Məhkəmə qərarları › İş №1(003)-577/2023

Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-577/2023

31.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-577/2023 31.08.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Tağıyev Zaur Müzəffər oğlunun sədrliyi, məhkəmə iclasının katibi Eyvazlı Məhəmməd Asəf oğlunun katibliyi, dövlət ittihamçısı – Azərbaycan Respublikası Baş prokurorluğu Dövlət ittihamının müdafiəsi üzrə İdarəsinin Bakı şəhərinin rayon məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, müdafiəçi – Bakı şəhəri 18 saylı Vəkil Bürosunun vəkili X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Göyçay rayonunda doğulmuş, Gürcüstan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, əvvəllər məhkum olunmamış, Qəbələ rayonu, Vəndam qəsəbəsində qeydiyyatda olan, ünvan 1 ünvanında yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil etmə və saxlama cinayətini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 2018-ci ilin iyul ayından 12 fevral 2023-cü il tarixədək olan müddət ərzində vahid niyyətlə əhatə olunan qəsdlə, tamah məqsədilə fahişəliklə məşğul olmaq və müxtəlif kişi müştərilərinə pul müqabilində cinsi əlaqədə olması üçün təqdim edilməsi ilə bağlı 19 iyul 2018-ci il tarixdə icarəyə götürdüyü Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Santafe” adlı hotelin otaqlarını cinsi əlaqədə olmaq üçün çarpayı və yataq dəsti ilə təchiz etmiş, bundan sonra Təqsirləndirilən şəxs Şahid5, Şahid4 və qeyrilərinin Şahid3 Sərdər qızı, Şahid2, Şahid1 və şəxsiyyəti istintaqa məlum olmayan fahişəliklə məşğul olan qadınlarla cinsi əlaqədə olmalarına şərait yaratmış, bunun müqabilində hər müştəridən 20 manat məbləğində pul almaqla ödənişli əsaslarla fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuva təşkil edib saxlamış, DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinə daxil olmuş məlumat əsasında həmin Baş İdarənin əməkdaşları tərəfindən 12 fevral 2023-cü il tarixdə saat 21 radələrində Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Santafe” adlı hoteldə keçirilmiş əməliyyataxtarış tədbiri nəticəsində hotelin 206 nömrəli otağında fahişəliklə məşğul olan Şahid3 Sərdər qızı və müştərisi Şahid5, 202 nömrəli otağında isə fahişəliklə məşğul olan Şahid2, Şahid1 və müştəriləri Şahid4 aşkar edilmiş, Şahid5 və Şahid4 hoteldə cinsi əlaqədə olmaqlarına görə Təqsirləndirilən şəxs verdikləri və sonuncunun könüllü olaraq polis əməkdaşlarına təqdim etdiyi ümumilikdə 40 manat olmaqla iki ədəd 20 manatlıq pul əskinasları götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxsin törətdiyi cinayət əməli məhkəmədə tədqiq edilmiş, onun, şahidin ifadəsi, iş materialları və işin digər halları ilə aşağıdakı qaydada araşdırılmışdır. Məhkəmə iclasında təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs ona elan olunmuş ittihamda özünü təqsirli bilərək verdiyi ifadəsində bildirmişdir ki, o, 2018-ci ildə icarəyə otel götürüb işlətmək qərarına gəlmişdir. həmin ərəfədə tanışından “Santafe” adlı otel barədə eşitmiş, bundan sonra həmin şəxsdən otelin sahibi Kənan Əhmədovun mobil telefon nömrəsini götürüb Kənan ilə əlaqə saxlamışdır. O, Kənanla söhbət etdikdən sonra otellə bağlı razılığa gələ bilmiş, təxminən 2018-ci ildən Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Santafe” adlı oteli X2 icarəyə götürüb işlətməyə başlamışdır. Bununla bağlı Kənanla arasında icarə müqaviləsi də bağlanmışdır. O, həmçinin otelin altında yerləşən “Texas” gecə klubunu da işlətmiş, həmin klubun sahibi də Kənandır. O, oteli icarəyə götürdükdən sonra qərara gəlmişdir ki, klubda tanış olan kişi və qadınlara oteldə cinsi əlaqədə olmaları üçün şərait yaratsın. O, düşünmüşdür ki, bu yol ilə yaxşı qazanc əldə edə bilər. Lakin klubdan kənarda müştərilər də onun otelinə gəlmiş, o həmin şəxslərə də şərait yaradıb oteldə cinsi əlaqədə olmarına razılıq vermişdir. 2018-ci ilin iyul ayından 2023-cü ilin fevral ayına kimi otelin otaqlarını 3-4 saatlıq müştərilərə 20 manat müqabilində icarəyə vermiş, müştərilər əsasən bir qadın və bir kişi olmuş və əsasın həmin müştərilər onun işlətdiyi gecə kulubunda tanış olub sonra otelə gəlmişdir. Lakin qeyd etdiyi kimi klubdan kənarda müştərilər otelə gəlmiş, o oteldə müştərilərin qeydiyyatını aparmaq üçün qeydiyyat kitabçası tutmamış, buna görə də otelə gələn müştərilərdən heç bir sənəd tələb etməmişdir. Oteldə 20 otaq olmuş, hər bir otağın içərsində sanitar qovşağı və hamam otağı yerləşmiş, o otaqların hamsını eyni qiymətə müştərilərə bir neçə saatlıq icarəyə vermişdir. O, gecə klubuna gələn, fahişəliklə məşğul olan qadınların çoxsunu tanımış, çünki həmin qadınlar demək olar ki hər gün klubdan tanış olduğu müştəri ilə otelə gəlib müştərilərlə cinsi əlaqədə olmuşdur. Təxminən xx.xx.2023-cü il tarixdə adını sonradan bildiyi Elnur adlı şəxs onun işlətdiyi həmin gecə kulubuna gələrək orada Türkan və Elnarə adlı qadınlarla tanış olub qadınlarla birlikdə otelə daxil olmuşdur. Elnur, Türkan və Elnarə ilə birlikdə otelə daxil olub ondan otaq götürmüş, o Elnura otelin 202 nömrəli otağını bir neçə saatlıq 20 manat qarşılığında vermiş, Elnur həmin qadınlarla birlikdə otağa daxil olmuş, təxminən 2-3 dəqiqə sonra isə Mübariz kulubda tanış olduğu Lalə adlı qadınla otelə daxil olmuş, o Mübarizə də otelin 206 nömrəli otağını bir neçə satlıq icarəyə vermiş, Mübariz həmin qadınla birlikdə otağa daxil olmuş, müştərilər ona otaqda cinsi əlaqədə olacaqlarını deməsələr də o bilmişdir ki, otelə gələn qadın və kişi otelin otaqlarında cinsi əlaqədə olacaqlar. Mübarizgil otelə gəldikdən təxminən 30-40 dəqiqə sonra otelə mülki geyimli bir neçə şəxs yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini, otelin otaqlarına baxış keçirməli olduqlarını bildirib qərarı ona göstərdikdə o polis əməkdaşlarına etiraz etməmiş və polis əməkdaşları otelin otaqlarına baxış keçirtmişdir. Otelin 202 nömrəli otağında Elnur, Elnarə və Türkan adlı qadın, 206 nömrəli otaqda isə Mübariz və Lalə adlı qadın polis əməkdaşları tərəfindən aşkar edilmişdir. Bundan sonra polis əməkdaşları onları bir qədər sorğu sual etmiş, sorğu-sual zamanı o hər şeyi etiraf edərək otelin fəaliyyətinə nəzarət etdiyini, otelə gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən 20-25 manat pul aldığını, xx.xx.2023-cü il tarixdə yuxarıda adlarını qeyd etdiyi şəxslərin otelə gəldiyini, həmin şəxslərə cinsi əlaqədə olmaq üçün oteldə şərait yaradaraq müxtəlif otaqlara yerləşdirib bunun qarşılığında Elnur və Mübarizin hər birindən 20 manat, ümumi olaraq 40 manat pul aldığını bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən ona Şahid4 və Şahid5 aldığı pulları təqdim etmək təklif olunmuş, həmin vaxt o 40 manat pulu, yəni 2 ədəd 20 manatlıq əskinasları polis əməkdaşlarına təqdim etmiş, hal şahidlərinin iştirakı ilə təqdim etdiyi pul əskinasları zərfə qoyularaq möhürlənmiş və onlar zərfin üzərini imzalamışlar. Daha sonra isə sənədləşdirmə işləri aparmaları üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunmuş, daha sonra isə onlar Baş İdarədə baş verənlərlə bağlı izahat vermişlər. O, otelə gələn qadın və kişinin cinsi əlaqədə olmaq məqsədilə gəldiklərindən məlumatlı olmuş, belə ki, otelə gələn şəxslər əsasən işlətdiyi gecə klubunda tanış olduqları qız ilə gəlmişdir. İşlətdiyi “Texas” adlı gecə klubuna gələn qadınların orada fahişəliklə məşğul olmalarından onun hər hansı maddi marağı olmamışdır. O, həmin qadınların orada müştərilərlə tanış olub pul qarşılığında cinsi əlaqədə olmalarına qarışmamış, o yalnız otelə gələn müştərilərə pul qarşılığında otaq icarəyə vermişdir. İlk dəfə cinayət məsuliyyətinə cəlb olunduğunu, törətdiyi əməli səmimi etiraf etdiyini, törətdiyi əməldən peşman olduğunu nəzərə alaraq məhkəmədən ona yüngül cəza verilməsini xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirmişdir ki, 2018-ci ildən etibarən fahişəliklə məşğul olaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmuş, Fəqan Salmanovu təxminən 2023-cü ilin yanvar ayından tanımış, yanvar ayının əvvəllərində hazırda tanımadığı tanışları ilə birlikdə olduğu zaman həmin şəxslər bildirmişdir ki, Türkan qəsəbəsində “Texas” adlı gecə klubu vardır. Oraya yaxşı, imkanlı müştərilər gəlir. Həmçinin elə gecə klubun üzərində də “Santafe” adlı otel vardır. Otelin sahibi həmin klubda tanış olan qadın və kişilərə oteldə cinsi əlaqədə olmaları üçün yaxşı şərait yaradır. Həmçinin həmin şəxslər əlavə olaraq bildirmişdir ki, həm gecə klubu, həm də otel Fəqan Salmanova məxsusdur. Bundan sonra o, qərara gəlmişdir ki, həmin kluba gedib orada tanış olduğu müştərilərlə elə həmin oteldə görüşüb cinsi əlaqədə olsun. Bundan sonra o, 2023-cü ilin yanvar ayından etibarən Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Texas” adlı gecə klubuna gedib orada tanış olduğu kişi müştərilərlə həmin klubun üzərində yerləşən “Santafe” oteldə cinsi əlaqədə olmağa başlamış, o, hər dəfə müştərilərlə müxtəlif məbləğlərdə pul qarşılığında cinsi əlaqədə olmuş, hər dəfə gecə klubunda tanış olduğu kişilərlə oteldə cinsi əlaqədə olmağına Fəqan Salmanov şərait yaratmışdır. O, həmin klubda Türkan adlı qadınla tanış olmuş və onların arasında normal münasibət yaranmışdır. Türkan da onun kimi fahişəliklə məşğul olmuş, 12 fervral 2023-cü il tarixdə həmin gecə klubunda Türkan ilə birlikdə olduğu zaman Elnur adlı şəxs onlara yaxınlaşıb onlarla tanış olmaq istədiyini bildirmiş, onlar Elnurla bir qədər söhbət etdikdən sonra Elnur onlarla cinsi əlaqədə olmaq istədiyini bildirərək onların ikisinə birlikdə 30 manat pul verə biləcəyini qeyd etmiş, belə olan halda onlar Elnurla razılaşmış, bundan sonra onlar Elnurla birlkdə “Santafe” otelə getmiş, oteldə onları həmişə olduğu qaydada Fəqan adlı şəxs qarşılamış, qeyd etdiyi kimi o, hər dəfə otelə müştəri ilə getdikdə onları orada qarşılayıb, otaq təqdim edən Fəqan olmuşdur. Həmin vaxt Fəqan Elnura otağın birini 20 manat pul müqabilində 3-4 saatlıq icarəyə verə biləcəyini bildirmiş, Elnur Fəqanla razılaşdıqdan sonra Fəqana 20 manat pul vermiş, bundan sonra Fəqan 202 nömrəli otağı onlara təqdim etmişdir. Fəqan heç vaxt otelə gələn müştərilərdən sənəd tələb etməmiş, bilidyi qədərilə Fəqanın heç oteldə qeydiyyat kitabçası da olmamışdır. Onlar həmin otaqda Elnurla cinsi əlaqədə olmuş, təxminən 40 dəqiqə sonra onlar otaqda olduqları zaman otağın qapısı döyülmüş, Türkan qapını açdıqdan sonra mülki geyimli bir neçə şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini qeyd edib onları sorğu-sual etmişlər. Həmin vaxt o, hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirib, onlar üçün bu şəraiti yaradan şəxsin Fəqan olduğunu, həmin otaqda onların Elnur adlı şəxslə cinsi əlaqədə olduqlarını, Elnurun bunun qarşılığında ona və Türkana 15 manat, ikisinə birlikdə 30 manat verdiyini bildirmiş, Elnur və Türkan da onun dediklərini təsdiq etmişlər. Həmçinin Təqsirləndirilən şəxs da hər şeyi etiraf edərək Elnurla onların cinsi əlaqədə olmaqları üçün otelin 202 nömrəi otağında şərait yaratdığnı və bunun qarşılığında Elnurdan 20 manat pul adığını bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Elnurdan aldığı 20 manat pulu təqdim etməyi təklif etmişlər. Təqsirləndirilən şəxs da Elnurdan aldığı 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmiş, həmin pul digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bundan sonra sənədləşdirmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişdir. Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunduqdan sonra isə Baş İdarədə baş verənlərlə bağlı izahat vermişlər. Onun həmin gecə klubunda müştəri taparaq cinsi əlaqədə olmağında X3 heç bir maddi marağı olmamış, Fəqan onların gecə klubunda müştəri tapmaqlarına qarışmamış, yalnız oteldə onların cinsi əlaqədə olmaqları üçün şərait yaradaraq, otelin otaqlarını cinsi əlaqədə olmaqları üçün müştərilərə bir neçə saatlıq pul qarşılığında icarəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirmişdir ki, 2020-ci ildən etibarən fahişəliklə məşğul olaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmuş, 2021-ci ilin əvvəllərində Günel adlı rəfiqəsilə birlikdə olduğu zaman Günel onun pul qazanmaqda çətinlik çəkdiyini bilmiş və ona bildirmişdir ki, onun özü Türkan qəsəbəsində “Texas” adlı gecə klubuna gedib oradan tanış olduğu müştərilərlə gecə klubun üzərində yerləşən “Santafe” oteldə pul qarşılığında cinsi əlaqədə olur. Həmçinin Günel qeyd etmişdir ki, oraya gələn müştərilər çox vaxt imkanlı şəxslər olur. Bu zaman o da qərarlaşdırmışdır ki, oraya getsin. Hazırda Günel rəhmətə getmişdir. Bundan sonra o 2021ci ildən etibarən Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Texas” adlı gecə klubuna gedib orada tanış olduğu kişi müştərilərlə həmin klubun üzərində yerləşən “Santafe” oteldə cinsi əlaqədə olmağa başlamış, o hər dəfə müştərilərlə müxtəlif məbləğlərdə pullar qarşılığında cinsi əlaqədə olmuş və hər dəfə gecə klubunda tanış olduğu kişilərlə oteldə cinsi əlaqədə olmağına Fəqan Salmanov şərait yaratmışdır. Fəqan gecə klubuna gələn qadınların demək olar ki hamsını tanımış, o oraya getdiyi müddətdə orada Elnarə adlı qadınla tanış olmuş, Elnarə də onun kimi fahişəliklə məşğul olmuşdur. 12 fervral 2023-cü il tarixdə həmin gecə klubunda Elnarə ilə birlikdə olduğu zaman Elnur adlı şəxs onlara yaxınlaşıb onlarla tanış olmaq istədiyini, bir qədər sonra isə Elnur onlarla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, belə ki, Elnur onların hər ikisinə birlikdə 30 manat pul verə biləcəyini qeyd etmiş, belə olan halda onlar Elnurla razılaşaraq birlikdə “Santafe” otelə getmişlər. Oteldə onları həmişə olduğu qaydada Fəqan adlı şəxs qarşılamış, o hər dəfə həmin otelə müştəri ilə getdikdə onları orada qarşılayıb, otaq təqdim edən Fəqan olmuşdur. Fəqan otelə gələn müştərilərə qadınlarla cinsi əlaqədə olmaları üçün şərait yaratdığından həmin vaxt Fəqan Elnura otağın birini 20 manat pul müqabilində 3-4 saatlıq icarəyə verə biləcəyini bildirmiş, Elnur Fəqanla razılaşdıqdan sonra Fəqana 20 manat pul vermiş, bundan sonra Fəqan 202 nömrəli otağı onlara təqdim etmişdir. Fəqan heç vaxt otelə gələn müştərilərdən sənəd tələb etməmiş, hətta bilidyim qədərilə Fəqanın heç oteldə qeydiyyat kitabçası da olmamışdır. Onlar həmin otaqda Elnurla cinsi əlaqədə olmuşlar. Təxminən 40 dəqiqə sonra onlar otaqda olduqları zaman otağın qapısı döyülmüş, o qapını açdıqda mülki geyimli bir neçə şəxs ona xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmiş, bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini qeyd edib onları sorğu-sual etmişlər. Həmin vaxt o hər şeyi olduğu kimi polis əməkdaşlarına bildirmiş, onlar üçün bu şəraiti yaradan şəxsin Fəqan olduğunu, həmin otaqda onların Elnur adlı şəxslə cinsi əlaqədə olduqlarını, Elnurun bunun qarşılığında ona və Elnarəyə 15 manat, ikisinə birlikdə 30 manat verdiyini bildirmiş, Elnur və Elnarə də onun dediklərimi təsdiq etmiş, həmçinin Təqsirləndirilən şəxs da hər şeyi etiraf edərək Elnurla onların cinsi əlaqədə olmaqları üçün otelin 202 nömrəli otağında şərait yaratdığnı və bunun qarşılığında Elnurdan 20 manat pul adığını bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Elnurdan aldığı 20 manat pulu təqdim etməyi təklif etmişlər. Bu zaman Fəqan Salmav da Elnurdan aldığı 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmiş, həmin pul digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bundan sonra sənədləşdirmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişdir. Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunmuşdur. Daha sonra isə o Baş İdarədə baş verənlərlə bağlı izahat verərək idarəni tərk etmişdir. Onun həmin gecə klubunda müştəri taparaq cinsi əlaqədə olmağında X3 heç bir maddi marağı olmamış, Fəqan onların gecə klubunda müştəri tapmaqlarına qarışmamış, Fəqan yalnız oteldə onların cinsi əlaqədə olmaqları üçün şərait yaradaraq otelin otaqlarını cinsi əlaqədə olmaqları üçün müştərilərə bir neçə saatlıq pul qarşılığında icarəyə vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 Sərdər qızı ifadə verərək bildirmişdir ki, 2021-ci ildən etibarən fahişəliklə məşğul olmağa başlayaraq pul müqabilində müxtəlif şəxslərlə cinsi əlaqədə olmuş, hazırda xatırlmadığı tanışlarından eşitdiyi Türkan qəsəbəsində yerləşən “Texas” adlı gecə klubuna gedib oradan tanış olduğu müştərilərlə pul qarşılığında cinsi əlaqədə olmuş, 2022-ci ilin təxminən oktyabr ayından etibarən Bakı şəhəri, Türkan qəsəbəsi, Üzümçülük sovxozunda yerləşən “Texas” adlı gecə klubuna gedib orada tanış olduğu kişi müştərilərlə həmin həmin klubun üzərində yerləşən “Santafe” oteldə cinsi əlaqədə olmuş, o hər dəfə müştərilərdən cinsi əlaqədə olmağının qarşılığında müxtəlif məbləğlərdə pul almış, həmin gecə klubunu və üzərində yerləşən otel Fəqan Salmanova məxsus olmuş, Fəqan gecə klubunda olan qadınlara müştərilərlə cinsi əlaqədə olmaqları üçün oteldə şərait yaratmış, otelə klubdan da kənar şəxslər gəlib qadınlarla cinsi əlaqədə olmuşdur. Fəqan həmin şəxslərə də oteldə cinsi əlaqədə olmalarına şərait yaratmışdır. 12 fervral 2023-cü il tarixdə həmin gecə klubunda olduğu zaman oraya müştəri kimi gələn Mübariz adlı şəxslə tanış olmuş, Mübariz ilə bir qədər söhbət etdikdən sonra Mübariz onunla cinsi əlaqədə olmaq istədiyini bildirmiş, o Mübarizlə 40 manat pul qarşılığında cinsi əlaqədə ola biləcəyini bildirmiş, Mübariz onunla razılaşmış, bundan sonra onlar həmin klubun üzərində olan “Santafe” otelə getmiş, oteldə onları Fəqan qarşılamiş, o hər dəfə otelə müştəri ilə getdikdə onları orada qarşılayıb, otaq təqdim edən Fəqan olmuşdur. Həmin vaxt Fəqan Mübarizə otağın birini 20 manat pul müqabilində 3-4 saatlıq icarəyə verə biləcəyini demiş, bundan sonra Mübariz Fəqana 20 manat vermiş və Fəqan 206 nömrəli otağı onlara təqdim etmişdir. Fəqan heç vaxt otelə gələn müştərilərdən sənəd tələb etməmiş, bildiyi qədərilə oteldə Fəqan heç qeydiyyat kitabçası da tutmamışdır. O, həmin otaqda Mübarizlə cinsi əlaqədə olmuş, təxminən 30 dəqiqə sonra onlar otaqda olduğu zaman otağın qapısı döyülmüş, o qapını açdıqdan sonra mülki geyimli bir neçə şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini qeyd edib onları sorğu-sual etmişlər. Həmin vaxt o baş verənlər barədə bildirib, onlar üçün bu şəraiti yaradan şəxsin Fəqan olduğunu, həmin otaqda Mübarizlə cinsi əlaqədə olduğunu, Mübarizin bunun qarşılığında ona 40 manat verdiyini bildirmiş, Mübariz də onun dediklərini təsdiq etmişdir. Həmçinin Təqsirləndirilən şəxs da hər şeyi etiraf edərək Mübarizlə onun cinsi əlaqədə olmağı üçün otelin 206 nömrəli otağında şərait yaratdığnı və bunun qarşılığında Mübarizdən 20 manat pul adığını bildirmiş, bundan sonra polis əməkdaşları Təqsirləndirilən şəxs Mübarizdən aldığı 20 manat pulu təqdim etməyi təklif etmişlər. Fəqan Salmav da Mübarizdən aldığı 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmiş, həmin pul digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmış, bundan sonra sənədləşdirmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunmuş, daha sonra isə onlar Baş İdarədə baş verənlərlə bağlı izahat verib idarəni tərk etmişlər. Onun həmin gecə klubunda müştəri taparaq cinsi əlaqədə olmağından X3 maddi marağı olmamış, Fəqan onun və digər qadınların gecə klubunda müştəri tapmağına qarışmamış, Fəqan yalnız oteldə onların müştəri ilə cinsi əlaqədə olmaqları üçün şərait yaratmış, otelin otaqlarını cinsi əlaqədə olmaqları üçün müştərilərə bir neçə saatlıq pul qarşılığında icarəyə vermişdir. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərmişdir ki, hazırda xatırlamadığı tanışından Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Sovxozunda yerləşən “Santafe” otelinin altında yerləşən “Texas” gecə klubunda cinsi əlaqədə olmaq üçün fahişəliklə məşğul olan qadınların olduğunu eşitmiş, o bir neçə dəfə həmin gecə klubuna gedib orada tanış olduğu qadınlarla pul qarşılığında cinsi əlaqədə olmuş, xx.xx.2023-cü il tarixdə istirahət etmək qərarına gəlmiş və bu məqsədlə qadınla cinsi əlaqədə olmaq üçün saat təxminən 19:30 radələrində qeyd etdiyi gecə klubuna getmişdir. Cinsi əlaqədə olmaq məqsədi ilə qadınla tanış olmaq üçün klubun zalında əyləşmiş və bu zaman orada olan əvvəlcədən tanıdığı Şahid2 və Şahid1 görərək həmin qadınları yanına çağırmış, o Türkan və Elnarə ilə bir qədər söhbət etdikdən sonra həmin qadınlara cinsi əlaqədə olmaq istədiyini bildirmiş, həmçinin o Türkangilə qeyd etmişdir ki, o onların hər ikisinə birlikdə 30 manat pul verə biləcəkdir. Türkan və Elnarə onunla razılaşmış, bundan sonra o Şahid2 30 manat pul vermiş, sonra isə onlar üçü birlikdə gecə klubun üzərində yerləşən “Santafe” otelə getmiş, otelin girişində Təqsirləndirilən şəxs onları qarşılayaraq ona otağın birini 20 manat pul müqabilində 3-4 saatlıq icarəyə verə biləcəyini demiş, o Fəqanla razılaşıb Fəqana 20 manat vermiş və Fəqan otelin ikinci mərtəbəsində yerləşən yataq dəsti ilə təhciz edilmiş 202 nömrəli otağı onlara təqdim etmişdir. Fəqan həmin vaxt onlardan sənəd tələb etməmiş, o həmin otaqda Türkan və Elnarə ilə cinsi əlaqədə olmuş, bundan bir qədər sonra onlar otaqda olduqları zaman otağın qapısı döyülmüş, Türkan qapını açdıqda mülkü geyimdə bir neçə nəfər şəxs otağa gələrək vəsiqələrini göstərib polis əməkdaşı olduqlarını bildirmiş və bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini qeyd edib onları sorğu-sual etmişlər. Onlara şəxsiyyətərini müəyyən etmək və oteldə bu şəraitin kim tərəfindən yaradılması barədə bir neçə sual vermişlər. Həmin vaxt o baş verənləri olduğu kimi qeyd edib Şahid1 və Şahid2 ilə “Santafe” otelinin altında yerləşən “Texas” adlı gecə klubunda tanış olduğunu, Elnarə və Türkan ilə 30 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün otelə getməyə razılaşdığını, xx.xx.2023-cü il tarixdə saat 20:30da Şahid1 və Şahid2 ilə birlikdə “Santafe” otelə gəldiyini və Təqsirləndirilən şəxs adlı şəxsdən cinsi əlaqədə olmaq üçün otaq istədiyini, bu zaman Fəqan onu, Şahid2 və Şahid1 202 nömrəli otağa yerləşdirdiyini və bunun müqabilində Fəqanın ondan 20 manat pul aldığını, otaqa daxil olduqdan sonra Şahid2 və Şahid1 ilə cinsi əlaqədə olduğunu polis əməkdaşlarına bildirmiş, Şahid1 və Şahid2 də onun dediklərini təsdiq etmişdir. İlkin sorğu zamanı Təqsirləndirilən şəxs da baş verənləri səmimi olaraq etiraf edərək otelin fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən 20-25 manat pul aldığını. xx.xx.2023-cü il tarixdə onun Şahid1 və Şahid2 ilə birlikdə otelə gəldiyini, ona həmin qadınlarla cinsi əlaqədə olmağı üçün oteldə şərait yaradaraq onları 202 nömrəli otaqda yerləşdirdiyini və ondan bunun qarşılığında 20 manat pul aldığını bidlirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ondan aldığı pulu təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmiş, hal şahidlərinin iştirakı ilə təqdim edilən pul əskinası zərfə qoyularaq 16 saylı möhürlə möhürləndikdən sonra onlar həmin zərfin üzərini imzalamışlar. Bundan sonra sənədləşdirmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmiş, Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunmuş, daha sonra isə Baş İdarədə baş verənlərlə bağlı izahat verib idarəni tərk etmişlər. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində göstərmişdir ki, 2023-cü ilin fevral ayında Türkan qəsəbəsində yerləşən yeni tikilən binada fəhlə işləmiş, onun iş yeri “Santafe” otelin arxasında yerləşmiş, orada işlədiyi vaxtlarda bir neçə dəfə otelin altında yerləşən “Texas” adlı gecə klubuna fahişəliklə məşğul olan qadınların gəlib getdiyini görmüş, 12 fevral 2023-cü il tarixdə işdən çıxdıqdan sonra qərara gəlmişdir ki, istirahət etmək üçün həmin gecə klubuna edib orada içki içərək tanış olduğu qadınla klubun üzərində yerləşən oteldə cinsi əlaqədə olsun. Çünki o bir neçə dəfə həmin otelə də qız və oğlanın getdiyinin şahidi olmuşdur. Bundan sonra o “Texas” adlı gecə klubuna getmiş, orada bir az spirtli içki qəbul etdikdən sonra Lalə adlı qadınla tanış olmuş, Lalə ilə bir qədər söhbət edərək Laləyə cinsi əlaqədə olmağı təklif etmiş, həmin vaxt Lalə ona bildirmişdir ki, onunla 40 manat pul qarşılığında cinsi əlaqədə ola bilər. O, Lalə ilə razılaşmış və onlar birlikdə gecə klubunun üzərində yerləşən “Santafe” otelə getmiş, otelin girişində Təqsirləndirilən şəxs adlı şəxs onları qarşılamış, həmin vaxt Fəqan ona otağın birini 20 manat pul müqabilində 3-4 saatlıq icarəyə verə biləcəyini demiş, o Fəqanla razılaşıb Fəqana 20 manat vermiş və Fəqan 206 nömrəli otağı onlara təqdim etmişdir. Fəqan həmin vaxt onlardan sənəd tələb etməmiş, o həmin otaqda Lalə ilə cinsi əlaqədə olmuş, təxminən 30 dəqiqə sonra onlar otaqda olduğu zaman otağın qapısı döyülmüş, Lalə qapını açdıqdan sonra mülki geyimli bir neçə şəxs onlara yaxınlaşıb xidməti vəsiqələrini göstərərək polis əməkdaşı olduqlarını bildirmişlər. Bundan sonra polis əməkdaşları əməliyyat tədbiri keçirdiklərini qeyd edib onları sorğu-sual etmiş, həmin vaxt o baş verənlər barədə bilidrib, onlar üçün bu şəraiti yaradan şəxsin Təqsirləndirilən şəxs olduğunu, həmin otaqda Lalə ilə cinsi əlaqədə olduğunu, Laləyə bunun qarşılığında 40 manat verdiyini bildirmişdir. Lalə də onun dediklərini təsdiq etmiş, İlkin sorğu zamanı Təqsirləndirilən şəxs da baş verənləri səmimi olaraq etiraf edərək otelin fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən 20-25 manat pul aldığını, xx.xx.2023-cü il tarixdə onun Şahid3 ilə birlikdə otelə gəldiyini, onların cinsi əlaqədə olmaqları üçün oteldə şərait yaradaraq onları 206 nömrəli otaqda yerləşdirdiyini və ondan bunun qarşılığında 20 manat pul aldığını bildirmiş, bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs ondan aldığı pulu təqdim etmək təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs 01 ədəd 20 manatlıq pul əskinasını polis əməkdaşlarına təqdim etmiş, həmin pul digər iştirakçıların iştirakı ilə zərfə qoyularaq qablaşdırılmışdır. Bundan sonra sənədləşdirmə işləri aparılması üçün polis əməkdaşları onları Baş İdarəyə dəvət etmişlər. Baş İdarədə protokol tərtib olunmuş və həmin protokol onlara ucadan oxunmuşdur. Daha sonra isə o Baş İdarədə baş verənlərlə bağlı izahat verib idarəni tərk etmişdir. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilmiş Şahid8 ifadəsində göstərmişdir ki, 12 fevral 2023-cü il tarixdə Baş İdarəyə Təqsirləndirilən şəxs adlı şəxsin Azərbaycan Respublikası vətəndaşı olan qadınları zor tətbiq etməklə, hədə-qorxu və digər məcbur etmə vasitələri ilə nəzarətində saxladığı qadınları Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük yaşayış sahəsində yerləşən “Santafe” otelində cinsi istismara məruz qoyması barədə əməliyyat məlumatları daxil olduğundan daxil olmuş məlumatın yoxlanılması məqsədilə onun tərəfindən raportla Baş İdarə rəhbərliyinə məruzə edilmiş, əməliyyat tədbirinin keçirilməsi barədə onun tərəfindən çıxarılmış qərar əsasında Baş İdarənin rəhbərliyi tərəfindən İAQMBİ-nin baş əməliyyat müvəkkili polis polkovnik-leytenantı Şahid10 və əməliyyat müvəkkili polis leytenantı Şahid9 ibarət əməliyyat qrupu yaradılmış, əməliyyat tədbirinin keçirilməsində iştirak etmək üçün iki nəfər hal şahidi qismində Baş İdarəyə dəvət edilərək həmin şəxslərə Azərbaycan Respublikası CPM-in 94-cü maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmiş, daha sonra əməliyyat qrupunun üzvləri və hal şahidləri ilə birlikdə qeyd olunan ünvanda yerləşən otelə yollanmışlar. xx.xx.2023-cü il tarixdə saat 21:00-da əməliyyat qrupu hal şahidləri ilə birlikdə “Santafe” otelə daxil olmuş, otelə daxil olarkən onları qarşılayaraq özünü oranın icarədarı kimi təqdim edən Təqsirləndirilən şəxs xidməti vəsiqələrini göstərərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirərək daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında otelin otaqlarına baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs onların təklifinə etiraz etməyərək onların otelə baxış keçirtmələrinə icazə vermiş, baxış zamanı otelin 3 mərtəbədən, 18 yataq dəsti ilə təchiz edilmiş otaqlardan ibarət olduğu və otelin otaqlarına baxış zamanı 206 nömrəli otaqda bir nəfər kişi və bir nəfər qadının yarıçılpaq vəziyyətdə olması aşkar edilmiş, ilkin şifahi sorğu zamanı həmin şəxslərin ankat məlumatları dəqiqləşdirilərək həmin şəxslərin Şahid5 və Şahid3 Sərdər qızının olmaları müəyyən edilmişdir. Sorğu-sual zamanı Şahid5 bildirmişdir ki, Şahid3 ilə “Santafe” otelin altında yerləşən “Texas” adlı gecə klubunda tanış olmuş, Lalə ilə 40 manat müqabilində cinsi əlaqədə olmaq üçün otelə getməyə razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 20:50-də Lalə ilə otelə gəldiyi zaman Təqsirləndirilən şəxs onları qarşılamış və o Fəqandan cinsi əlaqədə olmaq üçün otaq istəmişdir. Fəqan onu və Şahid3 206 nömrəli otağa yerləşdirərək bunun müqabilində Fəqan ondan 20 manat pul almışdır. Otaqa daxil olduqdan sonra Şahid3 ilə cinsi əlaqədə olmuşdur. Otaqda aşkar olunmuş Şahid3 bir neçə müddətdir maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, bir müddət “Santafe” otelin altında yerləşən “Texas” adlı gecə klubuna gəldiyini və orada tanış olduğu şəxslərlə pul müqabilində “Santafe” oteldə cinsi əlaqədə olduğunu, xx.xx.2023-cü il tarixdə həmin klubda Şahid5la tanış olduğunu, Mübarizlə 40 manat pul müqabilində cinsi əlaqədə olacağını razılaşdığını, saat 20:50-də qeyd edilən otelə Şahid5la birlikdə gəldiyini, Şahid5 otelin icarədarı Təqsirləndirilən şəxs otağa görə 20 manat pul verdiyini və həmin otaqda Mübarizlə cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan əlavə otelin 202 nömrəli otağında yarıçılpaq vəziyyətdə bir kişi və iki qadın aşkar olunmuşdur. Həmin şəxslərin şəxsiyyətlərini müəyyən olunması və otelə gəlmək məqsədlərini öyrənmək üçün onlar tərəfindən suallar verilmiş, həmin şəxslərin Şahid4, Şahid2 və Şahid1 olmaları müəyyən edilmiş, Şahid4 baş verənləri etiraf edərək bildirmişdir ki, Şahid1 və Şahid2 ilə “Santafe” otelinin altında yerləşən “Texas” adlı gecə klubunda tanış olmuş, həmin qadınlarla 30 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün otelə getməyə razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 20:30-da Şahid1 və Şahid2 ilə birlikdə “Santafe” otelə gəlmiş və Təqsirləndirilən şəxs adlı şəxsdən cinsi əlaqədə olmaq üçün otaq istəmişdir. Fəqan onu, Şahid2 və Şahid1 202 nömrəli otağa yerləşdirmiş və bunun müqabilində ondan 20 manat pul almışdır. Otaqa daxil olduqdan sonra Şahid2 və Şahid1 ilə cinsi əlaqədə olmuşdur. Otaqda aşkar edilmiş Şahid2 və Şahid1 da Şahid4 dediklərini təsdiq edərək bir müddət maddi vəziyyətləri çətin olduqları üçün fahişəliklə məşğul olduqlarını, bir neçə müddətdir “Santafe” otelinin altında yerləşən “Texas” adlı gecə klubuna gəldiklərini və orada tanış olduqları şəxslərlə pul müqabilində “Santafe” oteldə cinsi əlaqədə olduqlarını, xx.xx.2023-cü il tarixdə həmin klubda Şahid4la tanış olduqlarını, Elnurla 30 manat pul müqabilində hər ikisinin cinsi əlaqədə olacaqlarını razılaşdıqlarını, saat 20:30-da qeyd edilən otelə Şahid4la birlikdə gəldiklərini, Şahid4 Təqsirləndirilən şəxs otağa görə 20 manat pul verdiyini və həmin otaqda hər ikisinin Şahid4la cinsi əlaqədə olduqlarını bildirmişdirlər. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq edərək hər şeyi etiraf etmiş və otelin fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən 20-25 manat pul aldığını. xx.xx.2023-cü il tarixdə yuxarıda adları qeyd olunan şəxslərin otelə gəldiyini, həmin şəxslərə cinsi əlaqədə olmaq üçün oteldə şərait yaradaraq müxtəlif otaqlara yerləşdirib Elnur və Mübarizin hər birindən 20 manat, ümumi olaraq 40 manat pul aldığını bildirmişdir. Bundan sonra onlar tərəfindən Təqsirləndirilən şəxs Şahid4 və Şahid5 aldığı pulu əməliyyat qrupuna təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs 40 manat pulu, yəni 2 ədəd 20 manatlıq əskinasları onlara təqdim etmiş, hal şahidlərinin iştirakı ilə təqdim edilən pul əsginasları zərfə qoyularaq qablaşdırılmış, daha sonra iştirakçılar müvafiq sənədləşdirmə aparılması üçün orada şəraitinin olmadığından onlar tərəfindən Baş İdarəyə dəvət olunmuşlar. Baş İdarəyə onun tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. Bundan sonra iştirakçılar baş verənlər barədə izahat verdikdən sonra baş idarəni tərk etmişlər. Baş idarəyə 12 fevral 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatında Təqsirləndirilən şəxs “Santafe” otelində zor tətbiq etməklə və hədə-qorxu gəlməklə qadınları insan alverinə məruz qoyması göstərildiyi üçün o raportda, əməliyyat-axtarış tədbirinin keçirilməsi haqqında qərarda və əməliyyat-axtarış tədbirinin yekunu barədə tərtib olunmuş protokolda Təqsirləndirilən şəxs qadınları zor tətbiq etməklə və hədə-qorxu gəlməklə insan alverinə məruz qoymasını göstərmiş, lakin onun tərəfindən protokol tərtib olunarkən və Baş İdarəyə dəvət olunmuş şəxslərin izahatları alınarkən həmin qadınların özlərinin fahişəliklə məşğul olduqlarını, həmin qadınlara qarşı hər hansı zor tətbiq edilmədiyini, hədə-qorxu gəlinmədiyini müəyyən etmiş, qeyd olunan xüsusat da ilkin materialda öz əksini tapmışdır. Məhkəmə iclasında ibtidai istintaq zamanı şahid qismində dindirilmiş DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı Şahid10 və Şahid9 elan edilmiş ifadələri ilə onun da oxşar, eyni məzmunlu ifadə verərək Şahid8 göstərdiklərini təsdiq etməsi müəyyən edilmişdir. Məhkəmə iclasında işi üzrə şahid qismində dindirilmiş Şahid6 ifadəsində göstərmişdir ki, 12 fevral 2023-cü il tarixdə axşam saatlarında Bakı şəhəri, Azadlıq prospektində yerləşən “Baku electronics” mağazalar şəbəkəsinin qarşısında olan zaman bir nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq xidməti vəsiqəsini göstərib İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşı olduğunu bildirmiş, həmin şəxs ona əməliyyat tədbiri keçirəcəklərini bildirib keçiriləcək əməliyyat tədbirində onun da iştirak etməyi üçün hal şahidi qismində dəvət etmiş, o razılıq verdikdən sonra polis əməkdaşı tərəfindən Baş İdarəyə dəvət edilmiş və hal şahidi kimi hüquq və vəzifələri izah edilmişdir. Ondan başqa bir nəfər də hal şahidi kimi dəvət edilmiş, o Baş İdarədə həmin şəxsin adının Şahid7 olduğunu bilmiş, hüquq və vəzifələri onlara izah edildikdən sonra Fədai və o polis əməkdaşları ilə birlikdə Bakı şəhəri, Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük yaşayış sahəsində yerləşən “Santafe” otelinə yola düşmüşlər. xx.xx.2023-cü il tarixdə saat 21:00-da polis əməkdaşları ilə birlikdə “Santafe” otelə daxil olmuş, otelə daxil olarkən onları özünü oranın icarədarı kimi təqdim edən Təqsirləndirilən şəxs qarşılamış, polis əməkdaşları Təqsirləndirilən şəxs xidməti vəsiqələrini təqdim edərək DİN-in İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları olduqlarını bildirmiş və daxil olmuş məlumatı yoxlamaq məqsədilə çıxarılmış qərar əsasında otelə baxış keçirmək üçün icazə istəmişlər. Təqsirləndirilən şəxs polis əməkdaşlarının təklifinə etiraz etməmiş, baxış zamanı otelin 3 mərtəbədən, 18 yataq dəsti ilə təchiz edilmiş otaqlardan ibarət olduğu, otelin otaqlarına baxış zamanı isə 206 nömrəli otaqda bir nəfər kişi və bir nəfər qadının yarıçılpaq vəziyyətdə olması aşkar edilmiş, ilkin şifahi sorğu zamanı həmin şəxslərin ankat məlumatları dəqiləşdirilərək həmin şəxslərin Şahid5 və Şahid3 Sərdər qızının olmaları müəyyən edilmişdir. Sorğu-sual zamanı Şahid5 bildirmişdir ki, Şahid3 ilə “Santafe” otelin altında yerləşən “Texas” adlı gecə klubunda tanış olmuş, Lalə ilə 40 manat müqabilində cinsi əlaqədə olmaq üçün otelə getməyə razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 20:50-də Lalə ilə otelə gəldiyi zaman Təqsirləndirilən şəxs onları qarşıladıqda o Fəqandan cinsi əlaqədə olmaq üçün otaq istəmişdir. Fəqan onu və Şahid3 206 nömrəli otağa yerləşdirmiş və bunun müqabilində Fəqan ondan 20 manat pul almışdır. Otaqa daxil olduqdan sonra Şahid3 ilə cinsi əlaqədə olmuşdur. Otaqda aşkar olunmuş Şahid3 bir neçə müddətdir maddi vəziyyəti çətin olduğu üçün fahişəliklə məşğul olduğunu, bir müddət “Santafe” otelin altında yerləşən “Texas” adlı gecə klubuna gəldiyini və orada tanış olduğu şəxslərlə pul müqabilində “Santafe” oteldə cinsi əlaqədə olduğunu, xx.xx.2023-cü il tarixdə həmin klubda Şahid5la tanış olduğunu, Mübarizlə 40 manat pul müqabilində cinsi əlaqədə olacağını razılaşdığını, saat 20:50-də qeyd edilən otelə Şahid5la birlikdə gəldiyini, Şahid5 otelin icarədarı Təqsirləndirilən şəxs otağa görə 20 manat pul verdiyini və həmin otaqda Mübarizlə cinsi əlaqədə olduğunu bildirmişdir. Bundan əlavə otelin 202 nömrəli otağında yarıçılpaq vəziyyətdə bir kişi və iki qadın aşkar olunmuş, həmin şəxslərin şəxsiyyətlərini müəyyən olunması və otelə gəlmək məqsədlərini öyrənmək üçün polis əməkdaşları tərəfindən həmin şəxslərə suallar verilmiş, onların Şahid4, Şahid2 və Şahid1 olmaları müəyyən edilmişdir. Şahid4 baş verənləri etiraf edərək bildirmişdir ki, Şahid1 və Şahid2 ilə “Santafe” otelinin altında yerləşən “Texas” adlı gecə klubunda tanış olmuş, Türkangil ilə 30 manat pul müqabilində cinsi əlaqədə olmaq üçün otelə getməyə razılaşmış, xx.xx.2023-cü il tarixdə saat 20:30-da Şahid1 və Şahid2 ilə birlikdə “Santafe” otelə gəlmiş və Təqsirləndirilən şəxs adlı şəxsdən cinsi əlaqədə olmaq üçün otaq istəmişdir. Fəqan onu, Şahid2 və Şahid1 202 nömrəli otağa yerləşdirmiş və bunun müqabilində ondan 20 manat pul almışdır. Otaqa daxil olduqdan sonra Şahid2 və Şahid1 ilə cinsi əlaqədə olmuşdur. Otaqda aşkar edilmiş Şahid2 və Şahid1 da Şahid4 dediklərini təsdiq edərək bir müddət maddi vəziyyətləri çətin olduqları üçün fahişəliklə məşğul olduqlarını, bir neçə müddətdir “Santafe” otelinin altında yerləşən “Texas” adlı gecə klubuna gəldiklərini və orada tanış olduqları şəxslərlə pul müqabilində “Santafe” oteldə cinsi əlaqədə olduqlarını, xx.xx.2023-cü il tarixdə həmin klubda Şahid4la tanış olduqlarını, Elnurla 30 manat pul müqabilində hər ikisinin cinsi əlaqədə olacaqlarını razılaşdıqlarını, saat 20:30-da qeyd edilən otelə Şahid4la birlikdə gəldiklərini, Şahid4 Təqsirləndirilən şəxs otağa görə 20 manat pul verdiyini və həmin otaqda hər ikisinin Şahid4la cinsi əlaqədə olduqlarını bildirmişdirlər. Bundan sonra ilkin şifahi sorğu zamanı Təqsirləndirilən şəxs deyilənləri təsdiq edərək hər şeyi etiraf etmiş və otelin fəaliyyətinə nəzarət etdiyini, ora gələn kişi və qadınlara intim əlaqədə olmaq üçün şərait yaratdığını, bunun müqabilində müştərilərdən 20-25 manat pul aldığını, xx.xx.2023-cü il tarixdə qeyd olunan şəxslərin otelə gəldiyini, onlara cinsi əlaqədə olmaq üçün oteldə şərait yaradaraq onları müxtəlif otaqlara yerləşdirib Elnur və Mübarizin hər birindən 20 manat, ümumi olaraq 40 manat pul aldığını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən Təqsirləndirilən şəxs Şahid4 və Şahid5 aldığı pulu əməliyyat qrupuna təqdim etmək təklif olunmuş, Təqsirləndirilən şəxs 40 manat pulu, yəni 2 ədəd 20 manatlıq əskinasları polis əməkdaşlarına təqdim etmiş, onların iştirakı ilə təqdim edilən pul əskinasları zərfə qoyularaq qablaşdırılmış, daha sonra iştirakçılar müvafiq sənədləşdirmə aparılması üçün orada şəraitinin olmadığından polis əməkdaşları tərəfindən Baş İdarəyə dəvət olunmuş, Baş İdarədə polis əməkdaşı Şahid8 tərəfindən protokol tərtib olunmuş və həmin protokol iştirakçılar tərəfindən imzalanmışdır. O, polis əməkdaşları tərəfindən hər hansı bir qanun pozuntusuna yol verilməsinin şahidi olmamışdır. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid7 Şahid6 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini bir daha təsdiq etmişdir. İş materiallarına əlavə olunmuş olunmuş cinayət işinin başlanması və icraata qəbul olunması barədə qərardan görünür ki, 02 mart 2023-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə cinayət işi başlanılmış, başlanmış cinayət işinə ********* nömrəsi verilmişdir. İş materiallarına əlavə olunmuş məhkumluğun yoxlanılmasına dair Azərbaycan Respublikası DİN BƏSİİ tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, xx.xx.1977-cu ildə Azərbaycan Respublikası, Göyçay rayonunda doğulmuş Təqsirləndirilən şəxs məhkumluğu barədə əməliyyat sorğu kartotekasında məlumat yoxdur. İş materiallarından görünür ki, 12 fevral 2023-cü il tarixdə Təqsirləndirilən şəxs üzərindən götürülmüş 40 manat (qırx) manat məbləğində pul öz xüsusiyyətinə, əlamətlərinə və cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə köməklik etdiyinə görə maddi sübut kimi tanınaraq, Azərbaycan Respublikası CPM-in 129.2-ci maddəsinin tələblərinə əsasən saxlanılması üçün dövlət bankına təhvil verilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs qismində cəlb etmək haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 244.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli təqsirləndirilən şəxs barəsində qətimkan tədbiri seçilməsi barədə qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 145.2-ci maddəsinə əsasən təhqiqatçı, müstəntiq, prokuror, hakim qanunu və vicdanını rəhbər tutaraq sübutların məcmusunun hərtərəfli, tam və obyektiv baxılmasına əsaslanmaqla öz daxili inamına görə sübutları qiymətləndirirlər. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraat materiallarına və ya xüsusi ittiham üzrə şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halları araşdıraraq, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124-cü maddəsinin tələblərinə uyğun olaraq iş üzrə dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri sübut növü kimi qəbul edərək, həmin sübutlara və onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, belə nəticəyə gəlir ki, təqsirləndirilən şəxs İsaev Rashadın əməlində cinayət tərkibi vardır. Lakin ittiham aktına əsasən onun törətmiş olduğu cinayət əməli düzgün olmayaraq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsinə əsasən fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə-iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya dörd yüz saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 138.1-ci maddəsinə əsasən “Sübutetmə ittihamın qanuni, əsaslı və ədalətli həlli üçün əhəmiyyət kəsb edən halların müəyyən edilməsi məqsədi ilə sübutların əldə edilməsindən, yoxlanılmasından və qiymətləndirilməsindən ibarətdir.” Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 144-cü maddəsinə əsasən “Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır.” Belə olan halda, məhkəmə toplanmış və məhkəmə iclasında tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikası CM-nin 244.1-ci maddəsi ilə düzgün tövsif olunmuş və o, həmin maddələr ilə məsuliyyətə cəlb olunub cəzalandırılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən “Cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən “Cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır.” Məhkəmə təqsirləndirilən şəxsin ilk dəfə cinayət əməli törətməsini, əməlini etiraf etməsini, səmimi peşman olmasını Azərbaycan Respublikası Cinayət Məcəllənin 59.2-ci maddəsinə əsasən cəzanı yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 144-cü maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və onların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən şahid ifadəsinə, yuxarıda sadalanan sübutlara, onların məcmusuna tam, obyektiv və hərtərəfli hüquqi qiymət verərək, məhkəmə belə nəticəyə gəlir ki, cinayət hadisəsi törədilmişdir, törədilmiş cinayət hadisəsi ilə əlaqədar təqsirləndirilən şəxsin əməlində cinayət tərkibi vardır, cinayət əməlinin Təqsirləndirilən şəxs tərəfindən təqsirli olaraq törədilməsi tam sübuta yetir, onun törətmiş olduğu cinayət əməli düzgün olaraq Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə tövsif edilmişdir. Beləliklə təqsirləndirilən şəxs həmin maddədə göstərilən cinayət əməlini törətməkdə təqsirlidir və əməlin cinayət olmasını aradan qaldıran hallar yoxdur. Təqsirləndirilən şəxsin cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Buna görə də Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 44.2.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsə cəza təyin etməklə ittiham hökmü çıxarılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 2.2-ci maddəsinə əsasən Cinayət Məcəlləsi cinayətlərin törədilməsinə görə tətbiq edilən cəzaların həddini və həcmini müəyyən edir. Həmin Məcəllənin 5.1-ci maddəsində müəyyən edilən qanunçuluq prinsipinə əsasən əmələ görə cəza yalnız Cinayət Məcəlləsi ilə müəyyən edilir, 8-ci maddəsinə əsasən isə cəza ədalətli olmalıdır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən cəzanın növü və həddi müəyyən edilərkən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin ümumi hissəsinin müddəaları nəzərə alınmalı və xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli təyin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” xx.xx.2003-cü il tarixli qərarında göstərilmişdir ki, “Məhkəmələrə tövsiyə edilir ki, əlavə cəzaların həm məhkumların özləri, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısının alınması üçün mühüm əhəmiyyətə malik olduğunu nəzərə alaraq hökm çıxararkən əsas cəzanın təyin edilməsi ilə yanaşı müvafiq əlavə cəzanın təyin edilməsi məsələsini də müzakirə etsinlər.” Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 46.1-ci maddəsinə əsasən müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə dövlət orqanlarında, yerli özünüidarə orqanlarında konkret vəzifə tutmağın və ya konkret peşə və ya digər fəaliyyətlə məşğul olmağın qadağan edilməsindən ibarətdir. Bu cəza növü əsas cəza kimi bir ildən beş ilədək müddətə, əlavə cəza kimi isə bir ildən üç ilədək müddətə təyin edilir. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən törədilmiş cinayətin xarakterini və ictimai təhlükəliliyini, təqsirkar şəxsin şəxsiyyətini nəzərə alaraq, məhkəmə onun müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququnun saxlanılmasını qeyri-mümkün hesab edərsə, həmin şəxsə bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddəsi ilə nəzərdə tutulmayan hallarda da müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum etmə cəza növünü əlavə cəza kimi təyin edə bilər. Məhkəmə törədilmiş cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxsin şəxsiyyətini, cəzanı yüngülləşdirən halları nəzərə alıb, habelə təyin ediləcək cəzanın ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs təqsirli bilindiyi maddənin sanksiyası həddində ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə cərimə cəzasını təyin etməyi qanuni olmaqla əsaslı və ədalətli hesab edir. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 132.1.1-ci maddəsinə əsasən Maddi sübutlar barədə məsələnin həlli ilə əlaqədar məhkəmə yekun qərar çıxararkən şəxsin cinayət törədilərkən istifadə etdiyi alət və vasitələr (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) xüsusi müsadirə olunmalı və müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. Məhkəmə, hazırkı iş üzrə xüsusi müsadirə ilə bağlı məsələlərə də hüquqi qiymət verməyi zəruri hesab edir. Azərbaycan Respublikası CM-nin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Həmin Məcəllənin 99-1.1.1-ci maddəsinə əsasən xüsusi müsadirə cinayət-hüquqi tədbiri məhkumun cinayət törədilərkən istifadə etdiyi alət və vasitələrin (qanuni sahibinə qaytarılmalı olan alət və vasitələr istisna olmaqla) məcburi qaydada və əvəzsiz olaraq dövlət nəfinə alınmasıdır. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinin depozit hesabına verilmiş 40 (qırx) manat pul dövlət nəfinə müsadirə edilməlidir. Məhkəmə məsrəfləri ilə bağlı, məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını məhkəmə istintaqı zamanı Müdafiəçi müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkillərinə Dövlət Büdcəsi hesabına vəsait ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası CPM-nin 193.2-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəçinin xidmətlərini ödəməyə kifayət qədər vəsaiti yoxdursa və müdafiəçinin cinayət prosesində iştirakı bu Məcəllənin 92.3-cü maddəsində nəzərdə tutulmuş hallarda təmin olunmalıdırsa, cinayət prosesini həyata keçirən orqan həmin şəxsə hüquqi yardımın göstərilməsini Azərbaycan Respublikasının dövlət büdcəsi vəsaiti hesabına təmin etməlidir. Həmin Məcəllənin 197.1.5-ci maddəsinə əsasən şübhəli və ya təqsirləndirilən şəxsə pulsuz hüquqi yardım göstərildiyi halda, cinayət prosesini həyata keçirən orqan tərəfindən təyin olunmuş müdafiəçiyə ödənilməli olan haqqın məbləği məhkəmə məsrəflərinə aiddir. “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1 fevral 2001ci il tarixli 31 nömrəli Qərarının 1-ci bəndinə əsasən CPM-in 193.2, 193.4 və 194cü maddələrində nəzərdə tutulmuş hallarda hüquqi yardımın göstərilməsinə görə müdafiəçiyə (vəkilə) ödənilən haqq hər iş saatı üçün 6 manat məbləğində müəyyən edilmişdir. İş üzrə mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 197-198, 344-349, 351-353, 384, 385-ci maddələrini rəhbər tutaraq, məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 244.1-ci maddəsi ilə təqsirli bilinsin və ona 02 (iki) il müddətinə ictimai və iaşə obyektlərinin fəaliyyəti ilə məşğul olma hüququndan məhrum edilməklə 3500 (üç min beş yüz) manat miqdarında cərimə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Azərbaycan Respublikası DİN Maliyyə Plan İdarəsinin depozit hesabına verilmiş 40 (qırx) manat pul dövlət nəfinə müsadirə edilsin. Təqsirləndirilən şəxs hüquqlarının məhkəmə istintaqda müdafiə etmiş Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili Müdafiəçi 36 manat məbləğində vəsait Azərbaycan Respublikasının Dövlət Büdcəsindən tutularaq Bakı şəhəri 08 saylı Vəkil Bürosunun hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ**********0000001944, S.W.İ.F.T.BİK AİİB AZ2X, hesab AZ 35AİİB********************, VÖEN **********) köçürülsün. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən Zaur Tağıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar