Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-576/2022 01.12.2022 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Hüseynli Hüseyn İnanc oğlunun sədrliyi, Namazov Fərəc Elman oğlunun katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru X4, Müdafiəçi - Bakı şəhəri 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakı ilə, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, məhkumluğu olmayan, subay, ünvan 1 ünvanında qeydiyaytda olmaqla yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktında göstərilmişdir ki, xx.xx.2002-ci il təvəllüdlü Təqsirləndirilən şəxs 2022-ci ilin yanvar ayında Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakavtomat yolu adlanan ərazidə yerləşən, kirayədə yaşadığı nömrəsiz fərdi evdə on altı yaşına çatmayan, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs ilə cinsi əlaqədə olmuşdur. Məhkəmə istintaqı zamanı dindirilmiş Təqsirləndirilən şəxs özünü ittiham olunduğu əməlin törədilməsində təqsirli bilməyərək ifadəsində bildirdi ki, o, Zərərçəkmiş şəxs 3-4 ilə yaxındır ki, tanıyır. Onun atası və anası öləndən sonra Məryəm müxtəlif yerlərdə yaşayırdı. O, Məryəmi sevir, onunla ailə qurmaq istiyirdi. Onun əvvəl qaldığı yerdə sözsöhbətlər olduğu üçün 2022-ci ilin yanvar ayında 140 manata Binə qəsəbəsində Bakavtomat yolunda Sevil adlı qadının evini kirayə ev götürmüşür. Məryəmi də ora köçürtmüşdür. O, gündəlik olaraq həmin evə gedərək ona qida məsulları aparırmış, lakin həmin evdə qalmırmış, həmin vaxtlar özü marşurut avtobusu idarə edirmiş. Məryəm həmin evdə 25 gün qalmışdır. O, Məryəmə mobil telefonda alıb vermişdir ki, onunla əlaqə saxlaya bilsin. 25-ci gün o, ərazaq məsulları alıb evə gəlmiş, lakin Məryəmin evdə olmadığını görmüşdür. 5 gün Məryəmi tapa bilməmiş və ona verdiyi mobil telefona zəng çatmamışdır. 5 gün sonra Məryəm özü ona zəng eləmiş, o, Məryəmə hara yoxa çıxdığını soruşmuş, Məryəm müxtəlif bəhanələr gətirmişdir. Bundan sonra Məryəm əmisi oğlu Mehtinin yaşadığı qadının evində qalmışdır. O, artıq Məryəmə inanmadığı üçün onu axtarmamış, bir neçə gün sonra Mehti ona zəng edib Məryəmin bir nəfər Vüsal adlı şəxslə gəzdiyini demişdir. Bundan sonra o, Məryəmi ümumiyyətlə axtarmamışdır. Bundan sonra Məryəm yenə ona zəng eləmiş, onlar Binə qəsəbəsində idarə etdiyi marşurut avtobusun sonuncu dayanacağına gəlmişdir. Həmin vaxt Məryəmə onu axtarmamağı demiş və artıq başqa istədyi qızın olduğunu bildirmişdir. Həmin vaxt Məryəm ona “sən görərəsən başına oyun açacam” demişdir. Məryəmin onun barəsində göstərdiyi yalandır, onu sevirmiş və onunla ailə həyatı qurmaq istəyirmiş. Məryəmlə heç vaxt cinsi əlaqədar olmamış, onun bakirəliyinin pozulmasını bilməmişdir. Həmçinin Mehti ona demişdir ki, yaşadığı Xanım adlı qadın ona deyib ki, Məryəmlə söhbət edən zaman o, Vüsal adlı şəxslə cinsi əlaqədə olduğunu və bakirəliyinin pozulduğunu bildirmişdir. O, həmişə çalışmışdır ki, Məryəmi düz yola çəksin və onunla ailə həyatı qursun, lakin bütün səylərinə baxmayaraq nəticə olmamışdır. Bundan başqa Məryəmin onun barəsində göstərdikləri şər və böhtandır. Təqsirləndirilən şəxs son sözündə cinayət əməli törətmədiyini bu səbəbdən də barəsində bəraət hökmünün qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərər çəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs bildirdi ki, atası Natiq Əliyev 2011-ci ildə nası Aygün Ağayeva isə 2021-ci ildə vəfat etmişdir. Bundan sonra o, bir müddət xalasının Xəzər rayonu, Mərdəkan qəsəbəsində yerləşən evində yaşamışdır. Lakin sonradan orada söz-söhbətlər olmuş və o, həmin evdən çıxımışdır. Təqsirləndirilən şəxs 6-7 ildir ki, tanıyır. 2022-ci ilin yanvar ayında Xalasının evindən çxıdıqdan o, Naibə zəng etmiş və qalmağa yeri olmadığını bildirmişdir. Həmin günü Naiblə görüşmüş və Naib onun üçün Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Bakaftamat yolu adlanan yerdə 140 manata kirayə ev tutmuşdur. Onlar həmin evdə birlikdə həmin evdə yaşamağa başlamışlar, Naib onun üçün ərzaq məsulları gətirimiş, təxminən 3-4 gün qalandan sonra Naib ona cinsi əlaqəda olmağı təklif etmiş, o, Naiblə razılaşmış və öz istəyi ilə Naiblə ilk dəfə cinsi ələqəda olmuş, həmin vaxt bakirəliyi pozulmuşdur. Təxminən bir aya yaxın həmin evdə birlikdə yaşayaraq mütəmadi olaraq öz istəyi ilə Naiblə cinsi əlaqəda olmuşlar. Bundan sonra Naib evin kirayə pulunu verə bilmədiyi üçün onlar həmin evdən çıxmışlar. Həmin vaxt Naib onu Xəzər rayonu, Binə qəsəbəsində dediyinə görə əmisi oğlunun evinə aparmış, həmin evdə Xanım adında Ayka ləqəbində bir nəfər qadın uşaqla birlikdə yaşamış.O, bir müddət həmin evdə yaşadıqdan sonra Naib onunla kobud davranmağa başlamış, bu səbəbdən də həmin evdən çıxmışdır. Bundan soonra 2022-ci ilin iyun aydında gecə vaxtı yola gedən zaman polis əməkdaşları onu saxlayaraq polis bölməsinə aparmışlar. Təqsirləndirilən şəxs onunla ilk dəfə cinsi əlaqədə olan zaman onun xx.xx.2007-ci il təvəllüdlü olduğunu bilirmiş, onunla ilk dəfə 2022-ci ilin yanvar ayında Naibin kirayə götürdüyü Binə qəsəbəsi Bakavtomat yolunda evdə cinsi əlaqədə olduğunu, lakin dəqiq tarixni xatırlamadığını, bundan sonra həmin evdə 2022-ci ilin yanvar ayında mütəmadi olaraq onun öz istəyi ilə cinsi əlaqədə olduqlarını göstərmişdir. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir, bu səbəbdən də təqsirləndirilən şəxslə barışmış, təqsirləndirilən şəxsdən şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 bildirdi ki, Təqsirləndirilən şəxs balaca qardaşıdır. O, Zərərçəkmiş şəxs sevirdi və onunla ailə həyatı qurmaq istəyirdi. Məryəmin valideyinləri ölmüşdür. Naib Məryəm üçün Binə qəsəbəsində Bakavtomat yolunda kirayə ev tutmuşdur, Məryəm orada qalırdı. O, çox vaxtı Naibi qoymurmuş ki, həmin evdə qalsın. Evi kirayə tutan zaman o, onlarla birlikdə gedib evə baxmışdır. Həmin evin sahibəsi Şahid1 idi. Sevil istintaq zamanı onun Mustafa olaraq qeyd edib, ola bilsin ki, adı onun yadınan çıxıb. Naibin Məryəmlə cinsi əlaqəda olmasını bilmir. Həmin evdə bir aya ayxın qalandan sonra X8 adlı qadının evinə aparmışdır və o, bir müddət orada qalmışdır. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid3 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid3 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Təqsirləndirilən şəxs əmisi nəvəsidir, Naibin tanıdığı Məryəm adlı qızla aralarında olan münasibətləri barədə istintaqa məlumat verərək bildirir ki, Naib Məryəm ilə bir-birilərini istəyirdilər. Belə ki, Naib yazığı gəldiyinə görə Məryəm üçün Binə qəsəbəsi, Bakavtomat yolunda kirayə ev tutmuşdu və Məryəmi həmin evdə saxlayırdı. Məryəm çöldə qazonların üzərində yatırdı və buna görə də Naib insanlıq naminə ev tutaraq Məryəmi həmin evdə saxlayırdı və həmin evin kirayə pulunu Naib özü verirdi. Naib özü də marşrutda sürücü işləyirdi. Onun bildiyinə görə bir müddət Məryəm Naibin onun üçün kirayə tutduğu evdə yaşamış, sonradan isə həmin evdən çıxıb getmişdir. Bir məlumatı da bildirir ki, onun bildiyinə görə Naib Məryəmlə cinsi əlaqədə olmamışdır. Belə ki, ümumiyyətlə Naib özü cavan olmasına baxmayaraq belə hərəkətə yol verən oğlan deyildir. Bundan da əlavə, özünün tanışım olan Ayka adlı qadın ona məlumat verərək bildirmişdir ki, Məryəm ona danışmışdır ki, onun Vüsal adlı tanışı ilə əlaqəsi və münasibətləri olmuşdur. Təxminən bildiyinə görə həmin Vüsal adlı şəxs Yasamal rayonunda yaşayır. Çünki bir dəfə evə gələndə görmüşdür ki, Məryəm adlı qız evdə yoxdur və bu barədə Aykadan soruşub maraqlananda Ayka demişdir ki, Vüsalla gedib. Buna görə də Aykaya demişdir ki, Məryəmə “tapşır ki, bu evdən çıxıb getsin, ona dedim ki, çünki biz ona köməklik etmək istəyirik, Məryəm isə hər gün bir yerə çıxıb gedir”. Aparılmış ibtidai istintaq zamanı şahid qismində ifadəsi alınmış Şahid1 məhkəmə iclasında iştirak etmədiyi üçün onun ifadəsi məhkəmə iclasında elan edilmişdir. Məhkəmə iclasında elan edilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi ifadəsində qeyd edilmişdir ki, Binə qəsəbəsi, Bakavtomat yolunda yeni sahələrdə yaşayır. Həmin ünvanda həyət evi var, evinin həyətində digər balaca bir ev tikmiş və həmin evin giriş-çıxını ayrıdır. O, həmin evi kirayə vermək üçün tikmişdir. 2022-ci ilin təxminən yanvar ayında yaşadığı ünvana gedən zaman 263 nömrəli avtobusda avtobusun sürücüsü Naibə demişdir ki, kirayə vermək üçün evi var. Naib də ona demişdir ki, həmin kirayə evi özü götürür. Həmin ərəfələrdə Naib gəlib evə baxmış və evi bəyənmişdir. Bundan sonra Naibin Mustafa adlı qardaşı gəlib evə baxmış və demişdir ki, Naib onun qardaşıdır və o həmin evdə nişanlısı ilə qalacaqlar. O, kirayə verdiyi evi hər ay üçün onlarla 140 manata razılaşmışdır. Onlar kirayəyə götürərək 140 manat məbləğində pul vermişlər. Təxminən 10-15 gün Naib nişanlısı ilə həmin evdə qalaraq çıxıb getmişlər, hətta işıq və qaz pulunu da verməmişlər. O, Naiblə əlaqə saxlayıb Binə qəsəbəsinin mərkəzində Naibdən 50 manat pulunu və evin açarlarını almışdır. Bundan sonra onu Suraxanı rayon polis idarəsinin 31-ci polis bölməsinə çağırmışlar və o, Naib və onunla yaşayan Məryəm adlı qızla bağlı izahat vermişlər. Bildirirəm ki, mən Naibin və onunla birgə yaşamış Məryəm adlı qızın mənim onlara kirayə verdiyim evdə nə işlə məşğul olduqlarını bilmirəm və bu barədə heç bir məlumatım olmayıb. X6 cinsi əlaqədə olduğunu bilməmişdir. Məhkəmə Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq ekspertiza rəylərini də sübut növü kimi qəbul etmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və X5 tərəfindən canlı şəxsin ekspertizasının xx.xx.2022-ci il tarixli, 635 saylı ekspert rəyində göstərilmişdir ki, 2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs qızlıq pərdəsinin tamlığı pozulmuşdur, pozulma müddəti müayinədən 2 həftədən artıqdır. M.N Əliyevada arxa keçəcəkdə qeyri-təbii yolla cinsi əlaqədə olmanı göstərən əlamətlər aşkar edilməmişdir. Məhkəməyədək icraat dövründə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 11/422 saylı ekspert rəyi məhkəmə iclasında tədqiq olunmaqla müəyyən olundu ki, xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqli və psixi inşafına, yaş və fərdi-psixoloji xüsusiyyətlərinə görə hadisə zamanı ona qarşı edilmiş hərəkətlərin mahiyyətini dərk etmək və öz hərəkətlərini idarə etmmək qabiliyyətinə malikdir. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs fərdi-psixoloji xüsusiyyətlərində özündən uydurmağa meyillilik əlamətləri müəyyən olunmur. Zərərçəkmiş şəxs əqil inkişafına, yaş və fərdi-pspxoloji xüsusiyyətlərinə görə baş vermiş hadisəni adekvat olaraq qavramaq, yadda saxlamaq və iş üçün əhəmiyyətli hallar barədə düzgün ifadə vermək qabiliyyətinə malikdir. xx.xx.2007-ci il təvəllüdlü Zərərçəkmiş şəxs əqil inkişafında psixi xəstəliklə əlaqədar olmayan gerilik əlamətləri müəyyən olunmur. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, xx.xx.2002-ci ildə Bakı şəhərində doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli şəxsin barəsində axtarış elan edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs ittiham elan etmək üçün axtarışın elan edilməsi haqqında qərar qəbul edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixdə axtarışda olan şəxsin tutulması haqqında protokoldan görünür ki, Təqsirləndirilən şəxs könüllü olaraq Xəzər RPİ 3-cü PŞ-yə gəlmiş, həmin tarixdə tutularaq Xəzər RPİ-nin Müvəqqəti-Saxlama Yerinə təhvil verilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə ********* saylı cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsi ilə ittiham elan edilmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2022-ci il tarixli tutulmuş şəxsin azad edilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs saxlanıldığı Xəzər RPİ MYS-dən azad edilmiş və onun barəsində başqa yerə getməmək haqqında iltizam tədbiri seçilmişdir. İş materiallarına əlavə olunmuş zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmış, təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyan ödənilmişdir və bu səbəbdən onun təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 63.1-ci maddəsinə əsasən “Hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır.” Azərbaycan Respublikası Konstitusiyasının 80-ci maddəsinə əsasən “Konstitusiyanın və qanunların pozulması, o cümlədən Konstitusiyada və qanunlarda nəzərdə tutulan hüquqlardan sui-istifadə və ya vəzifələrin yerinə yetirilməməsi qanunla müəyyən edilən məsuliyyətə səbəb olur.” İnsan Hüquqlarının və X3 haqqında Avropa Konvensiyasının 6.1-ci maddəsinə əsasən “Hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.1-ci maddəsinə əsasən “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin vəzifələri sülhü və bəşəriyyətin təhlükəsizliyini təmin etməkdən, insan və vətəndaş hüquq və azadlıqlarını, mülkiyyəti, iqtisadi fəaliyyəti, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, Azərbaycan Respublikasının konstitusiya quruluşunu cinayətkar qəsdlərdən qorumaqdan, habelə cinayətlərin qarşısını almaqdan ibarətdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 3-cü maddəsinə əsasən “Yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş cinayət tərkibinin bütün əlamətlərinin mövcud olduğu əməlin (hərəkət və ya hərəkətsizliyin) törədilməsi cinayət məsuliyyəti yaradır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 264-cü maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 66-cı maddəsinə uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cəmiyyət üçün ağır nəticələrə səbəb olan və qarşısı digər hüquq normaları ilə alınması mümkün olmayan ictimai təhlükəli əməl üçün cinayət məsuliyyəti müəyyənləşdirməkdə dövlət haqlıdır. Bu, insan hüquqlarının, xüsusilə də zərər çəkmiş şəxsin hüquq və qanuni mənafelərinin müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edir. Cinayət məsuliyyətinin müəyyən edilməsi və cinayət törətmiş şəxsin cəzalandırılması hər bir hüquqi dövlətdə insan hüquqlarının müdafiə edilməsinin üsullarından biridir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən “Cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 48-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2004-cü il tarixli qərarında göstərilmişdir ki, “Cinayətkarlığa qarşı tətbiq edilən cinayət hüquq təsir vasitələrinin səmərəliliyi onların hüquq pozuntusu törətmiş şəxsin fərdi xüsusiyyətlərinə, törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsinə, xarakterinə mütənasib olması, habelə məsuliyyətin və cəzanın fərdiləşdirilməsi ilə sıx bağlıdır. Cəza cinayətin hüquqi nəticəsi olmaqla fərdin təqsirli olaraq törətdiyi ictimai təhlükəli əmələ görə dövlət tərəfindən kəskin mənfi münasibətin göstəricisi kimi çıxış edir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 143.1-ci maddəsinə əsasən “Sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 152.1ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddə ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-1-ci maddəsinin şərh edilməsinə dair” xx.xx.2015-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət hüququnda cinayətin tövsifi dedikdə, törədilmiş ictimai təhlükəli əməldə müvafiq cinayət tərkibinin müəyyən edilməsi başa düşülür. Tövsif törədilmiş əməlin faktiki hallarının cinayət tərkibinin əlamətlərinə dəqiq uyğun gəlməsinin müəyyən edilməsinə yönəlmiş ardıcıl və məntiqi prosesdir. Buna görə də onun ilkin şərti törədilmiş əməlin hüquqi əhəmiyyət kəsb edən faktiki hallarının müəyyən edilməsindən və qiymətləndirilməsindən ibarətdir. Törədilmış əməlin faktiki halları müəyyən edilərkən cinayətin obyektinə, obyektiv cəhətinə, subyektinə vəsubyektiv cəhətinə görə istənilən cinayət tərkibinə xas olan əlamətlərin təsnifatı aparılır. Bu zaman əməlin xüsusiyyətləri, subyekti müəyyən edilir, onun motiv və məqsədləri aydınlaşdırılır, nəticələrinin xarakteri müəyyənləşdirilir. İş üzrə əhəmiyyətli olan bütün faktiki hallar müəyyən edildikdən sonra şəxsin törətdiyi, qanunla qadağan olunmuş ictimai təhlükəli əməlin tövsifi üçün müvafiq cinayət hüquq norması tətbiq edilir. Cinayətin tövsifinin digər şərti törədilmiş ictimai təhlükəli əməlin tərkibinin seçilmiş normada təsvir edilən tərkibə uyğunluğunun müəyyən edilməsindən ibarətdir. Konstitusiya Məhkəməsinin formalaşdırdığı hüquqi mövqeyə əsasən hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.9 və 60-cı maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” xx.xx.2012-ci il tarixli qərarında göstərilmişdir ki, “Cinayət qanunvericiliyində cəzanı yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməsi məhkəmə tərəfindən cəza hüdudları daxilində cəzanın ədalətli təyin edilməsinə və təyin edilmiş cəzanın hər bir konkret halda fərdiləşdirilməsinə xidmət edir. Belə ki, məhkəmə cinayət mühakimə icraatı zamanı ittiham hökmü ilə cəza təyin edərkən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır (CM-in 58.3-cü maddəsi). Bu baxımdan cəzanı yüngülləşdirən halların düzgün müəyyən olunması xüsusi əhəmiyyət kəsb edir. Qanunverici CM-in 59.1.1-59.1.10-cu maddələrində cəzanı yüngülləşdirən halların tam olmayan siyahısını müəyyən etmişdir. CM-də bu hallardan başqa cəzanı yüngülləşdirən digər halların nəzərə alınmasının mümkünlüyü də göstərilmişdir.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin Azərbaycan Respublikası CM-nin 59.1.13 və 59.1.14-cü maddəsinə əsasən zərər çəkmiş şəxs ilə barışıq əldə etməsini, zərər çəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını, zərər çəkmiş şəxsə dəymiş ziyanı ödəməsini, həmin Məcəllənin 59.2-ci maddəsinə əsasən ilk dəfə cinayət əməli törətməsini cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə təqsirləndirilən şəxsin cəzasını ağırlaşdıran hal müəyyən etmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 152.1-ci maddəsinə əsasən “On altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə - üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.” Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Eyni zamanda məhkəmə Təqsirləndirilən şəxs törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq onun cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmadığını, onun cəmiyyətdən xaric olunmadan və azadlıqdan məhrum etmə növündə cəza çəkmədən də islah olunmasını mümkün sayır. Buna görə məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 70-ci maddəsi tətbiq edilərək ona təyin edilmiş cəza şərti olaraq tətbiq olunmalı və ona sınaq müddəti müəyyən edilməlidir. Sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 71.1-ci maddəsinin şərh edilməsi haqqında” xx.xx.2010-ci il tarixli qərarında göstərilmişdir ki, “Şərti məhkum etmə məhkumun məhkəmənin qərarı ilə təyin edilmiş və müvafiq sınaq müddəti ərzində icra edilməyən cəzadan müəyyən şərtlərlə azad edilməsidir. Lakin qeyd etmək lazımdır ki, şərti məhkum etmə törədilmiş cinayətə görə təyin edilmiş cəzadan azad olunma kimi qəbul edilməməlidir. Belə ki, məhkəmənin qərarı ilə tətbiq edilmiş şərti məhkum etmə məhkumun cinayət məsuliyyətindən və ya cəzadan azad olunmasını nəzərdə tutmur, əksinə məhkum barəsində cəzanın növü və müddəti, şərti məhkum edilmiş şəxsin davranışına nəzarətin həyata keçirilmə müddəti müəyyən edilir. Cinayət qanunvericiliyi şərti məhkum etmənin cinayət-hüquqi təsir tədbiri olmasından irəli gələrək, məhkəmənin məhkumun üzərinə müəyyən vəzifələrin qoyulmasını tələb edir və həmin vəzifələrin icrası onun hüquqlarının məhdudlaşdırılmasına səbəb olur. Şərti məhkum etmə xüsusi cinayət hüquqi təsir tədbiri olmaqla öz təbiəti etibarilə cinayət məsuliyyətinin realizə olunmasının bir forması və cəzanın real çəkilməsindən azad edilmə institutu kimi çıxış edir. Bununla yanaşı qeyd olunmalıdır ki, şərti məhkum etmə cəzanın məhkəmə hökmü ilə cinayətin törədilməsində təqsirli bilinən şəxsə qarşı tətbiq etməni və belə şəxs üçün müəyyən məhrumiyyətlərin olmasını özündə ehtiva edir.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, şərti məhkum etmə haqlarında yalnız CM-nin 70-ci maddəsində göstərilən cəzaların təyin olunduğu şəxslər haqqında tətbiq oluna bilər.Şərti məhkumetmənin təyin edilməsi şərti məhkum edilənin islah olunması məqsədinə cavab verməlidir. Ona görə də məhkəmələr zəruri olduqda işin konkret hallarını, təqsirkarın şəxsiyyətini onun ailədə davranışını və s. nəzərə alaraq məhkumun üzərinə CM-nin 70.5ci maddəsində göstərilməyən vəzifələri də qoya bilər.Məhkəmə iki və ya daha çox cinayət törətmiş şəxsin şərti məhkum olunması qərarına gələrsə, belə qərar ayrılıqda hər bir cinayətə görə deyil, cinayətlərin məcmuyu üzrə qəti cəza təyin edilərkən qəbul olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.1-ci maddəsinə əsasən “İslah işləri, hərbi xidmət üzrə məhdudlaşdırma, intizam xarakterli hərbi hissədə saxlama və ya müəyyən müddətə azadlıqdan məhrum etmə növündə cəza təyin edən məhkəmə, məhkumun cəza çəkmədən islah olunmasını mümkün sayırsa, həmin cəzanın şərti olaraq tətbiq edilməsi haqqında qərar çıxara bilər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.2-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, məhkumun şəxsiyyətini, habelə cəzanı yüngülləşdirən və ağırlaşdıran halları nəzərə alır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70.5-ci maddəsinə əsasən “Məhkəmə şərti məhkum etmə təyin edərkən məhkumun üzərinə aşağıdakı vəzifələri qoya bilər: onun davranışı üzərində nəzarəti həyata keçirən orqanlara məlumat vermədən daimi yaşayış yerini, təhsil yerini, iş yerini dəyişməmək, müəyyən yerlərə getməmək, alkoqolizmdən, narkomaniyadan, toksikomaniyadan və ya zöhrəvi xəstəliklərdən müalicə kursu keçmək, ailəsinə maddi yardım göstərmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək. Məhkəmə, məhkumun üzərinə onun islah olunmasına kömək edən digər vəzifələr də qoya bilər.” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, cəza şərti olaraq tətbiq edilərkən nəzərə alınmalıdır ki, Cinayət Məcəlləsinin 70.1-ci maddəsi məhz təyin edilmiş cəzanın şərti olaraq tətbiq edilməsini təsbit etdiyindən, təqsirləndirilən şəxsin hökm çıxarılanadək həbsdə, ev dustaqlığında olduğu müddətlər təyin edilən cəza müddətinə hesablanmamalı və qərar çəkilməli olan deyil, təyin olunmuş cəzanın şərti olaraq tətbiq edildiyini əks etdirməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarında göstərilmişdir ki, şəxs cinayətlərin məcmusuna görə təqsirli bilindiyi hallarda cəzanın CM-in 70-ci maddəsi tətbiq olunmaqla şərti tətbiq edilməsi və yaxud CM-in 79-cu maddəsi tətbiq olunmaqla çəkilməsinin təxirə salınması yalnız qəti cəza təyin edildikdən sonra göstərilməlidir. Bu zaman nəzərə almaq lazımdır ki, CM-in 70-ci maddəsi yalnız əsas cəzaya (müəyyən müddətə azadlıqdan məhrum etmə, intizam xarakterli hərbi hissədə saxlama, hərbi xidmət üzrə məhdudlaşdırma, islah işləri), CM-in 79-cu maddəsi isə həm əsas, həm də əlavə cəzaya şamil edilə bilər. İş üzrə maddi sübut yoxdur. İş üzrə 80 (səksən) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə keçirilməlidir. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaqda və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında 03 may 2018-ci il tarixli 202 saylı Qərarına əsasən hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.1; 344-347; 349; 351-353; 356; 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 152.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 70-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs təyin olunmuş 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrumetmə cəzası şərti hesab edilməklə ona 02 (iki) il sınaq müddəti təyin olunsun. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Təqsirləndirilən şəxs davranışına nəzarət yaşayış yeri üzrə Bakı şəhəri Probasiya İdarəsinə tapşırılsın və onun üzərinə hökmün icrasına nəzarəti həyata keçirən orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 80 (səksən) manat məbləğində pul vəsaiti Təqsirləndirilən şəxs alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinə (X2, kod: 210005; VÖEN: **********; Müxbir hesab: AZ41NABZO**********000003944; SWİFT BİK: CTREAZ22) ödənilsin. Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi 12 saata görə 72 (yetmiş iki) manat, Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 18 saata görə 108 (bir yüz səkkiz) manat, ümumilikdə 180 (bir yüz səksən) manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Hüseyn Hüseynli
Məhkəmə qərarları › İş №1(003)-576/2022
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-576/2022
01.12.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver