Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 1(003)-579/2025 29.01.2026 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Xəzri Ramilə Həşim qızının sədrliyi, Mehdiyeva Nigar Namizəd qızının katibliyi, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X2 Müdafiəsi İdarəsinin Bakı Şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs, Müdafiəçi - Bakı şəhəri 08 saylı Vəkil Bürosunun vəkili X3, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxx 2004-cü ildə Fizuli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, məhkum olunmamış, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanında qeydiyyatda olan, Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Donuzçuluq sovxozunda fərdi evdə yaşayan və barəsində “başqa yerə getməmək” haqqında iltizam qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : Təqsirləndirilən şəxs 29 iyun 2025-ci il tarixdə saat 14:50 radələrində əvvəllərdən tanıdığı Zərərçəkmiş şəxs ilə Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, “Binə Bazan”-nın arxa hissəsində yerləşən bərbərxanada olduğu vaxt bir neçə dəqiqəlik evə getmiş bərbərin qayıdıb gəlməsini gözləyərək söhbət etdikləri zaman şit zarafat etdiyi üçün Zərərçəkmiş şəxs onun boynundan tutub sıxmaqla zarafatını dayandırmasını tələb etməsindən narazı qalaraq aralarındakı şəxsi münasibətlərin pozulması zəmnində mübahisə yaradıb əsəbləşərək qəsdən qisas almaq məqsədi ilə həmin bərbərxanada heç kimin olmadığı vaxt Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyyələrindən yumruğu ilə bir neçə dəfə zərbələr vurub yerə yıxaraq döyməklə Zərərçəkmiş şəxs alının hematoması və əzilmiş yarası, sağ qulaqarxası nahiyyənin hematoması və qansızması, sağ bazunun qançırı, sağ və sol dirsəyin, sağ baldırın sıyrıqları ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki dirsək oynağının yumşaq toxumalarının əzilməsi ilə nəticələnən Zərərçəkmiş şəxs sağlamlığının qısa müddətə pozulmasına səbəb olduqlarına görə sağlamlığına yüngül dərəcəli zərərvurmaya aid bədən xəsarətləri yetirməklə Zərərçəkmiş şəxs qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə iclasında Təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, xx.xx.2025-ci il tarixdə saat təxminən 14:50 radələrində Binə qəsəbəsində yerləşən bazarın arxa hissəsində olan, Məhəmməd adlı bərbərin işlətdiyi “Bərbər salonuna” saçını düzəltdirmək məqsədilə getmişdir. Həmin vaxt bərbərxanaya üzdən tanıdığı qəsəbə sakini Ehtiram adlı şəxs də saçını düzəltdirmək üçün gəlmişdi. Məhəmməd 10-15 dəqiqəlik yaxınlıqdakı evinə gedib qayıdacağını bildirmiş və onu gözləmək üçün bərbərxanada oturmuşlar. Daha sonra o, Ehtiramla zarafat etməyə başlamış, lakin etdiyi zarafatlar Ehtiramın xoşuna gəlməmişdir. Bu səbəbdən Ehtiram onun boyun nahiyəsindən tutaraq, onunla belə zarafat etməməsini bildirmişdir. O, Ehtiramın bu hərəkətindən əsəbləşərək əli ilə onun alın nahiyyəsindən zərbə ilə vurmuş və nəticədə Ehtiram yıxılaraq xəsarət almışdır. Daha sonra Ehtiram bərbərxanadan çıxıb gedmişdir. Onu da bildirmişdir ki, tərəflər arasındakı mübahisə 2-3 dəqiqə çəkmiş, hadisə zamanı bərbərxanada başqa şəxslər olmamış, yalnız onlar ikisi olmuşdur. Törətdiyi əməli etiraf edərək etdiyini, barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs bildirdi ki, xx.xx.2025-ci il tarixdə saat 14:50 radələrində Binə qəsəbəsində yerləşən bazarın arxa hissəsində olan Məhəmməd adlı bərbərin işlətdiyi “Bərbər salonuna” gedib ki, saçını Məhəmmədə düzəltdirsin. Həmin vaxt ora üzdən tanıdığı qəsəbə sakini “Murad” adlı şəxsdə saçını düzəltdirmək üçün gəlmişdir. O, içəri daxil olarkən Məhəmməd ona bildirmişdir ki, 10-15 dəqiqəlik yaxınlıqdakı evinə gedib gəlir. O, da bir söz deməyib onu orada gözləyib. O, Muradla söhbət edirkən, söhbət zamanı Murad onunla şit zarafatlar etməyə başlamış, oda Muradın boynundan tutaraq demişdir ki, ged buradan mənimlə zarafat elemə. Murad da onun hərəkətindən əsəbləşərək əli ilə onun alın nahiyyəsindən vuraraq onu yerə yıxmış və o, yerə yıxılaraq xəsarət almışdır. Daha sonra yerdən qalxıb mübahisə uzanmasın deyə çıxıb evə getmişdir. Onu da qeyd edib ki, onların mübahisəsi 2-3 dəqiqə çəkib, həmin vaxdı orada kənar şəxslər olmamışdır, yalnız ikisi olmuşlar. Təqsirləndirilən şəxs şikayətçidir və cəzalandırılmasını xahiş edir. Məhkəmə iclasında təqsirləndirilən şəxsin müdafiəçisi X1 Murad Bəxtiyar oğlu barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının tətbiq olunmasını, iş üzrə icraata xitam verilməsini xahiş etdi. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: - Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Pataloji Anatomiya birliyi publik hüquqi şəxsin 30 iyun 2025-ci il tarixli, 622 saylı rəyindən görünür ki, 1992-ci il təvəllüdlü Zərərçəkmiş şəxs bədəni üzərində aşkar edilmiş xəsarətlər - alının hematoması və əzilmiş yarası, sağ qulaqarxası nahiyyənin hematoması və qansızması, sağ bazunun qançırı, sağ və sol dirsəyin, sağ baldırın sıyrıqları, ağrı sindromu və hərəkət məhdudluğu ilə müşayiət olunan hər iki dirsək oynağının yumşaq toxumalarının əzilməsi küt əşya (əşyalar) təsirindən törənmiş, törənmə müddətləri onun məhkəmə-tibb müayinəsindən 1 gün əvvəl olmaqla, qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gələ bilər və sağlamlığın qısa müddətə pozulmasına səbəb olduqlarına görə bunlar sağlamlığa YÜNGÜL dərəcəli zərərvurmaya aiddirlər. Hadisə haqqında məlumatlara, qeyd olunan xəsarətlərin xarakterinə və lokalizasiyasına əsasən demək olar ki, Zərərçəkmiş şəxs bədənində aşkar olunmuş xəsarətlərin kənar şəxs tərəfindən yetirilməsi istisna olunmur. - xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, hadisə yerinə Bakı şəhəri Xəzər rayonu Binə qəsəbəsi Binə kənd bazarının arxa hissəsində olan kişi salonunun qarşı hissəsində adsız küçədə yerləşən fərdi evə baxış keçirilmişdir; -- Azərbaycan Respublikası DİN-in BƏSİİ-dən alınmış xx.xx.2025-ci il tarixli tələbnaməyə əsasən müəyyən olunur ki, Təqsirləndirilən şəxs əvvələr cinayət məsuliyyətinə cəlb olunmayıb. - xx.xx.2025-ci il tarixli qərardan məlum olur ki, Zərərçəkmiş şəxs cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmişdir; - xx.xx.2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilmişdir; Məhkəmə tərəfləri dinləyib və iş materiallarını nəzərdən keçirib hesab edir ki, Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarı Təqsirləndirilən şəxs barəsində tətbiq edilməli və onun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə icraata xitam verilməli və o, cinayət məsuliyyətindən azad olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin: 39.1.12-ci maddəsinə əsasən amnistiya aktına əsasən şəxs cinayət məsuliyyətindən azad edilməli olduqda cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir); 40.1-ci maddəsinə görə cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir; “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının: 5.1-ci bəndinə görə məhkəmələr icraatında olan bu Qərar qüvvəyə mindiyi günədək baxılmamış cinayət işləri və məhkəməyədək sadələşdirilmiş icraat materialları üzrə bu Qərarın 1.1–1.16-cı bəndlərində nəzərdə tutulan şəxslər, habelə böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verir və ya həmin şəxsləri təyin edilmiş cəzadan azad etməklə ittiham hökmü çıxarırlar (bu Qərarın 6-cı və 7ci hissələrində qeyd edilən məhdudiyyətlər nəzərə alınmaqla); 6-cı və 7-ci bəndlərində amnistiyanın tətbiqinə məhdudiyyətlər nəzərdə tutulmuşdur ki, Təqsirləndirilən şəxs əməli həmin məhdudiyyətlərin tətbiq dairəsinə düşmür. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs tərəfindən törədilən CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməli böyük ictimai təhlükə törətməyən cinayətdir və yuxarıda qeyd edilən amnistiya qərarının 5.1-ci bəndi bu cinayətləri törətmiş şəxslər barəsində cinayət təqibinə xitam verilməsini təsbit edir. Beləliklə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi Azərbaycan Respublikasının Milli Məclisinin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli qərarının 5.1-ci bəndinin təsiri altına düşdüyündən o, cinayət məsuliyyətindən azad edilməli və onun barəsində olan cinayət işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddəsində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, hazırkı cinayət işi üzrə CM-nin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxsin hüquqlarının ibtidai istintaq zamanı və məhkəmə iclaslarında müdafiəsi xərcləri Azərbaycan Respublikası CPM-in 193.2 və 193.3-cü maddələrinə, habelə “Müdafiəçilərə, tərcüməçilərə, mütəxəssislərə və ekspertlərə ödənilməli olan məbləğlərin miqdarı haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2001-ci il tarixli 31 nömrəli Qərarına dəyişikliklər edilməsi haqqında xx.xx.2025-ci il tarixli 141 saylı Qərarına əasasən hər iş saatı üçün 11 manat məbləğində müəyyən edilərək dövlət büdcəsindən ödənilməlidir. İş üzrə mülki iddia, maddi sübut, məhkəmə məsrəfi və müsadirə ediləcək əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 40.3, 305.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə Təqsirləndirilən şəxs barəsində “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 dekabr 2025-ci il tarixli Qərarının 5.1-ci bəndi tətbiq edilməklə o, cinayət məsuliyyətindən azad edilsin və barəsində olan cinayət işinin icraatına xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin Bakı şəhəri, 8 saylı Vəkil Bürosunun vəkili X4 tərəfindən Təqsirləndirilən şəxs hüquqlarının ibtidai istintaq zamanı müdafiə edilməsinə görə sərf etdiyi vaxta görə 330 manat, məhkəmədə müdafiə edilməsinə görə sərf etdiyi 11 saat vaxta görə 110 manat məbləğində pul vəsaiti Azərbaycan Respublikasının dövlət büdcəsindən tutularaq 8 saylı Vəkil Bürosunun hesablaşma hesabına ("xxxx" ASC Xəzər filialı, kod 200178, VÖEN **********, m/h AZ 37NABZ********************, S.W.İ.F.T.BİK AİİBAZ2X, hesab AZ35AİİB********************, VÖEN **********) ödənilsin. Qərardan 20 gün müddətində Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər. Qərar ondan apellyasiya şikayəti və apellyasiya protesti verilməzsə qeyd olunan müddət başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Ramilə Xəzri
Məhkəmə qərarları › İş №1(003)-579/2025
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Qərar — İş №1(003)-579/2025
29.01.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver