Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-575/2022 22.11.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.1988-ci ildə Gürcüstan Respublikasında anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, əvvəllər məhkum olunmamış, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,406 qram psixotrop maddə metamfetamini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, 28 aprel 2022-ci il tarixdə saat 13:00-da Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, R.Məmmədhüseynov küçəsində «Ailə» marketin yaxınlığında Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd bükümdə kustar üsulla hazırlanmış 0,406 qram çəkidə psixotrop maddə-metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda təmiz çəkisi 0,410 qram narkotik vasitə-heroini istintaqa məlum olmayan vaxtda və mənbədən əldə edib üzərində saxlamaqla daşımış, xx.xx.2022-ci il tarixdə saat 23:20-də Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Vaqif küçəsində Xəzər RPİ-nin 3-cü PŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtaış tədbirləri nəticəsində saxlanılaraq Xəzər RPİ-nin 3-cü PŞ-nə aparılmış, şöbədə video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış aparılan zaman əynindəki qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində təmiz çəkisi 0,410 qram qəhvəyi rəngil maddə kustar üsulla hazırlanmış narkotik vasitə-heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilərək ifadəsində bildirdi ki, o anket məlumatlarında göstərilən ünvanda ailəsi ilə birlikdə yaşayır. Himayəsində anası və 2 azyaşlı övladı var. Təhsilini Binə qəsəbəsində yerləşən 149 saylı orta məktəbdə azərbaycan dilində almış, azərbaycan dilində sərbəst oxumağı bacarır, tərcüməçi və ya mütəxəsissin köməyinə ehtiyacı yoxdur. Fərdi əməklə məşğul olur. Təxminən 1 ilə yaxındır ki, narkotik maddələrdən istifadə edir. Narkotik vasitə qəbul etməsini ona heç kim məcbur etmir, narkotik vasitələri könüllü olaraq istifadə edir. xx.xx.2022-ci il tarixdə üzərindən narkotik maddənin aşkar olunması ilə əlaqdəar bildirmişdir ki, xx.xx.2022-ci il tarixdə əvvəllər tanıdığı Fuad ilə görüşmüş, həmin vaxt narkotik maddələrin təsiri gəldiyi üçün bədənində şiddətli ağrılar olmuş, Fuada bədənində ağrılardan əziyyət çəkdiyini, ona mütləq narkotik vasitə tapmasını, üzərində pulu olduğunu demiş, Fuad isə hazırda üzərində narkotik maddə olmadığını, onun da ağrıları başladığını, tapa biləcəyni, lakin maşın olmadığı üçün gedib ala bilmədiyini demişdir. Onda maşın olduğu üçün gedə biləcəklərini deyib birlikdə Suraxını qəsəbəsinə getmişdirlər. Orada Fuad bir nəfər tanımadığı şəxslə görüşmüş, Fuad ilə həmin şəxs öz aralarında danışdıqdan sonra Fuad ona yaxınlaşıb «get özün al» demişdir. Həmin şəxslə salamlaşaraq ona 20 manat verib 2 büküm şüşə kimi tanıdığı narkotik maddə metamfetamin almışdır. Fuad da pul verib həmin şəxsdən özü üçün narkotik maddə almışdır. Lakin nə qədər pul verdiyindən və nə qədər narkotik maddə aldığından məlumatı olmamışdır. Aldığı metamfetaminin birini istifadə etmiş, digərini isə sonra istifadə etmək üçün cibinə qoyub Fuad ilə birlikdə Binə qəsbəsinə qayıtmışlar. Fuad maşından düşüb getmiş, o da yaşadığı evə getmişdir. xx.xx.2022-ci il tarixdə təxminən saat 13 radələrndə həmin narkotik vasitədən istifadə etmək üçün evdən çıxıb «ailə» marketin yanına çatarkən iki nəfər polis işçiləri ona yaxınlaşıb özlərinin polis əməkdaşları olduqlarını və narkotik vasitələrin qanunsuz dövrüyyəsində şübhəli olduğunu deyərək, şübhələrin yoxlanalması üçün onu Xəzər RPİ-nin 3-cü PB-nə dəvət etmişlər. Etiraz etməyərək onlarla polis şöbəsinə getmiş, şöbədə xidməti otaqlardan birində müdafiəçi qismində dəvət olunmuş vəkilin iştirakı ilə video çəkilş aparılmaqla üzərində şəxsi axtarış aparılmışdır. Əvvəl ona üzərində narkotik vasitə, yaxud əldə olunması, gəzdirilməsi, saxlanılması qanunla qadağan edilmiş digər əşyalar və predmetlər vardırsa onları təqdim etməsi təklif edildikdə o, əynində olan şalarının sağ yan cibində olan 1 ədəd ağ rəngli bükümdə olan metametaminləri çıxarıb təqdim etmişdir. Bundan sonra müvafiq sənədləşmə işləri aparılmış, onu Xəzər RPİ-nin MSY-nə gətirmişlər. Daha sonra müstəntiq və vəkil gəlib ondan təkrar ifadə almış, həmin vaxt ifadə verərkən şöbədə verdiyi izahata uyğun ifadə vermişdir ki, ifadələri arasında ziddiyət olmasın. Daha sonra xx.xx.2022-ci il tarixdə barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilərək buraxılmış, müstəntiqin çağrışlarına vaxtlı-vaxtında gəlib-getmiş, narkoloji ekspertizaya göndərilmiş və həkim komissiyasından keçmişdir. Bundan başqa narkotik maddələrdən istifadə etdiyi üçün narkotik maddələrin ağrıları bədənindən getmədiyi, onu həddindən artıq narahat etdiyi üçün ağrılarını sakitləşdirmək məqsədi ilə xx.xx.2022-ci il tarixdə axşam saatlarında Suraxanı rayonu ərazisinə getmiş, orada üzdən şifahi tanıdığı, lakin adnı bilmədiyi şəxsdən özü istifadə etmək üçün 10 manata bir büküm narkotik vasitə-heroin almışdır. Həmin gün təxminən saat 23 radələrində Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində olarkən 2 nəfər polis işçsi ona yaxınlaşıb özlərini təqdim etmişlər və narkotik maddələrin qanunsuz dövriyyəsi, istifadəsi və daşınmasında şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3-cü PŞ-nə getməsini demişlər. Polis işçilərinə artıq hər şeyin aydın olduğunu bildiyi üçün etiraz etmədən onlarla birlikdə polis şöbəsinə getmiş, polislər yol boyu gözləri ilə ona nəzarət etdikləri üçün cibində olan narkotk vasitəni ata bilməmişdir. Polis şöbəsində olan zaman təhqiqatçı tərəfindən barəsində şübhəli şəxsi tutma haqqında qərar çıxarılmış, ona Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkillərinin siyahısı təqdim olunmuş, siyahı ilə tanış olduqdan sonra siyahıda olan vəkillərdən birnin hüquqlarını müdafiə etməsini xahiş etmişdir. Bundan sonra Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili X8 dəvət olunmuş, təhqiqatçı tərəfindən vəkil ona təqdim olunmuş, polis şöbəsində video-çəkliş vasitəsi ilə üzərində şəxsi axtarış aparacaqlarını bildirmişlər. Üzərində şəxsi axtarış aparılmazdan əvvəl polis işçiləri tərəfindən na hüquq və vəzifələrim izah edilmiş, video çəkiliş vasitəsi ilə üzərində şəxsi axtarış keçirilməyə başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində qanuna zidd əşya və ya predmet varsa həmin əşyaları könüllü olaraq təqdim etməsi təklif olunmuş, o, könüllü olaraq əynində olan qara rəngli cins şalvarın sağ cibindən içərisində narkotik vasitə heroin olan bükümü çıxarıb masanın üzərinə qoymuşdur. Həmçinin cibindən 01 ədəd «Samsung» markalı mobil telefon aşkar olunmuşdur. Polis işçiləri tərəfindən həmin büküm açılıb içərisinə baxış keçirilmiş, sorğu zamanı həmin bükümdə olan maddənin narkotik maddə kola (heroin) olduğunu demişdir. Həmin maddə polis işçiləri tərəfindən götürülərək ekspertizaya təqdim edilməsi üçün orada olan şəxslərin iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, tərtib edilmiş protokol və qablaşdırılmış zərf özü və iştirakçılar tərəfindən imzalanmışdır. İlkin istintaq zamanı üzərindən aşkar olunmuş metamfetamini Fuad adlı şəxsdən 20 manat gediş haqqı əvəzinə aldığını bidirsə də həmin gün bədənində ağrılar olduğu üçün tanışı Fuaddan ona narkotik vasitə verməsi və ya tapmasını xahiş etmiş, lakin Fuad onda narkotik maddə olmadığını, lakin tapa biləcəyini dedyi üçün Fuadla birlikdə Suraxanı qəsəbəsinə getmişlər, o, öz pulumu verib 2 büküm narkotik maddə metmamfetamin almış, Fuad da öz pulu ilə özü üçün almışdır. Sonra polislər onu saxlamış, həmin vaxt Fuadın onu satdığını düşünüb ona pislik etmək üçün üzərimdən aşkar olunmuş narktoik vasitəni Fuaddan aldığını bildirmiş, amma sonradan Fuadın da polislər tərəfindən saxlanıldığını eşitmiş, Fuadın onu satmadığından əmin olmuşdur. Ona görə də üzərindən aşkar olunmuş narkotik maddəni Suraxanı qəsəbəsindən tanımadığı şəxsdən aldığını etiraf etməklə həqiqəti bildirmişdir. Üzərindən aşkar olunmuş narkotik maddəni satmaq, eləcədə kiməsə pay vermək niyətinin olmadığını, üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetamin ilə X4 üzərindən aşkar olunmuş psixotrop maddə-metamfetaminin yeni tərkibli olması ilə əlaqədar həmin maddələri eyni yerdən, yəni eyni şəxsdən aldıqları üçün onların tərkibilərinin eyni ola biləcəyini, özü istifadə etmək üçün üzərində saxladığını, üzərindən narkotik maddə aşkarlanan zaman və ya polis şöbəsində polis əməkdaşları tərəfindən ona qarşı heç bir zor tətbiq edilmədiyni narkotik maddələrdən istifadə etməsi barədə hər hansı şəxsin xəbərdar olub-olmaması barədə heç nə deyə bilmədiyini onların qəbul edilməsinin qadağan olunmasını və məsuliyyətini dərk etməklə əməlindən peşman olduğunu, xx.xx.2022-ci il tarixdə üzərindən aşkar olunmuş mobil telefonun anasına məxsus olduğunu, müvəqqəti istifadə etmək üçün götürdüyünü, narkotik maddəni alarkən heç kimlə əlaqə saxlamdığını, sadəcə yolda dayanan zaman onu satan adamların narkotik vasitə istifadə edənləri tanıdığı üçün və yaxınlaşıb narkotik vasitə istəyib-istəməməsi barədə soruşduqda onlara almaq istədiyini deməsini bildirmişdir. Təqsirləndirilən şəxs son sözündə etdiyi əməldən səmimi peşman olduğunu, ilk dəfə cinayət əməli törətdiyini, himayəsində iki azyaşlı uşağının olduğunu, ailəsinə yeganə qazanc gətirəni olduğunu bildirərək ona yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 bildirdi ki, əməliyyat məlumatı əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəlidir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunda o, və bölmənin sahə inspektoru polis baş leytenantı Şahid2 iştirak etmişlər. Belə ki, 28 aprel 2022-ci il tarixdə saat 13:00 radəsində Xəzər rayonu, Binə qəsəbəsi R.Məmməhüseynov küçəsi «Ailə» marketin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxararaq həmin şəxsə özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini demişdirlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını dedikdən sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış, birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından ona Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah olunmuş, ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyub bükümdə olan maddənin şüşə, yəni narkotik maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan Fuad aldı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər onun iştirakçılar tərəfindən imzalanaraq təstiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin mənbəsini, yəni ona narkotik vasitəni satan Fuad adlı şəxsin müəyyən edilməsi üçün bölmənin polis əməkdaşları X9 və X11 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16:50 radəsində Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində X1. Ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini demişlər. Həmin vaxt o, X10 olmasını demiş, bundan sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Fuad razılaşaraq polis bölməsinə getmiş, şöbədə olan zaman Fuad Mustafayevin üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından ona Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət olunmuş, X4 üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah olunmuş, ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan idman şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli kağıza, 2 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirərkən içərisindən narkotik maddəyə bənzər kütlələr aşkar edilmişdir. Fuad Mustafayev sorğu sual zamanı üzərindən aşkar edilmiş bükümlərdə olan maddələri Suraxanı qəsəbəsi ərazisində bir bükümünü 10 manata «Ənvər» adlı şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təstiq edilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 bildirdi ki, Xəzər RPİnin 3-cü PŞ-nin cinayət axtarış üzrə məliyyat müvəkkili vəzifəsində xidmət edir, polis leytenantıdır. Əməliyyat qrupunun rəhbəri qismində olmaqla həmin şöbənin sahə inspektoru Şahid4 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrp maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3cü PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində narkotik vasitə-heroin olan bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik maddə-heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin «kola» yəni heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı qəsəbəsindən, üzdən tanıdığı, lakin adını bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid2 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid2 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, əməliyyat məlumatı əsasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin istifadəsində və daşınmasında şübhəlidir. Təqsirləndirilən şəxs ifşa olunması məqsədi ilə Xəzər RPİ-nin 3-cü PŞ-nin rəhbərliyi tərəfindən əməliyyat qrupu yaradılmış, həmin əməliyyat qrupunda o, və Şahid3 iştirak etmişlər. Belə ki, 28 aprel 2022-ci il tarixdə saat 13:00 radəsində Xəzər rayonu, Binə qəsəbəsi R.Məmməhüseynov küçəsi «Ailə» marketin yaxınlığında olan zaman Təqsirləndirilən şəxs əlamətləri ilə oxşar olan şəxsi görüb ona yaxınlaşaraq xidməti vəsiqələrini çıxararaq həmin şəxsə özlərini təqdim etmişlər. Bundan sonra həmin şəxsə özünü təqdim etməsini demişdirlər. Həmin şəxs Təqsirləndirilən şəxs olmasını dedikdən sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişdirlər. Təqsirləndirilən şəxs onlarla razılaşmış, birlikdə polis bölməsinə getmişlər. Polis bölməsində olan zaman Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından ona Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət olunmuşdur. Təqsirləndirilən şəxs üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah olunmuş, ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra Təqsirləndirilən şəxs əynində olan qara rəngli şalvarın sağ yan cibindən bir ədəd siqaretin ağ kağızına bükülmüş bükümü çıxardaraq masanın üzərinə qoyub bükümdə olan maddənin şüşə, yəni narkotik maddə metamfetamin olduğunu, həmin maddəni xx.xx.2022-ci il tarixdə günorta saatlarında Binə qəsəbəsi, Vaqif küçəsində yaşayan Fuad aldı şəxsdən özü istifadə etmək üçün 20 manata aldığını demişdir. Bundan sonra aşkar edilmiş maddə qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər onun iştirakçılar tərəfindən imzalanaraq təstiq edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik maddənin mənbəsini, yəni ona narkotik vasitəni satan Fuad adlı şəxsin müəyyən edilməsi üçün bölmənin polis əməkdaşları X9 və X11 ilə birlikdə xx.xx.2022-ci il tarixdə saat 16:50 radəsində Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində X1. Ona xidməti vəsiqələrini təqdim edib polis əməkdaşı olduqlarını bildirib özünü təqdim etməsini demişlər. Həmin vaxt o, X10 olmasını demiş, bundan sonra onu Xəzər RPİ-nin 3-cü PŞ-nə dəvət etmişlər. Fuad razılaşaraq polis bölməsinə getmiş, şöbədə olan zaman Fuad Mustafayevin üzərinə şəxsi axtarış aparılması zərurəti yarandığından ona Xəzər rayonu ərazisində fəaliyyət göstərən vəkil bürosundan vəkil dəvət olunmuş, X4 üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış aparılmamışdan öncə ona hüquq və vəzifələri izah olunmuş, ona üzərində qanuna zidd əşya və ya predmet varsa təqdim etməsi təklif olunmuşdur. Bundan sonra o, əynində olan idman şalvarın sağ yan cibindən 2 ədəd qara rəngli kağıza, 2 ədəd ağ rəngli kağıza bükülmüş bükümü çıxararaq masanın üzərinə qoymuşdur. Həmin bükümlərə baxış keçirərkən içərisindən narkotik maddəyə bənzər kütlələr aşkar edilmişdir. Fuad Mustafayev sorğu sual zamanı üzərindən aşkar edilmiş bükümlərdə olan maddələri Suraxanı qəsəbəsi ərazisində bir bükümünü 10 manata «Ənvər» adlı şəxsdən özü istifadə etmək üçün almışdır. Bundan sonra aşkar edilmiş maddələr qablaşdırılaraq götürülmüş, müvafiq sənədləşdirmə aparılmış, tərtib edilmiş sənədlər onun və iştirakçılar tərəfindən imzalanaraq təstiq edilmişdir. Aparılmış təhqiqat zamanı şahid qismində ifadəsi alınmış Şahid4 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid4 təhqiqat zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Şahid3 iştirakı ilə Təqsirləndirilən şəxs narkotik vasitələrnin və psixotrop maddələrin qanunsuz dövriyyəsi barədə daxil olmuş əməliyyat məlumatı əsasında onun yerinin müəyyən edilməsi üçün keçirilmiş əməliyyat tədbiri zamanı xx.xx.2022-ci il tarixdə, saat 23 radələrində Təqsirləndirilən şəxs Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi Vaqif küçəsində saxlamışlar. Özlərini təqdim etdikdən sonra ona narkotik vasitə və psixotrp maddələrin qanunsuz dövriyyəsində şübhəli olduğu üçün onlarla birlikdə Xəzər RPİ-nin 3cü PŞ-nə getməsini bildirmişlər. Təqsirləndirilən şəxs etiraz etmədən onlarla birlikdə 3-cü PŞ-nə getmişdir. Polis Şöbəsində təhqiqatçı tərəfindən ona hüquq və vəzifələri izah edildikdən sonra üzərində videoçəkilişlə şəxsi axtarış keçiriləcəyi bildirilmişdir. Şəxsi axtarış keçrilməzdən əvvəl Təqsirləndirilən şəxs üzərində qanunla qadağan olunmuş maddə olub-olmaması soruşduqda o, əynində olan qara rəngli şalvarın sağ cibindən 01 ədəd gümüşü kağıza bükülmüş içərisində narkotik vasitə-heroin olan bükümü masanın üzərinə qoymuş, büküm açıldıqda içərisində narkotik maddə-heroinə bənzər maddə olması müəyyən olunmuşdur. Sorğu zamanı Təqsirləndirilən şəxs bükümün içərisində olan maddənin «kola» yəni heroin olduğunu, onu xx.xx.2022-ci il tarixdə özü istifadə etmək üçün Suraxanı qəsəbəsindən, üzdən tanıdığı, lakin adnı bilmədiyi şəxsdən 10 manata aldığını bildirmişdir. Bundan sonra aşkar edilmiş maddə götürülərək Təqsirləndirilən şəxs iştirakı ilə zərfə qoyulub qablaşdırılmış, zərfin üzəri möhürlənmiş, bu barədə protokol tərtib edilmiş, sonra protokol və zərfin üzəri iştirakçılar və Təqsirləndirilən şəxs tərəfindən imzalanmışdır. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 29 aprel 2022-ci il tarixli, 6/2467 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata tədim edilmiş üzərində «vət. Təqsirləndirilən şəxs üzərindən» sözləri olan 1 №-li zərfdəki bir ədəd bükümdə təmiz çəkisi 0,406 qram olan ağ rəngli kristallik hissəciklərdən ibarət maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir, üzərində «Vət. X4 üzərindən» sözləri olan 1 №-li zərfdəki iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,379 qr., 0,323 qr., ümumi təmiz çəkisi 0,702 qram olan ağ rəngi kristallik hissəciklərdən ibarət maddələr kustar üsulla hazırlanmış eyni tərkibli psixotrop maddə metamfetamindir, iki ədəd bükümdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,348 qr., 0370 qr., ümumi təmiz çəkisi 0,718 qram olan qəhvəyi rəngli maddələr kustar üsulla hazırlanmış, eyni tərkibli narkotik vasitə heroindir. 1 və 2 №-li zərflərdəki psixotrop maddəmetamfetaminlər xarici əlamətlərinə və kimyəvi komponent tərkiblərinə görə eynidirlər. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» in siyahısına (Siyahı İ) daxildir. Metamfetamin «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən keçirilmiş məhkəmə fiziki-kimyəvi ekspertizasının 21 iyul 2022-ci il tarixli, 6/3950 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, tədqiqata tədim edilmiş üzərində «şübhəli şəxs Təqsirləndirilən şəxs» sözləri, soyadlar imzalar qeyd edilmiş bir ədəd zərfin içərisində bir ədəd bükümdə təmiz çəkisi 0,410 qram olan qəhvəyi rəngli maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin 2005-ci il 28 iyun tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş «Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələrin» in siyahısına (Siyahı İ) daxildir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Narkoloji Mərkəzi tərəfindən keçirilmiş ambulator məcburi-narkoloji tibbi yoxlamanın xx.xx.2022-ci il tarixli, 3545 saylı rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, Təqsirləndirilən şəxs opioidlərin və psixostimulyatorların birgə qəbul edilməsi nəticəsində yaranan asılılıq sindromu (narkomaniya xəstəliyi) aşkar olunur. Narkomaniyadan məcburi müalicəyə ehtiyacı vardır. Ərazi narkoloji disponserində qeydiyyata alınması məsləhət görülür. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.1988-ci ildə Gürcüstan Respublikasının, Tbilisi şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 28 aprel 2022ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3cü PB-nin baş təhqiqatçısı, polis mayoru Namiq Binnətov tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 13:40- 13:55 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli şalvarın sağ yan cibindən 01 ədəd siqaretin ağ rəngli kağızına bükülmüş, psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 30 aprel 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin baş müstəntiqi, polis-mayoru Nicat Əliyev tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli protokoldan görünür ki, 20 iyul 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayəti törətməsinə bilavasitə şübhə yarandığından o, Xəzər RPİ-nin 3cü PB-nin baş təhqiqatçısı, polis mayoru Anar Hacıyev tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsi axtarış, baxış və götürmə aparılması haqqında protokoldan görünür ki, xx.xx.2022-ci il tarixdə saat 01:00- 01:15 radələrində Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən əynində olan qara rəngli cins şalvarın sağ cibindən 01 ədəd siqaretin gümüşü rəngli kağızına bükülmüş, narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. İş materiallarında olan 22 iyul 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Xəzər RPİ-nin İŞ-nin müstəntiqi, polis mayoru Ülvu Novruzov tərəfindən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 5.1-ci maddəsinə əsasən “Hər kəsin azadlıq və şəxsi toxunulmazlıq hüququ vardır.” İnsan Hüquqlarının və X5 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərərçəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” xx.xx.2011-ci il tarixli qərarında göstərilmişdir ki, “Törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Qanunun 1.0.10-cu maddəsində narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması anlayışının şərhi verilmişdir. Həmin maddənin mənasına görə narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Satış məqsədi olmadan narkotik vasitələrin və ya psixotrop maddələrin əldə edilməsi və saxlanılması cinayətinin tərkibinin mövcudluğu həll edilərkən də nəzərə alınmalıdır ki, CM-in 234.1-ci maddəsi ilə cinayət məsuliyyəti aşkar olunmuş narkotik vasitələrin və ya psixotrop maddələrin heç olmasa bir növünün miqdarı adı çəkilən siyahılarda bu növ üçün şəxsi istehlak miqdarından artıq miqdar daxil olmaqla yuxarı həddi göstərilmiş miqdardan çox olduqda yaranır. Aşkar edilmiş ayrı-ayrı növ narkotik vasitə, psixotrop maddələrin hər birinin miqdarı həmin siyahılarda göstərilənlərdən az olduqda isə belə məsuliyyət yaranmır (bir neçə növ narkotik vasitələrin miqdarlarının cəmi hər hansı növ maddə üçün həmin siyahılarda göstərilən miqdardan çox olduqda belə). Maddənin tərkibini bir necə növ narkotik vasitə (psixotrop maddə) təşkil etdikdə də narkotik vasitənin (psixotrop maddənin) miqdarı yuxarıda göstərilən qaydada müəyyən edilməlidir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 237-ci maddəsinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2013-cü il tarixli qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qeyd olunan beynəlxalq aktları ratifikasiya etməklə üzərinə öz ərazisi hüdudlarında mülahizəsinə uyğun olaraq “Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın narkotik vasitələrə dair İ Siyahısında göstərilən istənilən narkotik vasitəyə münasibətdə vacib hesab etdiyi xüsusi nəzarət tədbirini görmək öhdəliyini götürmüşdür (“Narkotik vasitələr haqqında” Vahid Konvensiyanın 2-ci maddəsinin 5-ci bəndinin “a”, “b” yarımbəndləri, 4-cü maddəsinin “a” bəndi ). Bu, həmçinin Azərbaycan Respublikasında insan sağlamlığı və rifahı üçün daha böyük təhlükə kəsb edən belə vasitələrin və maddələrin dövriyyəsinin tamamilə qadağan edilməsinə əsaslanmış və digər şəxslərin hüquq və qanuni mənafelərinin müdafiəsinə, ictimai təhlükəsizliyin və əhalinin sağlamlığının təmin olunmasına yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə və subyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Bununla yanaşı məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. CM-nin 59-cu maddəsi ilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirici hallar qismində nəzərə alına bilər.” Məhkəmə təqsirləndirilən şəxsin əməlini etiraf etməsini, səmimi peşman olmasını, ilk dəfə cinayət əməli törətməsini, himayəsində iki azyaşlı uşağının olmasını, ailəsinin yeganə qazanc gətirəni olmasını cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61.1.1-ci maddəsinə əsasən “Cinayətlərin təkrar törədilməsi - cəzanı ağırlaşdıran haldır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə əsasən “Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən təqsirləndirilən şəxsin etirafedici ifadəsinə, şahid ifadələrinə, ekspertiza rəyinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edərkən cəza təyin etmənin ümumi əsaslarını nəzərə alaraq, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən təyin olunan cəzanın cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalı olduğunu, 41.2-ci maddəsinə əsasən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilməli olduğunu, 58.3-cü maddəsinə əsasən cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunan cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Qeyd etmək lazımdır ki, Təqsirləndirilən şəxs törətdiyi cinayətin nəzərdə tutulduğu maddənin sanksiyasında azadlığın məhdudlaşdırılması və azadlıqdan məhrum etmə cəzaları nəzərdə tutulmuşdur. Lakin, məhkəmə təqsirləndirilən şəxsin hərəkətlərində mövcud olan cəzanı yüngülləşdirən hallar və onların mahiyyəti, həmçinin onun şəxsiyyəti ilə bağlı halların məcmusuna qiymət verərək bu nəticəyə gəlir ki, cəzanın məqsədlərinə qismən nail olunduğunu nəzərə alaraq, ona təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulan yüngül cəza növünü, yəni azadlığın məhdudlaşdırılması cəzasını təyin etsin. Məhkəmə eyni zamanda onu da qeyd edir ki, həmin cəza təqsirləndirilən şəxsin təqsirləndirildiyi maddənin sanksiyasında ağır cəzaya alternativ olaraq nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.1-ci maddəsinin tələbinə görə törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü yalnız o halda təyin edilir ki, az ciddi cəza növü cəzanın məqsədlərini təmin edə bilməsin. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının ikinci bəndinin məhkəmələrə tövsiyəsinə görə isə, belə hallarda maddənin sanksiyasındakı yüngül cəza növünün deyil, ağır cəza növünün seçilməsi əsaslandırılmalıdır. Məhkəmənin fikrinə görə, cəzanın məqsədləri və cəza təyin etmənin ümumi əsasları baxımından X6 azadlığın məhdudlaşdırılması cəzasının deyil, azadlıqdan məhrumetmə cəzasının təyin olunmasını əsaslandırmaq mümkün deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.2-ci maddəsinə əsasən “Azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək; elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək; məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək; müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri yerinə yetirməlidir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən “Xüsusi müsadirə cinayət-hüquqi tədbiri şəxsin cinayət yolu ilə əldə etdiyi pul vəsaitləri və ya digər əmlak, habelə həmin pul vəsaitləri və ya digər əmlak hesabına əldə edilmiş gəlirlər (qanuni sahibinə qaytarılmalı olan pul vəsaitləri və ya digər əmlak və ondan əldə edilmiş gəlirlər istisna olmaqla) məhkəmənin yekun qərarı ilə məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır.” Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,360 qram narkotik vasitə heroin və 0,356 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş materiallarında olan 1 ədəd disk cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 146 (bir yüz qırx altı) manat ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 03 (üç) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək və xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 04 (dörd) gün müddət bir günə iki gün hesabı ilə ona təyin olunmuş cəzadan çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 22 (iyirmi iki) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs yaşadığı ünvan 1 ünvanı axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı şəhərinin ərazi hüdudlarını tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirsin. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs cəza çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 93.1.2-ci maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin edilsin və o, ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bakı şəhəri Xəzər Rayon Polis İdarəsində maddi sübut kimi saxlanılan qalıq 0,360 qram narkotik vasitə heroin və 0,356 qram psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 146 (bir yüz qırx altı) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X3, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X8 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 30 saata görə 180 (bir yüz səksən) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 10 saata görə 60 (altmış) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-575/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-575/2022
22.11.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver