Azərbaycan Respublikası adından HÖKM Bakı şəhəri İş № 1(003)-58/2023 23.06.2023 BAKI ŞƏHƏRİ XƏZƏR RAYON MƏHKƏMƏSİ Hakim Qəhrəmanov Əkrəm Sabir oğlunun sədrliyi, Mirzəyeva Mahirə Bayaz qızının katibliyi, Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3, onun nümayəndəsi - “Qanunçuluq” Vəkil bürosunun vəkili Müdafiəçi1, Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 və onun müdafiəçisi – Bakı şəhəri 7 saylı Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə 27 iyul 1971-ci il tarixdə Sabirabad rayonunda doğulmuş, ali təhsilli, evli, Bakı şəhəri Qaradağ rayonu Qobu Park 3 ünvanında yerləşən ünvan 2 əvvəllər məhkum olunmamış, ünvan 3 ünvanında qeydiyyatda olan, faktiki olaraq ünvan 4 ünvanında yaşayan – - X6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respublikası CM-nin) 147.1 və 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiala məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: X7 xüsusi ittiham qaydasında şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X6 Azərbaycan Respublikasını CM-nin 147.1 və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etmişdir. Xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 şikayətini onunla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Qaradağ rayonu, Qobu Park 3 ünvanında yerləşən ünvan 6iyi tərəfindən sosial internet şəbəkəsi hesab edilən və 42 nəfər iştirakçısı olan "WhatsApp" müəllimlər qrupu yaradılmışdır. Bu məktəbdə müəllimə işləyən X1 rayonu Horadiz şəhəri S.Vurğun küçəsi ev.18 ünvanında qeydiyyatda olmaqla, hazırda ünvan 8n 12 nömrəli mənzilində yaşayır. X11 2022-ci il 4 iyul tarixində 42 nəfər iştirakçısı olan "WhatsApp" müəllimlər qrupunda aşağıda göstərilən məlumatları yerləşdirməklə Bakı şəhəri Yasamal rayonu ərazisində yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq, onun şərəf və ləyaqətini qəsdən nalayiq formada alçaldaraq ona qarşı Azərbaycan Respublikasının CM-nin 147.1.-ci və 148-ci maddələri ilə nəzərdə tutulan cinayətləri törətmişdir. Belə ki, X11 2022-ci il 4 iyul tarixində "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “sən ərli ola-ola sevgili tapıb onun vasitəsilə ərinin xəbəri olmadan boşanıb uşaqlarının, dədəsinin, atasının adını belə dəyişdirən insansan". X4 onu ərinə xəyanət etməkdə ittiham edərək onun şərəfini və nüfuzunu ləkələmişdir. Bundan başqa, X11 2022-ci il 4 iyul tarixində yuxarıda qeyd edilən "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "onun anası kiminsə, hansısa bir kişinin evinə girib o kişinin başına oyun açıb, onu çölə atıb, bomj gününə onun evini əlindən almayıb. Onun anası kiməsə faizə pul verib, qızıllarını əlindən alıb, sonra faizə verdiyi pulu alandan sonra da o qızılları geri qaytarmayıb. Bunların hamısını sən danışmısan". Bundan başqa, X11 2022-ci il 4 iyul tarixində yaşadığı ünvan 8n 12 nömrəli mənzilində yuxarıda qeyd edilən "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, “oğlun səni alt paltarında döyüb, bloka atıb, başında stol sındırıb, ağız-burnunu küçə söyüşləri ilə söydüyü kimi, mənim oğlum o hərəkətləri mənə etməyib, çünki bilir ki, anası ona layiq qadın deyil. Xəstə ananı, uşağını atıb hansısa sevgilidən ötrü küçəyə düşməmişəm. Bir sevgilidən ötrü az qalmışdın dəli olub çöllərə düşəsən". Bundan başqa, X11 "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "mən sənin arxivini heç vaxt araşdırmamışam, çünki bu, mənim ümumiyyətlə marağımda olan bir şey deyil ki, mən kiminsə arxivini qurdalayım. Mənim həyatda öz prinsiplərim var, öz prinsiplərimlə yaşayan adamam. Sən isə ömür boyu onunla-bununla şantaj, ana-bala bir-birinizi məhkəməyə verməklə, anan ömür boyu məhkəmələrdə, ana-bala bir-birinizin üzünə şahid keçə-keçə məhkəmələrdə ömür boyu bütün nəsil-kökü, sən danışmısan, anam qurğuşun töküb atamı öldürmək istəyirdi, ona görə anamı boşadılar." Bundan əlavə, X11 "WhatsApp" müəllimlər qrupunda onun ünvanına bildirmişdir ki, "sən boz rəngdə bir əski parçasısan, onun yanına bir ağ parça qoyanda bozun yanına o ağın yanında o boz kirli görsənir, amma o ağı qapqara qaraya boyayanda o boz təmiz görsənir qaraya baxanda. Sən mənim üçün o boz tryapkasan". Bununla da X11 onun şərəfini və nüfuzunu yalan olduğunu bilə-bilə ləkələyici məlumatlarla ləkələmiş, onun ləyaqətini nalayiq formada alçaltmışdır. Bu qrupda iştirak edən müəllimlərin bir çoxu həm də həmin məktəbin valideynləridir. Buna görə də bu səsləri müəllimlərlə yanaşı həm də şagirdlər də dinləmişlər. Qeyd olunanlara əsasən X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1.-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında şikayət verən şəxs X7 şikayəti müdafiə edərək Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X6 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 147.1.-ci və 148-ci maddələri ilə cinayət məsuliyyətinə cəlb edilməsini və barəsində ittiham hökmünün çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X11 özünü təqsirli bilməyərək göstərdi ki, şikayətdə qeyd olunanları qəbul etmir, çünki, o, "WhatsApp" müəllimlər qrupuna səs atmış və bir yerdə Ətrabənin adını çəkmişdir, lakin bu, Ətrabənin ünvanına olmamış, başqa məsələ ilə bağlı olmuşdur. Sadəcə Ətrabə onu səhv başa düşmüş və deyilənləri öz üzərinə götürmüşdür. Belə ki, o, X14 qizının barəsində və ona qarșı "WhatsApp" vasitəsilə heç bir böhtan və təhqir xarakterli sözlər işlətməmiş və Azərbaycan Respublikasının CM-nin 147.1-ci və 148-ci maddələri ilə heç bir cinayət də törətməmişdir. Aşağıdakı səbəblərə görə, habelə Azərbaycan Respublikasının CPM-nin 39.1.1, 39.1.2, 39.2-ci maddələrinin tələblərinə əsasən hesab edir ki, onun barəsində əsassız olaraq başlanılmış cinayət təqibinə təqsirliliyi sübuta yetirilmədiyinə görə bəraətverici əsaslarla xitam verilməlidir. X14 qizı şikayət ərizəsində qeyd edir ki, guya ki, o, məktəb rəhbərliyi tərəfindən sosial internet şəbəkəsi hesab edilən "WhatsApp" müəllimlər qrupunda yalan olduğunu bilə-bilə onun şərəf və ləyaqətini ləkələyən və onu nüfuzdan salan məlumatları yayaraq, guya ki, onun şərəf və ləyaqətini qəsdən nalayiq formada alçatmaqla ona qarşı cinayət törətmişdir. Halbuki, bu, belə deyildir. O, X3 ünvanına heç bir böhtan və təhqiramiz ifadələr işlətməmiş, yalnız "WhatsApp"da öz aralarında Ətrabənin bir dəfə adını çəkmişdir, o da ki, onunla șəxsi yazışmalarda olmuş, müəllimlər qrupunda olmamışdır. Onun adını çəkdiyi səs yazısı da tamam başqa bir məsələ ilə bağlı olmuşdur. Məhkəməyə təqdim olunan onun digər səs yazıları isə ona aid deyildir, başqa bir şəxs haqqında səslənən səs yazısıdır, sadəcə olarag Ətrabə bunu səhv bașa düşmüş və bu səs yazılarını özünə aid edərək onu məhkəməyə vermişdir. Həmin səs yazılarında onun “məxluq” barəsində dedikləri qeyd olunur, orada o, Ətrabənin adını səsləndirməmişdir. Xüsusi ittihamçı șikayətində qeyd edir ki, guya ki, onun səs yazılarını müəllimlər qrupunda olan 42 nəfər iştirakçının çoxu, müəllimlər, valideynlər və şagirdlər dinləmişlər. Bütün bunlar yalandır və həqiqətə uyğun deyildir. Əgər "WhatsApp"da onun ses yazılarını müəllimlər, valideynlər və şagirdlər dinləmişlərsə, onda bütün bunların sübutu məhkəməyə təqdim edilməli idi, lakin xüsusi ittihamçı belə bir sübutu məhkəməyə təqdim edə bilməmişdir. Səs yazılarının nə vaxt, kim tərəfindən dinlənilməsinə dair sübutlar mövcud deyildir. Ona görə də hesab edir ki, "WhatsApp" qrupunda səsləndirilən onun səs yazılarını müəllimlər, valideynlər və şagirdlər tərəfindən dinlənilib-dinlənilməməsinə, dinləyən şəxslərin şəxsiyyətlərinin bəlli olmasına dair sübutlar (habelə șahid ifadələri) məhkəməyə təqdim edilmədiyindən və əməli sübuta yetirilmədiyindən, onun barəsində təqsiredici hökm çıxarıla bilməz. O, Ətrabənin șərəf və ləyaqətini ləkələməmiş, onu nüfuzdan salmamış və onun ittiham etdiyi məlumatları kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yaymamışdır. Məhkəmənin, habelə, xüsusi ittihamçının diqqətinə çatdırır ki, "WhatsApp" smartfonlar üçün ani mesajlasma mübadilə sistemidir. "WhatsApp" internet şəbəkəsi deyildir. AR CM-ninin 147.1-ci maddəsinin tələbinə görə Böhtan kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayıldığı halda cinayət hesab edilir. "WhatsApp" isə informasiya ehtiyatı deyildir. AR CM-nin 148-ci maddəsi Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin șərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma olduğu halda cinayət tərkibi yaradır. O isə hec kimi nəinki təhqir, nalayiq formada təhqir etməmişdir. Səs yazılarının birində o, “məxluq” demişdir ki, “sən boz rəngdə bir əski parçasısan, onun yanında bir ağ parça qoyanda bozun yanına o ağın yanında o boz kirli görsənir, amma o ağı qapqaraya boyayanda o boz təmiz görsənir, qaraya baxanda, sən mənim üçün o boz tryapkasan”. Bu ifadədə o, əski parçasında olan rəngləri fərqləndirmişdir, kimisə təhqir etmək niyyətində olmamışdır, tryapka sözü isə rus sözü olduğundan, o, fikrini rus dilində ifadə etmişdir. Ekseprtin rəyində qeyd olunur ki, tryapka rus sözü olub vulqar sözlərə aid olub burada ədəbsiz, tərbiyəsiz, əxlaqsız mənasında işlənir. Ona görə də hesab edir ki, AR CM-nini 148-ci maddəsinin tərkibi o vaxt yaranır ki, məlumatlar nalayiq formada deyilsin. Əgər ekspert hesab edir ki, Tryapka vulqar sözləre aiddir, onda həmin söz nalayiq söz sayilmır. Habelə ekspert rəyində tryapka sözünün nalayiq söz hesab edilməsi qeyd olunmamışdır. Nalayiq ifadə etmək, yəni ədəbsiz sözlər işlətmək deməkdir, o isə heç kimə ədəbsiz söz deməmişdir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 saylı xx.xx.2014-cü il tarixli qərarının 5-ci bəndində qeyd olunur ki, böhtan və təhqir xarakterli məlumatlar mətbuatda dərc edilməklə, radio və televiziya verilişlərində səsləndirilməklə, elektron vasitələrlə yayınlanmaqla, kinoxronikal proqramlarda nümayiş etdirilməklə, əsərlərdə təsvir edilməklə, yığıncaq və toplantılarda deyilməklə, məktub, ərizə və şikayətlərdə göstərilməklə, idarə, müəssisə və təşkilatlardan çıxan sənədlərdə əks etdirilməklə və sair üsullarla yayıla bilər. Lakin, CM-nin 147 və 148-ci maddələrinin mənasına görə, şəxs böhtana, yəni yalan olduğunu bilə-bilə hər hansı şəxsin şərəf və ləyaqətini ləkələyən və ya onu nüfuzdan salan məlumatları yaymaya və təhqirə, yəni şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltmaya görə o halda cinayət məsuliyyətinə cəlb edilə bilər ki, təhqir və böhtan xarakterli məlumatlar onun tərəfindən kütləvi çıxışlarda, kütləvì nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitəsində və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında yayılmış olsun. Bir daha bildirir ki, o, X14 qizının ünvanına heç bir böhtan və təhqiramiz ifadə işlətməmişdir, şikayəti qəbul etmir, əməlində cinayət tərkibi yoxdur, özünü təqsirli bilmir, əvvəllər cinayət məsuliyyətinə cəlb edilməmişdir. Bütün bunların nəzərə alınaraq barəsində bəraət hökmünün çıxarılmasını xahiş edir. Məhkəmə iclasında proses tərəflərinin iştirakı ilə Xüsusi ittiham qaydasında şikayət verən şəxs X3 təqdim etdiyi "WhatsApp" müəllimlər qrupuna atdığı səs yazısını əks etdirən CD diskə qulaq asılarkən Xüsusi ittiham qaydasında barəsində şikayət verilən şəxs X2 ona məxsus olduğunu, Ətrabənin adını bir yedə çəkdiyini etiraf etdi, lakin həmin sözlərin Ətrabəyə ünvanlanmadığını, onun onu səhv başa düşdüyünü bildirdi. İş materiallarında olan və məhkəmə iclasında elan olunaraq araşdırılmış məhkəməlinqvistik ekspertizasının 04 may 2023-cü il tarixli 4/534 saylı rəyindən görünür ki, Ekspertizaya təqdim olunmuş 1(003)-58/2023 saylı cinayət işinə tədqiqat materialı olaraq daxil edilmiş "sən ərli ola-ola sevgili tapib onun vasitəsilə ərinin xəbəri olmadan boşanib, uşaqlarının dədəsinin, atasinın adinı belə dəyisdirən İnsansan”, "oğlun səni alt paltarında döyüb, bloka atıb, bașında stol sindırib, ağız-burnunu küçə söyüşləri ilə söydüyü kimi, onun oğlu o hərəkətləri ona etməyib, çünki bilir ki, anası ona layiq qadın deyil, "Xəstə ananı, uşağını atıb hansısa sevgilidən ötrü küçəyə düşməmişəm. Bir sevgiliden ötrü az qalmışdin dəli olub çöllərə düşəsən", "sən boz rəngdə bir əski parçasısan, onun yanına bir ağ parça qoyanda bozun yanına o ağın yanında o boz kirli gorsənir, amma o ağı qapqara qaraya boyayanda o boz təmiz görsənir qaraya baxanda. Sən mənim üçün o boz tryapkasan" kimi məlumatlar X14 qizinın șərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məļumatlar hesab edilir. Məlumatlarda göstərilən "mənim anam kiminsə, hansısa bir kişinin evinə girib, o kişinin başına oyun açib, onu çölə atıb, bomj günunə salıb onun evini əlindən almayıb. Mənim anam kiməsə faizə pul verib qizıllarını əlindən alıb, sonra faizə verdiyi pulu alandan sonra da o qizilları geri qaytarmayıb"; "Sən isə ömür boyu onunlabununla şantaj, ana-bala bir-birinizi məhkəməyə verməklə, anan ömür boyu məhkəmələrdə, ana-bala bir-birinizin üzünə şahid keçə-keçə məhkəmələrdə ömür boyu bütün nəsil-kökü sən danışmısan, anam qurğuşun töküb atamı öldürmək istəyirdi, ona görə anamı boşadılar" kimi məlumatlar böhtan olduğu təqdirdə X14 qizınin şərəf və ləyaqətini ləkələyən, onu nüfuzdan salan məlumatlar hesab edilir. Həmin məlumatların böhtan olub-olmamasının araşdırılması məhkəmə ekspertinin səlahiyyətinə aid deyildir. Aparılmış ekspertiza tədqiqatının dəyəri 150,00 (bir yüz əlli) manatdır. Məhkəmə iclasında müəyyən edildi ki, X11 əvvəllər məhkum olunmamışdır. Məhkəmə toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutlara mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə hüquqi qiymət verərək hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 147.1-ci maddəsində nəzərdə tutulmuş cinayətin törədilməsi ilə bağlı xüsusi ittihamçının gəldiyi nəticə əsassız olmaqla, X6 törətmiş olduğu əmələ düzgün hüquqi qiymət verilməmiş, onun əməli qeyd edilən maddə ilə düzgün tövsif edilməmiş, onun hərəkətlərində Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması sübuta yetirilməmişdir. Belə ki, “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 2-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, cinayət qanunvericiliyində xüsusi ittiham qaydasında cinayət təqibinə səbəb olan əməllərin törədilməsinə görə cinayət məsuliyyətinin nəzərdə tutulması hər kəsin mənəvi dəyəri olan şərəf və ləyaqətini, nüfuzunu qeyri-qanuni qəsdlərdən qorumaq məqsədi daşıyır. Hər kəsin şərəfi dedikdə onun cəmiyyətin üzvü kimi əxlaqi, mənəvi keyfiyyətlərinə, digər insanlara, dövlətə, cəmiyyətə münasibətinə görə ona verilən qiymət, ləyaqəti dedikdə şəxsin öz mənəvi və əqli keyfıyyətlərini, cəmiyyətdəki mövqeyini və nüfuzunu dərk etməsi və özünün özünə verdiyi qiymət, nüfuzu dedikdə isə şəxsin cəmiyyətdə, kollektivdə, dostlarının əhatəsində, təşkilatda öz qabiliyyətinə görə tutduğu mövqe başa düşülür. Həmin Qərarın 6-cı bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, Avropa Məhkəməsinin presedent hüququna müvafiq olaraq barəsində xüsusi ittiham qaydasında şikayət verilmiş şəxs tərəfindən yayılmış məlumatlarda fıkrin və ya faktın əks etdirilməsi fərqləndirilməli və bu hala əhəmiyyət verilməlidir. Faktların mövcudluğu nümayiş oluna bilsə də, fikirlərin həqiqiliyi sübut oluna bilən deyildir. Fikirlərin həqiqiliyini sübut etmək tələbinə riayət etmək mümkün deyil və bu tələb Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş hüququn əsas hissəsi olan fikir azadlığının özünü pozur (bax, yuxarıda qeyd olunan De Haes və Gijsels, § 42 və Lingens, § 46). Eyni zamanda, üçüncü tərəfin davranışı barədə iddialar irəli sürüldüyü hallarda bəzən faktın təqdimatı ilə fikirlər arasında fərqi müəyyən etmək çətin olur. Buna baxmayaraq, hətta fikirlər faktlara əsaslanmadıqda onlar olduqca əsassız ola bilər (bax, Jerusalem Avstriyaya qarşı, §43). Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1- ci maddəsinin şərh edilməsinə dair” 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquqi normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayəthüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif CM-də müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyətli olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının düzgün seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin Qərarda həmçinin nəzərə çatdırılmışdır ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində CMin əsaslandığı qanunculuq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm, həmçinin yuxarıda göstərilən konstitusion prinsiplərin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 21.3-cü maddəsinə əsasən cinayət törədilməsində təqsirləndirilən şəxs özünün təqsirsiz olmasını sübuta yetirməyə borclu deyildir. İttihamı sübuta yetirmək, şübhəli və ya təqsirləndirilən şəxsin müdafiəsi üçün irəli sürülən dəlilləri təkzib etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür. Məhkəmə, "WhatsApp" müəllimlər qrupuna barəsində şikayət verilmiş şəxs Sevda Dadaşovanın atdığı səs yazısında Cinayət Məcəlləsinin 147.1-ci maddəsinin tərkibinin olması ilə də razılaşmır və hesab edir ki, həmin səs yazısında böhtan cinayətinin tərkibinin olması sübuta yetirilməmişdir. Məhkəmə qeyd edir ki, 04 iyul 2022-ci il tarixdə "WhatsApp" müəllimlər qrupuna barəsində şikayət verilmiş şəxs Sevda Dadaşovanın atdığı həmin səs yazısında ümumiyyətlə Ətrabə Allahverdiyevanın şərəfini ləkələyən, şəxsiyyətini mənfi qiymətləndirən, ətrafdakıların yanında nüfuzdan salan məlumatlardan istifadə edilməmiş, həmçinin, həmin fikirlərdə Ətrabə Allahverdiyeva ağır və xüsusilə ağır cinayətdə ittiham edilməyərək ona böhtan atılmamışdır. WhatsApp" müəllimlər qrupunda səsləndirilmiş fikirlərə münasibətdə qeyd olunan hal ekspert rəyi ilə də təsdiq edilmişdir. Bu səbəbdən, məhkəmə hesab edir ki, 04 iyul 2022-ci il tarixdə "WhatsApp" müəllimlər qrupuna barəsində şikayət verilmiş şəxs Sevda Dadaşovanın atdığı həmin səs yazısında böhtan cinayətinin tərkibi olmamış və sübuta yetrilməmişdir. Məhkəmə hesab edir ki, Sevda Dadaşovanın . WhatsApp" müəllimlər qrupunda Ətrabə Allahverdiyeva haqqında fikir bildirməsi böhtan hesab edilə bilməz. Belə ki, X18 Allahverdiyeva haqqındakı fikirlərində böhtan cinayətinin əlamətlərini özündə əks etdirən ifadə işlətməmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin: 144-cü maddəsinə görə cinayət təqibi üzrə sübutlar tam, hərtərəfli və obyektiv yoxlanmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və birbiri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə edilmiş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. 145-ci maddəsinə əsasən hər bir sübut mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna ittihamın həlli üçün onların kifayət etməsinə görə hüquqi qiymət verilməlidir. İttihamın sübut edilməsində yaranan şübhələri digər sübutlarla aradan qaldırma mümkün olmadıqda, onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə, müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Avropa İnsan Hüquqları Məhkəməsi təqsirsizlik prezumpsiyası ilə bağlı Avropa Konvensiyasının 6-cı maddəsi üzrə şikayətlərlə bağlı qərarlarında dəfələrlə vurğulamışdır ki, sübutların mümkünlüyü məsələsi əsasən milli qanunvericiliklə tənzimlənən məsələdir və ümumi qaydaya uyğun milli hakimlər məhz təqdim olunan sübutları qiymətləndirməlidir. Avropa Məhkəməsi xüsusilə qeyd etmişdir ki, Konvensiyaya uyğun Avropa Məhkəməsinin vəzifəsi ümumilikdə məhkəmə araşdırmasının ədalətli olubolmamasından, o cümlədən sübutların əldə edilməsinin qanuni olub-olmamasından ibarətdir. Adətən, bütün sübutlar təqsirləndirilən şəxsin iştirakı ilə açıq məhkəmə iclasında tədqiq edilməlidir. Bu prinsipdən istisna ola bilər, lakin istisnalar təqsirləndirilən şəxsin müdafiə hüququna xələl gətirməməli və o, ittiham tərəfinin şahidlərininifadələrini təkzib etmək imkanına malik olmalıdır. “Barbera, Messege və Yabardo İspaniyaya qarşı” şikayətlə bağlı qərarında Avropa Məhkəməsi bildirmişdir ki, təqsirsizlik prezumpsiyası nəzərdə tutur ki, məhkəmənin tərkibi öz vəzifələrini icra edərkən, təqsirləndirilən şəxsə istinad edilən cinayətin onun tərəfindən törədildiyi kimi qərəzli mövqedən çıxış etməməlidir və bunu sübut etmək vəzifəsi ittiham tərəfinin üzərinə düşür, istənilən şübhə isə təqsirləndirilən şəxsin xeyrinə həll edilməlidir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin: 9.2-ci maddəsinə əsasən Bu Məcəllə ilə müəyyən edilmiş hallarda cinayət prosesi prinsiplərinin və ya şərtlərinin pozulması cinayət təqibi üzrə başa çatmış icraatın etibarsızsayılmasına, onun gedişində qəbul edilmiş qərarların ləğvinə, yaxud toplanmış materialların sübutedici qüvvəsinin olmaması qənaətinə gəlməyə səbəb ola bilər. 28-ci maddəsinə görə, məhkəmələr cinayət işlərinə və cinayət təqibi ilə bağlı digər materiallara məhkəmədə yalnız bu Məcəllə ilə müəyyən edilmiş hüquqi prosedurlara uyğun faktlar əsasında, qərəzsiz və ədalətlə baxmalıdırlar. Şəxsin cinayətdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz. 350.2-ci maddəsinə əsasən Bu Məcəllənin 42.1-ci maddəsində nəzərdə tutulmuş hallardan biri olduqda, aparılmış məhkəmə baxışının nəticələrinə dair məhkəmə bəraət hökmü çıxarmalıdır. 145.3-cü maddəsində qeyd edilmişdir ki, ittihamın sübut olunmasında yaranan şübhələri digər sübutlarla aradan qaldırmaq mümkün olmadıqda onlar şübhəli və ya təqsirləndirilən şəxsin xeyrinə təfsir edilir. 146.1-ci maddəsinə görə cinayət təqibi üzrə toplanmış sübutların kifayət etməsi dedikdə müəyyən edilməli hallar üzrə mümkün sübutların elə bir həcmi nəzərdə tutulur ki, onlar sübut etmə predmetinin müəyyən edilməsi üçün mötəbər və yekun nəticəyə gəlməyə imkan versin. Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən, hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulmuş qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, bu şəxs təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. “V.Q.Bayramov və qeyrilərinin şikayətləri üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət işləri və inzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasının 23 mart 2004-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 9 sentyabr 2005-ci il tarixli qərarında formalaşdırdığı hüquqi mövqeyinə görə, məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğundur. Qeyd edilən sübutların mötəbərliyinin müəyyən olunması və qiymətləndirilməsi baxımından Avropa İnsan Hüquqları Məhkəməsi özünün bir çox qərarlarında uzun müddətdir formalaşmış yanaşma standartını müəyyən etmişdir. Məmmədov (Cəlaloğlu) Azərbaycana qarşı 11 yanvar 2007-ci il tarixli, X10rşı 18 yanvar 1978-ci il tarixli məhkəmə qərarlarında, həmçinin bir sıra qərarlarda sübutları qiymətləndirərkən «əsaslı şübhə yerinin qalmaması» sübutetmə standartını tətbiq edir. Məhkəmə araşdırması zamanı ittiham tərəfi X8 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə irəli sürülmüş ittihamı sübuta yetirmək üçün, həmçinin ittihamın sübut olunmasında yaranan şübhələrin aradan qaldırılması üçün hər hansı bir mötəbər dəlil təqdim edə bilməmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 21.2-ci maddəsində nəzərdə tutulur ki, şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa da onun təqsirli bilinməsinə yol verilmir. Bu Məcəllənin müddəalarına uyğun surətdə müvafiq hüquqi prosedura daxilində ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin (şübhəli şəxsin) xeyrinə həll edilir. İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Avropa Konvensiyasının 6-cı, Mülki və siyasi hüquqlara dair Beynəlxalq Paktın 14-cü maddələrinə müvafiq olaraq hər kəs ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsilə ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz sayılır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 42.1.2-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş cinayətin törədilməsində onun təqsirsizliyini təsdiq edən bəraət hökmü əməldə cinayət tərkibi olmadıqda çıxarılır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasının CPM-nin tələblərinə görə ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirldiyi halda çıxarılır (CPM-nin 351.2-ci maddəsi). Məhkəmə iş üzrə əldə olunmuş sübutlar məcmusuna qiymət verərək CPM-nin 21.2, 145.3 və 351.3.4-cü maddələrinin ittihamın sübuta yetirilməsində aradan qaldırılması mümkün olmayan şübhələr təqsirləndirilən şəxsin xeyrinə həll edilməli, təfsir edilməli və şərh edilməli olmasına dair tələblərini rəhbər tutaraq belə nəticəyə gəlir ki, X9 qarşı Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə verilmiş xüsusi ittiham üzrə təqsirləndirən şəxsin əməlində böhtan cinayətinin tərkibi olmadığından Azərbaycan Respublikası CM-nin 147.1-ci maddəsi ilə təqsirləndirilən şəxs X9 istinad edilən ittiham üzrə bəraət verilməlidir. Bununla yanaşı, məhkəmə, toplanmış və məhkəmə istintaqında tədqiq edilmiş sübutları tam, hərtərəfli və obyektiv araşdıraraq hesab edir ki, təqsirləndirilən şəxs X11 tərəfindən xüsusi ittihamda qeyd olunan təhqir əməlinin törədilməsi mənbəyinin mötəbərliyi və əldə edilməsinin qanuniliyi şübhə doğurmayan və iş üzrə yekun nəticəyə gəlməyə imkan verən xüsusi ittihamçının ifadəsi, təqdim edilmiş səs yazısı və ekspert rəyi ilə təsdiq edilərək sübuta yetirilir (CPM 144-146). Beləliklə, məhkəmə, cinayət təqibi ilə bağlı mühüm əhəmiyyətə malik olan halların araşdırılmasına, Azərbaycan Respublikası CPM-nin 124-cü maddəsinin tələblərinə uyğun olaraq təqsirləndirilən şəxsin və xüsusi ittihamçının ifadələrinin, məhkəmə hərəkətlərinin protokollarının, digər sənədlərin sübut növü kimi qəbul edilməsinə, həmin sübutların və onların məcmusunun tam, hərtərəfli və obyektiv baxılmasına əsaslanmaqla, hər bir sübutun mənsubiyyəti, mümkünlüyü və mötəbərliyi üzrə qiymətləndirməklə, təqsirləndirilən şəxsin cinayət əməlinin hüquqi tövsif məsələsini araşdıraraq edərək hesab edir ki, təqsirləndirilən şəxs X6 törətdiyi əməli Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə əhatə olunaraq düzgün tövsif olunmuşdur. Təhqir cinayətinin bilavasitə obyekti şəxsiyyətin şərəf və ləyaqətidir. Obyektiv cəhətdən kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə və ya kütləvi informasiya vasitəsində başqa şəxsin şərəf və ləyaqətini nalayiq formada alçaltmada ifadə olunur. Təhqiredici hərəkətlərin nalayiq olması qiymətləndirilən anlayışıdır və onun məzmunu nalayiq olub-olmamasını cəmiyyətdə qəbul edilmiş mənəvi-əxlaqi dəyərlərə, birgəyaşayış normalarına ümumibəşəri prinsiplərə uyğun olaraq məhkəmə, habelə ilk növbədə zərərçəkmiş şəxs müəyyən edir. Başqa şəxsin şərəf və ləyaqətini nəlayiq formada alçaltma həmin şəxsin şəxsiyyətinə mənfi qiymət verməklə onu əhatənin (doslarının, tanışlarının və s) gözündə nüfuzdan salan hərəkətlərlə xarakterizə olunur. Təqsirləndirilən şəxsin təhqirdən ibarət əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Odur ki, təqsirləndirilən şəxs X11 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 148-ci maddəsi ilə təqsirli hesab edilməli və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş həddlərdə ədalətli cəza təyin edilməlidir. “Xüsusi ittiham qaydasında şikayətlərə dair işlərə baxılması üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 21 fevral 2015-ci il tarixli, 3 saylı qərarının 9-cu bəndində göstərilir ki, məhkəmələrə tövsiyə edilsin ki, təhqir və böhtanla bağlı işlər üzrə təqsirləndirilən şəxslər barəsində cəza tədbiri seçərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini, təqsirləndirilən şəxslərin şəxsiyyətlərini səciyyələndirən, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, ifadə azadlığının demokratik cəmiyyətin təməl sütunlarından biri olmasını və bununla bağlı Avropa Məhkəməsinin presedent hüququnu nəzərə alsınlar. Avropa Məhkəməsi vurğulamışdır ki, Konvensiyanın 10-cu maddəsi ilə təmin edilmiş ifadə azadlığına müdaxilənin mütənasibliyi müəyyən edilərkən təyin edilən cəzanın xarakteri və ağırlığı nəzərə alınmalı amillərdir (bax, başqa mənbələrlə yanaşı, Ceylan Türkiyəyə qarşı (BP), § 37 və Skalka Polşaya qarşı, §§ 41-42). Baxmayaraq ki, Avropa Konvensiyasına tərəfdar çıxmış dövlətlər tərəfindən şəxslərin nüfuzunu qanuna münasib yolla müdafiəsini təmin etmək üçün ifadə azadlığının həyata keçirilməsinin nizamlanmasına yol verilir və hətta Konvensiyanın 8-ci maddəsinə əsasən bu sahədə olan pozitiv öhdəliklərə görə onlar bunu etməyə məcburdur (bax, Pfeyfer Avstriyaya qarşı, § 35;X15rşı, § 57). Bu, kütləvi informasiya vasitələrini açıq-aşkar və ya şübhə edilən hüquqpozmalar barədə ictimaiyyəti dərhal məlumatlandırmaq rolunun həyata keçirilməsindən son dərəcədə çəkindirən tərzdə edilməməlidir. Avropa Məhkəməsi qeyd etmişdir ki, cəza təyin edilməsinin, prinsip etibarilə, məhkəmələrin səlahiyyətinə aid məsələ olmasına baxmayaraq, mətbuatla bağlı cinayətə görə azadlıqdan məhrumetmə cəzasının təyin edilməsi müstəsna hallarda Konvensiyanın 10-cu maddəsi ilə təmin edilən jurnalistlərin ifadə azadlığına uyğun ola bilər (Cumpana və Mazare Rumıniyaya qarşı (BP), § 115). “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 №-li qərarına əsasən cəzalarin tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Həmin qərarla məhkəmələrə tövsiyə olunmuşdur ki, böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret halları, şəxsiyyəti barədə məlumatlar nəzərə alınmaqla daha yüngül cəza təyin edilməsi məsələsi müzakirə edilməlidir. Məhkəmə təqsirləndirilən şəxs X6 ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini Azərbaycan Respublikası CM-nin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə iclasında X6 cəzasını ağırlaşdıran - Azərbaycan Respublikası CM-nin 61-ci maddəsində nəzərdə tutulmuş hallar müəyyən edilmədi. Azərbaycan Respublikasının CM-nin 8-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkəmə, təqsirləndirilən şəxs X9 cəza təyin edərkən, Azərbaycan Respublikası CM-nin 8, 41.2 və 58.3-cü maddələrinə müvafiq olaraq ədalət prinsipini və sosial ədalətin bərpasını, onun törətmiş olduğu əməlin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, təqsirkarın şəxsiyyətini, o cümlədən cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların mövcud olmamasını, habelə təyin olunan cəzanın həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədilə tətbiqini, şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxsin cəmiyyətdən təcrid edilmədən də islah olunması mümkün olduğuna görə, ona təqsirli bilindiyi cinayət qanununun sanksiyasında nəzərdə tutulan qazancından dövlət nəfinə müəyyən faiz məbləğdə pul tutulmaqla müəyyən müddətə islah işləri növündə təyin edilməsi cəzanın məqsədlərini təmin edə bilər. Məhkəmə həmçinin hesab edir ki, cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablanmalı, hökmün icrası X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya idarəsinə tapşırılmalıdır. Maddi sübut - CD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatına görə məhkəmə xərcləri 150,00 (bir yüz əlli) manat təşkil edir. Məhkəmə hesab edir ki, Azərbaycan Respublikası CPM-nin 198.1-ci maddəsinə əsasən həmin məbləğ X5 tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanır, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət edir və məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəlir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.1-ci maddəsində sadalanmış əmlakların müəyyən edilmədiyini nəzərə alaraq hesab edir ki, hazırkı cinayət işi üzrə xüsusi müsadirənin tətbiq edilməsi zərurəti yoxdur. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası CPM-nin 197-198, 344-347, 349, 351-353, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə hökmetdi: X9 Azərbaycan Respublikası CM-inin 147.1-ci maddəsi ilə verilmiş ittiham üzrə bəraət verilsin. X11 Azərbaycan Respublikası CM-nin 148-ci maddəsi ilə təqsirli bilinsin və ona aylıq qazancından dövlət nəfinə 20 (iyirmi) faiz məbləğdə pul tutulmaqla 6 (altı) ay müddətə islah işləri cəzası təyin edilsin. Cəzaçəkmə müddətinin əvvəli qazancından tutulmalar aparıldığı vaxtdan hesablansın. Hökmün icrası X6 yaşayış yeri üzrə Bakı şəhər Probasiya İdarəsinə həvalə edilsin. Maddi sübut - CD disk hökm qanuni qüvvəyə mindikdən sonra iş materiallarında saxlanılsın. X5 150,00 (bir yüz əlli) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə keçirilsin. Hökmdən elan edildiyi və ya alındığı gündən 20 (iyirmi) gün müddətinə Bakı şəhəri Xəzər Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hökmdən apellyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hakim: Əkrəm Qəhrəmanov
Məhkəmə qərarları › İş №1(003)-58/2023
Bakı Şəhəri Xəzər Rayon Məhkəməsi Hökm — İş №1(003)-58/2023
23.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver