki, düzgün bəyan etməməklə malların və ya digər əşyaların qaçaqmalçılıq yolu ilə keçirilməsi zamanı onların tam həcmi və ya dəyəri deyil, yalnız bəyan edilməmiş hissəsi ittihamın əsası kimi qəbul edilməlidir. Malların və ya digər əşyaların gömrük sərhədindən gömrük nəzarətindən gizli keçirilməsi dedikdə, həmin malların aşkarlanmasının çətinləşdirilməsi və ya onların həqiqi xassə və ya miqdarının gizlədilməsinə yönəldilmiş istənilən hərəkətlər etməklə (məsələn, bəzi mallara digər mal görüntüsünün verilməsi, həmin malların xüsusi hazırlanmış və ya quraşdırılmış gizli yerlərdə, insan bədəninin boşluqlarında gizlədilməklə keçirilməsi və sair) keçirilməsi başa düşülür. Malların və ya digər əşyaların Azərbaycan Respublikasının ərazisinə gömrük nəzarətindən kənar və ya ondan gizli gətirilməsi zamanı törədilmiş qaçaqmalçılıq bu cinayətin predmeti olan əşyaların gömrük sərhədindən keçirildiyi andan bitmiş hesab edilir. “Gömrük sərhədindən keçirilən malların və nəqliyyat vasitələrinin bəyan edilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarının 16.1-ci maddəsinə əsasən “Gömrük ərazisinə gətirilməsi nəzərdə tutulan mallar həmin əraziyə gətirilməzdən əvvəl bəyan edilə bilər.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 1.0.1-ci maddəsinə əsasən “bəyanetmə – Azərbaycan Respublikasının gömrük sərhədindən (bundan sonra – gömrük sərhədi) keçirilən, gömrük nəzarəti altında yerləşdirilən mallar və nəqliyyat vasitələri barəsində məlumatların gömrük orqanına şifahi, kağız üzərində yazılı və ya elektron formalarda bəyan edilməsi başa düşülür.” Azərbaycan Respublikası Gömrük Məcəlləsinin 146.1-ci maddəsinə əsasən “Gömrük sərhədindən keçirilən bütün mallar və nəqliyyat vasitələri onların gömrük rəsmiləşdirilməsini həyata keçirən gömrük orqanlarına bəyan edilməlidir.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasında istehsal edilən, yaxud ölkəyə idxal olunan aksiz markası ilə markalanmalı malların siyahısı, həmin mallara aksiz markalarının tətbiqi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir. Aksiz markalarının hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təşkil edilir və həmin markaların hazırlanmasına dair sifarişin verilməsi, onların satışı və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq edilir. Belə aksizli malları markasız idxal etmək, saxlamaq (şəxsi məqsədlər üçün istisna olmaqla) və ya satmaq qadağandır və qanunvericilikdə müəyyən edilmiş məsuliyyətə səbəb olur.” Azərbaycan Respublikası Vergi Məcəlləsinin 194.1-1-ci maddəsinə əsasən “Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir və həmin qaydaların tələblərini pozan şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.1-ci maddəsinə əsasən “Cəza məhkəmə hökmü ilə təyin edilən cinayət-hüquqi xarakterli tədbirdir. Cəza cinayət törətməkdə təqsirli hesab edilən şəxsə tətbiq olunur və həmin şəxs barəsində bu Məcəllə ilə müəyyən edilən məhrumiyyətlər yaradılmasından və ya onun hüquq və azadlıqlarının məhdudlaşdırılmasından ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxsnın əməli Azərbaycan Respublikası CM-nin 206.1 və 213-1.1-ci maddələri ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2ci maddəsinə əsasən ilk dəfə az ağır cinayət törətməsini, törətdiyi əməli etiraf etməsini və səmimi peşmançılığını cəzanı yüngülləşdirən hallar kimi qiymətləndirir. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsinə əsasən “Qaçaqmalçılıq, yəni Azərbaycan Respublikasının gömrük sərhədindən gömrük nəzarətindən kənar və ya ondan gizli, yaxud sənədlərdən və ya gömrük eyniləşdirilməsi vasitələrindən aldatma yolu ilə istifadə etməklə, yaxud bəyan etməməklə və ya düzgün bəyan etməməklə bu Məcəllənin 206.2-ci maddəsində qeyd edilənlər istisna olmaqla malların və digər əşyaların xeyli miqdarda keçirilməsi - cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə və ya cinayətin predmetinin dəyərinin qırx faizindən altmış faizinədək miqdarında cərimə edilməklə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsinə əsasən “Aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan və ya məcburi nişanlama ilə nişanlanmalı olan malları nişanlanmadan xeyli miqdarda satma, satış məqsədi ilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma və ya idxal etmə - iki min manatdan üç min manatadək miqdarda cərimə və ya bir ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.” Beləliklə, məhkəmənin gəldiyi qənaətə görə, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 206.1 və 213-1.1-ci maddəsi ilə təqsirli bilinməli, törətdiyi cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, şəxsiyyəti, cəzanı yüngülləşdirən hallar, təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsiri (CM-58.3.) nəzərə alınmaqla, ona təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulan əsas cəza növü kimi cərimə cəzası təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” İş materiallarında olan 14 iyun 2023-cü il tarixli “Maddi sübut kimi tanınma haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs aşkar edilərək götürülmüş 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlamış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı qol saatı, 4 ədəd “İphone 14 Pro Max256 GB” markalı, 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 2 ədəd “Apple Watch” markalı qol saatına məxsus qutu, 5 ədəd “Rolex” markalı saat qabı və Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 20 qutu “Marlboro touch one” markalı, 50 qutu “TEREA for İQOS İLUMA” markalı, “X14” markalı siqaretlər cinayətin predmeti olduğundan maddi sübut kimi tanınmış və saxlanması üçün Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılmışdır. Beləliklə məhkəmə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında maddi sübut kimi saxlanılan bəyan edilməmiş 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlamış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı qol saatı, 4 ədəd “İphone 14 Pro Max256 GB” markalı, 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 2 ədəd “Apple Watch” markalı qol saatına məxsus qutu, 5 ədəd “Rolex” markalı saat qabına münasibət bildirərək hesab edir ki, həmin mallar mülkiyyətçisi və iş üzrə Təqsirləndirilən şəxs qaytarılmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2016-cı il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrin diqqətinə çatdırılsın ki, Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra mətndə CPM-nin) 132 və 346.1.19-cu maddələrinin tələblərinə müvafiq olaraq qaçaqmalçılığa dair işlər üzrə hökm çıxarılarkən, yaxud digər yekun məhkəmə qərarı, o cümlədən cinayət təqibinə xitam verilməsi haqqında qərar qəbul edilərkən qaçaqmalçılığın predmeti, aləti və ya vasitəsi olan maddi sübutlar barədə məsələ həll edilməlidir. İzah edilsin ki, bu zaman həmçinin mülkiyyətin toxunulmazlığı haqqında Konstitusiyanın 29-cu maddəsinin, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququ, xüsusi müsadirənin əsasları və qaydaları təsbit edilmiş CM-nin 99-1-ci maddəsinin və GMnin tələbləri nəzərə alınmalıdır. Məhkəmələrə tövsiyə edilsin ki, qaçaqmalçılığa dair işlərə baxarkən iş üzrə maddi sübut hesab edilmiş qaçaqmalçılığın predmeti olan pul, qiymətli kağızlar, qızıl-zinət əşyaları və başqa əmlakın (CM-nin 206.2-ci maddəsində sadalanan dövriyyəsi qadağan olunmuş əşyalar istisna olmaqla) təqsirkarın mülkiyyətində olmasına dair kifayət qədər sübutların olmasını müəyyən etdikdə, digər tərəfdən isə bu əmlakın xüsusi müsadirəsi üçün CM-nin 99-1-ci maddəsində nəzərdə tutulmuş əsaslar aşkar edilmədikdə Konstitusiyanın 29-cu maddəsinin və Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tələbləri ilə yanaşı bu xarakterli işlərdə müsadirənin mülkiyyət hüququna müdaxiləyə uyğun olmamasına və şəxsin cinayət cəzasına məruz qalması ilə yanaşı mülkiyyətdən məhrum edilə bilinməməsinə dair İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna (“İsmaylov Rusiyaya qarşı” iş üzrə 06 noybr 2008-ci il tarixli, “Adjiqoviç Rusiya Federasiyasına qarşı” iş üzrə 08 oktyabr 2009-cü il tarixli Qərarlar) əsaslansınlar.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 206.1-ci maddəsi dövlətin xarici iqtisadi fəaliyyəti sahəsində yaranan ictimai münasibətləri cinayətkar qəsdlərdən qorumaqla bu obyektə vurulan zərərə görə cinayət məsuliyyəti müəyyən etmiş və göstərilən əməlin törədilməsinə görə həmin maddədə yalnız azadlıqdan məhrum etmə növündə cəza müəyyən edilmişdir. Yəni, qanunverici həmin maddənin sanksiyasında əmlak müsadirəsini əlavə cəza nəzərdə tutmamaqla cinayət cəzası ilə yanaşı təqsirkar barəsində əmlak xarakterli məhrumiyyətlərin tətbiqini zəruri saymamışdır. Hazırkı iş üzrə Təqsirləndirilən şəxs aşkar edilib götürülmüş mallar onun təqsirli bilindiyi qaçaqmalçılıq cinayətinin predmetidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli Qərarında maddi sübut qismində tanınmış cinayətin predmetinin dövlət nəfinə alınması xüsusi müsadirə adlandırılmış, Cinayət-Prosessual Məcəlləsinin 132.1, 132.1.1 və 132.1.4-cü maddələri isə cinayətin predmeti olan əşyaların dövlət nəfinə keçirilməsini nəzərdə tutmuşdur. Lakin məhkəmə hesab edir ki, qanunun həmin normalarını tətbiq etməklə malların Təqsirləndirilən şəxs alınıb dövlət nəfinə keçirilməsi onun məcburi qaydada xüsusi mülkiyyətindən məhrum edilməsi deməkdir. Belə olduğu təqdirdə, məhkəmə hesab edir ki, fiziki şəxsin əldə edilmə mənbəyi mübahisələndirilməyən öz xüsusi mülkiyyətindən məcburi qaydada məhrum edilməsi məsələsi həll olunduğundan, bu cür məhrumetmənin cinayət-hüquqi anlamda cinayət cəzası kimi və ya cinayət-prosessual qanunvericiliyində nəzərdə tutulmuş qaydada xüsusi müsadirə kimi tətbiq edilməsinin elə də böyük əhəmiyyəti yoxdur. Belə ki, hər iki müsadirə tədbiri şəxsin öz mülkiyyətindən faktiki olaraq məhrum edilməsi ilə nəticələnir ki, bu da fiziki şəxsin fundamental hüquqlarından sayılan mülkiyyət hüququnun pozulmasına səbəb olur. Ona görə də, məhkəmə hesab edir ki, bu cür müsadirənin hətta Cinayət Prosessual Məcəllənin 132.1, 132.1.1, 132.1.4-cü maddələri əsasında həyata keçirilməsi belə qərarı verən orqanı şəxsin Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsi, eləcə də “İnsan Hüquqlarının və X8 haqqında” Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsində təsbit edilmiş mülkiyyət hüququnu gözləmək və müsadirəni yalnız bu aktlarla yol verilən hallarda tətbiq etmək vəzifəsindən azad etmir.Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 2.2 və 2.3-cü maddələrində Azərbaycan Respublikası Konstitusiyasının normalarının Azərbaycan Respublikasının bütün ərazisində ali hüquqi qüvvəyə malik olduğu və birbaşa qüvvədə olduğu, həmçinin Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə bu Məcəllədən fərqli digər qaydalar müəyyən olunduğu halda, beynəlxalq müqavilənin qaydalarının tətbiq edildiyi təsbit edilmişdir. Qaçaqmalçılıq cinayətinin predmetini təşkil edən cinayət törətmiş şəxsə məxsus olan malların müsadirəsinin cinayət-prosessual hüquq tədbiri kimi hansı hallarda tətbiq edilməli olduğu, başqa sözlə bu cür müsadirə vasitəsilə şəxsin mülkiyyət hüququna müdaxiləyə hansı hallarda yol verildiyini İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “İsmayılov Rusiyaya qarşı” iş üzrə 06 noyabr 2008-ci il tarixli qərarında göstərilmişdir. Həmin işdə Rusiya hökuməti İsmayılovun iddiasına qarşı etirazlarlarında qaçaqmalçılığın predmetini təşkil edən pul vəsaitinin maddi sübut kimi tanınmasına və bu cür predmetlərin müsadirəsinə nəinki milli prosessual qanunvericiliyin, hətta “Transmilli mütəşəkkil cinayətkarlığa qarşı” BMT Konvensiyasının 12-ci maddəsinin yol verdiyinə istinad edilmişdir. Həqiqətən də, Avropa Məhkəməsi maddi sübut kimi tanınmış cinayətin predmetinin müsadirəsinə Rusiyanın Cinayət-Prosessual Məcəlləsinin 81-ci maddəsinin 3cü hissəsinin 1-ci bəndinin yol verdiyini, yəni bu cür hallarda 1 saylı Protokolun 1-ci maddəsinin tələbi baxımından mülkiyyətin toxunulmazlığına müdaxilənin qanuni olduğunu etiraf edir. Bununla belə, Avropa Məhkəməsi milli məhkəmə tərəfindən İsmayılova məxsus pul vəsaitinin məcburi qaydada dövlət nəfinə alınması ilə onun Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi ilə təminat verilən mülkiyyətin müdafiəsi hüququnun pozulması haqqında nəticəyə gəlmişdir. Məhkəmə belə nəticəyə gələrkən İsmayılovun müsadirə olunmuş pul vəsaitini qanuni yolla əldə etməsinə əsaslanıb onun haqqında olan işi əvvəllər baxmış olduğu müsadirə tədbirinin cinayət yolu ilə əldə edilmiş, qeyri-qanuni olaraq əldə edilən hesab olunmuş və yaxud qanuna zidd fəaliyyət üçün nəzərdə tutulmuş əmlaka tətbiq olunduğu digər işlərdən fərqləndirmişdir (İsmayılov Rusiyaya qarşı iş üzrə qərarın 36-cı bəndi). Məhkəmə əlavə olaraq, həm də onu qeyd etmişdir ki, “ərizəçi əvvəllər məhkum edilməmiş və baxılan hadisəyə qədər hər hansı bir cinayətdə şübhəli bilinməmiş və yaxud təqsirləndirilməmişdir. Ərizəçi barəsində müsadirə tədbirinin tətbiq edilməsi ilə hakimiyyətin çirkli pulların yuyulması, narkotik alveri, terrorçuluğun maliyyələşdirilməsi, vergiləri ödəməkdən boyun qaçırma kimi hər hansı bir başqa hüquqa zidd fəaliyyətin qarşısını almağa çalışdığını göstərən də heç bir dəlil yoxdur. Onun daşıdığı pullar qanuni yolla əldə edilmiş və bu vəsaitin Azərbaycandan çıxarılması gömrük orqanına bəyan edilməsi şərti ilə yolveriləndir. Deməli, ona istinad edilən yeganə kriminal davranış aktı həmin əmlakın gömrük orqanına bəyan edilməməsi olmuşdur” (qərarın 37-ci bəndi). Bunları, eləcə də İsmayılov barəsində tətbiq olunmuş müsadirə tədbirinin zərərə görə maddi kompensasiya kimi çıxış etmədiyini nəzərə alan Avropa Məhkəməsi baxılan işdə ərizəçinin qaçaqmalçılıq əməlinə görə artıq cəzalandırılmasına – sınaq müddəti ilə azadlıqdan məhrumetmə cəzasına şərti məhkum olunmasına baxmayaraq, məqsədi onu “çəkindirmək, cəzalandırmaq” olan və bu səbəbdən əlavə sanksiya kimi çıxış edən müsadirəyə məruz qaldığını hüquq pozuntusu kimi qeyd etmiş və cəza ilə yanaşı müsadirənin də tətbiq edilməsini onun üzərinə ifrat yükün (cəzanın) qoyulması kimi qiymətləndirmişdir. Göründüyü kimi, Avropa Məhkəməsi müsadirənin prosessual-hüquq qaydaları əsasında xüsusi müsadirə şəklində tətbiq olunduğu hallarda da, onun mümkünlüyünü müsadirə predmetinin cinayət yolu ilə əldə olunması, qeyri-qanuni fəaliyyət üçün nəzərdə tutulması kimi faktorlarla şərtləndirmişdir. Avropa Məhkəməsinin göstərilən qərarının hazırkı işlə müqayisəsindən belə nəticəyə gəlmək olur ki, Təqsirləndirilən şəxs götürülmüş malların müsadirə olunması, Cinayət Məcəlləsinin 206-cı maddəsində nəzərdə tutulmadığı halda, onun faktiki olaraq əmlak xarakterli ikinci sanksiyaya məruz qalmasına səbəb ola bilər. Deməli, göstərilən prosessual tədbirin tətbiqi hazırkı iş üzrə təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs ifrat yükə məruz qoyacaqdır. İbtidai istintaqı zamanı Dövlət Gömrük Komitəsi mülki iddia verərək 15273,84 manat məbləğində maddi ziyanın Təqsirləndirilən şəxs tutularaq Dövlət Gömrük Komitəsi vasitəsi ilə dövlət büdcəsinə ödənilməsini xahiş etmişdir. Dövlət Gömrük Komitəsinin Əməliyyat-İstintaq Baş idarəsinin İstintaq və Təhqiqat idarəsinin İstintaq şöbəsinin böyük müstəntiqi, gömrük xidməti kapitanı Ziya Vəliyev 13 iyun 2023-cü il tarixli qərarı ilə Dövlət Gömrük Komitəsini mülki iddiaçı, Dövlət Gömrük Komitəsi Hava Nəqliyyatında Baş Gömrük idarəsinin gömrük prosedurları və ödənişləri şöbəsinin inspektoru X3 mülki iddiaçının nümayəndəsi qismində tanınmışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs ona qaytarılan əmlaklara görə gömrük ödənişləri ödəməklə yanaşı ondan həmin mallara münasibətdə mülki iddia şəklində pul tutulması “İsmayılov Rusiyaya qarşı” işi üzrə 06 noyabr 2008-ci il tarixli və “Adjiqoviç Rusiya Federasiyasına qarşı” işi üzrə 08 oktyabr 2009-cu il tarixli İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin qərarlarının mövqeyinə ziddir. Belə ki, həmin qərarların və “Qaçaqmalçılıq işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumununun 02 iyun 2016-cı il tarixli qərarlarındakı mövqeyə görə qaçaqmalçılıq cinayəti törətmiş şəxsin həmin cinayətin predmeti olmuş malların onun özünə qaytarılması üçün gömrük rəsmiləşdirilməsini və ödənişlərin ödənilməsini şəxsin üzərinə vəzifə olaraq deyil, bir növ hüquq kimi müəyyən edilmiş və şəxs həmin mallara sahib çıxmaq istəmədiyi halda malların sonrakı taleyinin həll edilməsi və tənzimlənməsi qaydası qanunverici tərəfindən müəyyən olunmuşdur. İş üzrə maddi sübut kimi tanınmış Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bəyan edilməmiş 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlamış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı qol saatı, 4 ədəd “İphone 14 Pro Max256 GB” markalı, 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 2 ədəd “Apple Watch” markalı qol saatı müvafiq gömrük rəsmiləşdirilməsi aparılaraq gömrük ödənişləri ödənildikdən sonra Təqsirləndirilən şəxs qaytarılacağı üçün ondan həmin mallara görə mülki iddia qismində 15273,84 manat məbləğində pulun tutulması üçün əsas yoxdur. Bu səbəbdən məhkəmə hesab edir ki, mülki iddia rədd olunmalıdır. Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin 82.1-ci maddəsində bütün şəxslərin malları Gömrük Məcəlləsində nəzərdə tutulmuş qaydada, bərabər əsaslarla gömrük ərazisinə gətirmək və bu ərazidən aparmaq hüququna malik olduğu göstərilmişdir. Həmin Məcəllənin 301.2-ci maddəsinə əsasən fiziki şəxslərin gömrük sərhədindən keçirdiyi malların gömrük rəsmiləşdirilməsi onlar tərəfindən gömrük rüsumlarının və vergilərin ödənilməməsi səbəblərinə görə başa çatdırılmadıqda, həmin şəxsin seçimi əsasında mallar gömrük ərazisindən geri qaytarılmalı, yaxud müvəqqəti saxlanc anbarında yerləşdirilməlidir. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bəyan edilməmiş 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlamış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı qol saatı, 4 ədəd “İphone 14 Pro Max256 GB” markalı, 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 2 ədəd “Apple Watch” markalı qol saatına məxsus qutu, 5 ədəd “Rolex” markalı saat qabı hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılmalıdır. İş üzrə maddi sübut kimi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 20 qutu “Marlboro touch one” markalı, 50 qutu “Terea for İqos İluma” markalı və “X14” markalı siqaretlər müsadirə edilməlidir. İş üzrə 430 (dörd yüz otuz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Maddi sübut kimi saxlanılan iş materiallarında olan 2 ədəd CD disk cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxsnın barəsində seçilmiş “polisin nəzarəti altına vermə” tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ
Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 206.1 və 213-1.1-ci maddələri ilə təqsirli bilinsin, Cinayət Məcəlləsinin 206.1-ci maddəsi ilə cinayətin predmetinin dəyərinin qırx faizi miqdarında, yəni 28825,56 (iyirmi səkkiz min səkkiz yüz iyirmi beş manat əlli altı qəpik) manat miqdarında cərimə cəzasına, Cinayət Məcəlləsinin 213-1.1-ci maddəsi ilə 2000 (iki min) manat miqdarında cərimə cəzası cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaq yolu ilə Təqsirləndirilən şəxs qəti olaraq 29000 (iyirmi doqquz min) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan bəyan edilməmiş 7,76 qram çəkidə 916 əyarlı qızıldan hazırlanmış 1 ədəd üzük, 10,27 qram çəkidə 916 əyarlı qızıldan hazırlamış 1 cüt sırğa, 1 ədəd “Rolex” markalı qol saatı, 4 ədəd “İphone 14 Pro Max256 GB” markalı, 2 ədəd “İphone 14 Pro 128 GB” markalı, 1 ədəd “İphone 13 Pro 128 GB” markalı mobil telefonlar, 2 ədəd “Asus” markalı “FX517Z” modelli “notebook” tipli kompüter, 4 ədəd ‘Haino Teko” markalı “T94 Ultra Max“ modelli qol saatı, 2 ədəd “Rolex” markalı saata məxsus boş qutu, 3 ədəd “Airpods Pro” markalı qulaqcıq, 2 ədəd “Apple Watch” markalı smart qol saatı üçün kəmər, hər birinin içərisində 1 ədəd “usb” olmaqla 2 ədəd “Apple Watch” markalı qol saatına məxsus qutu, 5 ədəd “Rolex” markalı saat qabı hökm qanuni qüvvəyə mindikdən sonra müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra Təqsirləndirilən şəxs qaytarılsın. İş üzrə maddi sübut kimi tanınmış və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” Birliyinin anbarında saxlanılan Azərbaycan Respublikasının aksiz markası ilə markalanmalı olan, lakin belə marka ilə markalanmamış 20 qutu “Marlboro touch one” markalı, 50 qutu “Terea for İqos İluma” markalı və “X14” markalı siqaretlər hökm qanuni qüvvəyə mindikdən sonra dövlət nəfinə alınsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 430 (dörd yüz otuz) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X6, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Mülki iddia təmin edilməsin. Maddi sübut olan 2 (iki) ədəd disk iş materiallarında saxlanılsın. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bakı şəhəri Xəzər rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Hakim Hüseyn Hüseynli